Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet131/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   127   128   129   130   131   132   133   134   ...   289
Gunel Khalilova
THE REFLECTION OF THE ESCHATOLOGICAL THOUGHTS IN THE INTRODUCTION OF THE EPOS “THE BOOK OF DEDE GORGUD”
Summary
In the article the correspondence of beginning and end periodical time conception of the epos “The Book of Dede Gorgud” is given. Here the eschatological thoughts about both the ancient Turkic mythology and Islam religion have been analyzed.
Key words: Dede Gorgud, epos, eschatology, the decease period, Noah, Oghuz
Гюнель Халилова
ОТРАЖЕНИЕ ЭСХАТОЛОГИЧЕСКИХ ПРЕДСТАВЛЕНИЙ В ПРЕДИСЛОВИИ ЭПОСА «КНИГА МОЕГО ДЕДА КОРКУТА»
Резюме
В статье было представлено соответствие начала и конца предисловия «Книги моего Деда Коркута» концепции циклического времени. В статье также были проанализированы эсхатологические представления связанные как с древнетюркской мифологией, а также с исламской религией.
Ключевые слова: Деде Коркут, эпос, эсхатология, конец света, Ной, Огуз
Həcər Hüseynova
filologiya üzrə elmlər doktoru
e-mail: hacerhuseynova@mail.ru
KİTABİ-DƏDƏ QORQUD”DA GENDER BƏRABƏRLİYİ MƏSƏLƏSİ
Özət
Türk xalqlarının dastan yaradıcılığı çox qədim tarixə, zəngin ənənələrə malikdir. Bu dastanlar türklərin qəhrəmanlıq və düşüncə tarixini əks etdirir. Dastanlarda tanrı və tanrılaşdırılmış insanlar gün işığı, su köpüyü və ağacdan doğulmuş insanlar, türklərin savaşları öz əksini tapır. Deməli, türk das­tanları türklərin dastanlaşmış tarixidir. Türklərin yenilməz qəhrəmanlıq savaşları bu dastanların yaran­ma­sına əsas vermişdir. Qəhrəmanlıq yolu keçməyən xalq belə dastan yarada bilməz.
Açar sözlər: epos, mənəviyyat, qadın azadlığı, sədaqət, ana məhəbbəti, mübarizə, gender bərabərliyi
Türk xalq ədəbiyyatının geniş yayılmış, iri həcmli epik janrla­rından biri dastanlardır. Həmin dastanların mövzusunu mühüm, tarixi əhəmiyyət daşıyan real, həyati hadisələr təşkil edir. Elə məhz buna görə də türk xalqları dastan yaradıcılığına daha çox önəm vermiş, xalqın tarixi boyunca yetişdirdiyi görkəmli şəxsiyyətlərin həyatını, mifik təsəvvürlərini, əxlaqi normalarını, mədəniyyətini, etnoqrafiyasını əks etdirən dastanlar yaratmışlar.
Eramızın əvvəllərindən (e.ə. XII) başlayaraq, eramızın IX əsrinə qədər hakimiyyətdə olan sak, hun, göytürk, uyğur imperatorları dövründə gözəl dastan nümunələri yaradılmışdır. “Alp ər Tonqa”, “Şu”, “Hun Oğuz”, “Göytürk”, Doqquz oğuz”, “On uyğur” və digər dastanlar bu qəbildəndir.
Lakin, türk xalqlarının ədəbiyyat tarixində səsi uzaq əsrlərdən gələn, gur işığı ilə tarixləri yarıb keçən, yenilməz, möhtəşəm bir dastan da var: “Dədə Qorqud kitabı”. Bu və digər adlarla yad­daş­la­rı­mıza həkk olunmuş qədim oğuz dastanları türk xalqlarının yaratdığı milli mə­dəniyyətin ən zəngin, ən ulu qaynaqlarından biridir. Bu tükənməz xəzinənin koloritli, pak və təravətli sətirlərindən oğuz igid­lə­rinin hay-harayını, döyüşən qılınclarının sədalarını, axan suların şırıltısını, şahə qalxan atların nal­la­rı­nın səsini aydın eşidirik. Oğuzların bədii zövqünü, adət-ənənəsini, inam və etiqadlarını, sosial tarixini, yaşadıqları arealı, advermə ənənələrini və s. öyrənmək üçün əvəzolunmaz bir tarixi salnamədir.
Dastanın “Müqəddimə” hissəsində, əsas etibarilə, Dədə Qorqud haqqında məlumat alırıq. Onun dilindən verilmiş atalar sözləri, müdrik xalq ifadələri- aforizmlər dastanın ayrı-ayrı boyları ilə səsləşir. Həmin boyların epiqrafı kimi seçilmişdir. Məsələn; Allah-Allah deməyincə işlər olmaz – atalar sözü dastanın “Duxa Qoca oğlu Bamsı Beyrək boyu” ilə, “Baybörənin oğlu Bamsı Beyrək” boyu ilə əla­qə­ləndirmək mümkündür. Adı çəkilən boyların qəhrəmanları Dəli Domrul və Dəli Qarcar tanrının bir­li­yini qəbul edir, ona yalvarır, ondan kömək istəyirlər. Uca tanrı onların yalvarışlarını eşidib bu in­san­lara yardım edir. Onların arzularının həyata keçməsi ilə girişdə verilmiş atalar sözü reallaşmış olur. Atalar sözü birbaşa qeyd etdiyimiz mətnlərlə bağlanır, onların real nəticəsi kimi görünür (5. 28).
Bu da o deməkdir ki, “Müqəddimə” də verilən atalar sözləri təsadüfən seçilməmiş, məqsədli şə­kildə ən azı “Müqəddimə”sini oxuyan oxucunu maraqlandırmaq məqsədilə, gənc nəsli vətənpərvərlik, etnik kökünə sədaqət istiqamətində tərbiyə etmək məqsədilə seçilmişdir.
Türk xalqlarının qədim, möhtəşəm yazılı abidəsi “Dədə Qorqud kitabı” mənsub olduğu xalqın həyatının bütün sferalarını: tarixini, mədəniyyətini, inam və etiqadlarını, ədəbiyyatını, musiqisini, etnoqrafiyasını, təhsilini, tərbiyəsini, təsərrüfatını və digər sahələrini olduqca dəqiqliklə, təbii şəkildə əks etdirir.
Təsadüfi deyil ki, məhz Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəl­lə­rindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ictimai-siyasi həyatda ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəs­sü­mü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması istiqamətində apardığı məq­sədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. “Dədə Qorqud kitabı” uzun illər sovet şovinizmi tərəfindən mürtəce abidə adlandırılaraq qadağan edilsə də, xalqın ürəində daim yaşamış, milli-mənəvi dəyərini itirməmişdir.
Dastan kifayət qədər tədqiq edilsə də, 1300 illiyi dünya miqyasında YUNESKO xəttilə qeyd edilsə də, yenidən aparılan hər bir tədqiqat əsərində yenə də bir yenilik, bir tapıntı qeyd olunur. Demək olar ki, bundan sonra da 100 illər keçəcək, yeni- yeni araşdırmalar meydana qoyulacaq, lakin türklərin yaratdığı bu mükəmməl dastanın tədqiqi bitib- tükənməyəcək.
Türk xalqlarının dastan yaradıcılığı yalnız “Dədə Qorqud”la bitmir. Onların həm islamiyyətdən öncə, həm də islamiyyətdən sonra yaratdıqları dastanlar elm aləminə məlumdur. Bunlardan ən də­yər­li­ləri “Çingiznamə”, “Satuq Buğra xan”, “Manas” və “ Kitabi-Dədə Qorqud ” dastanıdır.
Oğuz türkləri dünyanın ən qədim, həm də çox zəngin maddi və mənəvi mədəniyyət nü­mu­nə­lə­ri­ni yaratmışlar. Mənəvi mədəniyyət dedikdə hər hansı bir xalqın milli-mənəvi dəyərləri nəzərdə tutulur. Milli dəyərləri şərtləndirən amillərdən biri də məhz adət-ənənələrdir. Oğuz cəmiyyətində hər şey adət-ənənə ilə tənzim olunurdu. Adət-ənənələr oğuzların məişətində kök salmış mənəviyyat aktıdır. Oğuz cəmiyyətini, qədim türklərin mədəniyyətini öyrəndikcə, müasir dünya ilə müqayisə etdikcə biz bu insanların olduqca sivil, mədəni bir cəmiyyət yaratdıqlarının şahidi oluruq. Həmin cəmiyyətin isə öz qayda-qanunları olmuşdur. Dastanda təbliğ edilən ən mühüm cəhətlər vətənpərvərlik, qəh­rə­man­lıq, torpağa sevgi, təsərrüfatçılıq, kollektivçilik, böyüklərə, ağsaqqala hörmət, qadına ehtiram, məhəbbət, ailə dəyərləri, sevgidə sədaqət, qadınlarla kişilərin hüquq bərabərliyi və digər məsələlərdir. Bütün bun­ları nəzərə alaraq “Dədə Qorqud kitabı”nı türk xalqlarının “Həyat Akademiyası” adlandırmaq çox doğru olar.
Deməli, “Dədə Qorqud kitabı” türk xalqlarının həyatının bütün sahələrini incəliklə əks etdirir. Bizim məqsədimiz bu yazıda dastanda qadına münasibət məsələsi, müasir dünyanı kökündən sil­kələyən gender bərabərliyi poblemidir.
Məlumdur ki, müasir dünyada gender bərabərliyi qanunlarla təmin edilməkdədir. Qanunun əsas məqsədi, mahiyyəti cinsi mənsubiyyətə görə ayrı-seçkilik salınmadan kişilərə və qadınlara ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqdan ibarətdir.
Bəs, görək “Kitabda” bu məsələlər necə əks olunmuşdur. .Türk dastanlarında isə bu cür mə­sə­lə­lər “kişi sözü” ilə tənzimlənmişdir. Məlumdur ki, dastan boyu qadın haqqı, ana haqqı Tanrı haqqına bərabər tutulmuşdur.
Nəzərə alsaq ki, dastan, əsasən, Qafqaz ərazisində – Azərbaycanda formalaşmışdır, deyə bilərik ki, elə Azərbaycan xalqının ozan dədələrinin təfəkküründən formalaşmışdır. Qadın mənsub olduğu xal­qın, vətənin, ailəsinin təhlükəsizliyini düşünür, məsuliyyət daşıyır. Elə bu cəhət dastanın bütün boy­larında təbliğ edilir. Boylarda qəhrəmanlıq, ata-anaya hörmət, məhəbbət, dostluq, birlik, səmi­miy­yət və fədakarlıq, ana haqqı, qadın haqqı ehtiramına layiq olan Ana xatunlar, Boyu uzun Burla Xatunlar, Banuçiçəklər, Selcan xatunlar çox doğru olaraq müqəddəsləşdirilmişdir.
“Kitabi-Dədə Qorqud” dastanında qadın cəmiyyətin fəal bir üzvü, siyasəti ilə kollektivin idarə olunmasında aktiv iştirak edən bir ictimai xadim və tərbiyəçi kimi də dəyərləndirilir. Qadınlar das­tan­da heç də diləkləri ilə, cəsarətləri ilə ərlərindən, kişilərdən geri qalmırlar. Həmişə, hər zaman və hər yerdə övladlarına sönsuz məhəbbət, ailəyə sədaqət, ata- anaya hörmət bəsləyirlər.
Boyu uzun Burla xatunun, Ana xatunun, Banuçiçəyin, Selcan xatunun dastanda tanınmış qəh­rə­man­lar, fədakar qadınlar sırasında verilməsi dediklərimizi bir daha təsdiqləyir.
Dastanın iki boyunda “Dirsə xan oğlu Buğac xan boyu” və “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”da qadın qəhrəmanların təsvirində və hərəkətlərində oxşar cəhətlər də özünü hiss etdirir. Oğuz elinin iki qadını, xatunu – Dirsə xanın xatunu Ana xatun və eləcə də Qazan xanın xatunu Burla xatunun xasiyyətləri arasında bəzi oxşar cəhətlər də nəzərə çarpır ki, həmin cəhətlər böyüməkdə olan gənc nəslin nümayəndələri üçün örnəkdir, tərbiyə məktəbidir. Dirsə xanın xatunu ömür- gün yoldaşına dəyərli, ağıllı məsləhətlər verir. Boyun əvvəlində övladı olmadığı üçün qara çadıra yerləşdirilən Dirsə xanın qəzəbi qarşısında sarsılır. Buna baxmayaraq, heç bir yanlış addım atmadan, düşüncəli hərəkət edir. Ona analıq qəhəri gəlir, qara qıyma gözləri qan- yaşla dolur. Ərinə ləyaqətlə, tədbirlə belə bir məsləhət verir:

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   127   128   129   130   131   132   133   134   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish