Savaş geyiminin hissələri
Savaş geyimi, boylardan da görüldüyü kimi, dəmir dondan, zirehdən ibarətdir və buna əlavə olaraq zireh ayrıca dəmirdən döyülmüş “sinəlik” (sinəni qoruyan hissə) “karıçuk” (kolu koruyan parça), “yakalık”, “dizcik”(dizi koruyan parça) (SÜSLÜ, 1989: 183) ilə də tamamlanırdı. Vücudun biçiminə görə şəkilləndirilən, çiyindən asılı sinəlik, belə bağlı ətək, qolluqlar, ayaqlıqlar, əzalara görə şəritlərlə bağlanıb bərkidilirdi. Kiçik dəri parçalarının geyimin üzərinə yan-yana və üst üstə balıq pulu kimi möhkəm şəkildə tikilməsindən zirehlər meydana gəlirdi. Hazırlanan bu zirehlər eyni zamanda, gündəlik bir geyim ola biləcək şəkildə üzəri müxtəlif cür bəzədilirdi (Kalkan, 1995: 100, 101). Bununla yanaşı, hörmə zirehlər də mövcud idi (Gökyay, 1973: CCCLXV ).
Boylarda, sinəni, qolu və dizi qorumaq üçün istifadə edilən savaş geyim parçalarının adları keçir. Bunlar: “yaqa”, “dizcik” və “qarucıq”dır.
-
Yaqa
“Dədə Qorqud kitabı”nda, savaş geyimi olan zireh, dəmir donla yanaşı Oğuzların ayrıca savaş geyiminin hissələri olan dəmir sinəlik, dizcik və qarıcuk geyindikləri barədə bilgi verilir və ilk olaraq “Yin yakalar dikdüreyim” ifadəsinə diqqət yetirək. Belə ki, “Yen” Həmid Araslıda “yey ”kimi, “dikdürəyim” isə dögürəyim kimi, Şamil Cəmşidovda “yeg yəqalər dökdürəyim”, müasir mətndə isə “günü gəldi, qolçaq-yaxa tikdirib-taxım sənin üçün yazıldığını qeyd edən S. Dünyamalıyeva, tikmələnmiş qolçaq-yaxa döyüşçü geyimi kimi tərif edilmədiyindən “dikdüreyim” deyil, “dögürəyim” -“dökdürəyim” sözünün düzgün olduğunu irəli sürmüşdür. Bu da savaş geyim elementi olan qolçaq və yaxalığın dəmirdən döydürülməsinə (ola bilər ki, “tökdürülməsinə”) işarədir (Dünyamalıyeva, 2003: 74). Görüldüyü kimi, Drezden nüsxəsində “yaqa” sözü döyüşçü geyimi, daha doğrusu, dəmir yaxa mənasındadır (Tanrıverdi, 2015: 142).
İki yerdə işlənən, Bəkil oğlu Əmranın boyunda, “Egni bek demür tonum mana virgil, Yin yakalar dikdüreyim senün içün” (Ergin, 2014: 221) və Qazan bəy oğlu Uruz bəyin dustaq olduğu boyda, “Egni bek demür tonum saklar-idim bu gün içün, Güni geldi, Yin yakalar dikdüreyim senün içün” (Ergin, 2014:158-159) ifadələrinə rast gəlinir. Nümunədən də görüldüyü kimi, hər iki boyda, Oğuz igidləri üçün zamanı gəldiyində savaş geyiminin bir hissəsi olan dəmir “yaqa”nın hazırlanması yeni döyüşə, qələbəyə işarədir.
Do'stlaringiz bilan baham: |