İran köRFƏZİNDƏ pampus argenteus (euphrasen, 1788) baliğinin morfobioloji XÜsusiYYƏTLƏRİ, ovunun səMƏRƏLİ TƏŞKİLİ


VIII FƏSİL İRAN KÖRFƏZİNDƏ GÜMÜŞÜ POMFRET BALIĞININ EHTİYATININ MÜASİR VƏZİYYƏTİ VƏ ONUN MÜXTƏLİF AMİLLƏRDƏN ASILILIĞI



Download 1,6 Mb.
bet9/10
Sana10.02.2017
Hajmi1,6 Mb.
#2240
1   2   3   4   5   6   7   8   9   10

VIII FƏSİL
İRAN KÖRFƏZİNDƏ GÜMÜŞÜ POMFRET BALIĞININ EHTİYATININ MÜASİR VƏZİYYƏTİ VƏ ONUN MÜXTƏLİF AMİLLƏRDƏN ASILILIĞI
Gümüşü pomfret balığı İran körfəzinin şimalında İranla Küveyt arasında olan hissəsində əsas vətəgə obyektidir. Burada bu balığın miqdarı ümumi vətəgə ovu içərisində 30-40 % təşkil edir. Təssüf ki, 1994-cü ildən 2000-ci ilə kimi bu növdən olan balıqların miqdarı İranda 1142 tondan 114 tona, Küveytdə isə 1100 tondan 120 tona enmişdir. Belə hesab olunur ki, bu İran körfəzinin şimalında həmin balığın ehtiyatlarının azalması ilə əlaqədardır. Bunun isə əsas səbəbləri balıq ovu donanmasının çox güclü olması və körfəzə axan çayların suyunun azalması nəticəsində əmələ gələn ekoloji stresdir. Pomfret balığının əsas çoxalma sahələri İranın, qidalanma və qışlama sahələri isə Küveytin sahil sularıdır.

Gümüşü pomfret balığının körfəz akvatoriyasında paylaşması bir neçə amilin təsirindən asılıdır. Bunlara suyun temperaturu, duzluluğu, suda həll olmuş oksigenin miqdarı, axın, suyun şəffaflıq dərəcəsi və planktonun miqdarı daxildir. Aparılmış tədqiqatlar göstərmişdir ki, may ayından avqusta kimi İran körfəzinin şimal və qərb hissəsində gümüşü pomfret balıqlarının kürülərinin və sürfələrinin miqdarı maksimal həddə olur. Lakin bu balığın kürü və sürfələrinə ilin bütün fəsillərində az da olsa rast gəlmək olar. Gümüşü pomfret balıqlarının sürfələri və körpələri əsasən xırda xərçəngkimilərlə qidalandığından, onların yayılması da əsasən bu orqanizmlərin yayılmasından asılı olur. Lakin onu da nəzərə almaq lazımdır ki, gümüşü pamfret balıqlarının körpələrinin və sürfələrinin qida rasionunda xərçəngkimilər dominantlıq təşkil etsələr də, onların inkişafının bu mərhələlərində az da olsa diatom yosunlara, molyuskalara və balıq körpələrinə də rast gəlinir.

2005-ci ildə BMT-nin ekologiyaya həsr olunmuş konfransında dəniz və okeanların balıq sərvətinin məqsədəuyğun və davamlı istismarının təşkilində müxtəlif ölkələrin arasındakı əməkdaşlığın qınaətbəxş olmadığı konfrans iştirakçıları tərəfindən qeyd edilmişdir. Həmin konfransda bəşəriyyətin balıqçılıq sahəsində yeni qlobal böhranla üz-üzə durduğu bir daha vurğulandı. Dünyada olan böyük balıq ehtiyatlarının əksəriyyəti həddindən artıq istismar olunduqlarından tükənmək üzrədir. Balıq ovu göstəriciləri xeyli aşağı düşmüşdür. O vaxtdan keçən dövr ərzində bu sahədə bir sıra beynəlxalq səviyyəli müştərək layihələr işlənib hazırlanaraq həyata keçirilsə də, vəziyyətin kifayət qədər yaxşılaşdığı müşahidə edilməmişdir. Bunun bir sıra səbəbləri vardır ki, bunlardan ən mühümləri kimi regional qarşıdurmaları, ölkələrin iqtisadi inkişafında olan ciddi fərqləri, adət-ənənələrdəki uyğunsuzluqları göstərmək olar. BMT-nin yuxarıda qeyd olunan konfransında o da qeyd edilmişdir ki, dəniz və okeanların balıq ehtiyatlarının səmərəli istismarının təşkili üçün maraqlı tərəflərin vaxtaşırı görüşləri təşkil edilməli və balıq ovunun effektiv təşkili üçün torların gözlərinin ölçüləri, ovun il ərzində müddəti və miqdarının kvotası, körpəlik və çoxalma dövrlərində balıqların mühafizəsi üzrə müvafiq sənədlər hazırlanıb həyata keçirilməlidir [79].

Milli qanunvericiklərin genişlənməsi ilə bərabər əvvəllər sahildən 200 mil məsafə civarında müəyyən edilmiş xüsusi iqtisadi zonaların ölçüsü kiçildilmiş, bir sıra iri dəniz və okean balıqçılıq donanmasının fəaliyyət dairələri daraldılmışdır. Hongskul [81, s. 24-26] iki və daha artıq ölkənin sularında yerləşmiş balıq ehtiyatlarını təsnif edərkən onları iki böyük kateqoriyaya bölmüşdür:




  • İki və daha artıq dövlətin sularında yerləşən, onların sərhədlərindən sərbəst keçən, lakin dəqiq miqrasiya yolları olmayan balıq ehtiyatları.

  • İki və daha artıq dövlətin sularında yerləşən, onların sərhədlərindən sərbəst keçən, lakin dəqiq miqrasiya yolları olan balıq ehtiyatları.

Gümüşü pomfret balığı ikincilərə aid olduğu üçün onun ehtiyatlarının iki və daha artıq dövlət tərəfindən istismarı yollarının müəyyən edilməsi daha çətin olub xüsusi müştərək tədqiqatlar tələb edir.

Əlbətdə ki, İran körfəzində gümüşü pomfret balığı başqa balıqlarla birlikdə ovlanır. Burada balıq ovu rəsmi olaraq İran tərəfindən 800-ə qədər xırda gəmi və 1500-ə qədər sürətli qayıqlarla, Küveyt tərəfindən isə 15 yastıdibli iri qayıq və 700-ə qədər xırda katerlər vasitəsilə aparılır. Onu da qeyd etmək lazımdır ki, balıq ovu bu rəsmi göstəricilərdən əlavə olaraq daha başqa vasitələrlə də aparıla bilər ki, bunların da miqdarı məlum deyildir.

Balıq ovu vətəgələri əsasən körfəzin dərinliyi 10 m-ə qədər olan dayaz hissələrində gilli-qumlu dibi olan sahələrində bütün il boyu aparılır. İran körfəzi əsasən tropik və subtropik sahilyanı zonalarla təcəssüm olunan yarımqapalı dayaz bir akvatoriyadır. Buraya tökülən çayların əksəriyyəti İran İR ərazisindən axdığından körfəzin İran sahillərində balıqçılığın və su onurğasızları ilə məşğul olan təsərrüfatların inkişafı üçün münbit şərait vardır. Şirin suyun körfəzə daxil olması fito və zooplanktonun qənaətbəxş inkişafını, bunun nəticəsində isə vətəgə balıqlarının körpələrinin kifayət qədər yem əldə edə bilməsini təmin edir.

Son onilliklərdə Türkiyə, İraq və Suriyada çaylar üzərində bəndlərin çəkilmiş, Mesopotamiyada yerləşən iri bataqlıqların xeyli hissəsi qurudulmuşdur. Belə ki, Şatt-əl-Ərəb çayının körfəzə olan axını 70 % azalmışdır, peykdən aparılmış çəkilişlər isə göstərir ki, Mesopotamiya bataqlıqlarının 90 %-ə qədəri artıq yoxdur. Bunun nəticəsində onlardan gələn şirin suyun miqdarı əhəmiyyətli dərəcədə azalmışdır. Bölgənin hidroloji vəziyyətində və bununla əlaqədar olaraq ekoloji durumunda baş verən dəyişikliklər balıq populyasiyalarının say dinamikasına, bunun nəticəsində isə balıqçılığa da öz təsirini göstərmişdir.

Bölgədə baş verən hidroloji və ekoloji dəyişikliklər axıb körfəzə tökülən çayların suyunun keyfiyətinə də güclü təsir göstərmişdir. Belə ki, Hor-əl-Zubayr çayının axınının zəifləməsi nəticəsində onun töküldüyü Varba və Bubiyan adaları ətrafında körfəz sularının duzluluğu 40,3-43,4 promildən 43,5-44,1 promilə qalxmış, suda olan nitratların, fosfatların və silikatların miqdarı xeyli artmışdır. Dəclə və Fərat çaylarının aşağı axınlarının və Şatt-əl-Ərəb çayının yuxarı axınının kənd təssərfatı tullantıları ilə çirləndirilməsi nəticəsində onların mənsəbinə yaxın hissələrdə üzvi maddələrin parçalanması və nitratların suya çıxması prosesi güclənmişdir [128].

Hər iki dövlət, həm İran və həm də Küveyt, gümüşü pomfret balığının vətəgə ehtiyatını balığın mart ayından oktyabr ayına qədər çoxalmaq üçün İran körfəzinin şimal hissəsinə miqrasiya etdiyi zaman istismar edir. Martdan maya qədər olan dövrdə çayların mənsəbinə yaxın hissədə çoxlu balıq körpəsi olur. Noyabrdan marta qədər, havalar sərinləşəndə pomfret balıqları körfəzin cənubundakı daha dərin sulara miqrasiya edirlər.

İran körfəzinin Küveyt hissəsində əsas vətəgə mövsümləri aprel-may və sentyabr-oktryabr ayları, İran hissəsində isə may ayından sentyabr ayına qədər olan müddətdir. Payızda və qışda isə krevet ovu aparılarkən müəyyən qədər gümüşü pomfret balığı tora düşür. Güman etmək olar ki, bu zaman körpə balıqların tora düşməsi nəticəsində körfəzdə gümüşü pomfret balıqlarının ehtiyatına ciddi zərər dəyir. Lakin bu faktlar barədə statistik məlumatlar olmadığı üçün burada əsaslandırılmış fikir yürütmək mümkün deyildir.

İran körfəzinin bütün akvatoriyası boyu çoxalma yerlərini dəqiq müəyyən etmək çətindir. Lakin müəlliflərin əksəriyyəti belə hesab edir ki, bu proses əsasən çayların mənsəbinə yaxın ola sahələrdə gedir. Balıq ehtiyatlarının həcminin müəyyən edilməsi balıqçılıq təşkilatlarının əsas vəzifələrindən biridir. Bu məsələyə aydınlıq gətirildikdən sonra balıq ehtiyatlarının davamlı istismarını təmin edən bir sıra tədbirlər işlənib hazırlana və tətbiq oluna bilər. Bunlara balıq ovu alətlərinin növləri, torun ölçüləri, onun gözlərinin minimal ölçüləri, balıq ovunun müddətinə və ovlanan balıqların miqdarına məhdudiyyətlərin qoyulması və s. aiddir.

Balıq ovuna məhdudiyyətlər qoyularkən gümüşü pomfret balığının populyasiyasının quruluşundan irəli gələn bir sıra xüsusiyyətlər nəzərə alınmalıdır. Belə ki, bu balığın ehtiyatını qorumaq və yetkinlik yaşına çatmamış fərdlərin ovlanmasının qarşısını almaq məqsədi ilə balıq ovunda istifadə olunan torların gözlərinin minimal ölçülərinə məhdudiyyət qoyulur, yəni balıq ovu üçün elə torlar seçilir ki, onların gözü iri olduğundan, nisbətən xırda və cavan balıqlar ovlanmasınlar. Ümumiyyətlə effekli olan bu tədbirin də qüsurları vardır. Belə ki, gümüşü pomfret balığının populyasiyalarında dişi fərdlərin ölçüləri erkək fərdlərə nisbətən xeyli iri olduğundan məhdudiyyət qoyulduqda, erkək fərdlərə nisbətən dişi fərdlər xeyli çox ovlanır. Bu da populyasiyanın strukturunda arzuedilməz dəyikliklərə gətirib çıxara bilir.

Digər tərəfdən torların balıq ovu gözlərinin minimal ölçülərinə məhdudiyyət qoyulması və xırda balıqlara nisbətən iri balıqların daha çox ovlanması, istər-istəməz populyasiyada balıqların ölçülərinə görə süni seçmənin baş verməsinə, gələcək nəsillərdə xırda balıqlardan törəmiş xırda ölçülü nəsillərin (karlik formaların) alınmasına səbəb olur.

Gümüşü pomfret balığı qiymətli qida məhsulu olduğu üçün onun süni şəraitdə yetişdirilərək satışa verilməsi yolları araşdırılmış və onun suni yolla yetişdirilməsi istiqamətində aparılmış tədqiqatlar kifayət qədər uğurlu alınmasa da, müəyyən nəticələr əldə edilmişdir. Çox güman ki, gələcəkdə bu istiqamətdə aparılacaq tədqiqatlar daha da effektli olacaqdır.

Yuxarıda qeyd olunanlara baxmayaraq hazırda İran körfəzində gümüşü pomfret balıqlarının əmtəə məhsulu kimi əldə edilməsinin əsas yolu vətəgə balıq ovu olaraq qalmaqdadır.

Artıq göstərildi ki, hal-hazırda ətraf mühitə, o cümlədən su hövzələrinə antropogen təsirin intensiv xarakter alması (plansız balıq ovunun aparılması, su hövzələrinin çirkləndirilməsi və s.) dünyanın əksər su hövzələrində olduğu kimi İran körfəzinin də qiymətli vətəgə balıqlarının ehtiyatlarının azalmasına səbəb olmuşdur.

İran körfəzində balıq ovu aparılan əsas məntəqələrdə [Xor mosa (koordinatları 48˚,45˚ – 29˚,30˚), Bəhregan (49˚,30˚ – 29˚,30˚), İmam Həsən (50˚,00˚ – 29˚,45˚), Rik (50˚,25˚ – 29˚,04˚), Boşehr (50˚,42˚ – 28˚,33˚), Tənqestan (51˚,21˚ – 28˚,07˚), Mötaf (51˚,40˚ – 27˚,28˚), Dəyyer (52˚,00˚ – 27˚,28˚), Taheri (52˚,34˚ – 27˚,20˚), Gavbəndi (52˚,59˚ – 26˚,22˚), Lavan (53˚,23˚ – 26˚,35˚), Çarək (54˚,06˚ – 26˚,07˚), Lenqə (55˚,28˚ – 26˚,05˚), Larək (56˚,36˚ – 26˚,15˚)] müxtəlif növ ov alərlərindən (qurma, sürütmə, atma torlar, tral və s.) istifadə etməklə bir sıra (25–dən çox balıq) qığırdaqlı və sümüklü balıqlar (Penaeus indicus, Seabream, Diamond mullet, Pampus argenteus, Javlin grunter, Peneaus semisulcatus, Grouper, Tigre tooth croaker, Indo (Pacific mackerel), Wolf herring, Job fishes, Spanish mackerel, Thread fins, Sardines, Smelt, Little tuna, Skip Jack tuna, Emerors, Jacks, Pomanos, Clams, Sharks, Barracudas, Cobia, Javlin grunter və digər bentik sularinda yaşayan balıqlar – Benthic fishes) ovlanır.

2008–ci ildə İran körfəzindən 380 min ton balıq ovlanmışdır ki, onun da 52 %-i İran İR-nın payına düşmüşdür [70].

İran körfəzinin qiymətli balıq növlərindən biri olan gümüşü pomfret balığının ehtiyatının vəziyyətini öyrənmək məqsədilə BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə təşkilatı olan FAO (Food and Agriculture Organization) tərəfindən qəbul olunmuş FISAT proqramından istifadə edilmişdir. Şəkil 8.1-də su hövzələrində balıq ehtiyatının vəziyyəti haqqında şkala verilmişdir.

Səkil 8.1. Balıq ehtiyatlarının vəziyyəti haqqında şkala


Həmin proqrama görə balığın ehtiyatı E=0,35-0,65 arasında dəyişərsə, onda balığın ehtiyatı normal hesab olunur. 2007-2009-cu illərdə İran körfəzində apardığımız tədqiqatlar zamanı əldə etdiyimiz məlumatları FISAT proqramına daxil etdikdə gümüşü pomfret balığı üçün böyümə indeksi K=0,4; təbii ölüm indeksi 0,87; ümumi ölüm indeksi Z=0,99; ov indeksi F=0,1295; hazırda ehtiyatı (Exploitation index) E=0,1296, ehtiyatının bərpa olunması Yı/R=0,007 alınmışdır (qrafik 8.1). Alınmış rəqəmlərə əsasən belə bir qənaətə gəlmək olar ki, hazırda İran körfəzində gümüşü pomfret balıqlarının ehtiyatı normadan çox aşağıdır və qırmızı xəttə (E=0–a) yaxınlaşır.

Qrafik 8.1. İran körfəzində gümüşü pomfret balığının ehtiyatının vəziyyəti


İran körfəzində balıq ehtiyatlarının bərpa olunması əsasən balıqların təbii çoxalmaları hesabına baş verir. Odur ki, antropogen amillərin, xüsusilə körfəzin ətrafında olan dövlətlərin hər birinin öz maraqları olduğundan balıq ovu demək olar ki, tənzimlənmir.

Körfəzdə il boyu, xüsusən balıqların çoxalma dövründə intensiv balıq ovu aparılır. Son 8-10 il ərzində intensiv balıq ovunun aparılması nəticəsində gümüşü pomfret balıqlarının ehtiyatı kəskin sürətdə azalaraq qırmızı həddə çatmışdır.

Gümüşü pomfret balığının kürüsünü bir dəfəyə tökməməsi, eyni zamanda kürütökmə müddətinin 4-5 ay davam etməsi bir tərəfdən onun öz ehtiyatını təbii yolla bərpa etməsinə müsbət təsir göstərən amillərdəndir. Lakin, İran körfəzində sahilyanı dövlətlər tərəfindən aparılan plansız balıq ovu nəticəsində bu balıqların ehtiyatının azalmasına səbəb olmuşdur.

Y.Yimi və başqalarının [146] İran körfəzində apardıqları tədqiqatların nəticələrinə görə 1984-cü ildə İran körfəzində gümüşü pomfret balıqlarının ehtiyatı hər 1000 m2 -də 115 kq olmuşdur. Aparılmış intensiv balıq ovu nəticəsində 1999-cu ildə İran körfəzində gümüşü pomfret balıqlarının ehtiyatı azalaraq hər 1000 m2 -də 10 kq-a qədər azalmışdır.

Keçən əsrin sonlarında İran, İraq və Küveyt arasında baş vermiş müharibə zamanı İran körfəzində demək olar ki, balıq ovu aparılmamışdır. Bununla əlaqədar olaraq həmim dövrdə İran körfəzində gümüşü pomfret balıqlarının ehtiyatı xeyli artmışdır. Müharibədən sonrakı dövrdə körfəzdə intensiv balıq ovu aparılması nəticəsində onun ehtiyatı azalmağa başlamışdır.

M.Ai–Hüsaini [23] və başqalarının verdiyi məlumata görə 1997-ci ildə İran körfəzində ovlanmış gümüşü pomfret balıqlarının miqdarı 2188,7 ton olmuşdur. Körfəzdə aparılmış intensiv balıq ovu nəticəsində gümüşü pomfret balığının ehtiyatı kəskin şəkildə azalmış və 2000-ci ildə 114 tona enmişdir.

Bir sıra digər tədqiqatçıların [24, 32, 48, 112, 117, 133, 146, 150] İran körfəzində apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, gümüşü pomfret balığının ehtiyatı getdikcə və sürətlə azalır. Əgər belə davam edərsə, yaxın gələcəkdə bu balıqların nəslinin kəsilmək təhlükəsi yarana bilər.

Aparılmış tədqiqatlar subut edir ki, son illərdə İran körfəzində qeyri–səmərəli (çoxlu miqdarda vətəgə ölçüsünə çatmamış və ilk dəfə kürü verəcək balıqların ovlanması) balıq ovunun aparılması nəticəsində gümüşü pomfret balıqlarının ehtiyatı pozulmaqla yanaşı, onların bioloji göstəricilərinin (uzunluğu, kütləsi, yaş tərkibi, məhsuldarlığı və s.) də xeyli azalmasına səbəb olmuşdur.

Su hövzələrində balıq ehtiyatlarının azalmasına təsir edən amillərdən ən mühümü onların intensiv ovlanmaları olduğunu digər müəlliflər tərəfindən də qeyd edilmişdir [11, 12, 17].

Qeyd olunanları nəzərə alaraq İran körfəzində aparılan balıq ovu zamanı gümüşü pomfret balıqlarının orta və yuxarı yaşlı (3 yaşdan yuxarı və ya standart uzunluğu 27 sm-dən yuxarı olan balıqlar) fərdlərinin ovlanması məqsədəuyğun hesab olunmalıdır. Belə olduqda ovda iştrak edən balıqların əksəriyyəti (90%–dən çox) cinsi yetkinliyə çatmış vəziyyətdə olmaqla yüksək keyfiyyətli balıq məhsulu əldə etməyə imkan verər. Eyni zamanda qeyd olunan balıqların ovlanma intensivliyi onların ümumi ehtiyatının 35 – 40 %-dən çox olmayacaqdır. Balıq ovunda xırda gözlü torlardan (48x48; 55x55 mm) istifadə olunmasına yol verilməməli, gümüşü pomfret balıqlarının kütləvi çoxalma dövründə (iyun-avqust aylarında) ovlanmaları qadağa qoyulmalıdır.

Çoxillik və çoxsaylı tədqiqatlar əsasında müəyyən edilmişdir ki, su hövzələrinin balıq ehtiyatlarının formalaşması və səmərəli istifadə olunması onların təbii və süni artırılmasının fasiləsiz həyata keçirilməsi şəraitində mümkündür [1, 6, 7, 8].

Gümüşü pomfret balıqlarının ehtiyatlarının bərpası istiqamətində süni balıqartırma istiqamətində aparılan tədqiqatlar da nəticəsiz qalmışdır. Belə ki, süni yaradılmış sututarlarda bu balıqları artırmaq məqsədilə aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, gümüşü pomfret balıqları çox həssas balıqlardır və ovlanma usulundan asılı olmayaraq ovlandıqdan sonra tez (24-48 saat ərzində) tələf olurlar. Bu balıqların törədicilərini yalnız kürütökmə dövründə (tam cinsi yetkinliyə çatmış balıqları seçməklə) ovlayaraq onların yetişmiş kürülərdən istifadə etməklə müəyyən qədər nəsil almaq mümkün olmuşdur ki, o da çox səmərəli olmamışdır [22, 47].

Su hövzələrində balıq ehtiyatlarının azalmasına təsir edən ən mühüm amillərdən biri də hövzənin çirklənmə dərəcəsidir. Bəzi müəlliflərin müşahidələrinə görə çirklənmənin təsirilə əlaqədar ilk növbədə hövzədə balıqların və eləcə də onlarin körpələrin əsas qida obyekti olan orqanizmlərin məhvinə səbəb olur. Bunun nəticəsində erkən inkişaf mərhələsində qida çatışmamazlığı ilə əlaqədar balıq körpələrin sayı da kəskin surətdə aşağı düşür [9, 18, 19].

İran körfəzindən neftin çıxarılması və neft məhsullarının daşınmaları zamanı baş vermış xırda və iri qəzalar zamanı da körfəz müəyyən dərəcədə çirklənir ki, bu çirklənmə də gümüşü pomfret balıqlarının ehtiyatına ciddi mənfi təsir göstərir. Neft daşınmaları zamanı neft dağılmalarına qarşı ehtiyat tədbirlərin görülməsi də olduqca vacibdir.

Bеləliklə, аpаrılmış tədqiqаtlаr və müşаhidələr əsаsındа bеlə bir ümumi nəticəyə gəlmək оlаr ki, İran körfəzində gümüşü pomfret balıqlarının еhtiyаtlаrının azalmasına təsir еdən amillər (intensiv bаlıq ovunun aparılması, xırdа gözlü tоrlаrdаn istifаdə еtməklə vətəgə ölçüsünə çаtmаmış bаlıqlаrın оvlаnmаsı, körfəzin xam neft və neft məhsulları ilə çirklənməsi və s.) kifayət qədərdir. Bütün bunlar gümüşü pomfret balıqlarının еhtiyаtlаrının bərpа оlunmаsınа imkаn vеrməməklə, körfəzdə ümumi еhtiyаtın kəskin sürətdə azalmasına səbəb olmuşdur.

Körfəzdə balıq ehtiyаtının azalmasına təsir еdən аmillərdən olan çirklənmə yuxarıda qeyd olunduğu kimi, bаlıqlаrın, хüsusilə körpə bаlıqlаrın yеm еhtiyаtlаrına mənfi təsir etməklə onların еhtiyаtın fоrmаlаşmаsının gеdişi pоzulur. Оdur ki, yuxarıda qеyd etdiyimiz kimi İran körfəzində gümüşü pomfret bаlıqlarının еhtiyаtlаrının fоrmаlаşmаsındа və dinаmikаsındа mühüm rоl оynаyаn аmillərin nəzərə аlınmаsı оlduqcа vаcibdir.



İran körfəzinin bioloji sərvətlərindən bir neçə dövlət (İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Omman) istifadə etdiyindən onların tükənməsi təhlükəsinin qarşısını almaq üçün də bu dövlətlərin birgə səyi tələb olunur. Belə ki, təxirə salınmadan körfəzin neftlə çirklənməsinin minimum həddə endirilməsi və onun balıq ehtiyatlarının istismarının səmərəli təşkil oluması həyata keçirilməlidir.

NƏTİCƏLƏR

  1. İlk dəfə olaraq İran körfəzində gümüşü pomfret balığının morfometrik əlamətləri ətraflı şəkildə tədqiq olunmuşdur. Erkək və dişi balıqların müqayisə olunan 23 plastik əlamətindən 20-sində etibarlı fərq (P<0,01; P<0,001) qeydə alınmışdır. İran və Küveyt sahilləri boyu ovlanmış balıqlarının morfometrik əlamətləri arasında isə əhəmiyyətli fərq qeydə alınmamışdır (P>0,05).

  2. Gümüşü pomfret balıqlarının erkək fərdlərinin uzunluq və kütlə göstəriciləri dişi fərdlərə nisbətən az (müvafiq olaraq 18,39 ± 0,17 sm və 334,69 ± 3,24 q; 20,0 ± 0,13 sm və 372,3 ± 2,48 q), Fulton və Klarka görə dolğunluq əmsalının göstəriciləri isə əksinə, erkək fərdlərdə dişi fərdlərə nisbətən çox (müvafiq olaraq 5,69 ± 0,12 və 5,32 ± 0,11; 4,98 ± 0,07 və 4,57 ± 0,06) olmuşdur.

  3. Hər iki cinsdən olan balıqlar bir yaşa qədər sürətlə böyüyürlər, bu dövrdə onların dolğunluq əmsalları da yüksək (Fultona görə 6,87-12,86 arasında) olur. Yaş artdıqca balıqlarının kütləsinin artması bədənin uzununa böyüməsinə nisbətən zəifləyir, bunun nəticəsində cinsi yetkinliyə çatmış iri fərdlərin Fultona və Klarka görə dolğunluq əmsalları da azalır (müvafiq olaraq 2,46 ± 0,02 və 2,24 ± 0,01). Bundan başqa bədən şaquli istiqamətdə daha çox böyüyür, onun hündürlütünün uzununa olan nisbəti xeyli artır və forması dəyişir. Gümüşü pomfret balıqlarının Fulton və Klarka görə dolğunluq əmsalı yay aylarında ən yüksək, yaz aylarında isə ən aşağı olmuşdur.

  4. İran körfəzində gümüşü pomfret balıqlarının erkək fərdləri bir yaşından, dişi fərdləri isə iki yaşından sonra cinsi yetkinliyə çatırlar. Körfəzin Bəhreqan, Xor mosa, Boşehr və Deyyer məntəqələrində aparılmiş tədqiqatlar nəticəsində məlum olmuşdur ki, burada gümüşü pomfret balıqlarının kürütökmə dövrü may ayından başlayır, sentyabr ayının sonlarına qədər davam edir. Kürütökmənin ən qızğın vaxtı iyun-avqust aylarıdır.

  5. Mədə möhtəviyyatı tədqiq olunmuş balıqların qidası 18 təsnifat qrupuna aid olan bitki, 12 qrupa aid onurğasız heyvan, həmçinin digər balıqların sürfələri və kürülərindən ibarət olmuşdur. Bitki mənşəli qidalar arasında Ddiploneis sp., Nitzschia sp., Rhizosolenia sp., Ceratium sp., heyvan mənşəli qidalar arasında isə Copepoda, Cladocera, Ostracoda qrupları üstünlük təşkil etmişdir.

  6. İran körfəzində gümüşü pomfret balığı sentyabr-mart aylarında intensiv qidalanırlar və onların qidasında bitki mənşəli qidalar heyvan mənşəli qidalardan çox olur (uyğun olaraq orta hesabla: 36,8 % və 20,7 %). Aprel-may aylarında bu balığın qidasında bitki mənşəli qidaların miqdarı azalır, heyvan mənşəli qidaların miqdarı isə artır (uyğun olaraq orta hesabla: 24,6 % və 23,3 %). İyun-oktyabr ayları bu balıqların ən az qida qəbul etdiyi dövrdür. Yaş artdıqca gümüşü pomfret balıqlarının qidasında bitki mənşəli qidaların miqdarı heyvan mənşəli qidalara nisbətən artır.

  7. İran körfəzində İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Omman dövlətləri tərəfindən balıq ovunun həddindən intensiv aparılması, vətəgə ölçüsünə çаtmаmış bаlıqlаrın оvlаnmаsı, akvatoriyanın neft və neft məhsulları ilə çirklənməsi vətəgə balıqlarının, o cümlədən gümüşü pomfret balığının еhtiyаtlarının fоrmаlаşmаsı prosesinin pоzulmasına və miqdarının azalmasına səbəb olur.

  8. BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə təşkilatı olan FAO (Food and Agriculture Organization) tərəfindən qəbul olunmuş FISAT proqramından istifadə etməklə İran körfəzində yaşayan gümüşü pomfret balığının ehtiyatlarının müasir vəziyyətinin öyrənilməsi göstərmişdir ki, bu akvatoriyada həmin balığın ehtiyatı tükənmək üzrədir.


ƏMƏLİ TƏKLİFLƏR

Dünyada ən böyük neft ehtiyatlarına malik bölgələrdən biri olan İran körfəzi həm də mühüm balıqçılıq mərkəzlərindən biridir. Son 15 ildə körfəzdə aparılan intensiv və plansız balıq ovu nəticəsində balıq ehtiyatları, o cümlədən gümüşü pomfret balıqlarının ehtiyatı kəskin sürətdə azalmışdır. İran körfəzində bu balıqların ehtiyatlarının bərpa olunması istiqamətində aşağıdakı tədbirlərin həyata keçirilməsini vacib hesab edirik:




  1. İran körfəzinin qiymətli vətəgə balığı olan gümüşü pomfretın ehtiyatlarının bərpası istiqamətində təxirə salınmadan mühafizə tədbirlərini, ilk növbədə neftlə çirklənmənin minimum həddə endirilməsi və balıq ovunun nizamlanması həyata keçirilməlidir.

  2. İran körfəzində vətəgə balıqlarının ehtiyatlarıının formalaşmasında gümüşü pomfretin xüsusilə mühüm rol oynamasını nəzərə alaraq, onun çoxalma müddətində (may–sentyabr) balıq ovu ümumiyyətlə dayandırılmalı, ov aparılan dövrdə isə vətəgə ölçüsünə çatmamış balıqların kütləvi surətdə ovlanmalarına qəti yol verilməməlidir.

  3. İran körfəzi ətrafında yerləşən və onun balıq sərvətlərindən istifadə edən ölkələrin (İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Omman) mütəxəssisləri bu su hövzəsinin balıqlarını birgə tədqiq etməli, balıq ovuna dair proqnozlar hazırlamalıdırlar.


Download 1,6 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish