Дядя Горгудун мязар йери щаггында


Keywords: Dede Korkut, Kysyrdzha Enge, Bohazdzha Fatima, epos, nurse, old woman, laugh Шебнем Гусейнова



Download 6,67 Mb.
bet232/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   228   229   230   231   232   233   234   235   ...   289
Keywords: Dede Korkut, Kysyrdzha Enge, Bohazdzha Fatima, epos, nurse, old woman, laugh
Шебнем Гусейнова
ОБРАЗЫ КЫСЫРДЖА ЕНГЕ И БОХАЗДЖА ФАТИМЕ ИЗ “ДЕДЕ КОРКУД”, В КОНТЕКСТЕ ОБРАЗОВ ИЗ РАЗЛИЧНЫХ ЭПОСОВ.
Резюме
Эпическое произведение "Китаби Деде Коркуд ", отличается от других эпосов, множес­твом образов. Наряду с мужскими образами, тут имеется и много различных женских образов. В статье говорится о Кысырджа Енге и Бохазджа Фатиме . Эти образы, анализируются в кон­тексте с другими женскими образами, из других из различных эпосов. Расследуется функция нянек Кысырджа Енге и Бохазджа Фатиме. Проводится сравнение старух-нянок из других из различных эпосов.
Ключевые слова: Деде Коркут, Бохазджа Фатима, Кысырджа Енге, эпос, няня, старуха, смех
Sədaqət Həsənova
Filologiya elmləri doktoru, professor
KİTABİ-DƏDƏ QORQUD”UN DİLİNDƏ ALQIŞ VƏ QARĞIŞLAR
Özət
Məqalədə “Kitabi-Dədə Qorqud” eposunda rast gəlinən alqış və qarğışlar tədqiqata cəlb olunur. Belə ki, dilimizdəki alqış və qarğışlar – xeyir-dua və bəddualar qədim tarixi köklərə bağlıdır. Alqış və qarğışlar xalqımızın milli təfəkkürü, etnoqrafiyası ilə bağlı olaraq mədəniyyətin göstəricisi kimi mey­dana çıxmışdır. Bu baxımdan “Dədə Qorqud kitabı”nın dili də maraqlı faktlar verən qiymətli bir qay­naqdır.
Açar sözlər: “Kitabi-Dədə Qorqud”, alqış, qarğış, nitq mədəniyyəti, nitq etiketləri
Azərbaycan ədəbi dilinin qədim tarixi mərhələsini əks etdirmək baxımından “Kitabi-Dədə Qorqud” dastanının dili maraqlı faktlar verən qiymətli bir qaynaqdır. Ümumiyyətlə, dilimizin müxtəlif istiqamət­lərdən araşdırılması üçün bu dastanın dilindən çox dəyərli materiallar almaq mümkündür.
Sözügedən folklor örnəyi milli-mənəvi, tarixi, ədəbi-bədii abidə olmaqla yanaşı, həm də bö­yük bir nitq mədəniyyəti xəzinəsidir. Dastanın dilində xalqımızın mənəviyyat baxımından zənginlik və seçkinliyini təsdiq edən faktlar bolluğu, bir tərəfdən də, onun nitq mədəniyyətinin dərinliyini göstərir. Nitq mədəniyyəti baxımından dastanların dilinin özünəxas özəllikləri vardır. Bu baxımdan, əsərin dilindəki alqış və qarğış nümunələri diqqəti çəkir.
Dilimizdəki alqış və qarğışlar – xeyir-dua və bəddualar qədim tarixi köklərlə bağlıdır. “Kitabi-Dədə Qorqud” dastanında onların çox mükəmməl örnəkləri ilə qarşılaşırıq. Dastanın müqəddiməsində Dədə Qorqudun dilindən verilən alqışlar buna örnəkdir. Bundan başqa, bütün boylar dualarla bitir. Dastanların ilk boyundan başlamış son boy daxil olmaqla bütün məzmunu xeyir-dua ilə zəngindir:
Qadir Tanrı səni namərdə möhtac etməsin! (3, 36)
Yüksək qara dağların sənə yaylaq olsun!
Kölgəlicə qaba ağacın kəsilməsin!
Çaparkən ağ-boz atın büdrəməsin!
Çalanda qara polad üz qılıncın kütləşməsin! (2, 134) və s.
Beləliklə, ağzı dualı nənələrimiz, babalarımız yaxşılıqları, xeyirxahlıqları gözəl sözlərlə mükafat­landırıblar, xeyir-dua veriblər, pisliklərə, bədxahlıqlara qarşı isə dili qarğışlı olublar, bəddua ediblər.
Dastanın dilindəki alqışlarla çağdaş dilimizdəki alqışların müqayisəsi onların üç qrupa ayrıl­masını əsaslandırır:

  1. Həm çağdaş dilimizdə, həm dastanın dilində forma və məzmunca eyni olanlar;

  2. Mənbələrdə (çağdaş dilimiz və “Dədə Qorqud”un dilində) formaca fərqli olub, məzmunca eyni və ya yaxın olanlar;

  3. Mənbələrdən yalnız birinə aid olan, yəni ya dastanın dilinə, ya da çağdaş dilimizə xas olanlar.

Birinci qrupa, yəni hər iki mənbədə həm forma, həm də məzmunca eyni olan alqışlara aşağı­da­kını misal göstərmək olar: Əlin var olsun! (2, 125; 133), Allah-taala sənə bir oğul versin! (2, 133). Bu alqış-dua həm dastanın dilində, həm də çağdaş dilimizdə eyni forma və məzmuna malikdir. Lakin çağdaş dilimizdə bəzən bir söz fərqi ilə işlənir: Əlin-qolun var olsun!
“Kitabi-Dədə Qorqud” dastanlarının dili ilə çağdaş dilimizdə ikinci qrupa aid, yəni formaca fərqli olub, məzmunca eyni və ya yaxın alqışlar həm forma, həm də məzmunca eyni olan alqışlardan sayca çoxdur.
Dastanın dilində: Qadir Allah üzünü ağ etsin!(2, 134).
Çağdaş dilimizdə: Üzün ağ olsun!
Dastanın dilində: Dövlətsizlər şərindən Allah saxlasın, xanım, sizi!(2, 134).
Çağdaş dilimizdə: Allah səni şər-şamatadan saxlasın!
Dastanın dilində: Haqq sizə yaman göstərməsin!(2, 134).
Çağdaş dilimizdə: Allah sənə yaman gün göstərməsin!
Dastanın dilində: Allah verən umudun kəsilməsin! (2, 134).
Çağdaş dilimizdə: Allah ümidini üzməsin!
Dastanın dilində: Haqq yandıran çırağın yana dursun!(2, 134).
Çağdaş dilimizdə: Çırağın sönməsin!
Mənbələrdən yalnız birinə aid olan, yəni ya dastanın dilinə, ya da çağdaş dilimizə xas olan al­qış­lar kəmiyyət baxımından digər alqışlardan seçilir. Dastanın dilində “Azıb gələn qadanızı Tanrı sovsun, xanım, hey!”, “Qara dağa yetdiyində aşıt versin!”, “Qara ölüm gəldikdə keçid versin!”, “Yerli qara dağların yıxılmasın!”, “Soyuq-soyuq suların sana içət olsun!”, “Tavla-tavla şahbaz atların sana binət olsun!” və s., çağdaş dilimizdə işlənən “Ayağı yüngül olasan!” (2, 123), “Allah dadına yetsin!”, “Danəndəliyə çatasan!” (2, 124), “Xeyirxəbər olasan!” alqışları bir qaynağa aid olan dil fakt­larıdır.
Maraqlıdır ki, çağdaş dilimizdə işlənmə aktivliyi ilə diqqəti çəkən “Behiştlik olasan!” (2, 123) alqış-duası ikinci şəxsin təkinə ünvanlanıbsa, dastanların dilində bu dua valideynlər haqqında deyilib: “Ağ birçəklü anan yeri behişt olsun!”, “Ağ saqallu baban yeri uçmağ olsun!” (3, 36).
“Kitabi-Dədə Qorqud” dastanlarının dilində alqış örnəkləri daha çoxdur, qarğış-bəddua örnəkləri isə onlarla müqayisədə xeyli azdır. Dastanın “Salur Qazanın evi yağmalandığı boyı bəyan edər” adlı ikinci boyunda Qazan xan Qaraca Çobandan evini soruşanda çoban deyir:
Ölmüşmiydin, yitmişmiydin, a Qazan!
Qanda gəzərdin, nerədəydin, a Qazan!
Dün yoq, ötəki gün evin bundan keçdi,
Qarıcıq anan qara dəvə boynunda asılu keçdi.
Qırq incə belli qızıyla halalın –
Boyı uzun Burla xatun ağlayıban şundan keçdi.
Qırq yigidlən oğlun Uruz başı açıq, yalın ayaq
Kafirlərin yanınca dutsaq getdi.
Tavla-tavla şahbaz atların kafir binmiş,
Qatar-qatar qızıl dəvələrin kafir yetmiş.
Altun-aqça bol xəzinəni kafir almış (3, 42).
Bu sözlərdən sonra Qazan xan Qaraca Çobanı belə qarğıyır:
Ağzın qurusun, çoban!
Dilin çürüsün, çoban!
Qadir sənin alnına qada yazsın, çoban! (3, 43).
Dilimizdəki “Dilin qurusun” bədduası indi də işləkdir.
Bundan başqa, “Qam Börənin oğlı Bamsı Beyrək boyını bəyan edər, xanım, hey...” boyunda Dədə Qorqud Banu Çiçəyi Beyrəyə istəməyə gələndə qızın qardaşı Dəli Qarcar qəzəblənib atına minə­rək onun ardınca çapır və qılıncla Dədəni vurmaq istəyir. Bu zaman Dədə Tanrıya sığınıb ismi-əzəm oxuyub igidi qarğıyır: “Çalırsan, əlin qurusun” – deyir (indi də dilimizdə bu qarğış aktiv mövqelidir. O, həm dastanın dilindəki kimi “Əlin qurusun!”, həm də “Əlin-qolun qurusun!” formasında işlənir). Dədə Qorqud “vilayət issi” – oğuzun ruhani ağası idi. Ona görə də onun bədduası qəbul olunur və Dəli Qarcarın əli quruyub havadan asılı qalır. Bu, oğuzların dualarının Tanrı tərəfindən qəbul olunduğunu göstərir. Çünki onlar xarakter və məzmunundan (xoş və ya bəd olmasından) asılı olmayaraq haqlı dualar idi. Təsadüfən ağızdan çıxan və hər kəsin dilindən qopan dualar və bəddualar, sözsüz ki, qəbul olunmur. Dastanın dilindəki sözügedən bəddualardan birincisi – Qazan xanın Qaraca Çobana söy­lə­dikləri içdən gələn bəddua – qarğış deyildi, bəd xəbər alan xanın narahatlığını ifadə edən sözlər idi. Lakin Dədə Qorqud Oğuzun issidir, özü kimi əlindəki qopuz da müqəddəs idi. O, özündən böyüyə əl qaldırmaq istəyəni qarğıyır. Oğuz elində özündən böyüyə ağ olmaq pis, hətta bədnam xüsusiyyət hesab edilirdi. Məsələn, dastanın ilk boyunda Dirsə xan oğlunu özündən böyüklərə – ağsaqqallara dil qaytardığı və özündən kiçiklərə əl qaldırdığı üçün öldürmək istəyir. Bu onu təsdiq edir ki, dastan bizim, həm də qədim əxlaq kodeksimizdir.
Qeyd etmək lazımdır ki, dastanın dilindəki alqışlar kəmiyyət baxımından bəddualardan xeyli çoxdur. Alqış və qarğışlar Azərbaycan nitq mədəniyyətində nitq etiketlərinə (yarlıqlarına) aid olan ör­nəklərdir və onlar məişət nitqində özünəməxsus mövqeyə malikdir. Türk xalqları ədəbiyyatında onlar folklor nümunələri hesab edilir. Dastanın dili ilə çağdaş dilimizdəki alqış və qarğışlar məna çalar­la­rına, məzmun keyfiyyətlərinə görə bir sıra yaxınlıqlara malikdir. Tarixən dilimizdə alqışlar dua da ad­lan­dırılmışdır və bu, təbiidir. Çünki onların hər biri dua səviyyəsindədir, xeyirxahlıqla deyilir və çoxu dini xarakter daşıyır. Məsələn: Allah köməyin olsun! Allah işini rast gətirsin! Allah xoşbəxt eləsin! Al­lah yaman gözdən saxlasın! və s. kimi alqış-dualar bu baxımdan diqqəti çəkir.
Dua hesab edilən dil faktları içərisində elələri var ki, onlar, əslində danışıq mədəniyyəti ilə bağlı olaraq nitq etiket kimi işlənir. Məsələn: “başına dolanım”, “başına dönüm”, “qadan alım”, “sabahın xeyir!”, “uğur olsun!”, “salamat qal!” ifadələri belələrindəndir. Bunlardan “başına dolanım”, “başına dönüm”, “qadan alım” qeyri-rəsmi müraciət etiketləri, “sabahın xeyir!” görüşmə etiketi, “uğur ol­sun!”,“salamat qal!” isə ayrılma etiketləridir. Əvvəllər Azərbaycan dilində də bu söz və ifadələr indiki mövqeyində olmamış, məişət mərasim nəğmələri sırasına daxil edilmişdir.
Alqış və qarğışlar xalqımızın milli təfəkkürü, etnoqrafiyası ilə bağlı olaraq mədəniyyətin göstə­ri­cisi kimi meydana çıxmışdır. Bu baxımdan, müraciət, görüşmə, ayrılma, təbrik yarlıqları geniş yayıl­mışdır. Artıq alqışlar və qarğışlar da nitq etiketləri sırasına aid edilir. Onlarda xalqın düşüncə və mü­nasibətlərindən başqa, həm də hikmət, gizli fikir və sözlər də vardır. Alqışlar və qarğışlar minilliklər boyu, əsasən, dəyişməyən, sabitliyini qoruyub saxlayan etiketlərdəndir. Onlar bəzi nitq etiketləri ilə müqayisədə ünsiyyətdə aktiv mövqelidir. Elə nitq etiketləri var ki, onlar ünsiyyətdən tez çıxır və ya başqası ilə əvəz olunur. Alqış və qarğışlarda isə belə dəyişmə ya olmur, ya da çox gec-gec baş verir. “Nitq etiketlərindən yerli-yerində istifadə olunması ünsiyyətin normal gedişinə, anlaşmaya kömək edir, səmimi münasibət yaradır. Bu etiketlərlə biz çox zaman hörmət və məhəbbətimizi, bəzən də qə­zəb və nifrətimizi ifadə etmiş oluruq” (1, 499).
Hər bir xalqın öz mənəviyyatına, həyat tərzinə, adət-ənənələrinə uyğun deyimləri, nitq mədəniy­yəti örnəkləri onun milli-mədəni təfəkkürünün mükəmməl göstəricilərindən biridir. Xalqımızın di­lin­dəki belə nümunələr onların zəngin mənəviyyatının, dolu qəlbinin və ağlının məhsulu olaraq uzun zamanlardan bəri dildən-dilə keçmişdir. Onlar xalqın zövqünə, təfəkkürünə uyğun düzülüb-qoşulmuş, dil-nitq mədəniyyətinin sərvəti kimi yüksək dəyərlərlə zənginləşmişdir.
Ox atmaqda, qılınc oynatmaqda, at çapmaqda, dövlət qurmaqda məşhur olan qədim xalqımız, sözdən istifadə etməkdə, onu yerində və layiqincə işlətməkdə də çox bacarıqlı idi. Onun dilindəki bir çox nümunələr, o cümlədən alqışlar və qarğışlar söz-ifadə yaradıcılığının mükəmməlliyini göstərir. Az sözlə çox fikir ifadə edən bu qədim məişət nitqi örnəkləri xalqın içindən gələn, hər hansı bir du­rumla bağlı olaraq meydana çıxan maraqlı dil vahidləridir. Bu örnəklər xalqımızın söz haqqı, söz yaddaşıdır. Söz Tanrının insana bəxş etdiyi ən yüksək və ülvi hədiyyədir. Bu əvəzsiz mənəvi nemətlə Tanrı insanı bütün digər canlılardan ayıraraq onu şərəfləndirib, xoşbəxtlik mərhələsinə qaldırıb. Doğ­rudan da, düşündüklərini ifadə edə bilmək, dərdini anlatmaq, dərdlərə yandığını nitqi ilə bildirməyi ba­carmaq, mənəviyyatını dili ilə yaşatmaq insanın ən böyük uğurlarındandır. Bu anlamda, nitq mədə­niy­yətimizin söz və məna zənginliyi mənəvi dünyamızın zənginliyindən xəbər verir.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   228   229   230   231   232   233   234   235   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish