II FƏSİL
İRAN körfəzİnİn Fİzİkİ–coğrafİ, hİdrokİmyəvİ və hİdrobİolojİ xarakterİstİkası
2.1. İran körfəzinin fiziki–coğrafi xarakteristikası
İran körfəzinin sahəsi 239 min kv.km, uzunluğu 926 km, ən ensiz yeri 180 km, ən enli yeri isə 320 km–dir. Su tutumu 8630 km³, orta dəruinliyi 50 m, ən dərin yeri 102 m, olan İran körfəzi Hind okeanının şimali–şərqində, Cənubi–Qərbi Asiya regionunda yerləşir. Hörmüz boğazı və Oman körfəzi onu Ərəbstan dənizi ilə birləşdirir. İran körfəzinə tökülən və gəmiçilik üçün əlverişli olan Şətt–əl–Ərəb çayı (Ərəb çayı) vasitəsilə Ərəbstan yarmadasının bəzi ölkələri Dünya okeanına çıxış əldə edirlər.
Qədim dövrlərdə İran dövləti körfəzdən daxili dəniz kimi istifadə etdiyinə görə onu İran körfəzi adlandırıblar. Ərəb ölkələrində onu Ərəb körfəzi, Qərbdə isə sadəcə olaraq Körfəz adlandırırlar. Bu regionda iri neft ehtiyatları aşkar edildikdən sonra (ehtiyatı 50 milyard tondan artıqdır) onu “Neft körfəzi” adlandırmağa başlamışlar [5, c. 46-48].
N 24° 02` – N 30° 01` şimal və E 47° 42` – E 50° 01` cənub en dairəsində yerləşən İran körfəzi Ərəbstan yarımadası rayonunda balıqçılığın, xüsusilə balıq ovunun güclü inkişaf etdiyi regiondur [35, s. 131-138]. Bu körfəzin ətrafında, yarımadanın isə şərqində İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Omman ölkələri yerləşmişdir (şəkil 3.2).
İran körfəzinin Birləşmiş Ərəb Əmirlikləri, İraq, Bəhreyn, Küveyt və İranın cənub qərb sahillərində dərinliyi 20 metrdən aşağı olur. İranın digər ərazilərində – Hörümüz boğazına tərəf dərinlik 40 metrdən yuxarı olur. Körfəzin ən dərin yeri Omman dənizinə tərəf olan hissədə və Hörümüz boğazı ətrafında qeydə alınır 70–102 metr [5, s. 46-48; 39, s. 42-47; 85].
Birləşmiş Ərəb Əmirlikləri sahillərində bataqlıqların çox olması ilə əlaqədar bu ərazilərdə duzluluq yüksək olur [142, s. 79-81].
İran sahillərində körfəzin dibinin hamar, dərinliyinin az və şirin sulu ərazilərin çox olması ilə əlaqədar olaraq burada balıqların ovlandığı və çoxaldığı ərazilər digər dövlətlərin ərazilərinə nisbətən daha çoxdur. Körfəzə tökülən çayların əksəriyyəti İran sahillərində yerləşdiyinə görə əsas balıq ehtiyatı da məhz bu ərazilərdə toplanmışdır [142, s. 82-87].
İran körfəzində il ərzində havanın temperaturu kəskin tərəddüdlə dəyişir. Belə ki, burada qişda havanın ən aşağı temteraturu 4–50 C (nadir hallarda 00 C–yə qədər düşür), yayda isə ən yuxarı temperaturu 500 C olur. Yaz və payız aylarında havanın temperaturu 24–410 C arasında dəyişir. İl ərzində düşən yağıntıların miqdarı çox az olur [39, s. 48-51].
İran İR–nın ərazisindən axan Dəclə, Fərat və Karon çayları birləşib Ərvənd çayını əmələ gətirirlər ki, o da şimali–qərb tərəfdən körfəzə tökülür. Ərvənd çayından cənubda Bəhmənşir adlı çay da İran körfəzinə tökülür. Aprel–oktyabr aylarında bu çaylar vasitəsilə körfəzə tökülən suyun miqdarı azalır. Oktyabr ayından başlayaraq hət iki çayda suyun miqdarı bir qədər artır [73, s. 49-50].
Ərvənd çayından İran körfəzinə daxil olan suyun həcmi oktyabr ayında orta hesabla 5787 m3/san və aprel ayında 707 m3/san–dir. İl ərzində bu çay vasitəsilə körfəzə daxil olan suyun miqdarı orta hesabla 1446 m3/san olur [127].
Onu da qeyd etmək lazımdır ki, 1990–cı illərdən başlayaraq İran, Türkiyə və Suriya ərazisindən axan çaylardan müxtəlif məqsədlər üçün istifadə olunduğundan Ərvənd çayı vasitəsilə İran körfəzinə daxil olan suyun miqdarı 70–75% azalmışdır [39, s. 38-40].
İran körfəzində yağıntıların miqdarı azdır, təxminən 7 sm/il. Körfəzdə buxarlanmanın miqdarı buraya çaylar vasitəsilə daxil olan suyun miqdarından çox olduğuna görə daim Oman dənizindən su cərəyanı İran körfəzinə daxil olur [84] (şəkil, 2.1).
Şəkil 2.1. İran körfəzində suyun cərəyaninin təsvirı
İran körfəzi Dünyanın ən isti və duzlu su hövzələrindən biridir. Körfəzə yuxarıda qeyd etdiyimiz kimi su əsasən Oman dənizindən daxil olur. İran körfəzində buxarlanmanın çox və buraya tökülən çayların az olması ilə əlaqədar olaraq duzluluq bəzi ərazilərdə okean sularına nisbətən yüksək olur. Məsələn, körfəzin çay tökülməyən cənub və cənub–qərb hissəsində duzluluq 40–41 promil, bəzi yerlərdə isə 50 promil arasında dəyişir. Ərvənd çayı yaxınlığındakı ərazilərdə isə duzluluq 33–36,5 promil arasında dəyişir [85, 144, s. 287-289].
İran körfəzinin şimali–qərb hissəsində suyun temperaturu qış aylarında orta hesabla 150 C, yay aylarında 26–340 C, Hörümüz boğazı ətrafında qışda 210 C, yayda isə 30–370 C olur [78].
2.2. İran körfəzinin hidrokimyəvi xarakteristikası
2007–2008–ci illərdə İran körfəzinin İran İR–sı ərazi sularındakı tədqiqat işi apardığımız məntəqələr (Bəhreqan, Xor mosa, Boşehr və Deyyer) bir–birinə yaxın olduğundan, bu məntəqələrdə suyun hidrokimyəvi tərkibinin göstəricilərində nəzərəçarpacaq fərq qeydə alınmamışdır. Tədqiqat işi aparılmış ərazilərdən götürülmüş su nümünələrində suyun hidrokimyəvi tərkibinin dəyişməsi haqqında məlumat cədvəl 2.1–də verilmişdir.
Cədvəl 2.1
2007–2008–ci illərdə İran körfəzinin İran İR–sı ərazi
sularında suyun hidrokimyəvi tərkibinin aylar üzrə dəyişməsi
Göstəricilər
Aylar
|
Temperatur,
0C
|
Oksigenin miqdarı, mq/l
|
Duzluluq
‰
|
Elektrik keçiriciliyi, A
|
pH
|
Şəffaflıq,
m
|
2007
|
2008
|
2007
|
2008
|
2007
|
2008
|
2007
|
2008
|
2007
|
2008
|
2007
|
2008
|
Yanvan
|
16,8
|
17,2
|
9,0
|
9,2
|
43
|
42
|
66
|
67
|
7,9
|
7,8
|
2,5
|
2,3
|
Fevral
|
15,3
|
16,1
|
9,3
|
9,4
|
43
|
41
|
65
|
65
|
7,8
|
7,8
|
1,6
|
2,1
|
Mart
|
16,0
|
16,9
|
9,2
|
9,1
|
43
|
43
|
65
|
66
|
7,8
|
7,7
|
1,8
|
1,9
|
Aprel
|
26,2
|
27,1
|
8,1
|
8,0
|
43
|
42
|
63
|
64
|
7,7
|
7,7
|
1,5
|
1,4
|
May
|
27,5
|
27,9
|
7,5
|
7,6
|
47
|
46
|
65
|
66
|
7,9
|
7,8
|
1,1
|
1,2
|
İyun
|
28,4
|
28,8
|
7,2
|
7,0
|
44
|
45
|
64
|
65
|
8,0
|
7,9
|
1,2
|
1,3
|
İyul
|
28,2
|
29,0
|
7,1
|
6,9
|
43
|
44
|
62
|
63
|
7,9
|
8,0
|
1,3
|
1,5
|
Avqust
|
29,2
|
30,7
|
5,1
|
5,3
|
48
|
46
|
65
|
64
|
7,9
|
8,0
|
1,5
|
1,6
|
Sentyabr
|
29,1
|
29,8
|
5,6
|
5,8
|
45
|
48
|
67
|
66
|
8,0
|
7,9
|
1,4
|
1,8
|
Oktyabr
|
30,2
|
31,7
|
7,6
|
7,9
|
47
|
47
|
66
|
66
|
8,0
|
8,0
|
1,7
|
2
|
Noyabr
|
28,4
|
29,2
|
7,8
|
8,4
|
46
|
47
|
64
|
65
|
7,9
|
7,9
|
2,4
|
2,3
|
Dekabr
|
26,7
|
27,6
|
8,2
|
8,6
|
45
|
46
|
65
|
67
|
7,8
|
7,9
|
2,5
|
2,2
|
Temperatur rejimi. 2007–2008–ci illərdə İran körfəzinin İran İR–sı ərazi sularında suyun temperaturu 15,3–31,7 oC arasında dəyişmişdir. Körfəzin İran sahillərində yanvar–mart ayları ən soyuq, avqust–oktyabr ayları isə ən isti aylar hesab olunur. 2007–ci ilin fevral ayında suyun temperaturu orta nesabla 15,3 oC (ən aşağı), oktyabr ayında isə 30,2 oC (ən yuxarı) olmuşdur. 2008–ci ildə havanın temperaturu 2007–ci ilə nisbətən çox da fərqlənməmişdir. Yenə də ən soyuq ay fevral, ən isti ay oktyabr ayı olmuşdur. İran körfəzinin sahil ərazilərində suyun temperaturu orta hissələrə nisbətən yüksək olur.
Oksigen rejimi. İran körfəzinin İran İR–sı ərazi sularında suda həll olmuş oksigenin miqdarı 2007–ci ildə 5,1 mq/l–lə 9,3 mq/l arasında, 2008–ci ildə isə 5,3 mq/l–lə 9,4 mq/l arasında dəyişilmişdir. Hər iki ildə oksigenin minimal miqdarı avqust–sentyabr aylarında (5,1–5,8 mq/l), maksimal miqdarı isə fevral–mart aylarında (9,1–9,4 mq/l) müşahidə olunmuşdur. İran körfəzində suyun oksigenlə zənginləşməsi əsasən iki yolla baş verir: birincisi, atmosfer havasının suda həll olması və körfəzdə inkişaf edən göy–yaşıl yosunlarda fotosintez prosesinin baş verməsi. İl boyu İran körfəzinin İran İR–sı ərazi sularında havaların isti keçməsi ilə əlaqədar olaraq burada fotosintez prosesi də daim davam edir. İran körfəzinin İran İR–sı ərazi sularında suyun üst qatlarında olan oksigenin miqdarı ilə 45–50 m–ədək dərinliklərdə olan oksigenin miqdarı arasında kəskin fərq müşahidə olunmamışdır.
Duzluluq. İran körfəzində duzluluq böyük tərəddüdlə dəyişir. Körfəzədə duzluluq çaylar tökülən ərazilərdə 31, çaylar tökülməyən cənub hissədə isə 50–52 promil arasında dəyişir. 2007–2008–ci illərdə İran körfəzində tədqiqat işi apardığımız ərazilərdə suyun duzluluğu 41–47 promil arasında dəyişmişdir. Körfəzdə suyun duzluluğunun dəyişməsi səmt küləklərinin əsməsi hesabına müxtəlif dövrlərdə dəyişir. İran körfəzində yağıntıların az olması hesabına burada duzluluq yuksəkdir, eyni zamanda körfəzə tökülən çayların sayı da çox deyildir.
Elektrik keçiriciliyi. 2007–2008–ci illərdə İran körfəzində tədqiqat işi apardığımız ərazilərdə suyun elektrik keçiriciliyi 62–67 A arasında dəyişmişdir. Körfəzədə aprel və iyul aylarında suyun elektrik keçiriciliyi ən kiçik (62–63 A), yanvar, sentyabr və oktyabr aylarında isə ən böyük (66–67 A) olmuşdur. Suda elektrik keçiriçiliyinin dəyişməsi suda duzluluğun dəyişməsi ilə birbaşa əlaqədardır.
pH. İran körfəzinin İran İR–sə ərazi sularında apardığımız tədqiqatlar zamanı apardığımız ölçmələr nəticəsində məlum olmuşdur ki, suyun pH–ı 7,7–8,0 arasında dəyişmişdir. Yay aylarında və payız fəsilinin ilk iki ayında pH nisbətən yüksək (7,9–8,0), digər aylarda isə aşağı (7,7–7,9) olmuşdur ki, bu da ciddi fərq hesab oluna bilməz. Körfəzdə suyun pH–ı zəif qələvi reaksiyalıdır.
Şəffaflıq. Su hövzələrində suyun şəffaflığı onları qidalandıran mənbələrin şəffaflığından, su tutarının yerləşdiyi ərazidə sahillərin erroziyaya uğraması dərəcəsindən, su tutarda flora və faunanın inkişaf dərəcəsindən, küləklərin gücündən və istiqamətindən, su kütləsinin hərəkətliliyindən, ləpələnmələrdən, suyun duzluluqunun miqdarından və s. amillərdən asılıdır. İran körfəzinə tökülən çayların suyunun lilli olması, planktonun gur inkişafl ilə əlaqədar olaraq şəffaflıq az olur (1,1-2,5 m). İran körfəzində 2007-2008-ci illərdə apardığımız tədqiqatlar zamanı suda şəffaflıq fevral-oktyabr aylarında 1,1-2,1 m arasında dəyişmişdir. May-iyun aylarında körfəzdə şəffaflıq minimum həddə – 1,1-1,3 m, noyabr-yanvar aylarında isə maksimum həddə (2,2-2,5 m) olur.
2.3. İran körfəzinin hidrobioloji xarakteristikası
2.3.1. İnfuzorlar. İran körfəzində və Omman dənizində infuzorların 10 qrupuna (Tintinnidae, Xystonellidae, Ptychocylidae, Rhabdonellidae, Tintinnidiidae, Codonellidae, Epiplocylididae, Dictyocystidae, Metacylididae, Ascampbeliellidae) daxil olan 16 cinsi qeydə alınmışdır ki, onların icərərsində də Tintinnopsis cinsinin nümayəndələri 54%–lə ən çoxsaylı, Dadayiella cinsinin nümayəndələri isə 0,005%–lə ən azsaylıdır [130].
2.3.1. Plankton. İran körfəzində 244 növ fitoplankton qeydə alınmışdır. Onlardan 124 növü Bacilariophyceae, 113 növü Dinophyceae, 5 növü Cyanophyceae, 1 növü Chrysophyceae və 1 növü Euglenophyta qrupuna daxildir. Körfəzin qərb hissəsində fitoplanktonun miqdarı şərq hissəsinə nisbətən artır, zooplanktonun miqdarı isə əksinə, azalır. İsti yay günlərində İran körfəzində fitoplanktonun ümümi miqdarı orta hesabla 83273 fərd/m³, zooplanktonun ümümi miqdarı isə orta hesabla 1470 fərd/m³ olur. Qış aylarında həm fitoplanktonun, həm də zooplanktonun miqdarı xeyli azalır. Belə ki, soyuq aylarda fitoplanktonun ümümi miqdarı orta hesabla 20716,86 N/m³, zooplanktonun ümümi miqdarı isə orta hesabla 611,15 N/m³ olur [89, 104, 106].
İran körfəzində zooplanktonda 18 qrupa (Coelenterata, Gastropoda, Ostracoda, Copepoda (Acartiidae), Paracalanidae, Pontellidae, Candaciidae, Centropagidae, Tortanidae, Oithonidae, Oncaeidae, Harpacticoida, Polychaeta, Chaetognatha, Cladocera, Amphipoda (Ampeliscidea), Decapoda, Polynoidae) daxil olan 37 cinsinin 114 növü qeydə alınmışdır [96, 128].
2.3.3. Bentos. İran körfəzində bentosda 19 qrupa (Houerinidae, Spiroloculinidae, Patellinidae, Rotalidae, Elphididae, Bolivindae, Textulariidae, Hormosinidae, Bulimindae, Bulimindae, Ellipsolagenidae, Lagenidae, Lituolidae, Haplophragmoiddae, Planispirillinidae, Siphogenerinoididae, Rosalinidae, Cibcidae, Rotalidae) daxil olan 27 cinsinin 51 növü qeydə alınmışdır [93, 137].
2.3.4. Qığırdaqlı balıqlar. İran körfəzində qığırdaqlı balıqlar sinfinin 7 fəsiləsinin nümayəndələrinə (18 növ) rast gəlinir.
Alpoidae fəsiləsinə daxil olan Alopias cinsinin Atlantik, Sakit və Hind okeanlarının açıq dənizlərində, tropik, mülayim və soyuq ərazilərində 3 növü yayılmışdır, onlardan bir növü – Alopias pelagicus İran körfəzində yaşayır. Bu fəsiləyə daxil olan balıqların quyruq üzgəcinin üst payının uzunluğu ümumi bədən uzunluğunun (L) yarısı qədərdir və qövs formasındadır. Xarici qəlsəmə dəliklərinin sayı 5 ədəddir. Gözləri iridir, ağzı aşağıda yerləşir və balacadır. Döş üzgəcinin uzunluğu antedorsal məsafənin 55–60%–ni təşkil edir. Onurğa fəqərələrinin sayı 282–477 arasında dəyişir. Diri doğandırlar, sürfələr yumurta sarısı ilə qidalanır, hər dəfə 2–4 bala doğurlar. Ən iri fərdlərinin uzunluğu 5,7 m–ə qədər olur. İran körfəzində iqtisadi əhəmiyyəti yoxdur [54, s. 74-81; 55].
Carcharinidae fəsiləsinə daxil olan 12 cinsin (Carcharhinus, Caleocerdo, Clyphis, Isogomphodon, Lamiopsis, Loxodon, Nasolamia, Negaprion, Prionace, Rhizoprioprionodon, Scoliodon, Triaenodon) 50 növü məlumdur. Əsasən Atlantik, Hind və Sakit okeanlarının tropik sularında və açıq dənizlərində yaşayırlar, bəzi hallarda hətta şirin sulara da girirlər. İran körfəzində bu fəsilənin üç cinsinin 6 növünə (Carcharhinus dussumieri, Carcharhinus leucas, Carcharhinus macloti, Carcharhinus sorrah, Galeocerdo cuvieri, Rhizoprionodon acutus) rast gəlinir. Bu fəsiləyə daxil olan balıqların 5 xarıci qəlsəmə dəliyi olur. Beşinci qəlsəmə dəliyi döş üzgəcinin başlanğıcından arxa tərəfdə yerləşir. İki bel üzgəci olur ki, onlardan birincisi ikinciyə nisbətən 2–2,5 dəfə böyükdür. Başı yuxarıdan sıxılmış və uzunsov vəziyyətdədir. Diri doğandırlar. Rüşeymin inkişafı 6 aydan iki ilə qədər olur, hər dəfə çoxalanda 8–10 bala doğur. Ən iri fərdlərinin uzunluğu 7,4 m olur. Gecələr gündüzlərə nisbətən aktiv həyat tərzi keçirirlər. Bu balıqların əti yeməlidir, qaraciyərindən yağ alınır, üzgəclərindən isə yapışqan alınmasında geniş istifadə olunur. İran körfəzində az miqdarda ovlanır [86, s. 424-429; 154].
Dasyatidae fəsiləsinin dünya sularında 6 cinsə (Dasyatis, Himantura, Pleroplatytrygon, Taeniura, Urogymnus) daxil olan 68 növü vardır. Bu fəsiləyə daxil olan balıqlar Atlantik, Hind, Sakit okeanların mülayim, tropik sularında və Aralıq dənizində yayılmışdır. İran körfəzində iki cinsə aid olan dörü növü (Himantura gerradi, Himantura uarnak, Himantura walga, Hypolophus sephen) yaşayır. Bu fəsiləyə daxil olan balıqların bədəni bel–qarın istiqamətində yastılaşmışdır, lövhə şəklindədir. Döş üzgəcləri yaxşı inkişaf etmişdir, başı və bədəni əhatə edirlər. Gözləri başın üst tərəfində yerləşir və iki göz arasındakı məsafə gözün diametrindən 8–10 dəfə çoxdur. Bel, anal və quyruq üzgəcləri yoxdur, quyruğu uzun və qamçı şəklindədir. Diri doğandırlar, sahilə yaxın ərazilərdə – dayaz sularda yaşayırlar. Ən iri fərdlərinin uzunluğu 4 m–ə çatır. Bəzi növləri insanlar tərəfindən ovlanır, əti ləzzətlidir. İran körfəzində çox az miqdarda ovlanır [53].
Gymnuridae fəsiləsinin dünya sularında iki cinsinin (Aetoplatea, Gymnura) 11 növü yayılmışdır. Onlardan bir növü – Gymnura poecilura İran körfəzində yaşayır. Bu balığın bədəni bel–qarın istiqamətində yastılaşmışdır, döş üzgəcləri iri və haşiyəlidir. Gözlərinin arxasında yerləşən spirakulum dəliyi nisbətən iridir. Quyruq üzgəci nazik və qısadır. Sürü halında deyil, tək–tək yaşayırlar. Diri doğandır, əsasən xərçəngkimilərlə qidalanır. İran körfəzində az miqdarda ovlanır, iqtisadi əhəmiyyəti yoxdur [86, s. 431-435].
Lamnidae fəsiləsinin üç cinsi (Carcharodon, Isurus, Lamna) və 5 növü məlumdür. Atlantik, Hind və Sakit okeanların açıq və tropik dənizlərində yaşayırlar. Onlardan İran körfəzində Isurus glaucus növü yayılmışdır. Bədəni tarpedo şəkillidir, uzunluğu 6 m–ə qədər olur. Üst və alt çənəsində olan dişlərin sayı 30–dan azdır. Dişlərinin sayı az olan köpək balıqlardan hesab olunur. Anal və ikinci bel üzgəci kiçikdir. Xarici qəlsəmə yarıqları 5 ədəddir. Quyruq üzgəci heteroserkaldır. Az miqdarda İran körfəzində ovlanır [54, s. 83-86; 122, s. 231-254].
Myliobatidae fəsiləsinin dünya sularında 7 cinsinə aid olan 37 növü məlumdur. Bu fəsiləyə daxil olan növlər Atlantik, Hind və Sakit okeanlarının tropik və mülayim sularında, dibdə yaşayırlar. İran körfəzində Myliobatidae fəsiləsinin üç növü – Aetobatus narinari, Aetomylaeus maculatus və Aetomylaeus nichofii yayılmışdır. Onların bədəni yuxarıdan və aşağıdan sıxılmlş lövhə şəklindədir. Döş üzgəcləri iri olub üçbucaq şəkillidir, baş nahiyyəsindən başlayıb bədənin sonuna kimi uzanır. 5 cür qəlsənə yarıqları qarın tərəfdə, gözləri və onların arxasında yerləşən dəliklər bədənin üst tərəfində yerləşir. Baş bədəndən bir qədər hündürdür. Bəzi növlərinin quyruqlarında zəhərli tikanlar olur, quyruqları bədənin gövdə hissəsindən uzundur. Bel üzgəcləri xırdadır. Yaxşı üzürlər, hər dəfə 2–6 bala doğurlar. Lilli, qumlu və mərcan qayalıqlarında yaşayırlar. Molyusk və xərçəngkimilərlə qidalanırlar. Bəzi növləri (Manta) çox iridir, təhlukəsizdir və planktonla qidalanırlar. Xırda növləri yeməlidir [55].
Sphyrnidae fəsiləsinin Atlantik, Hind və Sakit okeanlarının açıq dənizlərində iki cinsin – Eusphyra, Sphyrna 8 növü yayılmışdır. Bu fəsiləyə daxil olan balıqlar dünyanın bütün tropik sularında, bəzən də az düzlü su hövzələrində də rast gəlinirlər. İran körfəzində iki növü – Sphyrna blochii və Sphyrna lewini yaşayır. Bədənləri tarpedo şəkillidir, başı həm yuxarıdan, həm də aşağıdan sıxılmış vəziyyətdədir. Xarici qəlsəmə dəlikləri beş ədəddir. Gözləri iridir. Gözlərin vertikal uzunluğu horizontal uzunluğundan 2,2–2,6 dəfə çoxdur. İki bel üzgəci vardır. Birinci bel üzgəci ikincisinə nisbətən 2,5 dəfə hündür olur. Döş üzgəcləri də iridir. Qarın üzgəci birinci və ikinci bel üzgəclərinin orta hissəsi bərabərliyində bədənin aşağı hissəsində yerləşmişdir. Diri doğurlar, hər dəfə çoxalanda 15–37 bala doğurlar. Digər köpək balıqlarına nisbətən iri olurlar. Ən iri fərdlərinin uzunluğu 6,1 m–ə qədər olur. İnsan həyatı üçün təhlükəli növlərdən hesab olunurlar. İran körfəzində iqtisadi əhəmiyyəti olmayan növlərdəndir [86, s. 435-437].
Do'stlaringiz bilan baham: |