İran köRFƏZİNDƏ pampus argenteus (euphrasen, 1788) baliğinin morfobioloji XÜsusiYYƏTLƏRİ, ovunun səMƏRƏLİ TƏŞKİLİ


VI FƏSİL GÜMÜŞÜ POMFRET BALIĞININ İRAN KÖRFƏZİNDƏ ÇOXALMASI



Download 1,6 Mb.
bet7/10
Sana10.02.2017
Hajmi1,6 Mb.
#2240
1   2   3   4   5   6   7   8   9   10

VI FƏSİL
GÜMÜŞÜ POMFRET BALIĞININ İRAN KÖRFƏZİNDƏ ÇOXALMASI
2007-2008-ci illərdə İran körfəzində pomfret balığının cinsi vəzilərinin inkişaf mərhələləri aylar üzrə izlənmişdir.

2007-ci ilin yanvar ayında gümüşü pomfret balığının dişi fərdlərinin cinsi vəzilərinin yetkinlik mərhələsi aşağıdakı kimi olmuşdur: tədqiq olunmuş 36 ədəd balığın 33,3 %-nin cinsi vəziləri I yetkinlik mərhələsində (yumurtalıqlar nazik, kiçik və şəffaf olmaqla baş tərəfə yaxın yerləşmişdir); 47,2 %-nin cinsi vəziləri II yetkinlik mərhələsində (həm ilk dəfə həm də təkrar kürü tökən balıqların yumurtalıqları inkişaf etməyə başlamışdır. Cinsi vəzəiəri tədqiq olunmuş balıqların yumurtalıqları solğun sarı rəngdədir. Yumurtalıqda olan kürülərin 15% -i doludur. Yumurtalıqlarda bir neçə lipid vezikulları görünür); 19,5%-i isə III yetkinlik mərhələsində (bu mərhələdə yumurtalığın inkişaf etməsilə əlaqədar olaraq kapilyarlarla qan axını başlamışdır və yumurtalıq açıq sarı rəngdədir. Yumurtalıqda olan kürülərin 19 %-i doludur və kürülərin diametri 0,10-0,12 mm arasında dəyişərək, orta hesabla 0,11 ± 0,04 mm təşkil edir) olmuşdur.

Fevral ayında İran körfəzindən ovlanaraq cinsi vəziləri tədqiq olunmuş 57 ədəd gümüşü pomfret balığının 5,3%-inin cinsi vəziləri I yetkinlik mərhələsində; 24,6%-inin cinsi vəziləri II yetkinlik mərhələsində; 49,1%-nin cinsi vəziləri III yetkinlik mərhələsində; 14,0%-nin cinsi vəziləri IV yetkinlik mərhələsində (bu yetkinlik mərhələsində kürülər nisbətən böyüyürblər, parlaq sarı rəngdədirlər. Yumurtalıqda qan damarları ilə qanın hərəkət etməsi aydın şəkildə hiss olunur. Yumurtalıqda olan sarı rəngli kürülər və lipid vezikulları mikroskop altında aydın görünür. Kürülərin diametri 0,25 – 0,30 mm arasında dəyişərək, orta hesabla 0,28 ± 0,09 mm-dir); 7,0%-nin cinsi vəziləri isə V yetkinlik mərhələsində (bu yetkinlik mərhələsində olan balıqların yumurtalığındakı kürülərin 41,8%-i dolu olmuşdur. Kürülərin ölçüsü maksimum həddə yaxınlaşmışdır, lipid vezikullar birləşmişdir, qutbləşmə prosesi başa çatmaq mərhələsindədir. Kürülərin diametri 0,34 – 0,36 mm arasında dəyişərək, orta hesabla 0,35 ± 0,06 mm təşkil edir) olmuşdur.

Mart ayında İran körfəzindən ovlanaraq cinsi vəziləri tədqiq olunmuş 31 ədəd gümüşü pomfret balığından 6,5%-inin cinsi vəziləri II yetkinlik mərhələsində; 71,0%-nin cinsi vəziləri III yetkinlik mərhələsində; 12,9%-nin cinsi vəziləri IV yetkinlik mərhələsində; 9,6%-nin cinsi vəziləri isə V yetkinlik mərhələsində olmuşdur.

Aprel ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 48 ədəd gümüşü pomfret balığından 4,2%-inin cinsi vəziləri I yetkinlik mərhələsində; 10,4%-inin cinsi vəziləri II yetkinlik mərhələsində; 52,0%-inin cinsi vəziləri III yetkinlik mərhələsində; 18,9%-nin cinsi vəziləri IV yetkinlik mərhələsində; 14,5%-nin cinsi vəziləri isə V yetkinlik mərhələsində olmuşdur.

May ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 38 ədəd gümüşü pomfret balığından 2,6%-inin cinsi vəziləri I yetkinlik mərhələsində; 5,3%-inin cinsi vəziləri II yetkinlik mərhələsində; 10,5%-inin cinsi vəziləri III yetkinlik mərhələsində; 18,4%-nin cinsi vəziləri IV yetkinlik mərhələsində; 47,4%-nin cinsi vəziləri V yetkinlik mərhələsində; 15,8%-inin cinsi vəziləri isə VI yetkinlik mərhələsində (bu yetkinlik mərhələsində yumurtalıq maksimum həddinə qədər şişmişdir, kürülərin diametri 0,42 – 0,46 mm arasında dəyişərək, orta hesabla 0,44 ± 0,03 mm-ə çatmışdır, onların rəngi sarıdır. Bu yetkinlik mərhələsində olan balıqların kürüləri çox yumşaq olur. Yumurtalıqda olan kürülərin 64%-i doludur. Yumurta borusu yağlanır, qarın boşluğu azacıq sıxıldıqda kürülər xaricə çıxır. Bu mərhələdə kürülərin qutbləşmə mərhələsi artıq başa çatıb, kürütökmə başlayır) olmuşdur.

İyun ayında İran körfəzindən tədqiq olunmuş 81 ədəd gümüşü pomfret balığından 2,5%-nin cinsi vəziləri I yetkinlik mərhələsində; 21,0%-nin cinsi vəziləri II yetkinlik mərhələsində; 18,5%-inin cinsi vəziləri III yetkinlik mərhələsində; 12,4%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində; 13,7%-inin cinsi vəziləri V yetkinlik mərhələsində; 9,9%-inin cinsi vəziləri VI yetkinlik mərhələsində; 21,0%-nin cinsi vəziləri isə VII yetkinlik mərhələsində (bu yetkinlik mərhələsində kürülər kökülüb, yumurtalıq bənövşəyi rəngdədir, onun 64%-i sudan ibarətdir. Folikul kisələri dağılıb, növbəti ildə kürütökmə üçün yumurtalıqda formalaşma başlayır) olmuşdur. İyun ayında tədqiq olunmuş balıqların 21,0%-i artıq kürütökmədə iştirak etmişdir.

İyul ayında İran körfəzindən ovlanaraq cinsi vəziləri tədqiq olunmuş 88 ədəd gümüşü pomfret balığından 9,1%-nin cinsi vəziləri I yetkinlik mərhələsində; 17,1%-nin cinsi vəziləri II yetkinlik mərhələsində; 19,3%-inin cinsi vəziləri III yetkinlik mərhələsində; 10,2%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində; 13,6%-inin cinsi vəziləri V yetkinlik mərhələsində; 15,9%-inin cinsi vəziləri VI yetkinlik mərhələsində; 14,8%-nin cinsi vəziləri isə VII yetkinlik mərhələsində olmuşdur.

Avqust ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 64 ədəd gümüşü pomfret balığından 3,1%-nin cinsi vəziləri I yetkinlik mərhələsində; 6,2%-nin cinsi vəziləri II yetkinlik mərhələsində; 4,7%-inin cinsi vəziləri III yetkinlik mərhələsində; 3,1%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində; 28,1%-inin cinsi vəziləri V yetkinlik mərhələsində; 31,3%-inin cinsi vəziləri VI yetkinlik mərhələsində; 23,5%-nin cinsi vəziləri isə VII yetkinlik mərhələsində olmuşdur.

Sentyabr ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 76 ədəd gümüşü pomfret balığından 19,7%-nin cinsi vəziləri I yetkinlik mərhələsində; 59,2%-nin cinsi vəziləri II yetkinlik mərhələsində; 3,9%-inin cinsi vəziləri III yetkinlik mərhələsində; 3,9%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində; 5,4%-inin cinsi vəziləri V yetkinlik mərhələsində; 7,9%-nin cinsi vəziləri isə VII yetkinlik mərhələsində olmuşdur. Sentyabr ayında tədqiq olunmuş balıqlar içərisində cinsi vəziləri VI yetkinlik mərhələsində olan balıqlara təsadüf edilməmişdir.

Oktyabr ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 51 ədəd gümüşü pomfret balığından 15,6%-nin cinsi vəziləri I yetkinlik mərhələsində; 74,5%-nin cinsi vəziləri II yetkinlik mərhələsində; 5,9%-inin cinsi vəziləri III yetkinlik mərhələsində; 2,0%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində; 2,0%-nin cinsi vəziləri isə VII yetkinlik mərhələsində olmuşdur. Oktyabr ayında tədqiq olunmuş balıqlar içərisində cinsi vəziləri V və VI yetkinlik mərhələsində olan balıqlara təsadüf edilməmişdir.

Noyabr ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 63 ədəd gümüşü pomfret balığıdan 25,4%-nin cinsi vəziləri I yetkinlik mərhələsində; 50,8%-nin cinsi vəziləri II yetkinlik mərhələsində; 12,7%-inin cinsi vəziləri III yetkinlik mərhələsində; 9,5%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində; 1,6%-inin cinsi vəziləri isə VII yetkinlik mərhələsində olmuşdur. Noyabr ayında tədqiq olunmuş balıqlar içərisində də cinsi vəziləri V və VI yetkinlik mərhələsində olan balıqlara təsadüf edilməmişdir.

Dekabr ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 76 ədəd gümüşü pomfret balığıdan 38,2%-nin cinsi vəziləri I yetkinlik mərhələsində; 55,2%-nin cinsi vəziləri II yetkinlik mərhələsində; 6,6%-inin cinsi vəziləri isə III yetkinlik mərhələsində olmuşdur. Dekabr ayında tədqiq olunmuş balıqlar içərisində də cinsi vəziləri IV, V, VI və VII yetkinlik mərhələsində olan balıqlara təsadüf edilməmişdir (cədvəl 6.1).

Cədvəl 6.1

İran körfəzində gümüşü pomfret balığının dişi fərdlərinin cinsi vəzilərinin yetkinlik dərəcələrinin aylar üzrə dəyişməsi (2007-ci il)


Göstəricilər

Aylar


Cinsi vəzilərin yetkinlik dərəcəsi, %–lə

n

I

II

III

IV

V

VI

VII

Yanvar

33,3

47,2

19,5









36

Fevral

5,3

24,6

49,1

14,0

7,0





57

Mart



6,5

71,0

12,9

9,6





31

Aprel

4,2

10,4

52,0

18,9

14,5





48

May

2,6

5,3

10,5

18,4

47,4

15,8



38

İyun

2,5

21,0

18,5

12,4

13,7

9,9

21,0

81

İyul

9,1

17,1

19,3

10,2

13,6

15,9

14,8

88

Avqust

3,1

6,2

4,7

3,1

28,1

31,3

23,5

64

Sentyabr

19,7

59,2

3,9

3,9

5,4



7,9

76

Oktyabr

15,6

74,5

5,9

2,0





2,0

51

Noyabr

25,4

50,8

12,7

9,5





1,6

63

Dekabr

38,2

55,2

6,6









76

Göründüyü kimi 2007-ci ildə İran körfəzində gümüşü pomfret balıqlarının dişi fərdlərinin kürütökməsi may ayından başlamışdır. Həmin ilin iyun ayında kürütökməkdə olan (VI) və kürü tökmüş (VII) balıqlar ümumi tədqiq olunmuş balıqların 30,9%-ni, iyul ayında 30,7%-ni, avqust ayında isə 54,8%-ini təşkil etmişdir.

2007-ci ilin sentyabr ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş gümüşü pomfret balıqlarının 78,9%-inin, oktyabr ayında 90,1%-inin, noyabr ayında 76,2%–inin, dekabr ayında isə 93,4%-inin cinsi vəziləri I və II yetkinlik mərhələsində olmuşdur.

Aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 2007-ci ildə İran körfəzində gümüşü pomfret balığı may ayından kürütökməyə başlamışlar, kürütökmənin qızğın vaxtı iyul-avqust aylarına təsadüf etmişdir. Kürütökmə sentyabr ayının axırlarında başa çatmışdır [2].

2008-ci ilin yanvar ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 33 ədəd gümüşü pomfret balığının dişi fərdlərinin 32,3%-nin cinsi vəziləri I yetkinlik mərhələsində; 48,4%-nin cinsi vəziləri II yetkinlik mərhələsində; 19,3%-i isə III yetkinlik mərhələsində (yumurtalıqda olan kürülərin 21%-i dolu, kürülərin diametri 0,11 – 0,15 mm arasında dəyişərək, orta hesabla 0,13 ± 0,09 mm təşkil edir) olmuşdur.

Fevral ayında İran körfəzindən ovlanaraq cinsi vəziləri tədqiq olunmuş 42 ədəd gümüşü pomfret balığının 20%-inin cinsi vəziləri II yetkinlik mərhələsində; 60%-nin cinsi vəziləri III yetkinlik mərhələsində; 15%-nin cinsi vəziləri IV yetkinlik mərhələsində (kürülərin diametri 0,0,24 – 0,29 mm arasında dəyişərək, orta hesabla 0,26 ± 0,09 mm-dir); 5%-nin cinsi vəziləri isə V yetkinlik mərhələsində (yumurtalıqda olan kürülərin 43,1%-i dolu, kürülərin diametri 0,36 – 0,40 mm arasında dəyişərək, orta hesabla 0,38 ± 0,10 mm təşkil edir) olmuşdur.

Mart ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 19 ədəd gümüşü pomfret balığının hamısının cinsi vəziləri III yetkinlik mərhələsində olmuşdur.

Aprel ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 29 ədəd gümüşü pomfret balığının 8%-nin cinsi vəziləri I yetkinlik mərhələsində; 55%-i III yetkinlik mərhələsində; 20%-nin cinsi vəziləri IV yetkinlik mərhələsində; 17%-nin cinsi vəziləri isə V yetkinlik mərhələsində olmuşdur.

May ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 26 ədəd gümüşü pomfret balığından 3%–inin cinsi vəziləri I yetkinlik mərhələsində; 7%-inin cinsi vəziləri II yetkinlik mərhələsində; 9%-inin cinsi vəziləri III yetkinlik mərhələsində; 27%-nin cinsi vəziləri IV yetkinlik mərhələsində; 48%-nin cinsi vəziləri V yetkinlik mərhələsində; 6%-inin cinsi vəziləri isə VI yetkinlik mərhələsində (kürülərin diametri 0,41 – 0,45 mm arasında dəyişərək, orta hesabla 0,42 ± 0,07 mm olmuşdur. Yumurtalıqda olan kürülərin 68%-i dolu olmuşdur) olmuşdur. Göründüyü kimi 2008-ci ildə də İran körfəzində pomfret balıqlarının kürütökməsi may ayından başlamışdır.

İyun ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 68 ədəd gümüşü pomfret balığının 2,9%-nin cinsi vəziləri I yetkinlik mərhələsində; 20,9%-nin cinsi vəziləri II yetkinlik mərhələsində; 19,4%-inin cinsi vəziləri III yetkinlik mərhələsində; 16,4%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində; 11,9%-inin cinsi vəziləri V yetkinlik mərhələsində; 8,9%-inin cinsi vəziləri VI yetkinlik mərhələsində; 19,6%-nin cinsi vəziləri isə VII yetkinlik mərhələsində (kürülər kökülüb, yumurtalıq bənövşəyi rəngdədir, onun 74%-i sudan ibarətdir) inkişaf mərhələsində olmuşdur. İyun ayında tədqiq olunmuş balıqların 19,6%-i artıq kürütökmədə iştirak etmişdir.

İyul ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 71 ədəd gümüşü pomfret balığının 10%-nin cinsi vəziləri I yetkinlik mərhələsində; 18,6%-nin cinsi vəziləri II yetkinlik mərhələsində; 21,4%inin cinsi vəziləri III yetkinlik mərhələsində; 10%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində; 12,8%-inin cinsi vəziləri V yetkinlik mərhələsində; 14,3%-inin cinsi vəziləri VI yetkinlik mərhələsində; 12,9%-nin cinsi vəziləri isə VII yetkinlik mərhələsində olmuşdur.

Avqust ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 58 ədəd gümüşü pomfret balığının 5,2%-nin cinsi vəziləri I yetkinlik mərhələsində; 6,9%-nin cinsi vəziləri II yetkinlik mərhələsində; 3,4%-inin cinsi vəziləri III yetkinlik mərhələsində; 3,4%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində; 29,3%-inin cinsi vəziləri V yetkinlik mərhələsində; 31,0%-inin cinsi vəziləri VI yetkinlik mərhələsində; 20,8%-nin cinsi vəziləri isə VII yetkinlik mərhələsində olmuşdur.

Sentyabr ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 64 ədəd gümüşü pomfret balığından 20,0%-nin cinsi vəziləri I yetkinlik mərhələsində; 66,2%-nin cinsi vəziləri II yetkinlik mərhələsində; 1,5%-inin cinsi vəziləri III yetkinlik mərhələsində; 1,5%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində; 3,1%-inin cinsi vəziləri V yetkinlik mərhələsində; 7,7%-nin cinsi vəziləri isə VII yetkinlik mərhələsində olmuşdur. 2008-ci ilin sentyabr ayında tədqiq olunmuş balıqlar içərisində də cinsi vəziləri VI yetkinlik mərhələsində olan balıqlara təsadüf edilməmişdir.

Oktyabr ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 43 ədəd gümüşü pomfret balığından 17,8%-nin cinsi vəziləri I yetkinlik mərhələsində; 71,1%-nin cinsi vəziləri II yetkinlik mərhələsində; 6,7%-inin cinsi vəziləri III yetkinlik mərhələsində; 2,2%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində; 2,2%-nin cinsi vəziləri isə VII yetkinlik mərhələsində olmuşdur. Oktyabr ayında tədqiq olunmuş balıqlar içərisində cinsi vəziləri V və VI yetkinlik mərhələsində olan balıqlara təsadüf edilməmişdir.

Noyabr ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 47 ədəd gümüşü pomfret balığından 26,7%-nin cinsi vəziləri I yetkinlik mərhələsində; 48,9%-nin cinsi vəziləri II yetkinlik mərhələsində; 12,2%-inin cinsi vəziləri III yetkinlik mərhələsində; 10,0%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində; 2,2%-inin cinsi vəziləri isə VII yetkinlik mərhələsində olmuşdur. 2008-ci ilin noyabr ayında tədqiq olunmuş balıqlar içərisində də cinsi vəziləri V və VI yetkinlik mərhələsində olan balıqlara təsadüf edilməmişdir.

Nəhayət, 2008-ci ilin dekabr ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 62 ədəd gümüşü pomfret balığından 41,7%-nin cinsi vəziləri I yetkinlik mərhələsində; 55,0%-nin cinsi vəziləri II yetkinlik mərhələsində; 3,3%-inin cinsi vəziləri isə III yetkinlik mərhələsində olmuşdur. 2007-ci ildə olduğu kimi, 2008-ci ildə də dekabr ayında tədqiq olunmuş balıqlar içərisində cinsi vəziləri IV, V, VI və VII yetkinlik mərhələsində olan balıqlara təsadüf edilməmişdir (cədvəl 6.2).

Aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, İran körfəzində gümüşü pomfret balığı 2008-ci ildə də may ayından kürü tökməyə başlamışlar. Həmin ilin iyun ayında kürütökməkdə olan (VI) və kürü tökmüş (VII) balıqlar ümumi tədqiq olunmuş balıqların 27,2%-ni, iyul ayında 28,5%-ni, avqust ayında isə 51,8%-ini təşkil etmişdir [134].

2008-ci ilin sentyabr ayında tədqiq olunmuş gümüşü pomfret balığının 86,2%-inin, oktyabr ayında 88,9%-inin, noyabr ayında 75,6%-inin, dekabr ayında isə 95,7%-inin cinsi vəziləri I və II yetkinlik mərhələsində olmuşdur.

Beləliklə, 2007-2008-ci illərdə İran körfəzində aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, körfəzdə gümüşü pomfret balığının dişi fərdləri may ayından kürütökməyə başlayırlar. Kürütökmənin qızğın vaxtı iyul-avqust aylarına təsadüf edir və kürütökmə sentyabr ayının axırlarında başa çatır.

Cədvəl 6.2

İran körfəzində gümüşü pomfret balığının dişi fərdlərinin cinsi vəzilərinin yetkinlik dərəcələrinin aylar üzrə dəyişməsi (2008-ci il)


Göstəricilər

Aylar


Cinsi vəzilərin yetkinlik dərəcəsi, %–lə

n

I

II

III

IV

V

VI

VII

Yanvar

32,3

48,4

19,3









33

Fevral



20,0

60,0

15,0

5,0





42

Mart





100









19

Aprel

8,0



55,0

20,0

17,0





29

May

3,0

7,0

9,0

27,0

48,0

6,0



26

İyun

2,9

20,9

19,4

16,4

11,9

8,9

19,6

68

İyul

10,0

18,6

21,4

10,0

12,8

14,3

12,9

71

Avqust

5,2

6,9

3,4

3,4

29,3

31,0

20,8

58

Sentyabr

20,0

66,2

1,5

1,5

3,1



7,7

64

Oktyabr

17,8

71,1

6,7

2,2





2,2

43

Noyabr

26,7

48,9

12,2

10,0





2,2

47

Dekabr

41,7

55,0

3,3









62

2007-ci ildə İran körfəzində gümüşü pomfret balığının erkək fərdlərinin cinsi vəzilərinin aylar üzrə inkişafı aşağıdakı kimi olmuşdur: yanvar ayında tədqiq olunmuş 21 ədəd gümüşü pomfret balığının 14,3%-nin cinsi vəziləri I yetkinlik mərhələsində (bu yetkinlik mərhələsində toxumluqlar nazik, kiçik və şəffaf olmaqla cinsi aktivlik müşahidə olunmur. Çoxlu miqdarda sperma hüceyrələri müşahidə olunur, spermatazoidlər qruplarda kista şəklində yerləşirlər), 9,5%-inin cinsi vəziləri II yetkinlik mərhələsində (bu yetkinlik mərhələsində ilk dəfə və ya təkrar çoxalmada iştirak edən balıqlarda toxumluqların rəngi bozumtul olur, həcmləri bir qədər böyüyür və onların 8% -i doludur. Spermataqoniya (spermatazoidlərin çoxalması) davam edir), 76,2%-inin cinsi vəziləri isə III yetkinlik mərhələsində (bu yetkinlik mərhələsində toxumluğun ətrafında bir neçə qan damarları görünür, onların 12%-i dolu olur. Spermataqoniya davam edir, spermatazoidlər kistalar şəklində yerləşirlər) olmuşdur.

Fevral ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 24 ədəd gümüşü pomfret balığının erkək fərdlərinin 29,1%-inin cinsi vəziləri I yetkinlik mərhələsində, 54,2%-inin cinsi vəziləri II yetkinlik mərhələsində, 16,7%-inin cinsi vəziləri isə III yetkinlik mərhələsində olmuşdur.

Mart ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 38 ədəd gümüşü pomfret balığının 36,8%-nin cinsi vəziləri II yetkinlik mərhələsində, 52,6%-inin cinsi vəziləri III yetkinlik mərhələsində, 10,6%-nin cinsi vəziləri isə IV yetkinlik mərhələsində (bu yetkinlik mərhələsində toxumluqlar maksimum həddə yaxın böyüyüblər, ağ rəngdədirlər, onların 14,4%-i doludur. Qarın boşluğunu möhkəm sıxdıqda sperma xarıcə axır. Toxumluqdakı spermalar maksimum həddə qədər böyüyüblər) olmuşdur. Göründüyü kimi fevral və mart aylarında tədqiq olunmuş balıqların erkək fərdlərinin 52,6 – 54,2%-inin cinsi vəziləri III yetkinlik mərhələsində olmuşdur.

Aprel ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 27 ədəd gümüşü pomfret balığının 11,1%-nin cinsi vəziləri II yetkinlik mərhələsində, 37,0%-inin cinsi vəziləri III yetkinlik mərhələsində, 51,9%-nin cinsi vəziləri isə IV yetkinlik mərhələsində olmuşdur. 2007-ci ilin aprel ayında İran körfəzindən tədqiq olunmuş pomfret balıqlarının erkək fərdlərinin 51,9%-nin cinsi vəziləri artıq maksimum həddə qədər böyümüşdür.

May ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 51 ədəd gümüşü pomfret balığının 15,7%-nin cinsi vəziləri III yetkinlik mərhələsində, 35,3%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində, 29,4%-inin cinsi vəziləri V yetkinlik mərhələsində (bu yetkinlik mərhələsində toxumluqların 17%-i dolu olmuşdur, açıq çəhrayı rəngdədir, azacıq sıxmaqla spermalar xaricə tökülür. Toxumluqda tək-tək boş hüceyrələr görünür), 19,6%-inin cinsi vəziləri isə VI yetkinlik mərhələsində (bu mərhələdə olan balıqlar artıq çoxalmada iştirak etmiş fərdlərdir) olmuşdur.

İyun ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 19 ədəd gümüşü pomfret balığının 31,6%-nin cinsi vəziləri IV yetkinlik mərhələsində, 52,6%-inin cinsi vəziləri V yetkinlik mərhələsində, 15,8%-inin cinsi vəziləri isə VI yetkinlik mərhələsində olmuşdur.

İyul ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 22 ədəd gümüşü pomfret balığından 27,3%-nin cinsi vəziləri IV yetkinlik mərhələsində, 54,5%-inin cinsi vəziləri V yetkinlik mərhələsində, 18,2%-inin cinsi vəziləri isə VI yetkinlik mərhələsində olmuşdur. 2007-ci ilin iyun və iyul aylarında tədqiq olunmuş balıqların 68,4 – 72,7%-i çoxalmada iştirak etmiş balıqlar olmuşdur.

Avqust ayında İran körfəzindən tədqiq olunmuş 24 ədəd gümüşü pomfret balığından 4,2%-nin cinsi vəziləri II yetkinlik mərhələsində, 8,3%-inin cinsi vəziləri III yetkinlik mərhələsində, 25,0%-inin cinsi vəziləri IV inkişaf mərhələsində, 41,7%-inin cinsi vəziləri V inkişaf mərhələsində, 20,8%-inin cinsi vəziləri isə VI inkişaf mərhələsində olmuşdur.

Sentyabr ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 18 ədəd gümüşü pomfret balığından 11,1%-nin cinsi vəziləri III yetkinlik mərhələsində, 22,2%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində, 50,0%-inin cinsi vəziləri V inkişaf mərhələsində, 16,7%-inin cinsi vəziləri isə VI inkişaf mərhələsində olmuşdur.

Oktyabr ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 25 ədəd gümüşü pomfret balığından 32,0%-nin cinsi vəziləri III yetkinlik mərhələsində, 48,0%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində, 16,0%-inin cinsi vəziləri V inkişaf mərhələsində, 4,0%-inin cinsi vəziləri isə VI inkişaf mərhələsində olmuşdur.

Noyabr ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 27 ədəd gümüşü pomfret balığından 37,1%-nin cinsi vəziləri III yetkinlik mərhələsində, 48,1%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində, 11,1%-inin cinsi vəziləri V inkişaf mərhələsində, 3,7%-inin cinsi vəziləri isə VI inkişaf mərhələsində olmuşdur.

Dekabr ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 21 ədəd gümüşü pomfret balığından 14,3%-nin cinsi vəziləri I yetkinlik mərhələsində, 52,4%-inin cinsi vəziləri II yetkinlik mərhələsində, 23,8%-inin cinsi vəziləri III inkişaf mərhələsində, 9,5%-inin cinsi vəziləri isə IV inkişaf mərhələsində olmuşdur (cədvəl 6.3).

2007-ci ilin sentyabr ayında da çoxalmada iştirak edən erkək fərdlərin miqdarı yüksək olmuşdur – 66,7%. Sentyabrdan sonra çoxalmada iştirak edən balıqların sayı azalmağa başlayır. Belə ki, oktyabr ayında tədqiq olunmuş balıqların 20,0%-i, noyabr ayında isə cəmi 14,8%-i çoxalmada iştirak etmişdir. Dekabr ayında tədqiq olunmuş balıqların 52,4%-inin cinsi vəziləri isə II yetkinlik mərhələsində olmuşdur.

Cədvəl 6.3

Gümüşü pamfret balığın erkək fərdlərinin cinsi vəzilərinin

yetkinlik dərəcələrinin aylar üzrə dəyişməsi (2007-ci il)


Göstəricilər

Aylar


Cinsi vəzilərin yetkinlik dərəcəsi, %–lə

n

I

II

III

IV

V

VI

Yanvar

14,3

9,5

76,2







21

Fevral

29,1

54,2

16,7







24

Mart



36,8

52,6

10,6





38

Aprel



11,1

37,0

51,9





27

May





15,7

35,3

29,4

19,6

51

İyun







31,6

52,6

15,8

19

İyul







27,3

54,5

18,2

22

Avqust



4,2

8,3

25,0

41,7

20,8

24

Sentyabr





11,1

22,2

50,0

16,7

18

Oktyabr





32,0

48,0

16,0

4,0

25

Noyabr





37,1

48,1

11,1

3,7

27

Dekabr

14,3

52,4

23,8

9,5





21

2008-ci ildə də İran körfəzində gümüşü pomfret balığının erkək fərdlərinin cinsi vəzilərinin aylar üzrə inkişafı izlənmişdir. Yanvar ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 19 ədəd pomfret balıqlarının 15,8%-nin cinsi vəziləri I yetkinlik mərhələsində, 10,5%-inin cinsi vəziləri II yetkinlik mərhələsində, 73,7%-inin cinsi vəziləri isə III yetkinlik mərhələsində olmuşdur (cədvəl 6.4).

Cədvəl 6.4

Gümüşü pamfret balığın erkək fərdlərinin cinsi vəzilərinin yetkinlik dərəcələrinin aylar üzrə dəyişməsi (2008-ci il)



Göstəricilər

Aylar


Cinsi vəzilərin yetkinlik dərəcəsi, %–lə

n

I

II

III

IV

V

VI

Yanvar

15,8

10,5

73,7







19

Fevral

33,3

50,0

16,7







12

Mart



40,0

55,0

5,0





42

Aprel





38,0

62,0





16

May





16,0

37,0

30,0

17,0

44

İyun







36,0

50,0

14,0

16

İyul







25,0

62,0

13,0

13

Avqust



12,5



26,0

43,5

18,0

18

Sentyabr





13,0

20,0

50,4

16,6

25

Oktyabr





30,0

45,0

20,0

5,0

20

Noyabr





40,0

50,9

5,6

3,5

22

Dekabr

15,0

50,0

25,0

10,0





12

Fevral ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 12 ədəd gümüşü pomfret balığının erkək fərdlərinin 33,3%-inin cinsi vəziləri I yetkinlik mərhələsində, 50,0%-inin cinsi vəziləri II yetkinlik mərhələsində, 16,7%-inin cinsi vəziləri isə III yetkinlik mərhələsində olmuşdur.

Mart ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 42 ədəd gümüşü pomfret balığından 40,0%-nin cinsi vəziləri II yetkinlik mərhələsində, 55,0%-inin cinsi vəziləri III yetkinlik mərhələsində, 5,0%-nin cinsi vəziləri isə IV yetkinlik mərhələsində olmuşdur.

Aprel ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 16 ədəd gümüşü pomfret balığının 38,0%-nin cinsi vəziləri III yetkinlik mərhələsində, 62,0%-nin cinsi vəziləri isə IV yetkinlik mərhələsində olmuşdur.

May ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 44 ədəd gümüşü pomfret balığının 16,0%-nin cinsi vəziləri III yetkinlik mərhələsində, 37,0%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində, 30,0%-inin cinsi vəziləri V yetkinlik mərhələsində, 17,0%-inin cinsi vəziləri isə VI yetkinlik mərhələsində olmuşdur.

İyun ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 16 ədəd gümüşü pomfret balığının 36,0%-nin cinsi vəziləri IV yetkinlik mərhələsində, 50,0%-inin cinsi vəziləri V yetkinlik mərhələsində, 14,0%-inin cinsi vəziləri isə VI yetkinlik mərhələsində olmuşdur.

İyul ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 13 ədəd gümüşü pomfret balığının 25,0%-nin cinsi vəziləri IV yetkinlik mərhələsində, 62,0%-inin cinsi vəziləri V yetkinlik mərhələsində, 13,0%-inin cinsi vəziləri isə VI yetkinlik mərhələsində olmuşdur.

Avqust ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 18 ədəd gümüşü pomfret balığının 12,5%-nin cinsi vəziləri II yetkinlik mərhələsində, 26,0%-inin cinsi vəziləri IV inkişaf mərhələsində, 43,5%-inin cinsi vəziləri V inkişaf mərhələsində, 18,0%-inin cinsi vəziləri isə VI inkişaf mərhələsində olmuşdur.

Sentyabr ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 25 ədəd gümüşü pomfret balığının 13,0%-nin cinsi vəziləri III yetkinlik mərhələsində, 20,0%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində, 50,4%-inin cinsi vəziləri V inkişaf mərhələsində, 16,6%-inin cinsi vəziləri isə VI inkişaf mərhələsində olmuşdur.

Oktyabr ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 20 ədəd gümüşü pomfret balığının 30,0%-nin cinsi vəziləri III yetkinlik mərhələsində, 45,0%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində, 20,0%-inin cinsi vəziləri V inkişaf mərhələsində, 5,0%-inin cinsi vəziləri isə VI inkişaf mərhələsində olmuşdur.

Noyabr ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 22 ədəd gümüşü pomfret balığının 40,0%-nin cinsi vəziləri III yetkinlik mərhələsində, 50,9%-inin cinsi vəziləri IV yetkinlik mərhələsində, 5,6%-inin cinsi vəziləri V inkişaf mərhələsində, 3,5%-inin cinsi vəziləri isə VI inkişaf mərhələsində olmuşdur.

Dekabr ayında İran körfəzindən ovlanaraq tədqiq olunmuş 12 ədəd gümüşü pomfret balığının 15,0%–nin cinsi vəziləri I yetkinlik mərhələsində, 50,0%-inin cinsi vəziləri II yetkinlik mərhələsində, 25,0%-inin cinsi vəziləri III inkişaf mərhələsində, 10,0%-inin cinsi vəziləri isə IV inkişaf mərhələsində olmuşdur.

2008-ci ildə də sentyabrdan sonra çoxalmada iştirak edən (V və VI yetkinlik mərhələsində olan) balıqların sayı azalmış, oktyabr ayında 25,0%, noyabr ayında isə 9,1% təşkil etmişdir.

2007-2008-ci illərdə İran körfəzində aparılmış tədqiqatlardan məlum olmuşdur ki, çoxalmada iştirak edən gümüşü pomfret balığının erkək və dişi fərdlərinin nisbəti 2:1 və ya 3:1 arasında dəyişir.

2009-cu ildə İran körfəzindən tədqiq olunmuş gümüşü pomfret balığının cinsi vəzilərinin nisbi kütlələrinin uzunluqdan asılı olaraq dəyişməsi cədvəl 6.5-də verilmişdir.

Cədvəl 6.5-dən göründüyü kimi, gümüşü pamfret balığının dişi fərdlərinin cinsi vəzilərin nisbi kütləsinin ən böyük göstəricisi (orta hesabla 4,5%) uzunluğu 25,5 – 27,4 sm arasında dəyişən balıqlarda, ən kiçik göstəricisi (orta hesabla 0,2%) uzunluğu 13,5 –15,4 sm arasında dəyişən balıqlarda, erkək fərdlərdə cinsi vəzilərinin nisbi kütləsinin ən böyük göstəricisi (orta hesabla 4,2%) uzunluğu 21,5 – 23,4 sm arasında dəyişən balıqlarda, ən kiçik ğöstəricisi (orta hesabla 2,2%) isə uzunluğu 13,5 – 15,4 sm arasında dəyişən balıqlarda qeydə alınmışdır.

Cədvəl 6.5

2009-cu ildə İran körfəzindən tədqiq olunmuş

gümüşü pomfret balığının cinsi vəzilərinin uzunluqdan asılı olaraq dəyişməsi


Cinslər
Uzunluq, (sm)

Erkək fərdlər

Dişi fərdlər

n

Nisbi kütlə, (orta hesabla)

n

Nisbi kütlə, (orta hesabla)

13,5–15,4

10

2,2

7

0,2

15,5–17,4

36

2,7

50

0,3

17,5–19,4

67

2,5

128

0,6

19,5–21,4

45

2,8

156

1,2

21,5–23,4

38

4,2

110

1,4

23,5–25,4

9

3,3

47

2,5

25,5–27,4





29

4,5

27,5–29,4





25

3,8

2009-cu ildə İran körfəzindən tədqiq olunmuş gümüşü pomfret balığının erkək fərdlərinin uzunluğu 13,5 – 15,4 sm-ə, dişi fərdlərinin uzunluğu isə 19,5 – 21,4 sm-ə çatdıqdan sonra cinsi yetkinliyə çatmışlar.

İran körfəzində gümüşü pomfret balığının cinsi vəzilərinin nisbi kütləsinin göstəriciləri aprel-may aylarında (kürütökmədən əvvəl) ən yüksək, sentyabr-oktyabr aylarında (kürütökmədən sonra) isə ən aşağı göstəriciyə malık olur.

Tədqiq olunan balıqların mütləq cinsi məhsuldarlığını müəyyən etmək məqsədilə 165 ədəd gümüşü pamfret balığın kürüləri sayılmışdır. Müəyyən edilmişdir ki, uzunluğu orta hesabla 22 sm olan balıqlarda kürülərin sayı 194,5-247,9 min ədəd, uzunluğu orta hesabla 26 sm olan balıqlarda isə 204,6-314,7 min ədəd kürü olmuşdur. Ümumilikdə tədqiq etdiyimiz gümüşü pomfret balığının məhsuldarlığı 194,5 – 314,7 min ədəd kürü arasında dəyişərək, orta hesabla 228,0 ± 3,31 min ədəd kürü olmuşdur.

Bütün su hövzələrində gümüşü pomfret balığının çoxalma dövrü eyni vaxta təsadüf etmir. Belə ki, Koreya sahil sularında gümüşü pomfret balığının çoxalmasına dair tədqiqatlar aparmış T.Y.Li və J.J.Jinin [88] verdiyi məlumata görə burada gümüşü pomfret balığının çoxalması may-avqust aylarında baş verir və kürütökmənin qızğın vaxtı iyun–iyul aylarına təsadüf edir.

1980/85-ci illərdə İran körfəzinin Bəhreqan məntəqəsində gümüşü pomfret balığının çoxalmasına dair tədqiqatlar aparmış S.Pati [113], Abu-Hakima və başqalarının [20] verdikləri məlumata görə İran körfəzində gümüşü pomfret balığının çoxalma dövrü mart ayından başlayır, oktyabr ayına kimi davam edir.

Hindistanın Benqal körfəzində gümüşü pomfret balığının çoxalmasına dair tədqiqatlar aparmış S.Pati [114] belə bir qənaətə gəlmişdir ki, bu körfəzdə gümüşü pomfret balığının kürütökməsi fevral ayından başlayır və avqust ayının sonlarına qədər davam edir.

İran körfəzinin şimali–qərb hissəsində Küveytin balıqçılıq institutunun əməkdaşları A.Parsaməneş [111] və başqalarının apardıqlar tədqiqatlar nəticəsində məlum olmuşdur ki, gümüşü pamfret balığı İran körfəzinin şimal hissəsində aprel ayından başlayaraq sentyabr ayının sonunadək kürü tökürlər. Onların kürütökməsinin qızğın vaxtı aprel-may aylarına təsadüf edir.

İran körfəzinin Küveyt sahillərində gümüşü pomfret balığının çoxalmasına dair tədqiqatlar aparmış R.Abu-Hakima [21] və başqalarının verdiyi məlumata görə burada kürütökmə mart ayında başlayır, avqust ayının sonlarında başa çatır. Kürütökmənin qızğın vaxtı iyun-iyul aylarında olur. Bu zaman suda temperatur 28 – 300 C arasında dəyişir və kürütökmə günün ikinci yarısından başlayıb gecəyədək davam edir (1500-dan 2300-adək). Kürülər mayalandıqdan sonra suda sərbəst halda üzürlər. Tökülmüş kürülərin 38,6 – 44,0 %-i mayalanır ki, onların da 36,5 – 51,8 %-indən sürfələr inkişaf etməyə başlayır. Kürülərin diametri orta hesabla 0,44 ± 0,02 mm, kürüdən çıxan sürfələrin uzunluğu isə orta hesabla 2,40 ± 0,10 mm olur. 35 – 40 promil duzluluqda, 29 – 300 temteraturda gümüşü pomfret balığının mayalanmış kürülərdən sürfələrin çıxması 13 – 15 gün ərzində baş verir. Sürfələrin yaşama faizi xeyli aşağı olur – 1,5 %. Tədqiq olunan gümüşü pomfret balığının məhsuldarlığı 765,7 – 2537,8 min arasında dəyişmişdir. Bu müəlliflərin verdiyi məlumata görə çoxalmada iştirak edən erkək fərdlərin sayı həmişə dişi fərdlərdən çox olur.

Bizim 2007-2009-cu illərdə İran körfəzinin Bəhreqan, Xor mosa, Boşehr və Deyyer məntəqələrində apardığınız tədqiqatların nəticələrinə görə isə İran körfəzində gümüşü pomfret balığının kürütökmə dövrü may ayından başlayır, sentyabr ayının sonlarına qədər davam edir. Kürütökmənin ən qızğın vaxtı iyun-avqust aylarına təsadüf edir.

Beləliklə, müxtəlif illərdə ayri-ayrı su hövzələrində gümüşü pomfret balığının çoxalmasına dair tədqiqat işləri aparmış alimlərin verdiyi məlumata görə bütün su hövzələrində pomfret balıqlarının kürütökməsi eyni vaxta təsadüf etmir. Belə ki, gümüşü pomfret balığı İran körfəzinin Küveyt sahillərində aprel-oktyabr aylarında, İran sahillərində may-oktyabr aylarında, Hindistan sahillərində fevral-avqust, Koreya sahillərində isə may-avqust aylarında kürü tökürlər.


Download 1,6 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish