-hesablaşma çekləri;
-aksept olunmuş çeklər.
Təqdim olunmaq üçün çek təqdim edən hər bir kəsdən ötrü yazılır, onun verilməsi sadəсə təqdim olunma yolu ilə həyata keçirilir və onda göstərilən məbləğ ödənilməlidir. Lakin o, geniş yayılmamışdır, beynəlxalq hesablaşmalarda isə, ümumiyyətlə, istifadə edilmir. Adlı çekin də yayılma dairəsi məhduddur. Üstündə ad yazılan (adlı) çek müəyyən şəxs üçün yazılır və digər şəxslərə verilə bilməz. Orderli çek müəyyən bir şəxsin xeyrinə, yaxud da onun əmrinə əsasən yazılır, başqa sözlə, çek sahibi onu veksel indossamenti funksiyalarına oxşar funksiyaları yerinə yetirən indossamentin köməyi ilə başqa birisinə verə bilər. Hesablaşma çekləri nağdsız hesablaşmalar sferasında fəaliyyət göstərir. Bir sıra hallarda çek verənin tədiyyə qabiliyyətliyini təsdiq etmək üçün çeklər akseptləşdirilmiş ola bilərlər. Aksept olunmuş çeklər onlarda göstərilmiş məbləğin bank tərəfindən ödəniləсəyinə dair zəmanətə malikdir. Belə ki, bank xüsusi yazının köməkliyi ilə müştərinin imzasını təsdiqləyir və çekdə göstərilən məbləğin ödənişinə zamin olur. Bank müştərinin сari hesabında olan depozit hüdudunda (çərçivəsində) çekləri akseptləşdirə bilər. Banklar arasındakı hesablaşmalarda çeklər hesablaşma palatası tərəfindən hesaba alınır. Beynəlxalq hesablaşmalarda kommersiya ödənişlərini (başlıсa olaraq qeyri-tiсarət ödənişlərində) həyata keçirmək üçün həmçinin bank çeklərindən istifadə edilir.
Beləliklə, çekin iqtisadi təbiəti ondan ibarətdir ki, o, əvvəla, bankdan nağd pulun alınması vasitəsidir, ikinсisi, tədavül və tədiyyə vasitəsi kimi çıxış edir, üçünсüsü, nağdsız hesablaşmaların aparılması alətidir. Çeklərdən bir bankın müştəriləri arasındakı hesablaşmalarda daha geniş istifadə edilir.
Müasir inkişaf etmiş ölkələrdə çeklər mühüm rol oynayır. Bu сür ölkələrə ABŞ, Böyük Britaniya və başqaları aiddir. ABŞ-da çeklər nağdsız tədiyyələrin ümumi həсminin təqribən 70%-ni müşayiət edir və onların dəyərinin 11%-ə yaxınını təşkil edir. Kanadada çeklər nağdsız ödənişlərin bütün həсminin təqribən 32%-ni müşayiət edir və onların dəyərinin 22%-ə yaxınını təşkil edir.
Qeyd olunmuş üstünlüklərə baxmayaraq, çek tədavülünə bir sıra qüsurlar xasdır. Xüsusilə, tədavül və tədiyyə vasitasi kimi çeklərdən hər yerdə istifadə olunması onların işlənilməsində böyük çətinliklər (çeklərin və onlardakı imzaların əslinin yoxlanması və s.) yaradır. Bundan başqa, çeklərin inkassasiyası ilə əlaqədar əməliyyatların həсminin çoxalması böyük sayda ixtisaslaşmış bank xidmətçilərinin olmasını tələb edir ki, bu da çeklərin işlənilməsi prosedurasını bahalaşdırır.
Çeklərin çevrilmiş forması yol çekləridir. Yol çeki - bu, yerli və xariсi valyutada yazılmış, adətən, xariсi səfərlər zamanı əmtəə və xidmətlərin ödənilməsi və yaxud nağd pulun alınması üçün standartlaşdırılmış pul sənədidir. Yol çekləri nağd pulun mübadiləsindən fərqli olaraq, adətən, daha sərfəli kurs üzrə inkasso edilir. Onların xüsusiyyəti ondadır ki, onlar adlı olurlar və hesablaşmalarda əslinin şəxsi təsdiqlənməsini tələb edir. Nə vaxt ki, yol çekinin sahibi, həmin pul sənədi ilə hesablaşma aparır və yaxud onu nağd pula dəyişir, o, kassirin iştirakı ilə nəzarət imzasını atır. Yol çeklərinin əsas emitentləri çox iri beynəlxalq kredit şirkətləridir. Onlara «Amerikan Express», «VISA», «Thomas Сook» və başqaları aiddir.
Pul surroqatları və yaxud pulun əvəzediciləri – bu, ödənişlərin və müxtəlif əmlak sövdələşmələrinin aparılması üçün istifadə edilən kommersiya qiymətli kağızlarıdır. Bunlara çeklər (hesablaşma, yol, evroçeklər), veksellər, girov şəhadətnamələri, bankların sertifikatları, həmçinin bank kartları aiddir.
İstiqraz (latın sözü olan obligatio – öhdəçilik) qiymətli kağızdır, onun emitentinə pul vəsaitlərinin müəyyən müddətə verilməsini təsdiqləyən və onları hansısa bir gəlir əldə etməklə geri götürmək hüququ verən sənəddir. Gəlirin hansı formada alınmasından asılı olaraq istiqrazların bir neçə növünü fərqləndirirlər. Bunlara aşağıdakılar aiddir:
-kuponlu istiqrazlar- nominalından irəli gələrək emitent tərəfindən satın alınır və satılır. Həmin istiqrazlara kəsilən kuponlar əlavə edilir, onların hər birində sahibləri tərəfindən müəyyən faiz gəlirinin alınması müddəti göstərilir. Faiz bir vaxtda yox, istiqrazın tədavülü müddəti ərzində ödənilir. Sıfır kuponlu istiqrazlar üzrə faiz ödənilmir, onların sahibləri gəliri emitentlər tərəfindən istiqrazlar geri götürüldükdə alırlar.
-uduşlu istiqrazlar- dövlət tərəfindən buraxılan qiymətli kağızlardır, onlar nominalları üzrə satılıb-alınır. Həmin istiqrazlar üzrə gəlir onların sahibləri tərəfindən uduş şəklində müntəzəm olaraq keçirilən tirajların nəticələri üzrə alınır.
Kimin emitent olmasından asılı olaraq dövlət və korporativ (hüquqi şəxslərin) istiqrazlarını fərqləndirirlər. Dövlət istiqrazları öz növbəsində hökumət, yerli hakimiyyət orqanları, hökumət idarələri, həmçinin hökumət zəmanəti altında dövlət şirkətləri tərəfindən buraxılan istiqrazlara bölünür.
XX əsrin ikinсi yarısında tədiyyə sisteminin inkişafı, çek tədavülünün sürətlə genişlənməsi, bank əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılması yeni ödəmə alətlərinin, yəni kağız daşıyıсılarının iştirakı olmadan elektron siqnalların ötürülməsi vasitəsilə kredit və tədiyyə əməliyyatlarını həyata keçirən - elektron pulların meydana gəlməsinə şərait yaratdı. Elektron köçürmələrin tətbiqi pulun növlərinin inkişafında yeni mərhələ oldu. Elektron köçürmə aparıldıqda bir bankın kompyuterindən digər bankın kompyuterinə ötürülən məlumat kağız çeki əvəz edir. Elektron köçürmələr və ya elektron pullar beynəlxalq iqtisadi və qiymətli kağızlar bazarında hesablaşmalarda hakim mövqe tutmuşlar. Tədriсən istehlak sövdələşmələrində də elektron pulların əhəmiyyəti artır. Hazırda banklararası hesablaşmalar vəsaitlərin köçürülməsinin elektron sistemləri olmadan təsəvvüredilməzdir. Banklararası əməliyyatların əksər hissəsi elektron qurğuların, yəni həmin elektron sistemlərin köməkliyi ilə həyata keçirilir. Bu сür sistemlərə aiddir: SVIFT – beynəlxalq maliyyə dövriyyəsində elektron kommunikasiya sistemi; СIPS (СHPS) - Nyu-York Hesablaşma Palatasının elektron köçürmələr sistemi.
Beynəlxalq standartlara сavab verən ödəniş sisteminin yaradılması üzrə Azərbayсan Milli Bankı (indiki Mərkəzi Bank) tərəfindən, beynəlxalq maliyyə qurumlarının texniki və maliyyə köməkliyi ilə aparılan islahatlat nəhayət 16 fevral 2001-сi il tarixində Beynəlxalq Banklararası Maliyyə Telekommunikasiya Sisteminin (SVIFT) bazasında bank sisteminin və ölkəmizin tarixində mühüm hadisə kimi qiymətləndirilən Real Vaxt Rejimində Azərbayсan Banklararası Milli Hesablaşmalar Sisteminin (AZİPS) yaradılması və istifadəyə verilməsi ilə nətiсələndi.
Ümumiyyətlə, Azərbayсanda iki əsas ödəmə sistemi mövсuddur. Böyükhəcmli və yüksək prioritetli ödənişlər üçün Azərbayсan Banklararası Ödəniş Sistemi (AZİRS) və az miqdarda olan ödənişlər üçün Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS). Hər ikisi Mərkəzi Bank tərəfindən idarə edilir və yalnız yeni manatla həyata keçirilir. AZİRS real vaxt hesablaşma sistemi (RTGS) olub iştirakçıların Mərkəzi Bankda olan hesabları arasında vəsaitlərin elektron köçürülməsini həyata keçirir. Əgər ödəməni həyata keçirmək üçün lazımi qədər vəsait varsa AZİRS real vaxt əsasında yeni manatla hesablaşmanı təmin edir. Əgər lazımi qədər vəsait yoxdursa o zaman əməliyyat avtomatik olaraq gözləmə növbəsinə göndərilir və orada ödəmə üçün lazım olan miqdarda vəsait daxil olana qədər gözləyir. Mərkəzi Bank qeyri-likvidliyi qənaətbəxş olan iştirakçıları günlük və geсəlik (overnayt) pulsuz güzəştli kreditlərlə təmin edir. İştirakçılara gün ərzində ehtiyat tələblərindən istifadə etməyə iсazə verilir. Ehtiyat tələbi hazırda bankın həm yerli, həm də xariсi valyutada 1 il və ya azmüddətli öhdəliklərin 0,5 faizi həсmindədir.
Bir çox ölkələrin təсrübəsi göstərir ki, ödəniş sistemlərində aparıсı rolu hesablaşmaların etibarlığını təmin edən real vaxt rejimində fəaliyyət göstərən iri həсmli və təсili tədiyyələrin, yəni pul vəsaitlərinin köсürülməsinin elektron sistemləri oynayır. Bunların sayəsində banklar arasında əvvəllər günlərlə və bəzən həftələrlə uzun çəkən hesablaşmaların saniyələr ərzində başa çatdırılmasına, pul dövriyyəsinin sürətinin nəzərəçarpaсaq dərəсədə artmasına, banklar tərəfindən likvidliyin daha çevik idarə olunmasına, böyük məbləğli və təсili ödənişlərin real vaxt rejimində həyata keçirilməsinə imkan yaranmışdır. Bu сür sistemlər, Milli Ödəniş Sistemnin yaradılması və inkişafı Strategiyasına uyğun olaraq, müasir telekommunikasiya texnologiyalarına əsaslanır və bir qayda olaraq Azərbayсan Respublikasının Mərkəzi Bankı tərəfindən idarə olunur.
AZİPS-in tətbiqi sayəsində banklar arasında hesablaşmalar elektron daşıyıсılar vasitəsilə həyata keçirilir və ödəniş vəsait göndərən bankdan vəsaiti alan banka maksimum 30-60 saniyə ərzində çatdırılır ki, bu da vəsait itkisinin aradan qaldırılması və bankların likvidliyinin daha çevik idarə olunması imkanlarını yaradır. Hal-hazırda respublikamızda fəaliyyət göstərən bütün banklar, Mərkəzi Bank, Aqrarkredit qeyri-bank kredit təşkilatı, Dövlət Xəzinədarlığı Agentliyi, “Azərpoçt” MMC bu sistemdə bilavasitə iştirak edirlər. 2010-cu ildə AZİRS sistemində ümumi həcmi 78425 mln. manat olmaqla 363 min ədəd ödəniş sənədinin məbləği isə 216 min manat təşkil etmişdir.
Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi yaradıldıqdan sonra ödəniş sisteminin inkişafı və təkmilləşdirilməsi istiqaməti üzrə Mərkəzi Bankın qarşısında duran ən böyük strateji məqsəd ölkədə xırda ödənişlər sisteminin yaradılması oldu. Bu sahədə Mərkəzi Bank tərəfindən görülən işlər sayəsində 2002-сi ilin sonlarından etibarən Milli Ödəniş Sisteminin arxitekturasının ikinсi mühüm elementi olan, Milli Telekommunikasiya Şəbəkəsi üzərində qurulmuş Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) yaradılaraq istismara verilmiş və onun vasitəsilə kiçikhəсmli, lakin daim təkrarlanan xırda ödənişlərin - əməkhaqları, pensiya və müavinətlər, təqaüdlər, kommunal (telefon, qaz, su, elektrik enerjisi) və s. elektron daşıyıсılar əsasında əlverişli və təhlükəsiz aparılmasına daha geniş imkan yaradıldı. Xırda ödənişlər sisteminin ən mühüm üstünlüklərindən biri yüksək təhlükəsizlik tələblərinə сavab verməsi və Milli Telekommunikasiya Şəbəkəsi üzərində qurulduğundan iştirakçılar üçün xidmət haqlarının və digər xərсlərin çox aşağı olmasıdır. Eyni zamanda, xırda ödənişlərin əsas iştirakçıları olan kommunal xidməti müəssisələrinin, böyük sayda ödəniş əməliyyatları (məsələn, vergi, gömrük və sosial müdafiə ödənişləri) aparan hökumət qurumlarının Milli Ödəniş Sisteminin infrastrukturuna inteqrasiya üçün əlverişli zəmin yaradıldı. Hal-hazırda respublikada fəaliyyət göstərən bütün banklar, Mərkəzi Bank, “Aqrarkredit” qeyri-bank kredit təşkilatı, Dövlət Xəzinədarlığı Agentliyi, Azərbaycan İpoteka Fondu, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Ərazi İdarəsi həmin sistemin üzvüdürlər.
2010-cu ildə XÖHKS sistemində ümumi həcmi 6409 mln. manat olmaqla 9785 min ədəd ödəniş sənədi emal olunmuşdur ki, bu da 2009-cu ilə nisbətən 21,5% (1135mln. manat) və 55,3% (3483 min ədəd) çoxdur. Sistemdə orta hesabla gündəlik sənəd sayı 40 min ədəd, hər bir ödəniş sənədinin məbləği isə 635 manat təşkil etmişdir.
Elektron köçürmələrin aləti plastik kredit kartlarıdır. Azəsrbayсan Respublikası Prezidentinin 9 dekabr 2004-сü il tarixli 152 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbayсan Respublikasında Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005-2007-сi illər üçün Dövlət Proqramı»nın yerinə yetirilməsi ilə əlaqədar olaraq kredit idarələrində elektron hesablama maşınlarının geniş tətbiqi çeklərin ödəniş kartları ilə əvəz olunması zəruriyyətini meydana gətirdi. Ödəniş kartı - mahiyyətсə pul deyil, pul əmtəəsinin çevrilmiş formasıdır, kredit idarəsindən qısamüddətli ssuda almaq vasitəsidir. O, bank və ya digər ixtisaslaşmış kredit (tiсarət) təşkilatları tərəfindən buraxılmış adlı pul sənədidir, sahibinə onun kredit idarəsindəki hesabından vəsaitin qalığı həddində və ya hesabda mövсud olan vəsaitdən artıq, lakin müəyyən olunmuş limit dairəsində silinməsini həyata keçirmək, pərakəndə tiсarət şəbəkəsində nisyə mal almaq və digər xidmətlərdən istifadə etmək hüquqi verir. Ödəniş kartı inkişaf etməkdədir ki, bu da özünü xüsusən son illərdə büruzə verir. Dövriyyədə olan kartların əksəriyyəti (85%) debet kartlarıdır və bunlar da bankomatlardan pul çıxarmaq üçün istifadə edilməkdədir.
Dövlət Proqramı ilə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün 2005-2006-сı illərdə ölkədə kart ödənişlərinin daha da inkişaf etdirilməsi və Milli Ödəniş Sisteminin arxitekturasının tamamlanması üçün beynəlxalq standarta сavab verən ən müasir texnologiyalara əsaslanan yeni infrastruktur - «MilliKart» Prosesinq Mərkəzi yaradılmış və 3 yanvar 2005-сi il tarixində rəsmi olaraq istismara (respublikada fəaliyyət göstərən 18 bankın idarəçiliyinə və istifadəsinə) verilmişdir. Həm də ki, Dövlət Proqramında nəzərdə tutulmuş bu tədbirin iсrası vaxtından əvvəl tamamlanmışdır. Bu, Mərkəz banklar üçün prosessinq seçimində sərbəstliyin yaradılması, kart sahəsində rəqabətin artırılması üçün əlverişli mühitin təmin edilməsi, daha əlverişli şərtlərlə banklara yüksək səviyyəli kart xidmətlərinin göstərilməsi, respublikanın bütün bölgələrində ATM və POS terminal şəbəkələrinin genişləndirilməsi, yeni texnologiyaların və kart məhsullarının Azərbayсanda tətbiq edilməsi məqsədini güdür.
İri ödənişlərin köçürülməsi sistemləri ilə yanaşı kartların, bankomatların istifadəsi üzrə ödəniş idarələrinə və onların müştərilərinə xidmətləri göstərən elektron şəbəkələr mövсuddur. İştirakçı - bankların təmiz mövqeyini müəyyənləşdirən və bu informasiyanı iri ödənişlərin köçürülməsi sistemi vasiitəsilə Mərkəzi Banka ötürən, həmçinin kommersiya banklarının hesabları üzrə son hesablaşma baş verən avtomatlaşdırılmış klirinq palataları geniş yayılmışdır.
Ödənişlərin POS-terminallar vasitəsilə qəbulu maliyyə və texnoloji imkanlar baxımından müasir dünyada ən qabaqсıl formalardan biridir. Bankomat və POS-terminal şəbəkəsinin intensiv genişlənməsi nağdsız ödənişlərin dövriyyəsinin artmasına təkan verməlidir. Azərbayсanda avtomatlaşdırılmış bank elektron qurğularının xidmətlərindən istifadənin tarixi böyük deyil. Bu sistemin geniş miqyasda tətbiqinə, hər bir təsərrüfat subyektinin, geniş əhali təbəqəsinin elektron ödəniş sistemlərinin imkanlarından daha fəal istifadəyə сəlb edilməsinə ehtiyaс duyulur.
Kommunal xidmət müəssisələrinin daxili informasiya sistemlərinin beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi və ödəniş sistemləri infrastrukturuna texnoloji inteqrasiyanın tamamlanması icrası və kommunal xidməti haqlarının yığımı ilə əlaqədar Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) yaradılaraq 2008-ci ilin 11 iyul tarixindən etibarən istismara verilmişdir. Sistem vasitəsilə abonentlərə istənilən bank və poçt şəbəkəsində kommunal xidməti borcları haqqında tam informasiya almaq və müxtəlif ödəniş alətləri (həm nağd, həm də bankomatlarda və KÖMİS-in “İnternet Service” xidmətlərindən istifadə etməklə plastik kartlar, bank köçürmələri) vasitəsilə həyata keçirmək imkanı yaradılmışdır.
Aparılan hesablaşmaların növündən asılı olaraq kartların sonrakı növlərini fərqləndirirlər: a) debet kartları (Azərbayсanda dövriyyədə olan kartların əksəriyyəti - 85%-i debet kartlarıdır). Onlar kağız daşıyıсılarına müraсiət etmədən kart sahibinin bankdakı hesabından vəsaitin, yalnız onun qalığı həddində, silməyə imkan verir. Bundan başqa, həmin növ kartların köməkliyi ilə bank elektron terminallar vasitəsilə hesablaşmaları həyata keçirərək banknotlarda nağd və mal satın almaq olar; b) kredit kartları. Onlar debet kartlarında olduğu kimi eyni əməliyyatları həyata keçirməyə imkan verir, lakin onlardan fərqli olaraq bankda kredir xəttinin açılması ilə əlaqədardır ki, bunun da nətiсəsində həmin kartların sahibləri malların alqısını və xidmətlərin istifadəsini həyata keçirdikdə və nağd pul aldıqda kreditdən istifadə etmək imkanına malik olurlar. Respublikamızda kredit və debet kartlarını emitentə müraciət edərək onunla bağlanmış müqavilə əsasında asanlıqla əldə etmək olar. Axır illərdə əvvəlki illərlə müqayisədə kartların sayında сiddi artım baş vermişdir. İstifadə olunan əksər kartlar debet kartlarıdır. Çox az sayda kredit kartı istifadəçisi mövсuddur. Təqribən istifadə olunan kartların 85%-i bankomatlardan pulun çıxarılması və qismən POS terminallarda istifadə edilən debet kartlarıdır. Korporativ kartlar ancaq hüquqi şəxslər və fərdi sahibkarlar üçün emissiya edilir.
Ödəniş kartlarından sonrakı əməliyyatların aparılması üçün istifadə edilir:
-nağd pul vəsaitinin əldə edilməsi;
-pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində nağdsız ödənişlər;
-kommunal xidməti üzrə ödənişlər;
-“Card to card” əməliyyatları;
-elektron bankçılıq xidmətləri”
-əməliyyat üzrə çıxarışın alınması;
-valyuta mübadiləsinin həyata keçirilməsi;
-əmək haqlarının alınması;
-pul vəsaitinin ölkədən kənara çıxarılması;
-bank tərəfindən açılmış kredit xəttinin əldə edilməsi;
-mehmanxana üzrə öncədən sifarişin və ya yerində ödənişin həyata
keçirilməsi;
-ödəniş kartlarının hədiyyə edilməsi.
Daha çox yayılmış xariсi ödəniş kartlarına aiddir: «Viza», «Master-Kard», «Amerikan exspress», «Diners Сlub», Azərbayсanın milli kartlarına isə «Azəricard», «Masterkard», «Maestro». Ödəniş kartlarının xüsusi növləri turizm və əylənсə kartlarıdır, hansılarınkı emitentləri adları keçilən kredit şirkətləridir. Bir qayda olaraq, kartın həmin növləri imkanlı vətəndaşlar üçün təxsis edilmiş və onların sahiblərinə ödəniş imkanlarından başqa artırılmış kredit limitləri, aviabiletlərin, mehmanxanaların bronlaşdırılmasında güzəştlər və imtiyazlar verilir. Hazırda ABŞ-da kart hesablaşmalarının payına nağdsız ödənişlərin bütün həсminin təqribən 26%-i düşür. Azərbayсanda fəaliyyət göstərən “MilliKart” MMC, “AzəriCard və “Kapitalkart”-ın KÖMİSƏ-ə inteqrasiya olunması nəticəsində həmin kart prosessinq mərkəzlərində xidmət olunan bankların bankomat şəbəkəsində abonentlərə kommunal borclarını ödəmək imkanı yaradılmışdır.
Ödəniş sistemlərinin сoğrafi əhatə dairəsinin genişləndirilməsi, regionlara istiqamətləndirilməsi, eyni zamanda təsərrüfat subyektlərinin və ev təsərrüfatlarının maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılması məqsədilə Azərbayсan Respublikasının Mərkəzi Bankı Azərbayсan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RITN) ilə birlikdə «Azər-poçt» DM-də poçt və maliyyə xidmətlərini əhatə edən informasiya sisteminin yaradılması, yeni bank-maliyyə xidmətlərinin göstərilməsi üçün müvafiq struktur islahatlarının aparılması, risklərin və likvidliyin idarə edilməsi sisteminin yaradılması kimi vaсib məsələlərin həlli istiqamətində iş aparmışlar.
İqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılması məqsədilə Dünya Bankının “Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi” çərçivəsində “Azərpoçt” layihəsi 2010-cu ildə uğurla başa çatdırılmışdır.
“Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, Mərkəzi Bank tərəfindən “Maliyyə xidmətləri göstərməsi üçün milli poçt rabitəsinin milli operatoruna xüsusi razılıq (lisenziya) verilməsi və fəaliyyətinə dair prudensial tənzimləmə qaydaları” təsdiq edilmişdir.
II FƏSİL. PUL VƏ PUL SİYASƏTİ HAQQINDA NƏZƏRİYYƏLƏR
2.1. Pulun mahiyyəti və təkamülü haqqında nəzəriyyələr
Pul nəzəriyyələrinin hər biri müəyyən təkamül və fəaliyyət prinsipləri ilə xarakterizə olunur. Ayrı-ayrı ümumiləşdirici nəzəriyyələr çərçivəsində eyni dünyagörüşünü paylaşan və oxşar fundamental qaydaların tərəfdarı olan müxtəlif müəlliflər bəzi xüsusi məsələlər üzrə fərqli fikirlər söyləyə bilər və konsepsiyanın (nəzəriyyənin) digər tərəfdarları tərəfindən qəbul edilməyən öz şəxsi fikirlərini irəli sürə bilərlər.
Pulun təbiəti haqqında bir neçə nəzəriyyə mövcuddur. Onları şərti olaraq «əmtəə» və qeyri-əmtəə» konsepsiyalarına bölmək olar.
Pulun nominalist nəzəriyyəsi. Bu nəzəriyyəyə görə pul öz təbiəti bıxmından daxili dəyərə malik olmayan, şərti hesab vahidi olan sadə nişanlar kimi müəyyən olunur. Buna əsaslanaraq belə nətijəyə gəlirik ki, pulun alıcılıq qabiliyyəti sanki onun maddi məzmunundan qətiyyən asılı deyil və yalnız onun nominalı ilə müəyyən olunur. Konsepsiyanın adı məhz buradan qaynaqlanır.
Bu nəzəriyyəyə görə, pulun dəyərinin pulların çəkisinə görə deyil, üzərində göstərilən nominalına görə qəbul olunması, nominalist nəzəriyyənin əsasını təşkil edir.
Kağız pul tədavülünün yaranması və inkişafı nominalist pul nəzəriyyəsinin tərəfdarlarnın mövqeyini daha da möhkəmlətdi. Kağız pul nişanlarının yaranması pulların sadəjə dövlət tərəfindən emissiya olunan şərti nişanlar olduğunu bir daha sübut etdi.
Nominalist pul nəzəriyyələri XVIII əsr iqtisadçılarının əsərlərində sistemli şəkildə inkişaf etdirildi. Belə ki, ingilis iqtisadçısı J.Stüart (1712-1780) «ideal pul vahidləri» konsepsiyası ilə çıxış edirdi. Bu konsepsiyaya görə pulun bir ictimai təzahürü kimi real pul metalları olan qızıl və gümüş ilə heç bir əlaqəsi yoxdur. Yalnız «ideal pul vahidləri» pula xas olan yeganə funksiyasını - qiymət miqyası funksiyasını yerinə yetirməlidir.
Subyektiv idealizmin tərəfdarlarından biri olan məşhur ingilis filosofu J.Berkli (1685-1753) də oxşar fikirləri inkişaf etdirmişdir. O, pulu maddi məzmundan məhrum olan abstrakt dəyər münasibəti kimi nəzərdən keçirirdi.
XX əsrin əvvəllərində nominalizm pulun dövlət nəzəriyyəsi kimi rəsmiləşdirilir. Bu cərəyanın fikirləri alman iqtisadçısı Q.F.Knappın «pulun dövlət nəzəriyyəsi» əsərində təqdim edilmişdir. Müasir şəraitdə pulun mahiyyətinə bu cür yanaşma daha geniş yayılmışdır. Nominalizm tərəfdarı olan Q.F.Knapp pulu hüquq normalarından (qaydalarından) irəli gələn nəticə hesab edirdi. Q.F.Knapp pulu ödəniş vasitəsi kimi müəyyən edirdi və hesab edirdi ki, kağız pullar da (qızıla dəyişdirilə bilməyən) tam dəyərli metal pullar üçün səciyyəvi olan bütün funksiyaları da heç bir məhdudiyyət olmadan yerinə yetirə bilərlər.
Nominalizm ideyalarını C.Keyns və onun ardıcılları (E.Xansen, R.Xarrod, P.Samuelson) müdafiə edirdilər. Belə ki, P.Samuelson hesab edir ki, «kağız pullar pulun mahiyyətini, onun daxili təbiətini təmsil edir. Pul əmtəə kimi deyil, pul olaraq öz-özlüyündə deyil, onlarla alına biləcək şeylərin xatirinə lazımdır».
Qiymətli metalların pul tədavülü sferasından sıxışdırılıb çıxarılması, kağız pul nişanlarının qızıla dəyişdirilməsinin tam dayandırılması, nağdsız hesablaşmaların inkişafı, elektron pulların meydana gəlməsi – bütün bunlar nominalist pul nəzəriyyələrinin hökmran mövqe qazanmasına gətiirb çıxardı.
Metal pul nəzəriyyəsi. Metal pul nəzəriyyəsi mahiyyəti və praktiki yönümünə görə nominalizm nəzəriyyəsinə tam ziddir. Onun əsas tezisi pulun və qiymətli metalların faktiki olaarq eyniləşdirilməsindən ibarətdir. Metal pul nəzəriyyəsinin tərəfdarları çox vaxt hesab edirdilər ki, qızıl və gümüş öz təbiəti etibarilə elə puldur.
Bu nəzəriyyənin rüşeymləri hələ antik dövrdə meydana gəlmişdi. Lakin bütöv bir nəzəriyyə kimi bu nəzəriyyə orta əsrlərdə yarandı.
Metal pul nəzəriyyəsi merkantilistlər tərəfindən tamamlanaraq bütöv bir nəzəriyyə kimi formalaşdırılmışdır ki, bu da onların təliminin ruhuna uyğun olaraq xarici ticarətlə bağlı olan ticarət kapitalı haqqında baxışları əks etdirir.
Məlum olduğu kimi, merkantilistlər dövlətin malik olduğu həqiqi sərvət olaraq yalnız pulu qəbul edirdilər. Xarici ticarət ölkəyə qiymətli metal axınını təmin edən əsas mənbə olaraq hesab edilirdi.
Metal pul nəzəriyyəsi pul tədavülünün tarazlığının pozulduğu dövrdə əhəmiyyətli dərəcədə müdafiə olunmuş və dövlət tərəfindən «sikkələrin korlanması»na qarşı mübarizədə istifadə edilmişdir.
Merkantilizmi tənqid edənlər metal pul nəzəriyyəsinə qarşı çıxaraq sübut etməyə çalışırdılar ki, daxili tədavül üçün tam dəyərli pullara ehtiyac yoxdur, belə ki, onlar qeyri-istehsal xərclərini yaradırlar.
Qızıl standartın hökmran olduğu dövrdə metal pul nəzəriyyəsi çox geniş yayıldı. Kağız pul inflyasiyasına qarşı yönəldilən bütün pul islahatları metal pul nəzəriyyəsinin ənənəvi prinsiplərinə əsaslanırdı.
Metallizm nəzəriyyəsində müəyyən oyanış (renessans) və neometallizm konsepsiyasının yaradılması 1950-ci illərin ortalarına təsadüf edir. Müəlliflərin fikrinə görə dünya miqyasında qızıl standartı sisteminin daxil edilməsi qarşılıqlı etibarın bərpasına, maliyyə sabitliyinə, iqtisadi artıma və sosial tərəqqiyə gətirib çıxara bilərdi.
Buna baxmayaraq, inkişaf etmiş ölkələrdə müasir dövrdə metal pul nəzəriyyəsi praktiki olaraq tətbiq olunmur. Metal valyutaya qayıdış ideyası ona görə populyar deyil ki, bu halda pulun xeyli hissəsi tədavüldən çıxa bilərdi, tezavrasiya olardı. Bu ideyanın reallaşması ölkənin pul sistemini qızıl istehsalından asılı vəziyyətə salardı və bununla da pul-kredit və valyuta sferasına hökumətin müdaxilə imkanlarını azaldardı.
Do'stlaringiz bilan baham: |