QAYNAQLAR
-
Azərbaycan dili. Bakı, 2012.
-
Azərbaycan folkloru. Bakı, Şərq-Qərb, 2005
-
Kitabi-Dədə Qorqud. Bakı, Öndər nəşriyyat, 2004.
Sadagat Hasanova
BLESSINGS AND CURSES IN THE LANGUAGE OF “THE BOOK OF DEDE GORGUD”
Summary
In the article the blessings and curses met in the epos “The Book of Dede Gorgud” are investigated. Thus the blessings and curses in our language – blessings and the evil prayers are connected to the ancient historical roots. Connected with the national thought, ethnography of our nation the cheers and curses have appeared as the indicator of the culture. That is why the language of the epos “The Book of Dede Gorgud” is the valuable source giving the interesting facts.
Key words: “The Book of Dede Gorgud”, blessings, curse, the speech culture, the speech etiquettes
Səkinə Əliyeva Azərbaycan Tibb Univesiteti Azərbaycan dili kafedrası
e-mail: seliyeva90@gmail.com
"KİTABİ-DƏDƏ QORQUD" DASTANI VƏ AZƏRBAYCAN DİALEKTOLOGİYASI
Türk xalqlarının minilliklərdən süzülüb gələn tarixinin ən gözəl və əzəmətli abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanı ümumtürk xalqlarının ən dəyərli sərvətidir.
Dastanda türklərin həyat tərzi, ailə-məişət münasibətləri, mədəniyyəti, incəsənəti, döyüş üsulları geniş şəkildə əks olunub. Bütün türk dünyasını, o cümlədən Azərbaycan türklərini ən gözəl şəkildə anladan bu mədəniyyət abidəsi əsrlər boyu türklərin qürur mənbəyi olmuşdur. Dünyanın müxtəlif yerlərində yaşayan türklər öz qədimliklərini və zənginliklərini məhz bu abidə ilə sübuta yetirirlər.
Dastan bir çox görkəmli alimlərimizin də daim diqqət mərkəzində olmuş, məhz onların elmi araşdırmaları ilə müasir dövrümüzə qədər öz əhəmiyyətini itirməmişdir. Orxan Şaiq Gökyay, Həmid Araslı, Məhərrəm Ergin kimi görkəmli qorqqudşünaslar "Kitab"ı dəfələrlə nəşr etdirmişlər.
1950-ci illərin əvvəllərində "Dədə Qorqud" eposu Azərbaycanda "mürtəce abidə" elan edilərək nəşri, öyrənilməsi qadağan olunsa da, şəxsiyyətə pərəstiş dövründən sonra yenidən cəmiyyətin, araşdırıcıların diqqət mərkəzinə keçmiş, dastanın motivləri əsasında məşhur "Dədə Qorqud" filmi çəkilmişdir. Filmin ssenari müəllifi Anar epos üzərində araşdırmalarını sonralar daha da genişləndirərək orta əsrlərin sonlarından etibarən unudulmuş abidənin mənsub olduğu xalqa yenidən qaytarmaq üçün böyük yaradıcılıq işi görmüşdür.
Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra "Dədə Qorqud" eposuna kütləvi marağın güclənməsi tamamilə təbii idi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə XX əsrin sonlarında eposun bir neçə il ardıcıl hazırlıqdan sonra keçirilən geniş miqyaslı yubileyi Azərbaycanın, ümumən türk dünyasının mədəni-ictimai həyatında tarixi hadisə olmuşdur.
Bu gün bütün türk dilləri olduğu kimi, müasir azərbaycan dilinin də təməli məhz bu dastan əsasında qurulub.
Hal-hazırda bölgələrimizdə (əsasən də Qərb bölgəmizdə) işlənməkdə olan sözlərin də çox böyük əksəriyyəti "Kitabi-Dədə Qorqud"dan bizə miras qalmışdır. Bəzi nümunələrin izahına baxaq:
Arı - təmiz, pak. Bu söz hal-hazırda ədəbi dilimizdə geniş yayılmasa da dialektimizdə böyük yer tutur. Məsələn: aydan arı, düyü arıtlamaq və s. İndi isə bu sözün dastanda işlənmə yerinə baxaq:
Qarşı yatan qara dağını aşmağa gəlmişəm,
Axıntılı, görklü suyunu keçməyə gəlmişəm,
Gen ətəyinə, dar qoltuğuna qısılmağa gəlmişəm,
Tanrının buyruğu ilə, peyğəmbərin qövlilə
Aydan arı, gündən görklü qız qardaşın Banıçiçəgi
Bamsı Beyrəyə diləməgə gəlmişəm.
Göründüyü kimi, dastanda elçilik səhnəsində bu söz öz yerini tapıb.
Görklü - gözəl, müqəddəs.
Ucalardan ucasan!
Kimsə bilməz necəsən!
Görklü tanrı!
Neçə cahillər səni göydə arar, yerdə istər,
Sən xud möminlər könlündəsən!
Daim duran Cabbar tanrı!
Baqi qalan Səttar tanrı!
Mənim canım alır olsan, sən alğıl!
Əzrayılı almağa qoymağıl!
Qeyd edək ki, "Kitab"da yer ala "ğıl" hissəciyi də dialeklərimizdə qalmaqdadır. Belə ki, tarixən formasını dəyişərək "gil" şəklinə düşən bu hissəcik klassik ədəbiyyatımıza da siraət etmişdir. İmadəddin Nəsiminin yaradıcılığına nəzər salaq:
Üzün məndən nihan etmək dilərsin, etməgil!
Gözlərim yaşın rəvan etmək dilərsin, etməgil!
Hal-hazırda daha çox Bakı dialektində işlənən "ginən" hissəciyi məhz "Kitab"dan dilmizə keçib və bu gün də istifadə olunmaqdadır.
Comərd - əliaçıq, səxavətli
Getdikdə yerin, otlaxların geyik bilir,
Kənəz yerlər çəmənlərin qulan bilir,
Ayrı-ayrı yollar izin dəvə bilir.
Yeddi dəpə qoxuların tülkü bilir,
Dünlə karvan köşdüyün torağay bilir,
Oğul kimdən olduğun ana bilir,
Ər ağırın, ər yunusun at bilir.
Ağır yüklər zəhmini qatır bilir,
Nə yerdə sızlayır varsa çəkən bilir.
Qafil başın ağrısın beyin bilir.
Qolça qopuz götürüb eldən-elə, bəydən-bəyə ozan gəzər.
Ər comərdin, ər nakəsin ozan bilir.
Elinizdə çalıb ayıdan ozan olsun!
Azıb gələn qadanızı tanrı sovsun, xanım hey!
Yoğurt - qatıq, suddən hazırlanmış məmulat
Əlan sabah yerindən duran qızlar!
Ağ otağı qoyuban, qara otağa girən qızlar!
Ağ çıxarıb qara geyən qızlar!
Bəqir kimi öynəndə yoğurtdan nə var?
Qara sac altında küməcdən nə var?
Kəməndərində ətməkdən nə var?
Üç günə varmasın, Allah sevindirsin sizi
Varmaq - çatmaq, getmək. Ədəbi dilimizdə ancaq mürəkkəb sözün tərkibində işlənən və çatmaq, getmək mənasını verən varmaq (var-gəl etmək yəni get - gəl etmək və fərqinə varmaq birləşmələrinin tərkibində) sözü dialektlərimizdə (əsasən Borçalı mahalında) genış şəkildə istifadə olunmaqdadır.
Güz – payız.
Sağmısan, əsənmisən, canım Bamsı?!
On altı yilin həsrəti bəyim Bamsı!
Qalın oğuz içində sorar olsan, sağdır, Bamsı!
Qiyan Səlcuq oğlu Dəli Dondarı sorar olsan, sağdır, Bamsı!
Qaragünə oğlu Qarabudağı sorar olsan, sağdır, Bamsı!
Ol bəylər ağ çıxardı, qara geydi səninçün, Bamsı!
Ağ saqqallı atanı, sorar olsan, sağdır, Bamsı!
Ağbircəkli ananı sorar olsan, sağdır, Bamsı!
Ağ çıxarıb qara geydilər səninçün, Bamsı!
Yeddi qız qardaşın
Yeddi yol ayrıdında ağlar gördüm, Bamsı!
Güz alması kimi al yanaqların altından yırtar gördüm, Bamsı!
Vardı gəlməz qardaş deyü zarlıq edər gördüm, Bamsı!
Göz acıban gördüyü,
Könül verib sevdiyin, Baybecan qızı banuçiçək
Kiçi düyünün elədi, ulu düyününə vədə qoydu.
Yalançı oğlu Yalıncığa vardı gördüm,
Xan Beyrək!
Parasarın Bayburd hasarından uca görgil!
Ap - alaca gərdəyinə gələ görgil!
Gəlməz olsan, Baybecan qızı Banuçiçəyi aldırdın, bəlli bil gil!
Andırmaq - yada salmaq, xatırlatmaq.
Qarmış ala, yigit, məni nə məklərsən?
Keçmiş mənim günümü nə andırarsan?
Əylənmək – dayanmaq, durmaq.
Yortmaq – çapmaq.
At üsündə əylənməyib yortan Qazan!
...Sənin belin olmuş,
Uzəngiyə durmayan dizin olmuş.
Xan qızı halalını tanımayan gözün olan,
Bunalmışsan, sənə nolmuş?
Çal qılıçın, yetdim, Qazan!
Ağırlamaq - əzizləmək, qonaq qarşılamaq, ona hörmət eləmək, süfrə açmaq, hörmət bəsləmək.
Bildiyimiz kimi, dastanda qonaq qarşılamaq mədəniyyəti geniş yer alır. Türklər öz qonaqpərvərliklərinə böyük önəm verir, qonağı Allah qonağı adlandırırdılar.
Do'stlaringiz bilan baham: |