(Azərbaycan toponimləri, 1999: 101).
Baş Daşağıl kəndi yaxınlığında indi də Qoca Bucaq bulağı
və Qoca Bucaq çəməni var. XX yüzilin əwəllərində Azər-
baycanda yeddi Bucaq kəndi vardısa, indi onların sayı üçdür,
bunlardan biri Oğuz, ikisi Yevlax rayonundadır.
1.5. Komrat dağı və Komrat baba piri
Baş Daşağıl kəndində xristianlıq abidələrinin olması, buranı
müsəlmanların da ziyarət etmələri, qışlağının Bucaq adlanması
ilə yanaşı, Qəbələ rayonunda Komrat baba adlı dağın və bu dağ-
da eyniadlı ocaq-pirin varlığı da diqqətçəkəndir. Sovetlər Birliyi
dönəmində dini yerləri ziyarət etmə yasağı olduğundan, Komrat
baba piri üzərindəki bina da uçmuşdur. Son illərdə orada təmir
işləri görülmüşdür. Təmir zamanı binanın əski memarlığı qorun-
mamışdır. Səbəb-bu işi mütəxəssislərin deyil, həvəskarların gör-
məsidir. Onlar təmiri öz bildikləri kimi aparmışlar.
Komrat baba pirinə, əsasən, uşağı olmayan qadınlar ziyarətə
gəlirlər
(Azərbaycan folklor antalogiyası, 2005, 13:502).
Araşdırıcı Mətanət Abdullayeva Qəbələ rayonunun Mirzəbəyli
kəndindəki 70 yaşlı Anaxanım Ağayevadan “Komrat” əfsanə-
sini toplamışdır
(Azərbaycan folklor antalogiyası, 2005, 13:
517).
Əfsanədə Hz. Əlinin (Dördüncü xəlifə Əli Əbu Talib -
Ə.Ş.) bölgədə savaşdığından, burada bir xanımla evləndiyin-
dən, doğulacaq övladına qolbağı yadigar qoyub getdiyindən
söz açılır. Yeddi il sonra geri dönən Hz. Əli Murad adlı bir
uşaqla qarşılaşır. Uşağın dikbaşlığı onun xoşuna gəlmir və
hirslənərək “Ko-Murat” deyib ona sağ ayağı ilə bir təpik vurur.
Uşaq gedib dağın başına düşür və orada böyük bir çuxur
meydana gəlir. Hz. Əli oğlunu öldürdüyünü bilib peşman olur.
O gündən bəri həmin yer pir olaraq ziyarət edilir.
Bu əfsanədən bəlli olur ki, adamlar Komrat sözünün mə-
nasını unutduqlarından onu belə yozmuşlar. Kırımda, Türküs-
tanda, xüsusən də qaraqalpaqların yaşadığı bölgədə də Komrad
toponimi geniş yayılmışdır. Bu mövzuda özbək və qaraqalpaq
araşdırıcılarının maraqlı məqalələri çap olunmuşdur.
Baş Daşağıl kəndi yaxınlığındakı və
bölgədəki xristian abi-
dələri dağıdıldığından
yazılı qaynaqlar, qəbir daşları tapa bil-
mədik. Buradakı əski xristian qəbir daşlarında adlar xristian
adları, soyadlar türk adları olsa, qaqauzlarla bağlılıq artardı.
Bölgənin yaşlı sakinləri isə 20-ci yüzilin başlarında Otmannı
kəndində və başqa kəndlərdə yaşayan xristianların qonşu xris-
tian kəndlərdən fərqli olaraq, türkcə danışdıqlarını xatırlayırlar.
Bölgədə xristian türklərinin yaşadığı haqda qaynaqlarda da
maraqlı bilgilər var. Nə yazıq ki, bunlar geniş araşdırmaya cəlb
edilməmişdir. Əmir Teymurun Qafqaza yürüşündən bəhs edən
bir qaynaqdan parçaları Aydın Məmmədov dilimizə çevirmiş-
dir. Ərəbcə yazılmış və farscaya çevrilmiş bu qaynağın yazarı
İbn Ərəbşahdır. Aydın Məmmədova görə, Əmir Teymur Şamı
aldıqda özü ilə Səmərqəndə apardığı adamlar arasında yeni-
yetmə İbn Ərəbşah da olub və o, Əmir Teymurun ordusu ilə
birlikdə Şəkiyə gəlib. Salnaməsində də gördüyü hadisələri təs-
vir edib. Bir neçə qaynağı qarşılaşdıran Aydın Məmmədov
“Əcaibül-məqdur fi nəvaib Timur” əsərindəki Şəkiyə dair na-
məlum bəhslər (Gələsən-Görəsən qalasında və ətrafında 1403-
cü ildə baş vermiş hadisələr barədə məlumatlar)” məqaləsində
yazır: “Şirvanşah Şeyx İbrahimin dililə yerli əhali gürcü yox,
tatar adlanır. Bu zaman bizim üçün aydınlaşır ki, hekayələrdəki
(İbn Ərəbşahın salnaməsindəki hadisələrin təsviri nəzərdə
tutulur-Ə.Ş.) gürcü sözləri millət yox, hümmət və məzhəb,
yəni xristian-pravoslav mənasında işlənilir”(Məmmədov Ay-
Do'stlaringiz bilan baham: |