Musa Urud uruda ики сяфяр Бакы – 2009



Download 4,43 Mb.
bet30/31
Sana21.02.2022
Hajmi4,43 Mb.
#2946
1   ...   23   24   25   26   27   28   29   30   31
Səfərdən sonra
Səfərdən sonra çox işlər oldu.....
...Hər şeydən əvvəl Mübariz Qurbanlının siyasi proqnozları özünü doğrultdu. “Armin­form” agentliyi bizim səfərimizin, müsahibə və çıxışlarımızın mahiyyətini özlərinə sərf edən şəkildə təhrif edərək həqiqətə uyğun olmayan informasiyalar hazırlayıb internetlə yaydı, bizim müxalifət mətbuatı isə ya bilə­rəkdən, ya da bilməyərəkdən erməni tərəfin ideoloji təxribatına dəstək verdilər, az qala bizi xalq düşməni elan edən yazılar yazdılar. Bir xalası göyçək isə internetdə belə bir təkliflə çıxış etdi ki, Asəf Hacıyevlə Musa Quliyevi deputatlıqdan geri çağırmaq və mühakimə etmək lazımdır.
...“Zor-Zor” bulağından doldurub gətir­diyim iki litr suyun yarım litrini Urud camaatının ağsaqqalı Seyid Miriş ağaya, yarım litrini Vağədi camaatının ağsaqqalı Namaz əmiyə, yarım litrini anama, yarım litrini isə uşaqlarıma verdim.
...Uruddan götürdüyüm torpağı və suyu Seyid Miriş ağaya verib səfər təəssuratımı danışmaq istəyəndə el ağsaqqalı bircə sual verdi:

  • Qəbristanlığın vəziyyəti necədir, ağa­mın kümbəzi dururmu?

Yaşı səksəni haqlamış, həyatın hər üzünü görmüş, hələ də doğma yurda qayıtmaq ümidi ilə yaşayan, uşaqlıqdan “Seyid əmi” dediyim bu müqəddəs insana nə cavab verəcəyimi kəsdirə bilmədim. Çünki mənim kəndə səfə­rimə qədər urudluların Moskvada, Rostovda, Kislovodskidə rast gəldikləri Sisyan erməniləri Urud qəbristanlığının dağıdılma­dığını, Seyid Mirismayıl ağanın kümbəzinin salamat oldu­ğunu söyləmişdilər. Mənim doğru cavabım Seyid Miriş ağanın ürəyində 18 il yaşatdığı bəlkə də yeganə umudunun tar-mar edilməsi demək idi. Bu müqəddəs insana yalan da deyə bilməzdim.
Bir təhər özümü toplayıb: “Ağa, orada qəbristanlıq yoxdur”,- dedim.
Dərindən bir ah çəkən Seyid daha heç nə soruşmadı, gözlərini məchulluğa zilləyib susdu. El-obanın ağırlı-yüngüllü yüzlərlə məclisini həmişə böyük dözüm, dəyanət və müdrikliklə yola vermiş, heç bir vaxt təm­kinini itirməmiş Seyid Miriş ağanın ömrünün bu ixtiyar çağında gözlərindən səssizcə süzü­lüb ağappaq saqqalını isladan göz yaşlarına baxanda elə bildim ki, Uruda getməklə dün­yanın ən qəbahət işini görmüşəm...
... Uruddan gətirdiyim sudan anam bir qurtum da içmədi, eləcə bir neçə gün tutiya kimi üz-gözünə çəkdi, qalanını isə “verin Urudu görməyən nəvələrimə qoy onlar içsinlər”, -dedi...
... Anam Urudun video görüntülərinə həvəslə baxsa da, evimizi tanımadı, “bu mən qoyub-gəldiyim ev-eşik deyildir”,-söylədi...
...Namaz əmi mən səfərə gedərkən dediyi qurbanı kəsdi və yeddi evə payladı...
...İrəvana səfərim barədə şair-publisist Hidayətə danışanda, nədənsə Hidayət müəllim ömrünün ən qaynar çağlarını yaşadığı və 17 il yorulmadan ədəbi-ictimai fəaliyyət göstərdiyi İrəvan şəhəri barədə bir kəlmə də soruşmadı, Zəngəzurdan, Sisyanın azərbaycanlı kəndlərin­dən söz açdı, bir də bu səfəri mütləq qələmə almağı bərk-bərk mənə tapşırdı...
...Urud qəbristanlığının dağıdıldığını eşi­dəndə general Bəylər Əyyubovun gözləri dol­du, “yəqin bu kafirlər Ermənistandakı bü­tün müsəlman qəbirlərini dağıdıblar”,-söylə­di...
...Biz İrəvandan qayıdandan üç gün sonra general Basensi Azoyan, bir il sonra isə onun böyk qardaşı Hovik Azoyan ürək infarktından vəfat etdi...
...Uruddan qayıtdıqdan sonra irili-xırdalı çoxlu problemlərlə üzləşdim: bağ evimi əvvəl oğurladılar, bir ay sonra isə yandırdılar, bir-birinin ardınca anam, həyat yoldaşım, qızım, oğlum ağır xəstələndilər, neçə dostumu itirdim, neçə yaxınım yad oldu, Urud səfərimin bir ili tamam olana qədər rahatlığım olmadı. Mən mistikaya inanan adam deyiləm, amma bir ilin içində bir-birinin ardınca məni izləyən qəzavı-qədəri, Urud qəbristanlığına getməyi­min, orada sərgərdan dolaşan ruhları narahat etməyimin və naümid qoyaraq geri qayıtma­ğımın cəzası kimi qiymətləndirməkdən başqa səbəblə izah edə bilmirəm.
...Bəlkə də o ruhlar elə hesab ediblər ki, mən Urudda qalmaq üçün gəlmişəm.
2006-2008

Download 4,43 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   23   24   25   26   27   28   29   30   31




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish