AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar



Download 3,5 Mb.
bet32/42
Sana21.03.2017
Hajmi3,5 Mb.
#5010
TuriDərslik
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

14. 2. Bank sisteminin inkişafı
Bank sektoru 2010-cu ildə inkişaf dinamikasını qoruyub saxla­mış, maliyyə vasitəçisi funksiyasını daha da dərinləşdirmişdir. Belə ki, qeyri-neft ÜDM-ə nisbətdə bank aktivləri 72,1 faiz, kapital 10,3 faiz, iqtisadiyyata kreditlər 48,6 faiz, əhalinin əmanətləri isə 16,4 faiz təşkil et­mişdir (2011-ci ilin əvvəlinə).

Ötən dövr ərzində bank sistemində təmərküzləşmə səviyyəsinin azalması prosesi davam etmişdir. İri bankların (aktivlərin həcminə görə ilk beş bank) sistem üzrə aktivlərdə payı 61 faizdən 60,7 faizə, iqtisadiyyata kredit qoyuluşunda payı isə 65,8 faizdən 61 faizə düşmüşdür.

Bank sisteminin inkişafı sahəsində həyata keçirilən institusional və infrastruktur tədbirləri nəticəsində sistemin xarici investorlar üçün cəl­bediciliyi daha da artmışdır. 2010-cu il ərzində bank sektoruna xa­rici investisiyaların həcmi 40,5 mln.manat (19,8 faiz) artaraq 245 mln. manat təşkil etmişdir.

İqtisadiyyatın maliyyə xidmətlərinə tələbatının ödənilməsi, ma­liyyə xidmətlərinə çıxış imkanlarının artırılması məqsədilə bankların filial şəbəkəsinin və digər struktur bölmələrinin genişləndirilməsi pro­sesi davam etmişdir.

Bank sektorunun inkişafı ilə yanaşı məhdud bank xidmətlərini gö­stərən digər maliyyə institutları – qeyri-bank kredit təşkilatları, o cümlədən kredit ittifaqları digər bu növ maliyyə təsisatlarının sayı 101-ə, onların filiallarının sayı isə 69-a çatmışdır.

Qeyri-bank kredit təşkilatlarının sayının artması ilə yanaşı onla­rın əməliyyatalrının miqyası da artmışdır. Belə ki, il ərzində bu növ təşkilatların ümumi aktivləri 7,7 faiz, onlar tərəfindən verilmiş kreditlə­rin həcmi isə 8,5 faiz artmışdır.

Bank infrastrukturunun coğrafi şəbəkəsinin genişlənməsi iqti­sadi agent­lərin, xüsusilə də əhalinin bank xidmətlərinə çıxış imkanla­rını geniş­ləndirmişdir. Hazırda 100000 nəfər yetkinlik yaşına çatmış əhaliyə 16,1 bank və qeyri-bank kredit təşkilatları və onların struktur bölmələri maliyyə xidməti göstərirlər.

Əhalinin, xüsusilə də regionlarda yaşayan sakinlərin maliyyə xidmət­lərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə 2010-cu ilin aprel ayında Mərkəzi Bank tərəfindən Azərpoçt MMC poçt rabi­təsi milli operatoruna məhdud sayda bank əməliyyatlarının aparılma­sına lisenziya verilmişdir.


14.3. Azərbaycan Respublikasının Mərkəzi Bankı
Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkənin mərkəzi bankı­dır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsi­nin II hissəsinə müvafiq olaraq Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətindədir.

Mərkəzi Bank dövlət orqanıdır, o müstəqil balansa, nizamnamə ka­pitalına və digər əmlaka malikdir.

Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxi­lində qiymətlərin sabitliyinin təmin edilməsidir. Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin bank və ödəniş sistemlərinin sabitliy­ini və inkişafını təmin etməkdir.

Öz məqsədlərinə nail olmaq üçün Mərkəzi Bank aşağıdakı funksiy­aları həyata keçirir:

- dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçi­rir;

- nağd pul dövriyyəsini təşkil edir, pul nişanlarının tədavülə bura­xılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;

- manatın xarici valyutalara nisbətdə məzənnəsini mütəmadi müəyyən edir və elan edir;

- qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;

- sərəncamında olan beynəlxalq valyuta-qızıl ehtiyatlarını sax­layır və idarə edir;

- qanunvericiliyə uyğun olaraq hesabat tədiyyə balansını tərtib edir və ölkənin proqnoz tədiyyə balansının hazırlanmasında iştirak edir;

- bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir;

- ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzim­ləyir və onların üzərində nəzarəti qanunauyğun olaraq həyata keçirir.

Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətələrini həyata keçirərkən Mər­kəzi Bank müstəqildir və bu zaman hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər onun fəaliyyə­tinə hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdu­diyyət qoya bilməz, qanuna zidd təsir və müdaxilə edə bilməz­lər.

Mərkəzi Bank öz fəaliyyəti barədə yalnız Azərbaycan Respubli­kası Prezidentinə hesabat verir.

Mərkəzi Bankın təşkilati strukturuna İdarə Heyəti, mərkəzi apa­rat, ərazi idarələri daxildir. Mərkəzi Bankın mərkəzi aparatı daxili au­dit bölməsindən, habelə İdarə Heyətinin müəyyən etdiyi digər struk­tur bölmələrdən ibarətdir.

Mərkəzi Bank Azərbaycan Respublikasının müvafiq icra haki­miyyəti orqanlarına, dövlətin iqtisadi siyasətinin başlıca isti­qa­mət­lə­rinə, o cümlədən büdcə-vergi, qiymət-tarif tədbirlərinə, habelə dövlətin daxili və xarici borcunun həcminə və idarə edilməsinə dair təkliflər verə bilər.


14.4. Mərkəzi Bankın xarici mərkəzi

banklarla əməkdaşlığı
Mərkəzi Bank struktur bölmələrinin fəaliyyətinin bütün istiqa­mətlərini qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsə­dilə xarici dövlətlərin mərkəzi bankları ilə mövcud əməkdaşlıq əlaqələrini davam etdirmişdir.

Mərkəzi Bankın nümayəndələrinin mərkəzi banklarda maliyyə idarəetməsi, insan resurslarının idarə edilməsi və yeni yaradılmış stra­teji idarəetmə işinin təşkili üzrə təcrübə mübadiləsi məqsədilə İsveçrə Milli Bankına səfərləri təşkil edilmişdir.

2010-cu ildə Mərkəzi Bankın nümayəndələrinin insan resurs­ları­nın idarə edilməsi üzrə Almaniya Bundesbankına, strateji ida­rəetmə və informasiya texnologiyalarının idarə edilməsi üzrə Fransa Bankına, xəzinə infrastrukturunda idarəetmənin, kommu­nika­siya və beynəlxalq əlaqələr işinin təşkili üzrə Türkiyə Mər­kəzi Bankına, strateji idarəetmə və maliyyə idarəetməsi üzrə Polşa və Çexiya Milli Banklarına təcrübə mübadiləsi məqsədilə səfər­ləri təşkil edilmişdir.

2010-cu ildə bir sıra yeni xarici mərkəzi banklarla əlaqələr yara­dılmışdır. Bu əməkdaşlıq çərçivəsində Mərkəzi Bankın nümayəndə­ləri kredit tarixindən istifadə etməklə borcalanların kredit qa­biliyyətinin qiymətləndirilməsi üzrə Portuqaliya Bankında, mərkəzi banklarda nağd pulun hərəkətinin izlənilməsi üçün «Barkod» sistemi­nin tətbiqi üzrə İsveç Mərkəzi Bankında təcrübə keçmiş, Çin Xalq Bankının sədrinin Azərbaycana səfəri təşkil edilmişdir.


XV FƏSİL. MƏRKƏZİ BANKLARIN

FƏALİYYƏTİNİN ƏSASLARI
15.1. Mərkəzi bankların ümumi xarakteristikası
Bank sistemi mövcud olan bütün öblkələrdə pul-kredit sistemi­nin əsas halqasını Mərkəzi Bank təşkil edir. Bank sistemində Mərkəzi Bankın rolu və xüsusi yeri bazar münasibətlərinin səviyyəsi və inkişaf xüsusiyyətləri ilə müəyyən edilir. Bazar münasibətlərinin inkişafının müxtəlif mərhələlərində bankların rolu dəyişmişdir.

Sözsüz ki, Mərkəzi Bank ideyası nisbətən inkişaf etmiş bazar münasi­bətləri şəraitində meydana gəlmişdir. Belə ki, həmin dövrdə bazarın, xüsusən də maliyyənin inkişafını, dövlətin nəzarət və nizam­laşdı­rıcı orqanı olan Mərkəzi Banksız təsəvvür etmək əsassız itkilərə səbəb ola bilərdi.

Qərb ölkələrinin əksəriyyətində Mərkəzi Bankın funksiyaları XIX əsrin ortaları XX əsrin əvvəllərində müəyyən banklara həvalə edilmişdir. Belə ki, Fransa bankı vahid emissiya bankı kimi 1848-ci ildə, Reyxs bank və İspaniya bankı 1874-cü ildə ABŞ federal ehtiyat sistemi isə 1913-cü ildən fəaliyyət göstərir.

Dünya bank sistemi tarixində ilk mərkəzi banklar çox əvvəl yara­dılmışdır. İlk Mərkəzi Bank kimi İsveç Mərkəzi Bankı 1668-ci ildə yaradılmışdır. Müəyyən müddətdən sonra 1694-cü ildə İngiltərə Bankı yaradılmışdır. Bu bank 1848-ci ilədək krallığın xartiyası əsa­sında fəaliyyət göstərmişdir. Həmin banka Mərkəzi Bank statsu qa­nunla 1848-ci ildə Robert Pilin aktı əsasında verilmişdir.

Ölkənin bankları sırasından bir bankın Mərkəzi Bank rolunun oy­naması artıq ölkədə ikipilləli bank sisteminin yaranmasının baş­lanğıcı deməkdir ki, yuxarı pillədə də Mərkəzi Bank dayanır.

Öz növbəsində ikipilləli bank sisteminin yaranmasının zəruriliyi ba­zar münasibətlərinin ziddiyyətli xarakterindən irəli gəlir: bir tərəf­dən bazar iqtisa­diyyatı fərdi maliyyə resurslarının azad sərən­camlaşdırıl­masını tələb edir ki, bu da kommersiya bankları və digər kredit təşkilatları vasitəsilə təmin olunur; digər tərəfdən belə münasibətlərin dövlət tərəfindən tənzimlənməsi tələb edilir ki, bu da Mərkəzi Bankın şəxsində xüsusi institutun yaradılmasını zəruri edir.

Beləliklə, Mərkəzi Bankın yaradılması tarixi zərurət olub azad sa­hibkar­lığı saxlamaqla bazarın kortəbiiliyini buxovlamaq imkanı verir.

Mərkəzi bankın mahiyyətini açmaq üçün onun fəaliyyətinə müxtə­lif istiqamətdən baxmaq lazımdır. Mərkəzi banklar geniş əmə­liyyatları həyata keçirirlər. Bu o deməkdir ki, Mərkəzi banklar əsasən iq­tisadi münasibətlər sisteminə aiddir.

Mərkəzi bank pul tədavülünün stabilləşməsinə yönəldilən pul-kredit siyasətini həyata keçirən bir orqandır. Bazar iqtisadiyyatı şəraitində onun əsas vəzifəsi -pulun alıcılıq qabiliyyətini və dəyərini qorumaq, maliyyə bazarının fəaliyyəti üçün normal şərait yaratmaqdır. Mərkəzi bankların meydana çıxması bank emissiyasının mərkəzləşdirilməsi, ölkədə pul tədavülünün təşkilinin zəruriliyi, bütün xalq təsərrüfatı miqyasında kredit siyasətinin həyata keçirilməsi və pul hesablaşmaları sisteminin fəaliyyəti ilə əlaqədardır. Bu vəzifələrə uyğun olaraq Mərkəzi banklar daima idarəetmənin optimal metod və alətlərini axtarır, kommersiya banklarının və qeyri-kredit təşkilatlarının fəaliyyətinin nizamlaşdırılması üçün idarəetmənin birbaşa inzibatçılıq və dolayı metodlarından istifadə edir.

Mərkəzi Bankın mahiyyəti bir sıra amillərlə müəyyən edilir. Mərkəzi Bank hər şeydən əvvəl, əsasən iqtisadi münasibətlər sferasına aiddir. Bu baxımdan Mərkəzi banklar iqtisadi institut kimi xarakterizə edilir. Mərkəzi Bank hər şeydən əvvəl nizamlaşdırmanm iqtisadi metod­larından istifadə edir. Onun pul-kredit siyasəti puldan, kreditdən, faizdən, val­yuta kursundan iqtisadi inkişafın stimullaşdırılması aləti kimi isti­fadəyə əsaslanır, əmtəə-pul münasibətləri sistemində fəaliyyət gös­tərməklə Mərkəzi Bank onların inkişafı səviyyəsindən asılı vəziy­yətinə düşür. Bununla belə bu əməliyyatla Mərkəzi Bankın mahiyyətini açmaq olmaz. Belə ki, iqtisadi fəaliyyət növləri ilə digər iqtisadi subyektlər də məşğul olurlar. Mərkəzi Bank tərəfındən yerinə yetirilən əməliyyatlar siyahısında digər xüsusiyyətlər də nəzərə çarpır və bu əməliyyatlar əsasən mübadilə ilə əlaqədardır. Ona görə də Mərkəzi Bankı tam əsas­larla mübadilə institutu adlandırmaq olar. О maddi nemətlərin bir iqtisadi sub­yektdən digərinə keçməsinə xidmət göstərir. Lakin iqtisadi müna­sibətlərin bu sferasında yalnız Mərkəzi Bankın iştirakını qeyd etmək düz­gün olmaz. Mərkəzi Bank ilə yanaşı mübadilə fazasında digər təşkilatlar, о cümlədən ticarət və vasitəçilər də iştirak edir. Məhsulların və xidmətlərin mübadiləsi sferasında Mərkəzi Bankın fəaliyyətini onun spesifık fəaliyyət növünə aid etmək olmaz. Mərkəzi Bankın mübadilə institutu kimi xarakterizə edilməsi onun fəaliyyətinin vacib məqamını əks etdirir.

Müəyyən mənada Mərkəzi Bank - ticarət institutudur. Müş­tərilərin (kommersiya banklarının) pul vəsaitlərini öz hesablarında cəmləşdirərək, onları qaytarılmaq şərti ilə yenidən bölüşdürür. Müvəqqəti pul yardımına ehtiyacı olan bankların müvəqqəti ehtiyaclarını kre­ditləşdirir.

Mərkəzi Bank ümummilli təşkilat kimi xarakterizə edilir. Qeyd etmək lazım­dır ki, Mərkəzi Bankın fəaliyyəti əsas makroiqtisadi münasibətlər səviyyəsində özünü göstərir. Pul tədavülünün rasional, inflyasiyasız inkişafını təmin etməklə о pulun dəyərliliyinin saxlanılması üçün şərait yaratmaqla bütün ictimaiyyətin sosial inkişafını təmin edir.

Bununla belə Mərkəzi Bank bir hüquqi şəxs kimi digər konkret iqtisadi subyektlərlə ayrı-ayrı əməliyyatlar aparır. Bu zaman iqtisadi müna­sibətlərin mikrosəviyyəsi tam aydınlığı ilə görünür. Lakin digər banklardan fərqli olaraq Mərkəzi Bank özü-özünə deyil, ümumilikdə iqtisadiyyata xidmət etmiş olur. Elə buna görə də onun fəaliyyətini milli institutun fəaliyyəti kimi xarakterizə etməyə imkan verir və əksər ölkələrdə Mərkəzi Bank Milli Bank adlanır. Bu xüsusiyyətin vacibliyinə baxmayaraq bu xüsusiyyət onun vacibliyinə tam aid deyildir. Məlum­dur ki, bütün ölkələrdə dövlətin siyasətini həyata keçirən idarələr möv­cuddur. Eləcə də əsas vəzifəsi ümumilikdə dövlətin mənafeyini müdafiə etmək olan dövlət kredit təşkilatı adlanan banklar da mövcuddur. Onlar fərdi hüquqi şəxsin deyil, dövlətin ümumi mənafeyini müdafıə edirlər. Dövlət Bankı statusuna malik olmayan banklar da mövcuddur ki, onlar da ümumilikdə dövlətin siyasətini dəstəkləyir. İşgüzar dövlət təşkilatı kimi fəaliyyət göstərən banklardan fərqli olaraq Mərkəzi Bankın fəaliyyəti kommersiya xarakteri daşımır və Mərkəzi Bank kommersiya təşkilatı deyildir. Bununla yanaşı Mərkəzi Bankın bu statusuna başqa ­münasibət də mövcuddur. Bəzi iqtisadçılar Mərkəzi bankları sahibkarlıq fəaliyyəti ilə məşğul olub ondan gəlir əldə edən kommersiya təşkilatı sırasına daxil edirlər. Təbii ki, Mərkəzi Bankın fəaliyyəti iqtisadi münasibətlər sferasına aiddir. Bütün iqtisadi təşkilatlar kimi o da öz məhsulunu və xid­mətlərini iqtisadi subyektlərə təqdim edir və kommersiya bankları kimi bu xidmətə görə müəyyən haqq alır və bununla da öz xərclərini ödəyir. Bu baxımdan Mərkəzi Bankın belə fəaliyyəti sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilər. Lakin kommersiya banklarından fərqli olaraq mənfəət əldə etmək onun fəaliyyətinin əsas motivi deyildir.

Sahibkarlıq fəaliyyəti həmişə Mərkəzi banka ona görə aid edilir ki, o iqtisadi münasibətlərin subyekti kimi nə isə edir və nə isə etdiyinə görə müəssisə hesab edilir. Bununla belə Mərkəzi Bankı ümumi mənada sahibkarlıq fəaliyyəti ilə məş­ğul olan müəssisə adlandırmaq olmaz. Belə ki, о sənaye, kənd təsərrüfatı, tikinti təşkilatları kimi maddi məhsul istehsal etmir və ya ticarət təşkilatı kimi əm­təə istehsalçılarının məh­sullarını mübadilə etmir. Digər tərəfdən Mərkəzi Bank məhsul istehsal edir və müəssisə kimi çıxış edir. Pul ilə “ticarət” edir və bu ba­xımdan da müəssisədir. Lakin Mərkəzi Bankın fəaliyyəti - xüsusi fəaliyyət növüdür.

Bir müəssisə kimi Mərkəzi Bankın fəaliyyəti məhsuldar xarakter daşısa da onun məqsədi mənfəət əldə etmək deyildir. Mərkəzi Bankın məhsulu onun fəaliy­yətinin nəticəsidir, eyni zamanda ayrı-ayrı qulluq­çuların deyil, bank heyətinin kollektiv əməyinin nəticəsidir. Mərkəzi Bank kommersiya banklarından fərqli xüsusiyyətlərə malik deyildir, lakin onun əməliyyat dairəsi onu kommersiya banklarından fərqləndirir. Mərkəzi Bank bank növü olaraq digər banklardan əməliyyatlarının rəngarəngliyi ilə fərqlənir. Нər şeydən əvvəl о iqtisadi münasibətlərin makrosəviyyəsində fəaliyyət göstərərək xalq təsərrüfatının ümumi tələblərinə xidmət edir, heç bir bankın görə bilməyəcəyi əməliyyatı - iqtisadiyyatı nağd pul ilə təmin etmək əməliyyatını yerinə yetirir.

Mərkəzi Bank kommersiya banklarından başqa əlamətlərinə görə də fərqlənir:



  1. Məqsədli təyinatı baxımından kommersiya banklarının fəaliy­yə­tinin əsas məqsədi mənfəət əldə etmək olduğu halda Mərkəzi Bankın əsas məqsədi mənfəət əldə etmək deyildir.

  2. Mülkiyyət baxımından Mərkəzi Bankın kapitalı dövlətə məxsus olduğu halda kommersiya banklarının kapitalı səhmdar kapitalı formasında yaranır,

  3. Miqdar və kapital bazasına görə hər bir ölkədə vahid Mərkəzi Bank fəaliyyət göstərdiyi halda milli ənənələrə, iqtisadiyyatın miqyası, ərazi həcmi baxımından onlarla, yüzlərlə və minlərlə kommersiya bankı fəaliy­yət göstərə bilər. Bu baxımdan kommersiya bankları kapital ba­zasına görə böyük, orta və kiçik kredit idarələrinə bölünürlər. Mərkəzi Bank ka­pitalın həcminə görə bölünmür, belə ki hər ölkədə bir Mərkəzi Bank olur.

  4. Fəaliyyət istiqamətinə görə də onlar fərqlənirlər. Kommersiya bankları müəy­yən xidmət növlərinə malikdirlər. Onlar universal və ixtisaslaşmış banklara bölünürlər. Mərkəzi banklar onlara verilmiş səlahiyyət statusuna görə, geniş əməliyyat və xidmət dairəsinə malik universal pul-kredit təşkilatıdır.

  5. Sahə istiqamətinə görə də banklar fərqlidirlər. Kommersiya bank­ları əksərən müəyyən bir sahəyə xidmət göstərirlər və onların adları xidmət sahələrinə uyğunlaşdırılır. Onların müştəriləri əsasən həmin sahələrin müəssisələri olurlar. Mərkəzi banklar ümumi xalq təsərrüfatının ehtiyac­larını təmin etdiyinə görə öz təbiətinə görə sahəvi ola bilməzlər.

  6. Region əlamətləri istiqamətində Mərkəzi banklar milli idarədir, ölkənin ərazisindəki bütün iqtisadi subyektlərə xidmət göstərirlər. Onların qar­şısına qoyulan vəzifələrə uyğun olaraq beynəlxalq valyuta-kredit müna­sibətləri ilə də məşğul olurlar. Kommersiya bankları isə regional (yerli), şəhər, regionlararası və beynəlxalq ola bilərlər.

  7. Müştəri baxımından da onlar fərqlidirlər. Həm Mərkəzi Bankın həm də kommersiya banklarının müştəriləri fıziki və hüquqi şəxslər olduğu halda Mərkəzi banklar əmtəə istehsalçılarına xidmət göstərmirlər. İqtisadiyyatın konkret agentlərinə xidmət göstərən kommersiya bankları, hökumət və hərbi və digər idarələr Mərkəzi bankların müştəriləridirlər.

  8. Hüquqi təminat baxımından. Mərkəzi banklar ali hakimiyyət orqanının sərəncamı ilə yaradılır. Azərbaycanın Milli Bankı Prezidentin sərəncamı ilə yaradılmışdır. Kommersiya banklarının fəaliyyəti isə Mərkəzi Bankın lisenziyası alındıqdan sonra başlanır. Mərkəzi Bank milli olduğuna görə onun kapitalı dövlət hesabına formalaşdırıldığından onun rəhbəri ölkənin prezidenti tərəfindən təyin edilir.

  9. Mərkəzi Bankın fəaliyyəti dövlətin nəzarətindədir. AMB öz fəaliyyəti barədə yalnız AR-nın Prezidentinə hesabat verir. AMB-nin fəaliyyəti xüsusi təyin olunmuş auditorlar tərəfindən yoxlanılır. Kom­mersiya banklarının fəäliyyətinə nəzarət isə Mərkəzi banklar tərəfindən aparılır.

  10. Mərkəzi Bank vergi orqanlarında qeyd olunmadığı halda kommersiya bankları vergi ödəyicisidir.

  11. Mərkəzi Bankın kapitalı dövlətin olduğuna görə о müflis elan oluna bilməz. Kommersiya bankları isə buna məruz qala bilir.


15.2. Mərkəzi Bankın məqsədi, vəzifələri,

funksiyaları və əməliyyatları
Mərkəzi Bankın məqsəd və vəzifələri, onun mahiyyəti ilə müəyyən edilir. Mübadilə sistemində fəaliyyət göstərən Mərkəzi Bank nağd və nağdsız formada pul dövriyyəsini nizamlaşdıran ictimai pul-kredit institutu kimi çıxış edir. Bu о deməkdir ki, onun məqsədi pul-kredit münasibətləri sferası ilə uyğunlaşır. Bu baxımdan onun qarşısında duran vəzifələr isə maddi istehsal, onun bölgüsü və istehlakı ilə deyil, əmək məhsullarının mübadiləsinin təmin edilməsi ilə müəyyən edilir. Mərkəzi Bank sənaye və digər maddi istehsal strukturları qarşısına qoyulan məsələləri həll edə bilməz, о yalnız onların qarşılarına qoyulan vəzifə­lərin həllində spesifık xidmət göstərə bilər. Bu xidmətlər pul formasında təqdim olunur. İctimai institut kimi fəaliyyət göstərən Mərkəzi Bank eyni zamanda vahid iqtisadi orqa­nizmin bir hissəsi kimi çıxış edir. Belə ki, hər bir hissə orqanizmin tamlığını təmin etməlidir. İqtisadi orqanizmin bir hissəsi kimi bank digər iqtisadi strukturların fəaliyyət dairəsi və mənafeyini müdafiə edən tədbirlər görməli, öz mahiyyəti müqabilində ümumi iqtisadi mənafelərin reallaşmasına yardım etməlidir.

Müxtəlif dövlətlərdə Mərkəzi bankların məqsədləri müxtəlif qaydada müəyyən edilmişdir. Məsələn: Rusiyanın Mərkəzi Bankı haqqında Federal Qanunda Rusiya Bankının məqsədləri aşağıdakı kimi müəyyən edilmişdir.



  • Pul vahidlərinin möhkəmliyini təmin edib onu qorumaq;

  • Rusiyanın bank sisteminin inkişafı və möhkəmləndirilməsi;

  • Səmərəli və arasıkəsilməz ödəniş sistemini təmin etmək.

Xarici ölkələrin qanunçuluğunda da Mərkəzi bankların məqsədləri müəyyən­ləşdirilir. Bu məqsədlər valyuta və qiymətlərin stabilləşməsi ilə əlaqədardır. Məsə­lən, Yaponiya Bankı hesab edir ki, onun siyasətinin əsas və son məqsədi qiymət­lərin stabilliyinin təmin edilməsidir, İspaniya Mərkəzi Bankı da əsas məqsəd kimi qiymətlərin stabilliyini qorumaq kimi müəyyən etmişdir. Almaniya Federativ Respublikasının bank qanunçuluğunda Bundesbankın əsas məqsədi üç istiqamətdə müəyyən edilmişdir:

  • tədavüldəki pul kütləsini nizamlaşdırma;

  • təsərrüfatları kredit resursları ilə təmin etmək;

  • ödəniş dövriyyəsini həyata keçirmək.

Öz mahiyyəti və məqsədinə müvafiq olaraq Mərkəzi banklar öz fəaliy­yətlərini, vəzifələrini aşağıdakı istiqamətlərdəki kimi görürlər:

  1. Bütövlükdə iqtisadiyyata münasibətdə.

  2. Hökumətə münasibətdə.

  3. Banklar və bank sisteminə münasibətdə.

Ümumilikdə iqtisadiyyata aid olan vəzifələr hər şeydən əvvəl iqtisadi dövriy­yənin pul vəsaitləri ilə təmin olunması ilə əlaqədardır. Bu pul vəsaitləri əmək məhsullarının mübadiləsinə imkan verən səviyyədə olmalıdır. Bır zaman Mərkəzi Bank dövriyyəyə nağd pul buraxıb inhisarçı hüquqa malik olmaqla, ölkənin qızıl valyuta ehtiyatını nəzərə alaraq tədavülə elə miqdarda pul buraxma­lıdır ki, bu pul kütləsi əmək məhsullarının istehsalı və dövriyyəsini təmin etməklə yanaşı daxili və xarici iqtisadi dövriyyədə pul vahidinin stabilliyini təmin etsin. Gös­tərilən ikili vəzifə Mərkəzi bankların əsas vəzifəsi hesab edilir. Bu vəzifə onun fəaliyyətini ölkənin emissiya institutu kimi müəyyənləşdirir.

Dövlət quruculuğunun bir hissəsi olmaqla Mərkəzi Banklar hökumət ilə birlikdə iqtisadiyyatın inkişafını təmin etməlidir. Bu məq­sədlə Mərkəzi Bank öz mahiyyəti çərçivəsində iqtisadi proqramların həyata keçirilməsində zəruri yardım edir, lazım gəldikdə mövsümilik ilə əlaqədar yığımdakı kəsirin üstünü örtməyə, dövlət qiymətli kağızlarının yerləşdirilməsinə yardım göstərir. Bu yardımları göstərməklə bank öz fəaliyyətində yuxarıda göstərilən əsas vəzifələrinin həyata keçirilməsinə xələl gətirməməlidir.

Banklara münasibətə gəldikdə Mərkəzi Bank "banklar bankı"dır. Onun vəzifə­si ondadır ki, lazım gəldikdə о son kreditor mərhələsi kimi çıxış etməli, onların likvidliyini qorumalıdır. Nəzarət orqanı kimi fəaliyyət göstərdikdə Mərkəzi Bankın vəzifəsi kredit idarələrinin səmərəli fəaliyyətinin təmin edilməsi ilə əlaqədədir. Kommersiya bank­larının bank bazarına daxil olma qaydalarını, bankların konkret fəaliy­yət­ləri üzrə iqtisadi normativləri, əməliyyatların standart aparılma qaydala­rını müəyyən edərək, Mərkəzi Bank onların fəaliyyətlərinin keyfiy­yət­lərinə görə məsuliyyət daşıyırlar. Bir çox ölkələrin bank qanunçuluğunda Mərkəzi Bankın vəzifələri dəqiq müəyyən edilmişdir.

Bəzi ölkələrin bank qanunçuluqlarında milli pul vahidlərininin möhkəmlən­dirilməsi vəzifəsi ilə yanaşı digər sosial-iqtisadi vəzifə - istehsalın həcminin artırıl­ması vəsifəsi, işsizliyin aşağı salınması vəzifəsi də müəyyən edilmişdir. Bununla əlaqədar olaraq Mərkəzi Bank öz diqqətini bazarın malla təmini və istehsalın inkişafına yönəldir.



Mərkəzi banklar öz məqsəd və vəzifələrini yerinə yetirmək üçün müvafiq funksiyalara malikdirlər. Bəzən iqtisadi ədəbiyyatlarda Mərkəzi Bankın məqsəd və funksiyaları eyniləşdirilir. Göstərilən anlayışlar öz məzmunlarına görə fərqləndikləri üçün onları eyniləşdirmək olmaz. Funksiya - obyektin spesifikası ilə müəyyənləşən fəaliyyətdir. Məqsədi isə əməliyyatın nəyin hesabına aparılması və bu fəaliyyət nəticəsində əldə edilən nailiyyətdir. Hüquq və iqtisad elmində "funksiya" məfhumu müxtəlif qaydada başa düşülür. Bank işi iqtisadiyyatında bankın bir tam kimi xarici aləmlə qarşılıqlı əlaqədə olması ilə əlaqədar spesifık xüsusiyyətə malikdir. Bank hüququ baxımından isə funksiya pul-kredit institutunun fəaliyyətinin əsas istiqamətlərini əks etdirir. Beləliklə, Mərkəzi Bankın funksiyası dedikdə onun ayrıca bir subyekt, fərdi hüquqi şəxs kimi digər subyektlərə münasibəti kimi başa düşülür.

Mərkəzi Bank bir institut kimi dövlət tərəfındən yaradıldığından hüquqi baxımdan о dövlətə məxsus vəzifələri yerinə yetirməlidir və bu funksiyalar qa­nunla müəyyən edilir. Bank funksiyalarını beş əsas qrupda qruplaşdırmaq olar:



  1. Pul-kredit nizamlaşdırılması.

  2. Normativ nizamlaşdırma funksiyası.

  3. Əməliyyat funksiyası.

  4. İnformasiya-analitik funksiyası.

  5. Nəzarət funksiyası.

Pul-kredit nizamlaşdırılması çərçivəsində Mərkəzi Bank qanuna müvafiq aşağıdakı funksiyaları yerinə yetirir:

  • hökumət ilə qarşılıqlı əlaqədə dövlətin vahid pul-kredit siyasətini müəyyənləşdirib onu həyata keçirir;

  • inhisarçı qaydada nağd pulların emissiyasını həyata keçirərək nağd pul dövriyyəsini təşkil edir;

  • kommersiya bankları üçün son kreditor mərhələsi kimi çıxış edərək onların yenidən maliyyələşdirilməsi sistemini təşkil edir.

Bu funksiyada pul dövriyyəsini nizamlaşdırmalı olan bankın təyinatı (rolu) müəyyənləşdirilir. Emissiya mərkəzi, nağd pul döv­riyyəsinin təşkilatçısı, kom­mersiya banklarının müvəqqəti qısa­müd­dətli əlavə pul vəsaitlərinə ehtiyacı olduq­da onların likvidlik səviyyəsinin saxlanılması institutu kimi çıxış edən Mərkəzi Banklar göstərilən funksiyanı yerinə yetirməklə iqtisadiyyatda öz təyinatını reallaşdırır.

Normativ nizamlaşdırma funksiyasında aşağıdakılar nəzərdə tutulur:

❖ bank əməliyyatlarının aparılma qaydasının işlənib hazırlanması;

❖ bank sistemi üçün mühasibat uçotu və hesabatlılıq qaydalarının müəyyən edilməsi;

❖ respublikada hesablaşmaların aparılma qaydalarının müəyyənləşdirilməsi;

❖ beynəlxalq təşkilatlar, dövlətlər, eləcə də hüquqi və fiziki şəxslərlə hesablaşma qaydalarının işlənib hazırlanması.

Mərkəzi Bankın bank əməliyyatlarının nizamlaşdırılması kom­mersiya bank­larında uçot və hesabatların aparılma qaydalarını müəyyən edən normativ aktların (əsasnamə, təlimat, əmr) hazırlanması üzrə fəa­liyyəti, Mərkəzi Banka kredit idarə­ləri­nin işlərinin təşkil olunub qaydaya salınması üzrə vahid metodiki bazanın yaradıl­ması, kredit idarələrinin fəaliyyətinin vahid standartlar əsasında aparılmasının təşkili imkanı verir.



Əməliyyat funksiyası Mərkəzi Banka:

  • sərbəst və ya hökumətin tapşırığına əsasən bütün bank əmə­liy­yatlarını həyata keçirmək;

  • özünün qızıl-valyuta ehtiyatlarını idarə etmək;

  • ölkənin büdcə sisteminin bütün büdcələrinin hesablarına xidmət göstərmək imkanı verir.

Göstərilən funksiya Mərkəzi Banka iqtisadi subyektlərin müxtəlif ehtiyac­larına xidmət göstərmək, geniş fəaliyyət dairəsinə malik olmaq, lazım gəldikdə maliyyə əməliyyatları üzrə hesablaşmaların aparılmasında dövlətin səlahiyyətli agenti kimi çıxış etmək imkanı verir.

İnformasiya-analitik funksiyanı yerinə yetirməklə Mərkəzi Bank:

■ bütün ölkə və regionlarda iqtisadiyyatın vəziyyətini təhlil edərək proq­nozlaşdırır. Bu zaman hər şeydən əvvəl, pul-kredit və valyuta maliyyə münasibətlərinə, qiymətin əmələ gəlməsinə diqqət yetirilir, müvafıq materialları və statistik məlumatları çap etdirir,



  • ölkənin ödəniş balansının proqnozlarının işlənilməsində iştirak edir və onun tərkibini təşkil edir,

  • milli pul vahidinə nisbətdə xarici valyutaların kursunu müəyyən edir və elan edir.

Bu funksiya Mərkəzi banklar üçün vacib hesab edilir. Bu funk­siyanı yerinə yetirmədən maddi və maliyyə axınlarına əsaslanan pul dövriyyəsini nizam­laş­dır­maq qeyri-mümkündür. Ölkənin iqtisadi inki­şa­fını təhlil edib proq­noz­laşdırmadan pul-kredit münasibətlərinin quruluşu və dinamikasını müəy­yənləşdirmək olmur.

Ölkənin iqtisadi inkişaf istiqamətləri, iqtisadiyyatın müxtəlif sektorlarının inkişafı, valyuta kursu, ödəniş balansının dinamikası, bank fəaliyyətinin əsas göstəriciləri haqqında Mərkəzi Bankın məlumatları ona lazım gəldikdə öz inkişaf istiqamətlərini müəyyənləşdirib, burada müəyyən düzəlişlər etməyə imkan verir.



Nəzarət funksiyası Mərkəzi Banka aşağıdakıları həyata keçirmək imkanı verir:

  • bank qrupları və banklar üzərində nəzarət,

  • bankların dövlət qeydiyyatına götürülməsi, bankın əməliyyat­la­rının apa­rılmasına lisenziyaların verilməsi, lisenziyaların fəaliyyətinin dayan­dırılıb, geri götürülməsi,

  • qiymətli kağızların emissiyasının banklar tərəfindən qeydiyyata alınması,

  • valyuta nizamlaşdırılması və valyuta nəzarəti.

Göstərilən səlahiyyətlər Mərkəzi Banka bank sektorunun inkişafı və möhkəm­ləndirilməsi üçün məqsədli tədbirlər görmək imkanı verir. Bankların fəaliyyətinə nəzarət etməklə Mərkəzi Bank əmanətçilərin, kre­ditorların mənafeyini müdafiə edə­rək kredit idarələrinin stabil fəaliy­yətini təmin edir. İqtisadi ədəbiyyatlarda mər­kə­zi bankların funk­si­yalarının təkmilləşdirilməsində digər kriteriyalara da rast gəlmək olur. Bu­rada əsas diqqət onun fəaliyyət istiqamətlərindən asılı olan funk­si­yalarda öz əksini tapır, əsasən təsərrüfatçılıq və inzibatçılıq funksi­yalarına diqqət yetirilir. Buda ümumilikdə təşkilatçılıq funksiyası hesab edilir. Belə ki, о pul tədavülünü təşkil edərək idarə edir. Vaciblik fəa­liyyətinə görə Mərkəzi bankın funksiyalarını əsas və əlavə funksiyalar kimi təsnifləşdirirlər. Əsas funksiya kimi bankın əsas vəzifəsinin yerinə yetirilməsini təmin edən funksiyalar qəbul edilir. Öz növbəsində bu funksiya nizamlaşdırma, nəzarət və xidmət funk­siyalarına bölünür. Bu zaman əlavə funksiya kimi qəbul edilən funksiyalara bankın əsas vəzifəsini həyata keçirməyə yardımçı olan funksiyalar daxil edilir.

Mərkəzi bankın fəaliyyətini tez-tez onun yerinə yetirdiyi klassik əməliy­yatlarla (emissiya, kredit, hesablaşma) əlaqələndirirlər, əslində bu əməliyyatlar əsas olmaqla onun fəaliyyətinin bir hissəsidir. Mərkəzi ban­kın fəaliyyəti dedikdə qanunçuluqda müəyyən olunmuş, onun mahiyyəti, vəzifələri, səlahiyyətlərinə uy­ğun yerinə yetirdiyi bütün əməliyyatlar başa düşülür.



Mərkəzi Bankın fəaliyyəti:

  • iqtisadi xarakter daşıyır;

  • bilavasitə əmək məhsullarının mübadiləsinə xidmət edir;

  • onun fəaliyyətinə ümummilli institutun fəaliyyəti kimi baxılır;

  • mənfəət əldə etməyi özünün məqsədi hesab etmir;

  • məhsuldar xarakter daşıyır;

  • İqtisadi münasibətlərin makrosəviyyəsinə diqqət yetirir;

  • öz təbiətinə görə sahəvi olmayıb, universal xarakterlidir;

  • ölkənin əsas bankı kimi nəzərdə tutulur;

  • pul-kredir münasibətləri üzrə dövlət siyasətini həyata keçirir və ölkənin milli bank sisteminin fəaliyyətini təşkil edir.

Ümumilikdə Mərkəzi banklar:

1. Ölkənin emissiya mərkəzidir.

2. Hökumət bankıdır.

3. Nəzarət orqanıdır.

4. Banklar bankıdır.

Mərkəzi Bankın emissiya mərkəzi olması o deməkdir ki, bank milli valyutanın tədavülə buraxılmasına inhisarçı hüququ vardır. Qeyd etmək lazımdır milli pul buraxılışının inhisarlaşdırılması heç də o demək deyildir ki, Mərkəzi Bank tədavülə pul buraxan yeganə orqandır.

Hər şeydən əvvəl «pul çapı» anlayışı ilə «pul buraxmaq» anlayışını ey­ni­ləşdirmək olmaz. Nə qədər istəsən pul çap etmək olar, ancaq o nə qədər ki, Mər­kəzi Bankın anbarında saxlanılır, o iqtisa­diyyatda heç bir rol oynamır. Pul buraxılışı isə o deməkdir ki, pul anbardan tədavülə daxil olur və özünün iq­tisadi funksiyasını yerinə yetirir. Digər tərəfdən Mərkəzi banklar pul çap et­mir­. Rusiyada bu işlə «Qosznak» fabriki məşğul olmaqla Rusiya Bankının sifa­rişini yerinə yetirir. ABŞ-da pul çapu Federal ehtiyatlar sisteminin nəzarə­tindədir.

Emissiyada inhisar hüququ o demək deyildir ki, milli val­yutanı döv­riyyəyə bir orqan buraxır. ABŞ-da dolları dövriyyəyə bütün 12 Federal ehti­yat bankları buraxırlar. Böyük Britaniyada İngiltərə Bankı ilə yanaşı bir neçə bank da tədavülə funt-sterlinq buraxmaq hüququqa malikdirlər.

Emissiya hüququnun reallaşması bir çox amillərdən asılıdır. Hər şeydən əvvəl emitent bank ölkə əhalisi və firmaların etimadını qazanmalıdır. Yalnız bu zaman emissiya bankının banknotları tədiyyə vasitəsi kimi istifadə oluna bilər. Bu maneə dəf edildikdən so­nra da emissiya prosesi ölkənin sosial iqtisadi vəziyyəti ilə də uzlaşdırıl­malıdır. Bununla belə pul tədavülünün stabilləş­dirilməsi üçün emissiya bankı müxtəlif tədbirlər (pul islahatı) keçirə bilər ki, bu da emissiya mərkəzi kimi onun funksiyalarını genişləndirir.

Mərkəzi Bank hökumət bankı kimi hökumətin adından və onun tapşırığı ilə üçüncü şəxsin ünvanına və əksinə ödənişləri həyata keçirir və bununla da dövlətə hesablaşmakassa xidməti göstərir.

Mərkəzi Bank ölkənin qızıl və valyuta ehtiyatlarını özündə saxlay­araq ölkənin qızıl valyuta saxlayanı qismində çıxış edir.

Qızıl və qiymətli materialların saxlanılması ənənəvi olaraq Mər­kəzi bankların funksiyasıdır, çünki qızıl əsas hesablaşma vasitəsi kimi qəbul edilir. Bu gün dövlətlərarası hesablaşmalar xarici valyu­tada aparılsa da, qızıl ödəniş vasitəsi kimi öz əhəmiyyətini itirməmiş­dir. Bu səbəbdən də ölkənin ehtiyatı iki növdə saxlanılır.

Mərkəzi bank hökumətin adından dövlətin daxili və xarici bor­cunu idarə edir, dövlətin qiymətli kağızlarını yerləşdirir, ödəyir və digər əməliyyat­ları yerinə yetirir. Hökumətə kredit verir, onun üçün hesablaşma əməliy­yat­larını yerinə yetirir.

Mənsubiyyətindən asılı olmayaraq Mərkəzi Bank dövlət ilə sıx əlaqədədir. Mərkəzi Bank dövlətin baş bankı kimi çıxış edərək hökumə­tin maliyyə problemləri üzrə maliyyə məsləhətçisi rolunu oy­nayır. Bu o deməkdir ki, iqtisadi siyasətə aid hər hansı bir məsələnin həlli ilə əlaqədar hökumət Mərkəzi Bankla birlikdə hərəkət edir.

Mərkəzi Bankın nəzarət funksiyası Mərkəzi Bankın maliyyə siste­minin məlumat şəffaflığını təmin edən bir orqan olması ilə əlaqədar­dır.

Nəzarətedici orqan kimi Mərkəzi Bank kommersiya bankları­nın maliyyə hesablarına tələblər irəli sürə bilər ki, bu da bankların göstəricilərinin müqayi­səsinə imkan verər. Bank sistemini tənzim­ləyən bir orqan kimi bütün maliyyə vasitələrini maliyyə hesabatlarını çap etdirməyə məcbur edə bilər.

Mərkəzi Bank onun qərarlarının yerinə yetirilməsinə nailolma alə­tinə də malikdir. Belə ki, o cərimə cəzaları tətbiq edə bilir. Bununla ya­naşı Mərkəzi Bank bank fəaliyyəti ilə məşğul olmaq lisenziyalarını geri götürə bilər.

Mərkəzi Bank kommersiya banklarının fəaliyyətini iqtisadi nor­mativləri müəyyən etməklə tənzimləyir. Bu normativlərdən biri kapitalın yetərliliyi normatividir ki, bu da bankın kapitalının onun ümumi aktivlərinə nisbəti kimi müəyyən edilir. Xüsusi kapitalın ümumi qoyuluşun həcminə nisbəti yüksək olduqca bankın xüsusi vəsaitlə­rinə risk səviyyəsi artır.

Bununla belə Mərkəzi Bankın məcburi ehtiyatları normativinə xüsusi diqqət yetirmək lazımdır. Mərkəzi bank tərəfindən müəyyən olunan depozit vəsaiti cəlb olunma payıdır və bu məbləği də kommer­siya bankı Mərkəzi Bankdakı xüsusi ehtiyat fonduna köçürməlidir ki, bu da bankın müflisləşməsi prosesində istifadə olunur.

Mərkəzi Bankın vacib funksiyalarından biri onun banklar bankı olmasıdır. Mərkəzi Bank banklar bankı olmaqla o ölkənin ödə­niş sisteminin stabilliyinin təmin olunmasına xidmət edir.

Banklar üçün bank funksiyasını yerinə yetirən Mərkəzi Bank yal­nız kreditor kimi deyil, hesablaşma mərkəzi kimi də çıxış edir. Onun kredit rolu maliyyə çətinliyinin aradan qaldırılmasına qısamüd­dətli kreditin verilməsi ilə bitir. Belə kreditlər üzrə faiz dərəcə­ləri yenidən maliyyələşmə və ya uçot dərəcəsi adlanır. Ehtiyat­lanma norması pul kredit siyasətinin əsas istiqamət­lərindən biri hesab edilir.

Hesablaşma mərkəzi kimi Mərkəzi Bank bir şəxsi bankın adın­dan digərinin ünvanına köçürmələr edir. Bu funksiyanın yerinə yetirilməsini təmin etmək üçün bütün banklar Mərkəzi Bankda müxbir hesablar açmalıdır. Bank bu əməliyyatı çox asan bir müxbir hesabdan silərək digərinə daxil etmək yolu ilə həyata keçirir.

Qeyd olunduğu kimi Mərkəzi Bankın müştəriləri fiziki və hüquqi şəxslərdir. Milli bankın fəaliyyətinin əsas xüsusiyyəti ondadır ki, o iqtisa­diyyatın real sektorunun müəssisələri ilə əlaqədə deyildir. Milli bankın əsas müştərisi kredit təşkilatlarıdır.

Mərkəzi Bank dövlət hakimiyyətinin icra orqanları, yerli ida­rə­etmə orqanları və onların idarələri, dövlət büdcədənkənar fondları, hərbi hissələr üçün bank əməliyyatlarını yerinə yetirə bilər.

Hüquqi baxımdan funksiya fəaliyyət istiqaməti mənası kimi isti­fadə olunaraq müəyyən əməliyyat və sövdələşmələrin həyata keçirilmə­sini nəzərdə tutur. Mərkəzi Bankın nəzərdən keçirilən funksiya­ları onun əməliyyatları vasitəsi ilə həyata keçirilir.

Mərkəzi Bankın əməliyyatları passiv və aktiv əməliyyatlara bölünür. Mərkəzi Bankın passiv əməliyyatı pul vəsaitlərinin cəlb olu­nub ehtiyatların artırılmasına yönəldilən əməliyyatlardır. Cəlb olun­muş pul vəsaitlərinin yerləşdirilməsi ilə əlaqədar əməliyyatlar isə Mər­kəzi Bankın aktiv əməliyyatı hesab edilir.

Passiv əməliyyatlara: banknot emissiyası, depozit əməliyyat­ları, höku­mətə hesab açıb əməliyyat aparmaq, xüsusi kapital və ehtiyatla­rın yaradılması və s. daxildir.

Banknot buraxmağa inhisarçı hüququ olan Mərkəzi Bank tə­davüldəki pul kütləsini artırmaq üçün emissiya əməliyyatlarını həyata ke­çirir. Mərkəzi Bankın passiv əməliyyatlarının əksər hissəsi (6 %-dən çoxu) emissiyanın payına düşür. Mərkəzi Bank tədavülə banknot burax­maqla nağd pulların, bank­not­la­rın və nağdsız pulların tədavü­ldə artmasına nail olur. Bu zaman Mərkəzi Bank bu addımı atmaz­dan əvvəl tədavülün pula olan ehtiyacını müəyyənləşdir­məlidir.

Mərkəzi Bankın ikinci əsas passiv əməliyyatı kredit təş­kilatları­nın höku­mətin və xarici bankların qoyuluşlarının cəlb olun­ması ilə əlaqədar əməliy­yatlardır.

Mərkəzi Bankın «banklar bankı» və «hökumət bankı» funksiyala­rını yerinə yetirməsi ilə əlaqədar o, həm bankların, həm də hökumətin əməliy­yatlarını yerinə yetirmək üçün onlara hesablar açır.

Bununla yanaşı Mərkəzi Bank kommersiya banklarına bankla­rın ehti­yatlarının saxlanılması üçün hesablar açır. Bir qayda olaraq bu hesablar faizsiz hesablardır. Mərkəzi banklar, həmçinin faizli, müddətli qoyuluşlar da qəbul edir. Kommersiya banklarının müvəq­qəti sərbəst pul vəsaitlərinin depozitə cəlb olunması kommersiya bankla­rının vəsaitlərinin əməli surətdə yerləşdirilib gəlir əldə edilməsi üçün zəruri haldır. Eyni zamanda depozit əməliyyatları kommersiya bankları tərəfindən valyuta məzənnəsinə «təzyiqi» aşağı salır. Bəzi Mərkəzi banklar depozit də cəlb edir. Məsələn, Rusiya Bankı rezident banklarla Rusiya valyutasında aşağıdakı növdə depozit əməliyyatı aparır:

  • depozit auksionları;

  • qeyd olunmuş faiz dərəcələri ilə depozit əməliyyatları.

Mərkəzi Bankın passiv əməliyyatları içərisində kapitalın və ehtiyat­ların formalaşması əməliyyatları əsas yerlərdən birini tutur. Xüsusi kapital bankın passiv əməliyatlarında əhəmiyyətli yer tutmasa da bankın passiv əməliyyat­larının mövcudluğunun əsasını təşkil edir. O iki hissədən: nizamnamə kapitalı və ehtiyat fondundan ibarətdir. Bir qayda olaraq nizamnamə kapitalı çox böyük olmur. O səhm­darla­rın və ya dövlətin ilk köçürdüyü məbləğdir ki, bu da ban­kın işə başlaması üçün əsas verir. Azərbaycanın Mərkəzi Bankında bu məbləğ 10 mln. manatdır. Bu kapitalın artırılması ya əlavə səhmlə­rin buraxıl­ması, ya da dövlətin əlavə pul buraxması hesabına aparıla bilər. Mərkəzi Bank öz kapitalını əsasən mənfəətdən ehtiyata köçürmə yolu ilə artıra bilər. Bəzən ehtiyata ayırmalar ehtiyatın xüsusi kapitaldan qat-qat artıq olmasına gətirib çıxarır.

Mərkəzi Bankın digər passiv əməliyyatı borc öhdəliklərinin (qiy­mətli kağızlar) buraxılması ilə əlaqədar əməliyyatlardır. Qərbin Mərkəzi bankları bu üsuldan istifadə etmir. Bu onunla əlaqədardır ki, onlar daha etibarlı yol olan banknot emissiyasından istifadə edir. Ona görə də zərurət yaran­masının istənilən anında Mərkəzi Bank döv­riyyəyə banknot buraxaraq həm kommersiya banklarını, həm də hökuməti maliyyələşdirə bilər.

Mərkəzi Bankın uçot-ssuda və investisiya əməliyyatları aktiv əmə­liyyat hesab edilir. Uçot-ssuda əməliyyatları ssuda (kreditin veril­məsi) və uçot (veksellərin təkrar uçotu) əməliyyatlarına bölünür. Kre­dit əməliyyatı dedikdə Mərkəzi Bankın daimi müştəriləri olan kommer­siya banklarına kreditin verilməsi başa düşülür. İlk dəfə belə kredit qısa müddətə qiymətli kağızlar və digər aktivlərin təminatı ilə verilir. Belə kreditlər əsasən lombardların payına düşür və dövlətin qiymətli kağızları ilə təmin olunur.

Bəzi Mərkəzi banklar bir ildən çox olmayan müddətə, hətta bir günlüyə də hesablaşma krediti (overnayt) verirlər. Kreditləşmədən söhbət gedərkən qeyd etmək lazımdır ki, hökumətin birbaşa kreditləşdi­rilməsi bəzi ölkələrdə məhdudlaşdırılıb (AFR, Fransa, Nider­land) və ya qanunla qadağan edilib (ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya, Rusiya).

Uçot əməliyyatı dedidkə kommersiya banklarındakı kommer­siya veksellərinin yenidən uçotu başa düşülür. Yenidən uçot bu əməliyya­tın ikinci dəfə aparılması deməkdir. Mərkəzi Bank vekselləri ye­nidən uçota alaraq uçot stavkası ilə müəyyən olunan diskont məb­ləğə çıxılmaqla kommersiya bankına vekselin nominalı müqabilində pul məbləği verir. Vekselin uçotunun şərti uçota təqdim olunan kommer­siya veksellərinin yüksək keyfiyyətli olmasıdır.

Mərkəzi bankların aktiv əməliyyatlarından biri də qiymətli ka­ğız­lara qoyuluşdur, yəni kommersiya banklarının qiymətli kağızları­nın, xəzinədarlıq vekselləri və öhdəliklərinin satın alınması­dır. Mərkəzi Bankın satın aldığı qiymətli kağızlar içərisində əsas yeri dövlətin qiymətli kağızları tutur.

Hökumətin birbaşa kreditləşdirilməsinə məhdudiyyət qoyul­ması və ya qadağan edilməsi ilə əlaqədar Mərkəzi Bank hökumətin qiymətli kağızlarını satın alaraq hökumətin pula olan ehtiyacını ödəyir ki, bununla da dövlət büdcəsini doldurur. Bəzi hallarda Mər­kəzi Bank kommersiya banklarından dövlət istiqrazlarını satın alır və bu­nunla o bankın likvidliyini nizamlaşdırır və dövlət borcunu idarə edir.

Ümumiyyətlə, Mərkəzi bankların dövlət qiymətli kağızlarına qoy­uluşu çox böyükdür və Mərkəzi Bankın aktivlərinin yarıdan çoxu onun payına düşür.

Dövlət qiymətli kağızları ilə yanaşı Mərkəzi Bank kommersiya bankla­rının da qiymətli kağızlarını satın alır. Qeyd etmək lazımdır ki, bu əməliyyatlar əsasən REPO əməliyyatları əsasında (geri satınalma) aparılır. Yəni, kommer­siya bankları satdığı qiymətli kağız və ya səhm­ləri geri satın ala bilər. Bu, birbaşa şəxsi qiymətli kağızların gi­rovu üzrə kreditləşmə deməkdir.

Repo əməliyyatlarının mahiyyəti ondan ibarətdir ki, bu za­man qiymətli kağızlar Mərkəzi Banka bazar qiymətindən aşağı qiy­mətə satılır, onların geri satın alınması isə nisbətən yüksək qiymətlə olur. Satış qiyməti ilə geri satın­alma qiyməti arasındakı fərq qiymətli kağızı satın alanın gəlirini təşkil edir.

Aktiv və passiv əməliyyatlarla yanaşı Mərkəzi Bank sair əmə­liyyatları da yerinə yetirir. Buraya valyutaların, qiymətli metalların alışı və satışı, vasitə­çi­lik əməliyyatları daxildir. Mərkəzi Bank həmçi­nin, dövlətin qiymətli kağızlar bazarında diler kimi çıxış edir.

Bank hökumətdən dövlət qiymətli kağızlarını satın alaraq on­ları kommersiya banklarının açıq bazarında yerləşdirir ki, bu da ona pul-kredit siyasətini həyata keçirməyə imkan verir.

Mərkəzi Bankın növbəti əməliyyatı qiymətli metalların xüsu­sən qızılın və digər valyuta qiymətlilərinin alışı, saxlanması və satışı ilə əlaqədar olan əməliyyatlardır. Bu əməliyyatlarla yanaşı Mərkəzi Bank zəmanət verə bilir və himayəçi kimi də çıxış edə bilər.
Download 3,5 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish