Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet239/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   235   236   237   238   239   240   241   242   ...   289
Açar sözlər: folklor, epos, “Kitabi-Dədə Qorqud”, Salur Qazan, kosmos, xaos
“Kitabi-Dədə Qorqud” dastanının “Salur Qazanın evinin yağma­lanması” boyunda Qazanın öz evinin ardınca kafirlərin məkanına – xaosa gedən yolu çox mürək­­kəb quruluşa malikdir. Biz indiki hal­da boyun süjetində sin­taqmatik baxımdan ardıcıl sıra təşkil edən iki yol görürük:
Birincisi, Salur Qazan və onun bəylərinin Ala dağa ova ge­­dən yolu;
İkincisi, Qazanın öz evinin ardınca onun yurdundan baş­­­­­lanan, əslində isə, gördüyü yuxu/mesajla Ala dağdan baş­lan­­­maqla Oğuz elinin Dərbənddəki sərhədinə qədərki yol.
Bu yollar fərqli istiqamətləri və fərqli xronotopu əhatə edir. Lakin onlar ritual-mifoloji kontekst­də eyni yolun – Xaosa gedən yolun tərkib hissələridir.
İlk baxışda bu iki yol zaman-məkan baxımından düz­xət­li sıra – ardıcıl sintaqmatik düzüm ya­ra­dır. Lakin bu, zahirən be­lədir. Bu, epik düzüm, eposun öz düzümüdür. Ritual-mi­fo­loji səviyyədə bu yollar mürəkkəb paralel sıraları təşkil edir. Mətndə qorunub qalmış ritual obraz və formullarının pa­ralel­­ləşməsi (şərab/keçid, qurban/qur­banvermə/keçid, çev­ril­mə/cilddəyişmə/keçid, keçid mexanizm­ləri olan Ala dağ, Dün­­­ya Ağacı və s.), dünya modelinin üfüqi və şaquli sə­viy­yə­lə­­­ri, buna uyğun hərə­kət sıraları və s. mürəkkəb semantikaya ma­lik xronotop yaradır.
Düzdür, epos bütün bu elementləri öz məntiqinə uyğun dü­­zür və zahirən heç bir ziddiyyət yaran­mır. Mifik xronotop qapalı-təkrarlanan, epik-tarixi xronotop düzxətli struktura ma­lik­­dir. Mifik şüurun tarixi şüura keçməsi ilə mifik xronotop da­ğı­lır və epik xronotopa transformasiya olunur. Epos bu za­man mi­fik xronotopun artıq dağılaraq “epik tikinti ma­te­rialı­na” çev­ril­miş elementlərini özünün düz­xətli düzüm məntiqinə (ger­çək­liyi düzxətli qavrama üslubuna) uyğun şəkildə yenidən dü­zür və zahirən heç bir ziddiyyət yaranmır. Lakin sü­jet­al­tı­nın (mifin və ritualın) süjetüstündə qorunub qalmış iz/ işarələrini “dil­lən­di­rən kimi” mənzərə dəyişir.
Bu iki yolu ritual-mifoloji kontekstdə bir-birinin alt-üst sı­­rası (paraleli), yaxud bir-birinin süjet metaforası ad­lan­dır­maq olar. Lakin burada bir başqa aspekt də var: Qazanın Yurd­­­dan başlanan Xaos yolu ümumən (və bütün hallarda) Oğuz bəylərinin Qazan başda olmaqla ov etmək üçün Qa­za­nın evin­dən başlanan yolunun tərkib hissəsidir. Demək, hər iki yol: Evdən – Ova və Ev/Yurddan – Xaosa ge­dən yol Qa­za­­nın evindən başlanır. Lakin məsələnin əlamətdar cəhəti on­dan ibarətdir ki, Evdən – Ova gedən yol da, əslində, elə Ev­dən – Xaosa gedən yolun bir hissəsidir.
Bu yol ümumilikdə Kosmos – Xaos marşrutudur. “Yağ­­malanma boyu”nda biz onun bir-birinin ardıcıl sırasını təşkil edən iki planını görürük. Lakin mifoloji-metaforik dü­şün­cədə bu yollar bir-birinin ardı yox, iki paralel sırasıdır.
Qeyd edək ki, bu məsələdə konkret nəticəyə gəlmək, ay­dın mənzərə yaratmaq çətindir. Məsələ­nin metodologiyası iki cəhətlə müəyyənləşir:
Birincisi, epik-mifoloji materiyanın uzun illər ərzində mə­nimsənilmiş və təhlil təcrübəsinə çev­ril­miş universal nə­zəri modeli (beynəlxalq ümumnəzəri-metodoloji təcrübə). Bu, hər bir təhlil(çi) üçün zəruri olan nəzəri ehtiyatlardır.
İkincisi, təhlilə cəlb etdiyimiz oğuz epik materiyasının bi­­zim şəxsi yanaşmamızın nümunəsində uzun illəri əhatə edən (və son dövrlərdə başqa araşdırmalarla da təsdiq olunan) təd­­qiqinin verdiyi mətn təhlili təcrübəsi.
Biz “Oğuz mifologiyası” adı altında apardığımız bütün təd­­­­qiqatlarda bu iki cəhəti birləşdirmiş və oğuz ritual-mifoloji dün­­­ya modelini “oğuz” adı ilə işarələnən mətnlər əsasında bər­­­­paya çalışmışıq. İn­diki halda da bizim qarşılaşdığımız fe­no­­­­men, mahiyyətcə, oğuz etnokosmik düşüncəsinin mifoloji-me­­­­taforik təbiətidir. Mifik metaforanın strukturunu nəzəri şə­­­kildə mənimsəmədən, onun bədii meta­fo­radan fərqini bil­mə­­­dən və bilibən nəzərə almadan (lakin bilib nəzərə almamaq müm­­­kün deyil) Oğuz mətninin [və ümumiyyətlə təsvir ko­du­nun tipindən (maddi, yaxud mənəvi) asılı olmayaraq, istənilən ənə­­nəvi mətnin] poetikasını öyrənmək cəhdi tədqiqatçını onun bütün illüziyalarına rəğmən mətnin zahiri qabığından içə­­ri keçməyə qoymayacaq. Bu baxımdan, biz də Qazanın Xa­osa girişini izləməyə tələsməyib, onun keçdiyi yola təkrar nəzər salmalı:
Yolu;
– onu təşkil edən xronotop elementlərini;
– keçid/adlama mexanizmlərini (Dağ, Ağac, qur­ban­ver­mə, çevrilmə/cilddəyişmə);
– keçid/adlama üsullarını (qamlama);
– keçid/kommunikasiya formullarını (xəbərləşmə);
– (və üzə çıxa biləcək daha nələri...)
yenidən gözdən keçirməli, müqayisəli ümu­mi­ləş­dir­mə­lər, tipoloji paralellər aparmalıyıq. Bu, bizə Oğuz ritual-mi­fo­lo­­ji düşüncəsinin mətndə gerçəkləşmiş müəyyən qa­nu­na­uy­ğun­luqlarını görməyə imkan verə bilər. Bu işi gör­mə­dən irəli adlamaq mətni “alazlamaqdan” (üzdən get­mək­dən) başqa bir şey olmaz.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   235   236   237   238   239   240   241   242   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish