Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet132/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   128   129   130   131   132   133   134   135   ...   289
Ey Dirsə xan! Mənə qəzəblənmə.
İnciyib acı sözlər söyləmə.
Yerindən qalx. Böyük bir çadır qur.
İç Oğuz və Dış Oğuz bəylərini bir yerə topla.
Ac görsən doyuzdur. Çılpaq görsən geyindir.
Borclunu borcdan qurtar...Allahdan arzunu dilə.
Bəlkə, bir ağzı dualının alqışı ilə Tanrı bizə bir yetkin övlad verə!...
Ərinə, ailəsinə sadiqlik, müqəddəs analıq hissi, Ana xatunun arzu-istəyi, Dirsə xanın nəzir- ni­ya­zı Uca Tanrı tərəfindən qəbul olunur. Ana xatunun və Dirsə xanın bir övladı- oğlu olur. Bu yerdə bir cəhəti də qeyd etməliyik ki, həmin hissədə biz qədim türklərin advermə ənənəsi ilə də bağlı məlumat alırıq. Yəni yetkinlik yaşına çatan Dirsə xanın övladı bir şücaət göstərənə qədər ona ad verilməmişdir. Bir müddətdən sonra o, atasının düşməni qırx yağıya qalib gəlir. Övliya Ozan Dədə Qorqud ona buğa yıxdığına görə Buğac adı verir.
Dastanda igid oğullar dünyaya gətirən Oğuz anaları, Oğuz qadınları özlərinin mənəvi sifətləri, ismətləri ilə bir – birinə nümunədirlər, bir- birini tamamlayırlar. Ana xatunun, onun bacısı Boyu uzun Burla xatunun müdrikliyi övlad məhəbbəti xalqın adət-ənənəsinə sadiqliyi də diqqəti cəlb edir. “Qazan xanın oğlu Uruz bəyin dustaq olduğu boy”da həssas ana ürəyi oğlunun başına gələnləri hiss edir. Dastanda ana fəhmi- intuitiv duyumu anaya irəlicədən hər şeyi bəyan edir. Qazan xanın geriyə dö­nər­kən yanında oğlu Uruzu görməyən Burla xatun təlaş keçirir, üzünü cırıb, yaxasını yırtır ki, hər hansı bir türk anası üçün bu hiss çox yaxındır,təbiidir.
“Kitabi Dədə Qorqud” dastanında analar övladın yalnız tərbiyəçisi deyil, həm də qoruyucusudur. O həm də övladını ölümün pəncəsindən xilas edən şəfqətli bir təbibdir, loğmandır. Qırx bədxah namərdin təhriki ilə şikargahda ölümcül yaralanan Buğacı anası Anaxatun dağ çiçəyi və ana südü ilə müalicə edir. (Burada da ana südünün körpə üçün nə qədər həyati əhəmiyyət kəsb etməsi gələcək nə­sillərə bir mesaj olaraq ötürülür). Ananın böyüklüyü əzəmətli dağlara, halal südü isə dağ çiçəyinin paklığına çevrilir. Buğacı yenidən həyata qaytarır. Bu kimi nümunələr dastanda kifayət qədərdir. De­məli, qadın övladın-onun simasında cəmiyyətin qoruyucusudur.
Qadın- ana “Kitabi Dədə Qorqud” dastanının boylarında qürurla, məhəbbətlə təsvir olunur. “Sa­lur Qazanın evinin yağmalandığı boy”da Şöklü məlik tərəfindən əsir götürülmüş Boyu uzun Burla xa­tun ailə namusunu, qadınlıq şərəfini qorumaq üçün ən ağır işgəncələrə məruz qalır. Dastanda yazılır: Bir yanda Şöklü Məlik keyfi kök, kafirlərlə yeyib- içib oturmuşdu. Dedi:- Bəylər, bilirsinizmi, Qazana necə heyif vurmaq lazımdır? Boyu uzun Burla xatunu gətirdək, badə paylasın.
Boyu uzun Burla xatun bunu eşitdi, ürəyinə-canına od düşdü. Qırx incə belli qızın içinə girb, öyüd- nəsihət verdi, dedi:
-Qazan bəyin xatunu hansınızdır?-deyə hansınıza sorsalar, qırx yerdən səs verərsiniz.
Şöklü Məliyin adamı gəldi:”Qazan xanın xatunu hansınızdır? - deyə soruşdu.Qırx yerdən səs gəl­di, hansıdır, bilmədilər. Kafirə xəbər verdilər.
Bu parçada Oğuz igidləri kimi, onların qadınlarının da namuslu, qeyrətli, sədaqətli olmaları diq­qətə çatdırılır.
Dastanda qadın - ana ilə bağlı ən təsirli səhnələrdən biri Qazan xanın evinin yağmalanması bo­yunda Qazanın anasını əsir aparan düşmənlərdən anasını tələb etməsi səhnəsidir. Qazan xan Şöklü Məliyə deyir: -Ey Şöklü Məlik! Xəzinəmi, var-dövlətimi gətirmisən, sənin olsun. Atlarımı gətirmisən miniyin olsun. Qatar-qatar dəvələrimi gətirmisən sənin yükünü daşısın. Oğlum Uruzu gətirmisən sənin qulun olsun. Qırx incə belli qızla Burla xatunu gətirmisən, sənə əsir olsun. Qoca anamı gətirmisən. Anamı ver, savaşmadan, vuruşmadan qayıdıb gedəyim.
Verilmiş parça –poetik nümunə hər şeydən əvvəl Oğuz cəmiyyətində, Oğuz ailəsində qadının yüksək şərəfini və analıq ülviyyətini əks etdirməklə, xalqımızın uzun əsrlərdən keçib gələn böyük əxlaqi simasını əks etdirir. Bu, ən böyük istəkdir- insanlığın alicənablıq xasiyyətnaməsidir. Elə buna görə də “Dədə Qorqud kitabı”nda bütün boylarda oğuzlar qadını müqəddəs hesab edir, analıq şərəfi Tanrı sevgisi ilə bərabər tutulur. Bu səbəbdən də Oğuzlarda “Ana haqqı tanrı haqqı” kimi şərəfli olan və bu gün də öz dəyərini qoruyub saxlayan ata sözü yaradılmışdır.
Oğuzlarda qadın müqəddəs analıq şərəfinin daşıyıcısıdır.Yəni Dirsə xanın xatunu Ana xatun övlad hamisi, Qazan xanın xatunu Burla xatun isə analıq ismətinin, ailə qeyrətinin daşıyıcısıdır.
“Dədə Qorqud kitabı”nda qadın həm də həyat yoldaşının ürək dostudur, dərdlərinin şərikidir. Dar gündə onun arxası, köməyi, dayağıdır. Lazım gəldikdə bu qadınlar öz həyat yoldaşları üçün canlarını da verməyə qadirdirlər. “Duxa Qoca oğlu Dəli Domrul boyu”nda mələklər dəli Domrula ölmək istəmirsə, canının əvəzinə bir can verməklə ölümdən qurtaracağını bildirir. Ata-anasını can verməyə razı sala bilməyən Dəli Domrul öz halalına üz tutur. Bunu eşidən qadın böyük məhəbbət və sədaqətlə: mənim canım sənə qurban olsun deyərək razılaşır.
Bunu görən Uca Allah onların sevgisini, can birliyini görüb rəhm edir və onlara 140 il ömür bəxş edir. Səmimi ailə məhəbbəti ölümə qalib gəlir demək daha doğru olar.
Məqalənin girişində də qeyd etmişdik ki, dastanda qadınlar azaddır. Kişilərlə bərabər hüquqlara malikdir. Oğlan uşaqları kimi qızlar da körpəlikdən döyüşmyə, at minməyə, qılınc oynatmağa öyrə­di­lirlər. Gənclər ailə quranda elə qızları seçirlər ki, onlar da at çapsın, qılınc oynatsın, alp ərlərə layiq ol­sunlar. Lazım gələndə düşmənin bir ucu mənim, bir ucu sənin deyərək düşmənlə savaşa bilsinlər. Bu cəhətdən “Qanlı Qoca oğlu Qanturalı boyu”ndakı Qanturalı və Selcan xatunun, Bamsı Beyrək və Banuçiçəyi xatırlamaq yerinə düşər.
Dastanda yalnız türklərə deyil, bütün dünya xalqlarına örnək ola biləcək bir mesaji da dünya xalqlarına çatdırmaq yerinə düşər. Belə ki, dastanın baş qəhrəmanı Qazan xanın üç ildə bir dəfə bütün var-dövlətini kasıblara, imkansızlara paylaması və hər şeyə yenidən- sıfırdan başlaması kimi bir hadisə dünyada analoqu olmayan bir xüsusiyyətdir. İnsan olan hər bir kəs bundan dərs almalı, çətin vəziyyətdə yaşayan allah bəndəsinə, milliyyətindən, dinindən asılı olmayaraq, yardım etməlidir. Budur türk təfəkkürü, budur insanlıq.
“Dədə Qorqud kitabı”nda biz çağdaş dövrün bütün problemlərini həll etmək üçün qarşımıza çıxan hər bir suala cavab tapa bilərik. Yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda, milli psixologiya əsasında tərbiyə edilməsində, dövlət və ordu qurucululuğu sahəsində uşaqların tərbiyəsində, dövlətin idarə edilməsində, ailə problemlərinin həlli məsələsində və s. sahələrdə doğru yolu tapmaq üçün, ulu türkün möhtəşəm tarixini, ədəbiyyatını öyrənmək üçün “Dədə Qorqud kitabı” doğrudan da əsl məktəb, əsl “akademiya”dır.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   128   129   130   131   132   133   134   135   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish