Bəxtiyar Tuncay DÜnyani siLKƏLƏYƏN 17 GÜn baki 2016 I fəSİL


- “Çənlibel” Bütöv Azərbaycan məsələsini ilk gündən qoymuşdu, yoxsa, əsas məqsəd qüzeylə bağlı idi?



Download 12,01 Mb.
bet4/39
Sana26.06.2017
Hajmi12,01 Mb.
#16001
1   2   3   4   5   6   7   8   9   ...   39

- “Çənlibel” Bütöv Azərbaycan məsələsini ilk gündən qoymuşdu, yoxsa, əsas məqsəd qüzeylə bağlı idi?

- Məhəmməd Hatəmi başda olmaqla, təşkilatda xeyli güneyli var idi. Təbii, bu məsələ prioritet idi. Yaxın məqsəd qüzeyin müstəqilliyinin elan edilməsi, uzaq məqsəd Azəraycanın birləşdirilməsi idi. Onu da deyim ki, elə ilk vaxtlardan qurumda iki qanad vardı – liberallar və radikallar. Radikal qanadın üzvləri əsasən gənclər olsa da, onlara Məhəmməd Hatəmi başçılıq edirdi. Mən də o qanaddaydım və biz liberallara qorxaq kimi baxırdıq» (3).

“Çənlibel” təşkilatı və onun Milli Azadlıq Hərəkatı haqqındakı rolu barədə Ənvər Əliyevin söylədikləri də maraqlıdır. O, “Şərq” qəzetində verdiyi müsahibəsində bunları söyləyib: "Milli Azadlıq Hərəkatından (MAH) əvvəl "Çənlibel" adlı təşkilat yarandı. Qurumun ilk toplantıları "Azərnəşr"in akt zalında keçirilirdi. Orada da təşkilat üzvləri mikrofonla danışırdılar, düşünmürdülər ki, bu, DTK-nın səsi yazması üçün ən ideal imkandır. DTK səsgücləndiricidən bütün danışılanları yazırdı. Yığıncaq başa çatırdı, axşam kaseti gətirirdilər, qulaq asırdım ki, kim nə danışıb, nə deyib". Bu sözləri "Yeni Müsavat" qəzetinə müsahibəsində təxminən 22 il Azərbaycan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) xüsusi şöbəsində ən yüksək vəzifələr daşımış polkovniki Eldəniz Əliyev deyib...

Əvvəllər "Çənlibel" mədəni-ictimai qurum olub...

Qarabağ hadisələri başlayanda isə toplantılarda siyasi söhbətlər aparıldı. Mən də o toplantılarda iştirak edirdim. Həmin dövrün hadisələri ilə bağlı qələmə aldığım "Meydan sirləri" adlı kitabımda bir çox məsələləri qeyd etmişəm. O dövrdə Moskvadan gələn istintaqçılara mən ifadə verməmişəm, amma verən adamlar var. Həmin şəxslər qeyd ediblər ki, "Çənlibel" siyasiləşməyə başlayanda, oradan uzaqlaşdıq". Bu donoslarda yazılıb ki, Hatəmi bolşevik xarakterli çıxışlar etdirirdi, təşkilat başqa istiqamətə yönlənmişdi, sovet hökumətinin əleyhinə çevrilmişdi. Hətta Nemət Pənahlının ifadəsi var ki, ona Kommunist Partiyası Nərimanov təşkilatının sədri, keçmiş Bakı meri Rəfael Allahverdiyev tərəfindən ciddi tapşırıq verilib ki, "Çənlibel"in bəyanatları Səttarxan adına zavodda oxunmasın. Yəni Moskvanın qurumun fəaliyyəti ilə bağlı məlumatı var idi, toplantıların hamısı izlənilirdi” (2).

Maraqlıdır ki, «Çənlibel»in siyasiləşməsini İnşaat Mühəndisləri İnstitutu ilə Politexnik İnstitutunun tələbələrinin 19 fevral 1988-ci il tarixində Bakıda ilk etiraz nümayişinə çıxmaları və özünün ondakı iştirakı ilə bağlayan M. H. Tantəkindən fərqli olaraq, Ə. Əliyev bunu Qarabağ hadisələrinin qızışmağa başlaması ilə əlaqələndirir və şübhəsiz ki, o haqlıdır. Qarabağ məsələsinin gündəmə gəlməsi ilə təkcə «Çənlibel» deyil, bütün Azərbaycan cəmiyyəti siyasiləşməyə başladı. Yaxşı yadımdadır, təşkilatın iclaslarından birində məhz Qarabağda yeni-yeni qızışmağa başlayan olayları bəhanə edərək, Azərbaycan SSR-in Konstitusiyasında SSRİ-dən çıxmaq hüququnu təsbit edən maddənin olduğunu və bu hüquqdan istifadə erməli olduğumuzu dilə gətirmişdim.

Mən bu fikri ilk dəfə, sadəcə 300-400 adamın qarşısında səsləndirmişdim, 17 günlük meydan hadisəsi zamanı «Çənlibel»çi dostum Nemət Pənahlı isə bunu milyondan artıq mitinq iştirakçısının qarşısında edəcək və bu fikri millətin mübarizə amalına çevirəcəkdi. Maraqlıdır ki, həmin gün meydanda Nemət bəylə görüşmüş, «Məncə, Azərbaycanın SSRİ tərkibindən çıxmalı olduğu fikrini səsləndirməyin vaxtıdır» - demiş, o da «Bilirəm, deyəcəyəm» - deyə cavab vermişdi. Dedi də, etdi də… O gün həyatımın, bəlkə də, ən xoşbəxt günü idi…

Keçmiş DTK polkovniki Eldəniz Əliyev də “Yeni Müsavat”a verdiyi silsilə müsahibəsində Milli Azadlıq Hərəkatının qısa tarixçəsindən söz açarkən “Çənlibel”in adını ilk sırada çəkmişdir:

1986-cı ildə Dağlıq Qarabağda “Krunk” təşkilatı yarandı. Onlar Qarabağın Azərbaycanın tərkibindən çıxması və Ermənistana birləşdirilməsi üçün təbliğat aparırdılar. Vilayət partiya komitəsinin birinci katibi Gevorkov və digər rayonlardakı partiya rəhbərləri də əlbir idilər. Azərbaycan DTK demək olar hər gün Dağlıq Qarabağda baş verənlərlə bağlı SSRİ KP MK-ya və SSRİ DTK-sına məlumat verirdi. Ancaq nə Azərbaycan rəhbərliyi, nə də SSRİ rəhbərliyi tədbir görmürdü. Həmin zamanlar Azərbaycanda milli oyanış başladı. O zaman nə İsa Qəmbər, nə Pənah Hüseyn, nə də bugünkü başqa liderlər yox idi. Akademiklər Mahmud İsmayılov, Ziya Bünyadov, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Lalə Şövkət Hacıyeva, Şövkət Tağıyeva üzdə idilər. Onlar Ermənistandan Azərbaycana qarşı səslənən ittihamlara seyrçi qalmırdılar, yeri düşdükcə, imkanlar daxilində tutarlı cavablar verirdilər. Ancaq əfsuslar olsun, Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov milli məsələlərdən uzaq adam idi. Allah rəhmət eləsin, təmiz adam idi, rüşvətxor-filan deyildi. Həyat yoldaşı da yəhudi idi. Ancaq milli məsələlərdə ondan hansısa mövqe, qətiyyət gözləmək çox yersiz idi. Hər addımında Moskvanı düşünürdü, Moskvadan çox asılı idi. İsa Qəmbər Zori Balayanın “Ocaq” kitabına cavab yazandan sonra Azərbaycan DTK Moskvaya qalaq-qalaq məktublar yazmışdı...



Ancaq nə baş verdi? Yalnız SSRİ Nəşriyyat Komitəsinin kollegiyasında müzakirə keçirdilər, Mərkəzi Komitəyə də belə bir məktub göndərdilər ki, Zori Balayanın “Ocaq” kitabında bəzi nöqsanlar var. Bundan başqa heç nə. Azərbaycanın gücü bundan artığına çatmadı. Ancaq bu məsələ Moskvadan həll olunmalı idi. Orada da bircə Heydər Əliyev var idi. Onu da neytrallaşdırmışdılar. O zaman hətta belə bir qərar hazırlanırdı ki, Azərbaycan Ermənistana torpaq verməlidir, çünki Ermənistanın münbit torpağı yoxdur. Bir az Zəngilandan, bir az Cəbrayıldan, bir az Qazaxdan, Ağstafadan torpaq istəyirdilər. Kamran Bağırov dedi ki, Moskva Azərbaycan torpaqlarının Ermənistana verilməsinə qərar veribsə, verək. Birinci iğtişaş Qazaxda oldu. Hökumət rəhbərlərindən Rəsizadə getmişdi ora. İndiki baş nazir Artur Rəsizadənin əmisi... Kəmərli kəndinə gedəndə onu oradan qovmuşdular...

Qayıdaq yenə milli-azadlıq hərəkatına. “Çənlibel” yarandı. Təşkilatın ilk toplantıları “Azərnəşr”in akt zalında keçirilirdi. Orada da təşkilat üzvləri mikrofonla danışırdılar, düşünmürdülər ki, bu, DTK-nın səsi yazması üçün ən ideal imkandır. DTK səsgücləndiricidən bütün danışılanları yazırdı. Yığıncaq başa çatırdı, axşam kaseti gətirirdilər, qulaq asırdım ki, Məhəmməd Hatəmi, Vurğun Əyyubov, Bəxtiyar Şahverdiyev (Tuncay – B. T.) nə danışdı, Sabir Rüstəmxanlı nə dedi. O təşkilatda ən böyük rol oynayanlar Məhəmməd Hatəmi, Tağı Xalisbəyli, Bəxtiyar Tuncay, vəkil Fuad Ağayev, Mansur Əliyev idi. Bu şəxslərin təsir imkanları daha çox idi. Əbülfəz Elçibəy onların yığıncaqlarına gəlirdi...

Bəxtiyar Tuncayla Fuad Ağayevi DTK-ya söhbət etməyə çağırmışdım. Yuxarılardan əmr gəlmişdi ki, təcili cinayət işi qaldırıb milli azadlıq hərəkatında kim varsa, hamısını həbs edin. Fuad Ağayev o zaman xəstəxanalardan birində vəkil idi. Bəxtiyar Tuncay isə işsiz idi. Əslində Bəxtiyar xeyli qabaqdan DTK-nın nəzarəti altına alınmışdı - o, Almaniya Demokratik Respublikasında hərbi xidmət keçərkən millətçilik etdiyinə görə nəzarətdə idi. Çox milli əhval-ruhiyyəli, eyni zamanda dünya görüşü geniş olan bir şəxs idi. Çox təəssüf, Xalq Cəbhəsi hakimiyyətə gələndə, belə savadlı bir adamdan istifadə etmədilər. Onlar mənim kabinetimdə mənə dedilər ki, siz bizi bura millətçi kimi çağırmısınız, ancaq siz bizdən də millətçisiniz. Sən demə, o zaman mənim telefonum, kabinetim dinlənirmiş. Çünki rəhbərlik mənə ard-arda göstəriş verirdi ki, filankəslər tutulmalıdır, mən də heç kimi həbs etmirdim” (7).

Keçmiş DTK polkovniki E. Əliyev
Keçmiş DTK polkovniki Eldəniz Əliyevin “Yeni Müsavat”a verdiyi bu silsilə müsahibəsində “Çənlibel” təşkilatında DTK agenti var idi" fikrini səsləndirməsi sonralar mediada ən çox müzakirə olunan mövzular sırasında olub. Yada salaq ki, 1970-1992-ci illərdə dövlət təhlükəsizlik orqanlarında məsul vəzifələrdə işləyən E. Əliyev humanitar sahədə baş verən bütün proseslərə nəzarət funksiyasını həyata keçirdiyi üçün bu gün də aktual olan xeyli informasiyanın daşıyıcısıdır. “Yeni Müsavat”a açıqlamalarında xeyli ilginc faktlara toxunsa da polkovnik DTK arxivlərinin açılması məsələsinə qarşı olduğunu demişdi. Müsahibə boyu dəfələrlə bu fikrini müdafiə edən E. Əliyev iddia edirdi ki, DTK arxivlərinin açılması cəmiyyətdə ciddi qarşıdurma yarada bilər.

Müsahibə dərc olunan gündən xalq hərəkatında bu və ya digər şəkildə iştirak etmiş şəxslərin çoxu müxtəlif media orqanlarında səslənən fikirlərə münasibətlərini açıqlayıb. Diqqət çəkən odur ki, bir çoxları “Çənlibel” təşkilatında DTK agentinin kimliyindən xəbərdar olduğunu bildirib.

Onu da vurğulayaq ki, Azərbaycan milli-azadlıq hərəkatının özək təşkilatlarından biri sayılan “Çənlibel” daha çox Məhəmməd Hatəminin adı ilə bağlıdır. Ancaq qurum fəaliyyətdə olduğu müddətdə onun yalnız bir sədri olub - Vurğun Əyyub.

“Yeni Müsavat”a açıqlama verən Məhəmməd Hatəmi deyir ki, Eldəniz Əliyevin müsahibəsində heç bir fakt təhrif olunmayıb. Onun hərəkatda baş verənlər haqda fikirləri tam obyektivdir: “Biz o zaman DTK-nın "Çənlibel"i tam nəzarətdə saxlamaq üçün toplantılarımızı dinlədiyini, eyni zamanda niyyətlərimizi öncədən öyrənmək üçün aramızdan kimisə məxfi əməkdaşlığa cəlb etməyə çalışdığını bilirdik. O zaman Əbülfəz Elçibəy də bizim toplantılarımıza gəlirdi. Onu da DTK addım-addım izləyirdi. Biz onunla 15 il dostluq etmişik. Ancaq sonradan gördüm ki, o da, Vurğun Əyyub da təşkilatı dağıtmaq fikrindədir (1).

Yuxarıda sitat gətirdiyim məqalədə qeyd edilir ki, “Çənlibel”in sadəcə bir sədri olub - Vurğun Əyyub. Əlbəttə ki, bu doğru deyil, Vurğun Əyyubdan sonra quruma bir müddət tanınmış teatr rejissoru Ədalət Ziyadxanov başçılıq edib.

Nemət Pənahlı bununla bağlı bir xatirəsində yazır: ««Çənlibel»in beşinci iclasını da yaxşı xatırlayıram. Aktyor Mikayıl Mirzə ilə görüş nəzərdə tutulmuşdu. Lakin Mikayıl gəlib çıxmadı. Məlum oldu ki, ona «Çənlibel»də çıxış etməyi qadağan ediblər. Aktyorun dostu, mərhum Xəlil Rza Ulutürk tribunaya qalxdı. Bir neçə kəlmə aktyorun yaradıcılığından danışdıqdan sonra söhbət günün gerçəkliyinin tələb etdiyi məcraya düşdü. Demək olar ki, bütün düşünən başları eyni mövzu – Dağlıq Qarabağ məsələsi düşündürürdü. Son olaraq, bir-birindən kəskin müraciətlər qəbul etdik. 88-ci ilin yanvarında büronun iclasını keçirdik, uzun müzakirələrdən sonra Vurğun Əyyubovun yerinə «Az.konsert»in rejissoru Ədalət Ziyadxanovu sədr seçdik. Amma seçimimiz uğurlu olmadı. O həmin vaxtdan təşkilatın iclaslarına bir daha gəlmədi» (6, s. 122).

Bəli, Ə. Ziyadxanlını qorxutmuşdular, bu üzdən də o nəinki yeni funksiyasını həyata keçirmiş, hətta iclaslara gəlməyə belə son qoymuşdu. Əlbəttə, əgər o, agent olsaydı, belə yox, bunun tam əksini edərdi.

Vurğun bəyin Ədalət bəylə əvəzlənməsi hadisəsi öz əksini M. H. Tantəkinin «Acı həqiqətlər» kitabında belə tapıb: «Vurğunun gizli-gizli müəyyən dövlət idarələrinə çağrıldığı gözümdən qaçmırdı. Bir gün o, Azərbaycan SSR Həmkarlar İttifaqının mədəniyyət işlərinə baxan şöbə müdiri Həmid Abbasovun yanından gələrək mənə dedi: "Həmid Abbasov məni yanına çağırtdırmışdı. Xahiş etdi ki, vəziyyət yaxşı deyil, Çənlibelin fəaliyyətini saxlamaq lazımdır. Mən də saxlamağa söz verdim". Əməlli-başlı xəyanət idi. Möhkəm əsəbiləşdim. Ona: «Sən kimsən ki», - dedim, - «gedib orda-burda Çənlibelin taleyini həll edirsən?!» Vurğunu dərhal sədrlikdən çıxardıb, yerinə rejissor Ədalət Ziyadxanovu sədr seçdirdim. Bundan başqa, sədr dövlət idarələrinə gedərək orada Çənlibelin taleyi ilə oynaya bilməsin deyə, mənim tərəfimdən yazılan "Çənlibel Elmi-Ədəbi Birliyi"nin Yeni Məramnamə  və Nizamnaməsinin 6-cı maddəsinə "b" bəndini daxil etdim. Burada deyilirdi ki, büro üzvləri öz aralarında "eyni müddətə birliyin iki nəfərdən ibarət sözçüsünü təyin edir (ona görə iki nəfər ki, arada satqınçılıq olanda o biri sözçü vasitəsi ilə bundan xəbər tuta bilək –T.). Sözçülər dövlət  idarələrində, radio-televiziya və başqa kütləvi mətbuat orqanlarında birliyin səlahiyyətli nüma-yəndəsidirlər"» (4).

«Yeni Müsavat»da dərc edilmiş məqalədə söylənilən “Azərbaycan milli-azadlıq hərəkatının özək təşkilatlarından biri sayılan “Çənlibel” daha çox Məhəmməd Hatəminin adı ilə bağlıdır” fikri tamamilə doğrudur. Üstəlik də bu şəxs 17 gün sürən mitinqə, yəni Nemət Pənahlının ulduzu parlamağa başlayana qədər Azərbaycan Milli Azadlıq Hərəkatının aparıcı siması və əsas lideri olub. Güney Azərbaycanda doğulan Məhəmməd Hatəminin uşaqlığı da orada, yəni Güneydə, Azərbaycan Demokratik Respublikasını quranların arasında keçib. O özü uşaqlığını və “Çənlibel”ə qədər ki, həyat yolunu belə təsvir edib:

«Mən Hatəmi Tantəkin 1935-ci il iyulun 22-də Güney Azərbaycanın Astara şəhərində türk soylu əkinçi ailəsində anadan olmuşam. 1946-ci ildə yarımçıq qalmış ibtidai təhsilə də fars dilində bu şəhərdə başlamışam. Atam Hatəmi Fərzulla Hətəm oğlu Ərdəbilin Üçbulaq, anam Hatəmi Sitarə Cahangir qızı isə Astaranın Muğanlı (Qala) kəndindəndir. Savadsız, lakin çox zirək, bacarıqlı bir kişi olan atam Güney Azərbaycandakı 1945-1946-cı il milli azadlıq hərəkatının fəal iştirakçısı, fədai başçısı olmuş və bir ara Lisar cəbhəsinə komandanlıq etmişdir. Atamın yoluna qoşulub bu hərəkatda iştirak edəndə - Astara Gənclər Təşkilatına üzv olanda - mənim on yaşım vardı. Kiçik iştirakçısı olduğum Güney Azərbaycandakı bu milli hərəkat ictimai, siyasi, elmi fəaliyyətimə həyatım boyu hakim kəsilmiş, milli ruhumun, şüurumun özül daşını oluşdurmuşdur. Ancaq milli ruhumun, şüurumun inkişafı, biçimlənməsi, şüurlu millətsevər və türkçü olmam üçün Quzey Azərbaycana borcluyam.

Güney Azərbaycanda milli hərəkat qanlar içərisində susdurulunca, 1946-cı il dekabrın 12-də valideynlərimlə birlikdə 11 yaşında Quzey Azərbaycana mühacirət etmişəm.

Güney Azərbaycandakı on bir yaşına qədərki həyatım qayğısızlıq, mutluluq içərisində keçmişdir. Sovet Azərbaycanında mən bunu bir daha görməyəcək, ali məktəb bitirsəm də, bilgin olsam da ailəliklə daim yoxsulluq, ehtiyac, məhrumiyyət, zillət içərisində yaşayacayıq. Elə buna görə Sovetlər Birliyinə mühacirətimizi heç vaxt və heç cür özümüzə bağışlaya bilmədik. Sovet Azərbaycanında bizim nə köklərə düşdüyümüzü 1960-cı illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olmuş M. A. İsgəndərova dediyim bu sözdən təsəvvür etmək çətin deyildir: "Biz namusagir olub sizin ölkənizdə yalnız dilənçilik etməmişik".

Ailəmizin Sovet Azərbaycanındakı fəlakətli, acınacaqlı yaşantısı Quzey Azərbaycan türk xalqının fəlakətli, acınacaqlı yaşantısının kiçicik parçası, nümunəsi olmuşdur. Milli gəliri başından aşıb-daşan xalqımızın bu dözülməz həyatı, məni başında rus şovinizmi dayanan sosializm soyğunçuluğuna, sosializm milli zülmünə, sovet quruluşuna qarşı vulkan kimi püskürdən başlıca amillərdən biri olmuşdur.

Quzey Azərbaycanda öncə Əli Bayramlının Qara-çola, ardınca Şamaxının 6 nömrəli kəndində, sonra Xudatın Çkalov kəndinin  4-cü şöbəsində, daha sonra Qu-banın H. Zərdabi kəndində yaşadıq, nəhayət mənim səyimlə Bakını özümüzə daimi yaşayış yerinə çevirməyi başardıq. 1947- dən 1967-ci ilə qədər, başqa sözlə desək, 20 il davam edən bu köçhaköç öz istəyimizlə olmamışdır. Bizi burdan ora, ordan bura ya sürgün etmişlər, ya siyasi mülahizə ilə köçməyə məcbur olmuşuq. 1953-cü il oktyabrın 4-də yağışlı, soyuq havada, üstüaçıq yük maşınında bizi Şamaxıdan Xudata bir saatın içində sürgün etdilər. Bu köçhaköç olmasa idi, bir yerdə qalıb qaymaq bağlamaq mümkün olsaydı, bəlkə də bu qədər  zəlil  köklərə qalmazdıq. Hər köçəndə nəyimiz vardı dağılırdı.

Meydan hərəkatı. M. Hatəmi, N. Pənahlı və S. Rüstəmxanlı
Azərbaycan Demokrat Firqəsinin üzvü olan atamın və onun sadəlövh dostlarının başına HKVD papaq qoyaraq, onlara bu firqənin daxilində, nəliyi bilinməyən, gizli "kommunist qrupu" yaratdırır. ADF-nin rəhbərliyi tərəfindən Şamaxıdan sürgün edilməyimizin zahiri nədəni bu idi. Fikrimcə, əslində bizi ona görə sürgün etmişdilər ki, 6 nömrəli kənddə ermənilərlə başçıları atamgil olan güneylilərin çörək növbəsində böyük davası düşmüş, ermənilər möhkəmcə əzişdirilmişdilər. İnzibati orqanların erməni başçıları bunu güneylilərə bağışlamazdılar. Yeriykən qeyd edim ki, ermənilərin Şamaxıda, Bakıda, Qubada, Azərbaycanın başqa yerlərində xalqımızı vaxtilə amansızcasına qırmaları, kəndlərimizi dağıtmaları, yandırmaları haqqındakı ilk bilgilərim bu olayla ilgili olaraq başlamışdır.

Xudata sürgün edilər-edilməz, arxamızca ADF-nin orqanı olan "Azərbaycan" qəzeti atam və dostları haqqında siyasi böhtan dolu məqalə nəşr etdi. Elə buna görə Xudat rayonunda yaşayan güneylilər bizə "antipartiya", "xalq düşməni" kimi baxır, bizdən uzaq qaçırdılar. Bu, atama bəraət verilənə qədər  davam etdi. Meşələrin içərisində güneyli kimi tək qalmışdıq. Bu illərin acı  xatirələri məni indi də tərk etməmişdir. 

Quzey Azərbaycana yerləşdikdən sonra 6 №-li kənddə yenidən ibtidai təhsilə başladım. Şamaxının 1 №-li orta məktəbində yeddiyə qədər oxudum. 1956-cı ildə Xudatda orta məktəbi tamamladım. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub, 1963-cü ildə müxbir  ixtisası ilə buranı bitirdim.

Universitetdə oxuduğum 1959-cu ildə atəşli milli ruhumun etkisi altında gizli "Azad Azərbaycan Təşkilatı"nı yaratmışam. Təşkilatın amalı  hər iki Azərbaycanı milli əsarətdən xilas edib vahid dövlət şəklində birləşdirməkdən ibarət olmuşdur. İmperiya təbliğat maşınının uzun illər propaqanda etdiyi Azərbaycanın birləşməsi ideyasından (Güney Azərbaycan İrandan ayrılıb SSRİ daxilində Quzey Azərbaycanla birləşsin) büsbütün fərqlənən bu ideya, düz 30 ildən sonra, yəni 4 dekabr 1989-cu il tarixində mənim tərəfimdən Milli Qurtuluş Partiyasının bəyannaməsində Azadlıq meydanında səsləndirilərkən bomba kimi partlayacaq, dalğa-dalğa bütün Azərbaycana, xariclərə yayılacaq, respublikada yerindən duran siyasi təşkilatın proqramına daxil olacaqdır.



M. Hatəmi “Qurtuluş” batalyonunun komandiri qismində Qarabağ müharibəsində də iştirak edib
Orta məktəb illərində məndə güclü şəkildə yazıçı olmaq yanğısı baş qaldırmışdı. Dünyanın ən yaxşı yazıçılarından biri olmaq arzusu ilə mən, bir allah bilir necə çalışırdım! Azərbaycan folklorunu, ədəbiyyatını, dünyanın V. Hüqo, L. Tolstoy, D. Dostoyevski kimi görkəmli sənətkarlarını gecə-gündüz mütaliə edir, dahiyanə bədii sənətin sirlərini incəliklərinə qədər mənimsəməyə çalışırdım. Gələcəkdə yazacağım əsərlərə daxil etmək məqsədilə həyatda rast gəldiyim orijinal tiplərin zahiri və daxili portretlərini, danışıq tərzlərini, təbiət mənzərələrini, maraqlı olay, əhvalat və süjetləri və s. olduğu kimi qeydə alaraq saxlayırdım. Beşinci sinifdə ikən Güney Azərbaycandakı 1945-1946-cı il milli hərəkatından bəhs edən yüz səhifəlik povest yazdım. Səkkiz, doqquz, onuncu siniflərdə olarkən  bir  sıra  hekayələr  yazıb,  yuxarıda  ad apardığım, "Azərbaycan" qəzetində çap etdirdim. Növbəti bir hekayəmdə yaratdığım xəstə, acınacaqlı yaşantılı, fəqət vətənin azadlığı üçün hər an ölməyə hazır olan xarakterli bir gəncin obrazı ilə əlaqədar, Bakıda yaşayan bəzi güneyli yazıçı və şairlər mənə qorxulu "antisovet" adı yapışdırdılar. Mən həyatı, həyat olduğlarını (həqiqətlərini) olduğu kimi qələmə alan realist yazıçı olmaq istəyirdim. "Antisovet" damğasından sonra bunun mümkün olmayacağını dərk edib, yazıçı olmaq arzumdan vaz keçdim. Xəstə ürəklə ağır-ağır işlərdə çalışıb atamla birlikdə biz balalarının başını saxlayan zəif vücudlu anama deyərdim: "Mən böyük yazıçı olub səni cənnətdə yaşadacağam". Ürəyimdə qalan nisgilli arzularımdan biri bu oldu.

Mən yazıçı ola bilmədim. Ancaq məni tərk etməyən vətənə, xalqa faydalı insan olmaq istəyi sonralar məni akademiya sistemində xalq yaradıcılığı ilə uğraşan bilgin olmağa gətirib çıxaracaqdır. Burada çalışdığım zaman məndə belə bir fikir yarandı ki, bir xalqın dahi sənətkarı, bilgini olmaqdansa, ağıllı kiçik diplomatı olmaq daha faydalıdır. Mən həvəslə, ehtirasla, fanatikcəsinə folklorla uğraşsam da, bu anlayışla ürəyim həmişə siyasi şəxsiyyət olmağın yanında qalacaqdır. Qarşıma çıxdığında onu əldən uçurmayacağam. Xudatda orta məktəbin doqquzuncu sinfində oxuyarkən ADF-yə daxil olmuşdum. Rejimlə əlbir olub şəxsiyyətə pərəstiş dövründə Quzey Azərbaycanda güneylilərin taleyi ilə oynamış ADF-nin Qulam Yəhya kimi əliqanlı başçılarına qarşı çıxdığım üçün, 1963-cü ildə, yəni universiteti bitirdiyim il, məni firqədən xaric etdilər  (Mənə  “burjua  ideoloqu” adı qoyub firqədən çıxarılmağımı tələb edənlərdən biri şair Söhrab Tahiri olmuşdur).

Gəl indi Sovetlər Birliyində yaşa görüm necə yaşayırsan! Qayğıdan məhrum, acı ruzigarların döyəclədiyi alaq otuna çevriləcəyəm cəmiyyətdə. İşləməyə, yaşamağa imkan verməyəcəklər. Geyməyə paltar, yeməyə çörək, başımı soxmağa daxma tapmayacağam. Dost-tanışların qoltuğuna sığınacaq, yay-yaz fəsillərində gecələri parkların skamyalarında yatacağam. Hər tərəfin dizə qədər qar olduğu, qarlı tufandan uca-uca binaların beş-on metrlikdən görünmədiyi dəhşətli bir qış gecəsi (çöldə it-pişik də görünmürdü) evsizlikdən küçədə qalıb az qala öləcəyim heç yadımdan çıxmır. Düşdüyüm ağır durumdan xilas olmaq üçün özümü öldürmək qərarına gəlmişdim. Ruhu şad olsun, məşhur türk sosioloqu Ziya Gökalpın ümid və ümidsizliklə bağlı bir məqaləsi özümə qıymağımın qarşısını aldı. Dözə, yaşaya bilmədiyim əzici, məhvedici həyat məni bədbin, məhzun, kədərli etmişdi. Orta və ali məktəbdə ateist ruhunda tərbiyə edilməyimə baxmayaraq, sarsılmış pəjmürdə ruhumu gedərmək üçün məscidlərə sığınıb allahpərəst oldum. "Ədalətli sosializm ideyası", "ideal sovet quruluşu" illuziyaları məndə göyə sovrulmuşdu. Yaxşı ki, sovrulmuşdu, yoxsa mən sovet həyatına heç vaxt dərindən nüfuz etməyəcək, onun xalqla birlikdə yaşadığım cəhənnəmlərini yaxşı görə, dərk edə bilməyəcək və milli ruhumun qanadlarında doğru mübarizə yoluna çıxa bilməyəcəkdim.

Əmək kitabçama baxılarsa, ixtisasım üzrə mənə iş verilmədiyindən 1965-ci ilin iyuluna qədər Bakının müxtəlif zavod-fabriklərində fəhlə işləmişəm. 04. 05. 1964-13. 07. 1964 tarixləri arasında Bakı Polad Kanatlar Zavodunda hətta hamballıq etmişəm. Vaqondan gündə 30 tona qədər məftil yükü boşaldar, yaxud bu qədər məftil topunu zavodun anbarında çeşidləyib yerbəyer edərdim. İstismarın dərəcəsinə bax ki, bu qədər işə 5-6 manat pul yazılardı. Rayon bölgələrində kənd zəhmətkeşlərinin necə qansızcasına istismar olunduğunu az görməmişdim. Zavod-fabriklərdə işlədiyim zaman fəhlə sinfinin dövlət tərəfindən eynilə beləcə istismar olunduğunun canlı şahidi oldum.

Vaqondan məftil boşaldanda, özəlliklə zavodun anbarında məftil toplarını çeşidləyib yerbəyer edəndə başdan-ayağa qara mazut olardım. Bir dəfə mebel fabrikindən bizim zavoda gəlib çıxmış dostum Məmməd Azərlunun arvadı Aliya xanım məni bu kökdə görüb gözlərinə inanmadı.

1964-cü ildə ailəliklə Polşaya köçüb getmək fikrinə düşdük. Polşanın Moskvadakı səfirliyindən ərizəmizə yox cavabı alacağam. Lakin bu cavabı alana qədər, Polşaya getməkdən vaz keçək deyə, Azərbaycan Kommunist Partiyasının rəhbərliyi məni akademiya sistemində işə düzəltdi və mənə ev verdirdi. Ancaq Sovetlər Birliyindən çıxıb getmək fikri bir an da olsa beynimdən çıxmayacaqdır. İranda 1979-cu il 11 fevral inqilabı olan kimi, İranın Bakıdakı konsulluğuna sənədlər təqdim edib vətənə qayıtmaq üçün yeddi-səkkiz il çalışdım. Dövlət Təhlükəsizlik Komitəsi özünün Bakıdakı iranlı agentləri vasitəsilə konsulluğa təsir edərək, vətənə qayıtmağıma maneçilik törətdi. Maneçilik törətdi, ancaq Dağlıq Qarabağla ilgili 1988-ci ildə Azərbaycanda başlayan tətil hərəkatından dövlət milyardlarla manat zərbə yeyincə, həmin komitənin moskvalı nümayəndələri 08. 06. 1989-cu il tarixində Azərbaycan SSR DTK-nın həbsxanasında qabağıma kağız-qələm qoyaraq deyəcəklər: "Sən bizim ölkə üçün arzuolunmaz adamsan. Diləkcə yaz, 24 saata dünyanın hansı ölkəsinə istəyirsən səni ötürək". Həmişə elə bu haqda düşünməmişdim?! Əzablı, təhqirli həyatdan xilas olmağın anı gəlib çatmışdı. Təsəvvür edin ki, gözlənilməz halda qarşıma çıxmış bu mutluluqdan, istəyimə rəğmən, imtina etdim. 1988-ci il noyabr-dekabr mitinq olayları zamanı mənə atılan: "vizası cibində üç gündən sonra Qərbi Almaniyaya qaçır"  böhtanına  cavab  olsun  deyə açıqlayım niyə imtina etdim. Rusiya müstəmləkəçiliyinin çarmıxına çəkilmiş vətənimiz Azərbaycanın üfüqlərində müqəddəs bozqurd - milli azadlıq hərəkatı görünməyə başlamışdı. Dövlət, onun yüzlərlə, minlərlə agentləri, tərəfdarları bu hərəkatı beşikdə ikən boğmağa çalışırdılar. Başçılıq etdiyim Çənlibel, Xalq Hərəkatı Cəbhəsi təşkilatları ilə onların qarşısına tikilmişdim, Çin səddi kimi. Belə bir vaxtda öz şəxsi mutluluğu xatirinə xaricə çıxıb getmək mənim tərəfimdən vətənə, xalqa, xalqın milli azadlıq hərəkatına xəyanət demək olardı. Sovetlər Birliyindən çıxıb getməyi rədd etməyim yalnız və yalnız bu xatirə olmuşdur.

01.07.1965-ci il tarixində akademiya sistemində işə başlayıb və burada Nizami adına Ədəbiyyat İnstitutunda, Şərqşünaslıq İnstitutunda, Nizami Muzeyində uzun illər çalışıb şahidi oldum ki, DTK ictimai elmlərimizə müsəllət olmuşdur. Bu orqanla əməkdaşlıq etməyən adam  çətin   ki,  institut direktoru, direktor müavini, şöbə müdiri və s. vəzifə sahibi ola bilsin. Özüdə bunların əksəri türk olmayan, türkə, onun tarixinə, mədəniyyətinə, dilinə nifrət bəsləyən, Azərbaycan türk xalqının assimilyasiya olunub ortadan qalxması arzusu ilə için-için tüstülənən vələdüznalardır (ümumiyyətlə ictimai elmlərimiz, özəlliklə tarix və dilçilik institutu belə adamlarla doldurulmuşdur). Onlar tariximizin, mədəniyyətimizin saxtalaşdırılmasının başında dayanır, institutları ictimai elmlərimizin qəbiristanlığına  çevirir, Azərbaycanın namuslu, vətənsevər alim oğul və qızlarını maddi və mənəvi məhrumiyyətlərlə qarşı-qarşıya qoyub məhv edirlər. Sevimli, mübariz alim dostlarım Əbülfəz Hüseyni, türkmən Ramazan Qurbanov, Məmməd Azərlu bu adamların əlində şəhid oldular desəm, yəqin ki, mənə nöqsan tutulmaz.

Akademiya sistemində ictimai elmlərimizi qatı zülmətlər içində görüncə, özümə anlamı "səhər işığı kimi" olan “Tantəkin” ləqəbini götürdüm (Akademik Məmməd Arif bu ləqəbə görə mənə "pantürkist" adı qoyub, "Bir nağılın dünyasına ötəri baxış" adlı məqaləmin çapına mane olmaq istədi). Həmin ləqəblə bu iddiaya düşmüşdüm ki, ictimai elmlərimizi qaranlıqlardan işıqlığa çıxaracağam. Buna, heç olmasa folklor, tarix sahəsində, hardasa nail olub-olmadığımı deyə bilmərəm, amma məmmədhüseyn təhmasiblərin, məmməd ariflərin, şirəliyevlərin, həmid araslıların, iqrar əliyevlərin, ziya bünyadovların, cəmil quliyevlərin əlində yazıq oldum, bax bu olduğdur. Bu adamların əhatəsində 1972-ci ildə "Xalq yaradıcılığında atəşpərəstliyin ifadəsi" mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi adı almağım sonralar mənə ağlasığmaz görünürdü. Təsadüfi deyildi ki, 1984-də tamamladığım "Sehrli nağılların onqon və əsatiri surətləri" adlı doktorluq dissertasiyamı müdafiə etmək mənə nəsib olmadı. Ancaq axırıncı dəfə həbsdən azad edildiyimdə (1990-da) filologiya elmləri doktoru seçiləcəyəm.

Azərbaycan  tarixinin,  mədəniyyətinin saxtalaşdırılmasını ali məktəb proqramından kənar mütaliələrim nəticəsində hələ tələbəlik illərində duymağa, başa düşməyə başlamışdım. Akademiyadakı elmi fəaliyyətim dövründə yazdığım məqalə və kitablarımla,  etdiyim məruzə və çıxışlarımla bu saxtakarlığa qarşı barışmaz cəbhə aldım. Bu nədənlə 1975-ci il noyabrın 18-də Akademiyanın partiya konfransında filologiya elmləri namizədi Ramazan Qurbanov və tarix elmləri doktoru Zelik Yanpolski ilə birlikdə mənə "Azərbaycan tarixşünaslığında tərtib olunmuş qaydaların əleyhinə çıxan təftişçi" markasını yapışdırdılar. Partiyadan çıxarılmış adam olduğuma görə onsuz da yaxşı olmayan durumum lap pisləşdi. Hamı, hətta ən yaxın dostlarım belə məndən qaçırdılar. Tək qalıb sarsılmışdım. Azərbaycan tarixinə aid yazılar yazmaq, işlədiyim Şərqşünaslıq İnstitutunun direktoru Həmid Araslı tərəfindən mənə qadağan edildi. Ətrafımda məhdudlaşdırıcı elə atmosfer yaratdılar ki, bir yerdə çıxış, məruzə edə bilmədim. Bir yerdə  bir əsərə redaktor, rəyçi, bir dissertasiyaya opponent ola bilmədim. Bir aspirant yetirə bilmədim. Məqalələrim, kitablarım çap olunmamış qaldı. Elmi işlərim institut rəhbərləri tərəfindən ona-buna hey oğurlatdırıldı… Düz doqquz il baş elmi işçi olmağımın qabağını alaraq (nə var ki, ayda 100 manat artıq donluq alacağam), məni maddi ehtiyac və məhrumiyyətlər içərisində boğulmağa buraxdılar. Üstəlik məni bu institutdan o instituta, o institutdan bu instituta qovalamış, bir yerdə qalıb elmi işlə sakit məşğul olmağıma mane olmuşlar. Elə etmişlər ki, yəni səsimi, fəaliyyətimi elə batırmışlar ki, Çənlibel Təşkilatını yaradana qədər respublikada mən adda bir bilginin olduğunu Akademiya sistemində məhdud elmi dairədən başqa kimsə bilməmişdir (4, s. 3-21).

M. Hatəminin kim olduğunu anlamaq baxımından "Qoroskop" qəzetinin baş redaktoru Səbuhi Rəhimlinin M. Hatəmi ilə bağlı aşağıdakı xatirəsi də çox maraqlıdır. O yazır ki, «1992-ci ilin 10 mayında Nəcməddin Sadıkovun əmri ilə Tərtərdən Ağdərə istiqamətinə hücuma keçdik. Təxminən 1 saat ərzində Marağa kəndini azad edib Marquşevan kəndinin içlərinə doğru getməyə başladıq. Lakin qəfildən nəsə (?) baş verdi və texnikalarımız vurulmağa, igidlərimiz qırılmağa başladı. Harada toplu döyüşçülərimiz vardısa oraya mina atılırdı. Bizim, Suraxanı batalyonu iki kəndin arasındakı "Kənd təsərrüfatı malları" dükanı ilə Marquşevandakı bir sovxoz qarajının arasında mövqe tutmuşdu. Bir də onda ayıldıq ki, üçbucaq formasında mühasirəyə düşürük. Ya sona qədər döyüşüb irəli getməli, ya da ölməliydik. İrəli getmək mümkünsüz idi - düşmən qarışqa kimi artmışdı, geri çəkilmək isə ölüm idi - çünki geri çəkilmək üçün tam açıq hədəfə çıxmalı idik. Təxminən yarım saat sonra Məhəmməd Hatəminin (o vaxt onu Hatəmi Tantəkin kimi tanıyırdıq) rəhbərlik etdiyi Milli Qurtuluş batalyonunun igid döyüşçüləri yetişib mühasirəni yardılar və qurtulduq. Güllələrimizin və gücümüzün tükəndiyi bir vaxtda onlar bizi ölümün pəncəsindən aldılar, 60-a yaxın döyüşçümüz sağ-salamat geri dönə bildik” (5).


Download 12,01 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   39




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish