Musa Urud uruda ики сяфяр Бакы – 2009



Download 4,43 Mb.
bet24/31
Sana21.02.2022
Hajmi4,43 Mb.
#2946
1   ...   20   21   22   23   24   25   26   27   ...   31
Obası viran ağlar

Gözəlliyi, müasirliyi ilə öyündüyümüz Uruddan əsər-əlamət yoxdur. Kənd dağılıb, 120 evlik Urudda cəmi 30-40 evdə yaşayış var. Əksəriyyəti qocalardır.
Kəndin küçələri, məhəllə arası yolları, evlərin barıları, darvazaları baxımsızlıqdan dağılıb, azərbaycanlı əhali Urudu tərk edəndən sonra kənddə nəinki quruculuq-abadlıq, heç cari təmizlik işləri də aparılmayıb. Yol-yo­la­ğanı kol-kos, daş-qaya basıb, çəpərlər sökülüb, barılar əyilib.
Məni ən çox ağrıdan Urud kəndinin sim­vollarından biri olan 100-150 illik cəviz ağac­larının kəsilməsi oldu. Şah vüqarlı, əzə­mətli bol məhsul verən, nazik qabıq, iri ağ ləpəli Urud cəvizləri artıq yoxdur və yəqin ki, bir daha olmayacaq. Yaşlı, iri gövdəli ağac­ların demək olar ki, hamısını kəsib ya yan­dırıblar, ya da qapı-pəncərə, parket çəkilməsi üçün istifadə ediblər. Cavan və pöhrə ağaclar isə ara-sıra gözə dəyirdi.
Dayımgilin evləri düz kəndin mərkə­zində idi. Yaxşı həyət-bacası, bağ-bağçası, iki mər­təbəli abad evi olan dayımın həyətində çoxlu tut ağacları və bir də kənddə yeganə xırda, lakin ağappaq yağlı ləpələri olan nazik qabıq kətan köynək ceviz ağacı var idi.
Dayımgilin evinin qarşısında maşını sax­latdırıram, dayımın həyətini çəkmək istə­diyimi bildirirəm. Ermənilər də mənimlə bərabər maşından düşüb həyətə daxil olurlar. Həyət-baca dağılıb, tut ağacları kəsilib, yalnız cəviz ağacı durur, ötən 18 ildə daha da böyüyüb, qol budaq atıb.
Həyətdə bizi 65-70 yaşlarında gülərüz, dilli-dilavər bir qadın qarşılayır. Ermənicə salamlaşıb, hal-xoş edirəm, həyətdəki cəviz ağacını göstərib, çox dadlı, saf, bol meyvə verən nazik qabıq cəviz olduğunu söyləyəndə qadın mənə azərbaycanca: “Sən bu evin adamısan”, - söyləyir. –“Bəli”, - deyirəm və söh­bəti azərbaycanca davam etdiririk.
1988-ci ilin noyabrında Bakının Əh­mədli qəsəbəsindəki 2 otaqlı evini dayımla dəyişən bu erməni qadın tək yaşayır, əri ölüb, uşaqları isə İrəvanda və Stavropolda yaşa­yırlar. Bakı üçün, oradakı qonşuları üçün darıxdığını bildirərək, «Ukrayna» meydanını, «Bakı» kinoteatrını, «Əhmədli» metrosunu soruşdu.
Mağazanın, kənd klubunun və kolxoz idarəsinin yerləşdiyi iki mərtəbəli binanın yanından keçib, üzüyuxarı, evimizə doğru gedirəm. Mağaza bağlıdır, klubun binasının qırıq pəncərələrini karton parçaları ilə ya­mayıblar. Ətrafda ins-cins gözə dəymir.
Kənddə sayılan-seçilən, qonaq-qaralı evlərdə olan Seyid Mir İsmayıl Ağanın ocağının - Seyid Miriş Ağanın evinin yanından keçirəm. İyirminci əsrin əvvəllərindən bu müqəddəs ocaq bütün Zəngəzurun ümid yeri, dilək yeri olmuşdur. Ocağın müqəddəs sahibi Seyid Mir İsmayıl Ağa 1910-cu ildə Ordu­baddan köçüb Uruda gəlmiş 1952-ci ilə qədər yəni tanrı dərgahına qovuşana qədər bu evdə yaşamış, sonradan onun müqəddəs yolunu oğlu Seyid Miriş Ağa ləyaqətlə davam et­dirmişdir. 1988-ci ilin sonunda Urud camaatı kəndi tərk edərkən, çoxlu təkliflər olmasına baxmayaraq Seyid Miriş Ağa evini - “Mən öz əlimlə ağamın ocağını kafirə verə bilmərəm”, - deyərək nə satmadı, nə dəyişmədi.
...İndi Ağanın ocağında Şenadağ (1940-cı ildən Lernaşen) kəndindən köçüb gəlmiş erməni ailəsi yaşayır.
Evimizə doğru qalxıram. Qonşularımız Yadigar kişinin, Hüseyn kişinin evlərində ya­şayış yoxdur, qapı-pəncərələr sökülüb-dağılıb, baxımsız həyət-bacanı kol-kos basıb. Əsəd müəllimin, Rəfi kişinin (ümummilli liderimiz Heydər Əliyevin gənclik illərində bir neçə yayı bu evdə keçirib - M.U.) evlərində yaşayan vardır.
Evimizin miskin görkəmi ürəyimi ağrıdır. Həyətin ikitaylı giriş darvazasının bir tərəfi əyilib, məftillə çəkib dirəyə bənd ediblər. Neçə illər baxılmadığından boyası gedib, üstünü pas basıb. Həyətimizə və bağlarımıza yaraşıq verən tut, ərik, alma, armud ağac­larının əksə­riyyəti kəsilib, tərg edilib, bağçamız baxım­sızlıqdan viranə qalıb.
Görkəmindən köhnəlik, nimdaşlıq, kasıb­lıq, yiyəsizlik yağan bu həyət-bacada hər şey mənə tanışdı. İri, çapılmış çay daşlarından hörülmüş suvaqsız divarlarını his basmış təndir damı da, istisi, hənirtisi anamla birgə çəkilib getmiş təndirimizin çıxarılmış gözün oyuğu kimi garalan yuvası da, mal tövləsinin tut ağacından yonulmuş qapısı da, hamamxana da, həyətimizin balaca su hovuzu da, biz kənddən çıxanda təzəcə bara düşən, indi isə iki mərtəbəli evimizdən də hündür qalxmış qollu-budaqlı gilas ağacı da, bir sözlə həyətimizdə gördüyüm hər şey məni burada yaşadığımız illərin acılı-şirinli anlarına qaytarır, xatirələri oyadır, qəlbimi ağrıdırdı. Anamın vannası, vedrəsi, tası, qazanı hərəsi həyətin bir tərəfinə atılıb qalıb, elə bil ki, bu əşyalara 18 ildə insan əli dəyməyib.
Obası viran ağlar,
Əlində Quran ağlar
Öz yurdunu gözüylə
Xaraba görən ağlar,
Ömrü boyu qan ağlar.
Kaş bura gəlməyəydim.
Bu yazını yazmağa başlayarkən qarşıma qoyduğum son dərəcə səmimi olmaq məra­mına sadiq qalaraq söyləmək istəyirəm ki, nə evimiz, nə həyətimiz, nə bağımız mənə doğma gəlmədi; elə bil bu yerləri ya yuxuda görmüşdüm, ya da lap çoxdan ağ-qara ekranlı kinoda seyr eləmişdim.
Dəhşətli olsa da, etiraf etməliyəm ki, babamın, atamın tikib yaşadıqları, doğulub-böyüdüyüm evimiz, 18 ilin ayrılığından sonra mənə karvan yollarinin üstündə tikilən yolçu damları qədər soyuq və yad təsiri bağışladı.
Çəkiliş apara-apara pilləkənlə evimizin ikinci mərtəbəsinə qalxıram. Giriş dəhlizi, mətbəx, şüşəbənd, yataq otağı, qonaq otağı necə təmir etmişiksə, eləcə də qalır, soyuducu, qaz piltəsi, taxta şkaf, şifoner, servant, stol-stul, çarpayılar, yerə döşənən xalça-palaz da anamdan qalmadı. Burada yaşayan erməni deyəsən 18 ildə evə bir çöp də almayıb.
Qonaq otağımızda divara vurulan kiçik ölçülü xalça və xalçanın üstündəki çərçivəyə salınmış küncündən qara lent çəkimiş əsgər şəkli diqqətimi cəlb edir. Bizim ailədə relikt-qədimdən qalan əziz əşya kimi saxlanılan bu xalçanı ötən əsrin əvvəllərində ulu nənəm nənəmə, o da sonralar anama cehiz vermişdi. Düşünürəm ki, bu xalçanı alıb apara bilsəm, 80 yaşlı anama ən böyük hədiyyə etmiş olaram.
Mənə sonsuz qədər uzun görünən, uşaq vaxtı kiçik bacımla və dayım uşaqları ilə yorulana qədər qaçdı-tutdu oynadığımız 12 m. uzunluğunda şüşəbəndimiz indi çox kiçik və dar görünür, aynabəndə baxa-baxa nədənsə, birdən atamın öldüyü günü xatırlayıram: o qədər adam bu aynabəndə necə sığmışdı?
Atam 1987-ci ilin yanvar ayının 29-da vəfat eləyib. Onda mən Gəncədə həkim işləyirdim.”Öldü”, - xəbərini mənə bildirmə­miş­dilər, - “ağırdı”, - demişdilər. Həkim dos­tum Familin köhnə “Qaz-21”-də Gəncədən gəlib axşam saat 9-da kəndə çatmışdım. Həyə­timizdəki ab-havadan hər şey məlum olmuşdu: evimiz adamla dolu idi, qadınlar kəllə otaqda qoyulmuş cənazənin ətrafında dil deyib ağlayırdılar. Kənd ağsaqqalları başda Seyid Miriş Ağa olmaqla şüşəbənddə oturmuşdular. Atamın kəfənə bükülmüş cənazəsini qucaq­layıb hönkürtü ilə ağlamağım, bir də Seyid Miriş Ağanın məni özümə qaytaran amiranə səsi heç vaxt yadımdan çıxmır:
- Bəsdir ağladığın, bax gör, bu kişilərin hansının dədəsi ölməyibdir? Özünü ələ al, səhər dəfni təşkil etmək, məclisi yola vermək lazımdır. Bir də bundan sonra bu ev-eşiyə yiyəlik etmək sənin boynuna düşür.
...Dəfni də yola verdik, qırxı da, ili də, amma bu ev-eşiyə yiyəlik edə bilmədik...
Hovikin gərilmiş yoğun səsi xatirələri pərən-pərən salır:
- Xozeyin, xozeyin, ara Pavlik, vordeğes du (Sən hardasan – M.U.)? Hovikin həyətdə söylədiyi “xozeyin, xozeyin”, - kəlmələri aşağıdan yuxarıya atılan dalbadal avtomat gül­lələri kimi, beynimi deşir, ürəyimi parçalayır.
Bir təhər özümü ələ alıb həyətə düşü­rəm. Birinci mərtəbənin eyvanında üz-gözünü sinəsinədək uzanmış ağappaq saqqal basmış, hər iki gözü kor, əl ağacına söykənmiş 85-90 yaşlı bir kişi köhnə kətilin üstündə əyləşib Hoviklə və İrəvandan gələn ermənilərlə söhbət edir.
Yaxınlaşıb azərbaycanca salam verirəm. Salamımı almasa da, Azərbaycan dilində soruşur:
- Sən kimsən, haradan gəlmisən?
- Mən bu evin sahibiyəm, Bakıdan gəlmişəm.
- Nəyə gəlmisən?
Pavlik kişinin acıqlı danışığını bir az yumşaltmaq istəyirəm:
- Bəs eşitməmisən, dava qurtarıb, icazə veriblər ki, hər kəs qayıdıb öz yerində yaşasın. Mən də gəlmişəm təklif edəm ki, sən Bakıdakı evinə qayıdasan, biz də bura köçüb gələk.
Həyəcanlanan qoca az qala qışqıra-qışqıra sözümü kəsir:
- Mənim Bakıda işim yoxdur, orda məni öldürərlər.
Söhbətin tonunu dəyişirəm:
- Pavlik kişi, sən Bakıda neçə il yaşamısan?
-Ara, mən Bakıda doğulmuşam, düz 65 il orada yaşamışam.
-Səni 65 il Bakıda incidən olubmu?
- Yox, ara, onda yaxşı vaxtlar idi!
Gəlişimizdən haradansa xəbər tutub həyətə gəlib çıxmış kənd bələdiyyəsinin sədri üzürxahlıq edirmiş kimi dillənir:
-Belə danışmağına baxma, Pavlik kişi yaxşı adamdır, intəhası oğlu Qarabağda həlak olandan sonra əsəbləri pozulub, gəlini və nə­və­si ilə qalır. Onlar indi bostana, kartof becərməyə gediblər.
Bu zaman «cangüdən» İrəvandan aldığım pay-püşü gətirib stolun üstünə qoyur. Samvel ermənicə Pavlikə söyləyir ki, bu sovqatı mən onunçün almışam, və gözləri görməyən kişiyə ərzaq məhsullarının adlarını bir-bir sadalayır. Sovqat məsələsindən sonra Pavlik xeyli yum­şalır, Bakıdakı həyatından xatirələr danışmağa başlayır.
Söhbətin sakit məcraya düşdüyünü zənn edib mətləbə keçirəm:
- Pavlik kişi, bu evdə, həyətdə nə əşya var, hamısı bizdən qalandı, halal-xoşun olsun. Səndən yalnız bir xahişim var.
- Nə xahiş?
- Kəllə otağın divarından asılan balaca xalça bizim ailənin ən əziz yadigarıdır. Havayı demirəm, onu pulla sat mənə. Nə qiymət desən verəcəyəm.
Pavlik kişi bir xeyli susdu, fikrində nəyi isə götür-qoy eləyib başını buladı:
- Yox, ara, bəs o xalçanın üstündəki şəkili neyləyim?
Bu cavabdan sonra daha dillənmədim, qoca ilə xudahafizləşmədim, vaxtilə öz əllə­rimlə basdırdığım təzəcə sulanan ağ gilasdan 3-4 gilə ağzıma atıb həyətdən çıxdım. Gilas turş dadırdı...
Bizim evin arxasındakı yaldan qəbiris­tanlıq çox yaxşı görünürdü. O yala qalxıb uzaq­dan da olsa dağıdılmış qəbiristanlığın yerini video lentə köçürmək mümkün idi. Bu Hovikin ağlına gələ bilməzdi. Ona görə də üzümü Hovikə tutub dilləndim:
- Siz həyətdə söhbət edin, mən bağımızı, evimizin arxa tərəfini çəkib gəlirəm.
Şübhə yaratmamaq üçün İrəvandan gələn “cangüdən”lərdən birinə mənimlə get­məyi xa­hiş etdim. Fəndim baş tutdu. Evimizin ar­xasındakı yaldan dağıdılmış qəbiristanlığı, eləcə də Urud kəndinin bir-birindən gözəl mənzərələrini - Bazar çayı, Vəli qayasını, Urud qalasını, Bədir qayasını, Meydanları, Təgəzür dağlarını videokameranın yaddaşına köçürtdüm. Evimizdən ayrılarkən Hovik so­ruşdu:
- Bəs həyətinizdən su, torpaq götür­mürcən?
- Yox, kəndin çıxacağından götürəcəyəm ki, hamıya aid olsun.
Kəndin bütün məhəllərini gəzmək, kimin evində yaşayış olub-olmamasını öyrən­mək, fürsət tapıb təzə məhəllədən, Uzun qayanın yanından keçib qəbiristanlığın yanına çıxmaq istəyirəm. Hovik isə gah ac oldu­ğumuzu, yemək vaxtı keçdiyini, gah Sisyanda təcili işi olduğunu, gah da qaranlıq düşməmiş İrəvana qayıtmağımızın vacibliyini söyləyərək kəndi gəzməyimə imkan vermir.
Kəndin çıxacağında Qazı bağının yanın­da maşını saxladıram, torpaq götürmək üçün bağa enirəm. Urudda olduğum saat yarım ərzində ilk dəfə olaraq özümü lentə almaq könlümdən keçir. Videokameranı «Cangü­dən»imə verib torpaq götürməyimi çəkməyi xahiş edirəm.
18 ilin həsrətindən sonra ziyarətində olduğum Vətəndə bir qəriblik gördüm, bir soyuqluq keçdi içimdən. Ata-baba yurdunda keçirdiyim saat yarımlıq ömür kəsimi hipnoz altında yatmış adamın gördüyü qat-qarışıq yuxu kimi yadımda qalıb.
Vəli qayası, Qara güney, Şirvanəkən, Gur-gur, Qara qaya, İlan qayası, Təqəzür dağları halay vurub min il öncəki kimi kəndin ətrafında dayanıblar. Fəqət biz yoxuq, o dağlara, dərələrə nəfəs verən, əzəmət verən, həyat verən urudlular yoxdu.

Download 4,43 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish