İran köRFƏZİNDƏ pampus argenteus (euphrasen, 1788) baliğinin morfobioloji XÜsusiYYƏTLƏRİ, ovunun səMƏRƏLİ TƏŞKİLİ



Download 1,6 Mb.
bet1/10
Sana10.02.2017
Hajmi1,6 Mb.
#2240
  1   2   3   4   5   6   7   8   9   10


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

ZOOLOGİYA İNSTİTUTU

Əlyazması hüququnda

ŞƏHRAM QODRƏT OĞLU FORQANI

İRAN KÖRFƏZİNDƏ PAMPUS ARGENTEUS (EUPHRASEN, 1788) BALIĞININ MORFOBİOLOJİ XÜSUSİYYƏTLƏRİ, OVUNUN SƏMƏRƏLİ TƏŞKİLİ


2401.01 – Zoologiya


Biologiya üzrə fəlsəfə doktoru

elmi dərəcə almaq üçün təqdim olunmuş


DİSSERTASİYA

Elmi rəhbərlər:




Z.M.Quliyev
Biologiya elmləri doktoru,

Biologiya elmləri doktoru, professor Ş.R.İbrahimov




B A K I–2014

MÜNDƏRİCAT

səh

GİRİŞ.............................................................................................................................4



I FƏSİL. GÜMÜŞÜ POMFRET BALIĞININ – PAMPUS ARGENTEUS (EUPHRASEN, 1788) ÖYRƏNİLMƏSİNƏ DAİR ƏDƏBİYYAT İCMALI..................................................................................................7

II FƏSİL. İRAN körfəzİnİn Fİzİkİ–coğrafİ, hİdrokİmyəvİ və hİdrobİolojİ xarakterİstİkası...........................................17

2.1. İran körfəzinin fiziki–coğrafi xarakteristikası ……………………...........17

2.2. İran körfəzinin hidrokimyəvi xarakteristikası............................................19

2.3. İran körfəzinin hidrobioloji xarakteristikası...............................................22

2.3.1. İnfuzorlar……………………..………….……......................................22

2.3.2. Plankton ……………………..................................................................22

2.3.3. Bentos …….……………………………................................................22

2.3.4. Qığırdaqlı balıqlar ……….…….............................................................23

2.3.5. Sümüklü balıqlar.....................................................................................25

2.3.6. Su bitkiləri …….………………………………….................................39

III FƏSİL. TƏDQİQATIN MATERİAL VƏ METODU........................................41

3.1. İran körfəzində gümüşü pomfret balığının toplanmasına dair...................41

3.2. Gümüşü pomfret balığının morfometrik əlamətlərinin tədqiqi usulları.....43

3.3. Gümüşü pomfret balığının qida tərkibinin tədqiqi usulları........................45

3.4. Gümüşü pomfret balığının bioloji göstəricilərinin tədqiqi usulları............47

IV Fəsil. İRAN KÖRFƏZİNDƏ GÜMÜŞÜ POMFRET BALIĞININ MORFOMETRİK XÜSUSİYYƏTLƏRİ..........................................51

V FƏSİL. İRAN KÖRFƏZİNDƏ GÜMÜŞÜ POMFRET BALIĞININ BİOLOJİ XÜSUSİYYƏTLƏRİ.........................................................................61

VI FƏSİL. GÜMÜŞÜ POMFRET BALIĞININ İRAN KÖRFƏZİNDƏ ÇOXALMASI....................................................................................75

VII FƏSİL. İRAN KÖRFƏZİNDƏ GÜMÜŞÜ POMFRET BALIĞININ QİDALANMASINA DAİR TƏDQİQATLAR ................................91

VIII FƏSİL. İRAN KÖRFƏZİNDƏ GÜMÜŞÜ POMFRET BALIĞININ EHTİYATININ MÜASİR VƏZİYYƏTİ VƏ ONUN MÜXTƏLİF AMİLLƏRDƏN ASILILIĞI.........................................................105

NətİcələR............................................................................................................115

Əməlİ təklİflər...............................................................................................117

İstifadə olunmuş ədəbİyyat……………...............................................118

Gİrİş

Mövzunun aktuallığı. Ərəbistan yarımadası ilə İran yaylası arasında yerləşən İran körfəzi sənaye balıq ovu baxımından regionda ən önəmli su hövzəsidir. Körfəzin ətrafında yerləşən ölkələr (İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Oman) burada balıq ovu ilə məşqul olurlar.

Sümüklü balıqların stromateidae fəsiləsinə aid olan gümüşü pomfret balığı – Pampus argenteus (Euphrasen, 1788) İran körfəzində yaşayan çoxsaylı və ən qiymətli balıqlardandır. Onun ən çox ovlanma və çoxalma yеri körfəzin Iranın (Xozеstan ərazisi) və Küvеytin ərazi sularına aid olan hissələridir [82, 148].

Gümüşü pamfret balığı İran körfəzindən başqa Hindistanın, Malaziyanın, Çinin, Yaponiyanın, Taylandın və Honq–Konqun ərazi sularında da geniş yayılmışdır. Mühum vətəgə əhəmiyyətli balıqlardan olan pomfret balığı İran, Küveyt və digər ölkələrin əhalisi tərəfindən həvəslə istifadə olunan balıqlardandır.

Keçən əsrin axırlarından başlayaraq müxtəlif antropogen təsirlər nəticəsində körfəzdə bu qiymətli balığın ehtiyatı durmadan azalmağa başlamışdır. Belə ki, əgər bu balığın ovu 1997–ci ildə 1688,7 ton olmuşdursa, 2000–ci ildə ovlanan balığın miqdarı 114,8 tona enmişdir [24]. Bunun əsas səbəblərindən biri, dünyanın başqa su hövzələrində olduğu kimi, İran körfəzinin də hidroloji və hidrokimyəvi rejimlərində baş verən ciddi ekoloji dəyişikliklər balıq ovunun tənzimlənməməsidir. Eyni zamanda bu körfəzində pomfret balığının morfobioloji xüsusiyyətlərinə dair kifayət qədər tədqiqat işləri aparılmamışdır.

Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, bizim əsrin əvvələrində İran körfəzinin balıq ehtiyatlarında mühüm yer tutan Pampus argenteus balığının morfobioloji xüsusiyyətlərinin və ovunun dinamikasına təsir edən təbii və antropogen amillərin müəyyən edilməsi mühüm elmi problem kimi ortaya qoyulmuşdu.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsas məqsədi İran körfəzində Pampus argenteus balığının morfologiyasını, biologiyasını, qidalanma xüsusiyyətlərini, ehtiyatının müasir vəziyyətinin müəyyən etmək və səmərəli ovun aparılması üçün əməli təkliflərin hazırlanması olmuşdur.

Dissertasiya işində qarşıya qoyulan məqsədə nail olmaq üçün aşağıdakı məsələlərin araşdırılması nəzərdə tutulmuşdur:



  • İran körfəzinin hidrokimyəvi və hidrobioloji vəziyyətini müəyyənləşdirmək;

  • Gümüşü pomfret balığının morfometrik xüsusiyyətlərini öyrənmək;

  • İran körfəzində gümüşü pomfret balığının əsas bioloji göstəricilərini (uzunluq, kütlə, dolğunluq və s.) müəyyən etmək;

  • İran körfəzində gümüşü pomfret balığının çoxalma biologiyasını (cinsi yetkinliyə çatması, kürüvermə vaxtı və şəraiti) tədqiq etmək;

  • İl ərzində gümüşü pomfret balığının qidalanmasını (hansı qidalarla qidalanır, qidalanma intensivliyi və s.) öyrənmək;

  • İran körfəzində gümüşü pomfret balığının ehtiyatına təsir edən amilləri, ehtiyatının müasir vəziyyətini müəyyən etmək və ovunun səmərəli aparılması üçün əməli təkliflər hazırlamaq.

Tədqiqatın elmi yenilikləri. Aparılmış tədqiqatlar nəticəsində ilk dəfə olaraq İran körfəzində yaşayan gümüşü pomfret balığının morfometrik xüsusiyyətləri dəqiqliklə öyrənilmiş, onun çoxalma biologiyası əsaslı surətdə tədqiq olunmuş, cinsi vəzilərinin inkişaf mərhələləri aylar üzrə izlənmiş, bütün bioloji göstəriciləri (uzunluğu, kütləsi, dolğunluğu, qida tərkibi və s.) müxtəlif yaş qrupları və fəsillər üzrə ətraflı araşdırılmış, BMT-nin tövsiyyə etdiyi FISAT proqramından istifadə etməklə ehtiyatlarının müasir vəziyyəti müəyyən edilmişdir.

Tədqiqatın nəzəri əhəmiyyəti. Aparılan tədqiqatlar nəticəsində gümüşü pomfret balığının İran körfəzində yayılmasına, morfometrik və bioloji göstəricilərinə, onların dinamikasına və mühit amillərindən asılılığına dair məlumatlar ixtiologiya və hidrobiologiya sahəsində gələcəkdə aparılacaq tədqiqatların planlaşdırılması, həyata keçirilməsi və nəticələrinin təhlili, ali məktəblərin bu fənnlər üzrə kurslarının aparılması və dərs vəsaitlərinin hazırlanması üçün istifadə edilə bilər.

Tədqiqatın praktiki əhəmiyyəti. İran körfəzində Pampus argenteus balığının qida tərkibi, cinsi vəzilərinin inkişaf mərhələləri, ehtiyatının vəziyyəti, fəsillər üzrə yayılması və b. xüsusiyyətlərinə dair əldə olunmuş məlumatlar hazırda miqdarı kəskin şəkildə azalmış bu qiymətli balığın ehtiyatının bərpa olunmasında, ovunun səmərəli təşkilinə yönəldilmiş tədbirlərin həyata keçirilməsində və balıq ovuna dair proqnozların hazırlanmasında istifadə oluna bilər.

Müdafiəyə çıxarılan əsas müddəalar:

  • İran körfəzində gümüşü pomfret balığının morfometrik xüsusiyyətləri;

  • İran körfəzində gümüşü pomfret balığının bioloji göstəricilərində cinsdən, yaşdan və fəsillərdən asılı olaraq baş verən dəyişikliklər;

  • İran körfəzində gümüşü pomfret balığının cinsi vəzilərinin ilin ayları üzrə inkişafı;

  • İl ərzində İran körfəzində gümüşü pomfret balığının qida tərkibinin və bağırsağın dolma indeksinin dinamikası;

  • İran körfəzində gümüşü pomfret balığının ehtiyatının müasir vəziyyəti və onun tənzimlənməsi yolları.

İşin aprobasiyası. Aparılmış tədqiqatların nəticələri Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnistutu su heyvanları şöbəsinin, ixtiologiya laborotoriyasının hesabat yığıncaqlarında (2011, 2012, 2013), Azərbaycan Zooloqlar cəmiyyətinin konfransında (2010), İran İR-nın Balıq ehtiyatları və balıq ovuna dair birinci milli konfransında (2011) müzakirə olunmuşdur.

Tədqiqatın nəticələrinin nəşr olunması. Dissertasiyanın materialları əsasında müəllifin 7 məqaləsi (onlardan 4–ü xaricdə), 1 məruzə tezisləri çap olunmuşdur.

Dissertasiyanın həcmi və strukturu. 132 səhifə həcmində olan dissertasiya girişdən, 8 fəsildən, nəticələrdən, əməli təkliflərdən və ədəbiyyat siyahısından ibarətdir. İşdə 24 cədvəl, 3 qrafik və 4 şəkil vardır. İstifadə olunmuş 154 adda ədəbiyyat mənbələrindən 7-si Azərbaycan, 14-ü rus, 133-ü isə inglis dilindədir.


I Fəsİl
GÜMÜŞÜ POMFRET BALIĞININ – PAMPUS ARGENTEUS (EUPHRASEN, 1788) ÖYRƏNİLMƏSİNƏ DAİR ƏDƏBİYYAT İCMALI
İran körfəzindən başlamış Yaponiya, həmçinin Havay adaları sahillərində, Adriatik dənizində, Atlantik, Hind və Sakit okeanının tropik və subtropik sularında sümüklü balıqlar sinfinin Actinopterygii yarınsinfinin Preciformes dəstəsinin Stromateoidei yarımdəstəsinin Stromatidae fəsiləsinin 3 cinsinin nümayəndələri yaşayır:

1). Stromateus cinsinin dünya sularında yalnız bir növü – Stromateus sp. yaşayır. Bu növün nümayəndələrinə Atlantik və Sakit okeanların Cənubi Amerika sahillərində rast gəlinir.

2). Perilous cinsinin də dünya sularında bir növünün – Perilous sp. olması haqqında ədəbiyyat məlumatları mövcüddür. Bu növ də Atlantik və Sakit okeanılarının Cənubi Amerika sahillərində rast gəlinir.

Yuxarıda adları qeyd olunmuş hər iki növ azsaylıdırlar və iqtisadı əhəmiyyətləri yoxdur. Dünya ədəbiyyatında bu növlər haqqında olduqca az məlumat vardır.

3). Pampus cinsinin 6 növü məlumdur: a) Pampus argenteus (Euphrasen, 1788), b) Pampus shinensis (Euphrasen, 1788), c) Pampus cinereus (Blosh, 1795), d) Pampus echinogaster (Basilewsky, 1855), e) Pampus minor (Liu and Li, 1998), f) Pampus punctatissimus (Temminsk and Schlegel, 1845).

Pampus cinsinə mənsub olan növlər digər iki cinsə daxil olan növlərə nisbətən çoxsaylıdırlar. Onların əksəriyyəti iqtisadi əhəmiyyətli növlərdən hesab olunur və bir sira dövlətlər tərəfindən aparılan balıq ovunda xüsusi çəkiyə malikdirlər. Pampus cinsinə daxil olan P.argenteus – gümüşü pomfret balığı İran körfəzində, Hind okeanının Hindistan sahillərində, Sakit okeanın Yaponiya sahillərində geniş yayılmışdır və mühüm vətəgə əhəmiyyətli balıqlardan hesab olunur [13, s. 331-337; 75; 128; 140].

Sakit okeanının Çin və Malaziya sahillərində də az miqdarda pomfret balığına təsadüf edilir [92, 113, 114].

Dünya sularında gümüşü pomfret balığının ən çox yayıldığı və ovlandığı ərazilər İran körfəzinin (İranın Xozestan əyaləti) və Küveytin sahilləri hesab olunur. İran körfəzində XX əsrin ortalarında və sonlarında bu balıqların böyük ehtiyatı mövcüd olmuşdur [82].

Gümüşü pomfret balığının ətinin tərkibindəki yağların, zülalların və mikroelementlərin miqdarı digər balıqlara (treskalar, siyənəklər, çəkikimilər, kefalkimilər və s.) nisbətən çox yüksəkdir. Yaşadıqları su hövzələrində adətən passiv hərəkət edirlər. İndiyədək ovlanan pomfret balığının ən böyük fərdinin uzunluğu 60 sm olmuşdur [153].

Gümüşü pomfret balığı Asiya ölkələrində mühüm iqtisadi əhəmiyyətə malik olmaqla bərabər həm də tədqiqatçıların əsas tədqiqat obyektlərindən biridir. Bu balığa dənizdə sahil boyunca bentik orqanizmlər daha çox rast gəlinən ərazilərdə təsadüf edilir. Şor sularda yaşayan balıqlardandır, kürülərini dənizdə 5–11 m dərinliklərdə tökür. Tropik və mülayim sularda rast gəlinirlər. İndiyədək tədqiqatçılar tərəfindən tədqiq olunmuş balıqların əksəriyyəti 1+–4+ yaş arasında olmuşdur. 7 yaşa qədər yaşayan fərdlərə çox nadir hallarda təsadüf olunur [75].

2003–cu ildə M.Əl–Hüseyni və başqalarının apardıqları müşahidə və tədqiqat işlərinə görə İran körfəzində gümüşü pomfret balığı əsasən İran, İraq, Küveyt və digər ölkələr tərəfindən ovlanılır və hər bir ölkə daha çox balıq ovlamağa can atır. Müəlliflər qeyd edirlər ki, hazırki dəyişən ekoloji şəraitdə İran körfəzində gümüşü pomfret balığının morfobiologiyası ətraflı öyrənilməmişdir. İran körfəzində pomfret balığının ehtiyatının müasir vəziyyəti və ona təsir edən amillər də kifayət qədər öyrənilməmişdir. Bu istiqamətdə tədqiqatların aparılmasına ciddi ehtiyac var [23].



Pampus cinsinə aid olan balıqlar xarici görünüşlərinə görə bir–birinə olduqca çox oxşayırlar. İran körfəzində və Pakistanın sahil sularında yaşayan Pampus cinsinə daxil olan balıqlarının DNT analizinə dair S. Almomin və başqalarının apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, İran körfəzində yaşayan Pampus cinsinə aid olan balıq Pampus argenteus növünə mənsubdurlar. Pakistanın sahil sularında isə bu cinsin Pampus argenteus növü ilə yanaşı Pampus shinensis növünə də tez–tez rast gəlinir. Pakistan sahillərində Pampus cinsinə aid olan balıqların növünün təyinində tədqiqatçılar çox vaxt çətinlik çəkirlər [29].

Pakistan sahillərində A.Parsaməneşin [114] apardığı tədqiqatlar zamanı məlum olmuşdur ki, burada ovlanmış gümüşü pomfret balıqlarının əksəriyyətinin uzunluğu 20–30 sm arasında dəyişir. Pakistan sahillərində ovlanmış ən iri pomfret balığının uzunluğu 60 sm olmuşdur. A.Parsaməneşin verdiyi məlumata görə Pomfret balığı Pakistan sahillərində 5–100 m dərinliklərində rast gəlinir, əsasən dayaz ərazilərdə, şor sularda, ekvatora yaxın ərazilərdə daha çoxsaylı olur. Müəllif apardığı tədqiqatlardan belə bir nəticəyə gəlmişdir ki, mühitin dəyişən ekoloji şəraitindən asılı olaraq pomfret balığının biologiyasında nəzərəçarpacaq dəyişikliklər baş verir. O, Hindistan, İndaneziya, Koreya sularında və İran körfəzində apardığı uzunmuddətli tədqiqatlar nəticəsində belə bir qənaətə gəlmişdir ki, Pampus cinsinə daxil olan balıqların yaşını təyin etmək üçün Von Bertalanfin dusturundan istifadə etmək daha məqsədəuyğundur. Çünki bu cinsə daxil olan balıqların həm pulcuqları, həm də kəllə sümüklərindəki otolitlər çox xırda olur. Müəllifin apardığı tədqiqatlara görə İran körfəzində balıq ovunda gümüşü pomfret balığının iri fərdlərinə diğər su hövzələrinə nisbətən daha tez–tez rast gəlinir. Müxtəlif su hövzələrindən ovlanmış pomfret balıqlarının morfometrik göstəricilərində kəskin fərqin olmadığını müəllif onların yaşadıqları su hövzələrinin ekoloji şəraiti arasında kəskin fərqin olmaması ilə izah edir.

Keçən əsrin 80–ci illərində Hind okeanının Hindistan sahillərində, Benqal körfəzində və Balasore sahillərində pomfret balıqlarının çoxalması istiqamətində tədqiqatlar aparmış S.Patinin verdiyi məlumata görə onlar əsasən ekvatorda – qabarma–çəkilmə zonasında kürü töküb çoxalır və sürfələrin inkişafı da məhz bu ərazilərdə gedir. İran körfəzi də belə ərazilərdən hesab olunur və burada pomfret balıqlarının kürütökməsi üçün optimal şərait vardır [114].

XX əsrin 90–cı illərinin sonlarında İran körfəzinin şimal hissəsində Küveytin balıqçılıq institutunun əməkdaşları A.Parsaməneş [111] və digərlərinin pamfret balıqlarının çoxalmasına dair apardıqları tədqiqatlar nəticəsində müəyyən olmuşdur ki, İran körfəzinin Küveyt sahillərində gümüşü pomfret balığı aprel ayından başlayaraq sentyabr ayının sonunadək kürü tökürlər. Burada kürütökmənin qızğın vaxtı may–iyul aylarına təsadüf edir, çoxalmada iştirak edən balıqların əksəriyyəti (60–84%–i) 2–3 yaşlı balıqlardan ibarət olur.

Keçən əsrin 80–ci illərinin axırlarında Cənubi Koreya alimləri T.Y.Lee və J.J.Jinin [90] Koreya sularında Pampus cinsinə daxil olan balıqların çoxalmasına dair apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu balıqlarının cinsi vəziləri iyun–iyul aylarında tam yetişir və iyunun əvvəllərindən başlayaraq kürü tökməyə başlayırlar. Çoxalmada iştirak edən balıqlar içərisində 2–3 yaşlı balıqlar üstünlük təşkil edirlər. Erkək və dişi fərdlər arasındakı nisbət 2,5:1 arasında olur. Erkək fərdlər dişi fərdlərə nisbətən xırda olurlar.

İndoneziya tədqiqatçıları A.Dviponro və başqalarının [69] müxtəlif su hövzələrindən tədqiq etdikləri pomfret balıqlarının uzunluğu əsasən 29–40 sm arasında dəyişmişdir. Müxtəlif su hövzələrində yaşayan gümüşü pomfret balığları uzunluğuna görə bir–birindən kəskin fərqlənməsələr də, onların böyümə intensivliyində nəzərəçarpacaq dəyişikliklər olur. Məsələn: İran körfəzində gümüşü pomfret balığının böyümə indeksi 0,5–1,1 arasında dəyişdiyi halda, Asiya qitəsinin şərqində – Yaponiya sahillərində onların böyümə indeksi 0,24–0,7 arasında dəyişir. Müəlliflər bu dəyişmənin səbəbi kimi Yaponiya sahillərində gümüşü pomfret balığının qidasını təşkil edən orqanizmlərin (planktonun) miqdarının İran körfəzinə nisbətən az olmasını və burada il ərzində suyun temperaturunun daha böyük tərəddüdlə dəyişməsini göstərirlər.

Keçən əsrin 70–ci illərindən başlayaraq Hind okeanının Hindistan sahillərində ovlanan balıqlar içərisində gümüşü pomfret balığının miqdarının artması ilə əlaqədar olaraq onların təbii ehtiyatında qeydə alınan azalma müşahidə olunmağa başlamışdır. Bu qiymətli balıqların təbii ehtiyatının azalmasını müşahidə edən tədqiqatçılar pomfret balıqlarının süni artırılması istiqamətində iş aparmağı qarşılarına məqsəd qoyurlar. Belə tədqiqarçılardan biri də S.Pati idi [115]. O, Hindistanın Balasore sahillərində pomfret balıqlarını süni artırılması istiqamətində tədqiqatlar aparmış, lakin uğurlu nəticə əldə edə bilməmişdir. Çünki gümüşü pomfret balığı ovlanma usulundan asılı olmayaraq ovlandıqdan 24–48 saat keçdikdən sonra tələf olmuşlar. Müəllifin apardığı uzunmüddətli tədqiqatlar nəticəsində gəldiyi qənaətə görə hipofizar ineksiya metodundan istifadə etməklə də gümüşü pomfret balığından nəsil almaq mümkün deyil. Lakin təbii şəraitdə cinsi vəziləri tam yetişmiş (cinsi vəziləri VI yetkinlik mərhələsində olan) balıqlardan istifadə etməklə süni şəraitdə gümüşü pomfret balığından nəsil almaq mümkündür. Bu məqsədlə ovlanmış balıqların içərisindən cinsi vəziləri tam yetişmiş balıqlar seçilir və dərhal onların qarın boşluğunu sıxmaqla cinsi vəziləri (kürüləri və toxumluqları) çixarılır və xüsusi qablarda qarışdırılır. Süni şəkildə mayalandırılmış kürülər xüsusi cihazlara yerləşdirilir və onların 35–62%–indən normal sürfələr inkişaf edir. Gümüşü pomfret balığı 24–250 C temperaturda kürü tökür. Kürütökmədə dişi və erkək fərdlərin nisbəti 2 : 1 kimi olur. Kürütökmədə iştirak edən dişi fərdlərin kütləsi 700–800 qram, erkək fərdlərin kütləsi isə 300–400 qram olduqda yüksək nəticə əldə etmək mümkündür. Kürülər mayalandıqdan 30–48 saat sonra sürfələr çıxmağa başlayır.

2000–2001–ci illərdə E.M.Cruz [58] və başqaları gümüşü pomfret balığına suyun temperaturunun təsirini öyrənmək məqsədilə tədqiqatlar aparmışlar. Onlar gümüşü pomfret balığını süni şəraitdə (hovuzlarda) saxlayaraq hansı temperaturadək bu balıqların yaşaya bilməsini müəyyən etmişlər. Məlum olmuşdur ki, 90 C temperatur bu balıqlar üçün ən aşağı temperatur həddidir. Belə ki, 90 C–dən aşağıda artıq bu balıqlar tələf olurlar. Müəlliflərin gəldikləri nəticəyə görə gümüşü pomfret balığı üçün ən yuxarı temperatur həddi 370 C–dir. 370 C–dən yuxarı temperaturda gümüşü pomfret balığı yaşaya bilmir. Bu balıqlar üçün suyun optimal temperaturu 19–280 C arasındadır. Ona görə də gümüşü pomfret balığına daha çox su hövzələrinin 5–100 m dərinliklərində rast gəlmək olur.

2002–2005–ci illərdə İran körfəzinin Kuveyt sahil sularında gümüşü pomfret balığının cinsi vəzilərinin inkişaf xüsusiyyətlərini və körpələrinin inkişafını tədqiq etmiş S.M.Almatar [27, 28] və başqalarının apardığı tədqiqatlar nəticəsində məlum olmuşdur ki, gümüşü pomfret balığının erkək fərdləri 1–2, dişi fərdləri isə 2–3 yaşından sonra cinsi yetkinliyə çatırlar. Duzluluğu 38–39 promil olan sularda 26–32,80 C temperaturda kürü tökürlər. Kürütökmə mart ayından başlayır oktyabr ayının sonlarınadək davam edir. Çoxalmanın qızğı vaxtı mart–iyun aylarına təsadüf edir. Kürütökmədə iştirak edən dişi və erkək fərdlər arasındakı nisbət 2,5 : 1 arasında dəyişir.

Keçən əsrin 70–ci illərinin sonlarında tropik sularda yaşayan balıqların cinsi vəzilərinin inkişafını E.E.De–Matrini və R.K.Fountsinin [65] izləmişlər. Onların apardıqları uzunmuddətli tədqiqatlar nəticəsində məlum olmuşdur ki, tropik sularda lakin müxtəlif ərazilərdə yaşayan eyni növə aid olan balıqların cinsi vəzilərinin inkişafında nəzərəçarpacaq dəyişikliklər qeydə alınır. Həmin alimlərin pomfret balıqlarının yaşadıqları su hövzələrindən asılı olaraq onların cinsi vəzilərinin inkişafında müəyyən fərqlərin meydana çıxacağı haqqında da fikirləri mövcüddür. Onlar bu istiqamətdə ətraflı tədqiqat işlərinin aparılmasına ciddi ehtiyac olduğunu təklif etmişlər.

S.M.Almarat [26, 28], İ.S.Azad [36], E.M.Cruz [57], C.M.James [84] və başqaları Çinin “Şanxay Universiteti”ndə pomfret balıqlarının sürfə mərhələsində inkişafını, kürülərdən çıxan sürfələrin yaşam faizini, süni qidalandırılmasından asılı olaraq körpələrin böyüməsini və s. tədqiq etmişlər. Adları yuxarıda qeyd olunan alimlərin apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, təbii şəraitdə mayalanmadan 48–50 gün sonra sürfələrin uzunluğu 55–78 mm, kütlələri isə 3,1–3,8 q olur. Balıq körpələrinin süni qidalandırılmasında Artemia salinadan istifadə olunması olduqca səmərəli nəticə vermişdir. Belə ki, pomfret körpələrinin süni qidalandırilmasında Artemia salinadan istifadə etdikdə onların kütləsində qeydə alınan artım təxminən 1,5 qram olmuşdur. Həmin alimlər 2004–cü ildə pomfret körpələrini həcmi 4–125 m3 olan hovuzlarda 26–300 C–də saxlamış və süni qidalandırmışlar. Hovuzlarda saxlanılmış 14 aylıq pomfret körpələrinin kütləsi 74–315 q arasında dəyişərək, orta hesabla 182,7±50,5 q olmuşdur. Təbiətdə olduğu kimi süni şəraitdə yetişdirilmiş pomfret balıqlarının erkək fərdləri dişi fərdlərə nisbətən xırda olur. Mayalanmış kürülərdən inkişaf edən sürfələrin əksəriyyətini (60–70%–ni) erkək fərdlər təşkil etdir. Pomfret balıqların digər balıqların sürfə və kürüləri ilə qidalansalar da, onlarda hannibalızm hadisəsi qeydə alınmamışdır. Bu istiqamətdə tədqiqat işləri aparmış alimlərin apardıqları müşahidələr zamanı süni yaradılmış hovuzlarda müəyyən müddət ac saxlanılmış pomfret balıqlarının öz körpələri ilə qidalanma halları qeydə alınmamışdır. Yuxarıda adlarını qeyd etdiyimiz tədqiqatçılar 1998–ci ildə pomfret balıqlarının süni artırılması zamanı mayalanmış kürülərdən çıxmış sürfələrin sağqalma faizinin 1%–dən artıq olmamasını qeyd etmişlər. Lakin onların apardıqları təkmilləşdirmə işləri nəticəsində 2000–ci ildə bu rəqəm 4%–ə yüksəlmişdir. Müəlliflərin gəldikləri qənaətə görə bu istiqamətdə tədqiqatların aparılmasına vaxt sərf etməyə dəyər.

Çinin sahil sularında pomfret balıqlarının körpələrinin inkişaf mərhələlərini tədqiq etmiş S.M.Almarat [26] və başqalarının verdiyi məlumata görə kürüdən çıxan sürfələrin uzunluğu orta hesabla 2,4 mm, 8 günlük sürfələrin uzunluğu orta hesabla 3,7 mm, 12 günlük sürfələrin uzunluğu orta hesabla 4,4 mm, 24 günlük sürfələrin uzunluğu orta hesabla 7,2 mm, 30 günlük sürfələrin uzunluğu orta hesabla 8,4 mm, 40 günlük sürfələrin uzunluğu isə orta hesabla 22,2 mm olur.

M.Çarles [47] və başqaları 2004–2007–ci illərdə süni şəraitdə yetişdirilən 2 yaşlı pomfret balıqlarından hipofizar inyeksiya əsasında nəsl almağa cəhd etmişlər, lakin aparilmiş tədqiqatlar uğursuzluqla nəticələnmişdir. Bu müəlliflər və eləcə də K.M.Al–Abdul–Elah [22] və başqaları belə bir qənaətə gəlirlər ki, mühüm iqtisadi əhəmiyyətə malik olan pomfret balıqlarını süni artırmaq üçün onların cinsi vəzilərinin yetişdiyi vaxtda ovlayıb, qarın boşluğunu sıxmaqla cinsi vəziləri çıxarıb xüsusi qablarda mayalandırdıqdan sonra cihazlara yerləşdirməklə artırmaq olar. Bu məqsədlə istifadə olunacaq balıqları xüsusi mühafizə olunan ərazilərdə yerləşdirilmiş iri tor qəfəslərdə (uzunluğu 40–50 m, eni 20–25 m) də böyütməyin mümkün olduğunu həmin müəlliflər qeyd edmişlər.

2004–cu ildə N.Amrollahi [31] və başqalarının İran körfəzində Xozestan sahillərində apardıqları tədqiqatlar nəticəsində pomfret balığının bəzi bioloji göstəriciləri haqqında məlumat vermişlər. Müəlliflərin tədqiq etdikləri cinsi yetkinliyə çatmış balıqların LM(50) uzunluğu orta hesabla 19,0 sm, dişi və erkək fərdlərin nisbəti isə 1 : 3 kimi olmuşdur.

N.Amrollahi [32, 33] İran körfəzində 2005–ci ildə apardığı tədqiqatlar zamanı ovlanmış ən iri pomfret balığının uzunluğunun 31,2 sm, kütləsi 1191 q və böyümə indeksi K=0,55 olduğunu qeyd etmişdir.

Küveyt sahillərində pomfret balığının mayalanmış kürülərinə duzluluğun təsirini Sh.Zhaohong [152] və başqaları tədqiq etmişlər. Onların apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, pomfret balığının mayalanmış kürülərindən suyun duzluluğu 25–40 promil olduqda 26–280 C temperaturda 24–28 saat müdətində sürfələrin çıxır. Suda duzluluq 29–30 promil olduqda sürfələr daha yaxşı inkişaf edirlər. Belə şəraitdə kürülərin 68,2%–dən sürfələr inkişaf edir.

1998–ci ildə İran körfəzində (Küveyt sahillərində) pomfret balığının çoxalmasına dair tədqiqatlar aparmış S.Dadzie [60] və başqalarının verdiyi məlumata görə pomfret balıqları mart–aprel aylarından başlayaraq kürü tökürlər. Kürütökmənin ən qızğın vaxtı may–avqust aylarında müşahidə olunur. Kürütökmə təxminən sentyabr ayının sonlarına qədər davam edir.

S.M.Almatar [25] və başqaları Yaponiya sahillərində apardıqları tədqiqatlar nəticəsində belə bir qənaətə gəlmişlər ki, pomfret balıqlarını süni yaradılmış hövuzlarda və su anbarlarında böyütmək və çoxaltmaq iqtisadi cəhətdən əlverişsizdir. Bu balıqların ehtiyatını yalnız təbiətdə, onların kürütökmə dövründə çoxaldığı ərazilərdə müəyyən mühafizə tədbirlərini həyata keçirməklə qorumaq mümkündür.

M.Al–Hüsaini [24] İran körfəzində pomfret balığının qidalanmasına dair apardığı tədqiqatlarda yazır ki, bu balıq təxminən bir yaşa qədər daha çox bitki mənşəli qidalarla qidalanır. Bir yaşdan yuxarı balıqların qidasında heyvan mənşəli qidaların (zooplanktonla) miqdarı artmağa başlayır. Həmin müəllifin müşahidələrinə görə pomfret balıqlarının iri fərdləri su hövzələrinin dərin qatlarında yaşayır, passiv hərəkət edirlər və az qidalanırlar.

Bənqal körfəzində gümüşü pomfret balığının mədə möhtəviyyatını S.Dadzie [62] və başqaları tədqiq etmişlər. Onların tədqiq etdiyi gümüşü pomfret balığının mədəsində olan qidanın 21 %–ni bitki mənşəli, 60 %–ni isə heyvan mənşəli qidalar təşkil etmişdir. Fəsillərdən asılı olaraq qidanın tərkibində olan bitki və heyvan mənşəli qidaların miqdarı dəyişir. Heyvan mənşəli qidaların 39 %–i Copepoda, 11 %–i Molluska, 10 %–ni isə digər balıqların sürfələri və kürüləri təşkil etmişdir. Bitki mənşəli qidalar içərisində Basilariophyta üstünlük təşkil etmişdir (21%).

Küveyt sahillərində gümüşü pomfret balığının qidalanmasına dair tədqiqatlar aparmış E.Al–Qattan [30, s. 42-87] və başqaları belə şərh edirlər: gümüşü pomfret balığının ağzı balacadır, alt və üst çənələrində çənə sümükləri üzərində xırda və iti dişlər yerləşmişdir ki, onlar vasitəsilə qarşılarına çıxan istənilən qidanı tutub yeyə bilirlər. Onların qidasının əsasını Copepodalar, balıqların sürfələri və kürüləri, Bacillariophytalar, Mollusca-lar və fıtoplankton təşkil edir. Pomfret balıqlarının çənələrində olan dişlər yosunları xırdalayıb yeməyə imkan verir, onlar diatom yosunları və hər növ dəniz otlarını yeyə bilirlər.

Gümüşü pomfret balığının qidalanmasına dair tədqiqatlar aparmış digər alimlər – E.M.Cruz [59] və başqaları belə bir qənaətə gəlmişlər ki, bu balıqların körpələrinin tez böyüməsinin və sağ qalmasının əsas səbəbi onların intensiv qidalanmalarıdır. Müəlliflər temperaturdan asılı olaraq gümüşü pomfret balığının qidalanmasında hansı dəyişikliklərin meydana çıxması üzərində də tədqiqatlar aparmış və müəyyən etmişlər ki, 250 C temteraturda bu balıqların körpələri daha çox qida qəbul edirlər və onların sağqalma əmsalı 66,7% olur. Süni yaradılmış su anbarlarında temperaturun artması nəticəsində gümüşü pomfret balığının həm qidalanması zəifləyir, həm də onların sağqalma əmsalı azalır. Belə ki, su hövzəsində temperatur 300 C–dən yuxarı olduqda gümüşü pomfret balığının qidalanması xeyli zəifləyir və onların sağqalma əmsalı 40,0%–ə enir.

K.M.Al–Abdul–Elah [22] və başqaları qeyd edirlər ki, gümüşü pomfret balığının körpələri və sürfələri fitoplanktonla (Chlorella, Isochrysis, Nannochloropsis) daha çox qidalanırlar. Onların qidasında Rotatorlar da müstəsna əhəmiyyət daşıyır. Belə ki, müəlliflər qeyd edirlər ki, gümüşü pomfret balığının sürfələrini 38 gün həm yosunlarla, həm də Rotatorlarla qidalandırdıqda onların sağqalma əmsalı 3,6–4,2% (orta hesabla 3,9±0,42%) artır.

Sakit okeanın Yaponiya sahilllərində gümüşü pomfret balığının qidalanma biologiyasını tədqiq edən Y.Suyehiro [141, s. 241-257] qeyd edir ki, bu balıqlar bitki və heyvan mənşəli qidalarla – Copepodlar, Tonikitlər, Meduzlar, dəniz ulduzları və digər balıqların sürfələri ilə qidalanırlar. Həmin müəllifin apardığı tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Yaponiya sahillərində tədqiq olunmuş gümüşü pomfret balığının qidasında heyvan mənşəli qidalar bitki mənşəli qidalara nisbətən üstünlük təşkil edirlər.



Download 1,6 Mb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   10




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish