17.4. Valyuta məzənnəsi
Valyuta sisteminin vacib tərkib hissəsi valyuta məzənnəsidir. Belə ki, beynəlxalq valyuta münasibətləri dəyişərkən müxtəlif ölkələrin valyutalarının qarşılıqlı dəyər nisbəti dəyişməlidir. Valyuta məzənnəsi müəyyən ölkənin pul vahidinin digərinin pul vahidi ilə ölçülən qiymətidir; müxtəlif ölkələrin pul vahidlərinin qarşılıqlı münasibəti və onun alıcılıq qabiliyyətinin müəyyənləşdirilməsidir.
Valyuta məzənnəsi zəruridir:
-
əmtəə və xidmətlərlə ticarət və kapital və kreditin hərəkəti zamanı valyutanın qarşılıqlı mübadiləsi;
-
dünya və yerli bazarda qiymətlərin, müxtəlif ölkələrin milli və xarici valyutada göstərilən dəyər göstəricilərinin müqayisəsi;
-
xarici valyutadakı hesabların mütəmadi yenidən qiymətləndirilməsi.
Valyuta məzənnəsi milli və dünya iqtisadiyyatlarının qarşılıqlı təsir sahəsini əks etdirir. Hər bir valyutanın əsas xarakteristikası onun milli təsərrüfatı çərçivəsində yaranır. Onların keyfiyyətcə qarşılıqlı ölçülməsi beynəlxalq iqtisadi əməliyyatların gedişində baş verir və onda daxili və dünya qiymətləri müqayisə olunur. Daxili qiymətlər daxili dəyər əsasında yaranır, dünya qiymətləri isə beynəlxalq dəyər əsasında. Müxtəlif ölkələrin əmtəələri xarici iqtisadi dövriyyədə iştirak edərkən milli qiymətdən azad olunur və çox hallarda dünya bazarı qiymətləri ilə satılır. Pulun əmtəə dəyərinin birbaşa ölçü vahidi olan milli bazardan fərqli olaraq, qiymətlərin beynəlxalq dövriyyəsi zamanı dəyər müxtəlif ölkələrdə formalaşır və milli pul vahidləri qarşılıqlı əlaqəyə girir. Beləliklə, valyuta məzənnəsi milli pul vahidlərinin müqayisəsi yolu ilə milli dəyərləri və nisbi alıcılıq qabiliyyətini dolayısı ilə müqayisə edir. Təsərrüfat həyatının beynəlxalqlaşmasının genişlənməsi və dərinləşməsi yolu ilə milli dəyərlərin müqayisəsi daha böyük miqyasda baş verir.
Valyuta məzənnəsinə təsir edən amillərə daxildir:
-
iqtisadiyyatın vəziyyəti: pulun alıcılıq qabiliyyəti, inflyasiya səviyyəsi, müxtəlif ölkələrdəki uçot dərəcələri; ödəmə balansının vəziyyəti; valyuta bazarlarının vəziyyəti və spekulyativ valyuta əməliyyatları; milli valyutanın beynəlxalq hesablaşmalarda istifadə səviyyəsi; valyuta məzənnəsinin dövlət tənzimi;
-
Milli və dünya bazarlarında valyutaya inam səviyyəsi.
İdxal-ixrac əməliyyatlarının səmərəliliyi, bu və ya digər əmtəənin istehsalının məqsədəuyğunluğu, iqtisadiyyatın bu və ya digər sahəsinin inkişafının səmərəliliyi, ölkənin beynəlxalq əmək bölgüsündəki iştirakı bu faktorlardan asılıdır.
Xarici valyutanın vaxtaşırı milli valyutada qiymətləndirilməsi katirovka adlanır. Tarixən katirovkanın iki növü fərqləndirilir: birbaşa və dolayı. Birbaşa katirovka daha geniş yayılıb – bu zaman xarici valyutanın dəyəri milli valyutada göstərilir. Dolayı katirovkada isə, milli valyuta vahid kimi qəbul olunur və onun dəyəri müəyyən sayda xarici valyutada göstərilir. Valyuta məzənnəsinin məğzi eyni olduğundan, hansı metoddan istifadə fərq etmir.
Valyuta rejimi ölkənin valyuta siyasətini, o cümlədən valyuta məzənnəsinin təyin edilmə formasını və metodunu xarakterizə edir. Dünya praktikasında tarixən milli pul vahidinin valyuta məzənnəsinin müəyyən edilməsinin fərqli metodları müəyyən olunub:
-
Sikkə pariteti, qızılın çəki tərkibinin iki müqayisə edilən valyutada müqayisəsi;
-
Valyuta səbəti bazası əsasında;
-
Valyutaların alıcılıq qabiliyyətinin pariteti əsasında;
-
Kross-məzənnələr əsasında.
Valyuta sisteminin elementi valyuta paritetidir.Qanunvericiliklə müəyyən edilmiş qaydada valyutalararası münasibət, monometallizm zamanı valyuta məzənnəsinin əsası sikkə pariteti idi – müxtəlif ölkələrin pul vahidlərinin metal (qızıl) tərkibinə münasibətidir. O valyuta pariteti anlayışı ilə üst-üstə düşürdü. Valyuta məzənnəsi qızıl paritetə əsaslanırdı və qızıl əsaslarının hədlərində dəyişirdi. Lakin bu dəyişikliklər qızılın müstəqil alqı-satqısı fonunda nəzərəçarpacaq deyildi. Qızıl standartının ləğvi ilə qızıl bazar mexanizmi aradan qalxdı.
Böyük kredit pullarının fonunda valyuta məzənnəsi getdikdə qızıl paritetindən kəskin fərqlənməyə başladı. Belə ki, qızıl dövriyyədən çıxmağa başlamışdı. 1934-1976-cı illərdə valyuta məzənnəsinin əsasında qızıl qiymətinin rəsmi miqyası və qızıl pariteti, qızılın kredit pullarındakı rəsmi qiyməti dururdu. Yamayka valyuta sisteminin təsbit olunması ilə ölkələr valyuta məzənnəsinin əsası kimi rəsmi qızıl paritetindən imtina etdilər. Müasir şəraitdə valyuta məzənnəsi valyuta paritetinə əsaslanır və onun ətrafında dəyişir.
Beynəlxalq Valyuta Fondunun nizamnaməsinə əsasən, valyuta paritetləri SDR-da və ya digər beynəlxalq valyuta vahidində müəyyən oluna bilər. Paritetlərin valyuta səbətləri əsasında müəyyən edilməsi bir yenilik idi. Valyuta səbətində milli valyuta səbətə daxil olan bir sıra digər ölkələrin valyutaları ilə qarşılaşdırılır.
Valyuta səbəti – bir valyutanın məzənnəsinin müəyyən digər valyutaların məcmusuna münasibətdə orta qiymətinin hesablanması metodudur. Bu metodla valyutanın alıcılıq qabiliyyəti, mübadilənin ümumiqtisadi və siyasi şərtlərdən necə təsirləndiyi daha dəqiq hesablanır. Məzənnənin SDR valyuta səbəti əsasında qurulması aşağıdakı mərhələləri ehtiva edir:
-
Valyuta səbətinin tərkibinin müəyyənləşdirilməsi – yəni məzənnənin hansı valyutalara münasibətdə hesablanması;
-
Hər bir valyutanın səbətdəki çəkisinin müəyyənləşdirilməsi (onların idxal və ixracın həcminə münasibətdə çəkisinə müvafiq olaraq);
-
Müvafiq valyutanın vahidlərində valyuta komponentlərinin müəyyənləşdirilməsi (valyuta səbətində onun çəkisinin və əgər məzənnə dollar münasibətdə müəyyən olunursa, məzənnənin dollara münasibətdə son üç aydakı orta bazar məzənnəsi);
-
Məzənnə dollar münasibətdə müəyyənləşdirilirsə, valyutanın dollar münasibətdə bazar məzənnəsinin müəyyənləşdirilməsi;
-
Valyuta komponentlərinin dollar (və ya digər valyuta) ekvivalentinin hesablanması. Adətən valyuta komponentinin valyuta məzənnəsinə vurulması və ya bölünməsi yolu ilə hesablanır.
Bundan əlavə, bəzi dövlətlər öz valyutalarının məzənnəsini bərkitmək üçün fərdi valyuta səbəti tətbiq edirlər.
Milli valyuta məzənnəsinin müəyyən edilməsi zamanı valyutanın alıcılıq qabiliyyətinin nisbi paritetinin bazasında ixrac qiymətlərini (dünya bazarı qiymətləri) və müvafiq ölkələrin daxili topdansatış qiymətlərini götürmək lazımdır. Xüsusilə, ölkənin il ərzində ixrac məhsulunun həcmi dünya qiymətləri ilə və daxili topdansatış qiymətləri ilə müəyyən olunur, sonra onlar arasındakı nisbət qiymətləndirilir.
Praktiki olaraq valyuta məzənnəsini qiymətlərin milli səviyyəsinin nisbəti ilə müəyyən etmək çətindir. Belə ki, həmin qiymətlər stabil və birmənalı deyil. Dövlətlərdə onun son istehlakı və fərqli istehsal strukturları olduğundan çətinliklər yaranır. Valyutanın məzənnəsi təkcə qiymətlərin səviyyəsi təsir etmir və buna təsir edən müxtəlif faktorlar vardır. Buna görə də, valyuta məzənnəsinə təsir edən bütün faktorları nəzərə alan məzənnə təyin etmək real deyil. Xarici ödəniş vasitələrində pul vahidinin dəyəri kimi müasir məzənnənin əsasını hər hansı maddi dəyərli deyil, məzənnə yaradan faktorlar bütövlükdə təşkil edir və bazarda valyutaya tələb-təkliflə formalaşır.
Hədsiz kredit pulları olan vaxtda valyuta məzənnəsinin formalaşdırılması əhəmiyyətli dəyişikliklərlə səciyyələnir. Qızıldan fərqli olaraq, kredit pulunun öz-özlüyündə dəyəri yoxdur və təmsilçi dəyəri vardır ki, elə bu da onun dəyişən dəyərini və ya alıcılıq qabiliyyətini, valyuta mübadiləsinin əsasını göstərir. Müvafiq olaraq, əsas valyuta məzənnəsinin dəyəri alıcılıq qabiliyyətinin paritetidir. Kredit pulları dəyərdən düşə bildiyi kimi, alıcılıq qabiliyyətləri də dəyərdən düşür, çünki müxtəlif ölkələrdə dəyərdən düşmə bərabər getmir və onların alıcılıq qabiliyyəti pariteti aşağı fərqlənir. Kredit pullarının dövriyyəsi şəraitində valyuta məzənnəsinin özünün əsası dəyişdiyindən, valyuta məzənnəsinin özü də dəyişir.
Qızıl dövriyyəsi şərtlərində bu dəyişmələrin dəqiq hədləri vardı. Amma indi belə dəqiq hədlər mövcud olmaya bilər. Valyuta məzənnələri kəskin dəyişmədiyindən, onların tənzimlənməsinə ehtiyac yaranır. Ekvivalent mübadilə üçün valyutanın real alıcılıq qabiliyyətini əks etdirən məzənnə lazımdır. Valyuta məzənnələrinin dəyişməsi və alıcılıq qabiliyyətindən kəskin fərqlənməsi beynəlxalq valyuta-kredit və iqtisadi münasibətlərin dayanıqsızlığına səbəb olur və milli gəlirlərin dövlətlər arasında əsassız bölüşməsinə və müəyyən ölkələrin əsassız gəlir, digərlərinin əsassız itkisi ilə nəticələnir.
İki valyutanın hər hansı üçüncü valyutaya münasibətdə bir-birinə qarşı hesablanan valyuta məzənnəsi kross-məzənnə adlanır.
Beynəlxalq valyuta münasibətləri praktikasında reallıqda fiksasiya və üzən məzənnələr mövcuddur.
Məzənnənin fiksasiyası – valyuta məzənnəsinin əsasında olan və dövlətin dəstəklədiyi qeydiyyata alınmış paritetlər olur. Dövlətlərarası razılaşmalar vasitəsilə edilir.
Üzən valyuta məzənnəsi iki yerə bölünür:
-
Sərbəst üzən məzənnə - bazardakı tələb-təklifdən asılı olaraq üzən məzənnə;
-
Bazar tələb-təklifindən asılı olaraq dəyişir, amma zaman-zaman kəskin dəyişmələri tənzimləmək üçün mərkəzi bankın müdaxilələri olur.
Beləliklə, valyuta məzənnəsi üçün müxtəlif mexanizmlərdən istifadə olunur: fiksasiya və ya milli valyutanın məzənnəsinin digər valyutaya və ya valyuta səbətinə bağlanması. Xarici valyuta seçilərkən onun stabilliyi və həmin valyutadakı ticarətin həcmi nəzərə alınır. Valyuta məzənnəsinin fiksasiyası onun dəyişmə dəhlizinin müəyyən edilməsi yolu ilə həyata keçirilir. Dəhliz çərçivəsində mübadilə məzənnəsi sərbəst dəyişə bilər və mərkəzi bank yalnız dəhlizdən kənarlaşma təhlükəsi olanda müdaxilə edir. Başqa variant da var. Mərkəzi bank milli valyutanın məzənnəsinin müəyyən müddət üçün yuxarı və aşağı hədlərini əvvəlcədən bəyan edir.
Azərbaycan manatının valyuta məzənnəsinin hesablanması Azərbaycan Respublikasının xarici ticarət balansı, xarici hesablaşmalarda istifadə olunan xarici valyutaların məzənnələri, ixrac məhsullarının həcmi barədə məlumatlar, yerli və dünya bazarındakı qiymətlər və sair əsasında aparılır.
Azərbaycan manatının xarici valyutalara münasibətdə məzənnəsi Azərbaycan Mərkəzi Bankının qaydaları əsasında müəyyən olunur. Bu qaydalar aşağıdakıların müəyyənləşdirilməsini nəzərdə tutur:
-
Azərbaycan manatının sərbəst dönərli və məhdud dönərli xarici valyutalara münasibətdə rəsmi məzənnəsi;
-
Azərbaycan manatının ABŞ dollarına və Rusiya rubluna münasibətdə məzənnəsinin fiksinq nəticələri üzrə müəyyən olunması: Bakı Fond Birjasında aparılan dollar və rubl alqı-satqılarının nəticələri üzrə. ABŞ dollarının başqa valyutalara kross-məzənnəsi əsasında belarus rublunun həmin valyutalara münasibətdə rəsmi məzənnəsi (bu kross-məzənnə digər mərkəzi bankların Azərbaycan Mərkəzi Bankına verdiyi məlumatlar və ya Röyters agentliyinin məlumatları əsasında müəyyənləşdirilir).
-
Azərbaycan Mərkəzi Bankının katirovka olunan xarici valyutaları həmin məzənnə ilə alıb-satmaq öhdəliyi olmadan rəsmi məzənnə.
2000-ci ilin sentyabrından Azərbaycanda valyuta bazarının bütün seqmentləri üzrə vahid məzənnəyə keçildi. Məzənnə real tələb-təklif əsasında formalaşır. Buna qədər müxtəlif məzənnələr vardı – rəsmi, bazar, qeyri-bazar, nağdsız dövriyyə və sair. Rəsmi məzənnə orta bazar məzənnəsindən aşağı idi və təsərrüfat subyektlərinin məcburi şəkildə rəsmi məzənnə ilə satmaq öhdəliyi mənfi nəticələr verirdi: xarici valyutanın ölkəyə daxil olması azalırdı, valyuta bazarında kəsr yaranırdı, əməliyyatlar xaricə və ya qara bazara köçürülürdü, ixracyönümlü müəssisələr zərərlə işləyirdi və sair. Azaldılan rəsmi məzənnə iqtisadiyyatın real tələblərin cavab vermirdi – ümumdaxili məhsul, əhalinin gəliri və sair.
Vahid məzənnə şəraitində mümkün mənfi təsirlər lokallaşır. Mərkəzi Bankın əsas məqsədi məzənnəni bazar iqtisadiyyatı yolu ilə, onu tənzimləməklə dəstəkləməkdir.
17.5. Tədiyyə balansı
Tədiyyə balansı – beynəlxalq əməliyyatların balans hesabatı, xaricdən valyuta daxilolması ilə ölkədən xaricə edilən ödənişlərin qarşılıqlı əlaqəsi. Bu, ölkənin bütün kompleks beynəlxalq münasibətlərinin əmlak, xidmət və kapitalın idxal-ixracının göstəricilərinin qarşılıqlı münasibəti şəklində ifadəsidir. Tədiyyə balansı ölkənin xarici iqtisadi fəaliyyətinin, onun dünya təsərrüfatında iştirakının miqyasının, strukturunun və xarakterinin kəmiyyət və keyfiyyət göstəricisidir. O, təkrar istehsal prosesinin təsiri altında təşəkkül tapır, amma o özü də ölkənin qızıl və valyuta ehtiyatına, ölkənin valyuta vəziyyətinə, ölkənin valyuta borcunun həcminə, iqtisadi və qismən valyuta siyasətinin istiqamətləndirilməsinə təsir edir. Ödəmə balansının vəziyyəti ölkənin valyuta məzənnəsinə təsir edir: ardıcıl aktiv balansda milli valyuta bahalaşır, passiv balansda isə ucuzlaşır. Milli və xarici valyutaya tələb və onun məzənnə nisbəti tədiyyə balansının vəziyyətindən asılıdır. Ölkənin iqtisadi və siyasi inkişaf səviyyəsi, beynəlxalq rəqabəti, iqtisadiyyatın dövri tərəddüdləri, xarici dövlət xərclərinin artması, beynəlxalq ticarət və maliyyə-kredit münasibətləri, inflyasiya və sair tədiyyə balansında əksini tapır.
Tədiyyə balansının (analitik təsbit) beş bölməsi var:
1. Cari hesab (cari əməliyyatları hesabı). Malların (idxal-ixrac), xidmətlərin, gəlir və cari transfertlərin balans məbləği kimi formalaşır. Cari əməliyyatlar üzrə tədiyyə balansının ən vacib hissəsi ticarət balansıdır. O, ölkədə müəyyən dövr ərzində idxal-ixracın qarşılıqlı münasibətini əks etdirir. Bu bölməyə həm də nəqliyyat xidmətlərinə görə ödəmə və daxilolmalar, rabitə xidmətləri, sığorta xidməti, kompyuter və məlumat xidmətləri, mədəniyyət və xidmət sahəsində fərdi şəxslərə xidmət və sair.
2. Kapital və maliyyə əməliyyatlarının hesabı. Birbaşa investisiyaları, portfel və digər investisiyaları ehtiva edir. Birbaşa investisiyalar müəssisənin kapitalında iştirak etməklə müəssisənin idarəetməsində iştirak etmək üçün edilir. Nəticədə gəlir – divident, mənfəət əldə olunur. Portfel investisiyaları borc qiymətli kağızları, səhmlər və fond bazarının digər vasitələridir və əsas məqsəd gəlir götürməkdir. Digər investisiyalara daxildir: kommersiya, ticarət kreditləri, xarici borcla əldə olunan vəsaitlər, əsas borcun (orta və uzunmüddətli) bağlanmasına yönəldilən və bank sektorunun tələblərinin və öhdəliklərinin dəyişməsindən yaranan borclar (qısamüddətli); müəssisənin xaricdəki hesablarındakı vəsaitlərin hərəkəti və sair.
3. Cari, kapital və maliyyə hesablarının bəndləri üzrə statistik fərq. İxracın dəqiqləşdirilməmiş həcmindən, qısamüddətli kapitalın hərəkətindən, idxal-ixrac axınlarının hərəkətində hesablaşmaların qarışıq salınmasından, müxtəlif mənbələrdən fərqli məlumatların daxil olmasından irəli gəlir.
4. Ümumi balans: mühasibat nöqteyi-nəzərdən hesablaşma balansı. Xaricdən daxilolmalar ödənişləri üstələyirsə balans aktivdir. Əks-təqdirdə balans passivdir.
5. Maliyyələşdirmə. Ödəniş balansının saldosunun bağlanmasının metod və mənbələrinin balanslaşdırıldığı bölmə. Bu, valyuta ehtiyatlarının hərəkəti, xarici yardım, xarici dövlət borcu, beynəlxalq valyuta-kredit və maliyyə təşkilatlarının və digər mənbələrin kreditləri ola bilər. Ödəniş balansını bərabərləşdirmək üçün xarici və yerli qiymətli kağızlar da satışa çıxarılır.
Azərbaycanın ilk hesablaşma balansı 1992-ci ildə hazırlanmışdı. Metodik əsas kimi Beynəlxalq Valyuta Fonunun məsləhətlərindən və digər mənbələrdən istifadə edildi: xarici iqtisadi fəaliyyət barədə bankların hesabatları, rezident müəssisələrin xarici iqtisadi fəaliyyət barədə hesabatları, Maliyyə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Gömrük Komitəsinin və digər orqanların məlumatları. Bundan əlavə, beynəlxalq bank statistikasından və tərəfmüqabil ölkələrin güzgü statistikasından istifadə edildi.
Milli hesabat balanslarının tərtibat formaları fərqlidir və oradakı məlumatın hansı məqsədlə istifadə olunacağından asılıdır .
Tədiyyə balanslarının təsnifatı
Təsnifat meyarı
|
Tədiyyə balansı forması
|
Müddət
|
Rüb
İl
Perspektiv
|
Məzmun
|
Tədiyyə
Beynəlxalq investisiya mövqeyi
|
Forma
|
Standart təqdimat
Analitik təqdimat
|
Region
|
Respublika üzrə
MDB ölkələri ilə respublika üzrə
Digər ölkələrlə respublika üzrə
|
Valyuta
|
Milli valyuta
Xarici valyuta
|
Tədiyyə balansı adətən müəyyən müddət üçün tərtib olunur və xaricdən daxil olan valyuta və ölkədən xaricə ödəmələri əhatə edir.
Təhlil üçün sadəcə ödəmə balansında istifadə olunur – ölkənin digər ölkələrə münasibətdə pul tələbləri ilə öhdəliklərinin qarşılıqlı münasibəti. Nə zaman yaranmasından, hansı əməliyyatlar üzrə yaranmasından və ödənişin nə zaman olmasından asılı olmayaraq, bütün tələbləri əhatə edir. Müəyyən tarixə tərtib olunur və bəndlərin toplanmasına görə adətən hesab balansını əks etdirir. Lakin bu balansı tərtib etmək çətindir: ölkədəki inflyasiya, valyutanın alıcılıq qabiliyyətinin dəyişməsi, devalvasiya, beynəlxalq dövriyyənin hesablaşma qaydalarının dəyişməsi, balans tərtib etmə metodikasının dəyişməsi və sair. Buna görə də, adətən hesab balansı tərtib olunur və ölkənin müəyyən tarixə beynəlxalq investisiya mövqeyi müəyyənləşdirilir. O, dövlətin xarici aktivlərinin və passivlərinin vəziyyətini göstərir ki, bu da dövlətin borclu və kreditor kimi beynəlxalq valyuta-maliyyə münasibətlərini və mövqeyini əks etdirir. Beynəlxalq investisiya mövqeyinin hesabat balansında aktivlər və passivlər üzrə əsas maddələr: birbaşa investisiyalar, portfel investisiyaları, digər investisiyalardır.
Tədiyyə balansının analitik tərtibatı standartdan onunla fərqlənir ki, rezident və qeyri-rezidentlərin aktiv və passivlərindəki dəyişiklikləri əks etdirən kapital və maliyyə hesablarının ayrı-ayrı bəndləri xarici iqtisadi fəaliyyətin əsas istiqamətlərinin və nəticələrinin açılması üçün yenidən qruplaşdırılır.
Tədiyyə balansının göstəriciləri ona dəlalət edir ki, Azərbaycanın ödəniş balansı getdikcə sabitləşir, xarici iqtisadi dövriyyədə mal və xidmət ixracının payı artır, cari əməliyyatların hesab vəziyyəti yaxşılaşır. Bu, ehtiyatların toplanması və xarici borcun ödənməsinə zəmin yaradır. Hesab balansının stabilliyinin yaxşılaşmasına kömək etdi: Azərbaycan manatının valyuta bazarının bütün seqmentlərində vahid məzənnəyə keçməsi, müəyyən məzənnədə qalmaq, müsbət real dərəcəsini müəyyənləşdirilməsi.
17.6. Valyuta tənzimlənməsi
İqtisadiyyatın tənzimlənməsi sistemində valyuta münasibətlərinin bazar və dövlət tərəfindən tənzimlənməsi vacibdir. Valyuta siyasəti – ölkənin cari və strateji məqsədlərinə müvafiq olaraq beynəlxalq və digər iqtisadi münasibətlər sahəsində tədbirlər məcmusudur. Müxtəlif tarixi dövrlərdə müxtəlif valyuta siyasətləri işlənir. Dövlət valyuta münasibətlərinə birbaşa və ya dolayı müdaxilə edir. Valyuta siyasəti valyuta qanunvericiliyi ilə formalaşdırılır.Ölkədə və ondan xaricdə valyuta dəyərliləri ilə əməliyyatlar keçirilməsini tənzimləyən hüquq normaları və dövlətlərarası valyuta razılaşmaları məcmusudur. Milli səviyyədə valyuta siyasəti Mərkəzi Bank, Maliyyə Nazirliyi və digər orqanlar tərəfindən həyata keçirilir. Beynəlxalq səviyyədə isə xüsusi dövlətlərarası valyuta-kredit təşkilatları tərəfindən həyata keçirilir.
Dövlətlərarası tənzimləmə - dövlətlərin valyuta, kredit və maliyyə siyasətlərinin koordinasiyasıdır. Bu bir sıra səbəblərlə şərtlənir: milli iqtisadiyyatların müxtəlif istiqamətlərdə qarşılıqlı asılılığının güclənməsi; milli və bazar tənzimlənməsinin bazar tənzimlənməsi xeyrinə dəyişməsi; dünya valyuta, maliyyə bazarlarının miqyasları, onların stabil olmaması. Milli və dünya valyuta sisteminin bütün elementləri tənzimlənməlidir. Milli valyuta sistemi çərçivəsində valyuta tənzimlənməsi tədbirlərinə iki müstəqil, amma qarşılıqlı əlaqəli istiqamət daxildir:
1) milli iqtisadiyyatın maliyyə sağlamlaşmasına, inflyasiya tempinin enməsinə, milli valyutanın sabitliyinə və ona inamın artırılmasına yönəlmiş ümumi xarakterli pul-kredit tədbirləri;
2) valyuta sahəsindəki tədbirlər: valyuta məzənnələrinin təyinatı siyasəti, valyutadan istifadə rejimi, valyuta bazarı rejimi, valyuta əməliyyatları, ödəmə balansının tənzimlənməsi və sair.
Valyuta siyasətinin əsas formaları: diskont siyasəti, deviz siyasəti, valyuta müdaxiləsi, valyuta ehtiyatlarının diversifikasiyası, valyutanın dönərliyinin dərəcəsinin tənzimi, valyuta məzənnəsinin tənzimi, devalvasiya, revalvasiya.
Diskont siyasəti – Mərkəzi Bankın uçot dərəcəsi ilə manevr etməsi, hansı ki, kapitalın beynəlxalq hərəkətinə təsir yolu ilə valyuta məzənnəsinin və ödəmə balansının tənzimlənməsinə yönəlmişdir. Uçot dərəcəsinin artırılması daha az uçot dərəcəsi olan ölkələrdən kapital axınını stimullaşdıra bilər. Uçot dərəcəsinin azaldılması xarici kapitalın axınına səbəb ola bilər.
Deviz siyasəti – əsasən valyuta müdaxiləsi yolu ilə həyata keçirilir, yəni dövlət orqanı xarici valyutanın alqı-satqısı ilə məşğul olur.
Valyuta müdaxiləsi – milli valyutanın məzənnəsinə təsir etmək üçün Mərkəzi Bankın valyuta bazarındakı əməliyyatlara birbaşa müdaxiləsidir. Milli valyutanın məzənnəsini artırmaq üçün Mərkəzi Bank xarici valyutanı milli valyuta müqabilində alır, azaltmaq üçün isə satır. Mərkəzi Bank valyuta bazarında iştirak etməklə valyutaya tələb-təklifi tənzimləyir və valyuta məzənnəsində kəskin dəyişikliklərin qarşısını alır.
Valyuta müdaxiləsi üçün mərkəzi bankı əhəmiyyətli valyuta ehtiyatları olmalı və ödəmə balansındakı bərabərsizlik yüksək səviyyədə olmamalı və passiv saldo müntəzəm olaraq aktiv saldo ilə əvəzlənməlidir. Əks təqdirdə valyuta müdaxiləsi nəticəsində valyuta ehtiyatları tam tükənə (ödəmə balansı həmişə passivdirsə) və ya ölkə daxilindəki pul hərəkəti pozula bilər. Bundan əlavə, valyuta müdaxiləsi yalnız müvəqqəti xarakter daşıyır. Buna görə də, valyuta məzənnəsinin saxlanması üçün valyuta müdaxiləsi müvəqqətidir.
Valyuta ehtiyatlarının diversifikasiyası bu və ya digər valyutanın ehtiyat kimi saxlanması risklərini azaldır və valyuta ehtiyatlarının ən səmərəli strukturunu təmin edir. Valyuta tənzimlənməsinin digər tədbirlərinə daxildir: qızıl bazarı konyunkturasına istənilən təsirin edilməsi üçün qızıl alqı-satqısı; valyuta dönərliliyi rejiminin dəyişdirilməsi; valyuta məhdudiyyətlərinin artırılıb-azaldılması; beynəlxalq ödənişlərdə yaranan fərqi qapamaq üçün kredit verilməsi və ya alınması; dövlətlərin beynəlxalq ödəmələrin və valyuta əməliyyatlarının keçirilməsinin tənzimləməsi. Mərkəzi banklar kommersiya banklarının fəaliyyətini lisenziyalaşdırmaqla valyuta əməliyyatlarının həyata keçirilməsini tənzimləyirlər.
Devalvasiya və revalvasiya – valyuta siyasətinin ənənəvi metodlarıdır. Devalvasiya – milli valyutanın məzənnəsinin xarici və ya beynəlxalq valyutaya nisbətən azaldılmasıdır. Bu, rəsmi məzənnənin bazar məzənnəsinə nisbətən yüksəldilməsi zamanı baş verir. Revalvasiya – milli valyutanın dəyərinin xarici və ya beynəlxalq valyutaya nisbətən artırılmasıdır.
Tədiyyə balansı həmişə dövlət tənzimləməsi obyekti olmuşdur. Ödəmə balansının dövlət tənzimlənməsi – ödəniş balansının əsas bəndlərinin formalaşması və saldonun bağlanması üzrə iqtisadi tədbirlərin məcmusudur. Tədiyyə balansının tənzimlənməsi metodu xarici iqtisadi fəaliyyətin ya stimullaşdırılması, ya da məhdudlaşması üçün aparılır. Tədiyyə balansında defisit olan ölkələr ixracın artırılmasına çalışır, idxalı azaldır, kapital çıxarılmasını çətinləşdirir və xarici borclanmanı azaldır.
Buna, həmçinin büdcə kəsirinin azaldılması, diskont siyasətinin yaxşılaşdırılması, valyuta, kredit məhdudiyyətinin tətbiqi, milli valyutanın məzənnəsinin aşağı salınması və pul kütləsinin artması hədlərinin təyin edilməsi yolu ilə nail olunur. Aktiv ödəmə balansı olanda dövlət orqanları idxalın artırılması, kapitalın ixracı, mal ixracının azaldılması, kredit verilməsi və qızıl valyuta ehtiyatının artırılması yolu ilə saldonu azaltmağa çalışırlar.
Müasir şərtlərdə tədiyyə balansının tənzimlənməsinin beynəlxalq metodları işlənir: ixrac krediti şərtlərinin razılaşdırılması, ikitərəfli hökumət kreditləri, mərkəzi bankların qısamüddətli kreditləri, beynəlxalq valyuta-kredit və maliyyə təşkilatlarının kreditləri.
Do'stlaringiz bilan baham: |