Uygur, qaqauz, quzey



Download 6,58 Mb.
Pdf ko'rish
bet58/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   54   55   56   57   58   59   60   61   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

(Türkiye dışındakı...,
1999:351, 12-ci cild).


Xalqının dini anlayaraq sitayiş etməsi üçün “İnciP’dən və 
başqa din kitablarından çox istifadə olunan duaları ana dilinə 
və moldovcaya çevirib çap etdirir və kilsələrdə oxuyur. O, 
xristian dininin müqəddəs kitabı olan “Evangeliya” (İncil), 
“Psaltır” (dini nəğmələr), “Liturqiya” (kilsə duası), “Çasos- 
lov”, “Kilsənin qısa tarixi”, “Yeni müqəddəslərin tarixi”, 
“Keçmiş müqəddəslərin tarixi” və s. əsərlər tərcümə etmiş və 
yazmışdır(Çebotar,7). Hətta 1907-ci ildə qaqauz türkcəsində 
bir səhifəlik dini qəzet də çıxarmağa nail olmuşdur.
O, qaqauzların keçmişini, adət-ənənəsini, xalq ədəbiyyatını 
araşdırıb ‘Taray3bi BeH^epcKoro yesaa” (“Bender vilayətinin 
qaqauzları”) adlı irihəcmli bir əsər və “Qaqauzca-Romence 
laflık” kimi sözlük də yazmışdır. Latın hərfləri ilə və rumın 
(romen) əlifbasında qaqauz türkcəsi ilə yazılan bu əsərlər 
yüksək bədii dəyərə malik olmasa da, qaqauz türkcəsinin söz 
ehtiyatından yararlanmaq baxımından bugün də diqqətçəkən- 
dir. Araşdırıcıların verdiyi bilgiyə görə, M.Çakırın 34 kitabı 
nəşr olunmuşdur. Əsasən xristian dininin yayılmasına xidmət 
etməsi planlaşdırılmış bu əsərlər milli şüurun oyanmasına da 
səbəb olurdu. Yazar öz xalqının tarixini, soykökünü öyrəndik- 
cə özünün də milli duyğuları güclənirdi. Onun yaradıcılığının 
ən məhsuldar dövrü Bessarabiyanın Rumıniya hökumətinin 
tərkibində qaldığı dövrdür.
M.Çakır bu dövrdə Türkiyənin Rumıniyadakı səfıri, böyük 
millətsevər və maarifçi Həmdullah Süphi ilə tanış olur. O, 
M.Çakıra güclü təsir göstərir, elmi araşdırmalar aparmasına 
münbit şərait yaradır, onu hakimiyyət orqanlarının basqıların- 
dan qoruyur.
Qaqauzlar 1918-ci ildə Rumınyanın tərkibində deyil SSRİ-də 
yaşasaydılar, yəqin ki, bolşeviklər din adamı kimi M.Çakırı da 
ya gülləyəcək, ya da ən yaxşı halda Sibirə sürgün edəcəkdilər.


SSRİ-nin Bessarabiyanı işğalından sonra çox kilsələr qa- 
pandığından, ibadətlər yasaqlandığından, dini məktəblər bura- 
xıldığından qaqauz türkcəsinin inkişafında bir durğunluq yaran- 
dı. Din xadimləri də unutdurulmağa çalışılır. Bunun nəticəsində 
Mixail Çakırın da qəbrini ziyarət edənlər olmur. 1980-ci illərin 
ikinci yarısından, milli oyanışdan sonra qaqauz ziyalıları uzun 
müddət Mixail Çakırın qəbirini axtarsalar da, tapa bilmirlər.
2000-ci illərdə qəbirüstü abidələrdəki qiymətli metalları 
oğurlayıb satanların sayəsində Mixail Çakırın da qəbrinin yeri 
müəyyənləşir. Qəbirüstü başdaşı öncəki şəklinə salınır. İndi 
qaqauz aydınları buranı tez-tez ziyarət etməklə yanaşı, gələn 
qonaqları da oraya aparırlar.
* * *
Sovetlər Birliyi dağıldıqda qaqauzlar da tarixi keçmişlərinə, 
mədəniyyətlərinə üz tutmağa başladılar. Var səsləri ilə ümum- 
türk tarixinin, ədəbiyyatının, mədəniyyətinin varisləri olduq- 
larını bildirdilər. Ədəbiyyat tarixlərinin Orxon-Yenisey abidə- 
ləri ilə, “Divan-i lügat it-Türk”lə, “Kutadqu biliq”lə, “Kitabi- 
Dədə Qorqud”la və b. əsərlərlə başladığını yazdılar.
Stalinin ölümündən sonra keçirilən Sov.İKP-nin XX qurul- 
tayında quruluşun nöqsanlarının böyük qismi ölkənin rəh- 
bərinin adına yazıldı. Stalin şəxsiyyətə pərəstişdə suçlandı. Bu 
təkcə SSRİ-də deyil, sosialist ölkələrində də bir yumşalma 
yaratdı. Vəziyyətdən istifadə edən qaqauz ziyalıları 1957-ci 
ildə kiril əlifbası əsasında yeni qaqauz əlifbasının yaradılma- 
sına, məktəblərdə ana dilində dərslərin keçilməsinə, dərsliklə- 
rin hazırlanmasına, rayon qəzetlərində qaqauz türkcəsində sə- 
hifələrin hazırlanmasına razılıq ala bildilər. Bu da yazılı 
qaqauz ədəbiyyatının formalaşmasına şərait yaratdı. Rus, uk- 
rayna və moldov dillərində təhsil alan qaqauzlar bundan sonra


toplu yaşadıqları kənd və qəsəbələrin əksəriyyətində ibtidai 
siniflərdə ana dilində oxumağa başlayırlar. Yuxarı siniflərdə 
isə qaqauz türkcəsi və ədəbiyyatı tədris olundu.
1957-1960-cı illərdə “Moldaviya Sotsialiste” qəzeti həftədə 
bir dəfə qaqauz türkcəsində səhifə çap etməyə başladı. Dionis 
Tanasoğlunun və Nikolay Baboğlunun hazırladığı bu səhifələr 
qaqauz yazılı ədəbiyyatının inkişafına təkan verdi. Burada Ni- 
kolay Baboğlu (Baboqlu), Vasili Duloğlu, Aleksey Tukan, Filip 
Topaz, Mina Kösə, Stepan Kuroğlu, Savel Ekonomov kimi ya- 
zarların ədəbi yaradıcılıq nümunələrinin çapına, bununla da 
onların qələminin püxtələşməsinə şərait yarandı. 1959-cu ildə 
Kişinyovda “Bucakdan sesler - Literatura yazıları” adlı toplu 
çap olundu. Topluya folklor nümunələri ilə yanaşı, qaqauz şair- 
lərinin də əsərləri daxil edildi. Qəzet-jurnal olmadan günümüzdə 
ədəbi əsərlərin yayılması, yaranması və formalaşması çox çə- 
tindir. Qaqauzların qəzet-jurnalları ardıcıl çıxmadığı zamanlarda 
yazıçı və şairlər əsərlərini dərs kitabları nəşr etdirməklə ana 
dilini zənginləşdirir, yetişməkdə olan nəslə təsir göstərirdilər.
1960-cı ildən sonra “Moldaviya Sotsialiste” qəzetinin qa- 
qauz türkcəsindəki əlavəsi və ana dilində tədris dayandırıldı. 
Lakin qaqauzlar bununla razılaşmadı, ana dilində nəşrlərə nail 
olmaq üçün müxtəlif təşkilatlara müraciətlər edirdilər.
Sovet dövründə müttəfiq respublikaların hamısında və bir 
çox muxtar respublikalarda da yazıçılar ittifaqlarının ədəbi- 
bədii jurnalları, qəzetləri buraxılırdı. Moldova Yazıçılar İttifa- 
qının orqanı “Literatura iş arta” qəzeti də 1986-cı ildə qaqauz 
türkcəsində səhifə verməyə başladı. Bu səhifənin materiallarını 
Nikolay Baboğlu hazırlayırdı.
1988-ci il avqustun 14-də isə “Sovetskaya Moldaviya” qə- 
zetinin əlavəsi kimi qaqauz türkcəsində, gənc şair Todur Za- 
netin redaktorluğu ilə “Ana sözü” adlı qəzet nəşrə başladı. Ki-


çik formatda (A3 formatında) 4 səhifəlik, ayda iki dəfə çap 
olunan bu qəzet qısa müddətdə böyük nüfuz qazandı. Azərbay- 
canlı oxucular, qəzet bağlanmasın deyə ona abunəçi olmağa, 
oraya məqalələr göndərməyə başladılar. Az müddətdə qəzetin 
tirajı 80 minə yaxınlaşdı. Kommunist partiyasının göstərişi ol- 
madan 200 min əhalisi olan bir xalqın 80 min tirajla qəzetinin 
çap olunması görünməmiş hadisə kimi qarşılandı. Bundan 
narahat olan sovet məmurları “Ana sözü” qəzetinin adını ümu- 
mittifaq abunə kataloqundan çıxardılar.
1988-ci ilin noyabr ayında Azərbaycanda qaqauz ədəbiyyatı 
günləri keçirilməsi planlaşdırılmışdı. Lakin Moskvanın Qara- 
bağ problemini ortaya atması bu cür tədbirlərin keçirilməsini, 
Azərbaycanın türk respublikaları və toplumları ilə birbaşa 
əlaqəsini əngəllədi.
SSRİ-nin dağılması respublikalar arasında rabitə xidmətini 
pozdu. Beləliklə “Ana sözü” qəzetinin abunəçiləri azaldı və 
qəzet maliyyə çətinliyi ilə üzləşdi. “Ana sözü” qəzeti səhifələ- 
rində ədəbi-bədii yazılara, folklor nümunələrinə geniş yer 
verirdi.
Qaqauz Yeri muxtariyyat əldə etdikdən sonra yeni qəbul 
edilmiş latın əlifbası ilə “Gagauz sesi” qəzeti, 1996-cı ildən 
Stepan Bulqarın redaktorluğu ilə “Sabaa yıldızı” ədəbi-bədii, 
publisistik, etnoqrafik jurnal, jurnalın əlavəsi kimi uşaqlar 
üçün “Güneşçik” və “Ana sözü” qəzetinin əlavəsi kimi uşaqlar 
üçün “Kırlangaç” jurnalı buraxılmağa başladı. Bu nəşrlər ar- 
dıcıl çap olunmasa da, qaqauz ədəbiyyatını istiqamətləndirir.

Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   54   55   56   57   58   59   60   61   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish