AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar



Download 3,5 Mb.
bet19/42
Sana21.03.2017
Hajmi3,5 Mb.
#5010
TuriDərslik
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankının statistik bülleteni. № 1/2011
Ölkəyə neft gəlirləri axınının artmasının nəticəsi kimi cəmiyyətdə, o cümlədən əhalinin bütün təbəqələrinin nominal gəlirlərinin artması inflyasiyanın sürətlənməsinin mühüm daxili amili kimi qeyd edilməlidir.

Cədvəl 10

Əhalinin gəlir və xərcləri


Milyon manatla




2003

2004

2005

2006

2007

2008

2009

2010

Gəlirlər

5738,1

6595,1

8 063,6

10 198,5

14 558,2

20 735,4

22 601,1

25 605,6

Xərclər

4793,8

5549,9

6 508,7

8 208,1

11 249,7

15 891,9

17 417,6

20 541,0

Qənaətlər

944,3

1045,2

1 554,9

1 990,4

3 308,5

4 843,5

5183,5

5 064,6

o cümlədən:

qeyri-maliyyə aktivlərin

yıgımı


212

377,7

477,8

420,5

441,4

478,2

807,8

791,6

maliyyə

aktivlərin

yıgımı


732,3

667,5

1 077,1

1 569,9

2 867,1

4 365,3

4 375,7

4 273,0

Əvvəlki ilə nisbətən, %




2003

2004

2005

2006

2007

2008

2009

2010

Gəlirlər

114,3

114,9

122,3

126,5

142,7

142,4

109,0

113,3

Xərclər

114,9

115,8

117,3

126,1

137,1

141,3

109,6

117,9

Qənaətlər

111,4

110,7

148,8

128

166,2

146,4

107,0

97,7

o cümlədən:

qeyri-maliyyə aktivlərin

yıgımı


178,6

178,2

126,5

88,1

105

108,3

168,9

98,0

maliyyə

aktivlərin

yıgımı


100,5

91,2

161,4

145,8

182,6

152,3

100,2

97,65

Əhalinin hər

nəfərinə düşən gəlirlərinin əvvəlki ilin

eyni dövrünə nisbətən artımı


113,5

113,9

121

125,1

141,1

140,5

107,7

111,8

Mənbə: www.azstat.org
Təbii inhisarçıların tariflərinin, inzibati yol ilə olsa da, zaman-zaman qaldırılması da inflyasiyaya əhəmiyyətli təsir göstərmişdir. Mə­sələn, BVF-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat üçün açıq­lamasında deyildiyi kimi, Azərbaycanın Tarif Şurasının 8 yanvar 2007-ci il tarixli qərarı ilə enerjidaşıyıcılarına və kommunal xidmətlərə yeni tariflərin tətbiq edilməsinin elə birinci həftəsində istehlak mallarının qiymətlərinin 10-15% qalxması müşahidə olunmuşdur.40

İnflyasiyanın xarici amillərini də unutmaq olmaz. Onların arasında ən başlıcası ölkəyə xarici valyuta axınının durmadan genişlənməsi nə­ticəsində ölkə daxilində xarici valyuta kütləsinin artması olmuşdur. Bunun başlıca kanalı iqtisadiyyata edilən xarici investisiyalardır.


Cədvəl 11

Xarici investisiyalar (mln. ABŞ dolları)







2005

2006

2007

2008

2009

2010

Cəmi xarici investisiya

4 893,2

5 052,8

6 674,3

6 847,4

5 468,6

8 247,8

o cümlədən:

Maliyyə kreditləri

698,4

983,5

1 576,6

2 357,9

1 438,3

3 405,9

Neft sənayesinə

3 799,9

3 422,3

4 003,3

3 350,7

2 412,7

2 955,3

Birgə və xarici investisiyalı müəssisələr

230,5

368,4

439,1

494,1

624,4

659,6

Neft bonusu

1

17

68,2

3,5

1

2

Digər investisiyalar

163,4

261,6

587,1

641,2

992,2

1 225,0

Mənbə: www.azstat.org
Xaricdə işləyən azərbaycanlıların vaxtaşırı olaraq Azərbaycandakı ailə üzvlərinə, qohumlarına göndərdikləri pul baratları ölkədəki valyuta kütləsinin artmasının daha bir yoludur. Bu məsələdə Azərbaycan heç də orijinallığı ilə seçilmir. Belə ki, BMT-nin ticarət və inkişaf üzrə konfransının (UNCTAD) növbəti iclasının nəticələrinə dair BMT Katib­liyinin elan etdiyi məlumatlara görə, təkcə 2010-cu ildə bütün dünya üzrə miqrantlar tərəfindən öz vətənlərinə ≈ $300 mlrd. məbləğində pul vəsaitləri köçürülmüşdir. Bu rəqəm miqrantların dostları, tanışları, digər qeyri-rəsmi yollar ilə göndərdikləri valyuta məbləğlərini nəzərə almır. BMT-nin statistikasına görə, hal-hazırda dünyada 214 mln. insan xarici ölkə­lərdə yaşayır və işləyir. Hər on miqrantdan altısı inkişaf etmiş ölkə­lərdə işləyir. İnkişaf etməkdə olan ölkələrin ÜDM-in 2%-i miqrantların pul baratlarının payına düşür. BMT ekspertlərinin son tədqiqatları göstərir ki, miqrantların pul baratları yoxsulluqla mübarizəyə mühüm töhfə verir.

Azərbaycana gəldikdə isə, 2000-2008-ci illərdə Azərbaycandan gedən daimi miqrantların 85%-i Rusiya Federasiyasına (RF) yollanmışdır. Bu da təsadüfi deyil, çünki RF sərhədləri hüdudlarında miq­rantların sayına görə dünya üzrə ilk beşliyə daxildir. Rosstatın məlu­matlarına görə, 1992-2009-cu illərdə Azərbaycandan Rusiya Fede­rasiyasına netto miqrasiya 364 min nəfər təşkil etmişdir. Sentyabr 2008 – sentyabr 2009 dövrü üçün Rusiya Federasiyasında işləyən Azərbaycan miqrantlarının hər birinin orta aylıq qazancı $798,7 olmuşdur. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsasən, miqrantların Azərbaycana etdikləri pul baratları aşağıdakı kimi olmuşdur: 2004 – $228 mln., 2005 – $693 mln., 2006 – $813 mln., 2007 – $1287 mln., 2008 – $1554 mln., 2009 – $1274 mln. Bu rəqəmlər ölkə ÜDM-in müvafiq olaraq 2,6%; 5,2%; 3,9%; 3,9%; 3,4%; 3,0%-ni təşkil etmişdir. Hal-hazırda, miqrantların ölkəyə göndərdikləri pul baratlarının ümumi məbləğinə görə Azərbaycan keçmiş Sovet respublikaları arasında altıncı yerdə olsa da, bir baratın orta məbləği göstəricisinə görə Azərbaycan mütləq liderdir. Belə ki, RF-də işləyən qohumlarından, ailə üzvlərindən Azərbaycan sakinlərinin aldıqları bir baratın orta məbləği $617 təşkil edir.

Xarici valyuta kütləsinin artması yollarından də biri xarici və­tən­daşların ölkəmizə gəlməsidir. 2010-cu ildə xarici ölkə vətəndaş­la­rına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri $620,7 mln. məbləğində qiymətləndirilmişdir. Bunun 33,5%-i qeyri-rezidentlərin Azərbaycana işgüzar səfərləri ilə bağlı olmuşdur.

Ərzaq və digər istehlak mallarının dünya bazarındakı qiymətlərinin qalxması da ölkəmizdəki inflyasiyanın xarici mənşəli mənbələrindən biridir. Azərbaycanda satılan malların ≈ 40%-i idxalın payına düşür. Müstəqillik illərində idxalımızda ərzağın xüsusi çəkisi daima artmış və, məsələn, 2009-cu ildə ölkə idxalının tərkibində bu göstərici 12,7% olmuş­dursa, 2010-cu ildə 15,6% səviyyəsinə çatmışdır. Başqa sözlə, öl­kənin ərzaq təhlükəsizliyinin təmin edilməsində Azərbaycan xarici ba­zar­lardan çox asılıdır. Dünya bazarlarında ərzağın və digər istehlak mal­larının bahalaşması ölkədəki inflyasiyaya mənfi təsir göstərməyə qadirdir.

Bu illərdə ödəməmələr problemi aktuallıqını itirməmişdir. Bax­ma­yaraq ki, pul kütləsi və monetizasiya göstəricilərində müsbət dəyişikliklər baş vermişdir.

Cədvəl 12

2006-2010-cu illərdə Azərbaycan iqtisadiyyatının monetizasiyası





2006

2007

2008

2009

2010

ÜDM (mln. manat)

18037,1

26815,1

40137,2

34578,7

41574,7

Pul kütləsi – M2 (mln. manat)

2137,7

4401,6

6081,0

6169,2

8297,5

Monetizasiya (%)

11,85

16,41

15,15

17,84

19,96

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankının statistik bülleteni. № 12/2010

Bununla belə, 2004-cü ilin əvvəlinə müəssisə və təşkilatların debitor borcları 1,37 mlrd. manat olmuşdursa, sonrakı dinamikası aşağıda verilir:


Cədvəl 13

Müəssisə və təşkilatların debitor borclarının dinamikası


Tarix

Debitor borcların həcmi41

Debitor borcların ÜDM-a nisbəti, %42

01.01.2005

1,6 mlrd. manat

18,75

01.01.2006

5,24 mlrd. manat

41,84

01.04.2006

4,63 mlrd. manat

143,65

01.07.2006

4,48 mlrd. manat

62,69

01.10.2006

6,01 mlrd. manat

47,21

01.01.2007

4,08 mlrd. manat

22,52

01.04.2007

3,63 mlrd. manat

70,55

01.07.2007

5,37 mlrd. manat

50,31

01.01.2008

4,4 mlrd. manat

16,4

01.04.2008

5,62 mlrd. manat

68,49

01.07.2008

5,95 mlrd. manat

32,1

01.10.2008

6,2 mlrd. manat

20,42

Təsadüfi deyil ki, ödəməmələrin artması ilə paralel inflyasiyanın sürətlənməsi də müşahidə edilirdi.



Cədvəl 14


Məhsulların və əhaliyə göstərilən pullu xidmətlərin qiymət (tarif) indeksi (əvvəlki ilə nisbətən, faizlə)




2003

2004

2005

2006

2007

2008

2009

2010

Bütün məhsullar və əhaliyə göstərilən pullu xidmətlər

102,2

106,7

109,6

108,3

116,7

120,8

101,5

105,7

o cümlədən:

ərzaq malları

103,3

110

110,9

111,9

116,2

128,6

98,5

107,2

qeyri-ərzaq malları

101

101,5

105,4

105,3

110,5

111,5

103,4

102,3

əhaliyə göstərilən pullu xidmətlər

99,7

100,8

109,7

102,6

125,3

111,4

107,1

104,3

Mənbə: www.azstat.org

Cədvəl 15

İstehlak qiymətlərinin indeksi (2000=100)




Ümumi indeks

Ərzaq malları, içkilər və tütün

Qeyri-ərzaq malları

Xidmətlər

2006

108,3

111,9

105,3

102,6

2007

126,4

130

116,4

128,6

2008

152,7

167,2

129,8

143,2

2009

154,9

164,8

134,1

153,3

2010

163,8

176,7

137,2

159,8

Mənbə: www.azstat.org
6.8. İnflyasiya mexanizminə nəzəri baxışlar
Hal-hazırda inflyasiya nəzəriyyəsinin üç əsas istiqaməti məlumdur: Keynsin inflyasiya nəzəriyyəsi, monetar inflyasiya nəzəriyyəsi və müstəsna xərclər nəzəriyyəsi.

Keynsin inflyasiya nəzəriyyəsi təsərrüfat subyektlərinin gəlir və xərclərinin və onların tələbin artmasına təsirinin təhlilinə əsaslanır. Bu məktəbin nümayəndələri (C.M.Keyns, B.Hansen və b.) hesab edirlər ki, dövlət və sahibkarlar tərəfindən tələbin genişlənməsi istehsal və məşğulluğun artmasına gətirib çıxarır. Eyni zamanda, əhali tərəfindən tələbin artması inflyasiyaya aparır, çünki bu tələb qeyri-istehsal səciy­yəlidir. Bununla əlaqədar bu məktəbin nümayəndələri özəl və dövlət in­vestisiyalarının həvəsləndirilməsini məsləhət gördükləri halda, zəh­mətkeşlərin əməkhaqlarının məhdudlaşdırılmasını təklif edirlər.

Bu təlimin mühüm müddəalarından biri pullu tələbin (Keyns onu səmərəli tələb adlandırırdı) pul kütləsini yaratmasıdır. Həm də nəzərə almaq lazımdır ki, Keyns inflyasiyanın iki növünü fərqləndirir: yarım inflyasiya adlandırdığı mülayim və ya sürünən inflyasiya və həqiqi inflyasiya. Birinci halda, işsizlik şəraitində qiymətlərin qalxmasından daha çox işsizlərin istehsala cəlb edilməsinə xidmət edən və bu səbəbdən də təhlükəli olmayan pul kütləsi artımı başa düşülür. İkinci halda isə həqiqi inflyasiya adlandırılan çaparaq inflyasiya tam məşğulluq şəraitində, pul kütləsi artmasının tamamilə mal və xidmət qiymətlərinin qalxmasında təzahur etdikdə mümkündür.

Bununla əlaqədar, özünün «Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi» əsərində C.M.Keyns43 zəhmətkeşlərin ciddi müqaviməti səbəbindən «yolagetməz» adlandırdığı nominal əmək haqqının azaldıl­masını deyil, son nəticədə real əmək haqqının azalması ilə nəticələnən inflyasiyalı pul siyasətinin çevik aparılmasını tövsiyə edirdi. Məhz Keynsin inflyasiya nəzəriyyəsi əsasında Britaniyada qiymətlərlə məşğulluq arasında tərs mütanasibliyi əks edən «Fillips əyrisi» meydana gəlmişdir.

İnflyasiyanın monetarist nəzəriyyəsinin nümayəndələri (M.Fridman və b.) inflyasiyanı sırf tədavüldəki pul kütləsinin artıqlığının nəticəsi olaraq qəbul edir. Tədavül kanallarının artıq pul kütləsi ilə dolması pulu dəyərsizləşdirir və qiymətlərin qalxmasına aparır. M.Fridmanın44 söylədiyi kimi, «inflyasiya hər zaman və hər yerdə pul kütləsinin məhsul istehsalı ilə müqayisədə daha sürətlə artmasının nəticəsidir». Bununla əlaqədar, monetaristlər pul kütləsi indeksini ÜMM fiziki həcminin indeksi ilə müqayisə edirlər. Burada pul fəal qüvvə kimi çıxış edir, yəni pul kütləsi tələb yaradır.

Monetaristlər sənaye silsiləsini inflyasiyanın (yüksəlişin) və deflyasiyanın (böhranın) bir-birini əvəzləməsi kimi səciyyələndirməklə neokeynsçi antisilsilə tənzimləmə tədbirlərinin əleyhinə çıxır. Onlar belə bir nəticəyə gəlir ki, əgər inflyasiya sənaye istehsalının artmasına səbəb olursa, onda inflyasiyanı mülayim miqyaslarda qəbul etmək lazımdır.

Cari qiymət səviyyəsi iqtisadiyyatda tədavül edən pulun miqdarı ilə müəyyənləşdiyindən monetaristlər tədavüldəki pulun miqdarını ifadə etməyin variantlarından biri kimi kembric düsturundan istifadə edirlər:

,

Burada tədavüldəki pulun miqdarı;



knominal gəlir ilə arzu olunan pul qalıqları arasındakı nisbət (sabit kəmiyyət);

P – qiymətlərin mütləq səviyyəsi;

Y – real gəlir (sabit kəmiyyət).

Y-in sabitliyi fərziyyəsi texniki tərəqqinin və əhali artımının baş vermədiyi dəyişməz təsərrüfatda real milli məhsulun tam məşğulluğa uyğun gələn səviyyədə, yəni maksimum mümkün ola bilən səviyyədə olması fərziyyəsi ilə əlaqəlidir. K-nin sabitliyi fərziyyəsi təsərrüfat əqdlərinin ümumi quruluşunun sabitliyi ehtimalından irəli gəlir. Kembric tənliyində kY-in sabit kəmiyyət olmaları şərtini qəbul etsək, nominal pul miqdarının (Мs) dəyişməsi qiymətlərin mütləq səviyyəsinin (P) proporsional dəyişməsinə gətirib çıxartmalıdır.

Əslində, kembric tənliyi aşağıdakı üçtənlikli sistemdən irəli gəlir:

1. nominal pul qalıqlarına olan tələbin tənliyi.

2. pulun təklifi funksiyası.

3. tarazlıq şərti, yəni tarazlıq vəziyyətində pula olan planlaşdırılan tələb pulun planlaşdırılan təklifinə bərabərdir.

İnflyasiyanın müstəsna xərclər nəzəriyyəsi (C.M.Keyns, U.Torn, R.Kuen) qiymətlərin qalxmasının səbəbini istehsal xərclərinin artmasında görür. O, Keyns konsepsiyası ilə sıx bağlıdır. Keyns hesab edir ki, inflyasiyanın birinci mərhələsi (yarıminflyasiya) tələb inflyasiyasıdırsa, onun ikinci mərhələsi (əsl inflyasiya) istehsal xərcləri inflyasiyasının nəticəsidir. Müstəsna xərclər nəzəriyyəsi nümayəndələrinin fikrincə, yalnız əmək haqqı ilə bağlı olan xərclər inflyasiyaya səbəb olur. Əksər qərb iqtisadçılarının, o cümlədən P.Samuelsonun, R.Helbreytin də dəstək­lədiyi «əmək haqqı – qiymətlər» inflyasiya silsiləsi (spiralı) nəzə­riyyəsi məhz bu müddəa üzərində qurulmuşdur. Buna görə də, müstəsna xərclər nəzəriyyəsi əməkhaqlarının «dondurulması» üzrə antiinflyasiya tədbirlərinin, əhali gəlirlərinin məhdudlaşdırılması siyasətinin bü­növ­rəsini təşkil edir. Bununla belə, inkişaf etmiş ölkələrdə elmi-texniki in­qilabın müasir mərhələsi əməkhaqlarının artması ilə səciyyələnir. Bu səbəbdən də, qərb iqtisadçıları «əmək haqqı artımı əmək məhsuldarlığı artımından yüksək olmamalıdır» müddəasını irəli sürür, çünki əks halda hər şey «inflyasiya spiralının» işə düşməsi ilə yekunlaşar.

İnflyasiyanın qeyri-monetar konsepsiyası tərəfdarları hesab edirlər ki, inflyasiyanın yalnız pul tədavülü kanallarının artıq pul kütləsi ilə dolması kimi başa düşülməsini dolğun hesab etmək olmaz. Pulun dəyərsizləşməsi səbəbləri müxtəlif ola bilər, lakin heç də hər bir dəyərsizləşmə inlfyasiya demək deyil. İnflyasiyanın əmtəə qiymətlərinin qalxmasında təzahür etməsinə baxmayaraq, inflyasiya sırf pul hadisəsi deyil. Qiymətlərin qalxmasının pul amilləri ilə yanaşı, qeyri-monetar amilləri də mövcuddur. Məsələn, silsiləvi və mövsümi amillər, əmək məhsuldarlığının dəyişməsi, inhisarçı qiymətəmələgəlmə, dolayı vergilər, bazar konyunkturasının dəyişməsi. Bu amillər pul tədavülünün durumundan asılı olmadan qiymət artmasını yaradır, son nəticədə tədavüldəki pul kütləsi ilə iqtisadiyyatın pula olan tələbi arasındakı nisbətlərin pozulmasına gətirib çıxarır.

Qiymətlərin qalxmasının qeyri-monetar amillərindən biri də tələbin struktur dəyişməsidir. İstehsal olunan maddi nemətlərin çeşidinin sürətlə yeniləşdiyi şəraitdə tələbin ənənəvi mallardan yeni, dəbdə olan mallara keçməsi sonuncuların qiymətlərini qaldırır. Ənənəvi malların qiymətləri endiyi təqdirdə ümumi qiymət səviyyəsi dəyişməz qalardı. Lakin müasir iqtisadiyyatda tələbin azalmasının ardınca daha çox qiymətlərin düşməsi deyil, istehsalın azalması gəlir. Belədə, tələbin struktur dəyişməsi qiymətlərin qalxmasına gətirə bilər. İnflyasiya sarsıntısının qaynağı isə inhisarçıların bazardakı ağalığı ilə dövlət hakimiyyəti ola bilər ki, sonuncu da qiymətlərin inzibati yolla qaldırılmasında gerçəkləşmiş olur. Təcrübə göstərir ki, bazarların yüksək inhisarlaşması şəraitində inflyasiya daha şiddətli olur. İnflyasiyanı inhisarçılar başlamasa da, onlar inflyasiyadan yararlanır və buna görə də inflyasiyaya rəvac verir, onu həvəsləndirir. Bazardakı ağalığını qoruyub saxlamaqdan ötrü inhisarçılar yüksək qiymətləri qorumaqla yanaşı istehsal ilə təklifin miqyaslarını azaltmağa çalışır.



Download 3,5 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish