AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar



Download 3,5 Mb.
bet21/42
Sana21.03.2017
Hajmi3,5 Mb.
#5010
TuriDərslik
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

7.2. Borc kapitallarının bazarı
Əmtəə kapitalının hərəkəti üçün bazar lazım gəldiyi kimi borc ka­pitalının fəaliyyəti üçün müvafiq bazarın olması zəruridir.

Borc kapitalları bazarı spesifik bir bazardır, onun öz əsasları və xüsusiyyətləri vardır.

Borc kapitalı bazarı – kapitala olan tələb və təklif əsasında vasitəçi­lərin köməyi ilə kreditorlar və borcalanlar arasında kapitalın yenidən bölüş­dürül­məsi mexanizmidir.

Borc kapitalı bazarı maliyyə münasibətlərinin borc kapitalının döv­riy­yəsinin təmin edilməsi prosesi ilə əlaqədar xüsusi sferadır. Borc ka­pitalı müəyyən edilmiş faizlə geri qaytarılmaq şərti ilə borca veril­miş pul vəsaitidir.

Borc kapitalının dövretmə prosesi borc kapitalı bazarında həy­a­ta keçi­rilir. Borc kapitalı bazarını maliyyə bazarlarından biri olaraq, borc kapitalının dövretmə prosesini təmin edən bazar olaraq səciyyələn­dirmək olar.

Borc kapitalının mənbələri sırasında dövlət mülkiyyəti sfera­sında yaranan vəsaitlərin rolu böyükdür. Mənbələr sırasında dövlət büdcəsinin sərbəst pul vəsaitlərinin, sığorta fondlarının, pensiya fondu­nun, həmkarlar ittifaqları və digər ictimai təşkilatlarda sərbəstlə­şən pul vəsaitlərin də yeri var. Borc kapitalı bazarı – saziş obyekti borca təqdim olunan pul kapitalı olmaqla, tələb və təklifin formalaşdığı kapitalist əmtəə münasibətlərinin xüsusi sferasıdır. Əhali­nin əmanətləri bank əmanətlərində, ehtiyat pensiya fondlarında, sığorta kampa­niyalarında, həmçinin qiymətli kağızlar alışında təmsil olunur.

Funksional nöqteyi-nəzərdən borc kapitalı bazarı kapitalist istehsa­lının kreditlə təmin olunması məqsədi ilə pul kapitalının toplanma­sını və yenidən bölüşdürülməsini təmin edən bazar münasibət­ləri sistemidir.

Borc kapitalı bazarı vasitəsilə müəssisələrin, dövlətin və fərdi şəxslə­rin cari tələbatlarından artıq qalan hissədən əmələ gələn pul yığım­ları cəlb olunur və kreditə verilir. Bunlar ölkənin cari və strateji vəzifələrinə uyğun olaraq istehsal və qeyri-istehsal sahələrinin inkişa­fına kapital qoyuluşu kimi istifadə olunur.

İnstitusional nöqteyi-nəzərdən borc kapitalı bazarı borc kapitalı­nın hərəkətini həyata keçirən maliyyə-kredit təşkilatlarının, fond birjalarının məcmusundan ibarətdir.

Borc kapitalı bazarının əsas xüsusiyyəti odur ki, bu bazar bircinsli­dir. Belə ki, əmtəə yalnız pul şəklində çıxış edir. Borc kapitalı bazarında borc kapitalının hərəkəti: pul axınlarının bank sistemindən keçməsi ilə, müəssisələr və digər hüquqi şəxslər arasında hərəkəti ilə həyata keçirilir.

Borc kapitalı bazarının iştirakçıları aşağıdakılardır:

- ilkin investorlar – sərbəst maliyyə resurslarının sahibləri;

- ixtisaslaşmış vasitəçilər – pul vəsaitlərini toplayan və onları borc kapitalına çevirən maliyyə-kredit təşkilatları;

- borcalanlar (hüquqi və fiziki şəxslər, dövlət) – maliyyə resurslarına ehtiyacı olan bu kapitaldan istifadəyə görə haqqı ödəməyə hazır olan­lar.

Borc kapitalının bazarında kapitalın satıcısı sifətində pul kapitalist­ləri (borc kapitalistlərinin mülkiyyətçiləri), maliyyə-kredit institutlarının geniş yayılmış sistemi (kommersiya və investisiya bank­ları, sığorta kompaniyaları və s.), alıcı sifətində isə özəl və dövlət müəssisələri, dövlət və ya xüsusi şəxslər, əhali çıxış edir.

Müasir borc kapitalı bazarı müddət və təsisat əlamətlərinə görə xa­rak­terizə olunur. Müddətə görə pul bazarı və kapital bazarı fərqlə­nir: Pul bazarı dövriyyə kapitalının hərəkətini təmin edən bütün qısam­üddətli kredit əməliy­yatlarını əhatə edir və burada dövriyyəyə bir neçə həftədən bir ilə kimi olan kreditlər buraxılır.

Kapital bazarı isə əsas vəsaitlərin hərəkətini təmin edən or­tamüddlətli və uzunmüddətli əməliyyatları əhatə edir ki, burada 1 ildən 5 ilə qədər (orta­müddətli kredit bazarı) və 5 ildən yuxarı (uzunmüddətli kredit bazarı) müd­dətə pul vəsaitləri hərəkət edir.

Funksional və təsisat əlamətləri ilə müasir borc kapitalları ba­zarı kredit sistemi (müxtəlif maliyyə-kredit institutları məcmusu) və qiymətli kağızlar bazarını əhatə edir.

Qiymətli kağızlar bazarı isə öz növbəsində ilkin və ikinci bazara bölünür. İlkin bazarlarda yeni emissiya olunmuş qiymətli kağızlar, ikinci bazarlarda isə əvvəl buraxılmış qiymətli kağızlar alınıb-satılır. Bunlardan başqa, birjadankənar bazarlar da vardır. Burada o qiy­mətli kağızlar reallaşır ki, həmin qiymətli kağızlar birjada tədavül etmir.

Borc kapitalı bazarının müddət və funkional təsisat əlamətləri bütün ölkələr üçün xarakterikdir. Borc kapitalları bazarının dünya təcrübəsinin öyrənilməsi göstərir ki, kapital bazarları ABŞ, Qərbi Av­ropa və Yaponiyada daha çox inkişaf etmişdir. Bu ölkələrdə inkişaf etmiş çoxşaxəli kapital bazarları və müxtəlif maliyyə – kredit institut­ları şəbəkəsi mövcuddur.

Yuxarıda göstərildiyi kimi, borc kapitalı bazarı kapitalizm dövründə borc kapitalına tələb və təklifin formalaşdığı və iqtisadi müna­sibətlərin xüsusi bir sferasıdır. Borc kapitalı bazarının əsas vəzi­fəsi fəaliyyətsiz qalan pul vəsait­lərini borc kapitalına çevirməkdən ibarətdir.

Borc kapitalının funksiyaları onun kapitalist təsərrüfatı sistemin­dəki mahiyyəti və rolu, kapitalist istehsal münasibətlərinin xarakteri və məqsədləri ilə müəyyən olunur.

Borc kapitalı bazarının funksiyaları olaraq aşağıdakılar qəbul edi­lir:

- o, kredit vasitəsilə əmtəə tədavülünə xidmət edir;

- sahibkarların, əhalinin, dövlətin, həmçinin xarici müştərilərin pul əmanətlərinin (yığımlarının) toplanması və yığılmasını təmin edir;

- onun pul sayəsində fondlarının bilavasitə borc kapitalına çevril­məsi və istehsal prosesində xidmət etmək üçün kapital qoyuluşu şəklində istifadə oluna bilir;

- o, dövlət və istehlak xərclərinin ödənilməsi üçün kapital mən­bəyi kimi əhaliyə və dövlətə xidmət funksiyası vasitəsilə büdcə kəsirləri­nin ötürül­məsində rol oynayır;

- o, kapitalın mərkəzləşdirilməsi və təmərküzləşdirilməsinin sürət­lən­dirilməsi funksiyasını daşıyır.

Ümumilikdə, borc kapitalı bazarının göstərilən funksiyaları iqtisa­diyyatın gucləndirilməsinə, inkişafına, iqtisadi sistemin fəaliy­yə­ti­nin təmininə yönəl­dilir.

Pul kapitalının yığımları və hərəkətini əks etdirən borc kapitalı ba­zarı pul formasında dəyərin hərəkəti ilə, qiymətli kağızlar və kredit re­sursları şəklində müxtəlif pul fondlarının yaradılması və istifadəsi ilə üzvi sürətdə bağlıdır.

İqtisadi münasibətlərin spesifik sahəsi olmaqla, borc kapitalı ba­zarı vasitəsilə kapitalist təkrar istehsalın inkişafına yönəldilən pul fondlarının hərəkətini, istiqamətini, miqyasını, onun sosial-iqtisadi münasibətlərə təsirini müəyyən etmək olar.

Borc kapitalı bazarının milli və beynəlxalq borc kapitalı bazarı kimi səciyyələndirilməsi mümkündür. Onlar qarşılıqlı surətdə bir-bi­rini tamamlayır. Milli kapital bazarı – həmin ölkənin orta və uzunmüddətli kredit bazar­larından həmçinin ipoteka və qiymətli kağız­lar bazarlarından ibarətdir. Milli bazar nisbi müstəqilliyini saxlaya­raq beynəlxalq iqtisadi, o cümlədən valyuta-kredit münasi­bətləri­nin inkişafının bazasında formalaşan dünya kapitalı bazarı ilə əlaqədardır.

Borc kapitalı bazarının formalaşması milli və beynəlxalq təsərrüfa­tın və kredit sisteminin inkişafı prosesi ilə üzvi surətdə bağlı olaraq baş verir. Beynəlxalq borc kapitalları bazarının elmi xarak­teristi­kası iqtisadi ədəbiyyat mənbələrində hərtərəfli verilir. Onlar­dan ən mühüm olanlarını yığcam olaraq burada əks etdiririk.

Beynəlxalq borc kapitalı bazarı sosial-iqtisadi inkişaf səviy­yəsin­dən aslılı olmayaraq dünya ölkələrinin təsərrüfatları ara­sında borc kapitalının toplanması və yenidən bölüşdürülməsi üzrə müna­sibətlər sistemi kimi çıxış edir. Beynəlxalq borc kapitalı bazarı borc kapitalına olan tələb təklifdən asılı olaraq borc kapitalının ölkə­lər arasında hərəkətini həyata keçirən maliyyə-kredit müəssisələrinin məcmusundan ibarətdir. Buraya iri banklar, əsasən transmilli bank­lar, aparıcı fond birjaları və s. aiddir.

Təsisat nöqteyi-nəzərindən beynəlxalq borc kapitalı bazarı tə­krar istehsalın fasiləzisliyini və rentabelliyini təmin etmək məqsədi ilə borc kapitalının ölkələr arasında toplanması və yenidən bölüş­dürülmə­sini təmin edən bazar müna­sibətləri sistemidir. Onun tərkib hissəsinə xarici kreditlərin və avro kreditlərin orta və uzun­müddətli bazarları, qiymətli kağızlar bazarı və avro istiqraz ba­zarı daxildir.

Dünya borc kapitalı bazarında kreditor və borcalan sifətində iri firmalar və banklar, dövlət, hökumət və beynəlxalq valyuta – kredit təşkilatları çıxış edir.

Borc kapitalı bazarının inkişafının obyektiv əsasını təkrar isteh­sal pro­sesində kapitalın dövranının qanunauyğunluğu təşkil edir. Bir tərəfdə müvəq­qəti sərbəst pul vəsaitləri yaranır, digər tərəfdə isə borc vəsaitlərinə olan tələbat yaranır.

Kapitalın hərəkətsizliyi kapitalizmin təbiəti ilə ziddiyyət təşkil edir. Borc kapitalı bazarı isə bu ziddiyyəti həll edir. Onun köməyi ilə təkrar istehsal prosesini və pul kapitalistlərinin mənafelərini təmin edərək, müvəqqəti sərbəst pul kapitalları, həmçinin bütün sinif və təbə­qələrin gəlir və əmanətləri borc kapitalına çevrilir və yenidən kapi­tal dövriyyəsinə cəlb olunur.

Kapitalizmin hələ yüksək səviyyədə bankları olmadığı dövrdə pul kapi­talına tələb və təklif məhdudluğu nəticəsində borc kapitalı bazarı zəif inkişaf etmişdi. Bunun bir sıra səbəbləri var idi. Əhalinin pul əmanətləri və pul kapitalının yığımı üzrə işlər hələ geniş inkişaf etməmişdi. Bu əsasən azsaylı banklar vasitəsilə həyata keçirilirdi və maliyyə – kredit müəssisələrinin başqa formaları yeni yaranmağa baş­layırdı. Pul kapitalına tələbat qısamüddətli idi və ayrı-ayrı müəssisə­lərə qısa müddətə verilirdi. Əhali və dövlət isə borc kapitalı bazarına nadir hallarda müraciət edirdi.

Borc kapitalı bazarının inkişafına kapitalizmin inkişafı təkan verdi. Səhmdar cəmiyyətlərin yaradılması, istehsalın yüksək tə­mərküzləşməsi və mərkəzləşməsi nəticəsində borc kapitalı bazarı kapita­list ölkələrinin iqtisadi və kredit siyasətlərinin formalaşmasında mühüm rol oynayır.

Sənayecə inkişaf etmiş ölkələrin borc kapitalı bazarının xüsusiyyət­ləri, onun dünya kapitalist təsərrüfatı sistemindəki aparıcı yeri, beynəlxalq valyuta – kredit münasibətləri, həmçinin kapital yığımı­nın yüksək səviyyəsi, inkişaf etmiş kredit sisteminin və fond birjalarının mövcudluğu, nisbətən sabit siyasi rejimləri ilə müəyyən olunur.

İnkişaf etməkdə olan ölkələrdə borc kapitalı bazarının xüsu­siyyət­ləri onların ümumi iqtisadiyyatında gerilik, həmçinin əsas kapitalın məhdud miqyası ilə əlaqədardır.

Milli borc kapitalı bazarının beynəlxalq əməliyyatlarla əlaqəsi sə­viyyəsi iqtisadi inkişafın xüsusiyyətləri ilə müəyyən olunur.

Borc kapitalları bazarının Azərbaycan Respublikasındakı vəziy­yə­tinə gəldikdə onun ən başlıca ümumi cəhətləri qeyd edilə bilər. Əv­vələn, burada borc kapitalı bazarı nisbətən gənc olması ilə səciyyələ­nir. Bazar iqtisa­diyyatının kateqoriyası olmaqla borc kapi­tal­ları bazarı Azərbaycan Respub­likasının bazar iqtisadiyyatı sis­teminə keçmək yolunda çalışmaları ilə birlikdə paralel surətdə yaran­mağa başlayıb inkişaf etmişdir. 1992-ci ildə «Azərbaycan Respubli­kası Milli Bankı haqqında» Qanunun və «Banklar və bank fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunun yaradılması borc kapitalları bazarının əmələ gəlməsi üçün hüquqi əsas olmuşdur. Hüquqi əsaslardan bəhs edildikdə iqtisadi islahatların həyata keçiril­məsi üzrə bir sıra digər aidiyyətli qanunların qəbulu qarşı tərəflərin (təsərrüfat sferasının) kredit təşkilatları ilə münasibətlərinin bazar prinsipləri əsasında qurulmasına imkan yaramışdır. Kredit sisteminin qa­nunçuluq bazasını təşkil edən yeni qanunların qəbulu və intensiv olaraq normativ aktlarının hazırlanması bu sistemdə bazar müna­sibətlə­rinin dərinləşməsinə xidmət etmişdir. Bununla yanaşı olaraq ölkə iqtisadiyyatının ağır çətinliklərdən çıxmaqla sabitləşməsi, daha sonra sürətli inkişaf borc kapitalının bazasının güclənməsi ilə nəticələn­mişdir.

Azərbaycanda iqtisadiyyatın inkişafı ilə əlaqədar borc kapital­ları bazarının subyektləri öz fəaliyyətini qaydaya salmışlar. Bu cəhət­dən xüsusilə 2003-cü ildən sonrakı dövrün göstəriciləri diqqəti cəlb edir. Bu dövrdə bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyası olan təşkilatların sayında azalma olmamışdır. Onların sayı 2003-cü ilin axırında 104 vahid idisə, sonrakı bütün illərdə onların sayı art­maqla 01.01.2010-cu ildə 142-yə çatmışdır.

Bankların sayına gəldikdə 2002-ci ilin axırında – onlar 46 vahid təş­kil edirdisə, 01.01.2010-cu ildə də həmin sayda olmuşdur. Bankla­rın filial şəbəkəsi isə genişlənməkdə davam etmişdir. Bankların yerli filiallarının sayı 2002-ci ildəki 220 vahiddən 01.01.2010-cu ildə 636-ya çatmışdır. Eyni zamanda bankların məcmu kapitalının kəmiyyəti sistema­tik olaraq artmış, banklara cəlb edilən borc kapitalının kə­miyyəti və yerləşdirilən borc kapitalı məbləği çoxalmışdır.

Eyni zamanda bank olmayan kredit təşkilatlarının sayı 2002-ci ildə 47 vahid idisə, 01.01.2010-cu ildə 96 sayda belə təşkilat borc kapital­ları bazarında xidmət göstərmişdir.

Azərbaycan Respublikasında milli borc kapitalları bazarının inkişafında təsisat və funksional cəhətlərdən bankların və onların borca­lanlarının potensialı başlıca rol oynayır. Bununla belə, bank olmayan (qeyri-bank) kredit təşkilatlarının yaranması və inkişafının əhəmiyyəti və rolu qeyd edilə bilər. İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrin, habelə bir sıra inkişaf etməkdə olan ölkələrin bu yönümdə çoxillik təcrübəsi onların kredit sisteminin daşıdığı vəzifələrin müəyyən hissəsini öz üzərinə götürüb iqtisadi və sosial inkişafa dəs­tək verdiyini göstərir. Əlbəttə ki, bu tip kredit təşkilatlarının borc kapi­talları bazarındakı iştirakı və fəaliyyətinin əsasları ölkələrin milli qanunçuluğu ilə müəyyən edilərək tənzimlənir.



Azərbaycan Respublikasında qeyri-bank kredit təşkilatlarının fəa­liy­yə­tinin lisenziyalaşdırılması, tənzimlənməsi və onların üzərində nəzarət funk­siyasını Azərbaycan Respublikasının Mərkəzi Bankı həy­ata keçirir. Bu zaman «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» Azərbaycan Respublikasının Qanuna, «Banklar haqqında», «Poçt haqqında» və «Kredit İttifaqları haqqında» Azərbay­can Respublikasının qanunlarına, Mərkəzi Bankın normativ xarakterli aktlarına, habelə bank nəzarəti sahəsində səmərəli beynəl­xalq təcrübəyə uyğun olaraq hərəkət edilməsi tələb olunur. Bu sahə­dəki qanunçuluq bazası 25 dekabr 2009-cu il tarixli «Bank olmayan kredit təşkilatları haqqında» Azərbaycan Respublikasının Qanunu sayəsində müvafiq qaydada genişləndirilmişdir. Bu da borc kapital­ları bazarının inkişafına yönəldilir.
7.3. Borc faizi
Borc kapitalı onun sahibləri tərəfindən borc verildikdə mü­qa­bi­lində müəyyən məbləğin ödənilməsi şərtləndirilir. Bu əsasla borc kapi­talı öz dəyərində olmaqla borcluya keçir. Bu zaman meydanda olan borc kapitalının dəyəridir. Borc kapitalının istehlak dəyəri isə bu ka­pitalın istifadəsi ilə mey­dana çıxır. Borc edilən kapital sahibkarın fəaliyyəti sayəsində tətbiq edilməklə, yeni dəyərin yaradılması proseslə­rinə xidmət edir. Məhsul və xidmətlərin realizasiyasından gə­lən gəlirin tərkibində yer alan mənfəət işə qoyulan kapitalla müqayisə edildikdə və ya kapitalın həcminə görə qiymətləndirildikdə sahib­ka­rın öz kapitalına və istifadə olunan borc edilmiş kapitallara düşən payları bilmək olar. Buradan da istfiadə edilən borc kapitalına görə haqq ödənil­məsinin bazar münasibətlərinin məqsəd və məramına uyğun olaraq ümumi hal alması qanunauyğundur. Əlbəttə ki, haqq alınması, olsun ki, çox mənalar daşıya bilər. Ona görə də borc kapita­lına görə ödənilən vəsaitin digər ödənişlərdən fərqli spesifik anlayışı – borc faizi öz mahiyyəti və məzmunu ilə iqtisadi kateqoriyalar sıra­sında tanınmış yer tutur. O, iqtisadi münasibətlərdə təsirliyini göstə­rir. Borc faizinin ən qabarıq təzahürləri ümumi mənada sahibkar (işgü­zar) adlandırılan kapitalistlər ilə borc kapitalistləri arasındakı münasibətlərdə ortaya çıxır. Elmi məktəblər tərəfindən borc faizinin mahiyyətinin təqdimi də məhz bu nöqteyi – nəzərə müvafiqdir. Borc faizinin yaranması və ödənilməsi ilə bağlı olan münasibətlərin əsa­sında geniş mənada əmtəə-pul münasibətlərinin durması qəbul edilən­dir. Amma, əmtəə-pul münasibətləri hədsiz dərəcədə çoxcəhətli­dir, bundan irəli gələrək borc faizinə yönəli elə dəqiqləşdirmə olmalı­dır ki, bu kateqoriyanı aydınlığı ilə müəyyən edə bilsin. Belə bir an­laşma ilə borc faizi sahibkar (funksiyaedici) kapitalist­lərin borc kapitalın­dan müvəqqəti istifadəyə görə bu kapitalın mülkiy­yətçilərinə mənfəətdən verilən (ödənilən) paydır. Borc faizi borc kapitalının tət­biq edildiyi təsərrüfat fəaliyyətindən (məhsul və xidmətlər istehsalı və realizasiyasından) əldə edilən mənfəətin bir hissəsidir. Burada faizin «izafi dəyərin bir hissəsi» deyil, mənfəətin bir hissəsi adlandırmağımız mə­sələnin daha aydın görüntüsünə xidmət etməklə yanaşı, konkret sahibkarların əməli fəaliyyəti ilə bilavasitə bağlanmasına kömək edir. İzafi dəyərdə xeyli dərəcədə mücərrədlik olmaqla yanaşı, o, bir çox hallarda ardınca siyasiləşmiş ifadələr gətirir, olsun ki, bəzən söz-söh­bət doğurur. Əsas məqsəd isə odur ki, borc kapitalının hərəkəti prose­sində təsərrüfat əməliyyatlarının yerinə yeti­rilməsi sayəsində əldə edilən mənfəətin iki yerə ayrılmasının iqtisadi cəhətdən əsaslı ol­duğu və onlardan bir payının faiz olması dərk edilsin.

Həmin hissələr arasındakı nisbətlərə gəldikdə, bunun mütləq göstə­ricisi yoxdur və bazar münasibətləri şəraitində ola da bilməz. Amma belə nisbətlərin əmələ gəlməsinin, müvəqqəti sabitləşməsinin, tərəddüdləri və köklü dəyişmələrinin ciddi elmi izahları vardır.

Bunu unutmadan, borc faizinin mahiyyət xarakteristikasına yanaş­malarda daha bir vacib və yetərincə dolğun istiqaməti də qeyd etmək lazım gəlir. Bu yanaşmada borc faizinə borc kapitalının bir əmtəə kimi özünü göstərməsi nöqteyi –nəzərindən baxılır və borc veri­lən kapitalın qiyməti kimi mənalandırılır. Onu da qeyd edək ki, bu fikir heç də yeni olmayıb, borc faizi haqqında təkzibedilməz müddəa­lar sırasında olmaqla indi də görkəmli mənbələrdə yer alır. O, za­tən marksist təliminə məxsusdur və faiz «qiymətin irrasional for­ması» adlandırılmışdır.

Borc faizi təbii ki, iqtisadi kateqoriyalardan biri olmaqla müəyyən funksiyalar daşımaya bilməz. Borc faizinin mənfəətin bölüşdürülməsi (yenidən bölüşdürülməsi) və tənzimləmə funksiyala­rını daşıması qəbul edilir. Faizin stimuledici funksiyasını daşıması da bəzi mənbələrdə qeyd olunur.

Faiz riyaziyyatda, statistikada nəyin nədə nə qədər yer tutma­sını, ümumi həcmdə, sahədə və s. nə paya malik olmasını səciy­yələndi­rir. Maliyyə, kredit və pul tədavülündə (qanunlar və norma­tiv aktları da daxil olmaqla) faiz bir sıra nisbətləri, payları, inkişa­fın gedişini, dəyişmələri müəyyən etmək üçün mühüm vasitədir.

Borc faizinə gəldikdə, o müəyyən səviyyə ilə xarakterizə edilə bi­lər. Təcrübədə faiz dərəcəsi olaraq tanınan bu göstəricinin səviyyəsi konkret haldakı vəziyyəti əks etdirən bu və ya digər rəqəmin arxa­sında % işarəsinin qoyulması ilə təqdim olunur. Borc faizinin dərəcəsi ən müxtəlif variantlarda olsa belə, faiz səviyyəsinin əyani ifadəsidir.

Faiz səviyyəsinin faiz norması adı altında hesablanması ssuda məb­ləği ilə gəlir arasındakı nisbəti səciyyələndirir. Ssuda (borc) kapitalın­dan əldə edilən gəlirin borc verilən kapitalın məbləğinə bölün­məsi və 100-ə vurulması ilə alınan nəticə faiz normasını əks etdi­rir. Həmin hesablama üsulu faiz səviyyəsini güzgü kimi göstərdiyi üçün heç bir əks reaksiyaya səbəb olmur, diskussiya doğurmur.

Faiz normasının riyazi mənalandırılmasına əsaslansaq onun mənfə­ətdən asılı olması qarşıya çıxır. Mənfəətin faiz və sahibkar gəli­rinə bölünməsi faktına görə faiz nə qədər yuxarı olarsa sahibkar gəliri bir o qədər azalar və əksinə faizin azalması sahibkar gəlirinin artma­sına gətirib çıxarar. Amma bunların hər ikisi üçün mənfəətin olması lazımdır, mənfəətin artması onların bazasını möhkəmləndirir, hər iki tərəfin maraqlarına uyğun gəlir.

Müəyyən mənada belə görünə bilər ki, borc faizinin səviyyəsi­nin izahına bununla nöqtə qoyula bilər. Amma qətiyyən yox.

Bazar iqtisadiyyatının başqa qanunauyğunluqları, ödkədaxili və habelə beynəlxalq miqyaslı təsirlər və hadisələr faiz səviyyəsini, onun normasının dəyişilməsini müxtəlif cəhətlərdən diktə edir.

Xüsusilə bazar iqtisadiyyatında hökm sürən tələb və təklif qanunu­nun təsirləri qeyd edilməlidir. Borc kapitalları bazarında ssudala­rın təklifi ona olan tələbi üstələdikdə faiz dərəcəsi azalmağa istiqamət götürür. Ssudalara tələb artaraq borc kapitalı təklifini ötüb keçdikdə və ya başqa sözlə, ssudaların verilmə imkanı tələbə nisbətdə azaldıqda faiz səviyyəsi azalmağa doğru gedir. Amma nə qədər azalsa belə F>0 olaraq qüvvədə qalır, əks təqdirdə borc verilməsi mənasız olardı. Lakin normal iqtisadiyyat şəraitində faizin sahibkar gəlirin­dən yuxarı olması da qəbul ediləsi hal deyildir. Faizin yuxarı həddi, yaxud sərhədi bazar iqtisadiyyatının qanunauyğunluqlarından irəli gəlir və sahibkar gəlirinin müvafiq kəmiyyəti ilə məhdudlaşmalı olur.

Faiz normasının asılı olduğu tələb və təklifin özü də bazar iqtisa­diyyatının qanunauyğunluqlarından irəli gələn bir sıra təsirlərin al­tındadır. Bütün bunlar borc faizinin dinamik olmasını, bazar iqtisa­diyyatında gedən proseslərdən qaynaqlandığını, həssas olmasını göstər­məyə əsas verir.

Azərbaycan Respublikasında borc faizi bazar iqtisadiyyatına xas olan qaydalarla fəaliyyət göstərir, müvafiq təsirlərə məruz qalır.

Ümumi əlamətlərə böyük əhəmiyyət verilir. Borc faizinin xüsu­siy­yətlərinə gəldikdə onun əsasında Azərbaycan Respublikasında iqti­sadi islahatlar, inkişaf prosesləri, pul və kapitallar bazasındakı vəziyyət, kredit sisteminin strukturu və inkişaf səviyyəsi durur.

Azərbaycan Respublikasında müasir dövrdə faiz dərəcələri aşağıda­kılarla təmsil olunur:

*Depozit və əmanətlər üzrə faiz dərəcələri.

*Verilmiş kreditlər üzrə faiz dərəcələri.

*Banklararası kreditlər üzrə faiz dərəcələri.

Bunlardan başqa, Azərbaycan Respublikası Mərkəzi Bankının əməliy­yatları üzrə faiz dərəcələri mövcuddur. Onlar aşağıdakılarla təmsil olunur:

*Yenidən maliyyələşdirmə faiz dərəcəsi.

*Lombard faiz dərəcəsi.

*Notlar üzrə faiz dərəcəsi.

*Repo əməliyyatı üzrə faiz dərəcəsi.

*Əks Repo əməliyyatı üzrə faiz dərəcəsi.

Depozit və əmanətlər üzrə faiz dərəcələri hüquqi şəxslər üzrə və fi­ziki şəxslər üzrə faizlər olmaqla iki böyük qrupa ayrılır. Eyni za­manda manatla və xarici valyuta ilə olmaqla fərqləndirilir. Verilmiş kreditlər üzrə faiz dərə­cələri də analoji olaraq hüquqi şəxslər üzrə və fiziki şəxslər üzrə faiz dərəcə­lərinə, onlar da öz növbəsində manatla kreditlərə görə və xarici valyutada kreditlərə görə faizlərə ayrılır.

Banklararası kreditlər üzrə isə, faiz dərəcələrinin kreditlərin milli pula və xarici valyutada olmasından asılı olaraq fərqləndirilməsi vardır.


VIII FƏSİL. KREDİTİN ZƏRURİLİYİ,

MAHİYYƏTİ VƏ FUNKSİYALARI
8.1. Kreditin zəruriliyi
Kreditin varlığı onun zəruriliyi ilə bağlıdır. O heç zaman ötəri xa­rakter daşımamış, tək-tək şəxslərlə, ayrı-ayrı təsərrüfat subyektləri ilə, habelə bu və ya digər ölkə ilə məhdudlaşmamışdır.

Bu və ya digər şəraitdə kreditin həcmcə azalmasına gəldikdə, bu müxtəlif səbəblərdən irəli gəlir və başqa bir şəraitdə onun artması ilə inkişafı davam edir.

Elmi yanaşma digər iqtisadi kateqoriyalar kimi kreditin də baş­lanğıcını diqqətə almağı, xatırlatmanı tələb edir. Kreditin meydana gəlməsinin aydın­laşdırılmasında əsas məsələ bu və ya digər konkret tarix, hansısa qədim ölkə deyil, kredit münasibətlərinin hələ rüşeym halında olduğu bir vaxtda yavaş-yavaş öz əlamətlərini göstərməsidir. Bunlar elə əlamətlərdir ki, böyük inkişaf yolu keçməklə bu günə kimi gə­lib çatmışdır. Yəni kredit zərurətlə yarandığı kimi onun inkişafı da zərurətdən irəli gəlmişdir.

Kredit münasibətləri başlanğıcda pulsuz müəyyən maddi dəyərə malik əşyanın bir şəxsdən digərinə borc olaraq keçməsi şəklində fərz edilə bilər. Sonra həmin borcun eyni məhsulla, razılaşdırılan kimi qayta­rılması olmalı idi ki, cəmiyyətdə borc vermək və borc olaraq lazım gələn məhsulları əldə etmək adətləri yaranıb möhkəmlənsin. Hər halda bu primitivlik borc alanın və verənin başqalarından mülkiyyətcə ayrılığı, öz malına müstəqil sərəncam verə bilmək imka­nını ehtiva etmişdir. Biz bu xüsusiyyətə daha çox əhəmiyyət veririk, nəinki borc verilən əşyanın növünə. Kreditin zəruriliyi məsələsində əhə­miyyətli cəhətlərdən biri cəmiyyətdə borc almağa ehtiyacın ya­ranma­sıdır. Əgər ehtiyac olmasa borc alınmaz. Müasir anlamda «ehtiyac» ifadəcə kasıblıq, zəiflik kimi düşünülə bilər. Amma kredit münasibətlərinin yaranıb çox uzun müddət ərzində yoxsul və azta­vanlı insanların karına gəldiyini bilsək, aydın olar ki, ehtiyacı nəinki zəiflik, hətta yazıqlıq kimi də qəbul etmək olardı. Belə vəziyyətlə üzləş­miş insanların heç bir sosial təminat və güvənc yerinin olmadığı üçün borc almaq, bəlkə də yeganə çıxış yolu idi. Şübhəsiz ki, zərurə­tin reallaşdırılması imkanı da vacibdir. Kredit münasibətləri nöqteyi-nəzərindən borc vermək imkanı olanlar olmasaydı ehtiyaclar ödənilə bilməzdi. Bəlli olur ki, hər bir dövrün özünə görə tələbatından artıq məhsula, vəsaitə malik şəxsləri olmuşdur və onlar borc verilməyi əlve­rişli hesab edirmişlər. Pulun meydana gəlməsi kredit münasibətlərinin in­kişafında böyük rol oynamışdır. Pul şəklində kreditlər cəmiyyət üçün daha əlverişli və deməli, daha zəruri olmuşdur.



İxtisas yönümlü məşhur elmi kollektivlər kreditin yaranmasını pu­lun yaranmasından sonra cəmiyyətin dahiyanə kəşfi adlandırır. Biz bunu çoxdan qəbul etmişik və inamımız bir daha artır ki, bunların vasitəsilə iqtisadiyyatda çox böyük problemlər həll olunur. Bu mə­nada kreditin müasir dövrdə zəruriliyi daha tutarlı dəlillərə əsaslanır. Amma bunları incələmək o qədər asan deyildir. Bizim fikrimizcə, bu­rada çətinlik ilk növbədə kreditin zəruriliyi, mahiyyəti, funksiyaları və rolu məsələlərinin hədsiz dərəcədə yaxın olma­larında, sanki bir –birinin daxilində olması kimi görüntülərindədir. Çətinliyin ikinci isə mövcud iqtisadi ədəbiyyatlarda, hətta onların ən mötəbərlərində belə, həmin anlayışların verilməsindəki bu və ya digər əngəllərdir ki, bun­lar subyektiv acizlikdən deyil, əsasən obyektiv səbəblərdən irəli gəlir.

Müasir iqtisadiyyat şəraitində kreditin zəruriliyini təsərrüfat subyekt­lərinin yoxsulluğu ilə izah etmək olmaz. Fikrimizcə, təsərrüfat subyektlərinin kreditə meyil göstərməsi, onların nəzərində bu və ya digər vaxtda ssuda alınması zərurəti əsas iki səbəbdən irəli gəlir. Birin­cisi kapitalın dövriyyəsi prosesində meydana çıxan uyğun­suzluqla­rın ram edilməsi zərurəti, ikincisi isə kreditin xeyirliliyi­nin müəyyənliyidir. Borc almaq istəyənlərin həmin möv­qey­inə qarşı əl uzadıb duranı odur ki, cəmiyyətdə təkrar istehsal prose­sində yaranan, nisbi mənada artıq olan vəsaitlərini kredit şəklində verilmək imkanları olanlar vardır. Onlar da vəsaitlərin kredit forma­sında verilməsinin xeyirliyindən faydalanmaq istəyir. Yəni, kredit ver­mək peşəkar zəruri fəaliyyət şəklini alır. Elə bazar iqtisadiyyatı dövründə də kreditin zəruriliyi və mümkünlüyü bir birini tamam­layır. Təkrar istehsalda kapitalın dövriyyəsinin qanunauyğunluqları kreditin zəruriliyinin və onun imkana çevrilməsinin əsasını təşkil edir. Qa­nu­nauyğunluq isə obyektiv surətdə meydana gələn elə halların məcmu­sudur ki, kapitalın dövriyyəsi prosesində bir tərəfdən vəsaitlə­rin azad olması, digər tərəfdən isə təsərrüfat subyektlərinin kənardan və­saitlərin cəlb edilməsinə ehtiyacları yaranır. Başqa təsirlər, situasiya­lar istisna deyildir, hətta labüddür. Amma, kreditin zəru­riliyi­nin izahında bu amillər həlledicidir, dəyanətli istinad yeridir. Bununla belə, kreditin zəruriliyi dərəcəsi, yaxud onun istifadəsinin labüdlüyü əmtəə-pul münasibətlərinin inkişafı səviyyəsindən, tempin­dən, pulun kapitala çevrilməsi imkanlarından, iqtisadiyyatın təşkili və idarə olunması xüsusiyyətlərindən və s.-dən asılıdır. Elə, iqtisadi tsikllərdə kreditə tələb və onun təklifində gedən dəyişmələrin kəskinliy­ini misal gətirmək olar. O ki, qaldı inzibati – amirlik siste­mində kreditin zəruriliyi ilə bazar iqtisadiyyatı şəraitində kreditin zəruri­liyinin müqayisəsinə, buradakı fərqlər elə həmin iqtisadi sistemlə­rin fərq­lərindən irəli gələn səbəblərlə izah edilə bilər. Baxmaya­raq ki, inzibati – amirlik sistemi istehsal, satış, maliyyənin təşkili və s. cəhətlərdən bərk məhdudiyyətləri ilə səciyyələnirdi, hətta bu rejimin özü də kreditsiz keçinə bilməmişdir. Həmin çərçivə daxi­lində kreditin özünə yol tapması, yaxud təsərrüfat subyektlərinin kre­ditə can atması, nəhayət ki, hakimiyyəti də kreditin zəruri olması faktı ilə barışmağa və daha sonra siyasi rejimin tələbləri daxilində onu dəstəkləməyə vadar etmişdir. Müstəqil Azərbaycan Respub­likası­nın timsalında kreditin zəruriliyini əsaslandırmağa gəl­dikdə, bu hələ ölkənin bazar iqtisadiyyatına keçmək yolundakı çalışma­ları dövründə (həm daxili dövriyyədə və həm də beynəlxalq əlaqələrdə) kredit münasibətlərinin təşkil edilməsində özünü göstər­miş, indi isə yeni inkişaf mərhələsinin tələblərinə görə inkişaf etdiril­məsində təsdiqini tapır. İndi artıq bazar iqtisadiyyatlı ölkə olan Azərbay­can Respublikasında kreditə ehtiyac da, zərurət də vardır. Əlbəttə ki, kredit münasibətlərinin baş verməsi üçün bunlar vacibdir. Kreditə olan tələbatın ödənilməsinə gəldikdə, bu kreditin mahiyyəti və mühüm atributları nəzərə alınmaqla təmin edilməli olur.
Download 3,5 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish