Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet236/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   232   233   234   235   236   237   238   239   ...   289
QAYNAQLAR
1. Əlizadə S. Tarixin yenilməz kitabı. Bakı, 1999

  1. Hacıyev T. Azərbaycan ədəbi dil tarixi. Bakı, ADU nəşri, 1976

  2. Kitabi-Dədə Qorqud. Bakı, 1999

Semengul Qafarova
LITERARY DISPLAY OF THE TRADITIONS AND CUSTOMS IN “KITABI-DEDE QORQUD”
Summary
Azerbaijani language is the national-cultural wealth of our nation. The emergence of customs and traditions of the Azerbaijani people, kept in the memory of the nation till nowadays.
Key words: epos, traditions and customs, praise, prayer
Семенгюл Кафарова
ХУДОЖЕСТВЕННОЕ ОТОБРАЖЕНИЕ ТРАДИЦИЙ И ОБЫЧАЕВ В ДАСТАНЕ «КНИГА МОЕГО ДЕДА ГОРГУДА»художественное
Резюме
Азербайджанский язык является национально-культурным богатством нашего народа. Иссле­до­ванию подвергается зарождение национальных обычаев и традиций, сохраняющихся в народной памяти вплоть до сегодняшнего дня.
Ключевые слова: эпос, традиции и обычаи, молитвы, хвала
Seyfәddin Altaylı
Filologiya üzrə fəlsəfə doktoru
Bakı Avrasiya Universiteti
e-mail: altayli_s@yahoo.com
DӘDӘ QORQUD”DAKI AT RӘNGLӘRİNİN TÜRK DÖVLӘT GӘLӘNӘYİ VӘ YÖNLӘRLӘ BAĞLILIĞI
Özət
Məqalədə göstərilir ki, Orxon abidәlәrindә Kül Tiginin düşmәnlә döyüşәrkәn mindiyi atların rәngi ilә “Kitabi-Dәdә Qorqud”da Qazanın qonur, Bәy Yeynәkin doru, yәni qonur, Bәyrәyin boz, Şir Şәmsәddinin ağ atına minmәsi, Qazanın Qazılıq atları­nın qara rәngli olması, Oğuz Kağan dövründәki dövlәtçilik vә yön anlayışının eyni ilә hәm Göytürk­lәrdә, hәm dә Dәdә Qorqud dastanlarında davam etdiyini sübut edir.
Açar sözlər: “Kitabi-Dədə Qorqud”, Orxon abidələri, Oğuz Kağan, türk dövlət gələnəyi
Türklәr tarixin әn qәdim çağlarından bәri yaşadıqları coğra­fi­yada hәm Türk tarixinә, hәm dә dünya tarixinә önәmli bәhrәlәr qazandırıb. Türk dövlәtçiliyinin bilinәn tarixi Aratta dövlәti ilә baş­la­yır. Ulu babalarımız tarixin yaranmasından etibarәn Azәrbaycanda vә Anadoluda mәskunlaşsalar da, müәyyәn coğrafi vә siyasi sәbәblәrlә dünyanın digәr yerlәrinә, xüsusi ilә dә Asiya qitәsinin Tür­küstan coğrafiyasına üz tutub oraları da vәtәn coğrafiyasına çeviriblәr.
Ulu babalarımız Türküstan coğrafiyasında böyük Sak imperi­ya­sını daha sonra Oğuz Kağanın rәhbәrliyi altında Böyük Hun impe­riyasını yaradıb. Mifoloji dünyamızda adı әfsanәlәşәn böyük Hun imperatoru Oğuz Kağan, Türk dövlәtçiliyinә bir çox yenilik gәtirib vә qoyduğu әnәnә çağlar boyu davam edib.
“Kitabi-Dәdә Qorqud” isә Ziya Gökalp demişkәn ağzımızda anamızın ağ südü kimi tәmiz olan dilimizin müqәddәs kitablarından biridir. Ulu babalarımızdan yadigar qalan bu әsәr nәhәng bir dil vә mәdәniyyәt abidәsi olmaqla yanaşı, Türk dövlәtçiliyinin dә misilsiz zәnginliyini daşımaqdadır. Bizim fikrimizcә, “Kitabi-Dәdә Qorqud”a sadәcә olaraq dilimizin vә әdәbiyyatımızın zәnginlik abidәsi gözüylә baxa bilmәrik. O hәm dә ulu babalarımızın hәlә mifoloji çağlarda yaratdığı dövlәtçilik gәlәnәyimizin möhtәşәm bir xәzinәsidir. Biz bu mәruzәdә “Türk dövlәt gәlәnәyindә yön anlayışı, bu anlayışın rәnglәrdә vә “Dәdә Qorqud”dakı әkslәri” üstündә dayanacaq, Türk tarixi vә dövlәt gәlәnәyi yönündәn ağ, boz, qonur, qara rәnglәrin hansı anlamlara gәldiyini açmağa çalışacağıq.
Ağ rәng türk mifologiyasında saflığın, tәmizliyin, sadәliyin, mәsumiyyәtin, aydınlığın, müqәd­dәs­­liyin rәmzidir. Ağ rәng qәdim türk inamlarına görә ululuq, güclülük vә әdalәti tәmsil edirdi (12, s. 8). Altay ürkcәsindә “ağ” sözü cәnnәt anlamındadır (23, s. 571). Verbitski tәrәfindәn Altayda yaşayan türklәr arasından toplanan “Yaradılış dastanı”na görә Ülgәn ucsuz-bucaqsız suların üstündә uçarkәn vә hәlәlik torpaq yox ikәn dünyanı yaratmaq istәdikdә ona işıq donundakı Ağ Әnә adlı bir iyә kömәk olur (25, s. 238). Azәrbaycan әdәbiyyatında da Şah İsmail Xәtayinin adı “Ağ atlı oğlan”dır. “Bamsı Beyrәk boyu”nda Beyrәk Qazan Bәyin hüzuruna gәldikdә; “ala sabah sapa yerdә dikilәndә ağ ban evli” (9, s. 82), “Qazanın evinin yağmalandığı boy”da: “ağ ban evim burdan keçib gördünmü?” (27, s. 40), yenә hәmin boyda Salur Qazan qarәt edilәn yurduna gәldikdә: “ağ ban evim dikilәndә yurdu qalıb” (27, s. 39) ifadәsini dilә gәtirib. Әski türklәrdә Göy tanrıya qurban edilәn heyvanlar arasında ağ qoç da vardı. Altay türklәrinin mifoloji Tanrısı Ülgenә tәqdim edilәn qurbanın donu da açıq rәngliydi. (14, s. 19). Türk kosmoqoniyasında qәrb yönünü tәmsil edәn rәngin ağ olması sәbәbi ilә Qızıl Orda dövlәtinin qәrb qanadına “Ağ Orda” deyilirdi (15, s. 19). Altay türklәri, şamanları “ağ şaman”, “qara şaman” deyә ikiyә ayırıb (7, s. 216-222). Uçan, yәni günahsız ruhlarla әlaqә saxlayanlar ağ şamanlar, yer altındakı günahkar ruhlarla әlaqә yaradanlar isә qara şamanlardır. Ağqoyunlu dövlәtinin bayrağı ağ rәngdә idi. Dövlәti yaradan Bayındır boyuna mәnsub әlәmlәr dә ağ rәngliydi (21, s. 33). Tatarlar qәdim vaxtlarda hәr il ağ rәngli bir atı pәrpinlәyәrәk ona müqәddәslik donunu geyindirәrdi vә qar yağmamış sahibi belә ona minmәzdi (26, s. 180-181). Nağılda qardaşları Mәlikmәmmәdi quyudan çıxadarkәn yarı yolda kәndirini kәsib onu quyuya salandan sonra divin әlindәn xilas etdiyi qızın sözünә qulaq asıb döyüşә-döyüşә gәlәn ağ qoçla qara qoçu gördükdә ağ qoçun üstünә tullanır. Ağ qoç onu qara qoçun üstünә tullayır, qara qoç isә Mәlikmәmmәdi qaranlıq dünyaya aparır (4, s. 174). Qәdim vaxtlarda günbatan tәrәfin rәngi ağ (12, s. 8), simvolu isә qızıldı (11, s. 28).
Qәdim türklәrdә yönlәri tәyin etmә iki şәkildә idi. Biri üzlәrini gündoğan tәrәfә döndәrib sağ vә sol, digәri dә üzlәrini günәşә tutaraq yönlәri tәyin etmәlәri idi (24, s. 24). Gündoğan tәrәf qәdim türk inamında xüsusi yer tutub. Göytürklәr üzlәrini Günәşin doğduğu sәmtә tutub bura “irәli”, qәrb tәrәfә “geri”, güneyә “gün ortası”, qüzeyә “gecә ortası” deyirdi (24, s. 24-25). Hun xaqanı daim üzü güney istiqamәtә gәlәcәk şәkildә oturardı. Onun sol yanı, yәni gündoğan tәrәfi әn hörmәtli yer idi (3, s. 88). Dünyaya gәldiyim İğdırın Dizә kәndindә meyid dәfn olunacağı mәzarın başına aparıldıqda üzü gündoğan tәrәfә çevrilib yerә endirilir. Hәmin gәlәnәk Türkiyәnin Tuncәli vilayәtindәki әlәvilәrdә dә yaşayır (18, s. 218). Qәdim türklәrin üzlәrini güney tәrәfә döndәrib yönlәri “sağ, sol, öng, arkurı yәni arxa” şәklindә adlandırmaları tamamilә dini mәqsәdli idi. Әslindә yönlәrin bu şәkildә tәyini xüsusi ilә Hunlar çağında olub, dövlәt tәşkilatı da buna görә tәnzimlәnib (24, s. 26). Bu nizama görә sol gün­do­ğan tәrәfdir vә müqәddәs olduğuna görә vәliәhd şahzadə burada әylәşirdi. Oğuz zamanında dövlәtin sağ tәrәfi daha önәmli idi vә xaqan burda әylәşirdi. Bu nizam tarix boyu davam edib vә dövlәt haki­miy­yә­tini әlindә saxlayanlar daim sağ tәrәfdә әylәşiblәr.
Türk dövlәt gәlәnәyinin banisi olan Mete xaqan e.ə. 201-ci ildә Çin xaqanı Kao-tini Pәtәng da­ğı hәrbindә mühasirәyә saldığında ordusunu dörd at rәnginә görә tәnzim etmişdi. Gündoğan tәrәfdә “boz”, qәrbdә “ağ”, güneydә “qonur”, qüzeydә isә “qara” atlılar dayanmışdı (22, s. 99; 3, s. 91; 16, s. 285).
Buna görә göy rәng qәdim türk inamında Tanrını tәmsil edirdi vә müqәddәs idi. Göy qәdim türkcәdә “yaruq” (işıq, parlaq) anlamını daşıyırdı vә әn ulu mәkan idi. Yer-su isә türkcәdә “kararıq” deyilәn mәvhumun zirvәsi idi, bunun astrolojik simvolu Ay vә Qara İlan adlı bürc idi (11, s. 26). Qaqauzlar qәdim vaxtlarda göyü şüşәdәn ibarәt bir qübbә şәklindә tәsәvvür edirmiş (30, s. 60). Boz rәng dә göyün rәnginә yaxın olduğundan müqәddәslik mәnası ilə yüklәnib şәrqdәki atların rәngi olub. Hun vә Göytürk dönәmlәrindә Göy tanrıya boz rәngli at qurban edilirdi. At hәm dәyәrli bir heyvan, hәm dә qamlar onunla göyә çıxıb, yeraltı dünyasına enә bilirdi (6, s. 140-141). Anadoluda da “at, arvad, silah” üçlüsü bu üç şeyә verilәn dәyәri vurğulayır. Xakasların “Ay Xuucın” adlı dastanında Xan Mәrgәn, oğurlanıb yeraltına aparılan uşaqlarını tapıb gәtirmәk üçün doqquz qolac boyundakı boz atı ilə qaranlıq dünyaya enir (1, s. 551). Babai üsyanını başladan Baba İlyasın atı boz rәnglidir. Bu mәlumat onun nәvәsi Әlvan Çәlәbi tәrәfindәn yazılan “Mәnaqıbnamә”dә qeydә alınıb (19, s. 205-206). Kül Tigin abidәsinin şәrq üzündә yazılır ki, Kül Tigin Çin komandiri Çaçanın ordusu ilә döyüşәrkәn öncә “Tadık Çor”un boz atına, sonra İşbara Yamtarın boz atına, üçüncü olaraq da Yügәn Silig Bәyin kәhәr atına minib” (28, s. 33) düşmәnә hücum edib.
Sağ tәrәfin önәmi Türk dünyasının hәr tәrәfindә müşahidә olunur. “Manas” dastanında Manasın bir ünvanı da Sarı Noqaydır, çünki o sağ qola mәxsusdur (23, s. 301). Altayda yaşayan türklәrin ina­mına görә yerin iyәsi sağ әli döşündә, ürәyinin hizasında, sol әli belindә kәmәrinin üstündә olmaq şәrti ilә dayanmaqdadır (2, s. 128). Әlәvilәrdә bir qız qaçdıqdan vә onların toyuna razı olunduqdan sonra qız evindә tәşkil onunan xınayaxdı mәrasimindә xına öncә qızın, sonra da nişanlısının musahib qardaşının sağ әlinә yaxılır (20, s. 92-93). Altay türklәrinin inamına görә hәr insanın sağında “yayu­çı” adlı yaxşılıq, solunda isә yeraltı dünyasının hakimi Erlikin yolladığı “qara” iyә var (17, s. 17). Altay evlәrinin sağ tәrәfi qadınlara mәxsusdur (2, s. 128). Dәdә әlәvilәrin cәm mәrasimlәrindә mәy­danın üzbәüzündә sağ tәrәfә sәrilәn postun üstündә әylәşir, onun solunda saz çalan әrәnlәr, dәdәnin sa­ğında isә bacı adlanan qadınlar әylәşir (29, s. 334). Trakyada Balım Sultan ocağına bağlı Bәktaşilәr vә Bәdrәddinilәrdә mürşid meydan evindә küncdә, kişilәr sağında, qadınlar da solunda әylәşir (5, s. 70).
Qәdim türk inamında “qara” rәng coğrafi olaraq qüzey yöndә olan yeri, şiddәt vә gücün böyük­lüyünü göstәrmәdә, yaxşılığın qarşısında pisliyi, hәyata qarşılıq ölümü vә yası ifadә etmәdә xüsusi bir funksiya daşıyırdı (12, s. 40-42). Qaqauzlar Böyük Hәftәyә “Qaranlıq Hәftә” deyir, bu hәftәdә ölәn­lә­rin günahkar olduğuna inanırlar (30, s. 362). “Üç Pәlәvan” nağılında da Gürgәn Qıvıran sallandığı qu­yu­nun dibindәki qaranlıq dünyaya qırxıncı gün çatır (30, s. 36). Anadoluda yaşayan әlәvilәrdә “qara” rәng cәhalәtin, “qırmızı” isә işığın, aydınlığın rәmzidir (19, s. 23). “Dәdә Qorqud” dastanlarının Boğac Xan boyunda Bayandır Xan: “kimin ki oğlu-qızı yoxdu, qara otağa qondurun, qara kәçә altına döşәyin, qara qoyunun yahnısından qabağına gәtirin” (9, s. 39) deyә buyuraraq “qara” rәngә qarşı münasibәtini bildirir. 11-ci әsr divan әdәbiyyatının öncüllәrindәn biri olan Yusif Has Hacibin “Qutadqu Bilik” adlı әsәrindә Qaraxanlı Dövlәti dövründә sıravi vәtәndaşlar “qara”, bәylәr isә “ağ” şәklindә vәsflәndirilib (13, s. 157). Türgiş Dövlәti, Qәrbi Göytürklәrin on boyu tәrәfindәn yaradılmışdı. Onların beşi gündo­ğanda, digәr beşi dә günbatanda yaşayırdı. Onu gündoğanda mәskun olanlar qurduğuna görә adı Sarı Türgiş Dövlәti kimi sәslәndirilirdi. Bu dövlәt, 716-cı ildә tәnәzzülә uğradıqda günbatanda yaşayanlar onu bәrpa etdilәr, ancaq adını Türk dövlәt gәlәnәyinә uyaraq mәcburәn Qara Türgiş Dövlәti qoydular (23, s. 275). Qaraxanlı dövlәtinin vәzirlәri dә qara ipәkdәn nişana daşıyırdılar, çünki dövlәti qara xalq­dan olanlar yaratmışdı (12, s. 42). Azәrbaycan sahәsindә dә әsir düşmüşlәr vә xidmәtçilәr üçün “qul-qaravaş” ifadәsi işlәdilir. Mifoloji türk inamına görә “göy üzü” qüzey yöndür vә simvol rәngi olan “qara” da yaşadığımız yerdir (10, s. 3-5). Qәdim türk inamına görә Tanrı insanlara әt yemәlәrini bu­yurduqdan sonra Ülgen göydәn biri qara, digәri ağ rәngli iki daş gәtirәrәk bir-birinә vuraraq çıxan qığılcımla atәş yandırıb (14, s. 42). Qaqauzlar torpağın yeraltı dünyasının üstünü örtәn bir qübbә olduğuna inanır (30, s. 61). Bir әfsanәyә görә dә Günәş axşam olanda yeraltı dünyasına enir (30, s. 62). “Kitabi-Dәdә Qorqud”da “Salur Qazanın evinin yağmalandığı boy”da: “Salur Qazan yerindәn durmuşdu. Doxsan başlı ban evlәrin qara yerin üstünә tikdirmişdi” (9, s. 48), “Qam Börәnin oğlu Bamsı Beyrәk boyu”nda da: “Qamqan oğlu Xan Bayındır yerindәn durmuştu, qara yerin üstünә ağ ban evin tikdirmişdi” (8, s. 64) deyilir.
Türklәrin qüzey yönә qara demәsi, bu bölgәdә iqlim şәraitinin hәddәn artıq ağır vә ağacların, ot­ların mәhsulunun güneyә görә daha az olmasındandır. Azәrbaycan vә Anadolu sahәsindә işlәdilәn “qa­ra qış” ifadәsi dә bundan yaranıb. Güney isә qüzeyә nisbәtәn daha isti olduğuna görә “qara”ya әks rәng olaraq “ağ” rәnglә tәmsil edilib.
“Kitabi-Dәdә Qorqud”da, “Salur Qazanın evinin yağmalandığı boy”da: “Qonur atın yiyәsi, Uruz Xanın ağası, Bayındır Xanın kürәkәni Ulaş oğlu Salur Qazan yerindәn durmuşdu”; yenә hәmin boyda: “Qazan qonur atını çәkdirib mindi, Dәli Dondaz tәpәl qaşqa ayqırını mindi, Qazan bəyin qardaşı Qara­günә göy bәdәvi atını tutdurub mindi, Bayındır Xanın düşmәnini mәğlub edәn Şir Şәmsәddin ağ atını çәkdirib mindi, Parasarın Bayburd hasarından sıçrayıb aşan Beyrәk boz ayğırına mindi, qonur atlı Qa­zana “keşiş” deyәn Bәy Yeynәk doru ayğırına mindi” (8, s. 140), “İç Oğuza Daş Oğuzun dönük çıx­ma­sı vә Beyrәyin öldüyü boy”da Qazan, Qılbaş ilә Aruza xәbәr yollayıb deyir: “dәvәlәrimi nәrildәtdilәr, qaracıq Qazlıq atlarımı kişnәtdilәr” (8, s. 221).
Oğuz xaqanın eradan qabaq 201-ci ildә ordusunu Pәtәng dağı döyüşündә Hunlardakı yön an­la­yı­­şına uyaraq at rәnglәrinә görә, gündoğan tәrәfdә “boz”, qәrbdә “ağ”, güneydә “qonur”, qüzeydә isә “qara” atlılar şәklindә yerlәşdirmәsi vә ordusunu buna görә nizamlaması, Orxon abidәlәrindә Kül Tiginin düşmәnlә döyüşәrkәn mindiyi atların rәngi ilә “Kitabi-Dәdә Qorqud”da Qazanın qonur, Bәy Yeynәkin doru, yәni qonur, Beyrәyin boz, Şir Şәmsәddinin ağ atına minmәsi, Qazanın Qazılıq atları­nın qara rәngli olması, Oğuz kağan dövründәki dövlәtçilik vә yön anlayışının eyni ilә hәm Göytürk­lәrdә, hәm dә “Dәdә Qorqud” dastanlarında davam etdiyini sübut edir.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   232   233   234   235   236   237   238   239   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish