AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar


Mərkəzi Bankın pul-kredit siyasəti



Download 3,5 Mb.
bet33/42
Sana21.03.2017
Hajmi3,5 Mb.
#5010
TuriDərslik
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

15.3. Mərkəzi Bankın pul-kredit siyasəti
Dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri pul-kredit siyasətidir. Pul-kredit siyasəti dedikdə ölkədə pul-kredit münasibətlərinin təşkili sahəsində Mərkəzi Bankın hökumət ilə birlikdə işləyib hazırladığı tədbirlərin məcmusu başa düşülür. Bu tədbirlərin köməyi ilə pul-kredit sferasının təkraristehsal prosesinə təsiri təmin olunur. Bu tədbirlər hər bir ölkənin qarşısında duran vacib strateji məsələlərin, iqtisadi artımın tənzimlənməsi, inflyasiyanın buxovlanması, istehsalın səmərəliliyinin yüksəldilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, xarici iqtisadi əlaqələrin stabilləşdirilməsi və s. təmin edilmiş olur.

Deməli, Mərkəzi Bankın pul-kredit siyasəti dedikdə:

- iqtisadi artımın tənzimlənməsi;

- inflyasiyanın buxovlanması;

- istehsalın səmərəliliyinin yüksəldilməsi;

- əhalinin məşğulluğunun təmin edilməsi;

- xarici iqtisadi əlaqələrin stabilləşdirilməsi və s. yönəldilən pul tə­davülü və kredit üzrə Mərkəzi Bankın və hökumətin həyata keçir­diyi tədbirlərin məcmusu başa düşülür.

Ümumilikdə iqtisadiyyatın dövlət tənzimlənməsinin məqsədi ölkənin optimal iqtisadi artım tempi şəraitində makroiqtisadi tarazılığa nail olmaqdır. Pul-kredit siyasəti dövlətin iqtisadi siyasətinin bir sahəsi kimi özündə quruluş, maliyyə, sosial və xarici iqtisadi siyasəti birləşdirir. Beləliklə, dövlətin pul-kredit siyasətinin ali məqsədi stabil iqtisadi artımı təmin etməkdir. Bu məqsəd dövlətin iqtisadi siyasətinin strateji məq­sədinə tam uyğundur. Lakin bu məqsədə pul-kredit siyasəti çərçivəsində həyata keçirilən tədbirlərin köməyi ilə nail olmaq olur. Bu tədbirlər müəyyən xüsusiyyətlərə malik olmaqla nisbətən yavaş həyata keçirilir və ona görədə mərhələlərlə həyata keçirilir. Cari pul-kredit siyasəti müəyyən konkret məqsədlərə yönəldilir. Məsələn, pul aqre­qatlarının nizamlaş­dırılması vasitəsilə dövriyyədəki pulun miqdarı, milli valyutanın kursu nizamlaşdırılır, inflyasiya üzrə istiqamətbr müəy­yən­ləşdirilir və s.

Pul-kredit siyasətinin iqtisadi və təşkilati əsasının xüsusiyyəti onun obyekt­ləri və subyektlərinin xüsusiyyətləri ilə müəyyən edilir. Pul-kredit siyasətinin obyekti kimi pul bazarındakı tələb və təklif qəbul edilir. Dövlətin pul-kredit siya­sətini həyata keçirmək funksiyası olan Mərkəzi Bank və kommersiya bankları pul-kredit siyasətinin subyektləri hesab edilir. Tədavüldəki pul kütləsinin nizamlaş­dırılması üçün Mərkəzi Bank müxtəlif pul aqreqatlarından istifadə edir, onların həcmini artırıb, azaldır. Pul dövriyyəsindəki ümumi pul kütləsində onların qurulu­şunu dəyişdirir. Pul bazarı maliyyə bazarının tərkib hissəsi olmaqla pula tələbat və pul təklifıni və eləcə də pulun "qiyməti" ilə faiz dərəcələrinin tarazlığının təmin olunmasını əks etdirir. Pul bazarında tarazlıq hərəkətdə olur, yəni bir sıra amillərin təsiri ilə daima dəyişir.

Təsəvvür edək ki, pulun təklifi dəyişilərək pula tələbat daima dəyiş­məzdir. Pul kütləsinin təklifı artdıqda müvəqqəti olaraq onlann artıqlığı yaranır. Əhali faiz gətirməyən öz pul ehtiyatlarını azaltmağa çalışır və digər maliyyə aktivləri (is­tiq­razlar) əldə etməyə çalışır. Onlara tələbat artır, müvafıq olaraq qiymətlər yük­səlir. Pulların saxlanmasına görə faizlər və ya digər alternativ gəlirlər aşağı dü­şür. Bu zaman əhali və fırmalar yavaş-yavaş əllərində saxlamalı olduqları pulun miqdarını artırır və aşağı faizlə yüksək pul təklifı ilə pul bazarında bərabərlik bərpa olunur.

İkinci halda pula tələbat dəyişilərək pul təklifı sabit qalarsa milli iqtisadiyyat çərçivəsində mal dövriyyəsinə xidmət etmək üçün çox pul tələb olunur, əhali və firmalar isə öz aktivlərinin pul formasında saxlanmasına üstünlük verirlər.

Ümumilikdə pul-kredit siyasətinin əsasında pul nəzəriyyəsi - pulun və pul-kredit siyasətinin, ümumilikdə iqtisadiyyatın vəziyyətinə təsiri prosesi durur. Müasir şəraitdə bazar iqtisadiyyatı modelli ölkələr iki pul-kredit siyasəti konsepsiyasından birini seçirlər:



  • kredit ekspansiyası və ya "ucuz"pul siyasəti;

  • kredit restrikasiyası və ya "bahalı"pul siyasəti.

Mərkəzi Bankın kredit ekspansiyası kommersiya banklarının resurslarını artırır, belə ki, verilmiş kreditlər nəticəsində dövriyyədəki ümumi pul kütləsi artırılır. Kredit restrikasiyası kommersiya banklarının kreditləşmə imkan­larını azaldır və nəticədə iqtisadiyyatın pul ilə təminatı azalır. Pul-kredit siyasətinin nəzəri əsaslarını və pul-kredit siyasətinin konsepsiyalarını bilmək heç də onun sə­mərəli təşkili və qoyulan məqsədlərə nail olmaq demək deyildir. Pul-kredit siyasətinin formalaş­masının təcrübi istiqamətləri öz növbəsində müəyyən məsələ­lərin işlənib hazırlanmasını tələb edir:

  • Strateji məqsədlərə nail olmaqda səmərəli təsir göstərən pul-kredit siyasətinin konkret faktiki məqsədini seçmək.

  • Pul-kredit siyasətinin qabaqcıl obyektini: pula tələb və təklifi, faiz dərəcələri və ya pulun miqdarını seçmək.

  • Pul-kredit siyasətinin işlənib hazırlanması və həyata keçirilməsində Mərkəzi Bankın müstəqillik dərəcəsi.

  • Siyasətin tsiklik və ya antitsiklik olması.

• Pul-kredit siyasətinin inflyasiya ənənələrinə təsiri dərəcəsi.

Bütün bunlarla yanaşı pul-kredit siyasətinin həyata keçirilməsində bank sisteminin stabilliyi fövqəladə əhəmiyyət kəsb edir.

Hər bir ölkənin bank sistemi onun iqtisadiyyatını təşkil edən zəruri elemen­tidir. Pul-kredit münasibətləri çərçivəsində banklar istehsal və istehlak sferasının arasıkəsilməz fəaliyyətini təmin edir. Bank sektoru vasitəsilə bütün iqtisadiyyatın pul-kredit nizamlaşdırılması impulsu ötürülür. Mərkəzi banklar tərəfindən kommer­siya banklarının fəaliy­yətinin tənzimlənməsi Mərkəzi Bank tərəfindən iqtisadiyyatın pul-kredit nizamlaşdırılmasının bir istiqaməti kimi qəbııl edilməlidir.

Pul-kredit siyasətinin həyata keçirilməsində müəyyən metodlardan istifadə edilir. Pul-kredit siyasəti metodu dedikdə - qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün pul-kredit nizamlaşdırılmasının dövlət orqanı kimi Mərkəzi Bankın və pul-kredit siyasətini həyata keçirən kom­mersiya banklarının, yəni pul-kredit siyasəti subyektlərinin obyektlərə (pula tələbat və pul təklifi) təsir göstərə bildiyi üsul və əməliyyatların məcmuyu başa düşülür. Gündəlik pul-kredit siyasətinin həyata keçirilmə metodunu pul-kredit siyasətinin taktiki məqsədi adlandırırlar. Pul-kredit siyasətinin müasir metodları pul-kredit siya­sətinin özü kimi rəngarəngdir. Pul-kredit siyasəti metodlarının təsnifləşdirilməsi müxtəlif əlamətlər üzrə həyata keçirilir. Pul-kredit siyasəti metodunun qarşıya qoyulmuş məqsədlərlə əlaqəsi baxımından birbaşa və dolayı metodları fərqlən­dir­mək lazımdır. Birbaşa metodlar dedikdə pul-kredit təklifi, maliyyə baza­rındakı qiymətlər və s. Mərkəzi Bankın müxtəlif direktivlər formasında gördüyü inzibati tədbirlərdir. Kreditləşmə limitinin artırılması və ya depozitlərin cəlb edilməsi miqdar nəzarəti kimi tədbirlər siyasətinə da­xildir. Kreditlərə, depozitlərə görə maksimum faiz stavkaları, faiz dərəcələrinə Mərkəzi Bankın inzibati tədbiri kimi qəbul edilir. Pul-kredit siyasətinin birbaşa metodunun tətbiqi pul aqreqatlarına, ssudaların bölüş­dürülməsinə birbaşa təsir göstərmək imkanı yaradır. Pul resurslarının nizamlaşdırılması və yenidən bölgüsü metodu kimi birbaşa metodlar dövlət orqanları üçün daha əlverişlidir. Xüsusən də iqtisadi böhran zamanı bu metod daha əlverişli hesab edilir. Birbaşa metodlar asan tətbiq edilir, az məsrəf tələb edir və onların tətbiqi nəticələri daha aydın gö­rünür. Bununla belə pul-kredit siyasətinin birbaşa metodları pul bazarı subyektlərinin fəaliyyətinə kobud xarici təsir kimi qəbul edilir. Onlar kredit təşkilat­larının mikroiqtisadi maraqlarına zidd ola bilər, kredit resurslarının səmərəsiz bölgüsünə, banklararası rəqabətin məhdud­laş­ma­sına, bank bazarında maliyyə cəhətcə möhkəm institutların yaranmasında çətinliyə səbəb ola bilər.

İnflyasiyanın cilovlanmasına yönəldilən pul-kredit siyasətinin bir­başa metodları ümumi iqtisadi xarakterli mənfı nəticələrə və pul sferasında bürokratik amillərin və korrupsiyanın güclənməsinə səbəb ola bilər. Bazar iqtisadiyyatının formalaşması təcrübəsi və onun inkişafı pul-kredit siyasətinin birbaşa metodlarının aşağı səmərəli olmasını sübut etmişdir. Nəticədə pul-kredit nizamlaşdırılmasının dolayı metodları birbaşa metodları sıradan çıxarır. Pul-kredit nizamlaşdırılmasının dolayı metodları baza­rında deformasiyasına səbəb olmur və о pul bazarının inkişaf səviyyəsi ilə sıx əla­qə­dardır. Pul-kredit siyasəti nizamlaş­dırılmasının dolayı metodlarına keçid maliyyə liberallaşması prosesi və iqtisadiyyatda Mərkəzi Bankın sərbəstlik dərəcəsinin və funksiyalarının artması deməkdir. Pul-kredit nizamlaşdırılması metodlarının birbaşa və dolayı metodları ilə yanaşı ümumi və selektiv metodları da mövcuddur.

Ümumi metodlar - əsasən dolayısıdır və о ümumilikdə pul bazarına dolayısı təsir göstərir.

Selektiv metodlar - kreditin konkret növlərini nizamlaşdırır və əsasən direktiv xarakter daşıyır. Selektiv metodlardan istifadə etməklə Mərkəzi Bank kredit re­surs­larının mərkəzləşdirilmiş qaydada yenidən bölgüsü funksiyasını qoruyub saxlamış olur. Lakin bu xüsusiyyət bazar iqtisadiyyatlı ölkələr üçün xarakterik deyil, çüki belə qayda bazar qiymətləri və resursların bölgüsü qaydalarına uyğun deyildir.

Pul-kredit siyasəti subyektlərinin onun obyektlərinə təsiri xüsusi maliyyə alətlərinin köməyi ilə həyata keçirilir. Pul-kredit siyasəti alətləri dedikdə pul-kredit nizamlaşdırıcısı orqanı kimi Mərkəzi Bankın pul-kredit siyasəti obyektlərinə təsir göstərən vasitə və üsullar başa düşülür.

Dünya təcrübəsində Mərkəzi banklar pul-kredit siyasətinin nizam­laş­dırılmasında aşağıdakı alətiərdən istifadə edir:


  • məcburi ehtiyat normalarının dəyişdirilməsi;

  • Mərkəzi Bankın faiz siyasəti, yəni kommersiya banklarının Mərkəzi Bankdan borc alma və ya kommersiya bankları vəsaitlərinin Mərkəzi Bankda deponlaşdırılması mexanizmlərinin dəyişdirilməsi;

  • açıq bazarda dövlətin qiymətli kağızları ilə əməliyyatları.

Məcburi ehtiyatlar dedikdə kommersiya bankları öhdəliklərindən Mərkəzi Ban­ka faiz payı başa düşülür. Bu ehtiyatları kommersiya bankları Mərkəzi Bankda saxlamalıdır. Məcburi öhdəliklərdən Mərkəzi Bank kommersiya banklarında la­zı­mi likvidliyi təmin etmək məqsədi üçün istifadə edir. Belə ki, depozitlərin kütlə­vi surətdə geri götürüldüyü hallarda kommersiya bankları əmanətçilərinin, müştə­rilərinin mənafeyi müdafiə olunmaqla, onun ödəmə qabiliyyəti saxlanılır. Pul-kredit siya­sətinin bu alətinin fəaliyyət mexanizminin mahiyyəti aşağıdakı kimidir:

> Mərkəzi Bank tərəfındən məcburi ehtiyat normalarının artırılması bankın artıq ehtiyatlarının ixtisar edilməsinə gətirib çıxarır ki, bu da ssuda əməliyyatları­nın azaldılması deməkdir. Bu da nəticədə pul tək­lifinin azalmasına səbəb olur;

> məcburi ehtiyat normasının azaldılması nəticəsində pul təklifı genişlənir.

Mərkəzi Bankın faiz siyasəti iki istiqamətdə aparılır:



  • kommersiya banklarının Mərkəzi Bankdan aldığı borcun nizamlaşdırılması siyasəti;

  • Mərkəzi Bankın depozit siyasəti.

Bu siyasət uçot-stavkası siyasəti və ya yenidənmaliyyələşmə siyasəti adlanır. Yenidənmaliyyələşmə stavkası dedikdə Mərkəzi Bankın kommersiya banklarına verdiyi borca görə aldığı faiz başa düşülür. Uçot stavkası dedikdə kommersiya bankları veksellərinin uçotuna görə Mərkəzi Banka verdiyi faizdir (diskont). Uçot stavkalarını (yenidən­maliyyələşmə stavkasını) Mərkəzi Bank müəyyən edir. Onun
azaldılması kommersiya bankının aldığı borcu ucuz edir. Əksinə, uçot stavkalarının qaldırılması borcu sərfəli etmir və buna görə də borc vəsaiti olan bəzi kommersiya bankları onları bahalı olduğundan geri qaytarmağa çalışır. Uçot stavkası həcminin müəyyən edilməsi pul-kredit siyasətinin ən vacib istiqamətlərindən biridir. Uçot stavkalarının dəyişdirilməsi pul-kredit siyasətinin nizamlaşdırılması istiqamətindəki dəyişiklikləri özündə əks etdirir. Uçot stavkalarının səviyyəsi adətən gözlənilən inflyasiya səviyyəsindən asılı olduğu kimi inflyasiyaya ciddi təsir göstərir. Mərkəzi Bank pul-kredit siyasətini yumşaltmaq və ciddiləşdirmək istədikdə о uçot dərəcələrini artırıb-azaldır.
15.4. Azərbaycan Respublikasının Mərkəzi bankı
Azərbaycan Respublikasının Mərkəzi Bankı respublika Pre­zidenti­nin 11 fevral 1992-ci il tarixli fərmanı ilə Milli Bank adı al­tında yaradılmışdır. Milli Bankı haqqında 7 avqust 1992-ci il, 10 iyun 1996-cı il 10 dekabr 2004-cü il tarix­də qanun qəbul edilmişdir.

Milli Bankın dünya miqyasındakı fəaliyyətinin daha da geniş­ləndi­rilməsi məqsədi ilə respublikada 18 mart 2009-cu ildə keçiri­lən referendumun nəticələrinə görə 2009-cu ildən Milli Bank Mərkəzi Bank adı altında fəaliyyət göstərməyə başlamışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiy­yətində olmaqla öz məqsədini, funksiyalarını və səlahiyyətlə­rini Azərbaycan Respublikasının Konstitusiyası ilə və Azərbaycan Respublikasının Milli Bankı haqqında 10 dekabr 2004-cü ildə qəbul edilmiş qanunla bu qanuna 17 aprel 2007-ci il, 9 oktyabr 2007-ci il, 6 noyabr 2007-ci il, 26 may 2009-cu il, 19 iyun 2009-cu il, 30 iyun 2009-cu il tarixli qanunlarla qəbul edilmiş dəyişikliklərlə əlaqələrlə müəy­yən­ləşdirir. Mər­kəzi Bank, həmçinin, Azərbay­can Respublikasının digər qanunvericilik aktları və tərəfdar çıxdığı beynəlxalq mü­qa­vilələri öz fəaliyyətində rəhbər tutur.

Milli Bank haqqında qanuna görə Mərkəzi Bank dövlət orqanı­dır, onun Azərbaycan Respublikasının dövlət gerbi təsvir edilmiş və adı yazılmış möhürü vardır.

Mərkəzi Bank hüquqi şəxs olmaqla Azərbaycan Respublikasının Ve­rgi Məcəlləsinə müvafiq olaraq vergi güzəştlərinə malikdir, dövlət rüsumu yığımlarının bütün növlərinin ödənilməsindən azaddır.

Mərkəzi Bank qanunçuluqla müəyyən edilmiş funksiya və səla­hiyyətlərini yerinə yetirərkən müstəqil fəaliyyət göstərir. Bu zaman hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, onun fəaliyyətinə müdaxilə edə bilməzlər.

Mərkəzi Bankın mülkiyyəti dövlətindir, Mərkəzi Bank öz fəa­liyyəti haqqında yalnız Azərbaycan Respublikasının Prezidentinə hesa­bat verir, qanunla müəyyən hallar istisna olmaqla Mərkəzi Ban­kın razılığı olmadan kapitalının və digər əmlakının özgə­ninki­ləşdirilmə­sinə yol verilmir.

Mərkəzi Bankın kapitalı onun nizamnamə kapitalından və kapi­tal ehtiyatından ibarətdir. Qanunla Mərkəzi Bankın kapitalı 10 mln. manat, kapital ehtiyatları isə tədavülə buraxılmış milli valyutanın 15 %-i miqdarında müəyyən edilmişdir və mənfəətdən ayırmalar hesa­bına formalaşdırılır. Bu baxımdan Mərkəzi Bank maliyyə cəhətcə etibar­lıdır və o müflis elan oluna bilməz, onun aktivləri passivlərinin məbləğindən aşağı düşdükdə yaranmış kapital çatışmazlığı dövlət tərəfin­dən ödənilir.

Mərkəzi Bank dövlətin bankı olduğundan dövlətin maliyyə ag­enti kimi çıxış edir və onun dövlət hakimiyyəti orqanları ilə müna­sibət­ləri qanunla müəy­­yən edilir. «Milli Bank haqqında» lazım olan qa­nuna əsasən Mərkəzi Bank dövlətin öhdəlikləri üçün, dövlət isə Mər­kəzi Bankın öhdəlikləri üçün cavabdeh deyildi.

Mərkəzi Bank dövlət büdcəsi kəsirinin birbaşa maliyyələşdiril­məsi üçün kredit vermir, ancaq büdcədə qısamüddətli vəsait çatışmaz­lığı yarandıqda müvafiq icra hakimiyyəti orqanı ilə bağlan­mış müqaviləyə əsasən gəlir gətirən borc qiymətli kağızları ilə təmin olunması şərti ilə dövlətə ən çoxu 6 ay müddətinə cari ildə ödəmək şərti ilə milli valyutada kredit verə bilər. Mərkəzi Bank tərəfindən Azər­baycan dövlətinin buraxdığı borc qiymətli kağızları alına bilir ki, bu da dövlətə kredit vermək kimi başa düşülür.

Mərkəzi Bank dövlətin bankı kimi müvafiq icra hakimiyyəti or­qanı ilə razılaşdırılmış şərtlərlə dövlət xəzinədarlıq hesablarına xid­mət edir və maliyyə agenti kimi dövlətin borc qiymətli kağızlarını yerləş­dirmək, onlarla digər əməliyyatlar aparmaqla dövlət borcuna xidmət göstərir.

Mərkəzi Bankın qanunla üç məqsədi müəyyən edilmişdir:

1. Mərkəzi Bankın əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlə­rin sabitliyini təmin etməkdir.

2. Bank və ödəniş sistemlərinin sabitliyini və inkişafını təmin et­mək məqsədi Mərkəzi Bankın məqsədidir

3. Mənfəət əldə etmək Mərkəzi Bankın əsas məqsədi deyildir.

Mərkəzi Bank göstərilən məqsədlərə çatmaq üçün müəyyən funksiy­alara malikdir:

1. Dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçi­rir.

2. Nağd pul dövriyyəsini təşkil edir.

3. Manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyən edir və elan edir.

4. Qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir.

5. Sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir.

6. Qanunvericiliyə uyğun olaraq hesabat tədiyyə balansını tərtib edir və ölkənin proqnoz tədiyyə balansının hazırlanmasında iştirak edir.

7. Bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir.

8. Ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanunauyğun olaraq həyata keçirir.

9. Bu qanunla və digər qanunlarla nəzərdə tutulmuş başqa funksiyaları həyata keçirir

Mərkəzi Bankın ali orqanı İdarə heyətidir. O, İdarə heyəti tərəfin­dən idarə olunur. İdarə heyətinin tərkibi yeddi nəfərdən ibarət­dir. İdarə heyətinin tər­kibinə sədr, Mərkəzi Bankda daimi əsaslarla işləyən dörd üzvü və iki nəfər kənar üzv daxildir. İdarə heyətinin üzvləri vəzifəyə 5 il müddətinə təyin edilir­lər. İdarə heyətinin sədri Mərkəzi Bankın İdarə heyətinin üzvləri sırasından göstərilən səla­hiyyət müddətinə vəzifəyə təyin edilir. İdarə heyətinin üzvləri digər ödənişli fəaliyyətlə və sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər.

İdarə heyətinin üzvlri siyasi partiyaların üzvü ola bilməz və icti­mai birliklərdə vəzifə tuta bilməzlər.

Mərkəzi Bankın İdarə heyətinin iclasları ayda bir dəfədən az olmaya­raq keçirilir.

Mərkəzi Bankın İdarə heyəti idarəedici orqan olduğundan müəyyən səlahiyyətlərə malikdir ki, bu səlahiyyətlər Mərkəzi Bank haq­qında qanunun 22-ci maddəsində öz əksini tapmışdır və aşağıdakılar­dan ibarətdir:

1. Hər il üçün dövlətin pul və valyuta siyasətini müəyyənləşdirir və təsdiq edir.

2. Pul siyasətinin alətlərinə dair qərarlar qəbul edir, o cümlədən uçot dərəcəsini, özünün əməliyyatları üzrə faiz dərəcələrini açıq ba­zarda əməliyyat­ların şərtlərini müəyyən edir.

3. Yeni nümunəli pul nişanlarının tədavülə buraxılması və köhnə nümu­nəli pul nişanlarının tədavüldən çıxarılması haqqında qərar qə­bul edir.

4. Valyuta tənziminin və nəzarətinin həyata keçirilməsi, habelə mana­tın başqa valyutalara nəzərən məzənnəsinin müəyyən edilməsi qaydasını təsdiq edir

5. Mərkəzi Bankın büdcəsini və ona dəyişiklikləri təsdiq edir.

6. Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşdırılması və isti­fadə olunması qaydasını müəyyən edir.

7. Mərkəzi Bankın illik maliyyə hesabatını təsdiq edir.

8. Beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə olunması strategiyası və qaydalarını müəyyən edir.

9. Kredit təşkilatlarına bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv edilməsi barədə qərar qəbul edir.

10. Kredit təşkilatları üçün iqtisadi tənzimləmə normativlərini müəyyən edir.

11. Qanunvericilikdə müəyyən olunmuş hallarda banklara müvəqqəti inzibatçının təyin edilməsi və səlahiyyətlərinə xitam verilməsi haqqında qərar qəbul edir.

12. Azərbaycan Respublikasının bank sisteminə xarici kapitalın işti­rak limitini müəyyənləşdirir.

13. Mərkəzi Bankın təşkilati strukturunu və idarəetmə prosedurla­rını müəyyən edir.

14. Mərkəzi Banka işə qəbul və əməkdaşların qiymətləndirilməsi qayda­larını, habelə Mərkəzi Bankın İdarə heyətinin nomenklatura­sına daxil olan vəzifələri müəyyənləşdirir, həmin vəzifələrə təyinatları və vəzifələrdən azad edilməsini təsdiq edir.

15. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarə rəh­bəri­nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfin­dən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verir.

16. Mərkəzi Bankın İdarə heyəti sədrinin və onun müavinlərinin və­zifə maaşları nəzərə alınmaqla Mərkəzi Bankın əməkdaşlarının əməyi­nin ödənil­məsi formalarını və miqdarını müəyyənləşdirir.

17. Mərkəzi Bankın normativ xarkterli aktlarını təsdiq edir.

18. Mərkəzi Bankın İdarə heyətinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll edir.

Mərkəzi Bankın əsas iqtisadi vəzifəsi milli pul vahidinin sabitliyi­nin təmin edilməsidir. Mərkəzi Bank tərəfindən pul-kredit nizamlaş­dırıl­ması sistemi bu məsələnin həllinə yönəldilmişdir.

Mərkəzi Bank bank kassaları vasitəsi ilə pul dövriyyəsini müəy­yən edən kassa planlaşdırılması sistemindən imtina etmişdir. Nizamlaşdırma obyekti kimi nağd pul dövriyyəsi deyil, icmal pul döv­riyyəsi çıxış edir. Onun müəyyənləşdirilməsi üçün dünya təcrübə­sində istifadə olunan pul kütləsi (M1, M2, M3) və pulun tədavül sürətin­dən istifadə olunur.

Azərbaycan Respublikasının Mərkəzi Bankı pul siyasətinin həy­ata ke­çirilməsi üçün oktyabr ayının 1-dən gec olmayaraq qarşıdakı ilə pul siyasətinin əsas istiqamətlərini Azərbaycan Respublikasının Preziden­tinə təqdim edir və dekabr ayının 31-dək kütləvi informasiya va­sitələrində ictimaiyyətə açıqlayır.

Mərkəzi Bank pul dövriyyəsinin həyata keçirilməsində aşağıdakı alətlər­dən istifadə edir:

1. Açıq bazarda əməliyyatların aparılması.

2. Faiz dərəcələrinin müəyyənləşdirilməsi.

3. Kredit təşkilatları üçün məcburi ehtiyatların müəyyən­ləşdirilməsi.

4. Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi.

5. Depozit əməliyyatlarının aparılması.

6. Bank əməliyyatlarının məhdudlaşdırılması.

7. Beynəlxalq təcrübədə müəyyən edilmiş pul siyasətinin digər alətləri.

Mərkəzi Bank açıq bazarda dövlətin özünün buraxdığı qiymətli kağızlarla və xarici valyuta ilə alqı-satqı proseslərini həyata keçirir.

Mərkəzi Bank ölkədəki mövcud makroiqtisadi qurumu və maliyyə baza­rının vəziyyətini nəzərə alaraq uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz dərəcələrini müəyyənləşdirir. Faiz dərəcələri müəyyənləşdirilərkən pul baza­rının likvidlik vəziyyətini nəzərə alaraq açıq bazar, yenidənmaliyyələşdirmə və depozit əməliyyatları üzrə faiz dərəcələrini müəyyən edir.

Mərkəzi Bankın göstərişi ilə kredit təşkilatları ehtiyatlarını Mər­kəzi Bankda saxlayırlar. Tələb olunan ehtiyatların norması, hesab­lanması və sax­lan­ması qaydası Mərkəzi Bank tərəfindən müəy­yən­ləşdirilir və bu normalara riayət edilmədikdə Mərkəzi Bank onlara qarşı inzibati tənbeh tədbirləri görür.

Yenidən maliyyələşmə dedikdə, köhnə borcların yeni öhdəçilik qəbul edil­məsi ilə ödənilməsi başa düşülür. Mərkəzi Bank tərəfindən yenidənmaliy­yələşmə pul dövriyyəsinin likvidliyinin qorunub saxla­nılması və nizamlaşdı­rılması məqsədilə həyata keçirilir. Bu zaman verilən kreditlər dövlət qiymətli kağızları, dövlətin və digər etibarlı emitentlərin qarantiyaları və zaminliyi, xari­ci valyuta, müxtəlif formada qiymətli metallar və digər aktivlərlə təmin olun­malıdır. Belə kreditlər 6 aydan çox olmayan müddətə verilir və həmin müddətə uzadıla bilər.

Mərkəzi Bank özünün müəyyən etdiyi şərtlərlə və qarşılıqlı razılaşma əsasında kredit təşkilatlarından depozit qəbul edə bilər.

Mərkəzi Bank – təsərrüfat dövriyyəsinə nağd pulun buraxılması və müştə­rilərə kassa xidməti göstərən emissiya-kassa əməliyyatlarını həyata keçirir.

Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycanda pul vahidini manat qəbul etmişdir və Azərbaycan Respublikasının ərazisində başqa pul vahidlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi qadağandır.

Pul tədavülünün təşkili üçün Mərkəzi Bank:



  • pul nişanlarına olan tələbatı müəyyənləşdirir;

  • pul nişanlarının istehsalını təşkil edir və ya hazırlanmasına sifariş verir, onların daşınmasını və saxlanılmasını təmin edir;

  • pul nişanlarının ehtiyatlarını yaradır və həmin ehtiyatlara sərəncam verir;

  • nağd pulun saxlanması və inkassasiya qaydalarını müəyyən edir;

  • Mərkəzi Bankda və kredit təşkilatlarında kassa əməliy­yatlarının apa­rıl­ması qaydasını müəyyənləşdirir;

  • tədavüldəki yararsız pul nişanlarının əlamətlərini və onların dəyişdi­ril­məsi qaydalarını müəyyən edir.

Mərkəzi Bankın hesablaşma və ödəmə sistemlərinin nizamlaş­dı­rıl­ma­sın­da iştirakı onun əsas məqsədlərindən biri hesab edilir. «Mərkəzi Bank haqqın­da» qanunun 4-cü maddəsinə əsasən Mərkəzi Bankın fəaliyyətinin məqsədi bank və ödəniş sistemlərinin sabitliyi və inkişafını təmin etməkdir. Mərkəzi Bank he­sab­laşma və klirinq sisteminin sabit işləməsini təmin etmək məqsədilə onların fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların fəaliyyətinə nəzarət edir.

Nağdsız hesablaşmalar və ödəmələr ölkənin ödəmə sistemi tərəfindən həyata keçirilir. Ödəmə sistemi dedikdə ödəniş sisteminin iştirakçıları arasında hesablaşma və ödəmələrin aparılmasını təmin edən hüquqi, təşkilati, iqtisadi, texnoloji, texniki və informasiya vəsaitlərinin məcmusu başa düşülür. Ödəmə sisteminin mütəşəkkil, səmərəli və arasıkəsilməz aparılmasını təmin etmək məqsədi ilə Mərkəzi Bank bank hesablarının növləri, onların açılması, onlar vasi­tə­silə əməliyyatların aparılması, hesabların bağlanılması qaydalarını müəyyən edir.

Azərbaycan Respublikasının ödəmə sisteminin iki seqmenti var­dır:

1. Mərkəzi Bankın ərazi idarələri vasitəsilə aparılan banklara­rası hesablaşmalar.

2. Bir kredit təşkilatının bölmələri arasındakı hesablaşmalar üçün bank daxili ödəniş sistemi, müxbir hesablar vasitəsilə kredit təş­kilatlarının hesalaşma sistemini və s. əhatə edən fərdi ödəniş sistemləri.

Ödəniş sistemi içərisində əsas yeri Mərkəzi Bankın ərazi idarələri vasitəsilə aparılan hesablaşmalar tutur. Mərkəzi Bank bank sisteminin sabit işini təmin etmək, bank kreditorlarının və əma­nətçilərinin maraqlarını qorumaq məqsədilə bank fəaliyyəti üzərində lisen­ziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını həyata ke­çirir. Mərkəzi Bank kredit təşkilatlarının öhdəlikləri üçün, kredit təşkilatları isə Mərkəzi Bankın öhdəlikləri üçün məsuliyyət daşımır və banklar üçün sonuncu instansiya kreditoru kimi çıxış edir.

Mərkəzi Bank bank fəaliyyətinin həyata keçirilməsi üçün kredit təşki­latlarına lisenziyaların verilməsində və onların ləğv edilməsində müstəsna səla­hiyyətə malikdir.

Kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi və nəzarəti üzrə Milli Bank aşağıdakıları həyata keçirir:

- bank fəaliyyəti üzrə normativ xarakterli aktları qəbul edir;

- prudensial normativləri, habelə onların hesablama metodlarını və tətbiqi qaydalarını müəyyən edir;

- kreditlər və digər aktivlər üzrə ehtimal olunan zərərlərin ödənil­məsi üçün banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları tərəfindən yaradılan xüsusi ehtiyat fondunun hesab­lanması və formalaşdırılması qaydasını müəyyən edir;


Download 3,5 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish