Дядя Горгудун мязар йери щаггында


Key words: Azerbaijan, Garagalpag, motif, plot, image, Dede Gorgud, similarity Шабнам Мамедли



Download 6,67 Mb.
bet230/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   226   227   228   229   230   231   232   233   ...   289
Key words: Azerbaijan, Garagalpag, motif, plot, image, Dede Gorgud, similarity
Шабнам Мамедли
СХОЖЕСТЬ МОТИВОВ, СЮЖЕТОВ И ОБРАЗОВ В АЗЕРБАЙДЖАНСКИХ И КАРАКАЛПАКСКИХ ДАСТАНАХ
/На материале эпоса «Китаби-Деде Коркут»/
Резюме
В представленной статье в сравнительно-сопоставительном плане изучаются мотивы, сюжеты и образы эпоса «Китаби-Деде Коркут», нашедшие свое выражение в общей линии ле­генд и преданий о Деде Коркуде. Эта схожесть в первую очередь связана с общностью исто­рической, этнической и генетической судьбы тюрков-огузов и тюрков-кыпчагов, долгое время живших в едином географическом пространстве.
Ключевые слова: Азербайджан, каракалпак, мотив, сюжет, образ, Деде Коркут, схожесть.
Şəbnəm Hüseynova
AMEA Folklor İnstitutu, doktorant,
shebnem.vagif@mail.ru
DƏDƏ QORQUD”DA QISIRCA YENGƏ VƏ BOĞAZCA FATMA SURƏTLƏRİ DASTANLARIMIZDAKI QARI OBRAZLARI KONTEKSTİNDƏ
Özət
“Kitabi-Dədə Qorqud” eposu surətlər aləminin zənginliyi ilə digər dastanlardan seçilir. Burada kişi surətləri ilə yanaşı fərqli qadın surətləri də çoxluq təşkil edir. Məqalədə Qısırca Yengə və Boğazca Fatma obrazlarından danışılır. Bu obrazlar dastanlarımızdakı digər qarı obrazları kontekstində təhlil olunur. Qısırca Yengə və Boğazca Fatmanın dayə funksiyası araşdırılır, digər dastanlardakı dayə qarı­larla müqayisəsi aparılır.
Açar sözlər: Dədə Qorqud, Boğazca Fatma, Qısırca Yengə, epos, dayə, qarı, gülüş
“Kitabi-Dədə Qorqud” eposu xalq yaradıcılığının hər zaman aktual olan misilsiz nümunəsidir. Xal­qın tarixini, məişətini, mədəniyyətini, adət-ənənəsini, dinini, dilini özündə əks etdirən “Kitabi-Dədə Qorqud” elmi yaradıcılıq üçün həmişə zəngin mənbə rolunu oynayır.
Qırx oynaşlı Boğazca Fatma və Qısırca Yengə dastanda diqqət çəkən obrazlardandır. “Bay­bö­rə­nin oğlu Bamsı Beyrək boyu”nda meydana girən Qırx oynaşlı Boğazca Fatma, Qısırca Yengə ob­razları nə döyüşkən qadın, nə də fədakar anadırlar. Onlar Banı Çiçəyin dayələridir. Dayə vəzifəsini yerinə yetirən qarıları biz digər dastanlarda da görürük. Yüzillərin təcrübəsi göstərir ki, qadın sosial, ictimai həyatda önəmli yer tutur və bu, dastanlarda, nağıllarda, mifoloji mətnlərdə, ümumiyyətlə, folklor nümunələrində daha çox nəzərə çarpır.
Dayə qarılar adətən şahzadə qızların yanında olurlar. Bu dayələr şahzadə qızları böyüdür, məsləhət verir, onlarla bağlı bütün hadisələrdən birinci xəbər tuturlar. Bu dayələrin bəzisi xeyirxah, bəzisi bədxah qarılardır.
“Dədə Qorqud”dakı Qısırca Yengə və Boğazca Fatma obrazlarının digər dastanlardakı qarılarla oxşar cəhətləri olduğu kimi fərqli cəhətləri də var.
“Bamsı Beyrək boyu”nda əvvəlcə Qısırca Yengəni Beyrəkdən keyik payı istəyərkən görürük. Elə əvvəldən məlum olur ki, Qısırca Yengə burada xidmətçidir. O, Baybicanın qızı Banıçiçəyin dayə­lə­rin­dəndir. Qısırca Yengə hər zaman Banıçiçəyin yanında olur, onun istəklərini yerinə yetirir. “Aşıq Qə­rib”, “Abdulla və Cahan xanım”, “Şah İsmayıl”, “Tahir və Zöhrə” və bir çox dastanlarda şahzadə qızların dayəsi olur.
“Aşıq Qərib” dastanında Rəsulun Tiflisdə rastlaşdığı qarı xanımının tapşırığını yerinə yetirir. Qarının dediyinə görə, Şahsənəm onu aylıqçı qoyub ki, şəhərə gələn qəriblərdən Şahsənəmə xəbər aparsın. “Dünyada ustadlar dilində iki cür qarı var – biri köpəyi qarı, biri ipəyi qarı. Bu qarı ipəyi qarı­lardandır (Azərbaycan dastanları, 2005, III cild:16). Burada qarı öz xanımına sadiqdir. Amma o, öz mənafeyini güdür. Hər dəfə qəriblərdən Şahsənəmə xəbər çatdıranda xələt alır. İpəyi qarı ilə yanaşı dastanda imansız qarı da var. Şahvələd nişan xonçalarını həmin imansız qarı ilə Şahsənəmə göndərir. İpəyi qarı Şahsənəmin, köpəyi qarı Şahvələdin “dayağıdır” (dayələr şəri təmsil edən obrazların kö­məkçiləridir (Azərbaycan dastanları, 2005, III cild: 64, ). Bu qarılara məxsus xüsusiyyətləri söyləyici çatdırırsa, “Bamsı Beyrək boyu”nda adi dayə kimi görünən Qısırca Yengənin xarakterik xüsusiyyəti Banıçiçəyin toyu günü açılır. Ozan qiyafəsində məclisə gələn Beyrək ərə “gedən qız qalxıb oynasın, mən qopuz çalım” – deyir. Məclisdəkilər Qısırca Yengəni Banıçiçək kimi təqdim edirlər. Lakin Beyrək Qısırca Yengəni tanıyıb, onu ifşa edir.
“And içmişəm qısır qısrağa bindiyim yoq.
Binibəni qazavata vardığım yoq.
Evinizin ardında sarvanlar.
Sana baqar onlar.
Buldır-buldır gözlərinin yaşı aqar” (Əlizadə, 2004: 73).
Qısırca Yengə geri çəkilir, Boğazca Fat­ma ortalığa girir. Lakin dəli ozan onu da tanıyır.
"Sənin adın Qırq oynaşlı Boğazca Fatma degilmiydi?” (Əlizadə, 2004: 73). Qısırca Yengə Banı­çiçəyin adicə dayəsi yox, komik “dvoynik”idir (Kazımoğlu, 2006: 122). “Dədə Qorqud”da Boğazca Fatma və Qısırca Yengə obrazları komik vəziyyətlərə düşür, gülüş hədəfinə tuş gəlirlər. Lakin ko­mik­lik burada formadır. Məzmuna nəzər salanda ciddi tərəf, xaos görürük. Digər dastanlardakı dayələrin də gülməli və ciddi tərəfləri var.
“Heydər” dastanında Süsənbərin dayəsi, qarı məsləhət verir, ona çətin vəziyyətlərdə kömək olur. Lakin o da Qırx oynaşlı Boğazca Fatma kimi oynaş sevəndir, o da öz xanımının istəklisi ilə başbir ol­maq arzusundadır. Buna görə də Süsənbərin yerini deməkdən boyun qaçırır.
Hər yetənə salma nəzər,
Bənövşə boyuma bənzər.
Oğlan, sən dediyin gözəl,
Süsən-sünbül dağındadır.
Heydər isə Süsənbər deyib dad eləyir:
Çox nəf görərsən Heydərdən,
Məni qurtar intizardan,
Bir xəbər ver Süsənbərdən
Yardan ötrü sərgərdanam (Azərbaycan dastanları. 2005, III cild:171).
Qarı bu işin baş tutmayacağını görüb, özünü tərifləməyə başlayır. Abırlı, həyalı dayə olduğunu sübut etməyə çalışır. Bu motiv “Seydi və Pəri” dastanında da var. Bayramxatun qarı bir şərtlə Pərinin tilsimli şüşədəki şəklini açmağa razılıq verir ki, Həsən Paşa bu qarını alsın. Hasan Paşa “aldım” deyəndən sonra “Qarı bir əfsun oxudu, şəkli şüşədən çıxardı” (Azərbaycan dastanları. 2005, II cild: 174). Lakin bu qarı­lardan fərqli olaraq, Qısırca Yengə, Boğazca Fatma Beyrəyi tanımır, onun sadəcə ozan olduğunu düşü­nür­lər, ozanı aldatmağa çalışırlar. Professor Muxtar Kazımoğlu yazır ki, Boğazca Fatma qırx oynaşlı olduğu kimi, Qısırca Yengə də az aşın duzu deyil - onun ardınca sarvanların baxıb bıldır-bıldır göz yaşı axıtması hansısa hingilimdən, mazaxdan xəbər verir (Kazımoğlu, 2011:101). Qısırca Yengə, Qırx oynaşlı Boğazca Fatma nə qədər şəhvətpərəst olsalar da, onlar subaydırlar. Şəh­vətpərəstlik qarıların mifoloji kökü ilə bağ­lıdır. Cəlal Bəydili yazır ki, seksual-erotik aktivlik bir motiv kimi dönəlgə obrazları, Ulu Ana komplek­sindən qopma xtonik qadın obrazları və ya hami ruh­lar üçün də xarakterikdir (Bəydili, 2003: 375). “Kitabi-Dədə Qorqud” dastanından nümunə gətir­di­yi­miz Qırx oynaşlı Boğazca Fatma kimi, “Koroğlu” dastanında Koroğlunun qarşılaşdığı qarı subaydır. Ümu­miy­yətlə, bütün folklor nümunələrində qarılar tək, ya bir qızı, ya da bir oğlu ilə yaşayır. Onların əri olmur, hətta onlardan söhbət belə açılmır. Y.V Propp da rus folklorunun mifoloji obrazı Baba Yaqa haqqında danışarkən göstərir ki, o, qarıdır, heç vaxt əri olmayan qarı (Propp, 1986: 75). “Məhəmməd və Gülən­dam” dastanındakı qarı sonsuz qarı olsa da, Qısır­ca Yengədən fərqli olaraq nəvəsi var (Azər­baycan dastanları. 2005, II cild: 323). Bu xüsusiyyət Şahravanı qarını Boğazca Fatmaya yaxınlaşdırır. Nəvə­si­nin olması Şahravanı qarının artım xüsusiyyətinə işarədir.
Qarıların onları mifoloji varlıq kimi tamamlayan xarakterləri, atributları olur. Bəzən isə qarıların adları onların xarakterindən xəbər verir. Məhz Qısırca, Boğazca ayamaları obrazın komik xarakterini açmağa xidmət edir. Bu ayamaların təsdiqini onların gülməli davranışlarında tapdığını yazan professor Muxtar Kazımoğlu həmin hərəkətlərə, onların dərələrdə neçə-neçə oyundan çıxmasına bir zarafat göstəricisi kimi baxmağı irəli sürür (Kazımoğlu, 2011: 102). Bu ayamalar məhz obrazları bir qəlibə salır. Özkul Çobanoğlu “Türk dünyası Epik Dastan Ənənəsi” kitabında yazır ki, dastan qəhrəmanının roman qəhrəmanı kimi daxili qarşıdurmalar və psixoloji böhranlar nəticəsində dəyişib fərqli xarakterə çevrilməsindən söz belə gedə bilməz. Odur ki, dastandakı digər obrazlar da daxil olmaqla şahmat fiqurları kimi qəlibləşirlər (Çobanoğlu, 2011: 100). Artıq qəlibləşən Qısırca Yengə, Boğazca Fatma situasiyanı özləri istədikləri kimi dəyişməyə cəhd edirlər. Burada situasiya qəhrəmanı yox, qəhrəman situasiyanı formalaşdırır (Abdulla, 2009: 146).
“Xeyiri təmsil edən” (Kazımoğlu, 2011: 106) bu obrazlar Banıçiçəyin qoruyucusudurlar (106). Onlar kələkbazlıqla öz xanımlarına “dayaq”dırlar. Belə ki, kələkbazlıqla məclisə daxil olan Beyrək kələkbazlıqla cavabını alır - Banıçiçəyin qaftanını geyinən “qarı”lar sıra ilə Banıçiçək adı ilə məclisə daxil olurlar. Prof. Kamran Əliyev yazır ki, qaftan tanınmağın əlamətidir ( Əliyev, 2011; 89). Qısırca Yen­gəni, Boğazca Fatmanı Beyrəyə nişan verən əlamətlərdən biri elə bu qaftandır. Professor Muxtar Kazımoğlu yazır ki, kələkbazlığın ən səciyyəvi göstəricisi libas dəyişmək, özünü gizlədib cilddən- cildə, dondan-dona girməkdir (Kazımoğlu, 2006, 212). Lakin komik duruma düşdüklərindən Qısırca Yengənin və Boğazca Fatmanın kələyi baş tutmur. Muxtar Kazımoğluna görə, hiyləgərlik dastan janrında komizmə zəmin yaradan əsas motivlərdən biridir (Kazımoğlu, 2006, 170).
Dastanlarda dayə funkisyasını yerinə yetirən digər qarılara nəzər salaq. “Tahir və Zöhrə” dastanında Zöhrənin dayəsi deyingən qarıdır. Tahir arvad qiyafəsində gələndə dayə qarı deyinə-deyinə Zöhrəyə yemək aparır. Burada dayə işindən narazıdır. O, özünə köməkçi axtarır. (Azərbaycan das­tanları. 2005, I cild: 148). Zöhrənin dayəsi acgözdür. Zöhrə sirrini saxlamağından ötrü ona bir ovuc əş­rəf versə də, qarı sirri Hatəm Soltana çatdırır. O, öz xanımına qarşı vəfasızdır. Odur ki, dayəsini yaxşı tanıyan Zöhrə onu “beiman” adlandırır.
Beiman getdi xəbərə,
Nə yatıbsan, Tahir Mirzə
Çəkəcəklər səni dara,
Nə yatıbsan, Tahir Mirzə (Azərbaycan dastanları. 2005, I cild: 154).
“Abdulla və Cahan xanım” dastanında (Azərbaycan dastanları. 2005, II cild: 212) Cahan xanımın dayəsi, Abdullanın isə lələsi olur. Bir dişi olmayan bu qarı nə zaman Cahan xanım gəzməyə çıxsa onunla çıxar, xanımını tək buraxmaz. Abdullanın lələsi də şahzadəsinin addığı hər addıma fikir verir, yol göstərir, lazım olanda məsləhətlərini verir. Qədəmnisə qarı sonda Lələyə aşiq olur, ona ərə gedir. Həm xanımın dayəsi, həm də Abdulla bəyin lələsi sevən cütlüyü birləşdirməyə çalışırlar.
Cahan xanımın dayəsi ilə deyişməsində bunu bir daha görürük:

Dərin dəryaya dolanlar,
Dərddən xəbərdar olanlar,
Cahanı oda salanlar,
Yarımdan xəbərin varmı?
Qədəmnisəyəm, taparam,
Sınıq könülləri yaparam,
Səndən bir müjdə qoparam,
Yəqin bil, gələcək oldu
(Azərbaycan dastanları. 2005, II cild: 222-223).

Bu cür qarı “Leyli və Məcnun “dastanında da var. Burada ona çuğul qarı deyirlər. Lakin Qeyslə Ley­linin öpüşdüyünü Leylinin anasına imansız qarı xəbər verir (Azərbaycan dastanları. 2005, II cild: 258).
“Şah İsmayıl” dastanında da dayə xanımına sədaqətlidir. “Şah İsmayıl” dastanında kənizbaşı qarı ilə Şah İsmayılın deyişməsində kənizbaşının Gülzara bağlı olduğunu, 7 ildir ona xidmət etdiyini, gündə üç dəfə onun yeyib-yemədiyini yoxladığını, ondan ayrı qala bilmədiyini görürük (Azərbaycan dastanları. 2005, III cild:131). Əslində Qırx oynaşlı Boğazca Fatma, Qısırca Yengə də Banıçiçəyə sədaqətlidirlər. Boyda onların xəyanətlərini, Banıçiçəyə əks gedən hər hansı hərəkətlərini görmürük. Muxtar Kazımoğlu yazır ki, xeyiri təmsil edib Banıçiçəyin “komik nüsxə”sinə çevrilmək və Banı­çi­çə­yi bədxahlıqdan qoru­maq Qısırca Yengə və Boğazca Fatmanı yalançı adaxlı və arxaik parodiya nü­mu­nəsi saymağa əsas verir (Kazımoğlu, 2006; 126). Seyfəddin Rzasoy yazır ki, üç qadın Oğuz mifoloji dünya modelini təşkil edir. Boğazca Fatma kosmosun təmsilçisi olub, onun boğazca xüsusiyyəti çoxal­ma, artım, həyatın işarəsidir. Qısırca Yengə isə xaosun təmsilçisidir. Və onun qısırca xüsusiyyəti qı­sır­lığın, sonsuzluğun və ölümün işarəsidir. Banuçiçək mərkəzin təmsilçisidir. O, əks qütbləri birləşdirir (Rzasoy, 2012: 177). Boğazca Fatmanın qırx oynaşlı olması da kosmosa işarədir. Əslində mifoloji strukturlardakı 40 dəqiq sayı deyil, saya gəlməz çoxluğu ifadə edir. Mifoloji görüşlərdə qırx düymənin açılıb-bağlanması ilə həyatın bu dünyada sonu göstərilir. Zamanın 40 kiçik mərhələsinin (40 günün) və məkanın 40 balaca hissəsinin (40 otağın) başa çatması ilə sirli aləmin yolu tapılır, eləcə də bir sıra problemlər həll olunur. (Qafarlı, 2013: 48-49). Professor Kamran Əliyev “Dədə Qorqud” eposunun mətnində müşahidə edilən və qətiyyən təsadüfi xarakter daşımayan rəqəmlərin müəyyən bir fikri işa­rələmiş olduğunu yazır (Əliyev, 2015).
“Dilsuz və Xəzangül” dastanında Boğazca Fatma, Qısırca Yengədən fərqli olaraq, Reyhan qarı Dilsuzun dayəsidir. Dilsuz ona ana deyərək müraciət edir. Qarı həmişə Dilsuzun itaətindədir. Dilsuz ona Xoşqədəm deyir (Azərbaycan dastanları. 2005, IV cild:18). Pürcahan qarı da Dilsuza kömək edir. Dilsuz qarşılaşdığı qarılara ana deyir.
“Mügüm şah” dastanında Gülsafa adlı qarı var ki, Gülşad xanı­mın xalasıdır. Bu qarı Gülşadın ya­nında yaşamasa da, onun qızı Gül­şadla yaşayır. Məhz Gülsafa qarının köməyilə Mügüm şahla Gülşad xa­nım bir-birinə qovuşurlar. Burada dünyagörmüş qarılar (İmanquran qa­rı) qəhrəmana kömək edirlər (Azərbaycan dastanları. 2005, II cild, 193).
Dastanlarda qarılar heç də daim şahzadələrin yanında iştirak etmirlər. Onlar yeri gələndə xan­la­rın, şahzadələrin çağırışı ilə gəlib məsləhət verir, çətin vəziyyətlərdən çıxış yolu göstərirlər. “Şah Əbül­fəz”, “Əsli və Kərəm” kimi dastanlarda qarılar xəstənin dərdini bil­məyə, ona əlac etməyə çağırı­lırlar.
Nəticə olaraq qeyd edək ki, professor Kamran Əliyevin Dirsə xa­nın, Dəli Domrulun və Səyrəyin xanımlarına aid etdiyi “Bir neçəsinin isə adı deyilməsə belə həmin qadınların da eposun strukturun­dakı yeri və mövqeyi aydınca sezilir” (Əliyev, 2011; 70) fikrini Qısırca Yengə və Boğazca Fatmaya da aid etmək olar. Yalnız bir boyda qarışımıza çıxan Qısırca Yengə, Boğazca Fatma obrazları və digər dastanlarmızıdakı da­yə qarı obrazlarından çıxış edərək deyə bilərik ki, dayə qarılar eyni za­manda, həm xeyirxah olub qəhrəmanın müsbət köməkçisi kimi çıxış edə bilər, həm də mənfi qəhrəmanın mənfi köməkçisinə çevrilə bilərlər. Qa­rı bəzən yaralara məlhəm ola bilər, bəzən isə cilddən-cildə girib ma­neəyə çevrilə bilərlər. Hər bir halda qarı hiyləgər, çoxbilmiş, yaşı bilin­məyən varlıqdır. Dastanların heç birində dayələrin sonrakı vəziyyəti barədə xəbər olmur. Onlar yalnız lazım olan situasiyada mey­dana çıxır­lar.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   226   227   228   229   230   231   232   233   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish