İran köRFƏZİNDƏ pampus argenteus (euphrasen, 1788) baliğinin morfobioloji XÜsusiYYƏTLƏRİ, ovunun səMƏRƏLİ TƏŞKİLİ



Download 1,6 Mb.
bet3/10
Sana10.02.2017
Hajmi1,6 Mb.
#2240
1   2   3   4   5   6   7   8   9   10

2.3.5. Sümüklü balıqlar. İran körfəzində sümüklü balıqların 35 fəsiləsinin (147 növü) nümayəndələrinə rast gəlinir.

Carangidae fəsiləsinin 18 cinsinin 27 növü – 1) Alectis indicus, 2) Alepes djedaba, Aepes melanoptera, Alepes kleinii, 3) Atropus atropos, 4) Atule mate, 5) Carangoides armatus, Carangoides coeruleopinnatus, Crangoides chrysophrys, Carangoides malabaricus, Carangoides talamparoides, 6) Caranx ignobilis, Caranx heberi, Caranx sexfasciatus, 7) Decapterus russelli, 8) Gnathanodon speciosus, 9) Megalaspis cordyla, 10) Naucrates ductor, 11) Parastromateus niger, 12) Scomberoides commersonnianus, 13) Selar crumenophthalmus, 14) Selaroides leptolepis, 15) Seriolina nigrofasciata, 16) Trachinotus baillonii, Trachinotus mookalee, 17) Ulua mentalis, 18) Uraspis helvola İran körfəzində yayılmışdır. Bu fəsilənin nümayəndələri adətən açıq dənizlərdə və dib ərazilərdə yaşayırlar. Onlara daha çox Hind və Sakit okeanlarında, Oman dənizində rast gəlinir. İran körfəzində Carangidae fəsiləsinin Caranx cinsinin Caranx sexfasciatus növü bu fəsilənin digər növlərinə nisbətən daha çoxsayıldır. Carangidae fəsiləsinə daxil olan balıqların bədəni hər iki tərəfdən sıxılmış vəziyyətdə olub, pulcuqları xırda və dairəvi olur. İki bel üzgəci, birinci bel üzgəcində 5–7 sərt, ikinci bel üzgəcində isə bir sərt və 18–37 şaxələnmiş şüa vardır. İkinci bel üzgəcinin başlanğıcı təxminən anal üzgəcinin başlanğıcı bərabərliyində olur. Anal üzgəcində üç sərt və 15–31 şaxələnmiş şüa olur. Başın arxa hissəsində yerləşən döş üzgəclərinin sonu çox svridir. Qarın üzgəcləri döş üzgəcləri bərabərliyində, bədənin aşağı tərəfində yerləşmişdir. Bu fəsiləyə daxil olan balıqların beli mavi, qarını isə ağ və ya gümüşü rəngdədir [66, s. 114-131].

Chanidae fəsiləsinə daxil olan üç qədim cinsin (Dastilbe, Parachanos, Chanos or Tharrhias) hazırda bir növü – Chanos chanos yaşayır. Bu növ əsasən Hind və Sakit okeanlarının açıq dənizlərində, tropik və mülayim sularında, dib ərazilərdə yayılmışdır. İran körfəzində aparılan balıq ovu zamanı bu növə rast gəlinir. Ağzı xırdadır, çənələri qısadır, üzərində dişlər yoxdur. Pulcuqları girdə olub gümüşü rəngdədir. Bel üzgəci belin ortasında yerləşir. Üzgəclərində sərt şüa olmur. Bel üzgəcində 13–17, döş üzgəcində 11–12, anal üzgəcində isə 9–11 şaxələnmiş şüa olur. Üzmə qovuğu vardır. Ən böyük fərdlərinin uzunluğu 1,8 m–ə qədər olur [149, s. 284-292].

Chirocenteridae fəsiləsinə daxil olan Chirocentrus cinsinin iki növü (Chirocentrus dorab Chirocentrus nudus) vardır. Hindistanın, Yaponiyanın, cənubi Afrikanın, Avstraliyanın sahil sularında və Qırmızı dənizdə rast gəlinir. Hər iki növ İran körfəzində yayılmışdır. Bədənləri uzunsovdur, ağzı böyükdür və üst vəziyyətdədir. Çənələrində yırtıcı dişlər olur, bağırsaqları uzun və spiral formasındadır. Pulcuqları olduqca xırdadır, yan xətt orqanı və üzgəclərində sərü şüalar olmur. Bel üzgəci quyruğa tərəf (anal üzgəcinin başlandığı səviyyədə) yerləşir. Bel üzgəcində 16–18, döş üzgəcində 13–15 yumşaq şüa olur. Qarın üzgəcləri çox xırdadır və təxminən qarının orta hissəsində yerləşir. Quyruq üzgəci homoserkaldır. Onurğasında 70–74 fəqərə olur. Çox sürətlə hərəkət edən, intensiv qidalanan yırtıcı balıqlardandır. Əsasən balıqlarla, xərçəngkimilərlə və molyuskalarla qidalanır. Nəsil qayğısına qalmır. Ən iri fərdlərinin uzunluğu bir metrdən çox olur [103].

Clupeidae fəsiləsinin dünya sularında 57–dən çox cinsinin nümayəndələrinə rast gəlinir. Bu fəsilənin nümayəndələri demək olar ki, bütün su hövzələrində (duzlu və şirin, tropik sularda) yayılmışdır. İran körfəzində 7 cinsin 11 növü (Anodontostoma chacunda, Dussumieria acuta, Ilsha megaloptera, Ilsha melastoma, Nematalosa nasus, Sardinella albella, Sardinella gibbosa, Sardinella longiceps, Sardinella melanura, Sardinella sirm, Tenualosa ilisha) yaşayır. Körfəzdə ovlanan siyənəklər içərisində Tenualosa ilisha növü üstünlük təşkil edir. Bədəni oval şəkildə olub nisbətən hündürdür (bədənin hündürlüyü bədənin uzunluğunun 38–45%–ni təşkil edir). Bel üzgəci bədənin bel hissəsinin ortasında, qarın üzgəci isə bel üzgəcinin bərabərliyində – qarın tərəfdə yerləşir. Əsasən planktonla qidalanır, körfəzdə qidalanmaq üçün sahilə, çoxalmaq üçün isə dərinliklərə doğru miqrasiya edirlər. Kürüləri pelaqikdir. Ovlanan balıqlar içərisində ən iri fərdlərinin uzunluğu 60 sm, əksəriyyətinin uzunluğu isə 24–28 sm olur [40, 135].

Cynoglossidae fəsiləsinin tropik və mulayim sularda üç cinsinin 127 növünə rast gəlinir. İran körfəzində bu fəsilənin bir cinsinin üç növü (Cynogloossus arel, Cynoglossus bilineatus, Cynoglossus puncticeps) yayılmışdır. Bu fəsiləyə daxil olan balıqların bədəni oval şəkillidir, dibdə yaşayırlar, passiv hərəkət edirlər. Gözləri çox xırda olur və hər ikisi bədənin sol tərəfində yerləşir. Gözlərinin arasındakı məsafə onların diametrindən azdır. Ağzı və dişləri xırdadır, bədənin sağ tərəfində yerləşir. Quyruq üzgəci bel və anal üzgəcləri ilə birləşərək bədənin 90%–nı əhatə edir. Bu üzgəcin hündürlüyü bədənin hər yerində eynidir. Qarın üzgəci bir ədəddir, xırdadır və bədənin sağ tərəfində yerləşir. Bu balıqlarda döş üzgəci olmur. Onurğasında 33–66 fəqərəsi olur. Su onurğasızları ilə qidalanır, ən iri fərdlərinin uzunluğu 48 sm olur. Körfəzin dayaz və lilli ərazilərində yayılmışdır. Qiymətli vətəgə balıqlarındandırlar. Hər üç növün birlikdə balıq ovunundakı payı körfəzdə ovlanan balıqların 8–11%–ni təşkil edir [98, s. 91-94; 102].

Engraulidae fəsiləsinin Hind, Atlantik və Sakit okeanlarının tpopik sularında 11 cinsinin (Amazonsprattus, Anchoa, Anchovia, Anchoviella, Cetengraulis, Encrasicholina, Engraulis, Jurengraulis, Lycengraulis, Pterengraulis Stolephorus) 92 növü yayılmışdır. İran körfəzində üç cinsə aid olan üç növü (Encrasicholina heteroloba, Stolephorus indicus, Thryssa vitrirostris) yayılmışdır. Bu fəsilənin nümayəndələri sahilə yaxın isti və dayaz (10 m–ə qədər) sularda rast gəlinirlər. Bəzi növləri şirin sulara da girir. Üst çənə uzundur, ağız başın alt hissəsində yerləşir. Bəzi növlərin ağzında dişlər olur. Bu balıqların yan xətt orqanı və üzgəclərində sərt şüa olmur. Pulcuqları dairəvidir və tez töküləndir. Əsasən planktonla qidalanır, nadir hallarda balıq körpələri və xırda balıqlarla da qidalanır. Ən iri fərdlərinin uzunluğu 50 sm–dən artıq olmur [97, 107].

Ephippidae fəsiləsinin dünya sularında 8 cinsinin (Chaetodipterus, Ephippus, Parapsettus, Platax, Proteracanthus, Rhinoprenes, Tripterodon, Zabidius) 16 növü yayılmışdır ki, onların da bir növünə – Ephippus orbis İran körfəzində rast gəlinir. Fəsiləyə daxil olan növlər Hind və Sakit okeanlarında – açıq dənizlərdə və duzlu sularda yayılmışdır. İran körfəzində yaşayan Ephippus orbisin bədəni yanlardan sıxılmış haldadır. Ağzı xırdadır, damağında dişlər olmur. Bədənin ən böyük hündürlüyü bədən uzunluğunun 82–86%–ni təşkil edir. Bel üzgəcində olan sərt şüaların yuxarı hissələri arasında pərdənin olmamasına görə bu şüalar iynə kimi görünürlər. Qəlsəmə qapaqlarının arxa hissəsi pulcuqlarla örtülmüşdür. Yan xətt orqanı qabarıqdır və təxminən bədənin yuxarı hissəsinə (belinə) paralel şəkildə yqrləşmişdir. Dayaz və mərcan polipləri olan ərazilərdə yaşayır. Həm bitki, həm də heyvan mənşəli qidalarla qidalanır [41].

Exocoetidae fəsiləsinin dünya sularında yayılmış 8 cinsinin 52 növü vardır ki, onlardan da iki cinsə aid olan iki növü (Parexocetus mento Cypselurus oligolepis) İran körfəzində yayılmışdır. Atlantik, Hind və Sakit okeanların tropik sularının üst qatlarında yaşayan bu balıqlarda olduqca maraqlı yuğunlaşmalar əmələ gəlmişdir. Onların döş üzgəcləri xeyli uzun olub, quşların qanadlarına bənzəyir. Təhlükədən qaçmaq və su üzərində uçan həşaratlarla qidalanmaq üçün sudan havaya atılaraq 5–7 m yüksəklikdə quş kimi havada 300–400 m, bəzi məlumatlara görə 800 m uçur. Üzgəclərində sərt şüalar olmur. Bəzi növlərdə qarın uzgəcləri də xeyli iri olur. Quyruq üzgəcləri yaxşı inkişaf etmişdir və onun sayəsində sürətlə hərəkət edib havaya atılırlar. İran körfəzində yaşayan Parexocetus mento Cypselurus oligolepis növlərinin pulcuqları iridir və tez tökülürlər. İri fərdlərinin uzunluğu 28–35 sm, nadir hallarda 45 sm olur [49, 63].

Haemulidae fəsiləsinin dünya sularında yaşayan 17 cinsinə aid olan 145 növü məlumdur. Bu balıqlar Atlantik, Hind və Sakit okeanlarının açıq dənizlərində və tropik sularında yayılmışdır. Bu fəsilənin üç cinsinə daxil olan 10 növü (Diagramma pictum, Plectorhinchus flavomaculatus, Plectorhinchus gaterinus, Plectorhinchus pictus, Plectorhichus schotaf, Pomadasys argenteus, Pomadasys furcatus, Pomadasys kaakan, Pomadasys maculatus, Pomadasys stridens) İran körfəzində yaşayır. Bədənləri qarın tərəfdən düz, bel tərəfdən isə qabarıq formadadır. Əsasən dənizlərdə yaşayırlar, çox nadir hallarda şirin sulara girirlər. Bel üzgəcində 9–14 sərt və 11–26 şaxələnmiş, anal üzgəcində üç sərt və 6–18 şaxələnmiş, döş üzgəcində isə bir sərt və 5 şaxələnmiş şüa olur. Quyruq üzgəci haçalı deyil, bütövdür. Ağzı balacadır, çənə sümükləri üzərində dişlər olur. Başın hər tərəfində 7 qəlsəmə qövsü və onurğanın bel hissəsində 26–27 fəqərə vardır. Gündüzlər fəaliyyətsiz olurlar, gecələr aktiv hərəkət edirlər və qidalanırlar. Lilli və dayas su hövzələrində yaşayırlar, kürülərini su qatlarında tökürlər. İri fərdlərin uzunluğu 80 sm–ədək olur. İran körfəzinin mühüm vətəgə əhəmiyyətli balıqlarındandırlar və tral ilə ovlanırlar [83, 90].

İstiophoridae fəsiləsinə daxil olan üç cinsin 11 növü dünya sularında yayılmışdır. İran körfəzində iki cinsə aid olan iki növü (Istiophorus platypterus və Makaira indica) yaşayır. Tropik dənizlərdə və mülayim sularda yaşayan bu balıqların üst çənəsi uzanaraq qılınc şəkilli çıxıntıya çevrildiyinə görə onlara qılınc balıq deyilir. Uzunluğu 4 m–ə qədər olan bu balıqlar yırtıcı olub, digər balıqlarla qidalanırlar və ovu əldə etmək üçün balıq sürülərinin içərisinə daxil olub az bir müddətdə qılıncı ilə çoxlu balığı deşib öldürdükdən sonra onları yeməyə başlayır. Bu balıqların iki bel və iki anal üzgəcləri vardır. Birinci bel və anal üzgəcləri ikincilərə nisbətən 2–2,4 dəfə iridir. Qurluşuna görə birinci və ikinci üzgəclər bir–birinə çox oxşayır. Döş üzgəcləri qövsşəkillidir, onların bədən uzunluğuna nisbəti 18–24% arasında dəyişir. Qarın üzgəcləri döş üzgəcləri bərabərliyində, aşağıda yerləşir. Bu üzgəclər nazik olub iynə şəklindədir. Bədənin sonunda, hər iki tərəfdə quyruq üzgəcinin əsasında iki ədəd tikanşəkilli çıxıntı (şüa) olur. İran körfəzinin mühüm vətəgə əhəmiyyətli balıqlarındandırlar, il ərzində 58–79 ton ovlanır [45].

Labridae fəsiləsinin dünya sularında 68 cinsinin 453 növü yayılmışdır ki, onlardan da üç cinsin üç növü (Callydon dussumieri, Cheilinus lunulatus Cheoerdon robustus) İran körfəzində ovlanır. Atlantik, Hind və Sakit okeanların açıq dənizlərinin sahil sularında yayılmış bu balıqların ağzı başın ucunda yerləşir və dodaqları qalındır. Ağızda olan dişlər xarıcdən görünür. Bel üzgəci uzun olub, 8–21 sərt və 6–21 yumşaq şüası vardır. Qarın üzgəcində bir sərt və 5 yumşaq şüası olur. Döş üzgəcinin sonu enli və qövsşəkillidir. Quyruq üzgəcində 4–6 sərt və 7–18 yumşaq şüa olur və quyruq üzgəci haçalı deyil. Yavaş üzürlər və sürü halında yaşamırlar. Əsasən mərcan qayalıqlarda və qumlu sahillərdə yaşayırlar. Bu fəsiləyə daxil olan bütün növlər kürülərini su qatlarında tökürlər. Ən iri növlərin uzunluğu 2,3 m–ədək olur. Əksər növləri xırdadır, uzunluqları 15 sm–dən az olur və akvariumlarda saxlanılır [109, 151].

Lactariidae fəsiləsinin bir cinsi və dörd növü məlumdur. Hind okeanının qərb sahillərində və Sakit okeanın simal hissəsində (Tayvan sahillərinə qədər) yayılmışdır. İran körfəzində bir növü – Lactarius lactarius yaşayır. Onun iki bel üzgəci vardır. Birinci bel üzgəcində 7–8 sərt, ikincisində bir sərt və 22 yumşaq şüa olur. Anal üzgəcində üç sərt şüa olur. Pulcuqları xırdadır və dairə şəklindədir. Üzmə qovuğu ikipaylıdır. Ən iri fərdlərinin uzunluğu 40 sm olur, dayaz sularda yaşayır və bentik orqanizmlərlə qidalanır [86, s. 414-417].

Lethrinidae dəstəsinin 5 cinsinə (Gnathodentex, Gymnocranius, Lethrinus, Monotaxis, Wattsia) daxil olan 39 növü məlumdur. Atlantik okeanının şərq sahillərində, Hind okeanında və Sakit okeanın şimal ərazilərində (Yaponiya sahillərinədək) rast gəlinirlər. İran körfəzində Lethrinus cinsinin dörd növü – Lethrinus crocineus, Lethrinus lentjan, Lethrinus microdon, Lethrinus nebulosus yaşayır. Bədənləri ellipsvarı formada olub, bel üzgəcində 10 sərt və 9–10 yumşaq şüa olur. Bel üzgəcləri uzundur, anal üzgəcində bir sərt, beş yumşaq şüa olur. Ağzı ucda yerləşir, dodaqları qalındır, hər iki çənələrində dişlər olur və heyvan mənşəli qidalarla qidalanırlar. Ən iri fərdlərinin uzunluğu bir m–ədək olur. Gundüzlər passiv həyat tərzi keçirirlər, gecələr qidalanırlar. İran körfəzində yaşayan növlər hermofrodit növlərdir [45].

Lutjanidae dəstəsinin Atlantik, Hind və Sakit okeanların tropik və mülayim sularında 17 cinsinin 105 növü yayılmışdır. Onlardan iki cinsə (Lutjianus, Pinjalo) aid olan 14 növü (Lutjanus bengalensis, Lutjianus argentimaculatus, Lutjianus ehrenbergii, Lutjianus erythropterus, Lutjianus fulviflamma, Lutjianus johnii, Lutjianus lemniscatus, Lutjianus lutjianus, Lutjianus malabaricus, Lutjianus quinquelineatus, Lutjianus rivulatus, Lutjianus russellii, Lutjianus sanguineus, Pinjalo pinjalo) İran körfəzində yaşayır. Lutjianus fulviflamma növü körfəzdə mühüm vətəgə əhəmiyyətli balıqlarındandır. Bədəni qarın hissədə düz, bel hissədən isə xeyli qabarıq şəkildədir. Bel üzgəcində 10–12 sərt və 10–17 yumşaq şüa olur. Qarın üzgəci döş üzgəci bərabərliyində, aşagıda yerləşir. Anal üzgəcində üç sərt və 7–11 yumşaq şüa vardır. Yırtıcı balıqlardandır, çənələrində iri dişlər olur. Damaq sümükləri xırdadır. Pulcuqları bədən üzərində daraq şəklində yerləşmişdir. Bel fəqərələrinin sayı 24 ədəddir. Gecələr aktiv olurlar, xırda balıqlarla qidalanırlar. Kürülərini su qatlarında tökürlər. Ən iri fərdlərinin uzunluğu 1 m–ə qədər olur [34].

Mugilidae (kefallar) fəsiləsinin dünya sularında 17 cinsinə (Agonostomus, Aldrichetta, Cestraeus, Chaenomugil, Chelon, Crenimugil, Joturus, Liza, Mugil (Mugiloides), Myxus, Neomyxus, Oedalechilus, Plicomugil, Rhinomugil, Sicamugil, Valamugil, Xenomugil) daxil olan 72 növü məlumdur. İran körfəzində iki növü (Liza subviridis, Valamugil seheli) yaşayır. Bu fəsiləyə daxil olan balıqların bədəni nisbətən uzundur və iki bel üzgəcləri var. Birinci bel üzgəcində 4, ikinci bel üzgəcində isə əksər növlərdə bir sərt şüa olur. İkinci bel üzgəcində olan yumşaq şüaların sayi 7–22 arasında dəyişir. Döş üzgəclərinin sonu itidir. Dişləri xırdadır, bəzi növlərində dişlər olmur. Su qatlarında kürü tökürlər, fitovə zooplanktonla qidalanırlar. Ən irilərinin uzunluğu 90 sm–ə qədər olur. Suyun duzluluğundan asılı olaraq vertikal miqrasiya edirlər. İran körfəzində ovlanan Liza subviridis, Valamugil seheli növləri vətəgə əhəmiyyətli növlərdəndir [77].

Mullidae fəsiləsinin dünya sularında 6 cinsinin (Mulloidichthys, Mullus, Parupeneus, Pseudupeneus, Upeneichthys, Upeneus) 62 növü məlumdur. İran körfəzində bu fəsilənin iki cinsinin 5 növü (Parupeneus rubescens, Upeneus sulphureus, Upeneus sundaicus, Upeneus tragula, Upeneus vittatus) yayılmışdır. Bu fəsiləyə daxil olan növlər əsasən duzlu və dərin sularda yaşayırlar. Bədənləri uzunsov olub, ağzı başın aşağsında yerləşir. Çənələri üzərində bir sırada yerləşən xırda dişləri vardır. Pulcuqları iridir, qəlsəmə qapaqlarının üzəri də pulcuqlarla örtülmüşdür. Bel üzgəci ikidir. Birinci bel üzgəcində 6–8, ikinci bel üzgəcində isə bir sərt və 8–9 yumşaq şüa olur. Anal üzgəcində 1–2 sərt və 5–8 yumşaq şüa vardır. Döş üzgəcinin sonu oval formadadır. Qarın üzgəcində bir sərt və 5 yumşaq şüa olur. Bel fəqərələrinin sayı 24–dür. Bir cüt uzun bığı vardır. Su qatlarında kürü tökür. Dayaz, lilli, qumlu və mərcan qayalıqlarında yayılmışdır [74, 96, 119, 120].

Nemipteridae fəsiləsinə daxil olan 5 cinsin (Nemipterus, Parascolopsis, Pentapodus, Scaevius, Scolopsis) 64 növü məlumdur. Hind okeanında və Sakit okeanın qərb hissəsində, tropik və mülayım suların dərin qatlarında yaşayırlar. İran körfəzində üç cinsə aid olan 4 növü (Nemipterus japonicus, Nemipterus peronii, Parascolopsis aspinosa Scolopsis taeniatus) yayılmışdır. Bədəni nisbətən hündür, ellips şəklindədir. Ağzı ucda yerləşir və üst vəziyyətdədir. Gözləri iridir və başın təpə hissəsinə yaxın yerləşmişdir. Çənələrin üzərində bir neçə sırada yerləşmiş xırda və iti dişləri vardır. Bel üzgəcində 10 sərt, 9 yumşaq, anal üzgəcində üç sərt, 7 yumşaq, qarın üzgəcində bir sərt və 8–11 yumşaq şüa vardır. Quyruq üzgəci haçalıdır, onun üst payı alt payına nisbətən xeyli uzundur. Çox dayaz, lilli, qumlu ərazilərdə, mərcan qayalıqlarında yaşayırlar. Heyvan mənşəli qidalarla qidalanır. Az miqdarda ovlanırlar [124].

Paralichthyidae fəsiləsinin Atlantik, Hind və Sakit okeanlarının açıq dənizlərində, tropik və bentik sularda 16 cinsinin (Ancylopsetta, Cephalopsetta, Citharichthys, Cyclopsetta, Etropus,Gastropsetta, Hippoglossina, Lioglossina, Paralichthys, Pseudorhombus, Syacium, Tarphops, Tephrinectes, Thysanopsetta, Verecundum, Xystreurys) 105 növü yayılmışdır. İran körfəzində bir növü – Pseudorhombus elevatus yaşayır. Bu balığın bel üzgəci gözlərinin bərabərliyindən başlayıb quyruq gövdəsinə qədər üzanır. Ağzı ucda yerləşir, üst vəziyyətdədir. Bel üzgəcində 60–65 sərt və 30–38 yumşaq, anal üzgəcində 42–49 sərt, 35–42 yumşaq şüası vardır. Hər iki gözü və yan xətt orqanı bədənin sol tərəfində yerləşmişdir. Lilli sularda yaşayır, mühitdən asılı olaraq rəngini dəyişə bilir. Ən iri fərdlərinin uzunluğu 40 sm olur. Qiymətli vətəgə balıqlarındandır [95].

Polynemidae fəsiləsinin dünya okeanının tropik və mülayim dənizlərində, əsasən duzlu sularda (nadir hallarda şirin sularda rast gəlinir) 8 cinsinə (Eleutheronema, Filimanus, Galeoides, Leptomelanosoma, Parapolynemus, Pentanemus, Polydactylus, Polynemus) daxil olan 41 növü məlumdur. İran körfəzində bu fəsilənin iki cinsinin üç nümayəndəsi – Eleutheronema tetradaclyum, Polynemus plebeius, Polynemus sextarius rast gəlinir. Ağzı başın aşağı hissəsində yerləşir, iynə şəkilli dişləri vardır. Bütün bədən səti pulcuqlarla örtülüdür. Bu fəsiləyə daxil olan balıqların döş üzgəcləri iki hissədən ibarətdir. Döş üzgəclərinin üst hissəsi əksər balıqlarda olduğu kimi şüalıdır və şüalar pərdə ilə birləşmişdir. Döş üzgəclərinin alt hissəsi isə 3–7 (bir növdə 14–15) sərbəst şüa olur və bu şüaların arasında pərdə olmur. Bel üzgəci iki hissədən, birinci hissə sərt şüalardan, ikinci hissə isə yumşaq şüalardan ibarətdir. Qarın üzgəcində bir sərt, beş yumşaq, anal üzgəcində 2–3 sərt şüa olur. Quyruq üzgəci kəskin haçalıdır, üzgəc paylarının hər ikisinin sonu itidir. Bu fəsilənin ən iri ölçülü olanları Eleutheronema tetradactylum növünün nümayəndələridir ki, onların da uzunluğu 1,8 m–ə çatır. Əsasən heyvan mənşəli qidalarla qidalanırlar [37, 100, 101, s. 81-89].

Priacanthidae fəsiləsinin dörd (Cookeolus, Heteropriacanthus, Priacanthus, Pristigenys) cinsi 18 növü məlumdur. Hind və Sakit okeanlarda, açıq dənizdə, tropik və mülayim suların dərin qatlarında, mərcan qayalıqlarında yaşayırlar. İran kğrfəzində bir növü – Priacanthus tayenus yayılmışdır. Gözləri çox iridir və başın üst hissəsinə yaxın yerləşir. Gözlərin diametri başın uzunluğunun 1/3 hissəsini təşkil edir. Bel üzgəcində 10 sərt, 10–15 yumşaq, anal üzgəcində 3 sərt, 9–16 yumşaq şüası olur. Quyruq üzgəcinin haçası dərin deyil, 16 yumşaq şüası vardır. Pulcuqları qalındır və açıq qırmızı rəngdədir. Su qatlarında kürü tökür, uzunluqları 30 sm–ə qədər olur. Qiymətli vətəgə balıqlarındandır [139].

Pesttoididae fəsiləsinin Hind və Sakit okeanlarının qərbində, Afrika sahillərində açıq dənizlərdə, dərin ərazilərdə bir cinsə daxil olan üç növü – Psettodes benntti, P. belcheri, P. Erumei yaşayır. Onlardan bir növü Psettodes erumei İran körfəzində yayılmışdır. Bu növün ağzı iridir, damağında, dilində və çənələrində dişləri vardır. Gözləri başın üst hissəsində yerləşmişdir. Bel və anal üzgəcləri iridər, demək olar ki, bədənin üst və alt hissələrini əhatə edirlər. Quyruq üzgəcləri bütövdür, haçalı deyildir. Pulcuqları yumru olub başın da üzərini örtürlər. Yan xətt orqanı təxminən bədənin ortasında yerləşir, baş tərəfdə bir qədər yuxarı qalxır. Körfəzdə ovlanır, qiymətli vətəgə balıqlarındandır [44].

Rachycentridae fəsiləsinin Hind okeanının Hindistan, Pakistan və İran sahillərində tropik sularda, dib ərazilərdə cəmi bir növü – Rachycentron canadum yaşayır. Bədəni uzunsovdur, zeytuni–palıdı rəngdədir. Bel üzgəcindən öndə bir–birindən aralı 6–9 sərt, tikan kimi (xırda) şüası vardır. Bel üzgəcində 1–3 sərt, 26–33 yumşaq, anal üzgəcində 2–3 sərt və 22–28 yumşaq şüası vardır. Əsasən xərçəngkimilərlə, molyuskalarla və balıqlarla qidalanır. Ən iri fərdlərinin uzunluğu 1,5 m–ə qədər olur. Tək yaşayırlar. İran körfəzində balıqçılar tərəfindən ovlanır, qiymətli balıqlardandır [51, 136].

Scardiae fəsiləsinin Atlantik, Hind və Sakit okeanlarının açıq dənizlərində, tropik sularda və mərcan qayalıqlarında 10 cinsinə (Bolbometopon, Cetoscarus, Calotomus, Chlorurus, Cryptotomus, Hipposcarus, Leptoscarus, Nicholsina, Scarus, Sparisoma) daxil olan 88 növü yayılmışdır. İran körfəzində bir cinsin üç növü – Scarus fuscopurpureus, Scarus ghobban, Scarus persicus yaşayır. Bədəni ellips şəkillidir. Ağzı öndə, bir qədər aşağı vəziyyətdədir. Çənələrində olan dişlər bir–birinə sıx yerləşmişdir. Bel üzgəci iridir, onun uzunluğu bədən uzunluğunun 65–68%–ni təşkil edir. Bel üzgəcində 9 sərt, 10 yumşaq, anal üzdəcində 3 sərt, 9 yumşaq, qarın üzgəcində bir sərt və 5 yumşaq şüa vardır. Quyruq üzgəcinin haçası dərin deyil və 11 yumşaq şüası var. Bitki mənşəli qidalarla qidalanır, əksər növləri hermofroditdirlər. Mühitdən asılı olaraq rənglərini tez dəyişə bilirlər. Ən iri fərdlərinin uzunluğu 50 sm olur. Qiymətli balıqlardandırlar, İran körfəzində ovlanır [37, 151].

Sciaenidiae fəsiləsinin Atlantik, Hind və Sakit okeanlarının əksər ərazilərində (dərin və sahil zonalarında, gilli ərazilərdə, duzlu, az duzlu və şirin sularda) 70 cinsinə aid olan 270 növü geniş yayılmışdır. Amerika sahillərində, şirin sularda 28 növü yaşayır. İran körfəzində 6 növü (Argyrosomus hololepidotus, Johnius carutta, Otolithes ruber, Paranibea semiluctuosa, Pennahia macrophthalmus, Protonibea diacanthus) yayılmışdır. İran körfəzində yaşayan bu balıqların bədəni uzunsovdur, iki bel üzgəcləri vardır. Birinci bel üzgəcində 6–13 şərt, ikinci bel üzgəcində isə 20–35 yumşaq şüa olur. Bel üzgəcinin əsasının uzunluğu bədən uzunluğunun 65–74%–ni təşkil edir. Anal üzgəcində 1–2 sərt, 6–13 yumşaq, qarın üzgəcində bir sərt və 5 yumşaq şüa olur. Yan xətt orqanı bədənin sonuna kimi uzanır. Pulcuqları kürə şəkillidir və başın uzərini də örtürlər. Bəzi növlərində bığlar olur. Çənələrində iti dişləri vardır. Otolit sümükləri çox iridir. Əsasən heyvan mənşəli qidalarla qidalanırlar. Bəzi növləri uzmə qovuqları vasitəsilə səs çıxara bilirlər [46, 131, s. 184-197].

Scobridae fəsiləsinin dünya sularında 15 cinsinin (Gasterochisma, Rastrelliger, Scomber, Acanthocybium, Grammatorcynus, Scomberomorus, Cybiosarda, Gymnosarda, Orcynopsis, Sarda, Allothunnus, Auxis, Euthynnus, Katsuwonus, Thunnus) 51 növü yayılmışdır. İran körfəzində üç növü – Katsuwonus pelamia, Scomberomorus guttatus, Scomberomorus commerson yaşayır. Bu fəsiləyə daxil olan balıqların bədəni tarpedo şəkillidir, aktiv üzürlər, tropik və mülayim sularda rast gəlinirlər. Ağız iri olur və ucda yerləşir. İki bel üzgəcləri olur, birinci bel üzgəcində yalnız sərt şüalar (9–27 ədəd), ikinci bel üzgəcində isə yalnız yumşaq şüalar (12–21 ədəd) olur. İkinci bel üzgəci anal üzgəci ilə bir səviyyədə başlayır və onun əsasının uzunluğu təxminən anal üzgəcinin əsasının uzunluğu qədərdir. İkinci bel üzgəcindən və anal üzgəcindən arxaya doğru 5–12 ədəd, eyni ölçüdə üzgəc şəkilli (bir–birinə simmetrik) xırda çıxıntılar olur. Qarın üzgəcləri təxminən döş üzgəcləri bərabərliyində, bədənin aşağı hissəsinə yaxın yerləşir və 6–8 yumşaq şüası olur. Bəzi növlərində üzmə qovuğu olmur. Pulcuqları yumrudur və bütün bədən səthini örtür. Quyruq üzgəci dərin haçalı olub, aşağı və yuxarı payları bir–birinə simmetrikdir. Ən iri növlərinin uzunluğu 4,2 m–ə qədər olur. Kürülərini sahilə yaxın ərazilərdə tökürlər. Əsasən balıqlarla və xərçəngkimilərlə qidalanırlar. Qiymətli vətəgə balıqlarındandırlar. İran körfəzində bu fəsiləyə daxil olan balıqları tünes balıqları da adlandırırlar [50, 52, 105].

Serranidae fəsiləsinin dünya sularında 64 cinsinin 475 növü yayılmışdır. Bu balıqlar adətən açıq dənizlərin tropik və dərin qatlarında yaşayırlar. Lakin, bunlara çay ağızlarında da rast gəlmək mümkündür. İran körfəzində 3 cinsin 11 növü yaşayır. Bu fəsiləyə daxil olan balıqların qəlsəmə qapaqları üzərində (arxa tərəfdə) üç ədəd tikanşəkilli çıxıntı olur. Ağızı iridir və ucda yerləşir, üst vəziyyətdədirə. Alt çənə üst çənəyə nisbətəh uzundur. Hər iki çənə üzərində çoxlu xırda dişlər olur. Əksər növlərində yan xətt bütövdür. Bel üzgəci iki hisədən ibarətdir. Ön hissəsində 7–12 ədəd sərt şüası olur. Arxa hissəsi isə elastik olub yumşaq şüalardan təşkil olunmuşdur. Anal üzgəcində üç sərt, 8–15 yumşaq, qarın üzgəcində bir sərt, 5 yumşaq şüa olur. Quyruq üzgəcin arxa hissəsi qövsşəkillidir. Bəzi hövləri hermofroditdir, heyvan mənşəli qidalarla – balıqlarla, xərçəngkimilərlə, zəlilərlə və s. qidalanırlar. Qiymətli vətəgə balıqlarındandırlar [80].

Download 1,6 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish