Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet161/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   157   158   159   160   161   162   163   164   ...   289
1.1. Tuğulqa
Türklər, XI əsrdə tuğulqaya “uşuk” və ya “yusık”, tuğulqa geymiş adama da “yuşıklığ (Kaşğari, 2006: 50) (yuşıklığ ər, yəni başına dəbilqə qoymuş adam)” deyirdilər. Tuğulqaların altına isə ke­çeden hazırlanmış “kedük” və ya “keyük (Kaşğari, 2006: 589) adlanan başlıq geyinilirdi. Tuğulqa, sa­vaşçıların başını, düşmənin qılınc, ox, mizraq kimi silâhlarından qoruyurdu. Müsəlman türk döv­lət­lərində və daha sonrakı türk ordularında üzərlərində müxtəlif motivlərin tapıldığı tuğulqalar istifadə edilmişdir.
S. Dünyamalıyeva, “mütəxəssislərin qeyd etdiyi “tuğulğa, “tuğulba” adlanan bitkidən düzəldilən “sultan” imiş fikrini bildirərək, bu baş geyiminə çalma taxılır və rütbə, təbəqə bildirirmiş” şəklində izah edildiyini bildirir” (Dünyamalıyeva, 1999: 173). Yalnız “tuğulqa” sözü, dəbilqə, dəmir başlıq, metal papaq mənalarına gəlir ki, bu da doyüşçünün başını zərbələrdən qoruyan geyimin adıdır (Tan­rı­verdi, 2015: 139). Reşad Ekrem Koçu da bu başlığı, savaş zamanı başa geyilən dəmir tas və Türk di­lində tuğulqa, tolqa, tulqa olaraq adlandırıb. Kitabda cəmi iki dəfə işlədilən tuğulqa sözü, Salur Qaza­nın evinin yağmalandığı boyda “Başundağı tuğılganı ne ögersin mere kafir” (Ergin, 2014: 98); Bəkil oğlu Əmrənin boyunda isə “Kalkanın uvatdı, tuğulgasını yoğurdu, kapakların sıyırdı, oğlanı alımadı.” (Ergin, 2014: 223) olaraq keçir.

    1. İşıq

“Kitabi-Dədə Qorqud” Ensiklopediyasında, “işıq” üst hissəsi cilalanan və dəbilqənin alını örtən hissəsinə bağlanılan tunc güzgü olaraq adlandırılmışdır. Burada “işığ” alına bağlanılan vasitə oldu­ğun­dan onun “dəbilqə” olmadığını, qədim dövr və orta əsrlərdə dəbilqənin, əsasən, tuncdan hazırlandığı, elə ilk güzgülərin də, əsasən, tuncdan olduğu qeyd edilmişdir. Belə tunc güzgülərin həm də döyüş vaxtlarında alına bağlandığı və o öz parlaq şüası ilə rəqibin gözlərini qamaşdırdığı, onu çaşdırdığı kimi izah edilir (KDQ Ensiklopediyası, 2000: 151).
“Dədə Qorqud kitabı”nda məlum olur ki, bu güzgünü – “ışığ”ı bağlamağa hər adamın ixtiyarı yox imiş. Necə ki, oğuz igidlərinin hamısı yox, yalnız dördü (Bamsı Beyrək, Qanturalı, Qara Çəkür, Qara Çəkür oğlu Qırqqınuq) niqabla gəzərmiş. Bunlar hünərə, bacarığa görə el böyüyü, tayfa başçısı tərəfindən seçilmə, fərqlənmə nişanı kimi alplara verilirmiş” (KDQ Ensiklopediyası, 2000: 151). Həqiqətən, Bəkilin öz yurduna niyə “altun ışıq”sız qayıtmasının səbəbini öyrənmək istədikdə bəlli olur ki, o, xanlar xanı Bayandırdan incimiş, küsmüş və buna görə də onun verdiyi şeyləri, eləcə də “ışığ”ı geri qaytarmışdır. Yaxud Qazlıq Qoca oğlu Yegnək qardaşını əsirlikdən qurtarmağa gedəndə yuxuda özü ilə elə-belə igidləri yox, yalnız “ağ işıqlı alpları” apardığını görür. Kafirlər Əmrandakı işığın Bəkilin olduğunu dərhal tanıyırlar. “İşıq”, həm də hər vaxt yox, rəsmi çağırış və döyüş zamanı bağlanılırmış. Abidənin “İç Oğuza Daş Oğuz asi olub Beyrək öldürdüyü boyu”nda Beyrək Aruz tərə­findən aldadılıb aparıldığını bildikdə deyir ki, sənin məqsədini, xəyanətini öncədən bilsəydim, elə-belə hüzuruna gəlməzdim. “Alın başa kunt ışuğum urur-idüm” (Ergin, 2014: 248) yəni yarlı-yaraqlı, həm­çinin kunt işığıma vurub gələrdim.
O.Şaik Gökyay ışukların həm sağlam, həm də parlaq mədəndən hazırlandığına dair işarə ol­duğunu deyir və “gün kimi şılayup gelen kafirin ışığıdur”, “altun ışuk”, “ağ ışıklı”, “kunt ışık”lar kimi örnəklər verir. Lakin o, bu ışuk kafirin başında isə o zaman Oğuz alp için bunun bir “börk” denlü önəmi olmaz olaraq qeyd edir (Gökyay, 1973: CCCLXVI).
M. Ergin “kunt” sözünü sağlam, quvvetli (Ergin, 2009:194), “ışuk” sözünü dəmir başlıq, miğfər,
tolqa (Ergin, 2009:143) olaraq, O.Ş.Gökyay isə “kunt ışık” ifadəsini sağlam miğfer, ağır, qüvvətli tulqa (Gökyay, 1973: 253) olaraq izah etmişdir. Lakin Ə.Tanrıverdi “qunt işıq” ifadəsini parlaq zireh, dəbilqə olaraq vermişdir. O, həmçinin “işıq” sözünü “başa keçirilən zireh geyim” mənasında verərək, qunt, ağ və altun sözlərini isə “işıq” sözünün təyinediciləri (Tanrıverdi, 2015: 138) olaraq qeyd etmiş­dir. Bu nümunələr, Qazan bəy oğlu Uruz bəyin dustaq olduğu boyda “Başumda kunt ışuklar saklar idim bu gün içün, güni geldi” (Ergin, 2014:159); Qazılıq Qoca oğlu Yignek boyunda “ağ işuklu alp­la­rı yanuma saldım” (Ergin, 2014:201); Bəkil oğlu Əmranın boyunda “Egnünde altun ışuk cübbesi yok” (Ergin, 2014:217) olaraq keçir.

  1. Zireh

Oğuzlar mülkü geyimlə yanaşı, döyüş geyimi zireh də geyinirdilər. Savaş geyimi, məsləyə və yaxud görülən işə görə də dəyişirdi və bu da xüsusilə döyüşçülər üçün son dərəcə vacib sayılırdı. Onların həm yüngül, həm də hərəkət qabiliyyəti olan geyimlər geydikləri məlumdur və ayrıca lazım olduğunda başı və bədəni qoruyacaq zirehlərdən də istifadə olunurdu.
Savaş geyimi olan zireh hələ qədim zamanlardan bədəni müxtəlif zərbələrdən qorumaq üçün istifadə edilirdi. Zirehin savaş zamanı əhəmiyyətindən Baburnamədə də bəhs edilir. Baburun İsfahanı mühasirəyə almasında bu cür ifadə işlədilib: “Müharibənin ilk günündə ata-əkəm Xudaverdi bəyə zəmbərək oxu dəyib öldürdü. Zirehsiz savaşdığı üçün bəzi igidlər öldü, bir çoxu da yaralandı.” (Mə­həmməd B., 2011: 50).
Zirehli geyimin ilkin forması göndən tikilmişdir. Dəvə və ya camış dərisindən olduğunu da düşünülə bilər, hətta Türklərdə bir deyim də var, “dəvə dərisi kimi üzü var”, yəni möhkəmdir, sağlamdır, asanlıqla zərbə görməz. Sonralar dəridən tikilmiş zirehli geyim, metalın meydana gəlməsi ilə əlaqədar olaraq mühafizə geyimi kimi öz əhəmiyyətini itirir və yeni zirehli geyim, çuxa və gödəkcə halında hazırlanır və onun üzərinə metal lövhəciklər bərkidilirdi.
XII əsrin başlanğıcında halqalar vasitəsilə bir-birinə geydirilmiş zirehli geyimlər meydana gəlir. Bu metal halqalardan toxunmuş geyim ön, arxa və yan hissələrdən metal hissəciklərlə əhatə edilirdi (Mövsümov, 1996: 96). Azərbaycan ədəbiyyatının klassikləri Xəqani Şirvani və Nizami Gəncəvi əsərlərinin birində zirehli geyimi çox gözəl təsvir etmişdir.
Xəqani Şirvani şeirlərində zirehli geyimin metal hissələrdən ibarət olduğunu belə təsvir edir:
Zirehdən bədənim göz-göz olsa da,
Gözüm yox aləmə yetirəm nəzər (Şirvani, 2004: 299).
...
Neçə zireh toxudum goydə pəhləvanlar üçün,
Vuruldu halqalara sinədə Gunəşlə düyün (Şirvani, 2004: 243).
Nizami Gəncəvi isə “İsgəndərnamə” əsərində yazır:
Belində gövhərlə bəzənmiş kəmər,
Başında polad bir qalxan çilvəgər,
Əynində zirehli mavi qıvırcıq,
Yəməni qılınca içirmiş zəhər (Gəncəvi, 2013).
İlk öncə bu cür zirehli geyimlərin nadir olduğunu və çox çətin hazırlandığına görə ancaq yüksək rütbəli şəxslərə, qoşun başçılarına məxsus olduğunu söyləyə bilərik.
“Dədə Qorqud kitabı”nda Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda, Uruzun saxlandığı yerə gəlib çıxan Qazan bəyi görən kafirlərin, qorxub ürküşməsi və cevşən geyib hazırlanması: Kim atın biner kim cevşen giyer” (Ergin, 2014:168). cümləsində zireh anlamına gələn cevşənin bir savaş geyimi olaraq keçdiyini göstərir.
Ə.Tanrıverdi, fars mənşəli olan “cövşən” sözünün, zirehli geyim, döyüş paltarı olaraq Kitabi-Dədə Qorqudun izahlı lüğətində keçdiyini, ərəb və fars sözləri lüğətində isə bu sözün “qədimdə silah­dan mühafizə üçün dəmir halqalardan toxunmuş zirehli köynək” olduğunu qeyd edir (Tanrıverdi, 2015: 142, 143). M. Ergin də “cevşen” sözünü zireh (Ergin, 2009: 66) mənasında vermişdir. O.Ş. Gök­yay isə “cevşen”i savaşlarda zireh kimi arxaya geyilən silah olaraq tərif etsə də, zirehin yalnız hal­qa­lardan olduğunu, cevşenin isə halqa-halqa dəmirdən olub aralarına kiçik pullar qoyulan hörmə zireh, zəncir və pul zireh olaraq izah etmişdir (Gökyay, 1973: 184).
“Dədə Qorqud kitabı”nda “geyim”, həm paltar, həm də zireh, savaş geyimi mənasında işlə­dil­mişdir. Divanü lügat-it-türk əsərində geyim sözünün qarşılığı olaraq “ton” (Kaşğari, 2006: 559) sözü verilmişdir. Geyim-kecim sözünün də savaş geyimi mənasına gəlməsi mətnlərdən aydın olur. Ümu­miyyətlə, geyim-kecim dedikdə həm bədənə geyilən, həm də ayağa və başa keçirilən bütün paltar formaları nəzərdə tutulur (Tanrıverdi, 2015: 144). Eləcə də Azərbaycan dilinin izahlı lüğətində geyim-kecim, üst-baş, paltar mənasında verilmişdir (Azərbaycan dilinin izahlı lüğəti 2006: 225). Kitabda ümumi olaraq geyimlərə “ton”, “tonatmaq” isə geyindirib-kecindirmək mənasında işlədilib.
Yuxarıda qeyd etdiyimiz sözlər, boylarda bu şəkildə keçir: Uşun Qoca oğlu Səgrək boyunda, Te­kür aydur: “Ya niçe eylemek gerek, varun ol tutsak yigidi çıkarun getürün, depegen köpini süsegen yırtar, at virün ton virün didi” (Ergin, 2014: 230), “Atlarınun eyerlerin aldılar, geyimlerin çıkardılar.”; Bəkil oğlu Əmranın boyunda, “Mere geyimüm getürün oğlum geysün, al ayğırum getirün oğlum bin­sün, il ürkme­din oğlum meydana varsun girsün didi. Oğlanı tonatdılar” (Ergin, 2014: 221); Salur Qazanın dustaq olub oğlu Uruzu çıxardığı boyda, “Geyimini kesdi, omuzına dört parmak denlü zahm urdı.” (Ergin, 2014: 242); “Kazana geyim getürdi. Kılıç ve sünü ve çomak ve sayir cenk (savaş) aletin geydürüp to­na­t­dılar.” (Ergin, 2014: 240), “Toksan bin yağı gördüm ise tonanmadum” (Ergin, 2014: 236); Qazılıq Qoca oğlu Yəgnək boyunda, “Kafirün çignine bir kılıç urdı, geyimini kiçimini toğradı,” (Ergin, 2014: 205).
Savaş geyimi olaraq, zireh mənasını da verən “dəmir ton” və kafirlər (düşmən) üçün savaş za­ma­nı istifadə edilən “qara ton” sözünə “Dədə Qorqud kitabı”nda bir çox yerdə rast gəlinir. Bu ifadələrin hər birinə gəlin ayrılıqda nəzər salaq.


    1. Download 6,67 Mb.

      Do'stlaringiz bilan baham:
1   ...   157   158   159   160   161   162   163   164   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish