Nikolay İqnat oglu Baboğlu
(02.05.1928, indiki Moldova
Respublikası, Qaqauz Yeri MV Taraklı rayonunun Kıpçak kən-
di - 2008). Bir çox soydaşları kimi ədəbiyyata şeir yazmaq və
folklor toplamaqla gəlmişdir. Mövcud duruma görə, o da
əsərlərini qəzet, jumal və dərsliklərdə çap etdirmişdir. “Bucak-
tan sesler” toplusunda çap olunan şeirləri əsasən siyasi məzmun-
ludur. Yenidənqurma onun yaradıcılığına da öz təsirini göstər-
mişdir. O, şeirlərində təbiət, xalqının əməksevərliyi və torpağa
bağlılığı, doğma yurdu Bucağın taleyi, vətən, dostluq haqqında
duyğularını əks etdirib adət-ənənələrin təsvirinə çalışmışdır.
Onun qaqauz türkcəsində iki şeir kitabı “Bucak ecelle-
ri”(1979), “Tarafımın piyetleri”, (1988), rusca “Dunay pojaluy
v dom” (“Dunay, gir içəri”, 1984), “Qvozdiki rastsveli vnov”
(“Qərənfıllər yenidən açıldı”, 1986) “Bucaan tarafında” (kita-
bın ikinci adı “Gani”) və bundan başqa “Qaqauz folkloru”
(1969), ”Masallar” (1991), qardaşı İ.Baboğlu ilə birlikdə “Qa-
qauz türkcəsi sintaksisi IX-X klaslar için” (1988), “Literatura
okumaları” (1988), Türkiyədə ”Bir öykümüz var” (1994) və b.
kitabları çap olunmuşdur.
“Tarafımın piyetleri” adlı poemanın süjeti xalq arasında ge-
niş yayılmış bir əfsanədən alınmışdır. Poemanın qəhrəmanı
Oğlan Tuna boyunda düşmənlə savaşda ölür. Bu ağır itkiyə
dözə bilməyən sevgilisi Lanka özünü Tunaya-Dunay çayına
atır. Şair bunu Lankanın müqəddəs sulu Dunay ilə evlənməsi
və qaqauzların qədim adətləri kimi qiymətləndirir.
Şair əsərlərində xalqını Bucağın bir çox yerlərindəki iskit,
peçeneq, tatar kurqanlarını qorumağa, onları ata-babaların mira-
sı kimi dəyərləndirməyə çağırır. Milli duyğuları da bu cür möv-
zularda özünü daha qabarıq göstərir. Nikolay Baboğlu yazır:
Yakardı vakıtlar tepelerdä ateş yalınnarnı
Da savaşırdılar şılatsın bizä tepä altında insannarını.
Oğuz gölgeleri çıkardılar ordan avşam -avşam,
Tepä dolayında bakıp gezardilär ulam-ulam.
Hazar, hem skif milletleri, peçeneglär,
Kimnär taa zamandan bu toprakta gezmiştilär...
Sorardı gölgelär «ani büünkü senselemiz?
Ani onnar, kimi çoxtan görmää isteeriz biz?
Baboğlunun lirik şeirlərindəki hisslər da diqqətçəkəndir:
Göka diidim, diidim ellän yıldıza
Gönül koydum, cannan düştüm bir kıza.
Sevdam taştı güüdeciimdän döküldü,
En baş peetim ona, ona düzüldü.
Yerä diidim, bastım ana topraama,
Yarim, senin dökülerim kucaana.
Bugünkü qaqauz nəsrinin ağır yükünü çəkən yazıçılar sırasın-
da öndə gedənlərdən biri N.Baboğludur. Onun yaradıcılığından
söz açan İvan Topal yazır ki, “əgər N.Baboğlunun əsərləri heç
bir ədəbi özəllik daşımamış olsaydı belə, xalqın kültür tarixinə
bu əsərlər zəngin folklor terminləri ilə dolğun ədəbi bir abidə
kimi daxil ediləcəkdi”
Do'stlaringiz bilan baham: |