Avropa Yenidənqurma və İnkişaf Bankı 1940-cı ildə 40 ölkə75 və Avropa İqtisadi Birliyi (indiki Avropa İttifaqı) və Avropa Sərmayə Bankı tərəfindən yaradılmışdır. Bu Beynəlxalq Maliyyə-Kredit İnstitutunun səhmdarları həm Avropa, həm də BVF üzvü olan qeyri-Avropa dövlətləri ola bilər. Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının 60 səhmdarı var. Bunlara bütün Avropa dövlətləri, Avropa İttifaqı və Avropa İnvestisiya Bankı daxildir. Bankın mənzil-qərargahı Londonda yerləşir və bir çox ölkələrdə yerli fəaliyyəti koordinasiya edən nümayəndəlikləri var.
Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyətinin məqsədləri Mərkəzi və Şərqi Avropa ölkələrinə bazar iqtisadiyyatının yaradılmasını və çoxpartiyalı, plüralist və bazar iqtisadiyyatı prinsiplərini dəstəkləyən ölkələrdəki özəl sahibkarlığı dəstəkləməkdir.
Bu məqsədləri həyata keçirmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankı üzv ölkələrini aşağıdakı məsələlərdə dəstəkləyir: struktur və iqtisadiyyatın sahə islahatlarının keçirilməsində, demonopolizasiya, mərkəzdən idarəetmənin aradan qaldırılması və özəlləşdirmənin həyata keçirilməsində, milli kapitalın səfərbər edilməsində və xarici sərmayənin cəlbində, rəqabət mühitinin yaradılması üçün istehsal sahəsinə sərmayə qoyulmasında, əməyin səmərəliliyinin artırılması və həyat şəraitinin yaxşılaşdırılmasında, kapital bazarının inkişafını stimullaşdırmaqda və sair.
Avropa Yenidənqurma və İnkişaf Bankının idarəetmə orqanları İdarəedicilər Şurası, Direktorlar Şurası və prezidentdir. Bankın rəhbər orqanı üzv dövlətlərin hər birindən bir nümayəndə və onun müavininin daxil olduğu İdarəedicilər Şurasıdır. İdarəedicilər Şurası bankın fəaliyyəti üçün strateji əhəmiyyət daşıyan məsəllər üzrə qərar vermək üçün ildə bir dəfə toplanır.
Avropa Yenidənqurma və İnkişaf Bankının əsas icra orqanı onun Direktorlar Şurasıdır. O, hər üç ildən bir seçilən 23 üzvdən ibarətdir. Direktorlar Şurası Avropa Yenidənqurma və İnkişaf Bankının cari fəaliyyətinə rəhbərlik edir və İdarəedici Şuranın ona həvalə etdiyi digər məsələləri həll edir. Direktorlar Şurasının hər bir üzvü bankın səhmdar kapitalının müvafiq hissəsinə mütənasib səs hüququna malikdir.
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentini İdarəedicilər Şurası dörd il müddətinə seçir. Prezident Direktorlar Şurasına rəhbərlik edir və bankın cari fəaliyyətini idarə edir.
Avropa Yenidənqurma və İnkişaf Bankının ehtiyatları nizamnamə kapitalı, alınan borc və borcun bağlanması və ya təminat verilməsi üçün cəlb olunan vəsaitlər hesabına formalaşdırılır. Bundan əlavə, sosial cəhətdən vacib, amma az rentabelli olan sahələrin dəstəklənməsi və texniki yardım göstərilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı xüsusi fond təşkil edir ki, onun da ehtiyatları könüllü ianələr hesabına formalaşdırılır.
Bankın səhmdar kapitalı 20 milyard avrodur. Onda ən çox pay inkişaf etmiş ölkələrdədir: ABŞ-da (10%), Böyük Britaniya, İtaliya, Fransa, Almaniya və Yaponiyanın hər birində 8.5%. Avropa ölkələrinin payı - Avropa İttifaqı 2004-cü ilə qədərki üzvləri və Avropa İttifaqının özü 51%, Mərkəzi və Şərqi Avropa 13% kvotaya malikdir.
Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
-
Layihələrin birbaşa maliyyələşdirilməsi. Belə layihələr müxtəlif özəl sektorlara, struktur yenidənqurmalarına, özəlləşdirilmənin keçirilməsinə və bu sahələri təmin edən infrastruktura maliyyə dəstəyi verilməsinə yönəlib. Belə maliyyələşmənin alətləri Avropa Yenidənqurma və İnkişaf Bankının özəlləşdirilmiş müəssisələrə kreditləri və ya onların səhmlərinin yerləşdirilməsinin təmin edilməsi və təminat verilməsi ola bilər.
-
Vasitəçilərin köməyi ilə maliyyələşdirmə. Bu, aşağıdakı formalarda həyata keçirilə bilər: kredit xətləri formasında maliyyə vasitəçilərinin orta və uzunmüddətli kreditləşdirilməsi; yerli və xarici banklarla birgə layihələrin birgə maliyyələşdirilməsi; özəl müəssisələrə vəsait verməklə investisiya fondlarının kapitalında iştirak; yerli bankın iştirak etdiyi və ödəmənin akkreditivlə həyata keçirildiyi xarici iqtisadi əqdəki ödəmənin bir hissəsinə təminat verilməsi; alının vəsaitləri kommersiya və ya investisiya bankları vasitəsilə orta və iri biznesin inkişafına yönəldən hökumətlərə uzunmüddətli kreditlərin verilməsi.
-
Məsləhət xidməti və texniki yardım. Bankın kreditləşdirdiyi bütün layihə və proqramlar texniki, iqtisadi, maliyyə, hüquqi və iqtisadi əsaslandırılmalıdır. Avropa Yenidənqurma və İnkişaf Bankı borcalanlara lazımi məsləhət və texniki yardım göstərir və bu məqsədlə əksər səhmdar və donorlarından əvəzsiz yardım ola bilər.
Avropa Yenidənqurma və İnkişaf Bankı öz resurslarının 60%-ni özəl sektorun inkişafına xərcləməlidir – özəl müəssisələrə, özəlləşdirilən dövlət müəssisələrinə və həmçinin birgə müəssisələrə. Kreditləşmənin prioritet istiqaməti özəlləşdirmə və struktur islahatları, sistemin maliyyələşdirilməsi, energetika (o cümlədən atom reaktorlarının təhlükəsizliyi), telekommunikasiya, nəqliyyat, ekoloji infrastruktur, kənd təsərrüfatı, təbii ehtiyatlar və turizmdir.
Kreditlərin alınması üçün kommersiya müəssisələri və ya vasitəçilər və onların adından hərəkət etmək səlahiyyəti olanlar müraciətlərini birbaşa Avropa Yenidənqurma və İnkişaf Bankına ünvanlamalıdırlar. İşlərin hazırlıq mərhələsində Avropa Yenidənqurma və İnkişaf Bankına müraciət etmək tövsiyə olunur ki, lazımi məsləhət alına bilsin. Potensial borcalanlar öz səhmdarları, fəaliyyətləri və layihə barədə mümkün qədər geniş məlumat verməlidirlər. Əgər təklif olunan layihə Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyət strategiyasına uyğun gəlirsə, əvvəlcə Avropa Yenidənqurma və İnkişaf Bankı layihənin konsepsiyasını təsdiq edir və sonradan onun qiymətləndirilməsini və ekspertizasını keçirir. Ən son mərhələdə layihə təsdiq edilir. Bu halda Avropa Yenidənqurma və İnkişaf Bankının ekoloji prioritetlərinin həyata keçirilməsinin təmin edilməsi mütləqdir.
Avropa Yenidənqurma və İnkişaf Bankının kreditlərinin müddətləri adətən 5-10 ilə müəyyən olunur və minimum kredit məbləği 5 milyon avro təşkil edir. Lakin layihə ölkə üçün vacib əhəmiyyətlidirsə, Avropa Yenidənqurma və İnkişaf Bankı daha az məbləğdə kredit verə bilər. Kredit istənilən sərbəst dönərli valyutada verilə bilər, lakin təcrübədə əsasən ABŞ dolları və avroda verilir. Layihənin maliyyələşdirilməsi adətən onun dəyərinin 35%-dən çoxunu əhatə etmir. Kreditin əsas məbləğinin geri ödənməsi hər yarımildə bir bərabər hissələrlə edilir.
Avropa Yenidənqurma və İnkişaf Bankı kommersiya əsasında fəaliyyət göstərir və kreditləri riski nəzərə alınmaqla bazar faizləri ilə verir. Kommersiya müəssisələrini maliyyələşdirərkən Avropa Yenidənqurma və İnkişaf Bankı bir qayda olaraq vəsaitin geri ödənməsi barədə hökumət təminatı tələb etmir, lakin bu halda adətən kreditin təmin olunması üçün layihənin aktivlərini girov götürür (məsələn, əsas fondların girovu, daşınar əmlakın girovu və sair). Kreditlər üzrə faizlər dəyişən və sabit ola bilər. Müxtəlif hedc alətlərindən də istifadə edilir.
Layihələrin birgə maliyyələşdirilməsi, paralel maliyyələşdirmə, sindikatlaşdırılmış maliyyələşdirmə və sindikatlaşdırılmış iştirak formalarında ola bilər. Son halda Avropa Yenidənqurma və İnkişaf Bankı kreditdəki iştirakını digər bank və ya banklara satır və bütün məbləğə görə məsuliyyət daşımağa davam etsə də, öhdəliyinin bir hissəsini alıcıların vəsaiti ilə maliyyələşdirir.
Beynəlxalq Hesablaşmalar Bankı 1930-cu ildə yaradılmışdır və valyuta sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək məqsədilə yaradılan ən qədim maliyyə-kredit təşkilatıdır. Beynəlxalq Hesablaşmalar Bankının təsisçiləri Belçika, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa və Yaponiya idi. Hazırda onun 34 üzvü var. Mərkəzi İsveçrənin Bazel şəhərindədir.
Beynəlxalq Hesablaşmalar Bankının fəaliyyətinin əsas məqsədləri mərkəzi banklar arasında əməkdaşlığı təşviq etmək, beynəlxalq maliyyə əməliyyatları üçün əlverişli şərait yaratmaq, üzvləri arasında beynəlxalq hesablaşmalar aparılarkən inanılan şəxs və ya agent qismində çıxış etməkdir.
Beynəlxalq Hesablaşmalar Bankının idarəetmə orqanları səhmdarların ümumi yığıncağı, Direktorlar Şurası, bankın prezidenti və inzibati mərkəzdir. Səhmdarların ümumi yığıncağı ildə bir dəfə çağırılır və üzvlərin mərkəzi bankların nümayəndələrindən ibarətdir. Hər bir ölkənin mərkəzi bankının sahib olduğu səhmlərin ümumi nizamnamə kapitalına mütənasib sayda hər bir səhmdarın səs hüququ vardır.
Beynəlxalq Hesablaşmalar Bankının Direktorlar Şurasının iclası ildə on dəfədən az olmayaraq keçirilir. Direktorlar Şurası Beynəlxalq Hesablaşmalar Bankının inzibati işlərinə ümumi rəhbərliyi həyata keçirən prezidentini təyin edir.
Beynəlxalq Hesablaşmalar Bankının ehtiyatları səhmdar kapital hesabına və cəlb olunan vəsait hesabına formalaşdırılır. Beynəlxalq Hesablaşmalar Bankının səhmdar kapitalının 80%-dən çoxu üzv dövlətlərə, qalanı isə səhmdarlara məxsusdur. Beynəlxalq Hesablaşmalar Bankının səhmləri bütün səhmdarlara divident almaqda eyni hüquqlar verir, lakin şəxsi səhmdarlar ümumi yığıncaqlarda səs vermək və ya təmsil olunmaq hüququna malik deyillər. Beynəlxalq Hesablaşmalar Bankının cəlb olunan ehtiyatları əsasən milli bankların qısamüddətli əmanətləri hesabına formalaşdırılır.
Beynəlxalq Hesablaşmalar Bankı mərkəzi bankların beynəlxalq bankı kimi formalaşdırılıb. Mərkəzi banklar Beynəlxalq Hesablaşmalar Bankının həm səhmdarı, həm də müştərisidir. Kommersiya və digər banklarla, həmçinin fərdi müştərilərlə əməliyyatları Beynəlxalq Hesablaşmalar Bankı potensial müştərinin rezidenti olduğu ölkənin mərkəzi bankının icazəsi ilə həyata keçirə bilər. Beynəlxalq Hesablaşmalar Bankının nizamnaməsinə əsasən, onun əməliyyatları həmin əməliyyatda iştirak edən ölkənin valyuta siyasətinə uyğun olmalıdır.
Beynəlxalq Hesablaşmalar Bankının fəaliyyətinin əsas istiqamətləri:
-
Bank əməliyyatlarının keçirilməsi – depozit, borc, valyuta, fond və sair kimi əməliyyatlar. Xüsusilə, Beynəlxalq Hesablaşmalar Bankı mərkəzi banklardan cari və əmanət hesabları üçün vəsait cəlb etmək üzrə əməliyyatlar aparır; razılaşmalar əsasında hökumətlərin əmanət vəsaitlərini qəbul edir; qızıl alqı-satqısı və saxlanması əməliyyatları (öz hesabına və mərkəzi bankların hesabına); xarici valyuta və qiymətli kağızların (səhmlər istisna olmaqla) alqı-satqısı əməliyyatları; mərkəzi bankların qısamüddətli maliyyələşdirilməsi əməliyyatları və sair.
-
Üzv ölkələrin valyuta və kredit siyasətlərinin koordinasiya mərkəzi rolunu oynayır. Beynəlxalq Hesablaşmalar Bankı fəaliyyətində mərkəzi bankların rəhbərlərinin tez-tez görüşləri keçirilir. Görüşlərdə ümumi maraq dairəsində olan valyuta-kredit bazarındakı vəziyyət və digər məsələlər müzakirə olunur, öz valyuta və kredit siyasətlərinin koordinasiya edilməsi üzrə ümumi qərarlar verilə bilər və valyuta bazarındakı müdaxilələrin keçirilməsi razılaşdırıla bilər;
-
Beynəlxalq bank fəaliyyətinə nəzarət hansı ki, bu və ya digər ölkənin milli qanunvericiliyi çərçivəsinə daxil deyil. Beynəlxalq bank əməliyyatlarının keçirilməsi üzrə Beynəlxalq Hesablaşmalar Bankının fəaliyyəti bank nəzarəti üzrə Bazel komitəsinin yaradılması ilə nəticələndi; Bazel komitəsi spesifik nəzarət məsələlərinin müzakirəsi üzrə forumdur və bankların xarici filiallarına münasibətdə milli orqanlar arasında səlahiyyət bölgüsü məsələsini koordinasiya edir; beynəlxalq bank sisteminin etibarlılığı və stabilliyinin möhkəmləndirilməsi məsələləri ilə məşğuldur.
-
Məlumat-tədqiqat mərkəzi rolunu oynayır. Xüsusilə, beynəlxalq valyuta-kredit və maliyyə münasibətlərinin fəaliyyətinin nəzəri əsaslarını hazırlamaqda kömək edir, beynəlxalq bank işinin inkişafına dair əməli xarakterli məsələlərin həllinə kömək edir, mərkəzi banklarda idarəetmə sisteminin təşkilinə kömək edir və mərkəzi bankların maraq dairəsində olan digər məsələlərdə onlara kömək edir. Beynəlxalq Hesablaşmalar Bankının illik hesabatları və rüblük bülletenləri dünyada ən yaxşı sistematik mənbələrdən və analitik nəşrlərdən biri sayılır.
-
Agent funksiyalarının yerinə yetirilməsi. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının, Avropa Mərkəzi Bankının və digərlərinin klirinq sistemində və avro ilə hesablaşmalarda.
-
Keçid iqtisadiyyatı ölkələrinin mərkəzi banklarına texniki yardım, həmin ölkələrin bank işçilərinin təhsili.
Asiya, Amerika və Afrikanın Regional İnkişaf Bankları. Bu banklar müstəmləkə sisteminin tənəzzülündən sonra 1960-cı illərdə təsis edilib. Onların yaradılmasının səbəbləri inkişaf etməkdə olan ölkələrin müstəqillik əldə etməsi ilə onların rolunun dəyişməsi və milli və regional inkişaf məsələlərində kollektiv qərarların verilməsinə ehtiyac idi.
Regional inkişaf banklarına Asiya İnkişaf Bankı, Amerika İnkişaf Bankı, Afrika İnkişaf Bankı, İslam İnkişaf Bankı, Karib İnkişaf Bankı, Şərqi Afrika İnkişaf Bankı, Mərkəzi Afrika dövlətləri İnkişaf Bankı və sair aiddir.
Regional İnkişaf Banklarının Üzvlərinə həm region ölkələri, həm də regiondan kənar ölkələr, o cümlədən inkişaf etmiş ölkələr daxildir. İnkişaf etmiş ölkələr Regional inkişaf banklarının üzvlərinin təxminən üçdə birini təşkil edir və bankların nizamnamə kapitalında əhəmiyyətli paya malikdirlər. Bu, həmin inkişaf etmiş ölkələrə bankın fəaliyyətinə əhəmiyyətli təsir etmək imkanı verir.
Regional bankların fəaliyyətinin məqsədləri iqtisadi inkişafa yardım, region ölkələrinin əməkdaşlığı və sosial inteqrasiyası, borc və kasıblıq səviyyəsinin azaldılması, özəl sektorun inkişafının dəstəklənməsi, qadınların vəziyyətinin yaxşılaşdırılması və regionda təbiətdən istifadənin rasional olmasını təmin etməkdir.
Regional inkişaf banklarının ehtiyatları nizamnamə kapitalından, beynəlxalq kapital bazarında əldə edilən vəsaitlərdən, üzv ölkələrin ianələri hesabına formalaşdırılan və güzəştli kreditləşdirmə və texniki yardım göstərmək üçün yaradılan xüsusi fondlardan ibarətdir.
Bankların fəaliyyəti iqtisadi inkişafın bütün istiqamətləri üzrə maliyyə yardımının göstərilməsinə yönəlsə də, prioritet sahələr iqtisadi və sosial infrastrukturun (energetika, nəqliyyat, rabitə, şəhər təsərrüfatı və sair) və kənd təsərrüfatının inkişafının maliyyələşdirilməsidir. Bankların ehtiyatlarının əhəmiyyətli hissəsi sənayenin kreditləşdirilməsinə yönəlmişdir.
Regional bankların fəaliyyətinin əsas istiqamətləri:
-
Borc verilməsi və öz vəsaitinin qoyulması: inkişaf layihələri və investisiya proqramları, dövlət, kommersiya və ixrac-idxal təşkilatları ilə birgə layihələrin maliyyələşdirilməsinin təşkili. Bu halda müxtəlif kreditləşdirmə metodlarından istifadə olunur: konkret layihələrin maliyyələşdirilməsi üçün borclar, sahəvi və struktur yenidənqurmasına yönəldilən borclar, reabilitasiya borcları, kredit xətləri və sair.
-
Üzv ölkələrin iqtisadiyyatlarının inkişafı məqsədi ilə dövlət və özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılması.
-
Milli və regional inkişaf proqram və layihələrinin hazırlanması, həmçinin bu layihə və proqramların həyata keçirilməsində məsləhət və texniki yardım edilməsi. Banklar ekspertlərin məsləhətləri formasında texniki yardım edirlər, təşkilatlar, icraçı direktorlar üçün seminarlar və praktikumlar təşkil edirlər.
MÜNDƏRİCAT
M ü ə l l i f l ə r d ə n..................................................................
I FƏSİL. PULUN YARANMASI, MAHİYYƏTİ,
FUNKSİYALARI VƏ ROLU...........................................
1.1. Pulun meydana gəlməsi və tətbiqinin zəruriliyi....................
|
3
4
4
|
1.2. Pulun mahiyyəti və funksiyaları............................................
|
13
|
1.3. Pulun ictimai təkrar istehsal prosesində rolu........................
|
33
|
1.4. Pulun növləri və formaları, onların təkamülü.......................
|
37
|
|
|
II FƏSİL. PUL VƏ PUL SİYASƏTİ HAQQINDA
NƏZƏRİYYƏLƏR ....................................................
2.1. Pulun mahiyyəti və təkamülü haqqında nəzəriyyələr...........
|
60
60
|
2. 2. Pul haqqında iqtisadçı alimlərin nəzəri fikirlərinin
təhlili ...................................................................................
2. 2.1. Pul haqqında klassik iqtisadçı alimlərin nəzəri
fikirlərinin təhlili..............................................................
|
66
66
|
2.2.2. Yeni klassiklərin pul haqqında nəzəri düşüncələri.................
|
68
|
2. 2.3. Keynsin pul haqqında nəzəriyyəsi.........................................
|
69
|
2.3. Pul siyasəti haqqında nəzəri fikirlərin təhlili.............................
|
69
|
|
|
III FƏSİL. PUL TƏDAVÜLÜ...................................................
3.1. Pul bazarının mahiyyəti və funksiyaları................................
|
74
74
|
3.2. Pul tədavülünün təşkili prinsipləri və quruluşu.....................
|
80
|
3.3. Təsərrüfat dövriyyəsinə pulun buraxılışı və emissiyası........
|
85
|
3.4. Pul tədavülü qanunları və onların xarakteristikası................
|
93
|
3.5. Pul kütləsi və onun tənzimlənməsi........................................
|
98
|
3.6. Pulun dövretmə sürəti və ona təsir edən amillər....................
|
102
|
|
|
IV FƏSİL. PUL DÖVRİYYƏSİ VƏ PUL
HESABLAŞMALARI............................................
4.1. Pul dövriyyəsinin iqtisadi mahiyyəti, quruluşu və təşkili
prinsipləri ...........................................................................
|
107
107
|
4.2. Nağd pul dövriyyəsinin təşkili əsasları.................................
|
112
|
4.3. Nağdsız pul dövriyyəsinin təşkili..........................................
|
115
|
4.4. Ölkədaxili nağdsız hesablaşma formaları..............................
|
120
|
4.5. Plastik kartlarla hesablaşmalar..............................................
|
131
|
|
|
V FƏSİL. PUL SİSTEMİ, EMİSSİYA VƏ PUL KÜTLƏSİ..
5.1. Pul sisteminin mahiyyəti, elementləri və ünsürləri..............
|
139
139
|
5.2. Emissiya anlayışı və onun növləri.........................................
|
142
|
5.3. Pul kütləsi və onun quruluşu.................................................
|
147
|
5.4. Kağız pullar...........................................................................
|
154
|
5.5. Kredit pullar...........................................................................
|
156
|
|
|
VI FƏSİL. İNFLYASİYA. PUL İSLAHATLARI
VƏ DİGƏR ANTİİNFLYASİYA TƏDBİRLƏRİ
|
161
|
6.1. İnflyasiyanın mahiyyəti, səbəbləri və amilləri......................
|
161
|
6.2. İnflyasiyanın hesablanması...................................................
|
173
|
6.3. İnflyasiyanın növləri, təzahür formaları və inkişaf
qanunauyğunluqları .............................................................
|
175
|
6.4. İnflyasiyanın nəticələri..........................................................
|
185
|
6.5. İnflyasiyanın tənzimlənməsi………………………………..
|
191
|
6.6. Pul islahatları.........................................................................
|
197
|
6.7. Azərbaycan Respublikasında inflyasiya prosesləri………...
|
201
|
6.8. İnflyasiya mexanizminə nəzəri baxışlar……………………
|
210
|
|
|
VII FƏSİL. BORC KAPİTALI.................................................
|
214
|
7.1. Borc kaptalının səciyyəsi.......................................................
|
214
|
7.2. Borc kapitallarının bazarı......................................................
|
224
|
7.3. Borc faizi...............................................................................
|
230
|
|
|
VIII FƏSİL. KREDİTİN ZƏRURİLİYİ, MAHİYYƏTİ
VƏ FUNKSİYALARI.........................................
|
234
|
8.1. Kreditin zəruriliyi..................................................................
|
234
|
8.2. Kreditin mahiyyəti................................................................
|
236
|
8.3. Kreditin funksiyaları.............................................................
|
242
|
|
|
IX FƏSİL. KREDİTİN FORMALARI, NÖVLƏRİ VƏ
İQTİSADİYYATDA ROLU..................................
|
246
|
9.1. Kreditin formaları, növləri və sərhədləri...............................
|
246
|
9.2. Kreditin iqtisadiyyatda rolu..................................................
|
253
|
|
|
X FƏSİL. KREDİT NƏZƏRİYYƏLƏRİ.................................
|
258
|
10.1. Kreditin tədqiqində nəzəri cərəyanların metodoloji
əsasları ...............................................................................
|
258
|
10.2. Faiz haqqında iqtisadçıların nəzəri düşüncələrinin təhlili......
|
266
|
10.2.1. Klassiklərin faiz haqqında nəzəri düşüncələri....................
|
266
|
10.2.2. Keynsin faiz haqqında nəzəri fikirləri...................................
|
268
|
10. 3. Kredit faiz dərəcəsi və inflyasiya arasında ilişkilərin
nəzəri aspektləri .....................................................................
|
268
|
|
|
ХI FƏSİL. QİYMƏTLİ KAĞIZLAR VƏ ONLARIN
BAZARI...................................................................
|
274
|
11.1. Maliyyə kapitalı və qiymətli kağızlar. Qiymətli
kağızların sosial-iqtisadi səciyyələndirilməsi.....................
|
274
|
11.2. Qiymətli kağızlar bazarı. Fond birjası.................................
|
284
|
11.3. Qiymətli kağızlarla birja əməliyyatları……………………
|
290
|
11.4. Qiymətli kağızların birjadankənar bazarı............................
|
292
|
11.5. Qiymətli kağızlar bazarının idarə olunması........................
|
292
|
|
|
XII FƏSİL. İNVESTİSİYA SFERASINDA PUL-
KREDİT MÜNASİBƏTLƏRİ...........................
|
294
|
12.1. İnvestisiya fəaliyyəti, onun məqsəd və vəzifələri................
|
294
|
12.2. İnvestisiya sferası, onun obyekt və subyektləri..................
|
298
|
12.3. Kapital qoyuluşu, sahələrin inkişafında onun rolu.............
|
302
|
12.4. Kapital qoyuluşunun maliyyələşdirilməsi mənbələri…….
|
305
|
12.5. Layihə-smeta sənədləri, onların tərtibi, təsdiqi və
qiymətləndirilməsi ............................................................
|
307
|
12.6. Əsas fondların və istehsal güclərinin istifadəyə
verilməsində tikintinin iştirakı...........................................
|
313
|
12.7. Obyektlərin maliyyələşməyə qəbulu, tikintinin
aparılma üsulları. Podrat müqavilələr.............................
|
318
|
12.8. Yerinə yetirilmiş işlər üzrə sifarişçi və podratçı
arasında hesablaşma qaydaları.........................................
|
324
|
|
|
XIII FƏSİL. BANKLARIN YARANMASI, FƏALİYYƏT
SPESİFİKASI VƏ ONLARIN
İNKİŞAFINDA GEDƏN BAŞLICA
PROSESLƏR......................................................
|
332
|
13.1. Bankların və bank işinin yaranması....................................
|
332
|
13.2. Bankların fəaliyyət spesifikası............................................
|
333
|
13.3. Bankların inkişafında əsas mərhələlər................................
|
335
|
13.4. Qloballaşma şəraitində bankların inkişafının əsas
prioritetləri .......................................................................
|
339
|
|
|
XIV FƏSİL. BANK VƏ KREDİT SİSTEMİ, ONLARIN
ELEMENTLƏRİ................................................
|
341
|
14.1. Bank və kredit sistemi anlayışı............................................
|
341
|
14. 2. Bank sisteminin inkişafı.....................................................
|
343
|
14.3. Azərbaycan Respublikasının Mərkəzi Bankı......................
|
344
|
14.4. Mərkəzi Bankın xarici mərkəzi banklarla əməkdaşlığı.......
|
345
|
|
|
XV FƏSİL. MƏRKƏZİ BANKLARIN FƏALİYYƏTİNİN
ƏSASLARI...........................................................
15.1. Mərkəzi bankların ümumi xarakteristikası.........................
|
346
346
|
15.2. Mərkəzi Bankın məqsədi, vəzifələri, funksiyaları və
əməliyyatları .......................................................................
|
350
|
15.3. Mərkəzi Bankın pul-kredit siyasəti.....................................
|
360
|
15.4. Azərbaycan Respublikasının Mərkəzi bankı.......................
|
365
|
|
|
XVI FƏSİL. KOMMERSİYA BANKLARININ VƏ
İXTİSASLAŞMIŞ KREDİT
TƏŞKİLATLARININ FƏALİYYƏTİNİN
ƏSASLARI...........................................................
16.1. Kommersiya banklarının əməliyyatları və maliyyə
xidmətlərinin göstərilməsində onların rolu........................
|
373
373
|
16.2. Kommersiya banklarının əməliyyatları...............................
|
378
|
16.3. Kommersiya banklarının riskləri və onların idarə
edilməsi..............................................................................
|
392
|
16.4. İxtisaslaşdırılmış maliyyə-kredit institutları........................
|
396
|
|
|
XVII FƏSİL. BEYNALXALQ VALYUTA-KREDİT
MÜNASİBƏTLƏRİNİN ƏSASLARI...............
|
403
|
17.1. Valyuta sistemi və onun elementləri...................................
|
403
|
17.2. Dünya valyuta sisteminin təkamülü....................................
|
405
|
17.3. Valyutaların konvertasiya qabiliyyəti..................................
|
411
|
17.4. Valyuta məzənnəsi...............................................................
|
415
|
17.5. Ödəmə balansı.....................................................................
|
420
|
17.6. Valyuta tənzimlənməsi........................................................
|
422
|
|
|
XVIII FƏSİL. BEYNALXALQ VALYUTA-KREDİT
VƏ MALİYYƏ TƏSİSATLARI.....................
|
425
|
18.1. Beynəlxalq hesablaşmalar...................................................
|
425
|
18.2. Beynəlxalq kredit.................................................................
|
4436
|
18.3. Beynəlxalq maliyyə və kredit institutları.............................
|
443
|
|
|
Mündəricat…………………………………………………….
|
467
|
|
|
Do'stlaringiz bilan baham: |