Erkək fərdlər üçün:
I yetkinlik mərhələsində toxumluqlar nazik, kiçik və şəffaf olmaqla cinsi aktivlik müşahidə olunmur. Çoxlu miqdarda sperma hüceyrələri müşahidə olunur, spermatazoidlər qruplarda kista şəklində yerləşirlər.
II yetkinlik mərhələsində ilk dəfə və ya təkrar çoxalmada iştirak edən balıqlarda toxumluqların rəngi bozumtul olur, bir qədər böyüyürlər və onların 8% –i doludur. Spermataqoniya (spermatazoidlərin çoxalması) davam edir.
III yetkinlik mərhələsində toxumluğun ətrafında bir neçə qan damarları görünür, onların 12%–i dolu olur. Spermataqoniya davam edir, spermatazoidlər kistalar şəklində olurlar.
IV yetkinlik mərhələsində toxumluqlar maksimum həddə yaxın böyüyüblər, ağ rəngdədirlər, onların 14,4%–i doludur. Qarın boşluğunu möhkəm sıxdıqda sperma xarıcə axır. Toxumluqdakı spermalar maksimum həddə qədər böyüyürlər.
V yetkinlik mərhələsində toxumluqların 17%–i doludur, rəngi açıq çəhrayıdır, azacıq sıxmzqla spermalar xaricə tökülür. Toxumluqda hələ də dolu və boş hüceyrələr görünür.
VI yetkinlik mərhələsində artıq spermalar tökülüb, toxumluqların 7%–i doludur, qarın boşluğu sıxıldıqda sperma axmır. Toxumluğun hüceyrələri boşdur, az miqdarda sperma müşahidə olunur.
IV FƏSİL
İRAN KÖRFƏZİNDƏ GÜMÜŞÜ POMFRET BALIĞININ MORFOMETRİK XÜSUSİYYƏTLƏRİ
Stromatidae fəsiləsinə aid olan və İran körfəzindən başlamış Yaponiya sahillərinə qədər, həmçinin Havay adaları sahillərində və Adriatik dənizində yayılmış Pampus cinsinin 6 növü məlumdur.
1. Pampus argenteus (Euphrasen, 1788)
2. Pampus shinensis (Euphrasen, 1788)
3. Pampus cinereus (Blosh, 1795)
4. Pampus echinogaster (Basilewsky, 1855)
5. Pampus minor (Liu and Li, 1998)
6. Pampus punctatissimus (Temminsk and Schlegel, 1845).
Pampus argenteus – az dişcikli və ya gümüşü pomfret (pamp) balığı İran körfəzində və Yaponiya sahillərində geniş yayılmışdır [13, s. 331-337; 75; 128].
Sakit okeanın Çin və Malaziya sahillərində də az miqdarda pomfret balıqlarına təsadüf edilir [92, 113, 114].
İran körfəzi gümüşü pomfret balığının ən geniş yayıldığı və çoxsaylı olduğu ərazidir. Körfəzdə bu balığın ən çox ovlandığı və çoxaldığı yer isə İran İR-nın Xozestan vilayətinin sahilləri və Küveytin sahilyanı sularıdır [3, 82].
Ədəbiyyatda Pampus argenteus balığının morfoloji təsviri aşağıdakı kimi verilmişdir: Bel üzgəcində 5 – 10 sərt, 38 – 43 şaxələnmiş, anal üzgəcində 5 – 7 sərt, 34 – 43 şaxələnmiş, döş üzgəcində 24 – 27 şaxələnmiş şüa vardır. Fəqərələrinin sayı 14 –16+20 – 25, qəlsəmə dişciklərinin sayı 2 + 8–dən 3 + 10-a kimi olur. Bədəni yanlardan çox sıxılmış vəziyyətdə olub xeyli hündürdür. Bədənin ən böyük hündürlüyü balığın ümumi bədən uzunluğunun 60%–indən çoxunu təşkil edir. Quyruq gövdəsi çox qısadır. Bel və anal üzgəcləri də hündür olub onların ön tərəfində 5 – 10 ədəd yastı, iti uclu çıxıntı (sərt şüa) olur. Bel və anal üzgəclərinin ön tərəfində olan yumşaq şüalar uzun, arxa tərəfdə olan şüalar isə qısa olur ki, bu da üzgəclərə oraq formasını verir. Qarın üzgəcləri olmur, pulcuqları çox xırdadır, tez töküləndir, sikloid formasındadır. Yan xətt orqanında olan pulcuqlar bədənin bel hissəsinə yaxın və ona paralel yerləşir. Gözləri xırdadır, burun dəlikləri iridir. Ağzı balacadır və yarımucdur. Çənələri üzərində bir cərgədə xırda dişlər yerləşmişdir, onların əksəriyyətinin ucu üçtəpəciklidir. Xış və damaq sümüklərində dişciklər olmur. Qəlsəmə dişcikləri qısadır. Rəngi gümüşüdür, bel hissədə mavi çalarlıdır. Bel, anal və quyruq üzgəcləri sarımtıldır. Xarıci görünüşcə Pampus echinogaster növünə oxşayır. Onları yalnız qəlsəmə dişciklərinin sayına görə fərqləndirmək mümkündür. Pampus argenteus az qəlsəmə dişcikli, Pampus echinogaster isə çox qəlsəmə dişcikli balıqdır [13, s. 324-329].
İran körfəzində gümüşü pomfret balığının morfometrik əlamətlərini öyrənmək məqsədilə 2007-2009-cu illərdə 326 ədəd balıq ovlanaraq tədqiq olunmuşdur. Tədqiq olunmuş balıqların bədəninin ümumi uzunluğu (L) 100 – 503 mm arasında dəyişərək, orta hesabla 251,13 ± 4,75 mm, Smitə görə uzunluğu 75 – 377 mm arasında dəyişərək, orta hesabla 188,82 ± 3,59 mm, bədənin standart uzunluğu (l) 71 – 350 mm arasında dəyişərək, orta hesabla 175,26 ± 3,33 mm, bədən kütləsi (P) 135,5 – 679,8 q arasında dəyişərək, orta hesabla 284,55 ± 5,42 q olmuşdur [132].
Meristik (sayılan) əlamətlər. İran körfəzindən tədqiq olunmuş pomfret balığının bel üzgəcində olan sərt şüaların sayı 6 – 7, anal üzgəcində olan sərt şüaların sayı 5 – 6, bel üzgəcində olan yumşaq şüaların sayı 38 – 43, döş üzgəcindəki yumşaq şüaların uzunluğu 23 – 25, anal üzgəcindəki yumşaq şüaların uzunluğu isə 34 – 43 arasında dəyişmişdir. Bu barədə daha ətraflı məlumat cədvəl 4.1-də verilmişdir.
Cədvəl 4.1
İran körfəzində gümüşü pomfret balığının meristik əlamətlərinin göstəriciləri (n=326)
Əlamətlər
|
M±m
|
σ
|
Tərəddüd
|
Bel üzgəcində sərt şüaların sayı
|
6,64±0,05
|
0,48
|
6–7
|
Anal üzgəcində sərt şüaların sayı
|
5,16±0,04
|
0,37
|
5–6
|
Bel üzgəcində yümşaq şüaların sayı
|
41,24±0,08
|
1,48
|
38–43
|
Döş üzgəcində yümşaq şüaların sayı
|
23,42±0,03
|
0,56
|
23–25
|
Anal üzgəcində yümşaq şüaların sayı
|
38,11±0,09
|
1,67
|
34–43
|
İran körfəzindən tədqiq olunmuş 28 ədəd pomfret balığının fəqərələrinin sayı 15 – 26, qəlsəmə dişciklərinin sayı isə 9 – 14 arasında dəyişmişdir. Tədqiq olunmuş balıqların çənələri üzərində bir cərgədə yerləşmiş xırda dişlər vardır. Onların əksəriyyətinin ucu üç təpəciklidir. Belə dişlər bitki mənşəli qidaların xırdalanmasında əsas rol oynayır.
İran sahillərində yaşayan pamfret balığın bəzi meristik əlamətlərinin Küveyt sahillərindən tədqiq olunmuş [98, s. 91-94] balıqlarla müqayisəsi onlar arasında oxşarlıq olduğunu göstərmişdir (cədvəl 4.2).
Cədvəl 4.2
İran körfəzinin İran və Kuveyt sahillərindən
tədqiq olunmuş gmüşü pomfret balığının meristik əlamətlərinin müqayisəsi
Əlamətlər
|
İran sahillərində, n=326
|
Kuveyt sahillərində, n=98
|
Bel üzgəcində sərt şüaların sayı
|
6–7
|
6–7
|
Anal üzgəcində sərt şüaların sayı
|
5–6
|
5–6
|
Bel üzgəcində yümşaq şüaların sayı
|
38–43
|
37–43
|
Döş üzgəcində yümşaq şüaların sayı
|
23–25
|
23–26
|
Anal üzgəcində yümşaq şüaların sayı
|
34–43
|
38–43
|
Plastik (ölçülən) əlamətlər. İran körfəzindən tədqiq olunmuş pomfret balıqlarının 18 plastik əlamətinin bədənin standart uzunluğuna və 5 plastik əlamətinin isə başın uzunluğuna nisbəti hesablanmışdır (cədvəl, 4.3).
Hər iki cinsinin birlikdə bədən uzunluğu 71,0 – 350,0 mm arasında dəyişərək, orta hesabla 175,26 ± 3,33 mm təşkil etmişdir. Başın ölçülən əlamətlərinin bədənin standart uzunluğuna (SL) nisbəti aşağıdakı kimi olmuşdur: başın uzunluğu 16,92 – 31,71 arasında dəyişərək, orta hesabla 23,83 ± 0,11; başın ucundan gözün ön hissəsinə qədər olan məsafə 2,96 – 7,32 arasında dəyişərək, orta hesabla 5,24 ± 0,03; iki gözün arasındakı məsafə (alının eni) 10,23 – 12,86 arasında dəyişərək, orta hesabla 11,85 ± 0,02; gözün arxa hissəsindən başın sonuna qədər olan məsafə 8,4 – 17,57 arasında dəyişərək, orta hesabla 13,21 ± 0,06; gözün diametri 3,27 – 8,45 arasında dəyişərək, orta hesabla 5,98 ± 0,04; başın hündürlüyü 29,62 – 40,65 arasında dəyişərək, orta hesabla 34,62 ± 0,08 olmuşdur (cədvəl 4.3).
Cədvəl 4.3
İran körfəzində gümüşü pomfret balığının plastik əlamətlərinin göstəriciləri (n=326)
Əlamətlər
|
M±m
|
σ
|
Tərəddüd
|
Bədənin standart uzunluğu, (SL), mm
|
175,26±3,33
|
60,2
|
71–350
|
Bədənin standart uzunluğuna (SL) faizlə nisbəti
|
Başın uzunluğu
|
23,83±0,11
|
1,94
|
16,92–31,71
|
Gözönü məsafə
|
5,24±0,03
|
0,64
|
2,96–7,32
|
Alının eni
|
11,85±0,02
|
0,33
|
10,23–12,86
|
Gözarxası məsafə
|
13,21±0,06
|
1,16
|
8,40–17,57
|
Gözün diametri
|
5,98±0,04
|
0,81
|
3,27–8,45
|
Başın hündürlüyü
|
34,62±0,08
|
1,42
|
29,62–40,65
|
Antedorsal məsafə
|
49,19±0,12
|
2,93
|
40,00–60,00
|
Anteanal məsafə
|
53,93±0,20
|
3,67
|
42,00–73,33
|
Bədən çevrəsinin uzunluğu
|
143,58±0,29
|
5,21
|
110,32–162,00
|
Bədənin ən böyük hündürlüyü
|
67,91±0,14
|
2,48
|
52,26–76,67
|
Bədənin ən kiçik hündürlüyü
|
10,57±0,41
|
0,75
|
8,09–13,57
|
Bel üzgəcinin hündürlüyü
|
36,86±0,19
|
3,35
|
26,67–53,33
|
Bel üzgəcinin əsasının uzunluğu
|
50,31±0,14
|
2,63
|
38,78–72,29
|
Döş üzgəcinin uzunluğu
|
36,66±0,09
|
1,70
|
29,71–43,43
|
Döş üzgəci əsasının uzunluğu
|
9,08±0,03
|
0,61
|
5,64–13,21
|
Anal üzgəcinin hündürlüyü
|
48,93±0,33
|
5,98
|
33,04–68,57
|
Anal üzğəci əsasının uzunluğu
|
50,59±0,09
|
1,72
|
40,33–56,67
|
Quyruq üzgəci payları arasındakı məsafə
|
44,66±0,28
|
5,21
|
32,26–65,81
|
Başın uzunluğuna faizlə nisbəti
|
Başın hündürlüyü
|
145,74±0,34
|
6,06
|
127,3–175,0
|
Gözönü məsafə
|
21,96±0,10
|
1,79
|
15,38–28,00
|
Gözarxası məsafə
|
55,49±0,18
|
3,25
|
40,38–72,73
|
Gözün diametri
|
25,09±0,15
|
2,79
|
14,29–32,60
|
Alının eni
|
50,03±0,24
|
4,36
|
38,46–70,45
|
Bədənin ölçülən əlamətlərinin bədənin standart uzunluğuna (SL) nisbəti aşağıdakı kimi olmuşdur: antedorsal məsafə 40,0 – 60,0 arasında dəyişərək, orta hesabla 49,19 ± 0,12; anteanal məsafə 42,0 – 73,33 arasında dəyişərək, orta hesabla 53,93 ± 0,20; bədən dairəsinin uzunluğu 110,32 – 162,0 arasında dəyişərək, orta hesabla 143,58 ± 0,29; bədənin ən böyük hündürlüyü 52,26 – 76,67 arasında dəyişərək, orta hesabla 67,91 ± 0,14; bədənin ən kiçik hündürlüyü 8,09 – 13,57 arasında dəyişərək, orta hesabla 10,57 ± 0,41; bel üzgəcinin ən uzun şüasının uzunluğu 26,67 – 53,33 arasında dəyişərək, orta hesabla 36,86 ± 0,19; bel üzgəcinin əsasının uzunluğu 38,78 – 72,29 arasında dəyişərək, orta hesabla 50,31 ± 0,14; döş üzgəcinin uzunluğu 29,71 – 43,43 arasında dəyişərək, orta hesabla 36,66 ± 0,09; döş üzgəcinin əsasının uzunluğu 5,64 – 13,21 arasında dəyişərək, orta hesabla 9,08 ± 0,03; anal üzgəcinin ən uzun şüasının uzunluğu 33,04 – 68,57 arasında dəyişərək, orta hesabla 48,93 ± 0,33; anal üzgəcinin əsasının uzunluğu 40,33 – 56,67 arasında dəyişərək, orta hesabla 50,59 ± 0,09; quyruq üzgəcinin payları arasındakı məsafə 32,26 – 65,81 arasında dəyişərək, orta hesabla 44,66 ± 0,28 təşkil etmişdir.
Başın ölçülən əlamətlərinin başın uzunluğuna nisbəti isə aşağıdakı kimi olmuşdur: başın hündürlüyü 127,3 – 175,0 arasında dəyişərək, orta hesabla 145,74 ± 0,34; başın ucundan gözün ön hissəsinə qədər olan məsafə 15,38 – 28,00 arasında dəyişərək, orta hesabla 21,96 ± 0,10; gözün arxa hissəsindən başın sonuna qədər olan məsafə 40,38 – 72,73 arasında dəyişərək, orta hesabla 55,49 ± 0,18; gözün diametri 14,29 – 32,60 arasında dəyişərək, orta hesabla 25,09 ± 0,15; iki gözün arasındakı məsafə 38,46 – 70,45 arasında dəyişərək, orta hesabla 50,03 ± 0,24 təşkil etmişdir.
Erkək fərdlər. İran körfəzindən tədqiq olunmuş gümüşü pomfret balığının erkək fərdlərinin uzunluğu 135 – 235 mm arasında dəyişərək, orta hesabla 163,98 ± 1,72 mm təşkil etmişdir. Başın ölçülən əlamətlərinin bədənin standart uzunluğuna (SL) nisbəti aşağıdakı kimi olmuşdur: başın uzunluğu 18,72 – 31,63 arasında dəyişərək, orta hesabla 24,18 ± 0,12; başın ucundan gözün ön hissəsinə qədər olan məsafə 3,83 – 7,44 arasında dəyişərək, orta hesabla 5,34 ± 0,03; iki gözün arasındakı məsafə (alının eni) 10,3 – 13,14 arasında dəyişərək, orta hesabla 11,79 ± 0,02; gözün arxa hissəsindən başın sonuna qədər olan məsafə 8,57 – 17,21 arasında dəyişərək, orta hesabla 13,16 ± 0,07; gözün diametri 4,52 – 7,91 arasında dəyişərək, orta hesabla 6,17 ± 0,05; başın hündürlüyü 30,86 – 40,47 arasında dəyişərək, orta hesabla 34,75 ± 0,08 təşkil etmişdir (cədvəl 4.4).
Bədənin ölçülən əlamətlərinin bədən uzunluğuna (SL) nisbətinin göstəriciləri aşağıdakı kimi olmuşdur: antedorsal məsafə 45,11 – 58,52 arasında dəyişərək, orta hesabla 48,43 ± 0,15; anteanal məsafə 50,97 – 63,7 arasında dəyişərək, orta hesabla 53,01 ± 0,16; bədən dairəsinin uzunluğu 140,57 – 152,59 arasında dəyişərək, orta hesabla 140,23 ± 0,11; bədənin ən böyük hündürlüyü 66,29 – 71,85 arasında dəyişərək, orta hesabla 65,23 ± 0,05; bədənin ən kiçik hündürlüyü 10,97 – 12,59 arasında dəyişərək, orta hesabla 10,13 ± 0,01; bel üzgəcinin ən uzun şüasının uzunluğu 27,43 – 46,67 arasında dəyişərək, orta hesabla 36,35 ± 0,14; bel üzgəcinin əsasının uzunluğu 46,86 – 54,87 arasında dəyişərək, orta hesabla 50,16 ± 0,09; döş üzgəcinin uzunluğu 30,77 – 43,70 arasında dəyişərək, orta hesabla 36,56 ± 0,08; döş üzgəcinin əsasının uzunluğu 7,69 – 10,97 arasında dəyişərək, orta hesabla 9,01 ± 0,03; anal üzgəcinin ən uzun şüasının uzunluğu 35,32 – 64,44 arasında dəyişərək, orta hesabla 49,59 ± 0,33; anal üzgəcinin əsasının uzunluğu 48,57 – 56,92 arasında dəyişərək, orta hesabla 50,18 ± 0,05; quyruq üzgəcinin payları arasındakı məsafə 37,95 – 63,23 arasında dəyişərək, orta hesabla 43,20 ± 0,22 təşkil etmişdir.
Cədvəl 4.4
Gümüşü pomfret balığının erkək fərdlərinin plastik əlamətlərinin göstəriciləri (n=205)
Əlamətlər
|
M±m
|
σ
|
Tərəddüd
|
Bədənin standart uzunluğu, (SL), mm
|
163,98 ± 1,72
|
24,76
|
135–235
|
Bədənin standart uzunluğuna (SL) faizlə nisbəti
|
Başın uzunluğu
|
24,18 ± 0,12
|
1,72
|
18,72–31,63
|
Gözönü məsafə
|
5,34 ± 0,03
|
0,54
|
3,83–7,44
|
Alının eni
|
11,79 ± 0,02
|
0,36
|
10,3–13,14
|
Gözarxası məsafə
|
13,16 ± 0,07
|
1,02
|
8,57–17,21
|
Gözün diametri
|
6,17 ± 0,05
|
0,72
|
4,52–7,91
|
Başın hündürlüyü
|
34,75 ± 0,08
|
1,25
|
30,86–40,47
|
Antedorsal məsafə
|
48,43 ± 0,15
|
2,14
|
45,11–58,52
|
Anteanal məsafə
|
53,01 ± 0,16
|
2,31
|
50,97–63,70
|
Bədən çevrəsinin uzunluğu
|
140,23 ± 0,11
|
1,60
|
140,57–152,59
|
Bədənin ən böyük hündürlüyü
|
65,23 ± 0,05
|
0,76
|
66,29–71,85
|
Bədənin ən kiçik hündürlüyü
|
10,13 ± 0,01
|
0,28
|
10,97–12,59
|
Bel üzgəcinin hündürlüyü
|
36,35 ± 0,14
|
2,04
|
27,43–46,67
|
Bel üzgəcinin əsasının uzunluğu
|
50,16 ± 0,09
|
1,37
|
46,86–54,87
|
Döş üzgəcinin uzunluğu
|
36,56 ± 0,08
|
1,27
|
30,77–43,70
|
Döş üzgəci əsasının uzunluğu
|
9,01 ± 0,03
|
0,42
|
7,69–10,97
|
Anal üzgəcinin hündürlüyü
|
49,59 ± 0,33
|
4,81
|
35,32–64,44
|
Anal üzğəci əsasının uzunluğu
|
50,18 ± 0,05
|
0,81
|
48,57–56,92
|
Quyruq üzgəci payları arasındakı məsafə
|
43,20 ± 0,22
|
3,15
|
37,95–63,23
|
Başın uzunluğuna faizlə nisbəti
|
Başın hündürlüyü
|
144,51 ± 0,38
|
5,46
|
127,94–165,91
|
Gözönü məsafə
|
22,06 ± 0,09
|
1,35
|
18,75–28,13
|
Gözarxası məsafə
|
53,72 ± 0,16
|
2,40
|
41,67–65,63
|
Gözün diametri
|
25,51 ± 0,14
|
2,01
|
18,60–29,73
|
Alının eni
|
49,85 ± 0,28
|
4,03
|
37,78–63,64
|
Başın ölçülən əlamətlərinin başın uzunluğuna nisbəti isə aşağıdakı kimi olmuşdur: başın hündürlüyü 127,94 – 165,91 arasında dəyişərək, orta hesabla 144,51 ± 0,38; başın ucundan gözün ön hissəsinə qədər olan məsafə 18,75 – 28,13 arasında dəyişərək, orta hesabla 22,06 ± 0,09; gözün arxa hissəsindən qəlsəmə qapağının sonuna qədər olan məsafə 41,67 – 65,63 arasında dəyişərək, orta hesabla 53,72 ± 0,16; gözün diametri 18,60 – 29,73 arasında dəyişərək, orta hesabla 25,51 ± 0,14; iki gözün arasındakı məsafə 37,78 – 63,64 arasında dəyişərək, orta hesabla 49,85 ± 0,28 təşkil etmişdir.
Do'stlaringiz bilan baham: |