Cədvəl 19
Layihənin təşkili mərhələləri
İşin mərhələləri
|
Əsas
|
İcraçı
|
Mərhələ 1. Layihəqabağı işlər
|
1. Texniki-iqtisadi əsaslandırma (TİƏ) və ya texniki-iqtisadi hesabatın (TİH) hazırlanması
|
Kapital qoyuluşu planı.
Yuxarı təşkilatın göstərişi
|
Elmi-tədqiqat layihə təşkilatı
|
2. Layihə üzrə müqavilənin tərtibi
|
Sifarişçinin təklifi
|
Sifarişçi və layihə təşkilatı
|
Mərhələ 2. Layihə işləri
|
3. Axtarış işləri
|
Sifariş və müqavilə
|
Layihə təşkilatı
|
4. Layihənin hazırlanması – stadiyalar 1 üzrə
|
Layihə hazırlığı
Layihə və müqavilənin işlənməsinə tapşırıq
|
Layihə təşkilatı
|
Mərhələ 3. Layihənin ekspertizası və təsdiqi
|
5. Layihənin ekspertizası
|
Layihənin hazırlanması və ekspertizası üzrə təlimatlar
|
Layihə təşkilatı
Layihənin ekspertiza şöbəsi
|
6. Layihənin təsdiqi
|
Layihənin hazırlanması qaydası təlimatı
|
Layihə təşkilatı
Müvafiq təşkilatın layihənin təsdiqi
|
Cədvəldən göründüyü kimi birinci mərhələdə tikiləcək obyekt üzrə texniki-iqtisadi əsaslandırma (TİƏ), onun məqsədi və iqtisadi səmərəliliyi hesablanmalıdır. Bunun üçün lazımi materiallar toplanmalı, layihəqabağı hesablamalar aparılmalıdır. Bu mərhələdə eyni zamanda sifarişçi ilə layihə təşkilatı arasında layihə işinin maliyyələşməsini hüquqi cəhətdən tənzimləyən müqavilə hazırlanmalıdır. Müqaviləyə əlavə olaraq obyektin layihələndirmə tapşırığı da tərtib edilir.
İkinci mərhələdə – layihələndirmə üçün axtarış işləri (texniki və iqtisadi) yerinə yetirilir. Buraya tikinti meydanının seçimi və planlaşdırılması, layihənin mərhələlərlə hazırlanması daxildir.
Üçüncü mərhələ layihənin ekspertizası və təsdiqini nəzərdə tutur. Bütün iri müəssisə və təşkilatların layihə-smeta sənədləri, tabeçiliyindən və mülkiyyət münasibətlərindən asılı olmayaraq, təsdiqə qədər ekspertizadan keçməlidir.
12.6. Əsas fondların və istehsal güclərinin istifadəyə
verilməsində tikintinin iştirakı
Ölkənin milli sərvətləri tərkibində əsas fondlar xüsusi rol oynayır. Onlar müəssisə və təşkilatlara, ayrı-ayrı sahələrə, özəl qurumlara, həmçinin ictimai təşkilatlara aiddir. Əsas fondlar özlüyündə material və qiymətlilərin toplusu olub, uzun müddət istifadə olunan əmək vasitələrindən ibarət olub, maddi və qeyri-maddi sahələrdə fəaliyyət göstərir.
Əsas fondlar daşınmaz əmlakın tərkib hissəsidir. Əsas fondlara – maşınlar, avadanlıqlar, alətlər və digər əmək vasitələri aid edilir ki, onların köməyilə işçilər maddi nemətlərin istehsalını təmin edirlər. Qeyri-istehsal sahələrinə – yaşayış evləri, klublar, məktəblər, xəstəxanalar və digər mədəni-məişət xidmətləri obyektlərinin fondları da əsas fondların tərkibinə daxildir.
Əsas fondların tərkibinə torpaq sahələrinin yaxşılaşdırılmasına (melorasiya, irriqasiya, şorandan yuyulma və s.) istifadə edilən kapital qoyuluşu da daxil edilir.
Əsas fondlar istehlak dəyərinə və dəyərə malikdir.
Əsas fondların istehlak dəyəri dedikdə, onun faydalılığı, adamların hər hansı tələbinin ödənilməsi başa düşülür.
Əsas fondların dəyəri onun istehsalı və alınmasına çəkilən xərclərin məcmusudur.
Bir qayda olaraq, müxtəlif sahələr üçün istifadə edilən kapital qoyuluşu, həmin sahələrdə əsas fondların yaradılmasında iştirak edir. Kapital qoyuluşu əsas fondların təzələnməsi və təkrar istehsalı üçün yeganə mənbədir. O, həm əsas fondların aktiv hissəsini, həm də passiv hissəsini yaratmaq üçün istifadə olunur. Bir qayda olaraq istifadəyə verilən əsas fondların dəyəri onun üçün istifadə olunan kapital qoyuluşu məbləğindən az olur. Bu fərq sair xərcləri təşkil edir.
Cədvəl 20
Bunları aşağıdakı cədvəlin məlumatlarından görmək olar.*
İllər
|
Əsas kapitala investisiya (mln.man.)
|
Əsas fondların istifadəyə verilməsi
|
O cümlədən
|
istehsal təyinatlı
|
qeyri-istehsal təyinatlı
|
2000
|
967,8
|
666,9
|
542,3
|
124,6
|
2003
|
3786,4
|
2183,1
|
1910,2
|
272,9
|
2004
|
4922,8
|
3415,7
|
3127,6
|
288,1
|
2005
|
5769,9
|
4780,7
|
4265,9
|
514,8
|
2006
|
6234,5
|
5402,5
|
4870,1
|
532,4
|
2007
|
7471,2
|
6035,2
|
5253,6
|
781,6
|
2008
|
9944,2
|
8342,4
|
6695,1
|
1647,3
|
2009
|
7724,9
|
6032,3
|
5222,2
|
810,1
|
2010
|
9905,7
|
6961,3
|
5643,4
|
1317,9
|
Cədvəlin məlumatlarından göründüyü kimi illər üzrə əsas fondların istifadəyə verilməsi kapital qoyuluşu ilə müqayisədə xeyli aşağı olmuşdur. Başqa sözlə, ayrılmış kapital qoyuluşunun xeyli hissəsi əsas fondların formalaşması prosesində iştirak etsə də, onun bir hissəsi fonda çevrilməmişdir.
Maddi nemətlərin istehsalı bilavasitə əmək alətləri və canlı əməyin vəhdətini tələb edir. Bunların əldə edilməsi isə bilavasitə kapital qoyuluşundan asılıdır. Kapital qoyuluşu həm yeni əsas fondların yaradılmasında, həm mövcud fondların təzələnməsində, həm də dövriyyə vəsaitlərinin əldə edilməsində müstəsna əhəmiyyət kəsb edir.
Əsas fondların başlıca xüsusiyyətlərindən biri də, onun bir neçə istehsal prosesində iştirakı, öz dəyərini tədricən istehsal olunmuş məhsul üzərinə köçürməsi və bu səbəbdən tədricən köhnəlməyə məruz qalması təşkil edir.
Əsas fondlar istifadə sferasına görə iki yerə bölünür:
- istehsal xarakterli əsas fondlar;
- qeyri-istehsal xarakterli əsas fondlar.
İstehsal xarakterli əsas fondlar – sənaye sahələrində, kənd təsərrüfatında, tikintidə, nəqliyyatda, rabitədə, maddi-texniki təchizat və geoloji-kəşfiyyat işlərində, eləcə də digər maddi istehsal sahələrində istifadə olunur. Belə fondlara eyni zamanda aktiv fondlar da deyilir.
Qeyri-istehsal xarakterli əsas fondlar kommunal təsərrüfatında xidmət sahələrində, səhiyyədə, idman və sosial sferada, təhsildə, mədəniyyət və incəsənətdə, elmdə və digər qeyri-maddi sahələrdə istifadə olunur.
Cədvəl 21
Əsas fondların istifadəyə verilməsi (faktiki qiymətlərlə)64
İllər
|
Cəmi mln.man.
|
O cümlədən mülkiyyət növləri üzrə
|
Ümumi əsas fondlardan obyektlərin təyinatı üzrə
|
dövlət mülkiyyəti
|
qeyri-dövlət mülkiyyəti
|
istehsal təyinatlı
|
qeyri-istehsal təyinatlı
|
mln.man.
|
xüsusi çəkisi
|
mln.man.
|
xüsusi çəkisi
|
mln.man.
|
xüsusi çəkisi
|
mln.man.
|
xüsusi çəkisi
|
2000
|
666,9
|
422,3
|
63,3
|
244,5
|
36,7
|
542,3
|
81,3
|
124,5
|
18,7
|
2003
|
2183,1
|
657,0
|
30,1
|
1526,1
|
69,6
|
1910,2
|
87,5
|
272,9
|
12,5
|
2004
|
3415,7
|
659,3
|
19,3
|
2756,4
|
80,7
|
3127,6
|
91,6
|
288,1
|
8,4
|
2005
|
4780,7
|
582,6
|
12,2
|
4198,1
|
87,8
|
4265,9
|
89,2
|
514,7
|
10,8
|
2006
|
5402,5
|
1158,0
|
21,4
|
4244,4
|
78,6
|
4870,1
|
90,1
|
532,3
|
9,9
|
2007
|
6035,2
|
1723,4
|
28,6
|
4311,7
|
71,4
|
5253,6
|
87,1
|
781,5
|
12,9
|
2008
|
8342,4
|
2549,6
|
30,6
|
5792,8
|
69,4
|
6695,1
|
80,3
|
1647,3
|
19,7
|
2009
|
6032,3
|
3241,5
|
53,7
|
2790,8
|
46,3
|
4841,2
|
80,3
|
1191,1
|
19,7
|
2010
|
6961,3
|
3510,2
|
53,0
|
2401,1
|
47,0
|
5653,6
|
81,2
|
1307,7
|
18,8
|
Statistika Komitəsinin tərtib etdiyi cədvəlin məlumatlarında əsas fondların tərkibinə tikintisi başa çatdırılan və hesabat dövründə istifadəyə verilən bina və qurğuların, bütün növ nəqliyyat vasitələrinin, rabitə vasitələrinin, kənd təsərrüfatı, ticarət, iaşə müəssisələrinin, mənzil-kommunal, təhsil, mədəniyyət, səhiyyə və eləcə də iqtisadiyyatın bütün digər sahələri üzrə vəsaitlərin tikintinin smetasına daxil edilən və edilməyən, quraşdırılması tələb olunan və olunmayan istifadəyə verilmiş avadanlıqların, maşınların və bütün növ nəqliyyat vasitələrinin dəyəri və digər xərclər daxil edilmişdir.
Mövcud qaydalara görə xidmət müddəti 12 ayadək olan alətlər, qiymətindən asılı olmayaraq əsas fondlara aid edilmir və dövriyyə fondları kimi qeydiyyatdan keçir. Bunlardan başqa, bütün növ tutqu alətləri, xüsusi cihaz və fərdi sifarişlə hazırlanmış alətlər, xüsusi geyim və ayaqqabılar, yataq ləvazimatı, müvəqqəti qurğu və tikililər, cavan və kökəltmə heyvanları, quşlar, dovşanlar, arı ailələri, çox illik istifadə üçün tinliklər və s. əsas fondlara aid edilmir.
Bu təsnifatdan istifadə edilməklə əsas fondların quruluşu da müəyyən edilir. Əsas fondların quruluşu anlayışı, ayrı-ayrı əsas fond qruplarının ümumi yekunda xüsusi çəkisi başa düşülür. Əsas fondların tərkibində aktiv fondların xüsusi çəkisi nə qədər yüksək olarsa iqtisadiyyat üçün bunun əhəmiyyəti daha böyükdür. Aktiv fondlara maşın və avadanlıqlar, ötürücü qurğular və maddi istehsal prosesində bilavasitə iştirak edən digər əsas fondlar aid edilir. Aktiv fondların xüsusi çəkisi nə qədər yüksək olsa, əməyin fondla silahlanma səviyyəsi bir o qədər yüksək, məhsul istehsalı isə daha çox olacaqdır.
Cəmiyyət üçün vəsaitin hansı qrup əsas fondların yaradılmasına istifadəsi çox əhəmiyyətlidir. Mülkiyyət formasından asılı olmayaraq hər kəs çalışır ki, sərf etdiyi kapital qoyuluşu maşın və avadanlıqların, ümumilikdə aktiv fondların xüsusi çəkisinin artırılmasına istifadə olunsun. Bina və tikililər – qurğular normal əmək şəraitinin yaradılmasına xidmət etsələr də, onlar passiv fondlara aid edilir.
İstehsal fondları tərkibində aktiv fondların xüsusi çəkisinin artması daha çox məhsul istehsalını təmin etməklə fondverimi göstəricisinin də yüksək olmasına şərait yaradır. Elə bu səbəbdən də mütəxəssislər kapital qoyuluşunun səmərəliliyini artırmaq məqsədilə ayrılmış vəsaiti əsasən mövcud obyektlərdə avadanlıqların təzələnməsinə, modernizasiya və yenidənqurma işlərinə istifadəsini daha məqsədəuyğun sayırlar. Bu halda kapital qoyuluşu daha çox aktiv fondların yaradılmasına istifadə edilər.
Əsas fondların tərkibi onların geniş təkrar istehsal prosesində iştirakı səviyyəsini müəyyənləşdirir. Bir tərəfdən, əsas fondlar əmək aləti olaraq istehsal prosesində iştirak edir, bunlar maşın, avadanlıq, cihazlar və s. digər tərəfdən əsas fondlar istehsal prosesinin baş verməsini təmin edir – bunlar binalar, hidrotexniki qurğular – kanallar, nəqliyyat qurğuları – körpülər, tunellər, yollar, ambarlar və nəhayət əsas fondlar əmək məhsuldarlığının artırılmasını təmin edir.
Mühasibat uçotunda əsas fondların pulla ifadəsi «əsas vəsaitlər» adlanır. Əsas fondların təsnifatı mövcud qaydalara görə aşağıdakı qruplarda əks olunur.
Cədvəl 22
Əsas fondların növlər üzrə təsnifatı
Əsas fond qrupları
|
Müvafiq qrupa aid edilən əsas fondlar
|
1. Binalar
|
İstehsal xarakterli binalar
Qeyri-istehsal xarakterli binalar
Yaşayış binaları və s.
|
2. Qurğular
|
Daxili yollar
Körpülər
Şəhərkənarı şose yolları
Neft və qaz buruqları
Hidrotexniki qurğular
İstixanalar
İdman qurğuları
Mədəniyyət və istirahət parkları
|
3. Ötürücü qurğular
|
Boru ötürücüləri (neft, qaz, su kəmərləri və s.)
Elektrik ötürücüləri
Kabel elektrik ötürücüləri
Kabel rabitə ötürücüləri və s.
|
4. Maşın və avadanlıqlar
|
Güc maşınları (mühərrik, generator, elektrik stansiyaları və s.)
Güc avadanlıqları
Daxili yanma mühərrikləri
İşçi maşınları (nasoslar, dəmirçi və metalkəsən dəzgahlar)
Avadanlıqlar
Qaldırıcı-nəqliyyat və qablaşdırıcı
Yükləmə-boşaltma maşın və avadanlıqları
Ölçü və laboratoriya avadanlıqları
(tərəzilər, kassa-nəzarət maşınları və s.)
Kənd təsərrüfatı maşın və avadanlıqları
Hesablama texnikası, elektron-hesablama maşınları
Sair maşın və avadanlıqlar
|
5. Nəqliyyat vasitələri
|
Dəmiryol
Dəniz və çay gəmiçiliyi (kater, barj, qayıq və s.)
Avtomobil nəqliyyatı
Hava nəqliyyatı
Magistral boru nəqliyyatı
İsthsal nəqliyyatı
|
6. Cihazlar
|
Mexaniki, elektrik və digər xarakterli cihazlar
|
7. İstehsal və təsərrüfat inventarları
|
Konteynerlər
Yazı maşınları
Tara və baklar
İdarə mebeli
Mehmanxana inventarı (mebel, xalça, büstlər və s.)
|
8. İşçi və məhsuldar heyvanlar
|
At, dəvə və s.
|
9. Çoxillik bağlar
|
Meyvə bağları
Giləmeyvələr
Çay sahələri
Qoruyucu meşə
|
10. Təbiətdən istifadə obyektləri və torpaq sahələrinin yaxşılaşdırılmasına əsaslı vəsait qoyuluşu
|
Şoran torpaqların yuyulması
Suvarma sistemləri və digər meliorativ tədbirlərə
Təbiəti mühafizə obyektlərinə və s. xərclər
|
11. Digər əsas fondlar
|
Kitabxana fondu
Muzey qiymətliləri
Heyvanxananın əsas fondları və s.
|
Əsas fondların belə təsnifatı bir çox iqtisadçılar tərəfindən qəbul edilmişdir. Mühüm məsələlərdən biri əsas fondların qiymətləndirilməsidir. Əsas fondların düzgün qiymətləndirilməsi, onların təkrar istehsalının planlaşdırılmasında, köhnəlmənin səviyyəsinin və amortizasiya ayrımalarının hesablanmasında böyük rola malikdir. Əsas fondların qiymətləndirlməsinin bir neçə növü mövcuddur. Bunlardan daha geniş yayılmışı onların ilk dəyər, bərpa dəyəri və qalıq dəyərini müəyyən etməklə qiymətləndirilməsidir.
Bunlardan başqa, əsas fondlardan istifadənin müxtəlif göstəricilərlə hesablanması da vacib məsələlərdəndir. Bunlardan əsas fondların köhnəlmə əmsalının, əsas fondların sıradan çıxma əmsalının, əməyin fondla silahlanması səviyyəsi, fondverimi göstəricisi, fondtutumu göstəricisi və s. göstərmək olar.
12.7. Obyektlərin maliyyələşməyə qəbulu,
tikintinin aparılma üsulları. Podrat müqavilələr
Tikinti işlərinin aparılmasında daha çox iki üsuldan istifadə edilir:
- podrat üsulu;
- təsərrüfat üsulu.
Podrat üsulunda tikinti işlərini tikinti-quraşdırma təşkilatları yerinə yetirir. Bunlar daim fəaliyyətdə olan podratçı tikinti-quraşdırma təşkilatlarıdır. Tikintidə podrat münasibətlər, sifarişçi ilə podratçı təşkilat arasında bağlanmış podrat müqavilələr əsasında yerinə yetirilir.
Bağlanmış podrat müqaviləyə əsasən podratçı təşkilat razılaşdırılmış müddətdə sifarişçinin tapşırığına əsasən obyekti tikib sifarişçiyə təhvil verməli və ya digər tiknti işlərini yerinə yetirməlidir. Sifarişçi təşkilat isə öz növbəsində podratçı təşkilat üçün lazımi şərait yaratmalı, yerinə yetirilmiş işləri qəbul edərək, haqqını ödəməlidir. Podrat üsulunda işlərin yerinə yetirilmə prosesində minimum iki tərəf – sifarişçi və podratçı təşkilat iştirak edir.
Sifarişçi qismində mülkiyyət münasibətlərindən asılı olmayaraq istənilən müəssisə və təşkilat vəsait sahibi kimi çıxış edə bilər. Podratçı qismində, qeyd etdiyimiz kimi daim fəaliyyətdə olan ixtisaslı kadrlara və lazımi tikinti maşınlarına malik tikinti təşkilatı çıxış edir. Tikinti prosesində xüsusi işlərin yerinə yetirilməsinə ehtiyac yaranarsa, podratçı təşkilat müqavilə əsasında ixtisaslaşmış təşkilatla müqavilə bağlayaraq onu bu işə cəlb edə bilər. Bu subpodrat müqavilə adlanır.
Mövcud qanunvericiliyə müvafiq sifarişçi təşkilat müsabiqə yolu ilə tikinti işlərini yerinə yetirməyə xüsusi icazəsi olan istənilən podratçı təşkilatla müqavilə bağlaya bilər. Özünün mütəxəssis kadrları və xüsusi texnikası olan, daim fəaliyyət göstərən tikinti-quraşdırma təşkilatı öhdəsinə götürdüyü işləri vaxtında, yüksək keyfiyyətlə yerinə yetirə bilir. Mövcud qanunvericiliyə müvafiq olaraq podratçı təşkilat həm yeni tikinti, həm də mövcud obyektlərdə yenidənqurma və genişləndirmə işlərini həyata keçirir.
Podratçı təşkilat fasiləsiz fəaliyyət göstərərək öz iş təcrübəsini daim artırmaqla, daha keyfiyyətli və normativ vaxta əməl etməklə öz vəzifələrini yerinə yetirir. Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin xeyli hissəsi podrat üsulu ilə həyata keçirilirdi. Son vaxtlar digər sahələrdə olduğu kimi, tikinti sahəsində də özəl şirkətlərin vasitəsilə daha çox əsaslı tikinti işləri yerinə yetirilməkdədir. Belə ki, əgər 1990-cı illərdə podrat üsulu ilə yerinə yetirilən işlərin həcmi, bütün tikinti-quraşdırma işləri tərkibinə 75-80% təşkil edirdisə, 2000-ci illərdə bu 60%-dən bir qədər çox, hal-hazırda isə 50% ətrafında dəyişməkdədir.
Təsərrüfat üsulunda tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi, podratçı təşkilat dəvət edilmədən investor-sifarişçi təşkilatın öz gücü ilə həyata keçirilməsi başa düşülür. Əsaslı tikinti aparmaq üçün xüsusi vəsaitləri olan müəssisə və təşkilatlar tikinti-quraşdırma işlərini yerinə yetirmək məqsədilə özlərinə məxsus istehsal bazası yaratmalı, tikinti materialları əldə etməli, işin həcmindən asılı olaraq öz tərkiblərində «tikinti şöbələri» yaratmalıdırlar.
Təsərrüfat üsulu nisbətən iri olmayan, sadə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsini tələb edən, mövcud obyektlərdə, genişləndirmə və ya yenidənqurma işləri tələb edən fəaliyyətlərdə tətbiq olunur. Təsərrüfat üsulu ilə yerinə yetirilən işlərin keyfiyyəti aşağı, maya dəyəri yüksək, əmək məhsuldarlığı müqayisədə daha az olur. Bununla belə təsərrüfat üsulu son illər xeyli artmaqdadır. Təsərrüfat üsulunda da sifarişçi təşkilat xüsusi vəsaitə, təsdiq olunmuş layihə-smeta sənədlərinə, əsas mütəxəssis kadrlara malik olmalıdır. Belə kadrlar «əmək müqaviləsi» ilə qəbul olunaraq, tikinti qurtaranadək bu fəaliyyəti davam etdirməlidirlər.
Yerinə yetirilən tikinti-quraşdırma işlərinin xarakterindən asılı olaraq tikinti təşkilatları iki qrupa bölünür:
- ümumi tikinti-quraşdırma işlərini yerinə yetirən tikinti təşkilatları;
- ixtisaslaşdırılmış tikinti-quraşdırma işlərini yerinə yetirən tikinti təşkilatları.
İxtisaslaşmış tikinti təşkilatları – sahə və texnoloji əlamətlərə görə fərqləndirilir.
Sahə əlamətlərinə görə ixtisaslaşmış tikinti təşkilatları müxtəlif sahələr üzrə tikinti-quraşdırma işlərini yerinə yetirir (yaşayış evləri, avtomobil yolları, kanallar, dəmir yolları və s.). Dünyanın istənilən ölkəsində mülkiyyət formasından asılı olmayaraq, hər hansı şirkət və ya sahibkar fəaliyyətə başlamazdan əvvəl, görüləcək işlərin plan-layihəsini hazırlayır, onun maliyyə xərclərini və son nəticəni müəyyənləşdirməyə çalışır. İqtisadiyyatın hər hansı sahəsində əsaslı tikinti aparılması kapital qoyuluşunu planlaşdırmadan mümkün deyildir. Kapital qoyuluşunun planlaşdırılması, əsas fondların təkrar istehsalı üçün yaxın gələcəyə proqnoz vermək, bunun üçün maliyyələşmə mənbələrini müəyyən etməklə, planların optimal olmasına çalışmaqdır.
Kapital qoyuluşunun planlaşdırılmasında əsas məqsəd:
1) istehsal güclərinin və əsas fondların artırılmasına;
2) kapital qoyuluşundan səmərəli istifadə etməyə nail olmaqdır.
Bu məsələləri həll etmək üçün aşağıdakı prinsiplərin gözlənilməsi məqsədəuyğun hesab edilir:
- kapital qoyuluşu planı konkret və əsaslandırılmalıdır. Bu o deməkdir ki, kapital qoyuluşu maliyyə xərclərini dəqiq müəyyənləşdirməklə, tikiləcək obyekt üzrə texniki-iqtisadi əsaslandırmanı düzgün təyin etməlidir;
- kapital qoyuluşu planı, maliyyələşmə mənbələri ilə balanslaşdırılmalıdır. Burada həm podratçı təşkilatın gücü, həm tikintinin müddəti və nəhayət kapital qoyuluşunun illər üzrə düzgün bölgüsü diqqət mərkəzində olmalıdır;
- qəbul edilmiş plan göstəriciləri tikinti müddətndə stabil-dəyişməz olmalıdır. Hər hansı cüzi dəyişiklik tikinti prosesində vaxt və material itkisinə səbəb olur. Plana dəyişiklik yalnız nəzərdə tutulmuş tapşırıqlara vaxtından əvvəl əməl edilməsi, başqa sözlə, planın artıqlaması ilə yerinə yetirilməsi hallarında mümkündür;
- planların fasiləsizliyi təmin edilməlidir. Yəni firma və şirkətlər uzunmüddətli, ortamüddətli və qısamüddətli (illik) planlar işləməli, onların köməyilə planlaşdırmada fasiləsizlik təmin edilməlidir;
- planlar elmi xarakter daşımalıdır. Yəni tərtib olunmuş kapital qoyuluşu planı elmi əsaslandırılmış norma və normativlərə, elm və texnikanın son nailiyyətlərinə, qabaqcıl texnologiya və düzgün informasiyalara əsaslanmalıdır.
Belə prinsiplər, bir qayda olaraq, mərkəzləşdirilmiş kapital qoyuluşunun planlaşdırılmasında daha dəqiq gözlənilir. Mərkəzləşdirilmiş kapital qoyuluşu dövlət büdcəsi hesabına aşağıdakı məqsədlər üçün nəzərdə tutulur:
- uzunmüddətli dövlət məqsədli proqramlarının həyata keçirilməsinə;
- istehsal xarakterli dövlət obyektlərinin, müdafiə sənayesi obyektlərinin, elektrik stansiyalarının və s. tikintisinə;
- dövlət əhəmiyyətli dəmiryolu və avtomobil yollarının, dəniz limanlarının və s. obyektlərin tikintisinə.
Qeyri-mərkəzləşdirilmiş kapital qoyuluşu, dövlət və bələdiyyə müəssisələrinin, istehlak kooperativlərinin, səhmdar cəmiyyətlərinin, ictimai təşkilatların və xüsusi müəssisələrin vəsaiti hesabına həyata keçirilir. Bu halda müəssisə və təşkilatlar öz qərarlarını müstəqil qəbul edir. Bu halda yeganə tələb mövcud qanunların tələblərinə əməl edilməsini gözləməkdir.
Kapital qoyuluşu planının əsas göstəriciləri aşağıdakılardır:
- istehsal güclərinin istifadəyə verilməsi planı;
- əsas fondların istifadəyə verilməsi;
- kapital qoyuluşunun həcmi;
- obyekt və tikililərin titul siyahıları.
Əsaslı tikinti planının başlıca göstəricisi istehsal güclərinin istifadəyə verilməsidir. Hər bir obyekt və müəssisə üzrə istehsal güclərinin istifadəyə verilməsi ayrı-ayrılıqda hər bir istiqamətdə göstərilir. İstehsal gücləri natural formada sutkalıq, aylıq, rüblük və illik istehsala müvafiq müəyyənləşdirilir. Məsələn, çörək zavodunun gücü sutkalıq tonla, konserv zavodu – ildə mln. şərti banka, dəmir beton zavodu – ildə min kub.m. və s.
İstehsal güclərinin istifadəyə verilməsi obyektlərin istifadəyə verilməsi normalarına müvafiq müəyyən edilir.
Əgər istehsal gücləri natural göstəricilərlə (m2, m3, ton, kq və s.) verilirsə, əsas fondların istifadəyə verilməsi dəyərlə müəyyən edilir. Əsas fondların istifadəyə verilməsi planına aşağıdakı göstəricilər daxil edilir:
- plan ilində tikintisi başa çatıb, istifadəyə verilən müəssisə və obyektlərin dəyəri;
- istifadəyə verilən maşın və avadanlıqların, həmçinin nəqliyyat vasitələrinin dəyəri;
- əsas fondlara aid edilən inventar və cihazların alınmasına çəkilən xərclər və s.
İstehsal güclərinin və əsas fondların istifadəyə verilməsi planı kapital qoyuluşu məbləğinin müəyyən edilməsində əsas rol oynayır. Kapital qoyuluşu xərc elementləri üzrə – tikinti-quraşdırma işlərinə çəkilən xərclərdən, avadanlıqların alınmasına çəkilən xərclərdən, layihə-axtarış işlərinə çəkilən xərclərdən və digər xərclərdən ibarətdir.
Kapital qoyuluşu planının təxmini formasını belə göstərmək olar:
Təsdiq edirəm .
(təşkilatın rəhbəri)
« « ____ 200 il
_______________ Təşkilatın kapital qoyuluşu planı
------ 200 il üçün
Sıra №
|
Kapital qoyuluşu obyektinin adı
|
İstehsal güclərinin istifadəyə verilməsi
|
Əsas fondların istifadəyə verilməsi
|
Kapital qoyuluşu cəmi
|
O cümlədən
|
Qeyd
|
ölçü vahidi
|
göstərici
|
ölçü vahidi
|
göstərici
|
ölçü vahidi
|
göstərici
|
tikinti-quraşdırma işləri, min man.
|
avadanlıqların alınması,
min man.
|
sair kapital xərcləri,
mn man.
|
1
|
|
|
|
|
|
|
|
|
|
|
|
2
|
|
|
|
|
|
|
|
|
|
|
|
Uzunmüddətli dövrə kapital qoyuluşu planları hazırlanarkən istifadəyə veriləcək istehsal gücü vahidinə normativ kapital qoyuluşu əsas kimi qəbul edilir. Belə normativlər ayrı-ayrı sahələr üzrə həm yeni tikintilər üzrə, həm də mövcud obyektlərdə yenidənqurma və genişləndirmə işləri üzrə hazırlanır. Bu qayda ilə hazırlanan kapital qoyuluşu planları sonrakı dövrlərdə layihə-smeta sənədlərinə müvafiq dəqiqləşdirilir.
Əsaslı tikintidə mühüm sənədlərdən biri də obyektlərin titul siyahısıdır. Titul siyahıları kapital qoyuluşu ilə eyni vaxtda tərtib olunur. Titul siyahısında kapital qoyuluşu planına daxil edilmiş obyektlərin siyahısı əks olunur. Titul siyahısı tikintisinə yeni başlanmış və yarımçıq obyektlər üzrə tərtib olunur. Titul siyahısında tikiləcək obyektin gücü, tikintinin başlama və qurtarma ili, smeta dəyəri, kapital qoyuluşu və tikinti-quraşdırma işlərinin həcmi, istehsal güclərinin və əsas fondların istifadəyə verilməsi və s. göstərilməlidir.
Titul siyahısına daxil olan obyektlərin təsdiq olunmuş layihə-smeta sənədləri olmalıdır. Obyektlərin titul siyahısına dxil edilməsi, onların tikintisinə icazədir. Titul siyahısı sifarişçi və podratçı təşkilat üçün əməl edilməsi vacib sənəddir. Titul siyahısını kapital qoyuluşu planını təsdiq edən təşkilat rəhbəri həyata keçirir.
Titul siyahısının forması aşağıdakı kimidir:
Forma 1
Hər il maliyyələşdirən banka verilir.
Təsdiq edirəm: .
(vəzifəsi, imza, tarix və möhür)
Do'stlaringiz bilan baham: |