Uygur, qaqauz, quzey


(Türkiye dışındakı..., 1999:191, 12-ci cild)



Download 6,58 Mb.
Pdf ko'rish
bet56/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   52   53   54   55   56   57   58   59   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

(Türkiye dışındakı..., 1999:191, 12-ci cild).
Həmdullah Süphi Tanrıöver hətta qaqauzları assimilədən 
qorumaq üçün Türkiyənin Mərmərə bölgəsinə köçürülməsi ba- 
rədə bir layihə də hazırlayaraq İsmət İnönü hökumətinə təqdim 
etmişdi.
Onun Rumıniyadan seçib Türkiyəyə oxumağa göndərdiyi 
qaqauz gənclərin çoxu İkinci Dünya Savaşından sonra SSRİ-nin 
“qapılarını möhkəm bağladığından” geri dönə bilməsələr də,


Türkiyədə qaqauz məsələsinin gündəmdə saxlamağa çalışmışlar. 
Bu gənclərdən biri - qaqauz Doğan Dan “Akınçılar köyü” ro- 
manını o dövrün ən çox oxunan jurnallarından “Varlığ”ın 1938- 
ci il noyabr - 1939-cu il yanvar aylarında çap etdirmişdi. Təəs- 
süf ki, qaqauzların etnoqrafıyasına və folkloruna dair zəngin 
məlumatı yaşadan bu roman və onun yazarı uzun illər diqqətdən 
kənarda qalmışdır 
(Argunşah Hülya, 2001:142).
Türkiyəyə oxumağa gedən gənclərdən söz açan S.Bulgar 
yazır ki, Həmdullah Süphi Tanrıöverin yardımı ilə Bucak 
bölgəsindən də 20-yə yaxın öyrənci göndərilmiş və onların 
hamısı Türkiyədə qalmış, vətəndaşlığı qəbul etmiş, əsgəri xid- 
mətdə olmuşlar. Amma heç vaxt qaqauzları unutmamışlar. Qa- 
qauzların folklorunu, ədəbiyyatını, adət-ənənələrini öyrənərək 
Türkiyədə təbliğ etmişlər. Belə aydınlardan birisi Veysel 
Arsevendir (Vasiliy Öküzcü). Bu şəxs Türkiyədə bacarıqlı pe- 
daqoq, musiqişünas, elm adamı kimi tanınmışdır. Qaqauzların 
folkloru, nəğmələrinin musiqi düzümü və s. haqqında yazdığı 
elmi, publisistik məqalələrini Türkiyə mətbuatında çap etdir- 
mişdi 
(Bulgar S., 2004).
Qaqauzlar milli azadlıq mübarizəsini açıq və gizli şəkildə 
davam etdirsələr də, istəklərinə yalnız SSRİ dağıldıqdan sonra 
çatmışlar. Onlar 1989-cu il fevralın 11-də Moldova Kom- 
munist Partiyası Mərkəzi Komitəsinin binası qarşısında mitinq 
keçirərək, Qaqauz Muxtar Sovet Sosialist Respublikasının ya- 
radılmasını tələb etmişlər. Lakin onların bu tələbinə əhəmiyyət 
verilməmişdi. 1989-cu il mayın 21-də Komratda toplanan 
Birinci Qaqauz Xalq Qurultayı Qaqauz Muxtar Respublikasım 
qurmağı qərara alır. Həmin il noyabrın 12-də onlar bu işi 
gerçəkləşdirərək Qaqauz Muxtar Sovet Sosialist Respublika- 
sını elan edir və hökumət yaradırlar.


Lakin Moldova hökuməti bununla razılaşmasa da, Sovet 
hökumətinin basqılarını, yaranmış ağır iqtisadi-siyasi durumu, 
ölkənin bir hissəsində Moskvanın əli ilə rusların Dnestryanı 
Respublika yaratmalarını nəzərə alaraq qaqauzlarla münaqişə- 
yə girmək istəmir. Qaqauzlar Moskvanın Moldovanın müstə- 
qilliyinə qısqanclıqla yanaşaraq ölkəni iqtisadi böhran və milli 
münaqişələr burulğanına salmaq istəyini, beynəlxalq aləmdə 
baş verənləri nəzərə almadan 1990-cı ildə Qaqauz Respubli- 
kası yaratdıqlarını elan edirlər. Rusiyanin xüsusi xidmət or- 
qanları Moldovanı münaqişə bölgəsinə çevirmək üçün millətçi 
gənclərin narazılığından istifadə etmək istəyir. Həmin il noyabr 
ayının 25-də bir qrup milliyyətçi moldovan gənci könüllü dəs- 
tələr təşkil edərək qaqauzların üzərinə yeridilir. Moldovanlarla 
qaqauzlar arasında baş verə biləcək silahlı toqquşmanın qarşısı 
vaxtında alınır. Amma müstəqilliyini elan etmiş Qaqauz Yeri 
Respublikası, bütün cəhdlərə baxmayaraq, heç bir ölkə tərə- 
fındən tanınmır. Hətta Türkiyə və Azərbaycan kimi qaqauzlara 
hər cür yardım etməyə hazır olan ölkələr də! Bu da səbəbsiz 
deyildi. Yaranmış qurum özünün iqtisadi, siyasi və coğrafi 
durumunu, beynəlxalq vəziyyəti nəzərə almırdı.
Moldova hökumətinin susması 23.12.1994-cü ilədək davam 
etdi. Həmin ilin noyabrında Moldova Məclisi Qaqauz Yeri 
Muxtar Vilayəti yaradılması haqqında qanun qəbul etdi. Bu 
qanun qaqauzların Moldova tərkibində milli haqlarını qoruya- 
raq yaşamalarını tənzimlədi 

Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   52   53   54   55   56   57   58   59   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish