VII FƏSİL
İRAN KÖRFƏZİNDƏ GÜMÜŞÜ POMFRET BALIĞININ QİDALANMASINA DAİR TƏDQİQATLAR
2007-2008-ci illərdə İran körfəzindən mədə-bağırsaq möhtəviyyatı tədqiq olunmuş 1095 ədəd gümüşü pomfret balığından 382 fərdinin (34,9%) mədələrinin içərisindəki qida tamamilə həzm olunaraq ağ rəngli maye şəklində olduğu və qida tərkibini təyin etmək mümkün olmadığı, 171 balığın (15,6%) mədəsi isə tamamilə boş olduğu məlum oldu. Mədə-bağırsaq möhtəviyyatı tədqiq olunmuş 542 balığın (49,5%) mədəsindəki qidanın tərkibi isə tərəfimizdən analiz edilmişdir.
İran körfəzindən tədqiq olunmuş gümüşü pomfret balıqlarının mədəsindən 18 qrupa (Amphora sp., Biddulphia sp., Chaetoceros sp., Coscinodiscus sp., Ddiploneis sp., Gyrosigma sp., Cuinadia sp., Navicula sp., Nitzschia sp., Pleurosigma sp., Rhizosolenia sp., Amphisolenia sp., Ceratium sp., Dinophysis sp., Peridinium sp., Prorocentrum sp., Pyrophacus sp. Oscillatoria sp.) daxil olan bitki mənşəli, 12 qrupa (Copepoda, Cladocera, Ostracoda, Nauplius copepoda, Shrimp larvae, Amphipoda, Decapoda, Bivalvia, Gastropoda, Globigerina, Nematoda, Rotatoria) daxil olan onurğasız heyvanlara, digər balıqların sürfələrinə və kürülərinə rast gəlinmişdir. Mədə möhtəviyyatı tədqiq olunmuş balıqların qidasında bitki mənşəli qidalardan Ddiploneis sp., Nitzschia sp., Rhizosolenia sp., Ceratium sp., heyvan mənşəli qidalardan isə Copepoda, Cladocera, Ostracoda qrupları üstünlük təşkil edirlər. Bu qruplara daxil olan qidalar gümüşü pomfret balıqlarının sevimli qidasıdır və onların qidasında birinci və ikinci dərəcəli qidalardan hesab olunur.
Bitki mənşəli qidalar içərisində Peridinium sp. və Prorocentrum sp. qruplarına daxil olan qidalar təsadüfi qəbul olunmuş qidalardan hesab olunur. Qida möhtəviyyatı tədqiq olunmuş balıqların 93–95%–ində bu qidalara təsadüf edilməmişdir [4].
2007-ci ilin yanvar-dekabr ayları ərzində İran körfəzindən ovlanmış 284 ədəd gümüşü pomfret balıqlarının mədəsində aşkar olunmuş qidanın miqdarı və tərkibi haqqında məlumat cədvəl 7.1-də verilmişdir.
Cədvəl 7.1
2007–ci il əazində gümüşü pomfret balığı
tərəfindən qəbul olunan bitki və heyvan mənşəli qidaların miqdarı
Aylar
|
n
|
Qidanın miqdarı (M), q
|
Bitki qidası,
(%)
|
Heyvani qida,
(%)
|
Yanvar
|
28
|
3,19–4,36 (3,9)
|
36,3–41,4 (38,2)
|
16,4–20,7 (18,2)
|
Fevral
|
25
|
4,43–5,82 (4,9)
|
51,4–59,6 (55,1)
|
12,8–16,4 (14,5)
|
Mart
|
21
|
3,07–4,13 (3,6)
|
37,5–41,2 (39,1)
|
12,9–18,7 (15,6)
|
Aprel
|
34
|
1,75–2,37 (2,2)
|
19,1–24,2 (21,9)
|
21,9–26,1 (23,2)
|
May
|
33
|
1,83–2,14 (1,9)
|
25,7–30,1 (27,2)
|
18,6–23,1 (20,2)
|
İyun
|
24
|
1,31–2,04 (1,8)
|
20,4–25,9 (23,1)
|
16,1–21,8 (18,9)
|
İyul
|
15
|
0,98–1,87 (1,5)
|
18,1–22,0 (20,1)
|
16,8–20,3 (18,2)
|
Avqust
|
18
|
0,92–1,92 (1,7)
|
17,4–19,2 (18,2)
|
15,1–17,3 (14,5)
|
Sentyabr
|
22
|
0,93–1,24 (1,0)
|
37,4–42,1 (39,5)
|
10,4–14,7 (12,6)
|
Oktyabr
|
26
|
1,87–2,21 (2,0)
|
31,3–34,5 (33,4)
|
15,8–21,7 (18,7)
|
Noyabr
|
21
|
2,94–4,32 (3,75)
|
40,8–46,3 (43,7)
|
21,9–25,4 (24,1)
|
Dekabr
|
17
|
3,84–4,72 (4,4)
|
21,3–23,1 (22,1)
|
8,2–15,4 (11,6)
|
Yanvar ayında mədə möhtəviyyatı tədqiq olunmuş 28 ədəd gümüşü pomfret balığının mədəsində olan qidanın miqdarı 3,19 – 4,36 q arasında dəyişərək, orta hesabla 3,9 q təşkil etmişdir. Qəbul olunmuş qidanın 36,3 – 41,4%-ni birki mənşəli, 16,4 – 20,7%-ni isə heyvan mənşəli qidalar təşkil etmişdir. Mədədə olan qida möhtəviyyatının 37,9 – 47,3%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur.
Fevral ayında 25 ədəd balığın mədə möhtəviyyatı tədqiq olunmuşdur ki, onların da mədəsində aşkar olunmuş qidanın miqdarı 4,43 – 5,82 q arasında dəyişmişdir. Bitki mənşəli qidalar ümumi qəbul olunmuş qidanın 51,4 – 59,6%-ni, heyvan mənşəli qidalar isə 12,8 – 16,4%-ni təşkil etmişdir. Mədədə olan qida möhtəviyyatının 24,0 – 35,8%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur.
Mart ayında 21 ədəd balığın mədə möhtəviyyatı tədqiq olunmuşdur. Balıqların mədəsində olan qidanın miqdarı 3,07 – 4,13 q arasında dəyişərək, orta hesabla 3,6 q olmuşdur. Qəbul olunmuş qidanın 37,5 – 41,2%-ni bitki mənşəli, 12,9 – 18,7%-ni isə heyvan mənşəli qidalar təşkil etmişdir. Mədədə olan qida möhtəviyyatının 40,1 – 49,6%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur. Tədqiq olunmuş balıqların mədəsində yanvar-fevral aylarında olduğu kimi bitki mənşəli qidaların miqdarı heyvan mənşəli qidalara nisbətən çox olmuşdur.
Aprel ayında tədqiq olunmuş 34 ədəd balığın mədəsində olan qidanın miqdarı 1,75 – 2,37 q arasında dəyişmişdir. Göründüyü kimi çoxalma ərəfəsində balıqların qəbul etdikləri qidanın miqdarı azalmağa başlamışdır. Bitki mənşəli qidalar ümumi qəbul olunmuş qidanın 19,1 – 24,2%-ni, heyvan mənşəli qidalar isə 21,9 – 26,1%-ni təşkil etmişdir. Mədədə olan qida möhtəviyyatının 49,7 – 59,0%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur. Bu ayda tədqiq olunmuş balıqların qidasında bitki mənşəli qidaların miqdarı heyvan mənşəli qidaların miqdarına nisbətən artmağa başlamışdır. Bunun əsas səbəbi aprel ayından başlayaraq İran körfəzində gümüşü pomfret balıqlarının qidasını təşkil edən onurğasız heyvanların miqdarının artması və heyvan mənşəli qidaların bitki mənşəli qidalara nisbətən tez həzm olması ilə əlaqədardır.
May ayında mədə möhtəviyyatı tədqiq olunmuş 33 ədəd balığın mədəsində aşkar edilmiş qidanın miqdarı 1,83 – 2,14 q arasında dəyişmişdir. Qəbul olunmuş qidanın 25,7 – 30,1%-ni bitki mənşəli, 18,6 – 23,1%-ni isə heyvan mənşəli qidalar təşkil etmişdir. Mədədə olan qida möhtəviyyatının 46,8 – 55,7%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur. May ayından çoxalma mövsümünün başlanması ilə əlaqədar olaraq balıqların qəbul etdikləri qidanın ümumi miqdarı azalmaqda davam edir.
İyun ayında mədə möhtəviyyatı tədqiq olunmuş 24 ədəd balığın mədəsində olan qidanın miqdarı 1,31 – 2,04 q arasında dəyişmişdir. Qəbul olunmuş qidanın tərkibində 20,4 – 25,9% bitki mənşəli, 16,1 – 21,8% heyvan mənşəli qidalara rast gəlinmişdir. Mədədə olan qida möhtəviyyatının 52,3 – 63,5%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur. İyun ayında balıqların qəbul etdikləri qidalar içərisində heyvan və bitki mənşəli qidaların nisbəti bir-birinə yaxın olmuşdur – orta hesabla 18,9 və 23,1.
İyul ayında mədə möhtəviyyatı tədqiq edilmiş 15 ədəd gümüşü pomfret balığının mədəsində olan qidanın miqdarı 0,98 – 1,87 q arasında dəyişərək, orta hesabla 1,5 q olmuşdur. Mədədə aşkar olunmuş qidanın orta hesabla 20,1%-ni bitki mənşəli qidalar, 18,2%-ni isə heyvan mənşəli qidalar təşkil etmişdir. Mədədə olan qidanın orta hesabla 61,7%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur.
Avqust ayında mədə möhtəviyyatı tədqiq edilmiş 18 ədəd gümüşü pomfret balığının mədəsində olan qidanın miqdarı 0,92 – 1,92 q arasında dəyişmişdir. Tədqiq olunmuş balıqların mədəsində aşkar olunan qidanın orta hesabla 18,2%-ni bitki mənşəli, 14,5%-ni isə heyvan mənşəli qidalar təşkil etmişdir. Mədədə olan qidanın orta hesabla 67,3%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur.
Sentyabr ayında tədqiq olunmuş 22 ədəd balığın mədəsində olan qidanın miqdarı 0,93 – 1,24 q arasında dəyişmişdir. Bu ayda da tədqiq olunmuş balıqların mədəsində aşkar olunmuş bitki mənşəli qidalar üstünlük təşkil etmişdir – 37,4 – 42,1%. Heyvan mənşəli qidaların miqdarı isə 10,4 – 14,7% arasında dəyişərək, orta hesabla 12,6% olmuşdur. Mədədə olan qida möhtəviyyatının 43,2 – 52,2%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur.
Oktyabr ayında mədə möhtəviyyatı tədqiq olunmuş 26 ədəd gümüşü pomfret balığının mədəsində olan qidanın miqdarı 1,87 – 2,21 q arasında dəyişmişdir. Kürütökmənin sona çatması ilə əlaqədar olaraq oktyabr ayından başlayaraq pomfret balıqlarının mədəsində olan qidanın miqdarı artmağa başlamışdır. Tədqiq olunmuş balıqların mədəsində aşkar olunan bitki mənşəli qidaların miqdarı 31,3 – 34,5%, heyvan mənşəli qidaların miqdarı isə 15,8 – 21,7% arasında dəyişmişdir. Mədədə olan qida möhtəviyyatının 43,8 – 52,9%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur.
Noyabr ayında tədqiq olunmuş 21 ədəd balığın mədəsində olan qidanın miqdarı 2,94 – 4,32 q arasında dəyişmişdir ki, onun da 40,8 – 46,3%-ni bitki mənşəli, 21,9 – 25,4%-ni heyvan mənşəli qidalar təşkil etmişdir. Mədədə olan qida möhtəviyyatının 28,3 – 37,3%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur.
2007-ci ilin dekabr ayında mədə möhtəviyyatı tədqiq olunmuş 17 ədəd balığın mədəsində olan qidanın miqdarı orta hesabla 4,4 q olmuşdur. Bu ayda tədqiq olunmuş balıqların mədəsində aşkar olunan heyvan mənşəli qidaların miqdarı (orta hesabla 11,6%) bitki mənşəli qidaların miqdarından (orta hesabla 22,1%) çox olmuşdur.
2008-ci ildə İran körfəzindən tədqiq olunmuş 256 ədəd gümüşü pomfret balığının qəbul etdiyi qidanın miqdarı və tərkibi aylar üzrə izlənmişdir (cədvəl 7.2).
Cədvəl 7.2
2008-ci ildə gümüşü pomfret balığı tərəfindən
Qəbul olunan bitki və heyvan mənşəli qidaların miqdarı
Aylar və illər
|
n
|
Qidanın miqdarı (M), q
|
Bitki qidası,
(%)
|
Heyvani qida,
(%)
|
Yanvar
|
19
|
3,27–4,64 (4,1)
|
40,7–45,4 (43,7)
|
15,3–19,6 (17,6)
|
Fevral
|
23
|
4,86–6,14 (5,4)
|
54,7–62,3 (58,7)
|
12,1–15,7 (13,8)
|
Mart
|
18
|
2,94–3,47 (3,2)
|
36,8–39,7 (38,5)
|
14,6–19,4 (16,9)
|
Aprel
|
27
|
1,87–2,13 (2,0)
|
21,4–25,6 (23,4)
|
23,4–27,5 (25,7)
|
May
|
22
|
1,62–1,97 (1,8)
|
23,6–28,2 (25,7)
|
21,2–25,7 (23,9)
|
İyun
|
16
|
1,21–1,94 (1,7)
|
19,4–24,6 (21,9)
|
17,2–22,3 (19,3)
|
İyul
|
19
|
1,19–1,68 (1,4)
|
17,3–22,1 (19,5)
|
14,7–19,1 (16,8)
|
Avqust
|
21
|
0,87–1,32 (1,1)
|
15,7–20,3 (17,8)
|
10,7–14,5 (12,6)
|
Sentyabr
|
24
|
0,92–1,51 (1,3)
|
39,6–45,5 (42,7)
|
24,6–30,1 (28,2)
|
Oktyabr
|
20
|
1,63–2,22 (1,9)
|
26,1–29,8 (28,3)
|
19,6–24,9 (22,4)
|
Noyabr
|
28
|
3,09–3,51 (3,34)
|
28,6–33,4 (31,6)
|
22,1–27,5 (24,7)
|
Dekabr
|
19
|
3,92–4,57 (4,2)
|
31,7–37,2 (34,3)
|
15,9–20,7 (18,3)
|
Yanvar ayında tədqiq olunmuş 19 ədəd balığın mədəsində olan qidanın miqdarı 3,27 – 4,64 q arasında dəyişərək, orta hesabla 4,1 q təşkil etmişdir. Tədqiq olunmuş balıqların mədəsində olan qidanın 40,7 – 45,4%-ni birki mənşəli, 15,3 – 19,6%-ni isə heyvan mənşəli qidalar təşkil etmişdir. Mədədə olan qida möhtəviyyatının 35,0 – 44,0%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur.
Fevral ayında 23 ədəd balığın mədə möhtəviyyatı tədqiq olunmuşdur. Tədqiq olunmuş balıqların mədəsində olan qidanın miqdarı 4,86 – 6,14 q arasında dəyişmişdir. Qəbul olunmuş qidanın 54,7 – 62,3%-ni birki mənşəli, 12,1 – 15,7%-ni isə heyvan mənşəli qidalar təşkil etmişdir. Mədədə olan qida möhtəviyyatının 22,0 – 33,2%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur.
Mart ayında mədə möhtəviyyatı tədqiq olunmuş 18 ədəd balığın mədəsində olan qidanın miqdarı 2,94 – 3,47 q arasında dəyişmişdir. Qəbul olunmuş qidanın 36,8 – 39,7%-ni bitki mənşəli, 14,6 – 19,4%-ni isə heyvan mənşəli qidalar təşkil etmişdir. Mədədə olan qida möhtəviyyatının 40,9 – 48,6%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur. Tədqiq olunmuş balıqların mədəsində bitki mənşəli qidaların miqdarı heyvan mənşəli qidalara nisbətən iki dəfə çox olmuşdur.
Aprel ayında tədqiq olunmuş 27 ədəd balığın mədəsində olan qidanın miqdarı 1,87 – 2,13 q arasında dəyişmişdir. Qəbul olunmuş qidanın 21,4 – 25,6%-ni bitki mənşəli, 23,4 – 27,5%-ni isə heyvan mənşəli qidalar təşkil etmişdir. Mədədə olan qida möhtəviyyatının 46,9 – 55,2%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur. 2007-ci ilin aprel ayında olduğu kimi, 2008-ci ilin aprel ayında da tədqiq olunmuş balıqların qidasında bitki mənşəli qidaların miqdarı azalmağa başlamışdır, heyvan mənşəli qidaların miqdarı isə əksinə, artmışdır.
May ayında mədə möhtəviyyatı tədqiq olunmuş 22 ədəd balığın qəbul etdikləri qidanın miqdarı 1,62 – 1,97 q arasında dəyişmişdir. Balıqlar tərəfindən qəbul olunmuş qidanın 23,6 – 28,2%-ni bitki mənşəli, 21,2 – 25,7%-ni isə heyvan mənşəli qidalar təşkil etmişdir. Mədədə olan qida möhtəviyyatının 46,1 – 55,2%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur. 2007-ci ildə olduğu kimi, 2008-ci ildə də çoxalma mövsümünün başlanması ilə əlaqədar olaraq balıqların qəbul etdikləri qidanın miqdarında nəzərəçarpacaq azalma müşahidə olunur.
İyun ayında mədə möhtəviyyatı tədqiq olunmuş 16 ədəd balığın qəbuk etdikləri qidanın miqdarı 1,21 – 1,94 q arasında dəyişmişdir. Qəbul olunmuş qidanın tərkibində 19,4 – 24,6% bitki mənşəli, 17,2 – 22,3% heyvan mənşəli qidalara rast gəlinmişdir. Mədədə olan qida möhtəviyyatının 51,3 – 63,4%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur.
İyul ayında qida tərkibi tədqiq olunmuş 19 ədəd balığın mədəsindəki qidanın miqdarı 1,19 – 1,68 q arasında dəyişmişdir. Qəbul olunmuş qidanın 17,3 – 22,1%-ni bitki mənşəli, 14,7 – 19,1%-ni isə heyvan mənşəli qidalar təşkil etmişdir. Mədədə olan qida möhtəviyyatının 58,8 – 68,0%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur.
Avqust ayında mədə möhtəviyyatı tədqiq olunmuş 21 ədəd balığın mədəsində olan qidanın miqdarı 0,87 – 1,32 q arasında dəyişmişdir. Bu ayda tədqiq olunmuş balıqların mədəsində olan qidanın 15,7 – 20,3%-ni bitki mənşəli, 10,7 – 14,5%-ni isə heyvan mənşəli qidalar təşkil etmişdir. Mədədə olan qida möhtəviyyatının 65,2 – 73,6%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur.
Sentyabr ayında qida tərkibi tədqiq olunmuş 24 ədəd balığın qəbul etdikləri qidanın miqdarı 0,92 – 1,51 q arasında dəyişmişdir. Qəbul olunmuş qidanın 39,6 – 45,5%-ni bitki mənşəli, 24,6 – 30,1%-ni isə heyvan mənşəli qidalar təşkil etmişdir. Mədədə olan qida möhtəviyyatının 24,4 – 35,8%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur. Sentyabr ayında balıqların qəbul etdikləri qidanın tərkibində bitki mənşəli qidaların miqdarı heyvan mənşəli qidalara nisbətən 1,5 dəfə çox olmuşdur.
2008-ci ildə İran körfəzindən tədqiq olunmuş gümüşü pomfret balıqlarının qida tərkibinin tədqiqi nəticəsində məlum olmuşdur ki, iyun-sentyabr aylarında onların qəbul etdikləri qidanın miqdarı minimum həddə qədər azalır. Bunun əsas səbəblərindən biri yuxarıda qeyd etdiyimiz kimi, balıqların çoxalması ilə əlaqədardırsa, digər səbəbi bu dövrdə hökm sürən isti hava şəraitidir ki, yüksək temperatur şəraitində də balıqların qidalanması zəifləyir.
Oktyabr ayında qida tərkibi tədqiq olunmuş 20 ədəd balığın mədəsində olan qidanın miqdarı 1,63 – 2,22 q arasında dəyişmişdir. Qəbul olunmuş qidanın 26,1 – 29,8%-ni bitki mənşəli, 19,6 – 24,9%-ni isə heyvan mənşəli qidalar təşkil etmişdir. Mədədə olan qida möhtəviyyatının 45,3 – 54,3%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur. Bu aydan başlayaraq gümüşü pomfret balıqlarının qəbul etdikləri qidanın miqdarı artmağa başlamışdır.
Noyabr ayında mədə möhtəviyyatı tədqiq olunmuş 28 ədəd balığın mədəsində aşkar olunan qidanın miqdarı oktyabr ayına nisbətən təxminən iki dəfə (3,09 – 3,51) artmışdır. Bunun çoxalmadan sonra balıqların intensiv qidalanması ilə izah etmək olar. Noyabr ayında balıqların qəbul etdikləri qidanın 28,6 – 33,4%-ni bitki mənşəli, 22,1 – 27,5%-ni isə heyvan mənşəli qidalar təşkil etmişdir. Mədədə olan qida möhtəviyyatının 39,1 – 49,3%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur.
Dekabr ayında qida tərkibi tədqiq olunmuş 19 ədəd gümüşü pomfret balığının qəbul etdiyi qidanın miqdarı 3,92 – 4,57 q arasında dəyişmişdir. Qəbul olunmuş qidanın 31,7 – 37,2%-ni bitki mənşəli, 15,9 – 20,7%-ni isə heyvan mənşəli qidalar təşkil etmişdir. Mədədə olan qida möhtəviyyatının 42,1 – 52,4%-i müəyyən dərəcədə həzm olunaraq ağ rəngli həlməşik maye şəklində olmuşdur.
2007-2008-ci illərdə İran körfəzindən gümüşü pomfret balıqlarının qidalanma intensivliyinin araşdırılması nəticəsində məlum olmuşdur ki, onlar oktyabr-mart aylarında intensiv qidalanırlar. Gümüşü pomfret balıqlarının qidasında bitki mənşəli qidaların miqdarı heyvan mənşəli qidalara nisbətən üstünlük təşkil edir (uyğun olaraq orta hesabla: 36,8 % və 20,7 %). Aprel-may aylarında pomfret balıqlarının qidasında bitki mənşəli qidaların miqdarı azalır, heyvan mənşəli qidaların miqdarı isə əksinə, artır (uyğun olaraq orta hesabla: 24,6 % və 23,3 %). İyun-oktyabr ayları pomfret balıqlarının ən az qida qəbul etdikləri dövrü əhatə edir.
2007-2008-ci illərdə İran körfəzindən tədqiq olunmuş gümüşü pomfret balıqlarının bağırsağının dolma indeksləri də aylar üzə izlənmişdir.
2007-ci ilin yanvar-dekabr ayları ərzində tədqiq olunmuş 570 ədəd balığın bağırsağının dolma indeksi haqqında məlumat cədvəl 7.3-də verilmişdir.
Yanvar ayında bağırsağının dolma indeksi müəyyən edilmiş balıqlar içərisində bağırsağı boş olan fərdlərə rast gəlinməmişdir. Tədqiq olunmuş 40 ədəd balığın 10,0%-nin bağırsağı ¼ dolu, 20,0%-nin bağırsağı ½ dolu, 30,0%-nin bağırsağı ¾ dolu, 40,0%-nin bağırsağı isə tam dolu olmuşdur. Bağırsağı ¾ dolu və tam dolu olan balıqlar ümumi tədqiq olunmuş balıqların 70,0%-ni təşkil etmişlər.
Fevral ayında tədqiq olunmuş 42 ədəd balıq içərisində də bağırsağı boş olan fərdlərə rast gəlinməmişdir. Tədqiq olunmuş balıqlar içərisində bağırsağı ¼ dolu olan balıqların miqdarı 14,3%, bağırsağı ½ dolu olan balıqların miqdarı 21,4%, bağırsağı ¾ dolu olan balıqların miqdarı 33,3%, bağırsağı tam dolu olan balıqların miqdarı isə 31,0% təşkil etmişdir. Yanvar ayında olduğu kimi, fevral ayında da bağırsağı ¾ dolu və tam dolu olan balıqlar üstünlük təşkil etmişlər.
Cədvəl 7.3
2007-ci ildə tədqiq olunmuş gümüşü pomfret balıqlarının bağırsağının dolma indeksi
Aylar
|
Dolma indeksi,%–lə
|
n
|
Boş
|
¼ dolu
|
½ dolu
|
¾ dolu
|
tam dolu
|
Yanvar
|
–
|
10,0
|
20,0
|
30,0
|
40,0
|
40
|
Fevral
|
–
|
14,3
|
21,4
|
33,3
|
31,0
|
42
|
Mart
|
–
|
21,6
|
21,6
|
24,4
|
32,4
|
37
|
Aprel
|
–
|
14,0
|
18,0
|
32,0
|
36,0
|
50
|
May
|
12,0
|
24,0
|
20,0
|
18,7
|
25,3
|
75
|
İyun
|
29,1
|
24,4
|
18,6
|
15,1
|
12,8
|
86
|
İyul
|
30,8
|
23,1
|
17,2
|
15,4
|
13,5
|
52
|
Avqust
|
29,8
|
14,9
|
17,0
|
17,0
|
21,3
|
47
|
Sentyabr
|
17,9
|
10,3
|
15,4
|
25,6
|
30,8
|
39
|
Oktyabr
|
9,8
|
12,2
|
14,6
|
34,1
|
29,3
|
41
|
Noyabr
|
6,1
|
12,1
|
18,1
|
27,3
|
36,4
|
33
|
Dekabr
|
–
|
14,3
|
25,0
|
28,6
|
32,1
|
28
|
Mart ayında tədqiq olunmuş 37 ədəd balığın 21,6%-nin bağırsağı ¼ dolu, 21,6%-nin bağırsağı ½ dolu, 24,4%-nin bağırsağı ¾ dolu, 32,4%-nin bağırsağı isə tam dolu olmuşdur. Bu ayda da bağırsağı boş olan fərdlərə rast gəlinməmişdir.
Aprel ayında bağırsağının dolma indeksi müəyyən edilmiş 50 ədəd balıqdan heç birinin bağırsağı boş olmamışdır. Tədqiq olunmuş balıqların 14,0%-nin bağırsağı ¼ dolu, 18,0%-nin bağırsağı ½ dolu, 32,0%-nin bağırsağı ¾ dolu, 36,0%-nin bağırsağı isə tam dolu olmuşdur. Çoxalmadan əvvəl ovlanmış balıqların 66,0%-nin bağırsağının dolma indeksi ¾ dolu və tam dolu olmuşdür.
May ayında bağırsağının dolma indeksi müəyyən edilmiş 75 ədəd balığın 12,0%-nin bağırsağı boş, 24,0%-nin bağırsağı ¼ dolu, 20,0%-ini, bağırsağı ½ dolu, 18,7%-nin bağırsağı ¾ dolu, 25,3%-nin bağırsağı isə tam dolu olmuşdur. Çoxalma mövsümünün başlanması ilə əlaqədar olaraq bağırsağının dolma indeksi müəyyən olunmuş balıqlar içərisində bağırsağı ¾ dolu və tam dolu olan balıqların miqdarı azalmağa başlamışdır. Bu ayda tədqiq olunmuş balıqların 36,0%-nin bağırsağı boş və ya ¼ dolu olmuşdur.
İyun ayında tədqiq olunmuş 86 ədəd balığın 29,1%–nin bağırsağı boş, 24,4%-nin bağırsağı ¼ dolu, 18,6%-ini bağırsağı ½ dolu, 15,1%-nin bağırsağı ¾ dolu, 12,8%-nin bağırsağı isə tam dolu olmuşdur. Çoxalma dövrünün qızğın vaxtına təsadüf edən iyun ayında bağırsağı boş və ¼ dolu olan balıqların miqdarı ümumi tədqiq olunmuş balıqların yarısından çoxunu (53,5%) təşkil etmişdir. Bağırsağı ¾ dolu və tam dolu olan balıqların miqdarı isə azalaraq 27,9%-ə enmişdir.
İyul ayında bağırsağın dolma indeksi müəyyən edilmiş balıqların 30,8%-nin bağırsağı boş, 23,1%-nin bağırsağı ¼ dolu, 17,2%-nin bağırsağı ½ dolu, 15,4%-nin bağırsağı isə ¾ dolu olmuşdur. Tədqiq olunmuş balıqların cəmi 13,5%-nin bağırsağı tam dolu olmuşdur ki, bu balıqlar da artıq çoxalmada iştirak etmiş balıqlar olmuşdur. Cinsi vəziləri V və VI yetkinlik mərhələsində olan balıqların mədələri boş və ya ¼ dolu olmuşdur.
Avqust ayında tədqiq olunmuş 47 ədəd balığın 29,8%-nin bağırsağı boş, 14,9%-nin bağırsağı ¼ dolu, 17,0%-nin bağırsağı ½ dolu, 17,0%-nin bağırsağı ¾ dolu, 21,3%-nin bağırsağı isə tam dolu olmuşdur. Avqust ayında bağırsağının dolma indeksi müəyyən edilmiş balıqları iyul ayında tədqiq olunmuş balıqlarla müqayisə etdikdə məlum olmuşdur ki, bağırsaqları boş olan balıqlar arasinda ciddi fərq qeydə alınmasa da, mədələri tam dolu olan balıqların sayı avqust ayında 8% çox olmuşdur.
Sentyabr ayında bağırsağının dolma indeksi müəyyən edilmiş 39 ədəd balığın 17,9%-nin bağırsağı boş, 10,3%-nin bağırsağı ¼ dolu, 15,4%-nin bağırsağı ½ dolu, 25,6%-nin bağırsağı ¾ dolu, 30,8%-nin bağırsağı isə tam dolu olmuşdur. Sentyabr ayında bağırsağının dolma indeksi müəyyən edilmiş balıqlar içərisində bağırsağı boş, ¼ və ½ dolu olan balıqların miqdarı 43,6% olmuşdur. Bağırsağı ¾ dolu və tam dolu olan balıqların miqdarı isə 56,4% təşkil etmişdir.
Oktyabr ayında bağırsağının dolma indeksi müəyyən edilmiş 41 ədəd balığın 9,8%-nin bağırsağı boş, 12,2%–nin bağırsağı ¼ dolu, 14,6%-nin bağırsağı ½ dolu, 34,1%–nin bağırsağı ¾ dolu, 29,3%-nin bağırsağı isə tam dolu olmuşdur. Bu ayda qeydə alınmış rəqəmləri sentyabr ayındakı rəqəmlərlə müqayisə etdikdə bağırsağı boş, ¼ və ½ dolu olan balıqların miqdarı (36,6) azalmış, bağırsağı ¾ dolu və tam dolu olan balıqların miqdarı isə artmışdır (63,4).
Noyabr ayında bağırsağının dolma indeksi müəyyən edilmiş 33 ədəd balığın cəmi 6,1%-nin bağırsağı boş olmuşdur. Bağırsağı ¼ dolu olan balıqların miqdarı 12,1%, bağırsağı ½ dolu balıqların miqdarı isə ümumi tədqiq olunmuş balıqların 18,1%-ini təşkil etmişdir. Bağırsağı ¾ dolu (27,3%) və bağırsağı tam dolu (36,4%) olan balıqlar miqdarı isə 63,7% olmuşdur.
Dekabr ayında bağırsağının dolma indeksi müəyyən edilmiş 28 ədəd balıqdan heç birinin bağırsağı boş olmamışdır. Bağırsağı ¼ dolu olan balıqlar ümumi tədqiq olunmuş balıqların 14,3%-ni təşkil etmişdir. Tədqiq olunmuş balıqların 25,0%-nin bağırsağı ½ dolu, 28,6%-nin bağırsağı ¾ dolu, 32,1%-nin bağırsağı isə tam dolu olmuşdur.
2008-ci ildə ilə ərzində 525 balığın bağırsağının dolma indeksi müəyyən edilmişdir ki, onlar haqqında da məlumat cədvəl 7.4-də verilmişdir.
Cədvəl 7.4
2008–ci ildə tədqiq olunmuş gümüşü pomfret balıqlarının bağırsağının dolma indeksi
Aylar
|
Dolma indeksi,%–lə
|
n
|
Boş
|
¼ dolu
|
½ dolu
|
¾ dolu
|
tam dolu
|
Yanvar
|
–
|
7,7
|
19,2
|
34,6
|
38,5
|
26
|
Fevral
|
–
|
9,4
|
18,7
|
37,5
|
34,4
|
32
|
Mart
|
3,6
|
10,7
|
21,4
|
28,6
|
35,7
|
28
|
Aprel
|
–
|
6,2
|
9,4
|
43,8
|
40,6
|
32
|
May
|
14,3
|
24,5
|
16,3
|
18,4
|
26,5
|
49
|
İyun
|
30,0
|
25,7
|
21,4
|
12,9
|
10,0
|
70
|
İyul
|
35,3
|
19,1
|
17,7
|
13,2
|
14,7
|
68
|
Avqust
|
31,1
|
21,3
|
13,1
|
14,8
|
19,7
|
61
|
Sentyabr
|
27,8
|
16,7
|
11,1
|
20,3
|
24,1
|
54
|
Oktyabr
|
16,7
|
16,7
|
11,1
|
25,0
|
30,5
|
36
|
Noyabr
|
2,6
|
7,9
|
15,8
|
39,5
|
34,2
|
38
|
Dekabr
|
–
|
16,1
|
22,6
|
29,0
|
32,3
|
31
|
Yanvar ayında bağırsağının dolma indeksi müəyyən edilmiş 26 ədəd balıq arasında bağırsağı boş olan balığa rast gəlinməmişdir. Bağırsağı ¼ dolu olan balıqlar ümumi tədqiq olunmuş balıqların 7,7%-ni təşkil etmişdir. Tədqiq olunmuş balıqların 19,2%-nin bağırsağı ½ dolu, 34,6%-nin bağırsağı ¾ dolu, 38,5%-nin bağırsağı isə tam dolu olmuşdur. Bağırsağı tam dolu olan balıqlar tədqiq olunmuş balıqlar içərisində üstünlük təşkil etmişlər.
Fevral ayında qeydə alınmış nəticələr yanvar ayında qeydə alinmış nəticələrə yaxın olmuşdur. Belə ki, bağırsağının dolma indeksi müəyyən edilmiş 32 ədəd balıq arasında bağırsağı boş olan balıqlara rast gəlinməmişdir. Bağırsağı ¼ dolu olan balıqların miqdarı 9,4%, bağırsağı ½ dolu olan balıqların miqdarı 18,7%, bağırsağı ¾ dolu olan balıqların miqdarı 37,5%, bağırsağı tam dolu olan balıqların miqdarı isə 34,4% təşkil etmişdir.
Mart ayında tədqiq olunmuş 28 ədəd balığın cəmi 3,6%-nin bağırsağı boş olmuşdur. Bağırsağı ¼ dolu olan balıqlar ümumi tədqiq olunmuş balıqların 10,7%-ini, bağırsağı ½ dolu balıqlar isə 21,4%-ini təşkil etmişdir. Tədqiq olunmuş balıqların 28,6%-nin bağırsağı ¾ dolu, 35,7%-nin bağırsağı isə tam dolu olmuşdur.
Aprel ayında bağırsağının dolma indeksi müəyyən edilmiş 32 ədəd balıq içərisində bağırsağı boş olan balıqlara rast gəlinməmişdir. Tədqiq olunmuş balıqların 6,2%-nin bağırsağı ¼ dolu, 9,4%-nin bağırsağı ½ dolu, 43,8%-nin bağırsağı ¾ dolu, 40,6%-nin bağırsağı isə tam dolu olmuşdur. Çoxalmadan əvvəl tədqiq olunmuş balıqların 84,4%-nin bağırsağının dolma indeksi ¾ dolu və tam dolu olmuşdür.
May ayında tədqiq olunmuş 49 ədəd balığın 14,3%-nin bağırsağı boş, 24,5%-nin bağırsağı ¼ dolu, 16,3%-ini, bağırsağı ½ dolu, 18,4%-nin bağırsağı ¾ dolu, 26,5%-nin bağırsağı isə tam dolu olmuşdur. 2007-ci ilin may ayında olduğu kimi 2008–ci ilin də may ayında çoxalma mövsümünün başlanması ilə əlaqədar olaraq tədqiq olunmuş balıqlar içərisində bağırsağı ¾ dolu və tam dolu olan balıqların miqdarı azalmağa başlamışdır. Bu ayda tədqiq olunmuş balıqların 38,8%-nin bağırsağı boş və ya ¼ dolu olmuşdur.
İyun ayında tədqiq olunmuş 70 ədəd balığın 30,0%-nin bağırsağı boş, 25,7%-nin bağırsağı ¼ dolu, 21,4%-ini bağırsağı ½ dolu, 12,9%-nin bağırsağı ¾ dolu, 10,0%-nin bağırsağı isə tam dolu olmuşdur. İyun ayında bağırsağı boş və ¼ dolu olan balıqların miqdarı artaraq ümumi tədqiq olunmuş balıqların 55,7%-ni, bağırsağı ¾ dolu və tam dolu olan balıqların miqdarı isə azalaraq 22,9% təşkil etmişdir.
İyul ayında tədqiq olunmuş 68 ədəd balığın 35,3%-nin bağırsağı boş, 19,1%-nin bağırsağı ¼ dolu, 17,7%-ini, bağırsağı ½ dolu, 13,2%-nin bağırsağı ¾ dolu, 14,7%-nin bağırsağı isə tam dolu olmuşdur. İyul ayında qeydə alınan nəticələr iyun ayına yaxın olmuşdur. Bağırsağı boş və ¼ dolu olan balıqların miqdarı ümumi tədqiq olunmuş balıqların 54,5%-ni təşkil etmişdir. Bağırsağı ¾ dolu və tam dolu olan balıqların miqdarı isə bir qədər artaraq 27,9% olmuşdur.
Avqust ayında tədqiq olunmuş 61 ədəd balığın 31,1%-nin bağırsağı boş, 21,3%-nin bağırsağı ¼ dolu, 13,1%-ini, bağırsağı ½ dolu, 14,8%-nin bağırsağı ¾ dolu, 19,7%-nin bağırsağı isə tam dolu olmuşdur. Çoxalma mövsümünün qızgın vaxtına təsadüf edən avqust ayında da bağırsağı boş və ¼ dolu olan balıqların miqdarı ümumi tədqiq olunmuş balıqların (52,4%) yarısından çox olmuşdur. Bağırsağı ¾ dolu və tam dolu olan balıqların miqdarı (çoxalmada iştirak etmiş balıqlar) isə keçən aya nisbətən bir qədər artaraq 34,5% təşkil etmişdir.
Sentyabr ayında bağırsağın dolma indeksi müəyyən edilmiş 54 ədəd balığın 27,8%-nin bağırsağı boş, 16,7%-nin bağırsağı ¼ dolu, 11,1%-ini, bağırsağı ½ dolu, 20,3%-nin bağırsağı ¾ dolu, 24,1%-nin bağırsağı isə tam dolu olmuşdur. Çoxalmada iştirak etmiş balıqlar hesabına bağırsağı boş və ¼ dolu olan balıqların miqdarı azalmağa başlamış və ümumi tədqiq olunmuş balıqların 44,5%-ni, bağırsağı ¾ dolu və tam dolu olan balıqların miqdarı isə əksinə, artaraq 44,4%-ə çatmışdır.
Oktyabr ayında bağırsağın dolma indeksi müəyyən edilmiş 36 ədəd balıq içərisində bağırsağı boş və bağırsağı ¼ dolu olan balıqların hər bir qrupu 16,7%-lə təmsil olunmuşlar. Tədqiq olunmuş balıqların 11,1%-ini bağırsağı ½ dolu, 25,0%-nin bağırsağı ¾ dolu, 30,5%-nin bağırsağı isə tam dolu olmuşdur. Çoxalma mövsümünün başa çatması ilə əlaqədar balıqların intensiv qidalanması nəticəsində bağırsağı ¾ dolu və tam dolu olanların miqdarı artaraq 55,5% təşkil etmişdir.
Noyabr ayında bağırsağının dolma indeksi müəyyən edilmiş 38 ədəd balığın 2,6%-nin bağırsağı boş, 7,9%-nin bağırsağı ¼ dolu, 15,8%-nin bağırsağı ½ dolu, 39,9%-nin bağırsağı ¾ dolu, 34,2%-nin bağırsağı isə tam dolu olmuşdur. Noyabr ayında bağırsağın dolma indeksi müəyyən olunmuş balıqları oktyabr ayında tədqiq olunmuş balıqlarla müqayisə etdikdə bağırsağı ¾ dolu və tam dolu olan balıqların miqdarının 18,2% artaraq 73,7%-ə çatdığı məlum olur.
2008-ci ilin dekabr ayında bağırsağının dolma indeksi müəyyən edilmiş 31 ədəd balıqdan heç birinin bağırsağı 2007-ci ilin dekabr ayında olduğu kimi boş olmamışdır. Bağırsağı ¼ dolu olan balıqlar 16,1%, bağırsağı ½ dolu olan balıqlar 22,6%, bağırsağı ¾ dolu olan balıqlar 29,0%, bağırsağı tam dolu olan balıqlar isə ümumi tədqiq olunmuş balıqların 32,3%-ni təşkil etmişdir.
2007-2008-ci illərdə İran körfəzindən tədqiq olunmuş gümüşü pomfret balıqlarının bağırsağının dolma indeksinin aylar üzrə dəyişməsi qrafik 7.1-də verilmişdir.
Qrafik 7.1. İran körfəzində gümüşü pomfret balığının bağırsağının dolma indeksinin aylar üzrə dəyişməsi.
Qrafikdən göründüyü kimi çoxalma dövründə (may-sentyabr aylarında) balıqların bağırsağının dolma indeksi minimum həddə qədər azalır. Çoxalmadan sonra balıqların intensiv qidalanması ilə əlaqədar olaraq bağırsağın dolma indeksi yüksəlməyə başlayır. Qış aylarında mühitin bir qədər soyuması nəticəsində qidalanma da bir qədər zəifləyir, lakin çoxalmadan əvvəl balıqların intensiv qidalanması ilə əlaqədar olaraq bağırsağın dolma indeksi (aprel ayında) maksimum həddə artır.
İran körfəzində gümüşü pomfret balıqların qida tərkibi öyrənilərkən yaşdan asılı olaraq onların qidasında bitki və heyvan mənşəli qidaların nisbətinin dəyişməsi də araşdırılmışdır. Məlum olmuşdur ki, yaş artdıqca pomfret balıqlarının qidasında bitki mənşəli qidaların miqdarı heyvan mənşəli qidalara nisbətən üstünlük təşkil edir.
Do'stlaringiz bilan baham: |