Дядя Горгудун мязар йери щаггында


Dədə Qorqud boyları və Xocalı ağıtları



Download 6,67 Mb.
bet158/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   154   155   156   157   158   159   160   161   ...   289
Dədə Qorqud boyları və Xocalı ağıtları:
Sözlü gələnəyin önəmli məhsullarından olan “Kitab-i Dədə Qorqud”, Oğuz Türklərinin qədim­gə­lənək, görənək və yaşam tərzini yansıdan ən böyük kültür varlıqlarından biridir. Bu əsərdəəsgi Oğuz­ların digər adətləri kimi yas adətləri və ağıt yaxma gələnəkleri də açıqca görünməkdədir.
“Dədə Qorqud kitabı”nda yer alan 12 boy arasında “Dirsə Xan Oğlu Boğaç Xan Boyu”, “Salur Qa­zanın Evi Yağmalandığı Boy”, “Qam Pürənin Oğlu Bamsı Beyrək”, “Qazan Bəy Oğlu Uruz Bəyin Tut­saq Olduğu Boy,“Basatın Təpəgözü Öldürdüyü Boy” və “İç Oğuza Dış Oğuz Asi Olub Beyrəyin Öl­düyü Boy” olmaq üzrə toplam altı boyda ağıt mətinləri mövcuddur.
Genəlliklə yaxılan ağıtların ən mühüm xüsusiyyəti yaşanmış hadisələrə dayanmasıdır. Hər ağıtın özünəməxsus hekayəsi vardır. Yani qaynağını gerçək həyatdan alan ağıtlar dildən-dilə dolaşaraq geç­mişi günümüzə daşıyırlar.
Son dönəm tariximizin ən acı və tragik hadisələrindən biri; Ermənilərin Azərbaycanda törətdiyi Xocalı Soyqırımıdır. Yurdunu, toprağını, qohum qardaşını və evladlarını itirən Azərbaycan insanının çəkdiyi acı və iztirabları qismən də olsa söylədiyi ağıtlarda görmək mümkündür.
“Dədə Qorqud kitabı”nda Basatın Təpəgözü Öldürdüyü Boyda; Aruz oğlu Basat, gəzadan dönüb qardaşı Qıyan Selçuğun öldüyünü duyunca ağlayaraq qardaşı üçün belə söyləmişdir:
Kənar yerdə tikilmiş otaqlarını
O zalim yıxdırdı demək, qardaş.
Qoşucu olan atlarını tövləsindən
O zalim seçdirdi demək, qardaş.
Cins cins dəvələrini qatarından
O zalim ayırdı demək, qardaş.
Şölənində kesdiyin qoyununu
O zalim kəsdi demək, qardaş.
Güvəncimlə gətirdiyim gəlinciyini
O zalim səndən ayırdı demək, qardaş.
Ağ saqqallı babamı oğul diyə ağlatdın demək, qardaş.
Ağca üzlü anamı sızlatdın demək, qardaş.
Qarşı yatan qara dağımın yüksəyi, qardaş.
Axıntılı gözəl suyumun daşqını, qardaş.
Güçlü belimin qüvvəti, qardaş.
Qaranlıqlı gözlərimin aydını, qardaş,
qardaşımdan ayrıldım1.

Burada tragik bir hadisəylə qarşılaşan Basatın çarəsiz anları, sevdiyi qardaşının itirilməsi üzüntü­süy­lə, onu bir daha görəməmənin verdiyi ayrılıq acısından hiss etdiyi qayğıyla ağlama ve döyünmələri gö­rünməkdədir. Bu ağıtda Basat,“güclü belinin qüvvəti”və “qaranlıqlı gözünün aynası” bildiyi qardaşının ardından “ağlayan ağ saqqallı babasını”, “sızlayan ağca üzlü anasını” və ondan geri qalan hər şeyi ana­raq duyğularını və iztirablarını dilə gətirmişdir.
Buna bənzər bir örnəyi; Xocalıda yaşanan soyqırıma yaxından şahid olan və öldürülmüş, başları kəsilmiş, dəriləri soyulmuş qohum qardaşını görən bir fərdin fəryad fiğanında və çarəsizcə yaxınma­la­rında da görə bilərik:
Ağrıya acıya dözmək çətindir,
Ay Allah, neyləyək biz yazıq indi?
O gecə qan deyib qudurdu düşmən
O gecə inlədi, ağladı vətən.
O gecə Xocalı qana bələndi,
Nəğmələr yerinə güllələr dindi.
Beşikdə doğrandı körpə uşaqlar,
Dondu qar içində əllər, ayaqlar.
Ağlama, qardaşım, səbr eylə bir az
Bu dərdi,bu qəmi heç kəs unutmaz.
Qoymaz bu günahı yerdə Türk oğlu,
Qalxacaq ayağa Babək, Koroğlu
2.
DirsəXan Oğlu Boğaç Xan Boyunda; DirsəXanın həyat yoldaşı, babasıyla ova gedən oğlunun dönmədiyini görüncə oğlunu aramağa getmiş. Qazılıq Dağına gəldiyində oğlunu qan içində yatdığını görmüş vəbelə səslənmişdir:
Qara süzmə gözlərini yuxu bürümüş, aç artıq,
On iki kəmikciyin xərab olmuş, topla artıq.
Tanrının verdiyi dadlı canın seyranda imiş yaxala artıq
Öz gövdəndə canın var isə, oğul, xəbər mənə
Qara başım qurban olsun, oğul, sənə.
Axar sənin suların, Qazılıq Dağı,
Axar ikən axmaz olsun.
Bitər sənin otların, Qazılıq Dağı,
Bitər ikən bitməz olsun.
Qaçar sənin geyiklərin, Qazılıq Dağı,
Qaçar ikən qaçmaz olsun, daş kəsilsin.
Nə biləyim oğul arslandan mı oldu,
Yoxsa qaplandan mı oldu, nə biləyim oğul?
Bu qəzalar sənə nərədən gəldi?
O gövdəndə canın var isə, oğul, xəbər mənə
Qara başım qurban olsun, oğul, sənə.
Ağız dildən bir kaç kəlimə xəbər mənə 3.

Bu ağıtta, qəza yerinə gəlib oğlunu itirmək qorxusunu yaşayan bir ananın yaxınması və iztirabını gördüyümüz kimi; Xocalıda öldürülmüş körpəsi üstə oxşayıb ağıt söyləyən bir ananın sızlaması da eyni hal havadadır:
Körpə gülüm, ləçəklərin
Niyə vaxtsız soldu belə?
Sinəndəki qızartılar
Lalə, yoxsa qandı belə?
Yağ qalmadı ürəklərdə,
Qəm yurd saldı diləklərdə.
Belə zülmə fələklər də
Qan ağladı, yandı belə1.

Salur Qazan’ın Evi Yağmalandığı Boyda; Salur Qazan, yurdunun gəlip talanmış olduğunu görüncə yurduna xitabən belə söyləmişdir:
Qohum qəbilə mənim ortaq yurdum
Yaban eşşəyi ilə yaban geyigə qonşu yurdum
Səni düşman nərədən dolamış gözəl yurdum
Ağ otaqlar tikilincə yurdu qalmış
İxtiyarcıq anam oturunca yeri qalmış
Oğlum Uruz ox atınca hədəf qalmış
Oğuz bəyləri at sürüncə meydan qalmış
Qara mutfaq tikilincə ocaq qalmış2.

Talanmış yurduna xitabən ağıtlar yaxan Salur Qazanın “gözlərinin qan-yaşla dolması”, “qan da­marlarının qaynaması” və“qara bağrının sarsılması”əslində ulu bir varlığın itirmə acısından meydana gəlmiştir. Çünki onun üçün“yurd” sadəcə üzərində yaşadığı topraq deyil; eyni zamanda qohum qəbilə, ailə, eş, dost, maddi, mənəvi dəyərləri qoruyan və fəda ediləməz qutsal bir varlıq olaraq bilinmişdir.
Talan edilmiş yurdunda qəsbkar düşməni görən bir Xocalı vətəndaşında oyanan hisslər əslində Qazan Xanın yaşadığı bu hisslərdən fərqli deyildir. Arzularının beşiyi nitəliyində olan şəhərinin, bir gecədə düşmən əli ilə yandırılıb yağmalanmasını görən bir fərdin duyguları bu örnəkdə açıqca görü­lə­bilir:
Bir gecədə yanan şəhər,
Arzuları donan şəhər,
İşıqları sönən şəhər,
İlğım təki titrəyirsən
şəhidlərin qəbri üstə.
Qız-gəlinin əllərdədir,
Uçmuş ruhun çöllərdədir,
Yuxun gəlmir.
Havalar da heç düzəlmir.
Bu dünyanın səbri üstə xərclənənlər
Geri gəlmir, Xocalı3.
Buna bənzər digər bir örnəkdə; itirilmiş toprağa yaxılan ağıtlar iç acıdıcıdır:
Köksü kabab olmuş, ellərim, ağla,
Dağlarım, daşlarım, çöllərim, ağla,
Sinəsi yaralı illərim, ağla,
Süngüylə doğrandı əsir Xocalı,
Əlacsız Şuşama qəsir Xocalı4.
Sonuc
İnsanlığın ortaq acılarının ifadə qalıblarından biri olan ağıt yaxma gələnəyinin Türk kültüründə köklü bir geçmişə sahib olduğu görülməkdədir. Bu gələnək Hz. Adəm zamanından başlayaraq günü­mü­zə gəlmişdir.
Yazılı və sözlü kültürümüzdə önəmli bir yer qapsayan ağıt yaxma gələnəyi vasitəsi ilə ölüm, ayrı­lıq, həsrət, topraq itirmə kimi fərdi və ictimai duyğular paylaşılır və acı hadisələri yaşayanların təskin edilməsinə çalışılır.
Əski türklər arasında topraq itirmə və ölüm hadisələrində matəm törənlərinin təşkil edilməsinə dair kültür tariximizdə bir sıra örnəkləri görmək mümkündür. “Dədə Qorqud kitabı”nda da bu örnəklər təsbit edilmişdir. Bu gələnəyin günümüzə qədər gəlib çıxması, eynən Xocalı Qətliamı ilə ilgili yaxılan ağıtlarda da görülməkdədir.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   154   155   156   157   158   159   160   161   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish