Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet228/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   224   225   226   227   228   229   230   231   ...   289
Açar sözlər: Azərbaycan, qaraqalpaq, motiv, süjüt, obraz, Dədə Qorqud, oxşarlıq
“Kitabi-Dədə Qorqud” türk xalqlarının möhtəşəm mədəniyyət nümunəsi kimi daha mükəm­məl­liyi və orijinallığı ilə seçilir. Bu dastan bütün türk xalqlarının güvənc yeri olsa da, onunla Azərbaycan türk­lə­rinin öyünməyə daha çox haqqı vardır. Çünki əsərdə təsvir edilən ha­disələr, əsəsən, Vətənimizdə cərəyan etmişdir. Dastanda Azərbaycan ərazisində mövcud olmuş Dərbənd, Əlincə çayı, Göyçə gölü və s. kimi etnonimlər yer almışdır.
“Müqəddimə” və on iki boydan ibarət bu əsər əsasən ozanlar tərəfindən müxtəlif zamanlarda yaradılmışdır. Türkiyəli tədqiqatçı Erçağın Akbal İstanbulda “Morpa Kültür Yayınları”nda 100 Temel eser” seriyasında hazırlayıb nəşr etdirdiyi “Dede-Korkut Hikayeleri” kitabında yazır: “... Dede Korkut hikayelerinin yazarı Korkut Atanın hangi yıllarda yaşadığı haqqında herhangi bir bilgi yoktur. Bu Oğuz ozanın yaşantısı hakkında da pek bir şey bilinmemektedir” (14, 5).
Dədə Qorqud dastanları bizə “Kitab...” dan başqa həm də əfsanə, rəvayət və nağıl variantlarında da çatmışdır. Bu rəvayətlərin bir qismində Qorqud həm ozan, həm ağsaqqal, həm də qopuz aləti dü­zəldən, digərlərində isə şeyx, şaman, övliya, təbib, dədə kimi çatmışdır. Əksər rəvayət və əfsanələrdə Qorqud Ata (Xorxut Ata) ölümsüzlük axtaran kimi təqdim edilir. Bununla belə Qorqud obrazı türklər içində, həm də müdriklik simvolu kimi diqqəti daha çox cəlb etməkdədir.
Qorqudun ölümsüzlük axtarışı qədim şaman mifologiyasının yaranması ilə genetik əlaqədədir. Ölümdən qaçmaq istəyən Qorqud Sırdərya çayına qayıdır və müxtəlif mənbələrə görə 40, 100, 300, 400 il ömür yaşayır, daha doğrusu, çayda suyun üzündə dayanmaqla bir müddət aram tapır. Yəqin elə buradan da qazaxlarda və qaraqalpaqlarda “Cу аягы ер Коркыт”ın semantikası da şaman təsəv­vür­lə­rində çayı dünya modeli kimi görməklə bağlıdır (7, 23). Çayın mənsəbi ölülər dünyası kimi Qorqudun birdəfəlik sakitlik tapdığı yer kimi göstərilməkdədir. Ölülər dünyasına birdəfəlik getmiş Qorqud öz şamanlarına oradan xidmət göstərməkdə davam edirdi. Elə buna görə də şamanlar Qorqud haqqında akad. V.Radlovun “Türk xalqları ədəbiyyatı nümunələri” kitabında yazdığı kimi deyirdilər: “Öлi десем-öлi емес, mipi десем mipi емес, Ата Коркыт аулие”.
Qorqud Atanın ölümündən qaçma rəvayət və əfsanələri qazax, qaraqalpaq, türkmən və azər­bay­canlılar arasında yayılmışdır. Qaraqalpaq jıraularının və qazax akınlarının dombrada və qopuzda “Qorqud küyləri” Qorqud Atanın yaradıcılığı, şairliyi, ozanlığı ilə bağlıdır. Qorqud şair olsa da, bu şairlik klassik mənada olmayıb Tanrı avazı ilə magik sözlər söyləyən, adla əşya, Tanrı ilə insanlar arasında mistik bağlılıq qura bilən mediatordur (1, 82).
Dədə Qorqud Azərbaycan və qaraqalpaq şifahi söz sənətində xeyli oxşar motivlərlə əhatələnib. Elə buna görə Azərbaycan və qaraqalpaq eposu material baxımdan kifayət qədər zəngindir. Akad. V.Jirmunski qaraqalpaq eposunun bu cəhətini xüsusilə qeyd etmişdir (4, 199).
“Kitabi-Dədə Qorqud” qədim türk-oğuz (Azərbaycan) dastançılıq ənənəsinin məhsulu olsa da, qıpçaq türkləri (qaraqalpaqlar) də ondan yararlanmış və xalqın epik ənənələri də bu dastanda təcəs­sü­münü tapmışdır. “Dədə Qorqud”da elə motivlər tapmaq mümkündür ki, onlar nəinki oğuz türk etnik-mədəni çevrəsi, həm də qaraqalpaq mifologiyası və qədim dastanları ilə bir sıra paralleliklər təşkil edir.
Çünki miflər dastanların, epik təfəkkürün, poetik düşüncənin arxetipik başlanğıcıdır. Yəni dastanlar da öz başlanğıcını miflərdən götürür. Məhz elə bu baxımdan dastanın əsasında mif dayanır. Bu ilk növbədə motivlərlə bağlıdır. Motiv “süjet toxumu”, “süjet doğuran formuldur”. Motiv, bir tərəfdən, süjet anlayışına uyğun gəlirsə, digər tərəfdən, o həm də folklor təhkiyəsinin vahididir. Motiv stereotip olmaqla, konkret mətnlər səviyyəsində stereotipin sxem gerçəkləşməsidir (11, 85). Dastan motivlərinin miflə bağlılığı həm üstədir, həm də dərin qatlarda, onlar bəzilərində zəif, bəzilərində güclüdür. Əslində hər bir motiv kiçik süjetdir, yəni arxaik planda motivlərin süjetləri mifoloji sü­jet­lərdən gəlir.
XV əsrdə ədəbi şəkildə bizə çatan oğuz türklərinin bahadırlıq nəğmələrini əks etdirən nümunə Sırdərya və Aral səhralarında hələ IX-X əsrlərdən mövcud idi. Və bu ərazilərdə Dədə Qorqud söy­lə­yici kimi məlum idi. Bütün bu silsiləyə aid qəhrəmanlıq dastanlarında oğuzların müdrik atasının obrazı vardır və oğuzlar bütün məsələləri onun məsləhəti ilə həll edər, gələcək qəhrəmana uğurlar diləyər, ona at hədiyyə edər, onun qılıncını uğurlayar, onun ardınca gedərdilər. Qorqud uğurlamaları atalar sözü və zərbi məsəllər altında müdrik formullarda birləşmişdir. Lakin bu uğurlama ozanın (Qorqudun, söyləyicinin) oğuz bahadırlarının şücaətini əks etdirməsi qopuzda çalmaqla, nəğmə ifa etməklə müşayiət olunurdu (4, 272).
Əksər tədqiqatçılar belə bir fikri paylaşırlar ki, Qorqud dastanlarının ana vətəni Sırdərya vadisi, Aral-Xəzərətrafı səhralarıdır ki, qıpçaq, qaraqalpaq tayfa və qəbilələri ilə yanaşı oğuz qəbilələri də erkən orta əsrlərdə məhz həmin ərazilərdə yaşamışlar. Bu da məlumdur ki, oğuzlar həmin ərazilərdən yeni vətənə köç edərkən bu dastanları eposa çevirib “Kitabi-Dədə Qorqud” halına gətirmişlər. Təxmin edildiyi kimi, Qorqud, Salur Qazan, Bamsı Beyrəklə bağlı rəvayətlər hələ oğuzlar Səlcuqların rəh­bər­li­yi altında qərbə hərəkət edənə qədər (XI əsr) yaranmışdır. Bunun təsdiqi üçün Orta Asiyada Qara­qal­paqstan və Qazaxstanda yaşayan türklərin folklorunda yer almış mövcud süjet paralellərini ortaya qoymaq kifayətdir. Həmin dövrlərdə bu ərazilərdə yaşayan oğuzların əsas hisəssi kiçik Asiya və Za­qafqaziyaya getmişdirsə, digər bir hissəsi əvvəlki vətənində qalaraq digər qohum, yaxud qohum ol­mayan qəbilələrlə assimilyasiya olunaraq həmin xalqların etnogenezində iştirak etmişlər.
Qaraqalpaq folklorunda Dədə Qorqud kifayət qədər populyardır. Burada Dədə Qorqud baxsıları qopuz alətində çalmağı bacaran ilk baxsı (şaman) kimi göstərilir. Onun adı qaraqalpaq jırau və baxsıları tərəfindən magik rituallar zamanı çox çağrılır. Hətta qaraqalpaqlarda və qazaxlarda belə bir əfsanə gəzir ki, Qorqud ata ölümdən qaça bilməyəcəyini yəqin etdikdə qopuzda ifa etməklə Sırdər­ya­nın ortasında suyun üzərində uçan xalça vasitəsilə xilas ola bimişdir. Lakin bu da söylənilir ki, yor­ğunluqdan onu yuxu tutarkən ölüm balaca bir ilan obrazında xalçaya sürünüb girərək Qorqudu sanc­mışdır. “Müqəddəs Qorqud”un məzarı müsəlman əhalisinə ayin yeri kimi xidmət etməklə Cusalı şə­hə­rindən az kənarda (Xorxut dəmir yolu stansiyası) Sırdərya sahilində göstərilir. Unikal təfəkkür sahibi qazax eposşünası və folklorşünası Ç.Valixanov Qorqudun ölümdən qaçmasını aşağıdakı kimi dəyər­ləndirir: “İslamda qəbuledilməz (yolverilməz) olan ölümdən qaçma özü şaman xalqlarının əfsa­nə­lə­rinin daimi motivlərindən birini təşkil edir. Qazax şamanlarında Xorxud haqqında, ilk şaman haqqında əfsanə mövcuddur ki, o, şamanlara qopuzda çalmağı, sarkda oxumağı öyrətmişdir. Hətta daha çox müsəlmanlaşmış türkmənlərdə Koruqlu az müddətə də olsa ölümdən qaça bilmişdir. Buna görə də göyün ölümə nisbətdə azadlığı şamanlıqda qəbul edilsə də, anlayışa görə taleyə yaxındır. Buna baxmayaraq, insanlar daim ondan qaçmağa səy göstərmişlər...” (13, 487). Qazax və qaraqalpaq şaman­ları-baksılar ifa zamanı Qorqudu baksıların ilk hamisi kimi köməyə çağırmaqla (10, 161) Qorqud Atanı qaraqalpaq və qazax baksılarının hamisi adlandırırlar. Qorqudla bağlı son onilliklərdə ortaya çıxan əsərlərdə qazax və qaraqalpaq mifologiyasında Xorxud qopuzu yaratmaqla o, şamanların və nəğməkarların ilk şamanı kimi göstərilir. İslam bərqərar olduqdan sonra isə Qorqudun ölümü haqqında xüsusi mif ortaya çıxdı (2, 5). Qorqudun ölümsüzlüyü ilə bağlı akad. V.Bartold aşağıdakıları söylə­miş­dir: “Görünür, belə bir inanc vardır ki, Qorqud canlılar içindən qovulmuşdur və eyni zamanda ölüm prosesinə də o, cəlb olunmamışdır, daha doğrusu, Qorqud haqqında rəvayət islam tərəfindən qərbdə Xızır peyğəmbər, yaxud türkcə Xıdır haqqında rəvayətə bənzəyir ki, əlbəttə, bu, Qorqudun məzarına səcdə qılmağa və onu hörmətlə anmaqla yanaşı, həm də Şərqin bir sıra yerlərində (Yuxarı Misirdə və Şatt-əl-Ərəb adası hövzəsində) Xızırın məzarını göstərirdi” (3, 118).
Yuxarıda söylədiyimiz kimi, Dədə Qorqudla bağlı rəvayət və əfsanələrdə Qorqud qaraqalpaq və qazax sehrkar nəğməkarlarının, musiqisinin, qopuzda ifa etmənin ustadı, küyün (musiqili sözün) virtuoz ifaçısı, dərvişi, əfsunçusu, bəd qüvvələri qovmağa qadir bir güc sahibi kimi qeyd olunur. Bu­nun­la belə bəzi alimlər Qorqudun tarixi prototipinin olmadığını da qeyd edirlər (8, 185-186). Lakin eyni zamanda V.Jurmunskinin belə bir nəzər nöqtəsi də maraqlıdır: “Qorqud xalq rəvayətlərində yara­dılmış ümumiləşdirici obraz olması ilə yanaşı, həm də tipik sosial məcmuylu Orta Asiyanın köçəri xalqlarının patriarxal əsrinin mühüm hadisəsidir” (5, 173).
Eyni zamanda Qorqud obrazının Qorqud süjeti kimi qədim olduğunu, lakin, hər ehtimala qarşı, əvvəllər bu adın Qorqud olmadığını da söyləməyə ehtiyac vardır. Qorqud adı oğuz və qıpçaq qəbilələri birgə yaşadıqları və birgə həyat tərzi keçirdikləri dövrdə yaranmışdır. Bu adın etimologiyasına gəl­dik­də isə bunu bəzi toplayıcılar kimi “Korqut” sözü ilə bağlamaq düzgün olmazdı. Ehtimal oluna bilər ki, bu sözü qədim türk dilində “kor”, yəni ziyan, “qut” qəlb, həyat gücü, “ruh” ilə bağlamaq doğru olardı. Bu sözlərin birləşməsinin “qəlbin ziyana düşməsi kimi” dərk olunması daha ağılabatandır. Bu da ona görə izah olunandır ki, şamançı inamlara tapınanlar hesab edirdilər ki, insanda üç kut vardır: buor kut (yer kut), salqın kut (hava kut) və iye kut (ana kut), onların bəd qüvvələr tərəfindən tutulması nəti­cə­sində insan ölür.
Azərbaycan (oğuz) “Kitabi-Dədə Qorqud” dastanlarından fərqli olaraq qaraqalpaq (qıpçaq) Qorqud (Xorxut-Korkut) haqqında dastanlar janr baxımından inkişaf edən əfsanə formasına aiddir. Yəni fiksasiya edilmiş mətnlərdə elələri vardır ki, onlar öz əlamətlərinə görə nağıla yaxınlaşır (7, 34). Qeydə alınmış mətnlər içində nağıl üçün xarakterik olan obrazın bioqrafik siklizasiyasından daha doğrusu Qorqudun qeyri-adi şəraitdə doğuluşudur. Qazax tədqiqatçısı A.J.Jubanovun söylədiyinə görə Qorqud doğulan zaman əhatədəkilər körpə doğulduğunu yox, insana oxşarı olmayan hansısa “kisə”ni görür, ananı tənha qoyub arabadan uzaqlaşırlar. Ana isə ürəyində məhz uşaq doğulduğunu, hər hansı möcüzə doğmadığını hiss edib, əli ilə “kisə”nin qişasını tərpədərkən zəif səs çıxaran kiçik insan dün­yaya gəlir. Ana uşağı əmizdirdikcə o ağlayır. Yalnız bundan sonra doğrudan da qorxmuş insanlar yur­taya qayıdır və uşağa “Qorxut” yəni “qorxu” adını verməyi xahiş edirlər (6, 230). Bəzən isə söylə­nilir ki, Qorqud doğulan zaman yer üç gün üç gecə qaranlığa qərq olmaqla dolu və çovğunla müşayiət olunmuşdur. Sırdərya və Qaradağ görünməmiş, insanlar nə baş verdiyini başa düşməyib qorxuya düçar olduqlarından uşağı da “Qorxud” adlandırmışlar (10, 147).
Biz qaraqalpaqlarda “Dədə Qorqud” dastanlarının bəzi xüsusiyyətlərindən bəhs edərkən həm də qazaxlarda Qorqud Atanın eyni keyfiyyətlərindən danışa bilərik. Bu ilk növbədə onunla əlaqədardır ki, qaraqalpaqlarla qazaxların etnik kökü, mədəniyyəti, folkloru, təfəkkür tərzi, psixologiyası digər türk xalqlarından daha çox ortaq nöqtələri ilə əlamətdardır. Hər iki xalqın həm folklor, həm də epik örnək­ləri daha çox birgəliyi ilə diqqəti cəlb edir. Məsələn, “Zəuriyə-Zibar”ın hər iki xalqda min beş yüz va­riantı mövcuddur. Qazax və qaraqalpaq xalqlarının “Alpamıs”və “Koblandı” eposlarının qəhrəmanlıq süjeti və ideyasında isə demək olar ki, heç bir əsaslı fərq nəzərə çarpmır (12, 42).
Buna görə də qaraqalpaq qorqudşünaslığı Dədə Qorqud əfsanələrini analoji süjet, obraz, qəh­rə­man, məzmun və s. cəhətdən dəyərləndirərkən Dədə Qorqudun Orta Asiya, Qazaxıstanda (daha doğ­ru­su, Sırdərya vadisi və Xəzərətrafı səhralarda) mövcud olan xüsusiyyətlərini dilə gətirmək vacibdir. V.Bar­told haqlı olaraq qeyd edir ki, bu ayinin əvvəli müsəlmanlığa qədər olan dövrə gedib çıxır ki, məhz bu dövrdə Sırdəryanın aşağı ətrafları oğuzların həyatında əhəmiyyətli rol oynayırdı. Bütün bunlar oğuzların Orta Asiya türklərinin etnogenezinə təsiri ilə birbaşa bağlıdır. Qazaxların qədim dövrdən bəri tarixini əks etdirən kitabda oxuyuruq. “Oğuz qəbilələri komponentlərdən biri kimi qazax­ların, qırğızların, tatarların, türkmənlərin, özbəklərin, qaraqalpaqların formalaşmasında iştirak etmiş­dir” (9, 356-357).
Qəbilə patriarxı qeybdən xəbər verən, uzaq görən, şaman, eyni zamanda xalq epik rəvayətlərinin yaradıcısı və qoruyucusu olan Dədə Qorqud həm də Azərbaycan və qaraqalpaq xalq nəğməkarlığının qədim sinkretik tipini özündə birləşdirir ki, sonralar o, peşəkar söyləyici kimi xalq eposunun ifaçısına çevrilmişdir.
Bütün qeyd etdiklərimiz müxtəlif türk xalqlarında Dədə Qorqudla bağlı əfsanə, rəvayət və hekayələrdə çoxsaylı eyniliklərin, oxşarlıqların olduğunu göstərir və bu, Azərbaycan və qaraqalpaq xalqlarının dastan yaradıcılığı arasında oxşar motiv, süjet və obrazların yaxınlığını sübut etməkdədir.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   224   225   226   227   228   229   230   231   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish