Секине Алиева
"КИТАБИ-ДЕДЕ ГОРГУД И АЗЕРБАЙДЖАН ДИАЛЕКТОЛОГИЯ"
Резюме
Самым важным и памятником турецкого народа является "Китаби Деде Qorgud" эпос, который наиболее ценные для турецкого. В этом эпосе мы можем видеть турецкие обычаи, свои семейные отношения, культура, искусство, методы бороться с e.t.c. Этот эпос объясняет турецкий, азербайджанский языки прекрасно. Турецкий народ может придать непроницаемость свою древнюю и старую историю с этим мемориалом во всем мире. В 1950 году этот эпос объявлен "вредном мемориала". Эпос также очень важно для ученого. Так что эпос не потерять его на самом деле в это время. Как Орхан Шаиг Gokyay Хамид Араслы, Muharrem Argin ученый опубликовал этот эпос много раз. Затем был снят на сценарий этого эпос. Autor выстрела фильма был Анар. После того, как годы независимости этот эпос был в общественных интересах, и это было так нормально. Тогда инициатива наш национальный Lider Гейдара Алиева этот эпос был опубликован и его юбилей был celebraetd. Теперь, как турецкий язык, фундамент азербайджанского языка был этот эпос.
Səməngül Qafarova
Bakı Slavyan Universitetinin dosenti
“KİTABİ-DƏDƏ QORQUD” DASTANLARINDA ADƏT VƏ ƏNƏNƏLƏRİN
BƏDİİ ƏKSİ
Özət
Məqalədə “Kitabi-Dədə Qorqud” dastanlarında əks olunmuş adət və ənənələrdən bəhs olunur.
Həmçinin bu adət-ənənələrin ayrıntılı təsviri verilərək şərh olunur. Eləcə də, dastanda istifadə olunan alqış, qarğış kimi janrlara da münasibət bildirilmişdir.
Açar sözlər: Kitabi-Dədə Qorqud, adət, ənənə, qarğış, alqış
Yaranmasından uzun illər keçməsinə baxmayaraq, hökumət və xalqının qədim adət-ənənəsinə, milli dəyərlərinə hörmət və ehtiram göstərən xalq və hökumət hər zaman bu sahəyə diqqət ayırmışdır.
Azərbaycan xalqının mühüm tarix və mədəniyyət qaynaqlarından biri olan «Kitabi-Dədə Qorqud» dastanının yaranmasından 1300 il keçir. Oğuz türklərinin tarixini əks etdirən «Kitabi-Dədə Qorqud» yüksək bəşəri idealların tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuşdur.
«Kitabi-Dədə Qorqud» dastanının dünya mədəniyyəti və ədəbiyyatı tarixində xüsusi yer tutduğunu, onun yubileyinin Azərbaycan xalqının, bütün türklərin qədim və zəngin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq əhəmiyyətli hadisə olduğunu nəzərə alaraq Azərbaycan xalqının bu möhtəşəm epik əsərinin 1300 illik yubileyinin layiqincə hazırlanması və keçirilməsi məqsədi ilə” (H.Əliyev. Bakı, 20 aprel 1997) qərarlar qəbul olunmuşdur.
«Kitabi-Dədə Qorqud» ümmanından bəhrələnən, onun dahiyanə fikir və duyğularına qarşı hər zaman başlanğıc nöqtəsi bilən qədim ədəbiyyatımız bu gün də bəşəri ideyaların nəhrindən faydalanır və böyük bir məhəbbətlə yanaşır. Türk dünyasının milli, mənəvi, əxlaqi, tarixi əzəmətini, bəşəri əbədiliyini, coşqunluğunu zəiflətməyən, qopuz sədalarının təsirini itirməyən möhtəşəm sənət abidəsi hər zaman öz aktuallığını, saflığını qoruyan təkrarsız incidir. «…orta əsrlərin ən mötəbər bədii söz yadigarları içərisində bir ulduz kimi parlamış, etnik-milli dil və düşüncə etibarilə öz saflığını, təkrarolunmaz rayihəsini qoruyub saxlamışdır. «Kitabi-Dədə Qorqud» çiçəkləri solmaq bilməyən, əbədi təzə-tər qalan, zaman-zaman nəsilləri heyran qoyan bir sənət gülşənidir. Bu kitabı cəsarətlə Azərbaycanın şifahi və yazılı ədəbiyyatının babası adlandırmaq olar» (1).
Hər zaman şifahi ədəbiyyatın güclü olması, hər tərəfli, duyğulu inkişafı, canlı həyat müşahidəsindən doğan motivlər, el-obanın mənəvi tərcümanı kimi formalaşması, yazılı ədəbiyyatımızın bu gün də yenilənməsinə, dəyərli tarixi-mədəni sənət dünyası kimi inkişafına təsir göstərir.
Bu baxımdan «Kitabi-Dədə Qorqud» dastanı da önəmli yerlərdən birini tutur. Bu dastanın ətrafında onun təsirindən güclü, mənəvi dəyərlərlə zəngin minlərlə ədəbi salnamə yazılmışdır, bu davam edilməkdədir. Lakin «türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə qoyulsa, yenə də «Dədə Qorqud» ağır gələr» (M.F.Körpülüzadə).
Bütün türk dünyasının ən qədim və zəngin qaynaqlarından sayılan «Kitabi- Dədə Qorqud» həm də bu xalqların şifahi xalq ədəbiyyatının ilkin variantlarının daşıyıcısıdır. Bununla bərabər əlyazma nüsxəsi kimi də yazılı abidədir. «Oğuz türkcəsinin qənirsiz saflığı, sadəliyi ilə «Kitabi-Dədə Qorqud»-un ilk bağlarını yaradan naməlum Ozan qədər onları ilk qələmə alan şəxs də dahidir, kamil söz ustasıdır və bu dastanları yazmağın vacibliyini dərindən dərk edərək yazılı şəkildə təsbit etməklə, türk dili və mədəniyyəti tarixinə misilsiz xidmət göstərmiş, özündən sonrakı nəsillərin boynuna ödəncsiz bir minnət qoymuşdur» (2)
Xalqımızın milli dəyərlərimizə hörmətlə yanaşması və bunlara adət-ənənələrimizin davamı, ağsaqqal xeyir-duası, alqışlar, düşmənə, pisə qarşı qarğışlar – toy, yas kimi mərasimlərin keçirilməsi və s. bu kimi münasibətlərin inkişafına təsir edən amillər hələ də yaşamaqdadır. Bütün bunlarla bərabər «Kitabi-Dədə Qorqud» vətənpərvərliyin, xalq şücaətinin, vəfa və fədakarlığın şah əsəridir (M.Ə.Rəsulzadə).
Milli dəyərlərimizin bir önəmli sahəsi də, adət-ənənələrimizin həyata keçirilməsi zamanı istifadə olunan alqışlar, mərasimlər, qarğışlardır ki, illərdir müraciət olunmuşdur. Bu yazıda ikinci boy hesab edilən «Salur Qazanın evinin yağmalandığı boyu»nda bir daha diqqətə çatdırmaq niyyətindəyik.
Burada çox öyülmüş, təriflənmiş, igidliyi, mərifəti, yazıqlara, kasıblara arxa, kömək durması ilə seçilmiş, Uruzun atası, Bayandır xanın kürəkəni, Qalın Oğuzun, cəmi igidlərin dayağı sayılan Ulaş oğlu Salur Qazan xanın həyat tərzi, yaşamı, davranışı, var-dövləti vəsf olunmuşdur. Lakin belə bir igidin də düşməni əskik deyilmiş. Burada ilk öncə yuxulara nəzər salaq ki, bu gündə yuxuları yozuruq, onlara inanırıq, əlamətlərini oxşadırıq.
«Gecə yatarkən Qaracıq çoban qara qayğulu vaqeə gördi. Vaqeəsindən sərmərdi uru turdi. Qabangüci, Dəmirgüci – bu iki qardaşı yanına aldı. Ağılın qapısını bərkitdi. Üç yerdə təpə kibi taş yığdı, ala qollı sapanın əlinə aldı» (3).
Gecənin yarısı Şöklü Məlikin dəstəsi hücum etdi. Şirin dilləri ilə Qaraca çobanı ələ almaq istədilər. Lakin yediyi çörəyə xəyanət etməyən çoban, hazırladığı daşlarla, qardaşlarının köməyi ilə düşməni qovdu, təhqir etdi:
«Ala quli söyləmə, mərə itim kafər!
İtim ilə bir yalaqda yundum içən azğın kafər,
Altundağı alaca atun nə ögərsən?
Ala başlu keçimcə gəlməz mana!
Basındağı tuğulğanı nə ögərsən, murdar kafər?
Qızılcıq dəgənəgimcə gəlməz mana!..» (3, 50).
Çobanın təpgisindən duruş gətirə bilməyən düşmən qoşunu qaçdılar. Qaraca Çobanı qarğıdılar: «Yarımasun – yarçumasun, bu çoban bizim həpimiz qırar, olarmı?» dedilər (3, 51).
Ulaş oğlu Salur Qazana giley-güzar göndərdi: «Salur Qazan, bəg Qazan! Ölümisin, dirimisin, bu işlərdən xəbərin yoqmıdır?» dedi (3, 51).
Biz burada yenə yuxunun rolunu, yozumunu görürük. Bütün bu hadisələri yuxuda görən Salur Qazan: «Bilürmisin, qarındaşım qaragünə düşimdə nə göründi? Qara qayğılu vaqeə gördüm. Yumruğumda talbınan şahın bənim quşımı alur gördüm. Gögdən ildırım ağban evim üzərinə şaqır gördüm. Düm qara pusarıq ordımın üzərinə tökülü gördüm. Quduz qurtlar evimi dəlir gördüm, uzanıban gözümi örtür gördüm…» dedi (3, 51).
Və yuxularının yozumunu istədi. Yuxuları yozuldu. Lap təhlükəli anların yozumunu söyləyə bilmədilər. Söyləmək istəmədilər.
Dastanın maraqlı, yönümlü ifadələrlə zənginliyi, asanlığı, dilə yatımlılığı fikirlərin aydınlaşmasına xidmət edir.
Yuxu görmələr və onların yozulması bizim milli dəyərlərimizə xas vərdişlərin bir ucudur. Yuxuya inanmaq, bu inancın ardınca getmək o zamandan gələn xarakterdir. Hələ Qaraca Çobanın Salur Qazanın ünvanına gileylənməsi, onu ittiham etməsi də sanki dünən, bu gün aramızda baş verən bir hadisədir. Salur Qazanın elinə-obasına, torpağına-suyuna olan məhəbbəti, ailəsinə, anasına, oğluna olan qeyrəti, istəyi türk xalqına məxsus keyfiyyətlər hər zaman olduğu kimi bu gün də öz əzəmətini itirməyən xüsusiyyətlərdəndir.
Ailəsini qurtarmağa özünün tək getməsi, onun vəzifə borcu olduğunu söyləməsi, namusuna olan etibarlılığı bu günün də vacib sayılan hadisələrindəndir. Ailəsinin xilasına Qaraca Çobanla getməyi özünə sığışdırmır: «Əgər çobanla varacaq olursam, Qalın Oğuz bəgləri bənim başuma qaqınc qaxarlar» (3, 55).
Çobanın sədaqəti, düz ilqarı, etibarlılığı, yediyi çörəyə borclu hiss etməyini görürük. Qazan xan onu ağaca sarısa da, ağac belində kafərlərə qarşı vuruşda, ona arxa-dayaq olmaq hissi keçir ürəyindən. Bunu da edir. Bu hərəkətləri ilə də bir daha seçilir. Hörməti, izzəti bir az da artır. Düşmən üstünə hücum çəkən Salur Qazanın ilk sözü:
«Qarıcıq anam gətürüb durursan, mərə kafər, anam vergil mana
Savaşmadın, vuruşmadın qayıdayum - geri dönəyim,
Gedəyim, bəllü bilgil,» - dedi (3, 59).
Salur Qazan nə qızıl tağlı evlərini, nə qiymətli xəzinəsini, nə şahanə atlarını, qatar-qatar dəvələrini, nə qırx qızla Burla xatunu, nə də qul etməyə hazırlaşdıqları Uruzu istəyir. Yalnız qoca anasını istəyir. Ana müqəddəsliyi, ana məhəbbəti, ana həsrəti, ananın əvəzsiz olmasını önə çəkir. Ananın insan həyatında heç kimlə əvəz edilməməsinin mümkünsüzlüyünü qeyd edir. Kafərin «ananu qara keşişin oğluna verəcəm ki, bir səni kimi oğul doğsun» deməsi, onu daha da qızışdırır. Arxasınca gələnlərin də ürəkdən hücumu, onun ailəsini düşmənin cəngindən xilas edir.
Var-dövlətini, ilxısını, sürüsünü, dəvələrini, anasını, ailəsini, oğlunu – hər şeyi xilas edir. Üzüağ, başıuca torpağına dönür. Ulu tanrı haqq-ədalətin həmişə qalib gəldiyini sübut edir. Burada da Dədəm Qorqud qopuzu götürdü, bu haqq işinin qalibliyinə söz söylədi:
«Qarlı qara tağlarım yıqılmasun!
Kölgəlicə qaba-ağacın kəsilməsün!
Qamın aqan görklü suyun qurımasun!
Qadir tənri səni namərdə möhtac etməsün!
Çaparkən ağ-boz atın büdrəməsün!...» və s. (3, 63).
Biz də Dədəm Qorqudun dili ilə deyirik ki, günahsız xalqımızı «Adı görklü Məhəmməd Mustafa yüzi suyuna bağışlasun…», kafərlərin əlindən torpaqlarımızı xilas etsin! Əsir və girovlarımızın yolu açılsın!
«Kitabi-Dədə Qorqud» hər bir müdrik və incə zövqlü oxucunun təsəvvüründə bədii sözün əlçatmaz, ünyetməz zirvəsidir. Bu «Kitab» keçmişə qayıdış deyil, gələcəyə çağırışdır. Hər səhifəsində türkün qəlb genişliyi, milli qüruru, tükənməz hünər və qəhrəmanlıq ehtirası dolğun ifadəsini tapmış və ölməzlik hüququ qazanmış, bu sənət manifesti oğuz atlarının gümüş nalları ilə möhürlənmişdir.
Min illər bundan öncə kimliyimizi, kimlər olduğumuzu daim bizə andıran və bu gün də, sabah da kimlər olacağımızı bizə qandıran, bizdən tələb edən bu xalq kitabı milli birliyimizin, mənəvi diriliyimizin canlı heykəlidir! (1, 29).
Do'stlaringiz bilan baham: |