Musa Urud uruda ики сяфяр Бакы – 2009



Download 4,43 Mb.
bet29/31
Sana21.02.2022
Hajmi4,43 Mb.
#2946
1   ...   23   24   25   26   27   28   29   30   31
İrəvanın Göy məscidi
İyunun 8-i günorta konfrans öz işini başa çatdırdı. Sədrlik səlahiyyəti Azərbaycana ve­ril­di, simvolik çəkici və zindanı Tiqran Toqos­yan Azərbaycan nümayəndə heyətinin başçısı Asəf Hacıyevə təqdim etdi. Rəsmi hissə qur­tar­dıqdan sonra tədbirin təşkilatçıları bir arzu­muzun olub-olmamasını soruşdular.

  • İmkan olsa, Matenadarana və Göy məscidə gedərdik, - söylədim.

Asəf müəllim təəccüblə üzümə baxdı.
- Göy məscidi başa düşdüm, bəs Matenadaranda nə işimiz var?
- Təbii ki, Matenadaranda dini arxivləri oxumağa getmirəm. 1974-cü ildə Urud qəbiris­tanlığından orta əsrlərə məxsus qoç heykəlli və sənduqə formalı iki qəbirüstü abidəni gətirib Matenadaranın həyətinə qoyublar. Onları lentə almaq üçün və bu fürsətdən istifadə etmək lazımdır.
“Cangüdənlərin” müşayiəti ilə Matena­darana gedirik. Şübhə oyatmamaq üçün bina­nın və həyətin ümumi planını, müxtəlif dövr­lərə aid daş abidələri lentə alıram. Bütün ərazi­ni dönə-dönə axtarsam da qoç heykəli formalı qəbirüstü abidəni tapa bilmirəm.
Ümumiyyətlə, burada qoç heykəlli bir dənə də abidə yoxdur. Görünür ermənilər qoç heykəlli abidələri özlərininki kimi qələmə verə bilməyəcəklərini anladıqlarından Azərbaycan tarixinin Qaraqoyunlu və Ağqoyunlu dövrünə aid belə abidələri sadəcə olaraq məhv ediblər. Qoç heykəlli abidələr isə indi Ermənistan Respublikası adlanan Qərbi Azərbaycan ərazi­lərində yüzlərlə yox, minlərlə idi.
Sənduqə formalı qəbirüstü abidəni isə tapıram. Urud qəbiristanlığının yeganə nişanə­si kimi qalmış bu daş parçasını az qala bağ­rıma basmaq istəyirəm. Üstündəki ərəb əlifbası ilə yazılmız yazıların sürtülüb silinməsi aydın hiss olunsa da, daşın üzərindəki oymalara, işlə­mələrə əl vurulmayıb. Daşın bir neçə yöndən şəklini çəkirəm, yaralarını sığallayır­mış kimi əlimi pozulmuş yazıların üstünə çəkirəm. Yazısı pozulmuş bu daşa da, növrağı pozulmuş Qərbi Azərbaycan ellərinə də yazığım gəldi.
Matenadaranda daha bir işim qalma­mış­dı. Adına Ermənistan Respublikası deyilən öl­kə­də erməni tolerantlığının nümayişi məqsədi ilə saxlanılan yeganə türk-müsəlman abi­dəsinin - Göy məscidin ziyarətinə yollanıram.
Göy məscid İrəvan mahalının ən əzə­mətli və gözəl memarlıq abidələrindən biridir. 1764-cü ildə İrəvan sərdarı Hüseynəli xan tərəfindən inşa edilmiş bu məbədgaha Hüseynəli xan məscidi də deyilirdi. Məscidin giriş qapısının yanında XVIII əsrə aid tarixi abidə olması barədə ingilis və erməni dillərində lövhə asılmışdır. Məscidin kim tərəfindən inşa edil­məsi, müsəlman-türk abi­dəsi olması barədə heç bir informasiya yoxdur.
Qədim taxta darvazanı aralayıb Göy məs­cidin geniş həyətinə daxil oluruq. Həyət­dəki tör-töküntü, səliqəsizlik və baxımsızlıq diqqəti cəlb edir. Təmir görüntüsü yaratmaq məqsədi ilə məscidin həyətinə iki topa qum, kərpic və sement yığılıb. Qum topasının üstünün çör-çöp, xəzəl və qurumuş ot qırıntıları ilə örtülməsi, sement kisələrinin daş­laşması, (ərin­məyib əyilib əlimlə yoxlayıram - M.U.) kər­pic­lərin kənarının ovulub tökülməsi, parlaq­lığının itməsi bu tikinti materiallarının lap çoxdan buraya töküldüyünü göstərir.
Məscidin həyətindəki iri, yaraşıqlı çarho­vuz bomboşdur. Məscidin əsas ibadət zalından başqa, digər otaqların - kitabxananın, mədrə­sənin, yay-qış salonlarının qapısı bağlıdır.
İbadət zalının qarşısında İrəvan torpa­ğında dəfn olunmuş bütün müsəlmanların ruhuna “Fatihə” surəsini oxuyub, salavat çe­virdikdən sonra ayaqqabılarımızı soyunub içəriyə keçirik. İbadət zalı kifayət qədər böyükdür, döşəməsi xalça-palazla örtülsə də, otaq çox kasıb görkəmdədir. Orta təmirlidir. Məscidin minarəsinin alt hissəsi damdığından ibadət salonunun sağ yuxarı küncündə tavanın suvağı qopub tökülüb, bəlkə də elə indicə tökülüb görüntüsü yaratmaq üçün döşəmənin həmin hissəsi süpürülməyib.
Salonun bir küncündə bir kişi namaz qılır, digər tərəfdə isə başı fəsli, ayağı çəkə­ləkli, qara kostyumlu bir kişi əlində təsbeh var-gəl edir. Namaz qılanın ibadətini poz­mamaq üçün əvvəlcə əli təsbehli kişiyə ya­xınlaşırıq. Göy məsciddə əsasən İrəvanda alver edən İran Azərbaycanlılarının ibadət etdiklərini mətbuatdan bildiyimizdən əli təsbehli kişiyə azərbaycanca salam verib, hal-xoş edirik.
Başı fəsli, əli təsbehli kişi salamımızı alıb bizə - “xoş gəlmisiniz”, - deyir, Göy məs­ciddə işlədiyini bildirir, gəlişimizin məqsədini soru­şur.
Azərbaycan dilində səlist danışsa da, ləhcəsi Təbriz ağzına oxşamır. Haradan oldu­ğunu soruşuram:
-Tehrandanam.
- Yəqin farssınız?
- Yox, Tehran ermənisiyəm!
Asəf müəllimlə təəccüblə bir-birimizin üzünə baxırıq. Məscid hara - erməni hara? Asəf müəllim təəccübümüzə aydınlıq gətirmək istəyilə soruşur:
- Siz burada nə iş görürsünüz?
- Mən bu məscidə baxıram.
- Yəni, qarovulçusunuz?
- Yox, məscidin işlərini aparıram, yəni Molla vəzifəsində çalışıram.
Mən özümü saxlaya bilmirəm.
- Siz müsəlmanlığı qəbul etmisiniz?
- Yox, ara, (burasını lap İrəvan er­mə­niləri kimi deyir - M.U.), ermənidən mu­sur­man olmaz.
İrəvan səfərimiz ərzində ilk dəfə olraq əsəblərim dözmür, qeyri-iradi səsimi qal­dı­rı­ram:

  • Bəs xaçpərəstdən molla olar? Müsəl­man olmayanın məsciddə nə işi var?

İndiyə qədər mülayim tonda, iranlılara məxsus həlimliklə danışan müsahibimin də sir-sifəti ciddiləşir, səsinin ahəngi dəyişir:
-Ara, sən bura başqa məqsədlə gəlmisən. Amma Allah birdi, məscid də kilsə kimi Allahın evidi, istənilən Allah bəndəsi də gəlib Allahın evində işləyə də bilər, yaşaya da bilər. Məscid provokasiya yeri deyil, ayrı sualınız yoxdursa gedə bilərsiniz.
Mən daha dillənmirəm, Asəf müəllim çox güman ki, söhbətin yönünü dəyişmək üçün soruşur:

  • Məscidə ibadət etməyə gələnlər çox olur?

Göy məscidin boynu xaçlı mollası, görü­nür, beynəlxalq təşkilatlar üçün əzbərlədiyi cavabları işə salır:
-Ara, ha ye, burada adam əlindən tər­pənmək olmur, bu gün nədənsə seyrəklikdir.
Namaz qılan kişiyə yaxınlaşırıq, məlum olur ki, Pakistanlıdır, on dörd gündür ki, İrəvandadır. Alver etdiyi bazara yaxın oldu­ğun­dan hər gün də günorta namazını qılmaq üçün buraya gəlir.
Mən:- “Məscidə gələn çoxdurmu”,-? - soruşduqda:
- Yox, bu on dörd gündə burada bir nəfər də olsun namaz qılan görməmişəm deyir.
- Bəs burada alver edən İranlılar namaza gəlmirlər?
- Onların bazarda namaz otaqları var, günorta namazlarını orada qılırlar, axşam-səhəri deyə bilmərəm.
Pakistanlı ilə xudahafizləşib hər ikimiz ibadətə dayanırıq. Torpaqlarımızın işğaldan azad olunması, bütün qaçqın və məcburi köç­künlərimizin, o cümlədən İrəvan azərbay­canlılarının doğma yurd-yuvalarına qayıtması diləyi ilə Allah-Təalaya dua edirik.
Göy məscidin həyətindəki məscidin özü qədər qədim və gözəl çarhovuzun yanındakı qollu-budaqlı, qocaman ağ tut ağacları adama, «gəl-gəl» deyir. Bal kimi şirin ağ tutun yeməli vaxtıdır, doyunca yeyirik, qəbirləri qəriblikdə itib-batmışlarımızın ehsanı olsun!
İyunun 8-i axşam saat 6-da Gürcü nü­mayəndə heyəti ilə birlikdə İrəvandan Tbili­siyə yola düşürük. Göyçə gölünün gözəl boynuna qara şərf kimi dolanan yollar bizi Dilican dərəsinə, İcevana, oradan da Ermə­nis­tan-Gürcüstan sərhəddinə aparıb çıxarır. Gecə­ni Tbilisidə qalıb, səhər təyyarə ilə Bakıya uçuruq.

Download 4,43 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   23   24   25   26   27   28   29   30   31




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish