Musa Urud uruda ики сяфяр Бакы – 2009



Download 4,43 Mb.
bet25/31
Sana21.02.2022
Hajmi4,43 Mb.
#2946
1   ...   21   22   23   24   25   26   27   28   ...   31
Bu yurd o yurd deyil ha,
Urud-Urud deyil ha,
Ah-naləmdi göydəki,
Topa bulud deyil ha!
Uruda “əlvida” deyərkən gəldiyim ilk qə­naət bu oldu ki, ərazini-Vətən, torpağı-Yurd eləyən orada yaşayan insanlardı.
Urudsuz-urudlular nədirsə, urudlularsız-Urudda odur.
Torpaq insanlar üçün nə qədər Vətən­dirsə, insanlarda torpağa o qədər həyandılar. Torpaq Vətənin cismi, orada yaşayan insanlar isə bu cismin diriliyidir. Dağıdğlmış, boşal­dılmış yurdlar Vətənin məzarı, qaçqınlar və didər­gin­lər isə sərgərdan ruhudur.
Bizim babalarımızın 200-300 il bundan öncə basdırdığı, nəsilbənəsil böyütdüyümüz, bəhrəsini gördüyümüz Xan Cəvizləri ermənilər kəsiblər, yerində bostan əkiblər.
Babalarımız bizim o torpaqlarda əbədi qalacağımızı nəzərə alaraq 100 illik ağaclar əkirdilər.
Ermənilər o torpaqlardan hər an gedə biləcəklərini dərk edərək ağac basdırmırlar, altı aya bitib sovulacaq bostan əkirlər.
...Ovuclarımla Vətən torpağını selofan torbaya doldururam. Vətənsizlər və torpaq­sızlar üçün. Bostanda işləyən erməni uşağı öz köməyini təklif etir. Etiraz etmirəm. Onsuzda onlar ömürləri boyu bizim torpaqlarda, bizim evlərdə, bizim həyətlərdə işləyiblər. Yenə də belə olacaq. Bunun üçün bizim zəngin, qüdrətli bir dövlət yaratmağımız və bir az da ayıq olmamız lazımdır.
Dinməz-söyləməz yolumuza davam edi­rik. Zor-zor bulağa çatanda dayanırıq, əl-üzümü yuyub doyunca su içirəm, iki litr də Bakıya gətirmək üçün götürürəm.
Vağədi Vəngin dikinə çatanda Hovik maşını saxlayır, Bazar çayın sol sahili boyunca salınmış ucsuz-bucaqsız meyvə bağlarını göstərir:
-Buralar hamısı mənimkidir, təzə sal­dırmışam, heyif ki, becərməyə-baxmağa adam yoxdur. Gilasın siftəsidir, qoy bir az yığdıraq, Sisyanda yeyərik. Heç birimiz etiraz etmirik.
Hovik yaxınlıqda ağac suvaran yaşlı bir kişini çağırır:
- Ara, Kepcil, ari sdeğ! Mikis gilası havaki ber. Şudara vrazumenk! (Kepçil, gəl bura! Bir az gilas yığ gətir, tez ol tələsirik)!
Kepçil!!! Dayan, bu Şam qəsəbəsinə Vağədidən, Uruddan üstü çadırlı “Qaz-53” maşınında fəhlə daşıyan Kefcil Valod deyil ki? Valod Şam qəsəbəsindəki SES-in tikintisində sürücü işləyən Vağədi ermənisi idi, xeyirxah, zarafatcıl, yeyib-içməyi, qonaq getməyi, qo­nağa qulluq etməyi xoşladığından azərbay­canlılar ona kefcil ləqəbi vermişdilər. Ermə­nilər də azərbaycanlıların ağzı ilə, amma «f» hərfini tələffüz edə bilmədiklərinə görə «Kepçil Valod» deyirdilər.
75-80 yaşlarında, lakin çox gümrah və qıvraq görsənən bir kişi yaxınlaşıb dinməzcə Hovikin uzatdığı selofan torbanı götürür. Kişinin üzünə diqqətlə baxsam da, bu Kefcilin Valod olduğunu dəqiqləşdirə bilmirəm. Kişiyə diqqətlə baxdığımı görən Hovik dillənir:
- Kepcil Valodu tanımırsan? Vağədidə oxuyanda (Urudda o vaxt orta məktəb olmadı­ğın­dan mən 1976-78-ci illərdə IX-X sinifləri Vağədi kəndində oxumuşam.M.U.) o qədər bu­­nun maşınının kuzovunda gedib-gəlmisən ki?
- “Yox”, - deyirəm, - bir də o vaxtdan 30 il keçir, Valod da çox dəyişib.
- Dəyişib eləməyib, həminki Kepcildir, intəhası bir az qocalıyib. Maşından düşüb Kefcil Valodla azərbaycanca salamlaşıram:
- Salam, Kefcil!
Salam deyir, təəccübsüz-filansız.
- Məni tanıdın?
Diqqətlə üzümə baxır:
- Qadan alım, Uruddansan?
- Hə. Hesabdar İsanın oğluyam, Kamran müəllimin bacısı oğlu! Boynumu qucaqlayıb hönkür-hönkür ağlayır:
- İsa dayıya Allax raxmət eləsin. Onun o qədər çörəyini yemişəm ki! Kamran muallim də mənim qardaşım olub, o qədər yaxın olmuşuq. Durur, Kamran muallim?
- Hə, Bakıda yaşayır.
- Məndən çox-çox salam deyərsən!
Sonra Kefcil Valod bir-bir bütün urud­luları və vağədililəri soruşmağa başlayır.
Erməni deputatlar Vağədi Vəngin məbə­dinə tərəf düşürlər. Mən də Urudun və Vağə­dinin bağlarını, kövşənlərini dərə boyunca arxayın-arxayın axan Bazar çayı kameranın yaddaşına köçürdükdən sonra alban yaxud erməni məbədgahı olduğu bilinməyən XIII əsrə məxsus Vağədi Vəngin həyətinə enirəm.
Həyətin ortasında təzə bərpa olunan, yaxud düzəldilən 7-8 üstü xaçlı sənduqə for­malı qəbirüstü abidə, bir az aralıda isə iki eyni ölçülü yanaşı büst diqqəti cəlb edir. Sən­du­qələrin Vəng sahibinə və onun ailəsinə məxsus olduğunu yəqin etdiyimdən bu barədə heç nə soruşmuram, amma köhnə məbəddə təzə büstlərin qoyulması səbəbi ilə maraq­lanıram, o saat da səhv etdiyimi başa düşürəm:
Ara, bu büstün biri mənim qardaşımındı, 1968-ci ildə 31 yaşında Əfqanstanda diplo­matik xidmətdə olarkən musurmannar öldürüb. O biri də onun oğludur. Onu da 1993-cü ildə 31 yaşında Qubadlıda sizinkilər öldürüb!
Doğrusu, çox pərt oluram, lakin pərt­liyimi gizlətmək üçünmü, ya acığımdanmı, ağlıma gələn ilk sualı verirəm:
- Sənin qardaşın oğlu Qubadlıda yaşayırdı?
- Yox, ara, davada öldürüblər.
Bilmirəm rəhmət deyim, ya deməyim. Nə təhər rəhmət deyim ki, onu bizimkilər iş­ğalçı ordunun əsgəri kimi öldürüblər, nə təhər deməyim ki, əmisi ilə birlikdə gəlib qəbrinin üstünə çıxmışam!
Türklərin bir deyimi məni çətin durum­dan xilas edir:
-Keçmiş olsun, - deyirəm!
...Vagədi kəndinə, yollara baxıram. Kənd boş, yollar kimsəsiz, Bazar çayı qüssəli.
Bu yollar işləməsin,
Bəzirqan qışlamasın
Mən sevdim, sən apardın,
Tanrı bağışlamasın.
Bağışlamayacaq da! Tanrı heç zaman buy­nuzsuz qoçun qisasını buynuzluda qoyma­yıbdır. Bu daş-qayalarda o qədər qoçun, ke­çinin buynuzları qalıb ki!
Ancaq Tanrı da səndən hərəkət, məndən bərəkət deyibdir.
Qazı bağından götürdüyüm torpağı, “Zor-zor”-dan doldurduğum suyu Zəngəzur camaatının ağsaqqalı Seyid Miriş ağaya apar­mağı düşünürəm. Bu torpaq yurd həsrəti ilə ölənlərimizin gözlərinə tökülmək üçün , bu su onların ruhlarına oxunacaq duaları sərinlətmək üçündür. Dirilərimiz isə o torpaqlara qayıtmaq naminə yaşamalıdırlar, döyüşməlidirlər. Unut­mamalıyıq ki, müqəddəs savaşımız təkcə Qarabağla bitmir!

Download 4,43 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish