Ключевые слова: эпос. книга, Деде Коркут, баттал, структура, схожесть
Məlihə Əzizpur
Hacettepe Universiteti
Doktora tələbəsi
e-mail: maliheh.azizpour@gmail.com
DƏDƏ QORQUD BOYLARINDA AĞIT VƏ BƏNZƏR XOCALI AĞITLARINDAN
BİR NEÇƏ ÖRNƏK
Özət
Türk kültüründə olduqca köklü bir geçmişə sahib olan ağıt ve ağıt söyləmə gələnəyi geçmişdən günümüzə sözlü və yazılı gələnəkdəki yerini qorumuş önəmli kültürəl ürünlərimizdən biridir. Ağıtlar, ən əsgi dönəmlərdən bu yana varlığını sürdürmüş, insanlığın ortaq dəyərləri arasında yer almışdır.
Fərdi, ya da ictimai duyguları, acıları dilə gətirən ağıtlar vasitəsi ilə ölüm, ayrılıq, xəstəlik və doğal afətlər kimi hadisələrin sonucunda çəkilən acılar xəfiflədilməyə, ya da digər fərdlər tərəfindən paylaşılaraq acı hadisəni yaşayanlar təskin edilməyə çalışılmışdır.
Türk millətinin qədim gələnək, görənək və yaşam biçimini yansıdan ən böyük kültür varlıqlarından biri sayılan “Dədə Qorqud kitabı”nda da əski Oğuzların yas adətləri və ağıt yaxma gələnəyiyer almışdır. Bu gələnəyin günümüzdə də bənzər şəkildə davam etməsi diqqət çəkməkdədir.Yaxın geçmişdə ermənilər tərəfindən Azərbaycanda törədilən Xocalı qətliamı1 ilə ilgili yaxılan ağıt nümunələri, ağıt yaxma gələnəyinin günümüzə qədər daşındığını aydınca göstərməkdədir.
Açar sözlər: Dədə Qorqud, Türk Kültürü, Xocalı Ağıtları, Gələnək, Yas, Ağıt.
Giriş
İnsanlığın ortaq acılarını canlı ve təsirli bir şəkildə ifadə edən ağıt yaxma gələnəyi, geçmişdən günümüzə sözlü və yazılı biçimdə gəlib çatmışdır. Fərdi ya da ictimai duyguları, acı və iztirabları diləgətirən ağıtlar vasitəsi ilə ölüm, ayrılıq, xəstəlik, savaş və doğal afətlərin səbəb olduğu acı duygular dilə gətirilir.
Ağıt, Türkcə Sözlükdə; “Ölən bir kimsənin gəncliyini, gözəlliyyn dağını yini, yaxşılıqlarını, dəyərlərini, arxada buraxdıqlarının acılarını və ya böyük fəlâkətlərin acılı təsirlərini dilə gətirən söz və ya oxunan əzgi, yazılan yazı, sağu, mərsiyə2” şəklində tərif edilir.
Şükrü ELÇİN ağıt’ı bu şəkildə tanımlar: “İnsanoğlunun ölüm qarşısında və ya canlı-cansız bir varlığını itirmə, qorxu, təlâş və həyəcan anındakı üzüntülərini, fəryadlarını, üsyanlarını, talehsizliklərini, düzənli düzənsiz söz və əzgilərlə ifadə edən mahnılardır3.”
Arslan TEKİN’ə görə, ağıt “Bir kimsənin ölümündən dolayı duyulan acıları anlatmaq üçün söylənən şeirdir. Bu xüsusiyyətdəki şeirlərə divan ədəbiyyatında mərsiyə, islamiyətdən öncəki Türk ədəbiyyatında da “sagu” adları verilir4.”
Ağıt söyləmə, dünya yaradıldıqdan sonra Hz. Âdəmin oğlu Qabil’in qardaşı Habil’i öldürməsi və arxasından peşman olaraq ağlayıb-sızlaması ilə başlamış, günümüzədək davam etmişdir5.
“Türklərə aidən əsgi ağıt örnəyi M. Ö. 119.cu ildə Hunların Ordos’un quzeyindəki topraqlarını Çinlilərə qapdırınca Böyük Çölün quzeyinə çəkilmələri üzərinə söylənmişdir. Çin qaynaqlarında, bu ağıtın bir dörtlüyü bu şəkildə qeyd edilmişdir:
“Yen-çi şan dağını itirdik
Qadınlarımızın gözəlliyini aldılar
Sı-lan-şan yaylaqlarını itirdik
Heyvanlarımızı ürətəcək yeri aldılar1.”
Göytürklərin ağıt gələnəyinə dair bilgilərə isə Orxun Abidələrində və VI əsrə aid iki Yenisey bəlgəsində; “Ey sizlər! Ağıt yaxınız; yaxınız ki, səmavi âləmdə diri və tanınmış olayım və yemək bulayım” şəklində rastlanmaqdadır2.
Qaraxanlılar dönəminin önəmli əsərlərindən olan Qutadgu Biligdə “yuğ aşı”ndan söz edilməkdədir. Divani-Lüğat-it Türkdə isə Alp Ər Tunganın ölümü üzərinə söylənən Ağıtdan bir bölüm yer almaqdadır3.
Alp Ər Tunga öldü mü
Issız Ajun qaldı mı
Ödlək öçün aldı mı
Emdi ürək yırtılur4.
Orxunabidələrində “sıgıt” və “sıgıtçı” olaraq görülən ağıt və ağıtçılıq gələnəyi çeşitli Türk boyları arasında zaman içindəfərqliadlarla anılmışdır. Ağıtlar üçün Azərbaycan Türkləri “ Şivən,Ağı”, İran Türkləri “Oxşama, Mərsiyə5”, Anadolu Türkləri “Ağıt”, “Ağıtmak”, “Ağıtlama”, “Ağat”, “Ağut”, “Avut”, “Deme” vs. Uygurlar “ Mərsiyə Qoşuqları”, Qaraçay Malkar Türkləri “Küv”, Kırım Tatarları “Taqmaq”, Özbəklər “Matəmnamə”, Qırgızlar “Coktav”, Türkmənlər “Ağı, Tavs, Tavşa”, Çağatay Türkləri “Yığlamak”, Quzey Qafqaz və Dobruca’da yaşayan Nogaylar isə “Bozlav6” Müsəlman Kərkük Türklərində “Sazlamağ” və Xristian Kərkük Türkmənlərində “Madras”, Qazaq türklərində “Köris” adlarını işlətmişlər7.
Do'stlaringiz bilan baham: |