Bəxtiyar Tuncay DÜnyani siLKƏLƏYƏN 17 GÜn baki 2016 I fəSİL


"ÇƏNLİBEL ELMİ-ƏDƏBİ BİRLİYİ"NİN YENİ MƏRAMNAMƏ VƏ NİZAMNAMƏSİ



Download 12,01 Mb.
bet3/39
Sana26.06.2017
Hajmi12,01 Mb.
#16001
1   2   3   4   5   6   7   8   9   ...   39

"ÇƏNLİBEL ELMİ-ƏDƏBİ BİRLİYİ"NİN YENİ MƏRAMNAMƏ VƏ NİZAMNAMƏSİ



"Çənlibel", Mədəniyyət İşçiləri Evi (Azərnəşrin binası) nəzdində ictimai əsaslarla fəaliyyət göstərən könüllülər birliyidir. O, Sov.İKP MK-nın, sovet dövlətinin yenidənqurma, aşkarlıq, demokratiya siyasi kursunun ortaya çıxması ilə əlaqədar olaraq yaradılmışdır.

Xalqımızın tarixiin, mədəniyyətinin, fəlsəfəsinin, etnoqrafiyasının, folklorunun, ədəbiyyatının, incəsənətinin, arxitekturasının, musiqisinin, teatrının və s. araşdı-rılması, öyrənilməsi sahəsində uzun illərdən bəri ciddi sapıntılara yol verilmişdir. Odur ki, "Çənlibel" birliyi partiyanın, dövlətin yeni siyasəti işığında öz qüvvələrinin və alimlərin qüvvəsilə yuxarıda sadalanan sahələrdə bu sapıntıları ortadan qaldırmağı, tariximizi, mədəniyyətimizi Marksizm-Leninizm milli siyasətinə yaraşar obyektiv bir şəkildə araşdırmağı və onu yeni nəslə, xalqa çatdırmağı qarşısına məqsəd qoymuşdur. Müasir şair, yazıçı və başqa sənətkarlarla görüşlər təşkil etmək, onların və alimlərin çapdan çıxmış əsərlərini topluluğun iştirakı ilə tərəfsiz şəkildə müzakirə etmək, bu əsərlərin xalq üçün nə dərəcədə faydalı, ya zərərli olduğunu üzə çıxartmaq birliyin qarşısında duran vəzifələrdəndir. Bir-lik həmçinin müxtəlif elm və sənət sahələrini, ictimai həyatımızı ehtiva edən tematik müzakirələr açmağa, mənəvi sərvətlərimizi xalq içərisindən toplayıb kitablar halın-da çap etməyə, tarixi abidələrimizin qayğısını çəkməyə çaba göstərəcəkdir. Birliyin bu və buna bənzər tədbirləri həm yeni nəslin, xalqın öz tarixi keçmişi, mədəniyyəti haqqında aydın, dolğun təsəvvür əldə etməsinə, həm mə-nəvi sərvətlərimizin qorunmasına, həm də humanitar elmlərimizin, ədəbiyyatımızın, çeşidli sənət sahələrimi-zin yenidənqurma sosializm şəraitində xəlqiləşməsinə və yeni inkişafına səbəb olacaqdır.

"Çənlibel" elmi-ədəbi könüllülər birliyinin nizam-naməsi aşağıdakı maddələrdən ibarətdir:

1. Birliyin məramnamə və nizamnaməsini qəbul edən, onun fəaliyyətinə kömək etməyə hazır olan hər bir şəxs bu birliyə üzv ola bilər.

2. Birliyə üzv olan şəxs ayda bir manat üzvlük haqqı verməli, imkanı olarsa, birliyə maddi yardım göstərməli, birliyin aylıq və illik yığıncaqlarında iştirak etməlidir.

3. Birliyin məramnamə və nizamnaməsini pozan-lar, onun yığıncaqlarında iştirak etməyənlər birlikdən çı-xarılırlar.

4. Birliyin əsas orqanı ildə bir dəfədən az olmayaraq təşkil edilən birliyin ümumi yığıncağıdır. İcraçı qrup olan birliyin 9 (doqquz) nəfərdən ibarət bürosu ümumi yığıncaq tərəfindən açıq səsvermə yolu ilə seçilir. Büro üzvünün bürodan çıxarılması ümumi yığıncaq tərəfindən həll edilməlidir.

5. Büro birliyin illik fəaliyyət planını tutur, onu ümumi yığıncağın təsdiqinə verir. Yalnız bundan sonra illik fəaliyyət planı icraya qoyula bilər. Büro öz fəaliyyəti üçün ümumi yığıncaq qarşısında sorumludur. İldə bir dəfə öz fəaliyyəti haqqında ümumi yığıncağa hesabat verir və ondan göstərişlər alır.

6. Büro üzvləri öz aralarında:

a)   bir il müddətinə birliyin sədrini  və

b) eyni müddətə birliyin iki nəfərdən ibarət sözçüsünü təyin edir. Sözçülər dövlət idarələrində, radio-televiziya və başqa kütləvi mətbuat orqanlarında birliyin səlahiyyətli nümayəndəsidirlər.

7. Birliyin məramnamə və nizamnaməsi birliyin ümumi yığıncağında təsdiq edildikdən sonra qüvvəyə minir və iki nüsxədə çap edilərək Mədəniyyət İşçiləri Evinin müdirinə təqdim olunur.

«Çənlibel»in emblemi
O. Reşetnikov haqlı olaraq yazır ki, 1986-1987-ci illərdə qeyri-formal birliklər SSRİ-də azadlıq hərəkatının lokomotivinə çevrilmişdilər (8, s. 27). Bu sözləri tam mənasıyla «Çənlibel» təşkilatına da aid etmək olar. «Çənlibel»in ölkədə baş qaldıran Milli Hərəkatın lokomotivinə çevrilməsində M. H. Tantəkinin müstəsna xidməti olmuşdur. O bu prosesin necə baş verdiyini «Acı həqiqətlər»də belə təsvir edir:

«Dövlət Çənlibelin şişərək böyüməsindən rahatsız olmaya bilməzdi. Çənlibelçilər hər yerdə "şovinist", "antisovet", "yenidənqurmanın əleyhdarları", sonralar "ekstremist" adlandırılmağa başlandılar. Gənclərin Çənlibelə gəlməsini və çənlibelçilərin yerlərdə kütlələrlə görüşlər keçirtməsini önləmək üçün,  Akademiya sisteminə, partiya, icraiyyə orqanlarına gizli göstərişlər verildi. Məşğələləri pozmaqdan ötrü yığıncaq günü Azərnəşrin qapısına qıfıl vurulur, zalın işıqları birdən söndürülür, məruzəçi Bakıdan uzaqlaşdırılırdı və s. Bunları qabaqcadan duyaraq, mən də əks tədbirlər hazırlayır, məşğələlərin pozulmasının qarşısını alırdım. Misal olaraq göstərim ki, zalın işıqları qəflətən söndürülən zaman, cavanlara qabaqcadan aldırıb qoydurduğum şamlar çıxarılaraq yandırılırdı. Yaxud məruzəçi aradan çıxarılanda, yerinə ehtiyatda saxladığımız başqa məruzə qoyurduq. Obrazlı desək, dövlətlə Çənlibel bu məsələdə sehrli şəkildə çeşidli cildlərə girərək bir-birinə qarşı mübarizə aparan nağıllardakı şər dərvişlə ağıllı şagirdinə bənzəyirdilər. Şagirdinə yenilən dərviş kimi, çənlibelçilərə hər dəfə udu-zan dövlət, məşğələlərdə qarşımıza özünün dəstə-dəstə provokator, təxribatçı ziyalı əlaltılarını yeritməyə başladı. Biz məntiqi güclü, haqdan gələn səs, sel idik deyin, onları çör-çöp kimi qabağımızdan silib-süpürüb kənara tullayırdıq…

Çənlibel Azərbaycanı o qədər güclü etkiləmişdi ki, Bakıda, rayon bölgələrində, Naxçıvan Muxtar Respublikasında saysız-hesabsız birliklər, cəmiyyətlər, dərnəklər yaranıb xalqçı, milliyətçi istiqamət aldılar.Aldadıcı yenidənqurma, aşkarlıq, demokratiya si-yasətinin astarı üzə çıxmasın deyə, dövlət, başda Çənlibel olmaqla, nə onları susdura, nə qabağında dura bilirdi. Çarə yalnız və yalnız onları ideoloji yöndən tərksilah edib zərərsizləşdirməyə qalmışdı. Dövlətin icazəli bəzi ədəbi "qəhrəmanları", ardınca dövlət adamları özləri həmişə göründükləri radio-televiziyada, dövrü mətbuatda peyda olub, çənlibelçilərin rolunda çıxış etməyə başladılar. Çənlibelin balaca bir zalında bizim qaldırdığımız problemləri onlar radio-televiziya, kütləvi mətbuat vasi-təsilə bütün Azərbaycan miqyasında qaldıraraq, xalqın həqiqi sevimlisinə, qəhrəmanına çevrilirdilər. Bununla da yaxın və uzaq mənzildə xalqın azadlıq mücadiləsini önləmək, boğmaq üçün milli fəaliyyətin öndərliyini əli-mizdən alıb başına keçirdilər. Bəs necə oldu ki, bu adamlar, ümumiyyətlə Azərbaycan ziyalısı 1988-ci ilin meydan mitinqlərində xalq tərəfindən tribunada fitləndilər? Bu, bambaşqa bir məsələdir, bu haqda irəlidə danışı-lacaqdır, hələlik qayıdaq Çənlibel Təşkilatının fəaliyyəti üzərinə.

Dövlətin Çənlibeli ideoloji yöndən tərksilaha girişməsi ilə biz sıradan çıxmadıq, amma çox zəiflədik. Qanımızın arasına Dağlıq Qarabağ olayı girdi. Bakı Şəhər Daxili İşlər İdarəsinin rəisi milis polkovniki Fətulla Hüseynov öz kabinetində bir dəfə bu haqda mənə dedi: "Sizə Dağlıq Qarabağ məsələsi kömək etdi". Dağlıq Qarabağ olayı Çənlibeli düşdüyü ağır durumdan xilas etməklə yanaşı, onun açıq siyasi təşkilata çevrilməsinə nədən oldu. "Sən dövləti aldadıb ədəbi bir cəmiyyəti siyasi təşkilata çevirmisən". Moskvada Lefortov həbsxanasında mənə deyilən bu sözlər DTK əməkdaşı polkovnik Qubinskinindir. Mən icraçı idim, olduğda bu işi həyat özü ortaya çıxarmışdı.

Məhəmməd Hatəmi Tantəkin. Azərbaycan Milli Azadlıq Hərəkatının banilərindən və əfsanəvi isimlərindən biri
Ermənistanda SSRİ-dən ayrılmaq fikri ortaya çıxmışdı. İdeya qonşu Azərbaycan, Gürcüstan respublikalarına adlaya bilər və sonucda imperiyanın Qafqazda dağılmasına gətirib çıxarardı. Bunun qarşısını almaq məqsədi ilə Moskva iki qonşu xalq arasına Dağlıq Qarabağ münaqişəsini soxdu. Azərbaycan və Gürcüstanla əl-ələ verib rus istilasından xilas olmaq əvəzinə, Ermənistan ərazi iştahası ilə bu münaqişəyə boyun əydi.

Münaqişə A. Aqanbekyanın Parisdəki aşağıdakı mətbuat müsahibəsi ilə başladı: "Mən istərdim ki, (respublikanın şimal-şərqində yerləşən) Qarabağ Ermənista-nın olsun. Mən iqtisadçı kimi belə hesab edirəm ki, o, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır" (3). Dağlıq Qarabağ erməniləri elə bil bu müsahibəni gözləyirmişlər, məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir.

Sovet dövründə Azərbaycanın itirilmiş torpaqlarının hamısı xəyanətkar dövlət başçılarımızın əli ilə onabuna dağıdılmışdır. Onların indi də vətənimizin bu gözəl parçasını ermənilərə verməyəcəklərinə xalq içərisində inam yox idi. Dağlıq Qarabağ məsələsinə aşağı dairələrdən əvvəlcə Azərbaycan Dövlət Universitetinin müəllim-tələbə kollektivi arasında, ardınca Çənlibel Təşkilatında reaksiya verilməsi və 19 fevral 1988-ci il tarixində isə İnşaat Mühəndisləri İnstitutu ilə Politexnik İnstitutunun 250-300-ə qədər tələbəsinin Bakıda ilk etiraz nümayişinə çıxmaları bu inamsızlığın ürünü idi. Xatirimdədir, hamı bu nümayişə xalqın dirçəlişi kimi baxır, özəl bir sevinclə bir-birini təbrik edirdilər. Bu tarix Azərbaycanda dirçəliş günüdür, noyabr-dekabr meydan mitinqi yox.

Nümayişçilər Kommunist küçəsindən, Gənclər Meydanından, Neftçilər prospektindən keçərək, Azadlıq meydanına daxil olanda, buraya qoşulan xalqın hesabına sayları 5 mini ötmüşdü. Meydanın bir tərəfində durub mitinqə tamaşa edirdim. Natiqlər biri-birinin ardınca Dağlıq Qarabağla, erməni fitnəkarlığı ilə ilgili qızğın çıxışlar edir, mitinq tərəfindən eyni qızğınlıqla alqışlanırdılar. Burda və Azərbaycan KP MK-nın qabağında vətənsevərcəsinə ən gözəl çıxışı tarix elmləri namizədi Mənsur Əlisoy etdi. Mitinqdən sonra Çənlibel (Nu poqodi) çayxanasında ona dedim: "Bu gün Azərbaycan xalqına atalıq etdin". Cavabında o: "həyatımda cəmi üç saat yaşamışam, o da bu gündür" dedi.

Birdən mitinqə xəbər yayıldı ki, Anar gəlib. Anar "Vətən" cəmiyyətinin sədri yazıçı Elçin Əfəndiyevlə birlikdə mitinqə gəlmişdi. Danışmaq üçün ona söz veriləndə bütün mitinq çılğınlıqla səslənirdi: "Anar! Anar! Anar!" Anarın danışmağa başlamasından yeddi-səkkiz dəqiqə keçməmişdi ki, mitinq iştirakçıları onu, iti məsciddən qovan kimi, tribunadan qovdular. Eyni duruma Elçin düşdü. Səbəb o idi ki, onlar xalqla həmrəyliyə gəlməmişdilər, göndərilmişdilər ki, mitinqi dağıtsınlar. Buna nail olmadıqda, Anar başladı sızıldamağa: "Xalq öz yazıçısına qulaq asmalıdır". Onun bu sözünə haqq qazandırıram. Ancaq amması var. Azərbaycan sovet yazıçısı, şairi 70 illik bolşevik-kommunist rejimi dövründə nəinki xalqı ilə heç vaxt bir yerdə olmamış, əksinə xalqını kölə kimi işlətməkdə, onun mənəviyyatında təxribatçılıq işi aparmaqda müstəmləkəçi düşmən dövlətə sadiq yardımçı olmuşdur. Yaradıcılığı formaca milli, məzmunca sosialist, partiyalı, internasionalist prinsipə tabe tutulub millilikdən, xəlqilikdən uzaq olan Anar bu şair-yazıçılardan heç nəyi ilə fərqlənmir. Bu, bir yana dursun. Bir yazıçı ki, dövləti dağıdılmış, yurdu istila olunmuş, torpaqları ona-buna pay-püş edilmiş, özü köləyə döndərilmiş məzlum, yazıq, hüquqsuz xalqının 70 ildə bir kərə güclə ayağa qalxıb vətəni müdafiə etməsinə mane ola, ona nə ad verəsən?! Yox, mən xalqın Anarı təhqir etməsinə haqq qazandırıram. Yeri düşmüşkən qeyd edim ki, M. Ə. Rəsulzadənin "Qara gün münasibətilə" məqaləsində (4) adlarını vaxtilə ikrahla yad etdiyi adda-budda Anarlar, münbit şərait səbəbilə, bu gün sürülərə dönmüşdür. Bunlar sapı özümüzdən olan baltalar, xalqı içindən yeyən mirgənələrdir.

Nümayişçilər mitinqi Mərkəzi Komitənin qabağında davam etdirmək istəyilə, gəldikləri Neftçilər prospekti ilə ora yönəldilər, mən də aralarında. Biz MK-nın qabağına çatanda gördük ki, Anarla Elçin özlərini çoxdan buraya yetirmişlər. Mirzə İbrahimovla Süleyman Rüstəm də yanlarında idilər. Onlar dördü birlikdə çox çabaladılar, dəridən-qabıqdan çıxdılar, mitinqi dağıda bilmədilər. Məlum oldu ki, imperiya təbliğat maşınının uzun illər boyu xüsusi ədəbi istedad, xüsusi vətənsevər kimi reklamlaşdırdığı bu xalq "sevimlilərinin" xalq yanında dəyərləri yoxmuş.

Mitinqi dağıtmağa dövlət adamları özləri girişdilər, yenə bir şey çıxmadı.

Natiqlər biri-birinin ardınca əvvəlki ehtirasla çıxış edirdilər. Kirimişcə dayanıb onlara qulaq asır, daxili bir sevinclə mitinqi seyr edirdim. Tribunada dayandığım yer həm mitinqçilər, həm dövlət adamları tərəfdən yaxşı görünürdü. Bilmirəm necə oldusa, dövlət adamlarının altdan-altdan mənə baxdıqlarını sezdim (onlar Çənlibelə görə məni pis tanımırdılar). Nə üçün mənə baxdıqlarından əvvəl-əvvəl bir şey anlayamadım. Sonra hiss etdim ki, nümayişin təşkilində barmağım olduğundan şübhələniblər. Mitinqdə mənimlə ilgili baş verəcək bəzi şeylər onlarda buna şübhə qoymayacaqdır.

Heç gözləmədiyim bir şəkildə Ağası Hunun başçılığı ilə mitinqin içərisində bir dəstə çənlibelçi, ardınca bütün mitinq qəflətən gurlamağa başlamadımı: "Hatəmi! Hatəmi! Hatəmi danışsın!" Düzü özümü itirdim. Nə edəcəyimi bilmədim. Gördüm ki, dövlət adamları mənalı-mənalı məni süzürlər. Özümə aldırmadım. Mitinq danışmağımı tələb-təkid edib dururdu. Yolu yox idi, gərək danışaydım. Meqafon Azərbaycan KP MK-nın katibəsi Svetlana Qasımovanın əlindəydi. Əlimi atdım ki, meqafonu ondan alaraq danışım, geri çəkilib vermədi. Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri Əfrant Daşdəmirov və bir neçə başqası S. Qasımova ilə arama girərək, meqafonu məndən lap uzaqlaşdırdılar. Açıq-saçıq bir həyasızlıqla danışmaqdan məhrum edilmişdim. Xalqı intizarda qoymayıb, hərəkətimlə də olsa ona bir söz deməliydim. Mitinqə sarı çevrilərək, əsəbiliklə düyümlənmiş yumruğumu havada yelləməyə başladım. Eyni hərəkətlə mənə cavab verən xalq, onu birliyə, mübarizəyə səslədiyimi göydə almışdı. Meydanlarda yumruq tutulmasının tarixçəsi belə başlamışdır. Sonralar AXC-nin Sirus Təbrizli kimi tipləri onu "qələbə" anlamındakı "viktoriya" sözünün baş hərfini ifadə edən açıq ikibarmaq hərəkətilə əvəz etməyə çalışdılar. Fəqət başaramadılar.

Mitinq onun təşkilatçılarının iradəsi altından çıxıb, mənim şəxsimdə çənlibelçilərin iradəsi, hökmü altına girmişdi. Bunun sonucu idi ki, əlimə aldığım panamamın bir hərəkəti ilə heç kimin dağıda bilmədiyi mitinqi Kommunist küçəsinə yönəldib sona çatdırdım, axşam saat beşə yaxın.

Belə fikirləşirəm ki, Çənlibel bu tarixdən etibarən açıq siyasi təşkilata çevrilmişdir» (2, s. 12-16).
Qaynaqça


  1. Bahadır X. Onun regionu yox idi. “Türkel” Araşdırma Qrupu, 17 iyun 2016 (http://www.turkel-aq.org/2016/06/17/xaliq-bahadir-onun-regionu-yox-idi/).

  2. Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.

  3. "Humanite" qəzeti, 18 noyabr 1987.

  4. "Qurtuluş" qəzeti,1936, №18.

  5. Барсенков А.С., Вдовин А.И., Воронкова С.В. История России XX – начала XXI века / под ред. Л.В. Милова. – М. : Эксмо, 2007.

  6. Вебeр А. В. Подготовка и провал августовского путча // Два путча и распад СССР. М., 2011, s. 29-60.

  7. Пихоя Р.Г., Соколов А.К. История современной России: кризис коммунистической власти в СССР и рождение новой России. Конец 1970-х – 1991 гг. – М.: РОССПЭН, Фонд Первого Президента России Б.Н. Ельцина, 2008.

  8. Решетников О. М. Неформальные объеденения в СССР в годы перестройки. «Власть», 2009, 11, c. 26-28.

  9. Шубин А.В. Преданная демократия. СССР и неформалы (1986–1989). – М. : Европа, 2006.

«Çənlibel» təşkilatının yaranması və Azərbaycanda milli mücadilənin açıq forma alması

Azərbaycan Milli Azadlıq hərəkatının beşiyində duran «Çənlibel» təşkilatının yaranması ilə ölkəmizdə rus imperializminə qarşı zaman-zaman gizli və ya aşıq şəkildə davam emiş mübarizə açıq və davamlı şəkil almış oldu. Təşkilatın yaranması tarixçəsini Məhəmməd Hatəmi Tantəkin qısa şəkildə belə anladır:

«Bəxtiyar Tuncayla Tofiq Rəsulov "Qızıl Qoç" adlı dərnək yaratmaq fikrinə düşüblərmiş. Mirzağa Əliyev adına İncəsənət İnstitutunun tələbəsi Ənvər Yusifoğlu onları yanıma gətirdi ki, dərnəyi birlikdə yaradaq. Razılaşdım. Ancaq "Qızıl Qoç" adı xoşuma gəlmədi. Ad haqqında bir neçə gün düşünüb daşındım.

Qərara gəldim ki, "Koroğlu" qoyum. Mifoloq dostum Məmməd Elli dedi: "Çənlibel olsa yaxşıdır". O, dərnəyə ürəyimdən olan uğurlu, mənalı ad tapmışdı. Sevindim və oradaca razılaşdım. Dərnəyin adını fəaliyyətimizin gedişində əvvəlcə "Çənlibel xalq sənəti və folklor həvəskarları birliyi" şəklində formalaşdırdıq, sonra onu "Çənlibel Elmi - Ədəbi Birliyi" adlandırdıq. Amma hər yerdə ona "Çənlibel Təşkilatı" deyilirdi. Bu ad DTK əməkdaşlarını əsəbləşdirəcəkdir. Deyəcəklər: "Koroğlu Çənlibeldə öz dəlilərilə vətənimizin azadlığı uğrunda mübarizə aparmışdır. Vətənimiz indi azaddır. Bu nə addır qoymusunuz, nə demək istəyirsiniz?" Nə demək istədiyim adda öz ifadəsini tapmışdı» (4, s. 22).

Mərhum Məhəmməd bəyin yığcam şəkildə verdiyi bu məlumat ümumi təsəvvür yaratsa da, sevimli oxucularda bu barədə təsəvvürü bir qədər də genişləndirmək üçün deyilənlərə vaxtilə «Yeni Müsavat» qəzetinə vermiş olduğum bir müsahibəmdə dilə gətirdiyim şəxsi xatirələrimi də cüzi korrektə ilə əlavə etməyi lazım bilirəm:

«Azərbaycan Sovetlər Birliyinə daxil olan gündən ta Milli Azadlıq hərəkatı başlayan günə qədər sovet quruluşuna etirazlar olub. Sadəcə proses daha çox gizli şəkildə davam edib. Üzə çıxan etirazları kommunist rejimi ən sərt tədbirlərlə cəzalandırıb. 80-ci illərin sonlarında yaranan milli-azadlıq hərəkatı gözlə görünən şəkil almazdan öncə gizli təşkilatlar formasında var idi. Gizli təşkilatların sayları az deyildi….

Milli Azadlıq hərəkatının ilk leqal təşkilatı “Çənlibel” olub. Bu qurumun yaradılması ilə bağlı da müxtəlif iddialar var. Proses mənim gözlərimin qarşısında baş verib. O zaman bir qrup milli görüşlü insan bulvarda “Nu poqodi” adlı çayxanada toplaşırdı. Məhəmməd Hatəmi, Sabir Yanardağ, Şamil Saleh, Əbülfəz Əliyev (o zaman hələ ona Elçibəy demirdilər), Vurğun Əyyubov, Ənvər Börüsoy, rəssam Tofiq Rəsulov, Fuad Ağayev, Məmməd Elli, İsfəndiyar Coşğun davamlı olaraq o çayxanada toplaşırdılar, əsasən Azərbaycanın tarixi, Rusiyaya necə birləşdirilməsi, Azərbaycan Xalq Cümhuriyəti ilə bağlı elmi diskussiyalar apardılar. O dönəmdə bu haqda danışmaq həm yasaq, həm də təhlükəli idi…

Mən o cameədə özümə ən yaxın Fuad Ağayevlə Tofiq Rəsulovu bilirdim. Artıq Qorbaçovun “aşkarlıq və yenidənqurma”sı başlamışdı və hüquq-mühafizə orqanları yeni şəraitdə necə davranacaqlarını bilmirdilər. İstər-istəməz azad söz üçün müəyyən mühit yaranmışdı. Repressiyaları görməyən gənc nəsil ümumiyyətlə heç nədən qorxmurdu.

Mən İncəsənət İnstitunu bitirmişdim. Keçdiyim dərslər arasında klub işi də var idi. Sovet qanunları klubların tərkibində dərnəklər yaradılmasına imkan verirdi. Fuad Ağayev və Tofiq Rəsulovla müzakirələr zamanı klublardan birinin tərkibində dərnək yaratmaq qərarına gəldik. Artıq bəlli idi ki, yalnız çayxanalarda toplaşmaqla məqsədimizə çata bilmərik. Qərar gəldik ki, dərnəyin adını şərti olaraq “Qızıl qoç” qoyaq. Onda gənclərin ən çox etibar, etimad etdiyi şəxs Məhəmməd Hatəmi idi. Hatəmi cəsarətinə görə bizim simpatiyamızı qazanməşdı. İdeyamızı Hatəmiyə bildirəndə o, bir az şübhə ilə yanaşdı və bizə dedi ki, cavansız, aşkarlığa, yenidənqurmaya inanmısız, ancaq bunlar boş şeylərdir. Amma siz bu dərnəyi yarada bilsəz, buna sevinərəm və dəstək verərəm. Razılıq alınmışdı və biz artıq institut yoldaşlarımdan klub müdüri və ya bədii rəhbər olan bir nəfəri tapmalıydıq. Soraqlaşdım, “Azərnəşr”in 3-cü mərtəbəsində yerləşən klubda bədii rəhbər işləyən İsabala adlı tələbə yoldaşımı tapdım. Getdik onun yanına. Onda klublar belə təşəbbüslərə sevinirdilər, çünki hesabat vermək üçün normal işləri olmurdu. Razılıq alandan sonra geniş tərkibdə dərnək yaradılması məsələsini bir də müzakirəyə çıxardıq. Etirazlar ancaq təşkilatın adı ilə bağlı idi – “Qızıl qoç”u bəyənmirdilər…

Şair dostumuz Məmməd Elli “Çənlibel” adını təklif etdi. Ad hamımızın xoşuna gəldi. Biz də dərnəyin nizamnaməsini bu ad əsasında formalaşdırdıq və kluba təqdim elədik. Qısa müddətdə dərnək yaradıldı və ilk toplantı təyin olundu. Açiğı toplantıya marağın olub-olmayacağı, adam yığa biləcəyimizlə bağlı şübhələrimiz vardı. Çünki geniş kütlələr hələ də milli məsələlərdən danışmağa çəkinirdilər. Bizə elə gəlirdi bu millətin dərdini elə 5-6 nəfər biz çəkirik. “Azərnəşrin” klubu bizə xeyli kömək elədi, – bu əslində onların işi idi, – afişalar çap edildi, şəhərin mərkəzi küçələrinə vuruldu. Bu afişaların hesabına milli düşüncəsi olan insanlar “Çənlibel”in ilk iclasına gəldilər. Nəinki 300 nəfərlik zal doldu, xeyli insan da ayaq üstə yığıncağı sonadək izlədi…

Bu işlər qanuni idi. Klubun belə hüququ var idi, ona görə də problem yaşanmadı. Bilirdik ki, ayaq üstə duranların yarısı hökumət adamları idi, bununla belə çox ciddi mesajlar verən çıxışlar oldu. İlkin mərhələ keçilmişdi» (3).

M. H. Tantəkin yazır: «İstəyirdim Bəxtiyar Tuncay təşkilatın sədri olsun. O, "Mən DTK-nın qara siyahısındayam. Ona görə mənim sədr olmağım təşkilata zərər gətirə bilər" deyib, imtina etdi. Əlacsız qalıb özüm sədr olmaq fikrinə düşdüm. Buna da İsfəndiyar Coşğun (O, Çənlibelin üzvü deyildi) razı olmayıb dedi: "Sədr sən olsan qoymayacaqlar iş görəsən. Yaxşısı budur Vurğunu sədr et, onun arxasında öz işini gör"» (4, s. 22-23).

M. H. Tantəkin haqlıdır. Amma, məncə, o bir qədər yanlışlığa yol verir. Həmin hadisə bu sətirlərin müəllifinin xatirində belə qalıb: «Təşkilata rəhbər seçməli idik. Məsələni öncə üçlükdə - Məhəmməd Hatəmi, İsfəndiyar Coşğun və mən öz aramızda müzakirə etmək qərarına gəlmişdik. Mən Hatəmiyə dedim ki, ağsaqqal sizsiz, siz də sədr olun. Hatəmi cavab verdi ki, mən sovet vətəndaşı deyiləm, üstəlik “KQB”-nin qara siyahısındayam, sədr sən ol. Mən də əsgərlikdə olanda antisovet təbliğatına və milliyyətçiliyə görə “KQB”-nin qara siyahısında idim, ona görə də sədrliyim diqqət cəkəcəkdi. Biz elə bir şəxs seçməli idik ki, hökumətdə qıcıq yaratmasın. İsfəndiyar Coşğunun təklifi ilə Vurğun Əyyubun namizədliyinin üzərində dayandıq» (3).

«Çənlibel»in ilk, təsis iclasını M. H. Tantəkin belə xatırlayır:

«Çənlibel Təşkilatının ilk təsis iclası Azərnəşrin üçüncü mərtəbəsindəki kiçik zalında oldu, 17 fevral 1987-ci il tarixində. İclasda bir neçəsi qız olan 27 gənc iştirak edirdi. Gənclərin əksəri Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin tələbələri idilər.Bu iclasda, qeyri-rəsmi fəal çənlibelçi olan, Tofiq Türkel də iştirak edirdi. İclası mən aparırdım. Üç saat, üç saat yarım davam edən iclasda təşkilatın ilkin proqramı qəbul edildi (onu Tuncay yazmışdı), Ənvər Yusifoğlu, Tofiq Rəsulov, Ağası Hun, Bəxtiyar Tuncay, Fuad Ağayev, Vurğun Əyyubovdan ibarət təşkilatın idarə heyəti seçildi və Vurğun Əyyubovu ona sədr təyin etdirdim. Adım heç yerdə görünməsin, iş görə bilim deyə, özümü heyətin tərkibinə salmadım» (4, s. 23).

M . H. Tantəkin xatirələrinə belə davam edir: «Tofiq Rəsulova Çənlibelin emblemini hazırlatdım. Təşkilatın himni kimi seçdiyim Ü. Hacıbəyovun "Koroğlu" operasının uvertürasını sevimli türk oğlu Ağası Hunla, qardaşım Tomrid Hatəmiyə tapdırıb lentə köçürtdürdüm. Çənlibelin ümumi yığıncaqlarında onu qardaşım Tomrid səsləndirirdi. Uvertüra çalınanda hamı bir nəfər kimi ayağa qalxırdı. Çənlibel Təşkilatından örnək götürən siyasi, ictimai müxtəlif təşkilatlar, cəmiyyətlər sonarlar onu meydan mitinqlərində, iclaslarda, yığıncaqlarda, tədbirlərdə, görüşlərdə səsləndirdilər. Birinci dəfə həbsdən çıxanda onu hətta toylarda çalınan gördüm. Bu, onun sevindirici bariz nişanəsi idi ki, siyasi həyat, milli azadlıq hərəkatı xalqımızın bütün təbəqələrinin qanına işləmişdir. Bu yoldan onu kimsə döndərəməzdi. Uvertüranı siyasi musiqi kimi, Çənlibel Təşkilatından sonra Azərbaycan Teatr Xadimləri İttifaqının aktyor evində ilk səsləndirən adam sənətşünas Azad Əligil olmuşdur.

Ənvər Yusifoğlu və Ağası Hun təbliğat, təşviqat, adamların Çənlibelə cəlb edilməsi, afişaların şəhərə dağıdılması işlərinə baxırdılar. Ümumiyyətlə onlar və Tofiq Rəsulov Çənlibel üçün çox işlər gördülər.

Təşkilatın ayda 4 dəfə heyət iclası, bir dəfə isə ümumi yığıncağı olurdu. Ümumi yığıncağa məşğələ də deyilirdi. Məşğələlərdə məruzələr qoyulur, vətənsevər saydığımız şair, yazıçı, alim, aktyor şəxsiyyətlərlə görüşlər təşkil edilirdi. Bu əsas işə mən özüm yüklənmişdim» (4, s. 23-24).

M. H. Tantəkinin aşağıdakı xatirələri də çox maraqlıdır:

«Təşkilat rəhbərliyinin səviyyəli ziyalılara, bilginlərə ehtiyacı vardı.  Tarix elmləri  namizədi Əbülfəz Əliyevi, dostu, hüquq elmləri namizədi Yaşar Əliyevi buraya cəlb etmək istədim… Yaxın durmadılar. Əbülfəz bəy açıq-açığına dedi: "Həbsxanadan çıxan vaxt siyasi işlərə qoşulmayacağım barədə dilimdən iltizam verminşəm"… O, təşkilatın ümumi yığıncaqlarına… o vaxt ayaq açmağa başladı ki, Çənlibel adı Azərbaycanda artıq hər yanı bürümüşdü.

Çənlibel Təşkilatının ilk məşğələsi öz fəaliyyətinə mənim "Kuşanların türklüyünü sərgiləyən mədəniyyət" məruzəmlə başlamalı idi. Məruzəyə dinləyici cəlb etmək üçün, başda Ənvər, Ağası Hun olmaqla, gənc çənlibelçilər - Koroğlu nəvə-nəticələri ali məktəblərdə, zavod-fabriklərdə doğrudan qızğın işə başladılar. Metroların girəcəklərinə, ali məktəblərin qabağına, şəhərin qələbəlik-tündlük yerlərinə əllə yazılmış afişalar yapışdırdılar. Klubun müdiri Heybət bəy Məmmədbəyli bu haqda qəzetə elan verdirdi. Çənlibelin fəaliyyətinə şərait yaratdığı üçün bu gözəl insanı çox sıxma-boğmaya salacaqlar.

Bu qədər fəaliyyət qarşısında… adam toplana bildi. Çoxu cavanlar idi. Bilginlərdən Mirəli Seyidov, Xudu Məmmədov, Lətif Kərimov, Kübra xanım Əliyeva, Tofiq Məmmədov və b. iştirak edirdilər.

Sovet türkologiyasının SSRİ-də yaşayan türk xalqlarının tarixini, mədəniyyətini saxtalaşdırmağı özünə iyrənc peşə seçməsi indi kimsəyə qaranlıq deyildir. Buna cavab olaraq, türk xalqlarının əzəmətli əski mədəniyyəti və kuşanların türk kimliyi məruzədə ortaya tökülmüşdü.  Məqsədim dinləyicilərdə milli duyğu, ruh, şüur yaratmaq idi. Ümumiyyətlə etdiyim və etdirdiyim məruzələr, təşkil etdiyim görüşlər bu istəyə tabe tutulmuşdu. Çünki bu, azadlığa gedən yolun kutlu başlanğıcı idi.

Çənlibel üzvlərinin, dinləyicilərinin sayının artmasında ilk məşğələ mühüm rol oynadı. 21.06.1987-ci il tarixindəki növbəti məşğələyə Abbas Acalovun "Şu-mer-Azərbaycan əsatir və folklor bağlılıqları" məruzəsini dinləməyə gələnlərin sayı 270-i adlamışdı.

Məruzənin müzakirəsi zamanı araya gələn şumerlərin kimliyi məsələsi çənlibelçilərlə professor Mirəli Seyidov arasında ciddi fikir ayrılığı törətdi. Şumerlərin türklüyünü inkara qalxışan professorun kəskin şəkildə əleyhinə çıxdıq. Hörmətli bilgin özünü təhqir edilmiş hesab edərək zalı tərk etdi. Mirəli müəllim və pərəstişkarları orda-burda bizi pisləyə-pisləyə, bizi dilə-dişə sala-sala Çənlibeli az təbliğ etmədilər. Rəhmətlik hər məni görəndə zarafata salıb çənlibelçiləri "banda" ("xuliqan, quldur dəstəsi") adlandırırdı.

Özümüzə qəribə peşə seçmişdik. Biri-birindən ehtiraslı, qızğın keçən elə bir məşğələ olmurdu ki, orada məruzəyə, görüşə uyğun gəldi-gəlmədi, ortaya söz-söhbət, məsələ atıb Azərbaycanın Stalin, durğunluq dövrü həyatının iyrənc cəmdəyinə o ki var döşəməyək, əlbəttə, yenidənqurma kursunun arxasında gizlənərək. Yetmiş illik totalitar kommunist rejimi dövründə görünməyən sensasiyalı bu şey, milli ruhlu Çənlibeli tez bir zamanda cəmiyyətin diqqət mərkəzinə çevirdi, onu respublikanın hər yerində yayqınlaşdırdı və gənclərin, müxtəlif yaşda, sənətdə insanların buraya axmasına nədən oldu. Məşğələlərə hələ rayonlardan nə qədər adamlar gəlirdi! İndi nəinki zal, zalın keçidləri, eyvanları belə adamla dolu olurdu.

Bizə bağlanmağa gələn Nemət Pənahovu mən Çənlibelin belə bir vaxtında tanımışam. Xoşuma gəldiyindən onu çənlibelçilərin sırasına almışam» (4, s. 24).

Məhəmməd bəyin dediklərinə «Yeni Müsavat» qəzetinə vermiş olduğum müsahibədən bir fraqmenti də əlavə etməyi məqsədəuyğun hesab edirəm:

«- Bəxtiyar bəy, biz keçən il KQB polkovniki Eldəniz Əliyevlə müsahinə hazırlamışdıq, o deyirdi ki, artıq ilk yığıncaqdan “Çənlibel” dinlənilirmiş. Bundan xəbəriniz var idimi?

- Təbii, anlayırdıq ki, KQB prosesi tamamilə nəzarətdə saxlamağa çalışırdı. Ancaq bayaq dediyim kimi, heç bir qorxumuz yox idi. Sumqayıt hadisələrindən 1-2 gün sonra bizin növbəti toplantımız olmalı idi. Düzü, biz Sumqayıtda nələr baş verdiyini bilmirdik. Onda xəbərlər indiki kimi ildırım sürətilə yayılmırdı... Bir neçə ayda “Çənlibel”də geniş şəbəkələşmə getmişdi, universitetdə, xeyli rayonda hərəkatın özəkləri yaradılmışdı. Toplantı başlamazdan qabaq gördük ki, milis bütün binanı mühasirəyə alıb. Bizi içəri buraxmaq istəmirdilər. Milislər dedi ki, Sumqayıtda etnik zəmində provokasiyalar olub, toplantılar yasaqlanıb. Amma qarşıdurma yaranmasın deyə, sonda geri çəkildilər. Onda anladıq ki, biz artıq hökumətin ehtiyat etdiyi gücə çevrilmişik.

Yeni Müsavat” qəzetinə “Çənlibel”lə əlaqədar müsahibə verdiyim an


Download 12,01 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   39




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish