Bəxtiyar Tuncay DÜnyani siLKƏLƏYƏN 17 GÜn baki 2016 I fəSİL



Download 12,01 Mb.
bet2/39
Sana26.06.2017
Hajmi12,01 Mb.
#16001
1   2   3   4   5   6   7   8   9   ...   39
Partiyasının daxilində də yaşanırdı. Fəqət rus kommunistlərindən fərqli olaraq qarşı-qarşıya gələn azərbaycanlı kommunist qruplar arasındakı əsas fikir ayrılıqları ideoloji platformaların fərqliliyindən qaynaqlanmırdı. Yerliçilik prinsipləri əsasında qurulan və hakimiyyət uğrunda bir-biri ilə çəkişən bu regional qruplar daha çox klan xarakterli idi. Bunlardan Heydər Əliyevin qurduğu və müvəqqəti olaraq Ramiz Mehdiyevin başçılıq etdiyi Naxçıvan klanı daha güclü idi. Sonradan bu klan Qərbi Azərbaycandan (Ermənistandan) qovulan vətəndaşlar tərəfindən dəstəkləndiyi üçün daha da gücləndi. Bundan başqa, başında Əbdürrəhman Vəzirovun durduğu Qarabağ, Ayaz Mütəllibovun başçılıq etdiyi Şirvan, lideri Həsən Həsənov olan Gürcüstan klanlarını da xüsusi qeyd etmək lazımdır. Bunlardan hər birinin qeyri-formal təşkilatlarda, xüsusən də AXC-də öz adamları vardı. Bu baxımdan «Çənlibel», eləcə də onun təsiri ilə Azərbaycanın müxtəlif bölgələrində, ölkənin ali tədris müəssisələrində, o cümlədən Azərbaycan Dövlət Unuversitetində («Yurd» təşkilatı) və s. yerlərdə qurulan qeyri-formal təşkilatlar istisna idi və onların böyük əksəriyyəti təpədən dırnağa qədər milli idi.

Tofiq Rəsulov
Təsadüfi deyil ki, tanınmış publisist X. Bahadır «Çənlibel» təşkilatının əsas qurucularından və rəhbərlərindən biri, əslində birincisi olmuş Məhəmməd Hatəmi Tantəkinə həsr etdiyi «Onun regionu yox idi» adlı məqaləsində bu böyük şəxsiyyət haqqında yazır ki, onun Müstəqil Azərbaycan uğrunda savaşı ötən yüzilin 70-ci illərindən başlamışdı. «Bu savaşda onun ən yaxın arxadaşlarından biri, bəlkə də, birincisi Əbülfəz Elçibəy idi. Sonra onların yolları ayrıldı, özü də biryolluq…

Hatəmi necə başlamışdısa, eləcə də bitdi – bitirdi. Bu baxımdan Hatəminin savaşı o başdan bu başa Böyük, Bütöv Azərbaycan savaşı idi. O yalnız imperiyalarla deyil, eləcə də imperiya qulluqçuları – imperiya əlaltıları ilə savaş aparırdı. Özü də hər hansı kompromisdən bütünlüklə uzaq bir savaş: ölüm-dirim savaşı!» (1).



Ədalət Ziyadxanov. Vurğun Əyyubdan sonra «Çənlibel»in sədri seçilib
X. Bahadırın sözlərinə görə, «1988-ci (1987 – B. T.) ilin fevralında “Çənlibel”i yaradan Hatəmi bununla sonrakı böyük Özgürlük Axımının özülünü qoymuşdu. Azadlıq meydanına yol “Çənlibel”dən başlayırdı. “Çənlibel” yığıncaqları, “Çənlibel” çıxışları qaçılmaz olaraq Azadlıq meydanına aparırdı. Orada başlıca yaradıcı da, başlıca yetişdirici də Hatəmi özüydü. Bunu o çağlar çoxları bilməsə də, KQB bilir, bildiyinə uyğun da davranış sərgiləyirdi. Ancaq KQB-nin Hatəmi ilə bağlı bütün gizli-açıq çalışmaları boşuna gedirdi – Hatəmi nə qorxur, nə də…  bir çox başqaları kimi satılırdı! KQB qorxmaz, sınmaz, satılmaz, əyilməz-yenilməz bir lider-ideoloqla üzləşmişdi. Buna görə KQB-yə bir iş qalırdı: ortaya qondarma-agent liderlər çıxarmaqla, üstəlik, çeşidli uydurma-gözdənsalmalarla Hatəmini arxa plana keçirmək…

Xəlil Rza Ulutürk və Məhəmməd Hatəmi Tantəkin
Hatəmi Tantəkin kimi ərdəmli, böyük, dönməz ideya adamlarının bioqrafiyası bir xalqın tarixi deməkdir. İndilikdə bu, Azərbaycan tarixidir. Bu gün bizdə tarixi öz bildiyi sayaq yazan, redaktə edən bir rejim var. Bəlli bir çağda bu rejimin özünün tarixi yazılırkən, bu rejim özü doğru-düzgün dövlət redaktəsinə uğrayırkən ondan qalan gerçək, eləcə də parlaq tarix-bioqrafiya yerinə, yalanla, oğurluqla dolu qaranlıq keçmiş olacaq…

Hatəmi radikal idi – sonadək radikal. Hatəmi irrasional idi – sonadək irrasional. Keçmişdən yanaşmalarla onu radikalizminə görə də, irrasionallığına görə də qınamaq, suçlamaq olar, ancaq bu gün içində olduğumuz, istər-istəməz içimizi göynədən ortam Hatəmi radikalizmini, Hatəmi irrasionallığını qınamağa, suçlamağa yer qoymur – ən azı susmaq, susuban olub-keçənlərin düşüncələrinə dalmaq gərəyi yaranır. Bu gündən baxanda Hatəmini düz saymamaq, Hatəmiyə üstünlük qazandırmamaq çox çətindir – adam çağa damğasını vurub gedib!


Başlanğıcda “Bizimlə çoxdan bir olmayan Hatəmi…” demişdim. Hatəmi ilə, demək olar, bizim hamımızın yolumuz ayrılmışdı. Biz özümüzü Hatəmidən, Hatəmi özünü bizdən ayırmışdı. Bizim birimiz az, birimiz çox olmaqla necəsə, nələrə görəsə kompromis yolu tutmuşduq. Sözsüz, bu yolda özəl istəklər-güdüklərlə kompromisə gedənlər də vardı, ellik-ortaq istəklər-güdüklərlə gedənlər də. Özəlçilər özləri üçün nələrsə qazandılar – onlardan danışmağa da dəyməz, ellik-ortaq düşüncə axarında kompromisə gedənlər indilikdə  uduzmuş durumdadırlar. Bu isə bütövlükdə Azərbaycanın uduzması deməkdir. Bizdə praqmatik düşüncənin idealist düşüncəni üstələməsi üzündən ortaya böyük uğursuzluq çıxdı. İdealist düşüncə adamı olaraq Hatəmini də uduzmuş saymaq olar, ancaq bu onun deyil, idealizm yolundan sapan çoxluğun suçudur; çoxluq idealizmi özgüdükçü praqmatizmə uduzdurdu!

Məhəmməd Hatəmi bir qrup mitinq iştirakçısı (B. Tuncay, R. Şenol, Y. Türkazər, E. İbrahim, Ə. Qaraca və s.) ilə birlikdə
Hatəmi sonadək millətçi, sonadək yurdsevər idi. Onun ideya dönməzliyi-yenilməzliyi də sonadək millətçi, sonadək yurdsevər olmağına bağlıydı. Onun sonadək radikalizmi, sonadək irrasionallığı da eləcə sonadək millətçi, sonadək yurdsevər olmağındandı. Barışmazlığı, kompromisdən uzaq olmağı da bu üzdəndi. Bizdə çoxları Hatəminin radikal dönməzliyinə ironiya ilə yanaşır, onu siyasətdən uzaq adam sayırdılar. Onların düşüncəsinə görə Hatəmi siyasət nə olduğunu bilməyən adamlardan idi. Sözsüz, belə deyil; Hatəminin özümlü siyasi görüşləri, dəyərləri, strategiyası, prinsipləri vardı. Gerçək ideya adamı olaraq o öz görüşlərindən, öz dəyərlərindən, öz prinsiplərindən azacıq da keçmirdi. Bax buna, yalnız buna görə çoxları onu siyasətdən uzaq adam sayırdı…

…Hatəmi özümlü ideya dönməzliyindən təklənmişdi. Ancaq bu, təklənmənin tək nədəni deyildi. Başqa bir nədən də vardı: Quzey Azərbaycanda geniş yayılmış regionçuluq. Güneydən gəlmiş Hatəmi burada “yersiz” olduğuna görə deyil, gerçək ideya adamı olduğuna görə böyük bir bütövlük daşıyıcısıydı. Bizim böyük birliklə başlayan Azərbaycan savaşımız kimlərinsə yaramazlığı üzündən geniş regionçuluqla sonuclandı: regional hakimiyət, daha çox regional xarakterli partiyalar – budur gəlib çıxdığımız yer» (1).



Burada haşiyəni bağlayaraq, əsas mövzunun üzərinə qayıdaq.

Qeyri-formal təşkilatların siyasiləşməsi əsasən 1987-ci ilin sonları – 1988-ci ilin əvvəllərində etibarən başladı. Onlar daha çox «yenidən qurmaya kömək» şüarı ilə meydana atılan xalq cəbhələri, demokratik forum və bloklar, zəhmətkeşlərin birləşmiş cəbhələri və s. təşkilatlar idi. Rusiyada qurulan belə təşkilatlardan ən diqqətçəkəni partiya tipinə yaxın tipdə qurulan «Demokratik İttifaq» hesab edilə bilər. Bu tip təşkilatların fəaliyyət göstərdikləri Rusiya şəhərləri sırada Moskva, Leninqrad (Sankt-Peterburq), Qorki (Nijnıy Novqorod), Krasnodar, Sverdlovsak, Kazan, İrkutsk, Novosibirsk, Krasnoyarsk, Kuybışev (Samara) və Tomsk kimi şəhərlərin adını xüsusi çəkmək lazımdır (5, s. 777–781).

1989-cu ildə SSRİ xalq deputatlarının seçkisi «qeyri-formal hərəkat»ın əsaslı şəkildə siyasiləşməsində son nöqtə oldu. Artıq ölkədə Kommunist Partiyasına alternativ olan siyasi təşkilatlar meydana gəlmişdi (9, s. 234).

A.Veberin yazdığına görə, keçmiş sovet respublikalarında müxtəlif qeyri-formal təşkilatlar yaranırdı. Onların «Yenidənqurmaya dəstək» adı altında qurulduğunu diqqətə çatdıran A. Veber haqlı olaraq yazır ki, sonradan onların hamisi Milli İstiqlal şüarı ilə çıxış etməyə başladılar (6, s. 31). Bu baxımdan «Çənlibel» təşkilatı da istisna deyildi. Məhəmməd Hatəmi Tantəkin özünün «Acı həqiqətlər» kitabında bununla bağlı yazır: «İstəyirdim çağdaş koroğluların, dəlilərin çağdaş Çənlibelini yaradıb vətənin, xalqın Rusiya əsarətindən xilasına çalışaq. Bu niyyətimi dövlətdən, ətrafımdakılardan gizli tutacaq, onu ilk vaxtlar Qorbaçovun yenidənqurma, aşkarlıq, demokratiya kursunun donuna bükəcəyəm. Buna baxmayaraq, "yenidənqurmanın əleyhdarları" adlandırılmaqdan yaxamızı qurtara bilməyəcəyik» (2, s. 8-9).



Şübhəsiz ki, təşkilatın sənədlərində qeyd edilənlər gözdən pərdə asmaq üçün idi. Məqsəd tamam başqa idi.


Download 12,01 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   39




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish