Bəxtiyar Tuncay DÜnyani siLKƏLƏYƏN 17 GÜn baki 2016 I fəSİL


«Çənlibel»dən meydanlara uzanan yol



Download 12,01 Mb.
bet8/39
Sana26.06.2017
Hajmi12,01 Mb.
#16001
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

«Çənlibel»dən meydanlara uzanan yol

Bəli, «Çənlibel» təşkilatının tarix səhnəsinə çıxışına qədərki dövrdə də Azərbaycan xalqının, xüsusən də ziyalıların rus-sovet imperializminə qarşı zəngin milli mücadilə tarixi var. Fəqət bu tarixdə yaradılan gizli təşkilatların, görülən işlərin heç biri uğura gətirib çıxmamışdır. «Çənlibel»in tarix səhənəsinə çıxdığı ərəfədə də Semaşko adına xəstəxananın həkimi, əslən Güney Azərbaycandan olan Babək Ədalətinin başçılıq etdiyi gizli «Şah İsmayıl Xətai» adlı bir təşkilat fəaliyyət göstərirdi və üzvlərinin də sayı bir xeyli çox idi. «Çənlibel» yarandıqdan sonra təşkilat, demək olar ki, fəaliyyətini dayandırdı və üzvlərinin çoxu tədricən Məhəmməd Hatəminin ətrafında toplaşmağa başladı. Həmin günlərdə Firudin Cəlilov (Ağasıoğlu), Əbülfəz Əliyev (Elçibəy) və əslən Güney Azərbaycandan olan, Azərbaycan Dövlət Universitetində hüquqdan dərs deyən İsmayıl Təriqpeyma da bir araya gələrək, öncə gizli, sonra isə açıq fəaliyyət göstərən «Varlıq» təşkilatı qurmuşdular. Fəqət bu təşkilat da heç bir ciddi fəaliyyəti ilə yadda qalmadı.

Firudin Cəlilob (Ağasıoğlu). “Varlıq təşkilatının qurucularından biri
Bəs, nədən «Çənlibel» uğur qazandı?

Çünki bunun üçün tarixi şərait yetişmişdi. Bir yandan M. Qorbaçovun «Yenidənqurma» və «Aşkarlıq» siyasəti açıq fəaliyyət göstərməyə, fikrini, qismən də olsa, açıq şəkildə ifadə etməyə imkan verirdi, digər yandan da ermənilərin təxribatçı fəaliyyətləri xalqımızı birləşərək hərəkətə keçməyə, kütləvi şəkildə siyasi mübarizəyə qoşulmağa sövq edirdi. Üstəlik də iş görmək əzmində olan bütün passionar ruhlu ziyalı və gənclər məhz «Çənlibelin» ətrafında birləşmişdilər.

Məlum olduğu kimi, 1988-ci ilin fevral ayının 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) rəhbərliyi vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-yə verilməsi haqda Sov. İKP MK-ya müraciət etdi. Bu Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq şəkildə təcavüz idi. Sov. İKP MK 24 mart 1988-ci ildə bu müracətə cavab olaraq bəyan etdi ki, bu kimi tələblər Azərbaycan və Ermənistan zəhmətkeşlərinin mənafelərinə ziddir və millətlərarası münasibətlərə ziyan vurur. Elə həmin andan da Yerevanda və Ermənistanın digər şəhərlərində, eləcə də DQMV-də nümayişlər və mitinqlər gücləndi. Xankəndində, Yerevanda on minlərlə erməni küçələrə və meydanlara axışaraq dövlətə təzyiq göstərməyə cəhd etdilər. Yerevanda günlərlə müəssisələr işləmədi, Dağlıq Qarabağda isə iş tamamilə dayandırıldı. «Separatçılar camaatı məcburi mitinqlərə təhrik edir, getmək istəməyənləri xalq arasında biabır edirdilər. Balaca uşaqlar belə meydanlarda “miatsum” (birlik) qışqıraraq, özlərini faşist Almaniyasının “hitelyugend” uşaq təşkilatının üzvləri kimi aparırdılar. Qarabağda yaranan iğtişaşlara “Krunk” və “Qarabağ” separatçı təşkilatları rəhbərlik edirdilər…

Əlbəttə, “Qarabağ problemi”nin ortaya atılmasını təkcə imperiya rəhbərlərinin üzərinə yıxmaqla ermənilərə haqq qazandırmaq olmaz. Qeyd edək ki, siyasi boşboğazlıqların ssenarisi Moskvada imperiyanın müxtəlif institutları tərəfindən hazırlanıb, həyata keçirilməsində isə şübhəsiz ki, son iki əsrə yaxın bir dövrdə rus müstəmləkəçiliyinin Qafqazda əsas dayağı olan ermənilərdən istifadə olunurdu. Eyni zamanda ermənilər də öz növbələrində yaranmış əlverişli şəraitdən bacarıqla istifadə edərək, illər boyu hazırladıqları “Böyük Ermənistan” ideyasını həyata keçirirdilər. Sovet İttifaqı Kommunist Partiyasının dövlət orqanlarında rəhbər vəzifə tutan erməni və ermənipərəst qüvvələrə, ABŞ-da, Fransada və dünyanın bir sıra nüfuzlu dövlətlərində formalaşmış, iqtisadi-siyasi cəhətdən güclü erməni lobbisi dayaq dururdu.

DQMV-də yaşayan ermənilər, guya, sosial-iqtisadi vəziyyətlərinin ağırlığını və hüquqlarının pozulmasını bəhanə edərək, Azərbaycanın tərkibindən çıxaraq Ermənistana birləşmək istəklərini meydanlarda, mitinqlərdə elan edirdilər ki, bu da sadəcə, quru böhtandan savayı bir şey deyildi. On illər ərzində Qarabağ erməniləri Azərbaycanın digər bölgələrindəki azərbaycanlılardan qat-qat yaxşı yaşayırdılar. Onların iqtisadi həyatlarını daha da varlı etmək üçün hətta Azərbaycan hökuməti 1976-cı ildən etibarən onlara iqtisadi müstəqillik vermiş, Dağlıq Qarabağ Muxtar Vilayətinin mədəni və sosial tərəqqisinin yüksəldilməsi haqqında xüsusi qərar da qəbul etmişdilər. Həmin qərara əsasən DQMV-nin təsərrüfatları istehsal etdikləri məhsullardan özləri sərbəst istifadə hüququ qazanmışdılar, yalnız onu demək kifayətdir ki, onlar üzümü və taxılı hara istədi sata bilərdilər. Və həmin qərara uyğun olaraq Dağlıq Qarabağ Muxtar Vilayətində bir neçə elmi idarə, institut açıldı. Yeni nəhəng müəssisələr tikildi. Vilayət başdan-başa elektrikləşdirildi və qazlaşdırıldı. Yeni yollar çəkildi, abad yaşayış binaları tikildi. Çox təssüf ki, bu idarələrdə, institutlarda və müəssisələrdə işləmək üçün ixtisaslı kadrlar da Ermənistandan gətirildi.

Ermənistan Ali Sovetinin sessiyasının isə DQMV-nin Ermənistana birləşdirilməsi haqda qərar qəbul etməsi, faktiki olaraq, Ermənistan-Azərbaycan müharibəsinin başlanğıcına rəvac verdi. Bu hadisədən az sonra, Ermənistanda yaşayan Azərbaycan türkləri oradan qovuldu. Yüz minlərlə soydaşımız öz doğma el-obasından didərgin düşərək dədə-baba torpağında qaçqına çevrildi. Bütün bunlar da 1988-ci ildə erməni separatçılığına rəvac verən amillərdən ən birincisi oldu.

Ermənilər respublikamızda yaranmış qarışıqlıqdan istifadə edərək xalqımıza qarşı müxtəlif təxribat xarakterli tədbirlər həyata keçirməyə müvəffəq oldular» (1, s. 168-169). Bu təxribatların fonunda ermənilər tərəfindən törədilmiş Sumqayıt hadisələrini xüsusi qeyd etmək lazımdır.

1988-ci il fevral ayının sonlarında Sumqayıt şəhərində baş verən hadisələr ermənilərin və havadarlarının Azərbaycan xalqı ilə bağlı beynəlxalq ictimaiyyətdə mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərindən biri idi. Həmin hadisələr zamanı Sumqayıtda müxtəlif millətlərdən olan 32 nəfər həlak olmuş, 400-dən cox insan bədən xəsarəti almış, 200-dən cox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmışdı (7).



Sumqayıt hadisələrindən bir fraqment
1988-ci il fevral hadisələrindən sonra M. Qorbacov yüksək dairələrdə Sumqayıt faciəsinə siyasi qiymət verilməsinin qarşısını aldı. Cunki o vaxtlar Sumqayıt hadisələrinə siyasi qiymət verilsəydi, həmin əməliyyatın yüksək dairələrdən idarə olunması faktı ortaya cıxa bilərdi. SSRİ-nin milli münaqişələr zəminində dağıdılması ssenarisinin əsl müəllifləri ittiham olunardı, Sumqayıtda törədilmiş iğtişaşların Dağlıq Qarabağ problemi ilə bağlılığı uzə çıxardı. Bir də ermənilərin dunyaya bəlli olan iç üzləri acılardı. Hələ bir vaxtlar ermənilərin vəhşiliyindən dəhşətə gələn fransız jurnalisti Jan-İv yazırdı: “Mən muharibədə cox şeylər olduğunu, alman əsgərlərinin qəddarlığını eşitmişəm. Amma ermənilər onları ötüb keciblər. Onlar 5-6 yaşlı uşaqları, dinc əhalini vəhşicəsinə ölduüruürlər”. Əslində dunya ictimaiyyəti erməniləri belə tanıyır: zalım, qəddar, qanicən, bir sozlə, umumbəşəri bəla kimi... (7).

Ə. Nəcəfxanlı haqlı olaraq yazır ki, «bu hadisələr SSRİ Dovlət Təhlükəsizlik Komitəsinin ermənilərin özlərilə birgə təşkil etdiyi və həyata kecirdiyi ssenarinin tərkib hissəsi idi. Hadisələrin baş verməsində Sumqayıtda yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xususi rol oynayıb.

Yeri gəlmişkən, Vladimir Jirinovski SSRİ-nin cökməsinin başlanğıcı olan Sumqayıt hadisələrində, ilk növbədə, Mixail Qorbaçovu müqəssir sayaraq bildirmişdi ki, o, ABŞ-ın cəsusudur. Jirinovski açıq şəkildə deyib ki, “Sumqayıt faciəsində Qorbacovla yanaşı, kecmiş SSRİ DTK-sı, Hərbi Sənaye Kompleksi də məsuliyyət daşıyır. Ermənistan isə böyük bir oyunda alət olduğunu dərk edir, lakin buruzə vermək istəmir. Cunki torpaq iddiasındadır”.

Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan da etiraf edirdi ki, “Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu”. Bu hadisələri Moskvanın törətməsini SSRİ Dovlət Təhlukəsizlik Komitəsinin o vaxtkı sədri N. Kryuçkov da etiraf etmişdi.

Fevralın 27-də axşam SSRİ Baş prokurorunun müavini A. Katusev Mərkəzi televiziyanın proqramında məlumat verdi ki, fevralın 22-də Əsgəran yaxınlığında iki azərbaycanlı həlak olub. Ölənlərin milliyyətinin bilərəkdən vurğulanması, təsdiq edildiyi kimi, qisasçılıq hərəkətlərinə başlamaq üçün qığılcım təsiri yaradıb» (5).

Əlbəttə, Ə. Nəcəfxanlının yazdıqlarının bir qismi siyasi mülahizələrdən başqa bir şey deyil, sənədlərin, xüsusən də Sov. İKP MK-nın Sumqayıt hadisəsinə həsr edilmiş məxfi toplantısının stenoqramı məsələnin bir qədər fərqli olduğunu göstərir. Bu barədə növbəti bölümdə söhbət açacağıq.

Azərbaycan ictimaiyyəti baş verənlər haqqında sadəcə bir necə gün sonra xəbər tutdu. Təsadüfi deyil ki, «Çənlibel»çilərin də Sumqayıtda baş verənlərdən doğru-dürüst xəbəri yox idi. Bununla belə, dövlət orqanları təhlükəsizlik önləmləri almaq məqsədi ilə təşkilatın növbəti tədbirinin qarşısını almağa çalışdılar, fəqət üzvlərlə milislər arasında qarşıdurma yaranacağında ehtiyat etdikləri üçün geri addım atmalı oldular. M. H. Tantəkin həmin gün baş verənləri belə qələmə alıb: «Dostum Xəlil Rza 28 fevral 1988 tarixində Çənlibeldə "Ədəbi dilimizin vəziyyəti" mövzusunda məruzə ilə çıxış etməli idi. Mərkəzi Komitə gecəynən onu aradan çıxartdığından, mən məruzə edəsi oldum. Səhər saat 10-da məşğələyə gələndə Azərnəşri qoşunla, milislərlə mühasirə edilən gördük. Xəbərimiz yox, sən demə Sumqayıtda erməni aksiyası başlayıbmış. Hadisənin Bakıda təkrarlanmasından qayğılanan dövlət, Azərnəşrin qapısına yekə bir qıfıl vurdurmuşdu ki, məşğələ olmasın. Çənlibelçilər, məşğələyə gələn kənar adamlar dirənərək qapını güc-bəla ilə açdırdılar» (3, s. 25).

Həmin gün M. Hatəmi Tantəkin Şeyx Məhəmməd Xiyabəninin mübarizə yolundan bəhs edən məruzə ilə çıxış etdi. Məruzə məşğələyə toplananlanlar tərəfindən çox böyük coşğu ilə qarşılandı. Xüsusən onun Xiyabəninin dilindən səsləndirdiyi «Vicdanıma and olsun, bir millətin ki istiqlalı yoxdur, demək ki, heç nəyi yoxdur», eləcə də «Müstəqilliyi vermirlər, onu qanla ödəyib, zorla alırlar» kimi fikirləri sürəkli alqışlarla qarşılandı. Sonda səsləndirilən aşağıdakı fikir isə məruzənin kulminasiya hissəsi oldu: «Şimallı-cənublu Azərbaycan xalqı nə qədər ki, müstəmləkə əsarətindən, yadların təpiyi altında tapdalanmaqdan, var-yoxu vəhşicəsinə talanmaqdan xilas olmamışdır, əziz rəhbərin beyinləri yandıran, qanları coşduran bu alovlu çağırışı öz dəyərini itirməyəcəkdir. Bu gün daha aktual və gur səslənən bu çağırışa xalqımız namusla, qeyrətlə cavab verib, ölkəsindəki əcnəbi ağalı-ğına son qoyacaq, azad, qayğısız, xoşbəxt həyata qovuşacaqdır» (4).

Bu məruzədən sonra Hatəmini dərhal DTK-ya çağırdılar: «Məni dərhal DTK-ya çağırdılar. Çağırtdıran DTK-nın sədr müavini polkovnik Namiq Abbasov idi. Onun otağına məni DTK-nın ziyalı agentlərlə işləyən şöbə müdiri podpolkovnik Eldəniz Əliyev apardı. Bu həmin E. Əliyevdir ki, məni gözdə tutaraq, Bəxtiyar Tuncaya deyəcəkdir: "İranlıların dalınca düşüncə, (Əliyev) Əbülfəzin ardınca gedin də"… 

Kef-əhvaldan, iş-gücümlə, dolanışığımla, ailə durumumla ilgili bəzi sual-cavablardan sonra günahlandırılmağa başlandım ki, məşğələdə xalqı silahlanmağa çağırmışam. Məruzədə silah məsələsi başqa cür dilə gətirilmişdi. İttihamı rədd etdim. E. Əliyev başladı mənimlə hədələyici uca səslə danışmağa. Bu vaxt onlara, sonralar rəsmi adamların dilində, qəzetlərdə rast gəldiyim, bu sözləri dedim: "Mən xalqı üçün tabutunu çiynində gəzdirən bir insanam. Mənimlə bu tonda danışmağın nə anlamı var?"  Bundan sonra onlar özlərini mənimlə mülayim apardılar.

Çənlibel Təşkilatının məşğələlərində arvadı erməni olanlar haqqında ara-sıra söz-söhbət qalxırdı. N. Abbasov buna etiraz etdi. Ona cavab verdim ki, biz məhəbbətin əleyhinə deyilik. Arvadı erməni olanların mühüm dövlət vəzifələrində işləmələri əleyhinəyik.  N. Abbasov soruşdu: "Sumqayıt hadisəsinə necə baxırsınız?" Fikrimi gizləməyib, açıq cavab verdim: "həm pis, həm yaxşı". Sual: "Yaxşı cəhəti nədədir?". Cavab: "Başqasını yurd-yuvasından edəndə, isti ocağına su calayanda, şirin canına qıyanda, vətəninə göz tikəndə adamın gözünü tökərlər. Nə tökərsən aşına, o çıxar qaşığına".

Söhbətimizin sonunda N. Abbasova tanışlıq verib dedim: "Biz səninlə jurnalistikada bir yerdə oxumuşuq. Siz Yalçınla, güneyli Səfərlə bir kurs məndən yuxarıda oxuyurdunuz". Üzündəki xoş bir ifadə ilə, əvvəl təəccübləndi, sonra birdən yadına düşdüm. Ayrılarkən mənə öz telefon nömrələrini vermək istədilər ki, nə çətinliyim olsa, onlara zəng edim. Hər ehtimala qarşı imtina etdim ki, birdən zəiflik edib zəng çalaram. Heyrətlə üzümə baxa-baxa qaldılar. Yeriykən qeyd edim ki, görüşümüz zamanı öz vətənsevərliklərindən az danışmayan N. Abbasov, gələcək meydan mitinqlərinin birində məni Azərbaycan KP MK-nın ikinci katibi V. Polyaniçkoya xatalı şəkildə belə təqdim edəcəkdir: "Tanış olun, başımızı çox ağrıdan Hatəmi budur"» (3, s. 25-26).

«Çənlibel»in 28 fevral 1988 tarixli məşğələsində Hatəminin məruzəsi və ona verilən reaksiya xalqımızın artıq mübarizəyə tam hazır olduğunu göstərməkdə idi. Odur ki, artıq iclas zalından küçələrə və meydanlara çıxmaq barədə ciddi düşünməyə başlamışdıq. Sadəcə nə isə bir bəhanəyə ehtiyac var idi. Və bu bəhanə tapıldı: «Çənlibel Təşkilatının məşğələlərdən kənar atdığı ilk siyasi addımlardan biri fantanlar bağında açılacaq 7 gözəl qorelyefi ilə bağlıdır. Ermənilər necəsə əl taparaq, abidəyə erməni, xristian elementləri daxil etmişdilər. 1 və 9 may 1988-ci il tarixlərində Çənlibel Təşkilatı piketlər təşkil edərək, abidənin açılışına mane oldu. Abidə o vaxt açıla bildi ki, ondakı yabançı elementlər islah edildi.

Piketlərdən birində milislərlə çənlibelçilər arasında toqquşma çıxdı. Bir milis polkovniki məni və Ənvər Yusifoğlunu tutmaq istədi. Gənclər onu təpikləri altına salaraq hər tərəfdən əməlli-başlı tapdadılar. Milis işçisini günün günorta çağında, adamların gözü qabağında beləcə tapdalamaq, Sovetlər Birliyində deyə bilmərəm, Azərbaycanda görünməmiş olay idi. Çənlibelçi cavanlar çayxanada hey bu olaydan iftixarla danışıb gülüşürdülər. Bu olay onlara cəsarət, milislərə qorxaqlıq hissi gətirmişdi.



Azərbaycan SSR Daxili İşlər nazirinin müavini, milis generalı Kamil Məmmədovla ilk tanışlığım bu piketlər zamanı olmuşdur. Mayın 9-da generaldan aralanıb, milli ruhlu insan olan Rəfibəyli Oktay Kərimovun kabinetində çənlibelçilərin iclasını keçirdik» (3, s. 26).

Oqtay Kərimov. “Çənlibel»in gizli iclasları onun müdiri olduğu qaz istismar idarəsində keçirilərdi
Məhəmməd bəyin haqqında məlumat verdiyi 1-9 may piketləri «Çənlibel»çilərin üzərində işləməkdə olduqları 16 may mitinqinə hazırlıq xarakteri daşıyırdı. Fəvvarələr meydanında keçirilən bu piketlərə səbəb Tağı Xalisbəylinin qopardığı, Məhəmmə Hatəminin dəstəklədiyi, əslində əsassız olan hay-küy idi. Meydanda açılması gözlənilən sözügedən çoxfiqurlu abidə tuncdan şəbəkəli barelyef üslubunda hazırlanmışdı və Nizami Gəncəvinin əsərlərindən müxtəlif süjetləri əks etdirirdi. Tağı Xalisbəyli və Məhəmməd Hatəmi bəzək elementləri içərisində yer alan və dövrə üzrə bir neçə dəfə təkrarlanan 4 narın guya erməni xaçını ifadə etdiyini, meydandakı zibil yeşiklərinin üzərində də xaç çəkildiyini iddia edirdilər. Sözügedən yeşiklər boşaldılması asan olsun deyə sütuna bərkidilmiş xaçvari sadə mexanizmdən ibarət idi. Yeşiklər narıncı rəngdə, sütun və xaçvari mexaniki element qara rəngdə olduğundan müəyyən qədər xaçı xatırladırdı. Amma təbii ki, «erməni xaçı» ilə heç bir əlaqəsi yox idi.

Tağı Xalisbəyli (ayaq üstə)
İddialar bununla da bitmirdi. Yaxınlıqda yerləşən «Azərbaycan» kinoteatrının foyesinin divarı başdan başa Azərbaycan filmlərindən, o cümlədən «O olmasın, bu olsun», «Arşın mal alan», «Nəsimi» və s. filmlərindən müxtəlif fraqmentləri əks etdirən elementlərlə bəzədilmişdi. Çöldən, pəncərədən sadəcə dərisi soyulmaq üçün əlləri çarmıxa bağlanmış Nəsiminin fiquru daha aydın görünürdü. Və Tağı Xalisbəylinin fikrincə, orada Həzrət İsa (ə) təsvir edilmişmiş O, bütün deyilənləri «erməni təxribatı» kimi qələmə verirdi və ən qəribəsi isə budur ki, söylədiklərinə də ürəkdən inanırdı. Hatəmi də onun kimi. Düşünürdüm ki, bunu ehtirasları qızışdırmaq üçün qəsdən edirlər. Amma yox, dediklərinə özləri də inanırdılar.

Bütün bu deyilənlərlə yanaşı, iddialardan biri ilə, qismən də olsa, razılaşmaq olardı. Tunc kompozisiyanın elementlərindən biri divə bənzər mifoloji bir varlıqdan qaçan qadın fiquru idi ki, onun yönü vaxtilə yəhudi sinaqoqu kimi fəaliyyət göstərən, sonralar erməni kilsəsinə çevrilən binaya tərəf idi. Sanki, divdən xilas olmaq üçün kilsəyə tərəf qaçırdı…

Nə isə, biz – o dövrün gəncləri, iddiaların böyük əksəriyyətinin əsassız olduğunu bilsək də, eyni sözləri təkrar edir, bununla da ehtirasları qızışdırmağa, milləti küçələrə tökməyə çalışırdıq və istəyimizə nail olduq. Üstəlik də polislə əlbəyaxa olub, onları geri çəkilməyə məcbur etdik. Məqsədimiz qorxu sindromunu qırmaq idi, buna da nail olduq.

Keçirdiyimiz piketlərdən qorxuya düşən hökumət və dövlət orqanları dərhal fəvvarələr meydanındakı zibil yeşiklərinin başqa rənglə boyanmasına, heykəl-kompozisiyada isə dəyişiklik edilməsinə göstəriş verdilər. Nəticədə üzü kilsəyə tərəf olan qadın fiqurunun yönü əks istiqamətə dəyişdirildi, 4 nar formasında olan bəzək elementlərindəki narlardan biri ləğv edildi. Edilən dəyişikliklər əsərin bədii keyfiyyətinə heç bir xələl gətirmədi. Həmin abidə İlham Əliyevin hakimiyyəti illərinə qədər meydanda qalaraq, könül oxşamaqda davam edirdi. Meydanın rekonstruksiyasından sonra isə onu götürdülər.

Bəhmən Sultanov (Sultanlı)
«Çənlibel» olaraq, əsas iş istiqamətlərimizdən birini də bölgələrdəki təşkilatlarla görüşüb, ümumi fəaliyyət planlarını müzakirə etmək idi. Mən özüm dəfələrlə rəssam dostum Əhməd Rza ilə birlikdə Yevlax və Şəkidə görüşlər keçirmişdim. Eyni işi Hatəmi və Nemət bəy də görürdülər. M. H. Tantəkin xatirələrinin birində yazır: «Mingəçevirdən Çənlibelin məşğələlərinə gəlib-gedən Əhməd Rzanın yaxından iştirakı ilə Yevlaxda "Azərbaycanın tarixini, mədəniyyətini öyrənən birlik" yaranmışdı. Buraya məruzə etməyə dəvət olundum. Fizika elmləri namizədi Bəhmən Sultanovu özümlə götürüb Yevlaxa tərpəndim (Nemət Pənahov sabah gələcəkdi). Biz mayın 2-də səhər saat 8-də Yevlaxda qatar-dan enəndə birliyin başçıları Əhməd Rzanın, Rafiq Həsənovun, Vahid Şirinovun, Yelmar Şirinovun, Aydın Ələkbərovun və başda sədr olmaqla, Yevlax DTK əmək-daşlarının stansiyada ayrı-ayrılıqda toplaşaraq gəlişimi gözlədiklərini gördük. DTK əməkdaşları Yevlaxa gəlişimi bilərək, heç bir söz demədən çıxıb getdilər. Gedib də gəlişimlə ilgili aləmi biri-birinə qatdılar. Onlar, başqa cür deyə bilmirəm, primitivlikləri ucbatından rayon partiya komitəsi, icraiyyə komitəsi, milis idarəsi ilə birlikdə haqqımda elə panika qaldırdılar ki, sanki nağıllardan qopub gələn əjdahaymışam, Yevlaxda peyda olub daş-torpağı qarışıq buranı udacaqmışam.

Yerli orqanların bu axmaqlığa yol vermələri yevlaxlılarda mənə və məruzəmə marağı gücləndirdi. Hara tərpənirdimsə 150-200-ə qədər adam dalımca düşürdü.

Saat 11 radələrində Ocaq Cəmiyyətinin rəhbərləri, aralarında da Aşıq Sakitlə bakılı (şəkili-B. T.) yaxın tanışım Sabir Yanardağ, Şəkidən gəlib bizə qoşuldular.

Məruzə Yevlax Dəmir Yolu Mədəniyyət Evində olmalı idi. Yevlax milis rəisinin müavini podpolkovnik Çoban Dadaşov və Gəncədən (telefonla) dəmir yolunun rəisi icazə vermədilər. Bəhanələri bu idi ki, Dağlıq Qarabağ olayları ilə ilgili olaraq, regionda gərgin durum yaranmışdır, kütləvi toplantılara yol vermək olmaz. Onları inandıra bilmədim ki, məruzənin Dağlıq Qarabağla heç bir əlaqəsi yoxdur. İnadlı müqavimətim sonucu məsələnin həlli qaldı saat 2-də raykomun icazəsinə.



Sabir Yanardağ
Hələ vaxta vardı. Əlliyə qədər adamla Qarabağ çayxanasına gəldik. Maqnitafonu qurub, səsimdə lentə alınmış " Qurtuluşa səsləyən publisistika" mövzusundakı çıxışımı və onu izləyən "Koroğlu" uvertürasını burada adamlara səsləndirdik. Özəl bir ehtiras və yanğı ilə milli mübarizəyə səsləyən çıxışımla musiqi lentdə əl-ələ verərək, sovet ideologiyasının dumanlandırdığı beyinlərə, xəstə ruhlara, ölgün ürəklərə yepyeni bir dünya gətirmişdi. Çayxanadakılar, məruzə mütləq olmalıdır, deyirdilər.

Rafiq Həsənov. Azərbaycanın tarixini, mədəniyyətini öyrənən Birliyin (Yevlax) sədri 
Məruzənin olmasını məndən çox onlar istəyirdilər.

Amma raykom icazə vermədi. Milis zabiti özümü də tutmaqla hədələdi. Ona dedim: "Ağzını boşa qoyma, məni tutmaq sənin üçün asan deyildir".

Durum belə olduqda, Akifin yeməkxanasına yığışıb bir neçə birliyin birgə konfransını keçirdik. Konfransda kommunist rejiminin imperialist, qeyri-insani siyasəti o ki var ifşa edildi.

Konfrans iştirakçıları Yevlaxa siyasi dadı damaqdan getməyəcək tarixi bir gün yaşatdılar. Bu tarixi gün, burada baş verəcək gələcək siyasi olayların özül daşı olacaqdır» (3, s. 27).




Nəsib Muxtarov “Ocaq” təşkilatının (Şəki) sədri
Mitinqə nail olmaq istəyimiz isə hələ ki, baş tutmur, cəhdlərimiz nəticəsiz qalırdı. Bu barədə Nemət Pənahlının aşağıdakı xatirəsi həmin dövrü çox gözəl əks etdirir: «Dağlıq Qarabağda baş verən təxribatlarla bağlı 88-ci ilin fevral ayının 19-da keçirilmiş mitinqdən sonra biz dəfələrlə nümayiş keçirməyə cəhd etmişdik. Ancaq bu nümayişlər baş tutmamışdı. Bizim onları təşkil edə bilmək üçün kifayət qədər təcrübəmiz yox idi. Bu səbəbdən də nümayişləri asanlıqla dağıdırdılar. 88-ci ilin fevralında Elmlər Akademiyasının qarşısında təşkil etməyə cəhd etdiyimiz nümayiş də eyni səbəbdən baş tutmamışdı» (6, s. 114).

Qeyd etməliyəm ki, həmin dövrdə N. Pənahlı çalışdığı L. Şmidt adına zavodda və «Çənlibel» təşkilatında yetərincə məşhur olsa da, eləcə də respublika rəhbərliyində çalışanlar onu yaxşı tanısalar da, hələ geniş ictimaiyyət tərəfindən kifayət qədər tanınmırdı. Onun ulduzu 1988-ci ilin 21 martında Azad Əligilin «Aktyorlar evi»ndə təşkil etdiyi Novruz şənliyində parlamağa başladı. «Çənlibel»çilərin zəfər bayramına çevrilən həmin tədbirdə ilk çıxış edən M. H. Hatəmi oldu və həmişəki kimi ağzına qədər dolmuş zalı coşdurdu.

Növbəti çıxış Xəlil Rzanın olmalı idi. Elə bu məqamda L. Şmidt adına zavodun bir neçə fəhləsi mənə yaxınlaşaraq, həyacanla tədbirə gələrkən yolda N. Pənahlının milislər tərəfindən saxlanıldığını söylədilər. Dərhal Xəlil Rzaya yaxınlaşıb durumu bildirdim, o da tribunaya qalxar-qalxmaz dedi:

-İndicə mənə xəbər verdilər ki, Azərbaycan fəhlələrinin lideri Nemət Pənahovu həbs ediblər. Onu həbs edən milisslərə ar olsun!..

Xəlil Rzanın bu təqdimatından sonra Neməti hər kəs Azərbaycan fəhlələrinin lideri kimi qəbul etməyə başladı, amma vaxt gələcək o, ümumxalq liderinə çevriləcəkdi.

Xəlil Rzanın alovlu nitqi bitməmiş Neməti azad etdilər və o özünü tədbirə yetirdi.

Uzun çalışmalardan sonra, nəhayət ki, Bakıda, Lenin (bugünkü Azadlıq) meydanında ilk kütləvi mitinqi keçirməyə nail olduq. Məhəmməd Hatəmi həmin günləri belə xatırlayır: «Bakıda başlayacaq nümayiş, mitinq, tətillərdən danışmazdan öncə, o vaxtlar qafamda daşıdığım bəzi qənaətlərimi hörmətli oxucuya çatdırmaq istərdim.

Dağlıq Qarabağda və Ermənistanda xalqımıza rəva görülən erməni zülmünə qarşı nümayişlər, mitinqlər, tətillər vasitəsilə dirənməkdən əsas qəsdim rus sovet imperializmi olmuşdur. Sovet xalqları, o sıradan Azərbaycan türk xalqı bu imperializmdən o vaxt xilas ola bilərdi ki, onu iqtisadi yöndən əldən salıb çökdürə və dövlət düzənini pozaydın. Nümayişlər, mitinqlər, tətillər buna ən gözəl vasitə idi. Bundan başqa, haqqında danışılan tədbirlər xalqın canından totalitar rejim qorxusunu çıxardar, onu birləşdirər, milli ruhda tərbiyə edər, Kommunist Partiyası ilə qarşı-qarşıya qoyardı. İmperiya dağıldıqdan sonra ermənilərlə danışmaq çətin olmayacaqdır.

Bakıda ikinci nümayiş 16 may 1988-də olmuşdur. Ə.Elçibəyin bu nümayişin təşkilini "Azərbaycan Xalqını Müdafiə Cəmiyyəti"nin ayağına yazmasına (2, s. 9-10) adam qurumaya, şaşırmaya  bilmir. Çənlibel təşkilatının, şəxsən mənim rəhbərliyim altında onu aşağıdakı cavanlar təşkil etmişlər: Lenin adına Neftayırma zavodunun mühəndisi Namiq Qulamov, M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun tələbəsi Etibar Sadıqov, Azərbaycan Dövlət Universitetinin tələbəsi Namiq bəy, D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun tələbəsi Cavid Abdullayev, fəhlə Adil Qasımov, Ç. İldırım adına Politexnik İns-titutunun tələbəsi Təmkin bəy (o həm də "Ulduz" zavodunda işləyirdi), mühəndis Xalid Əlimuradov və nəhayət Orxan və Rəfael Əliyev qardaşları. Nümayişin təşkilində zəncirvari şəkildə başqaları da iştirak etmişlər» (3, s. 27-28).

Həmin mitinqin birbaşa təşkilatçılarından və kordinatorlarından biri mən idim və tam məsuliyyətim ilə Məhəmməd bəyin haqlı olduğunu təsdiq edir, "Azərbaycan Xalqını Müdafiə Cəmiyyəti"nin rolu barədə söylənilənlərin həqiqəti qətiyyən əks etdirmədiyini bildirirəm. Lakin onu da qeyd etməliyəm ki, yuxarıdakı sitatda adı Namiq Qulamov kimi keçən şəxsin adı əslində Namiq yox, Natiq idi. Bəhmən Sultanlının bacısı oğlu olan bu gəncin «Çənlibel»in təşkil etdiyi ilk iki mitinqin (16 və 18 may) ərsəyə gəlməsində müstəsna xidməti olub. Sonra isə onu DTK-ya çağırdılar, qorxutdular və o da qorxusundan növbəti mitinqi pozdu. Bizim təbii ki, bundan xəbərimiz yox idi. Etdiyi əməldən peşimançılıq hissi keçirən Natiq bəy bir-iki gün sonra mənə yaxınlaşaraq başına gələnləri, qorxduğu üçün mitinqi pozduğunu etiraf etdi və dedi ki, «zavod və universitetlərin inqilabçı rəhbərlərinə tapşırmışam ki, bundan sonra Hatəmiyə və sənə tabe olsunlar. Mən qorxuram və kənara çəkilirəm. Amma bundan sonra hər şey qaydasında olacaq».

Ondan sonra hər şey gerçəkdən də qaydasına düşdü. Mən onun mənimlə tanış etdiyi fəhlə liderləri Nemət bəylə, universitet tələbələrinin başçılarını isə Hatəmi ilə tanış etdim və bundan sonra göstərişləri onlardan almalı olduqlarını söylədim.

Yuxarıdakı sitatda Orxan və Rəfael Əliyev qardaşlarının da adı çəkilir. Tarix üçün qeyd etməliyəm ki, böyük qardaşın adı əslində Orxan yox, Robert idi. O, ata-anasının hansısa filmin və ya bədii əsərin təsiri ilə ona qoyduqları bu addan utandığı üçün hamıdan xahiş etmişdi ki, onu «Orxan» deyə çağıraq. Biz də elə edirdik.

Görünür, Məhəmməd bəy unudub, ilk və sonrakı mitinqlərin həyata keçirilməsində Nemət Pənahlı başda olmaqla, L. Şmidt adına zavodun fəhlələrinin də rolu az olmayıb. Doğrudur, bu rol hələ aparıcı deyildi, amma onu inkar etmək də olmaz.

M. H. Tantəkin davam edir: «16 may nümayiş-mitinqini Ermənistanda türklərin evlərinin yandırılmasına etiraz olaraq təşkil etmişdik. Səhər saat səkkiz otuzdan fantanlar bağında oturub, onun baş tutub-tutmayacağını həyəcanla gözləyirdim. Bağda DTK-nın, Daxili İşlər Nazirliyinin xəfiyyələri, həmin bağın milis nəzarətçiləri dolaşır, oğrun-oğrun məni izləyir-dilər. Özümü o yerə qoymayıb, başımı əlimdəki qəzetlərə qatmışdım. Onların rahatsız hərəkətlərindən hiss etdim ki, dövlət mitinqin təşkilindən xəbər tutmuş və onu basdırmağı qərarlaşdırmışdır. Amma basdıra bilmədi. Xalqın qarşısına çıxarılmış milis qüvvələrinə ratsiya ilə göstəriş verildi ki, şəhərin hər tərəfindən meydana axın var, qabağında durmayın. Nümayiş baş tutmuşdu. Sevincimin həddi-hüdudu yox idi.

Xalq elə bil ermənilərə qarşı etiraz mitinqinə toplaşmamış, qanlı, zülmkar sovet rejimi əleyhinə üsyana qalxmışdı. Qızmar may günəşi altında dəniz kimi coşan, dalğalanan millət az qala özünü şəhid edirdi. Yönüm mitinqin hansı səmtinə çevrilirdisə, əzab-əziyyət çökmüş, məzlumluq tökülən üsyankar üzlər görürdüm. Onlara dözə bilməyərək, tribunanın arxasına çəkilib, xalqımın bədbəxtçiliyinə içdən acı-acı ağladım.

Tribunada mikrafondan dövlətə qarşı ağzından od püskürən cavan bir qadının natiqliyi diqqətimi çəkdi. Yanıma çağıtdırıb tanış oldum. Məlum oldu ki, o, uşaqlıq yoldaşım, astaralı Təhmures Cahaninin qızı Sevil xanım Cahanidir.

Sevil xanım milli hərəkat zamanı mənim yaxından tanıdığım mübariz 4 gözəl natiqdən biri olmuşdur: Xəlil Rza, Mənsur Əlisoy, Sevil Cahani, Seyid Tahir Qarabaği.

Sonralar mübariz qadınlardan aşağıdakılarını tanıyacağam: Süsən xanım Paşa qızı, Süsən xanım Əliyeva, Rima xanım, Sima xanım, odlu-alovlu türk qızı Solmaz xanım Akçay, Fatma xanım Yusifzadə, iki bacılar Fəridə xanım Həsənova, Əminə xanım Həsənova, Gülnaz xanım, Cəmilə xanım, Vəturə xanım Həsənova, Naibə xanım və b.

Könül adlı gənc bir qadın öz nitqində Türkiyə və islamiyyətlə ilgili, xalqın gur alqışıyla qarşılanan, cəsarətli şüar verdi. Dövlətyanlı ziyalılar xalqın gözü qabağında onu mikrofondan çəkərək, hər tərəfdən başına qapaz tökməyə başladılar. Qadını təpikləyənlər də vardı. Bir dəstə ruspərəst, qeyrətsiz ziyalı alçağın zəif bir qadın xaylağının, özü də milli ruhlu bir qadın xaylağının, üstünə düşmələrini vicdanım, qanım, ruhum götürməyib, onun müdafiəsinə qalxdım. O biri tərəfdən olaydan əsəbiləşmiş xalq hücum edərək, biz qarışıq, tribunadakıların hamısını əzişdirmək, hər şeyi dağıtmaq istəyirdi. Ara qarışacaq, mitinqi çağırmağımız heç nə olub gedəcəkdi. Xalqı sakitləşdirmək üçün çəkdiyimiz çətinliyi bir Allah bilir!



Sevil Cahani
Əlimdə mitinqin içərisindən tribunaya göndərilmiş çoxlu qeydlər vardır. Mitinq zamanı və mitinqdən sonra dövlət onları əlimdən çıxartmaq üçün çox çalışdı. Vermədim, qoruyub saxladım. O vaxtlar xalqı duymaq, bilmək baxımından tarixi dəyəri olan həmin qeydlər bunlardır: 

"Arvadları erməni olan rəhbər azərbaycanlı işçilərimiz işdən qovulsun. Onlardı torpağımızı satır",

"Qazax, Naxçıvan torpaqları geri qaytarılsın", "Mərkəzi Komitənin nümayəndəsi A. Rəsizadənin dəhşətli ağlasığmaz hərəkəti Azərbaycan xalqına, onun mədəniyyətinə ağırdan da ağır zərbə oldu. Hökmən Rəsizadə bu hərəkətini MK qarşısında izah etsin. Torpaqdan pay olmaz. 5000 hektar torpağı pay verməklə o, anasının südünü, bacısının namusunu pay verdi. Qətiyyətlə tələb edirik: o, bu müqəddəs torpağı qarış-qarış yadelli işğalçılardan alıb birləşdirən Şah İsmayıla, Babəkə, Azərbaycanda adı çoxdan unudulan Hacı Zeynalabdin bəy Tağıyevin müqəddəs ruhuna cavab versin!... M. Əliyev adına ADİİ tələbəsi Zülalova G.Y ",  

"Ermənistanda ölən əsgərlərin ölümü haqqında məlumat verilsin", "Ermənistan cinayətkarları haqqında məlumat",

"Bütün qəzet səhifələrinin axırındakı ünvan Avakyan adı ilə bağlıdır. Tələb edirik: Avakyan küçəsinin adı dəyişdirilsin!",

"Necə ola bilir ki, Sumqayıta qoşun yeriyir, əmin-amanlıq yaranır, ancaq Qarabağda, xüsusi ilə Stepanakertdə indi də işləmirlər. Bu barədə xalqa niyə məlumat verilmir?",

"Sumqayıtda tutulanlar xuliqan adlandırılmasın və buraxılsın!",

"Sumqayıtda tutulanlar buraxılsın! Azərbaycan xalqı",

"40-cı illərdə Stalinin əmri ilə köçürülmüş 100 min azərbaycanlı öz vətənlərinə qaytarılsın!",

"Azərbaycan tarixi haçan öz yerini tutacaq?",

"Milli qəhrəmanlarımızın heykəlləri Bakının görkəmli yerlərində qoyulsun!",

"Tələbimiz: 1. Şah İsmayıl Xətainin abidəsi ucaldılsın, şəhərimizin görkəmli yerlərindən birində. 2. Zeynalabdin Tağıyevin adına küçələr və meydanlar qoyulsun, abidəsi ucaldılsın!",

"Sovet İttifaqında... ən çox xeyir verən bərəkətli Azərbaycan torpağıdır. Belə isə Moskva, konkret desək, Qorbaçov və durğunluq dövrünün havasından heç cür yaxa qurtara bilməyən Azərbaycan Mərkəzi Komitəsi nə vaxta qədər bizim xalqın arzularını boğacaqlar?",

"Bütün zəhmətkeşlər ümumi tətilə çağrılsın".

Qeydlərin bir sırasında ali məktəblərin qapılarını bağlatdırıb tələbələri mitinqə buraxmaq istəməmiş İsmayıl İbrahimov, Timuçin Əfəndiyev kimi rektorlara etiraz və Sumqayıtın keçmiş partiya katibi Cahangir Müslümzadənin köhnə iş yerinə qaytarılması tələb edilir» (3, s. 28-29).

Əgər 16 may mitinqini təşkil edə bilmək üçün «Çənlibel»çilər çox səy göstərməli olmuşdularsa, iki gün sonrakı mitinqi etmək üçün bir o qədər də çətinlik çəkmək lazım olmadı. M. H. Tantəkənin də qeyd etdiyi kimi, «18 may 1988 mitinqini xüsusi təşkil etmək lazım gəlməyəcəkdir. Mənim razılığımla Xəlil Rza 16 may mitinqində bu tarixə Azadlıq meydanına mitinq elan etdi…

Mitinqi Xəlil Rza ilə ikimiz idarə edirdik. Çıxışların şirin yerində bir də gördük ki, "Bəxtiyar, Bəxtiyar!" səsi meydanı başına götürdü. Bunun ardından qəribə bir teatr səhnəsinin şahidi olduq: Bəxtiyar Vahabzadə əllər üstündə təkəm kimi atıla-tutula Azərbaycan mehmanxanası tərəfdən tribunaya gətirilir. Bütün meydan balıq qarnı kimi yarılıb, ehtiramla o "müqəddəs" insana yol verirdi. Xəlil Rza rahatsızlıqla mənə yanaşıb dedi: " Əclaf indi gəlib meydanı dağıdacaq". Ona dedim: "Xəlil, sən bu saat bu tribunadan Şeyx Nəsrullaha döndərilmiş Bəxtiyarın əleyhinə bir söz desən, xalq sən sevimli oğlunu buradaca daşqalaq edər. Onun buraya nə üçün gəldiyi bizə məlumdur. Qoy gəlib danışsın, sonra bax gör başına nə gəlir. O, özü özünü ifşa edib sıradan çıxartmalıdır, bu haqda xalqa bizim bir söz deməyimizdən heç nə çıxmaz, arada özümüz yaman kişi olarıq". Bizim nə haqqımız vardı Bəxtiyara söz verməyək. Hamımız kənara çəkildik, o, təqdimatsız-filansız birbaşa mikrafona yaxınlaşıb danışmağa başladı. Şairlik istedadını işə salaraq, "igidsən, qəhrəmansan, cəngavərsən, tarixən böyük mədəniyyətlər yaratmısan" deyə, xalqı əvvəlcə bir xeyli oxşadı. Sonra, necə deyərlər, valı döndərib başladı ki, ağıllı olmaq lazımdır, emosiyaya uymaq lazım deyildir, uyanda içərisindən Sumqayıt hadisəsi çıxar. Mitinqi sona çatdırıb sakitcə dağılmaq lazımdır. Vahabzadənin mitinqi dağıtmaq istəməsinin astarı bütün çılpaqlığı ilə üzə çıxmışdı. Buna cavab olaraq, xalq onu hansı ehtiramla mikrofona gətirmişdisə, fitləyib, küyləyib eyni biabırçılıqla mikrafondan qovdu. Nəşəli iç, xəfif gülüşlü üzlə Xəlilə çevrilib: "Salam əleyküm, Xəlil" - dedim. Xəlil içərisinə rahatçılıq çökmüş bir adam kimi: "Xatadan qurtardıq" - dedi…

Təşkil etdiyimiz mitinqlər milli azadlıq hərəkatının canlı şöləsi idi. Meydan yazılı şüarlarla dolu idi. Bir çox yöndən maraqlı, dəyərli olan onları yazıya gətirirəm:

"Sumqayıt hadisəsinin əsil səbəbkarlarını tələb edirik".

"Biz millətçi deyilik, beynəlmiləlçiyik".

"Yoldaş Müslümzadəni partiyaya bərpa etmək".

"Erməni millətçilərinə ar olsun".



Xəlil Rza Ulutürk
"Şuşa Qarabağın mərkəzidir".

"Yığılsada yüz min yağı,

Biz vermərik Qarabağı".

            "Ölləm, əldən əgər getsə Vətən".

            "Yaşasın Azərbaycan milləti".

"Qarabağ bizim olmuş və olacaq" (rusca).

"Azərbaycan xalqını ələ salmağa son qoyul-sun" (rusca).

"Xankənd" (xalq bu şüarla Stepanakertin  a­dı­nın dəyişdirilməsini tələb edirdi).

"Ayrılarmı könül candan Azərbaycan, Azər­baycan".

"Var olsun Azərbaycan".

"Yaşasın elin səsi, Qarabağın şikəstəsi".

"Rədd olsun Krunk" (rusca).

"Tələblərimiz həyata keçirilsin".

"Xalqın tələbi haqlıdır".

"Tələb edirik, DQMV ətrafındakı demoqoqiya kəsilsin" (rusca) və s.

Rayonları məhz 18 may mitinqi hərəkətə gətirdi. Bundan sonra bir qayda olaraq Bakıda nə vaxt mitinq, tətil olurdusa, rayonlarda da başlayırdı» (3, s. 29-30).

M. H. Tantəkinin yazdıqları ilə bağlı üç məqamın üzərində xüsusi durmağı lazım bilirəm. Bunlardan birincisi, Bəxtiyar Vahabzadə ilə bağlı söylənilənlərdir. Bəli, söylənilənlər, təəssüf ki, doğrudur. Millət, öz «Gülüstan» poeması ilə ümumxalq sevgisini qazanmış Bəxtiyar Vahabzadəni bu sevginin əlaməti kimi tribunaya milli qəhrəman kimi çiyinlərində gətirdi, məqsədinin mitinqi dağıtmaq olduğunu bilincə, onu fitə basıb «vətən xaini» kimi qovdu. Məlum oldu ki, dünən qəhrəman olanların bu gün də qəhrəman olacağını düşünmək səhvdir. Hər dövrün öz qəhrəmanları var. Həmin günün qəhrəmanları, şübhəsiz ki, Məhəmməd Hatəmi, Xəlil Rza və «Çənlibel»çilər idilər. Hatəmi isə sözün əsl mənasında artıq Milli Azadlıq Hərəkatının gerçək liderinə çevrilmişdi. Hərəkatın ilk liderinə… Lakin az bir zaman keçəcək, onu bu kürsüdə Nemət Pənahlı əvəz edəcəkdi, bu dəfə də dövrün əsas qəhrəmanı o olacaqdı…

Bəxtiyar Vahabzadə
Toxunmaq istədiyim ikinci məqam məhz 18 may günü Bakıdan başqa Yevlaxda da mitinqə start verilməsi faktıdır. Bu inqilabi əhval-ruhiyyənin artıq bölgələrə də sıçramaqda olduğundan xəbər verirdi. Yevlaxdan sonra digər bölgələr də prosesə qoşulacaq və hərəkat ölkənin bütün bölgələrini əhatə edəcəkdi.

Maraqlıdır ki, 1 gün öncə əslən Yevlaxdan olan rəssam dostumuz Əhməd Rza ən çox etibar etdiyi Hatəmini və məni bir kənara çəkərək, Yevlaxda lazım olan hazırlıqların tamamlandığını və sabah Bakının ardınca Yevlaxın da qalxacağını söyləmiş, özünün isə təhlükəsizlik məqsədi ilə bu gecə Moskvaya yola düşəcəyini bildirmişdi. Yaxşı yadımdadır, Məhəmməd Hatəmi gülümsəyərək, «Aradan çıxırsan?» demiş və hər üçümüz qəhqəhə çəkərək gülmüşdük.

İşin ən qəribə tərəfi isə bu idi ki, Əhməd Rza yalan demişdi. Bizə Moskvaya yola düşdüyünü desə də, əslində həmin gecə Leninqrada (Sankt-Peterburqa) getmişdi. Bu hadisədən bir neçə gün sonra DTK polkovniki Eldəniz Əliyev məni hazırlamaqda olduğumuz növbəti mitinqi keçirmək fikrindən yayındırmaq üçün görüşə dəvət etmiş, söhbət əsnasında isə demişdi:

-Dostun Əhməd Rza Yevlaxı qarışdırıb, Leninqrada qaçıb, elə bilir ki, harada olduğundan xəbərimiz yoxdur.

Mən də gülümsəmiş və ürəyimdə demişdim:

-Ay, sən öləsən, Əhməd Moskvadadır. Düz-əməlli işləməyi də bacarmırsınız.

Əhmədlə növbəti görüşümüzdə Eldəniz Əliyevin söylədiklərini ona nəql etmiş, o da təəccüblə «Ə, hardan bildilər, ə?» - demiş və mən də onun Hatəmiylə mənə konsperasiya məqsədilə yalan söylədiyini anlamış və o ki var gülmüşdüm.

Əhməd Rzanı, eləcə də Elçibəyi ilk dəfə «Nu poqodi» çayxanasında görmüşdüm. Hatəmini axtarırdım. Sözügedən çayxanaya gəldim və Elçibəyi ortaq tanışlarımla bir yerdə oturan gördüm. Onda hələ onu tanımırdım. Amma haqqında Hatəmidən çox eşitmişdim. Əhmədi də, təbii ki, hələ tanımırdım. Hərçənd ki, Hatəminin söhbətlərindən onun barədə də məlumatım vardı. Tanışlığımız isə «Çənlibel»də oldu və tez zamanda dostluğa çevrildi.

Əhməd sağ əli şalvarının sağ cibində, sol əlini yelləyə-yelləyə, ona hansısa fikrini izah etməyə çalışırdı: «Ə, Əbülfəz, biz prisindent yaratmalıyıq ki, insindent olsun».

Masa arxasında oturanlar, o cümlədən Elçibəy, gözlərindən hiss edildiyi kimi, bu bəstəboy (ayaq üstə dursa da, oturmuş Elçibəylə eyni boyda idilər), lopabığ, ilk baxışdan çox kobud adam təsiri bağışlayan şəxsin nə demək istədiyini anlamadılar. Elçibəy dözməyib dedi:

- Əhməd, nə olar, adam dilində danış, başa düşüm ki, nə demək istəyirsən.

Hatəminin söylədikləri ilə bağlı diqqəti çəkmək istədiyim üçüncü və ən əsas məqam isə 18 may mitinqinə gələnlərin qaldırdıqları şüarların məzmunu ilə bağlıdır. Şüarlardan göründüyü kimi, həmin dövrdə insanları meydanlara tökülməyə məcbur edən əsas məsələ ermənilərin Qarabağa haqq iddia etməsi idi. Bu bir daha sübut edir ki, Azərbaycan Milli Azadlıq Hərəkatının əsas hərəkətverici qüvvəsi Qarabağ məsələsi olub. Yəni bu məsələ hərəkatın katalizatoru idi.



Qaynaqça


  1. Cəfərli E., Ağayev T. Nəsillərə örnək həyat yolu. “Qanun” nəşriyyatı, B., 2011. 384 s.

  2. Elçibəy Ə. "Bu mənim taleyimdir", Bakı, 1992.

  3. Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.

  4. "Qurtuluş" qəzeti, № 1, 1990.

  5. Nəcəfxalı Ə. Sumqayıt: SSRİ-nin suqutunun başlanğıcı. “Xalq qəzeti”, 02 mart 2015.

  6. Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  7. Puç olan erməni təxribatı . “Azərbaycan”, 01 Mart 2015.


Qarabağ məsələsi Azərbaycan Milli Azadlıq Hərəkatının katalizatoru kimi

Erməni separatizminin Azərbaycanda milli hissləri necə körüklədiyinin və Milli Azadlıq Hərəkatının katalizatoru rolunda çıxış etməsinin bəzi incəliklərini dərindən anlamaq üçün həmin dövrdə Ermənistanda və Dağlıq Qarabağda baş verən proseslərə xüsusi diqqət yetirmək çox önəmlidir.

Beləliklə, hələ 1987-ci ilin sonlarında Ermənistanda və Dağlıq Qarabağın əsasən ermənilərlə məskun hissələrində Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə həyata keçirilən kütləvi mitinqlərə və imza toplanması kampaniyasına başlanıldı ki, həmin aksiyaların təşkilatçılarının nəzərində sözügedən imzatoplama kampaniyası «xalq səs verməsi», başqa sözlə, «referendum» idi. Həmin ilin dekabr ayının birində Qarabağ ermənilərinin Moskvaya yollanan nümayəndələri, toplanan və müxtəlif mənbələrə görə sayı 70-80 min olan imza siyahılarını, eləcə də Qarabağ ermənilərinin «tələb»lərinin əks olunduğu məktubları Sov. İKP MK-nın qəbul şöbəsinə təqdim etdilər.

1988-ci ilin yanvar ayında Qarabağda aşağıdakı məzmunda vərəqələr yayıldı: «Vilayətin aparıcı müəssisələrində, kolxoz və sovxozlarda gündəliyinə Qarabağın ana vətənlə qovuşması məsələsi də daxil edilən ümumi partiya, həmkarlar və komsomol iclaslarının keçirilməsi vaxtı artıq yetişmişdir. Aşkarlıq və yenidənqurmanın ruhu bu məsələnin açıq və səmimi müzkirəsinə impuls verməlidir. Bu iclaslasların müvafiq möhürlərlə möhürlənmiş çıxarışları Sov. İKP MK-ya göndərilməlidir» (7 ).

Elə həmin ilin həmin ayındaca Moskvaya yazıçı-publisist Zori Balayanın təşkilatçılığı və İqor Muradyanın köməyi ilə yeni bir nümayəndə heyəti yola düşdü. Onlar özləri ilə Qarabağın tarixini, mədəniyyətini, iqtisadi durumunu və etnoqrafiyasını təhrif edən 84 «tarixi sənəd» götürmüşdülər. Nümayəndələr Sov. İKP MK-nın qəbul şöbəsinin müdiri A. Kripin, Sov. İKP MK üzvülüyünə namizəd P. Demiçev, eləcə də MK-nın millətlərarası münasibətlər şöbəsinin müdiri A. Mixaylov ilə görüşdülər. Daha bir nümayəndə heyəti isə fevralın əvvəllərində öncə A. Mixaylov, daha sonra isə SSRİ xarici işlər naziri A. Qromıko ilə görüşməyə nail oldular (11).

1988-ci ilin fevral ayının 13-də Xankəndində (Stepanakertdə) Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə kütləvi mitinq təşkil edildi. Onun təşkilatçılarından biri İ. Muradyan idi (8). Növbəti gün, yəni ayın 14-də isə Silva Kaputikyan Ermənistan yazıçılarının qurultayında Qarabağ ermənilərini dəstəkləyən nitqlə çıxış etdi (9).

Fevralın 16-da isə Xankəndinin mərkəzi meydanında düz martın 2-nə qədər davam edən fasiləsiz mitinqə start verildi. Buna qarşılıq fevralın 19-da azərbaycanlı tələbələr Bakıda ilk etiraz mitinq keçirdilər.

Ermənilər durmaq bilmirdilər. Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatlar Sovetinin 20 fevral tarixli növbədənkənar sessiyası keçirildi və erməni deputatlar Azərbaycan və Ermənistan respublikalarının rəhbərliklərinə müraciət edərək, onlar qarşısında vilayətin Azərbaycanın tərkibindən çıxardılaraq Ermənistana birləşdirilməsi barədə məsələ qaldırdılar. Elə həmin gün İrəvanda sözügedən məsələyə dəstək məqsədilə kütləvi mitinq keçirildi. Daha sonra isə muxtar vilayətin rəhbərliyi vilayətin Azərbaycan respublikasının tərkibindən çıxması barədə qərar qəbul etdi.

Bütün bu kimi addımlar Azərbaycanda vəziyyəti əməlli-başlı gərginləşdirməkdə idi. Gərginlik özünün ən yüksək nöqtəsinə Qafan rayonundan qovulan azərbaycanlıların Bakıya axışması səbəb oldu. Ölənlər haqqında məlumat olmasa da, qaçqınların əksəriyyətinin bədənlərində işkəncə izləri vardı (10).

Qaçqınlar Sumqait yaxınlığında yerləşən Fatmai və Saray kəndlərində yerləşdirildi. Elə bu da fevralın 27-28-i tarixlərində Sumqayıtda baş verən məlum hadisələrin meydana gəlməsinin əsas səbəblərdən biri oldu.

Martın 1-də Xankəndində (Strpanakertdə) erməniləri «Krunk» (Durna) adlı ictimayi-siyasi təşkilatı yaradıldı. Ona Xankəndi tikinti materialları kombinatının direktoru Arkadi Manuçarov başçılıq etməyə başladı. Təşkilatın ideologiya bölməsinə Xankəndi ipək fabrikinin partiya komitəsinin sədri Robert Koçaryan başçılıq edirdi. S. Şaumyan adına Xankəndi (Stepanakert) stadionunun direktoru Razmik Petrosyan isə «xalq drujinaları» yaratmaqdan məsul idi. Sonralar o, «Qarabağ könüllü özünü müdafiə dəstələri»nin qərargah rəisi oldu (10).

«Krunk» təşkilatının üzdə bəyan edilən məqsədləri guya bölgənin və onun Ermənistanla əlaqələrinin tarixinin öyrənilməsi, tarixi abidələrin bərpası idi. Əslində isə təşkilat öz üzərinə kütləvi tədbirlərin, o cümlədən tətillərin təşkilini və keçirilməsini götürmüşdü (2). Tom de Vaalın yazdığına görə, «Krunk» SSRİ tarixində tətillər təşkil edən və ondan siyasi təzyiq mexanizmi kimi istifadə edən ilk təşkilat olub (10). Sonralar bu vasitədən Bütün SSRİ-də, o cümlədən Bakıda da istifadə ediləcəkdi.

Ç. Sultanov yazır ki, sözügedən təşkilatın üzvləri tətildən siyasi təzyiq vasitəsi kimi 1988-ci ildə bir neçə dəfə istifadə etmişlər. Ən uzun tətillər martın 24-dən aprelin 5-nə, mayın 23-dən iyulun 24-nə, sentyabrın 12-dən oktyabrın 9-na, eləcə də noyabrın 14-dən dekabrın 7-nə qədər davam edən tətillər olub (7).

Əlbəttə ki, bu tətillər həm Azərbaycanın, həm də ümumilikdə SSRİ-nin iqtisadiyyatına ciddi ziyan vurmaqda idi. Odur ki, erməni separatçılarının arxasında bilavasitə sovet rəhbərliyinin, ilk növbədə də Qorbaçovun durduğu haqda Azərbaycanda geniş yayılmış fikir bizə inandırıcı görünmür. Üstəlik də, unutmayaq ki, Sov. İKP MK Qarabağ ermənilərinin Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi barədə təklif və tələbini müsbət qarşılamamış və bunun qeyri-mümkünlüyü barədə qərar çıxarmışdı. «Krunk»un rəhbəri A. Manuçarovun, eləcə də «Qarabağ» Komitəsinin aparıcı simalarının sonralar SSRİ prokurorluğu tərəfindən həbs edilməsi və il yarım istintaq altında saxlanılması da belə düşünməyə əsas verir.

Azərbaycan SSR Ali Soveti 1988-ci il mart ayının 24-də «Krunkun» ləğv edilməsi barədə qərar qəbul etsə də, təşkilat buna əhəmiyyət verməmiş və fəaliyyətinə davam etmiş, mayın 8-də isə adını dəyişərək «Direktorlar şurası»na çevrilmiş və Qarabağ ermənilərinin separatçı hərəkatına rəhbərlik etmişdir (4).

Həmin dövrdə Ermənistanda Qarabağ ermənilərinə dəstək hərəkatı genişlənməkdə idi. İrəvanda «Qarabağ» Birləşmə Təşkilat Komitəsi yaradıldı. Onun liderləri məqsədlərinə çatmaq üçün hökumət və dövlət orqanlarına təzyiqləri artırmağa çağırırdılar. Məhz «Qarabağ» Komitəsi respublikada milliyyətçilik ideyasının əsas daşıyıcısı kimi çıxış edirdi. Toma de Vaalın yazdığına görə, bu təşkilat, demək olar ki, kommunist partiyasını bütünlüklə kölgədə qoymuşdu (10). Təşkilat üzvləri qətiyyən rus imperiyasına və ya sovet dövlətinə qarşı çıxmır, özünün mübarizə hədəfi kimi Azərbaycanı və azərbaycanlıları görürdü. Ən əsas hədəf isə Azərbaycan torpaqları, daha dəqiq desək, Qarabağ ərazisi hesabına Ermənistan ərazisini genişləndirmək idi.

İrəvanda və Ermənistanın digər şəhərlərində keçirilən mitinqlərdə Leninin və Qorbaçovun portretləri qaldırılır, aksiyalar «Lenin – Partiya – Qorbaçov» şüarları altında keçirilirdi. Çıxış edənlər Leninin milli siyasətindən danışır, sonda isə söhbəti, bir qayda olaraq, Qarabağın üzərinə gətirir, Qarabağın qədim erməni torpaqları olduğunu iddia edir və Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi tələbini irəli sürürdülər (5). Mitinqə qatılanların sayı hər keçən gün artırdı. Bəzi iddialara görə, fevralın 25-26-da iştirakçıların sayı 1 milyona çatmışdı (8). Fəqət bu rəqəmin ən azı iki dəfə şişirdilmiş olduğunu hesab edənlər də var (1).

M. Qorbaçov erməni separatizminin güclənməsindən, bunun Azərbaycanda qarşısı çox çətinliklə alınan reaksiyaya səbəb olmasından, daha doğrusu gələcəkdə böyük bir hərəkata gətirib çıxara biləcəyindən çox narahat idi və var gücü ilə erməniləri fikirlərindən daşındırmağa çalışırdı. Bu məqsədlə o, fevral ayının 28-də Kremldə Zori Balayan və Silviya Kaputikyanı qəbul etdi. Onları Qorbaçovun qəbuluna A. Yakovlev gətirmişdi (8).

A. Qraçovun yazdığına görə, M. Qorbaçov Qarabağda baş verənləri «arxadan zərbə» kimi xarakterizə edərək, bu kimi hadisələrin təhlükəli vəziyyət yaratdığını, azərbaycanlıları əks addım atmaqdan saxlamağın çətin olduğunu söylədi və bildirdi ki, ölkədə onlarla etnik qarşıdurma ocağı var və Qarabağda baş verənlər heç nədən çəkinməyən insanları düşünülməmiş addım atmağa vadar edə bilər. O, Qarabağın Ermənistana birləşdirilməsinin qeyri-mümkün olduğunu dedi və xəbərdarlıq etdi: «Azərbaycanda yaşayan erməniləri hansı taleyin gözləyə biləcəyini təsəvvür edirsinizmi? Orada onların sayı 500 mindir» (2). Sonra isə müsahiblərindən Ermənistana dönərək, əhalini sakit etmələrini onlardan xahiş etdi. Balayan və Kaputikyan onunla razılaşdılar və belə də edəcəklərinə söz verdilər (8).

Həmin gün Yerevanda, mitinqdə Qorbaçovun «Ermənistan və Azərbaycan zəhmətkeşlərinə və xalqlarına Müraciəti» oxundu. Mitinq iştirakçıları aksiyalara son qoymağa qərar verdilər (5.) , lakin ardınca Sumqayıt hadisələri baş verdi və vəziyyət daha da gərginləşdi. Sanki, gözəgörünməz bir əl aləmi qarışdırmaqda maraqlı idi.

Həmin dövrdə əslində nələrin baş verdiyini, M. Qorbaçovun sərgilədiyi mövqeni daha dərindən başa düşə bilməmiz baxımından Sov. İKP MK Siyasi Bürosunun Sumqayıt hadisələrinə həsr olunmuş gizli iclasının stenoqramından bir fraqment ilə (bəzi ixtisarlarla) tanış olmaq çox önəmlidir (6, s. 82-90):


Tam məxfi

Tək nüsxə (İşçi qeyd)

Download 12,01 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish