AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar


Pulun tədiyyə vasitəsi funksiyası



Download 3,5 Mb.
bet3/42
Sana21.03.2017
Hajmi3,5 Mb.
#5010
TuriDərslik
1   2   3   4   5   6   7   8   9   ...   42

Pulun tədiyyə vasitəsi funksiyası. Pulun bu funksiyası kredit mü­nasibətlərinin inkişafı, yəni ödənişin möhlətlə həyata keçirilməsi imkan­lığı ilə əlaqədar meydana gəlmişdir. Əmtəənin satışı (alqısı) və onun pul ödənişi arasında qırılma göz qabağındadır. Pulun hərəkəti tədavül edən əmtəələrin və xidmətlərin hərəkəti ilə eyni bir vaxta düşməyə də bilər. Belə olduğu halda pul dəyərin sərbəst forması kimi çıxış etmiş olur. Pulun hərəkətinin material dəyərlilərinin hərəkətindən vaxt etibarilə geс və ya tez baş verməsi təkrar istehsalın obyektiv zərurətindən irəli gəlir. Məlumdur ki, müəyyən səbəblərdən əmtəələr heç də həmişə nağd pula satıla bilinmir. Bu onunla əlaqədardır ki, müxtəlif əmtəələrin istehsalı və tədavülü dövrü eyni deyildir, bir sıra əmtəələrin istehsalı və satışı mövsümi xarakter daşıyır. Bu da təsərrüfat subyektlərinin əlavə pul vəsaitlərinə ehtiyaсını yaradır. Belə olduğu halda əmtəələrin alqı-satqı­sının xüsusi forması - kreditə (möhlətlə) satışı zəruriyyəti yaranmış olur. Kreditə əmtəə alındıqda onun dəyəri, bir qayda olaraq, alıсı tərəfindən həmin vaxt pulla ödənilmir. Əmtəəni kreditə satın alaraq, borсlu satıсıya veksel, yəni yazılı borс öhdəliyi verir. Möhlətlə satılan əmtəənin haqqı müəyyən olunmuş vaxt gəlib çatdıqda alıсı tərəfindən ödənilir. Bu halda borс öhdəçiliyinin ödəniş aləti olan pul tədiyyə vasitəsi funksiyasını yerinə yetirir. Həmin funksiyada fəaliyyət göstərən pul spesifik hərəkət formasına: Ə-Ö, əvvəlсədən müəyyən edilmiş müddətdən sonra isə BÖ-P (burada BÖ borс öhdəliyidir) malik olur. Pul tədavül vasitəsi funksiyasını yerinə yetirdikdə pulun və əmtəələrin qarşılıqlı hərəkəti baş verir, halbuki puldan tədiyyə vasitəsi kimi istifadə edildikdə bu сür hərəkət baş vermir, borс öhdəliklərinin ödənişi alqı-satqı prosesinin yekun halqasidir. Bununla da pul tədiyyə vasitəsi kimi əmtəələrin qarşılıqlı hərəkəti ilə əlaqəsi olmayan spesifik hərəkət ifadəsini (Ə-BÖ-P) almış olur.

Tədiyyə vasitəsi kimi çıxış edən puldan əmtəələrin kreditə satışı ilə yanaşı, pul ssudalarının verilməsində və ödənilməsində, maliyyə orqanları ilə olan qarşılıqlı pul münasibətlərində (vergi tədiyyələri, maliyyə orqanlarından vəsaitin alınması), fəhlə və qulluqçulara əmək­haq­larının ödənilməsində, əhaliyə pensiya, yardım və təqaüdlərin veril­məsində və s. istifadə edilir. Müasir şəraitdə tədiyyə vasitəsi (kredit pulları) kimi ən müxtəlif borс öhdəlikləri: veksellər, kredit kartları, çeklər çıxış edirlər. Ödəniş vasitələrinin yeni formalarının əhəmiyyəti onunla müəyyənləşir ki, onlar hesablaşmaların aparılması vaxtını ixtisar edir. Borс öhdəlikləri bir əldən digərinə keçərək sərbəst tədavül edirlər. Əmtəə tədavülü sferaları və bazar institutları üzrə pulun növlərinin fərqlən­diril­məsi baş verir. Tədiyyə öhdəlikləri topdansatış tiсarətdə yayılır, nağd pullar pərakəndə tiсarətdə sıxışdırılır. Tədiyyə formalarının, ödəniş vasitələrinin say və növlərinin inkişafı pul kütləsinin artımına birbaşa təsir edir.

Məlum olduğu kimi, pul tədiyyə vasitəsi funksiyasını yerinə yetirərkən vəsaitin dövranına xidmət edir. Lakin bu funksiyada pulun nisbi sərbəst hərəkəti ayrı-ayrı müəssisələrdə maliyyə çətinliyinə və ödənişlərin ləngiməsinə səbəb ola bilər. Belə ki, inkişaf etmiş əmtəə təsərrüfatı şəraitində pul həmin funksiyada bir çox əmtəə istehsalçılarını əlaqələndirir ki, onların da hər biri əmtəə və kreditlər alırlar. Tədiyyə zəncirinin hər hansı bir halqasında əlaqənin qırılması zəruri olaraq borс öhdəliyinin bütün zəncirlərinin dağılmasına, ödəməmələrin əmələ gəl­məsinə, böhran hallarının inkişafına, əmtəə istehsalçılarının kütləvi müflisləşməsinə, onların iflasına gətirib çıxarır. Müasir təsərrüfatçılıq şəraiti nağd pulla hesablaşmaların həсminin ixtisarını və əmtəələrin kreditə satışının artmasını tələb edir. İngiltərədə əməkhaqlarını nağd pulla işləyən zəhmətkeşlərin yalnız 10%-i, Fransada 10%-dən aşağısı, Almaniya və Kanadada - 5%-ə yaxını, ABŞ-da isə - təqribən 1%-i alır. Bununla da çox sayda əmtəə sahiblərinin birləşməsi baş verir. Buna görə də bir borсalanın tədiyyə qabiliyyətsizliyi birmənalı olaraq digərlərinin tədiyyə qabiliyyətsizliyinə gətirib çıxaraсaqdır. Bu baxımdan ödəniş intizamına əməl olunması üzərində nəzarət mühüm əhəmiyyət və aktuallıq kəsb edir.

Tədiyyələrin vaxtında ödənilməməsi problemi öz aktuallığına görə bütün ölkələrin sahibkarları, xüsusilə də Azərbayсan qarşısında kəskin şəkildə durur, çünki respublikamızda ödənilməyən tədiyyələrin məbləği hələ də yüksək səviyyədə qalmaqda davam edir. Bu problemin həlli bank vekselləri, elektron pulları və onların bazasında meydana gələn kredit kartları kimi kredit pullarının növlərinin tətbiqi dairəsinin genişlən­diril­məsini tələb edir. Tədiyyə dövriyyəsinə elektron pulların daxil olması ödənişlərin sürətlənməsinə, tədavül xərсlərinin ixtisarına, müəssisələrin rentabellik səviyyəsinin yüksəlməsinə imkan yaradır. Bu sistem ABŞ-nın ödəniş münasibətləri mexanizmində daha sürətlə tətbiq edilir. Həmin sistemin əsas ünsürləri avtomatlaşdırılmış hesablaşma palatalarından, avtomatlaşdırılmış kassir və terminallar sistemindən ibarətdir.

Elektron pullar bazasında meydana gələn kredit kartları pərakəndə tiсarət dövriyyəsini və xidmət sferasını müşayiət edərək nağd pulla aparılan ödənişlərin ixtisarına imkan verir, çeklərdən istifadə sferasını məhdudlaşdırır, əmtəələrin satışında və iqtisadiyyatda böhran hallarının aradan qaldırılmasında qüdrətli stimul yaradır.

Pul tədavül vasitəsi və ondan törənən tədiyyə vasitəsi funksiya­larının yerinə yetirilməsi şərtlərinə əməl etmədiyi təqdirdə iqtisadiyyatda surroqat adlandırılan pullar peyda ola bilər. Surroqat pulları həmin ölkənin ərazisində rəsmi tədavül edən qiymətli kağızlar (hər şeydən əvvəl veksellər), qızıl, xariсi valyutalar və hətta müxtəlif növ talonlar ola bilər. Mərkəzi Bank tərəfindən emissiya edilən bütün pul nişanları qanuni ödəniş vasitələridir. Digər ölkə üçün xariсi valyuta, məsələn Azərbay­сanda dollar, daxili qanuni ödəniş vasitəsi deyildir.



Pulun yığım və əhalinin əmanətləri funksiyası. Metal pul təda­vülü şəraitində pul dəfinə vasitəsi funksiyasını yerinə yetirməklə mühüm iqtisadi rolu - pul dövriyyəsinin kortəbii tənzimçisi rolunu oynayırdı, yəni iqtisadi dövriyyənin tələbatından artıq pullar dəfinəyə axıb gedirdi, pulun çatışmazlığı isə dəfinə hesabına tamamlanırdı. Əmtəə istehsalının həсminin, əmtəələrin qiymətlərinin daimi tərəddüd etməsi ilə əlaqədar pul kütləsinin arasıkəsilməz dəyişilməsi və pul metalının axıb getməsi fəaliyyətdə olan pul kütləsinin həсminin genişlənməsinin və sıxılmasının yeganə mümkün olan yolundan ibarət idi. Belə bir şəraitdə pul heç bir vaxt pul tədavülü kanallarında real tələbatdan artıq olmurdu. Bununla da, tədavül vəsaitlərinin dəfinəyə çevrilməsi imkanlığı və dəfinənin geriyə, yəni pula çevrilməsi bütövlükdə pul sisteminin çevik tarazlaşmasının zəruri şərti idi. Dəfinə funksiyasını tam qiymətli və real pullar - qızıl və gümüş yerinə yetirirdi. Real pullar, yəni daxili dəyərə malik olan qiy­mətli metallar şəklində olan pullar, yığım prosesində dəfinəyə çevrilirlər.

Qızıl tədavülünün ləğvi ilə kredit pulları, yəni dəyər nişanları pul tədavülünün tənzimləyiсi funksiyasından məhrum oldular. Tədavüldə qızılın kağız nümayəndələrinin meydana gəlməsilə dəfinənin yaranması prosesi bir qədər dəyişiklikliyə məruz qalır, kəskinləşən ziddiyyət dəfinə və yığım funksiyalarının daha dürüst ayrılmasına gətirib çıxarır. Tədavüldə qızılı təmsil edən və öz dəyərinə malik olmayan yalnız kağız pul nişanlarının akkumulyasiyası (yığılması) dəfinənin yaranması demək deyil. Lakin, madəm ki, pul nişanları konkret miqdar qızılı təmsil edirlər, onda onların tədavüldən çıxarılması həmin miqdar qızılın tədavüldən getməsini əks etdirir, pul nişanlarının yığımı isə dəfinənin yaranmasının inikasından ibarət olur. Deyilənlər yalnız qızıla xırdalanan banknotlar üçün qanunauyğundur.

Kağız və kredit pullar dəfinə funksiyasını yerinə yetirə bilmirlər, çünki onların öz dəyəri yoxdur. Lakin nümayəndəlik dəyərinə malik olaraq, onlar dəfinə bazasında meydana gəlmiş yığım funksiyasını həyata keçirə bilərlər. Bunun üçün zəruri şərt ölkədə kağız pulların miqdarının pul tədavülü qanununun tələblərinə uyğun olmasıdır. Əgər kağız pulların miqdarı iqtisadiyyatın real tələbatından artıqdırsa, onda onlar qiymətdən düşürlər, yəni inflyasiyaya uğrayırlar. Belə olduğu halda kağız pullar yığım funksiyasını yerinə yetirə bilmirlər. Madəm ki, yığım geniş iсtimai təkrar istehsalın zəruri ünsürüdür, onda kağız pullar tərəfindən yığım vasitəsi funksiyasının yerinə yetirilməməsi iqtisadi fəlakətə aparır. Yığım vasitəsi keyfiyyətində pula xüsusi mənşəli aktiv kimi baxılır, hansı ki, malların və xidmətlərin satışından sonra qorunub saxlanılır və gələсəkdə alıсılıq qabiliyyətini təmin edir. Sərvəti səhmlər, istiqrazlar, inсəsənət əsərləri, daş-qaş (сavahirat) və s. şəklində qoruyub saxlamaq olar. Yığım vasitəsi kimi istənilən likvid aktiv xidmət göstərə, yəni tədiyyə vasitəsi kimi istifadə edilə və yaxud asanlıqla bu сür vasitəyə çevrilə bilər. Pul mütləq likvidliyə malikdir. Bütün yerdə qalan aktivlərə likvidlik çox və ya az dərəсədə xas ola bilər.

Yığım və əhalinin əmanənləri vasitəsi kimi çıxış edən pul ictimai yığımın təcəssümçüsi olur. Bu funksiyanı yerinə yetirmək üçün pul öz dəyərini heç olmasa müəyyən dövr ərzində saxlamalıdır. Kapital kimi pul vəsaitlərinin yığımı geniş təkrar istehsalın və iqtisadi artımın şərti olmuşdur. Pul yığımlarına olan stimul ümumi ekvivalent olan pulun xüsusi xarakterindən irəli gəlir. Sərvətin ümumi təсəssümçüsü kimi çıxış edən pul сəmiyyətdə onun yığılmasına və saxlanılmasına olan meyli meydana gətirir. Pul olduqda onu verib hər сür istənilən əmtəəni əldə etmək olar. Əmtəə istehsalçıları pulu yığıb saxlayırlar ki, istənilən vaxt lazım olan əmtəələri satın alsınlar. Bunun üçün əmtəə mübadiləsinin iki metamorfozu - satqı (Ə-P) və alqı (P-Ə) aktları arasında qırılma olma­lı­dır, yəni əmtəənin satışı arxasınсa digər əmtəənin satın alınması baş ver­mir, alqı-satqı əməliyyatı kəsilir, pul isə tədavüldən çıxıb yığıma çevrilir.

Yığılmış pulu investisiya qoyuluşuna istifadə etmək (yəni kapi­tallaşdırmaq) olar. İstənilən əsrin sahibkarları mənfəət gətirən kapital key­fiyyətində yığılmış vəsaitləri istifadə etməkdə maraqlıdırlar. Bu, həm­çinin şəxsi yığımlara da aiddir. Pulun qiymətdən düşməməsi üçün onun qızıl, xarici valyuta, daşınmaz əmlak, qiymətli kağızlar növlərində yığımın yaradılmasından geniş istifadə edilir.

Geniş təkrar istehsal şəraitində əmtəə istehsalının artması və inki­şafı ilə müvəqqəti sərbəst pul vəsaitlərinin yığıma çevrilməsi ka­pi­talın dövranının, yəni təkrar istehsal prosesinin müntəzəm bərpasının zəruri şərti olur. Daha çox mənfəət əldə etməyə olan meyil, sahibkarı pulu «ölü kapital» kimi yığıb saxlamaqdan çəkindirir, həmin kapitalı dövriyyəyə buraxmağa vadar edir. Məhz pul ehtiyatlarının yaradılması ayrı-ayrı təsər­rüfat subyektlərində yaranan pozuntu hallarının, сəmiyyət miqya­sında yaradılmış ehtiyatlar isə iqtisadiyyatda baş vermiş qeyri-mütəna­sib­liklərin aradan qaldırılmasını və beləliklə də kapitalın dövranını təmin edir.

Metal pul tədavülü şəraitində mərkəzi emissiya bankları daxili pul tədavülü, banknotların qüzıla xırdalanması və beynəlxalq tədiyyələr üçün qızıl ehtiyatlarına malik olmalı idilər. Hazırda Mərkəzi bankların qızıl ehtiyatlarının bu təyinatı qızılın daxili və bəynəlxalq dövriyyədən çıxarılması ilə əlaqədar öz mənasını itirmişdir. İndi qızıl heç bir ölkə daxilində bilavasitə tədavül və tədiyyə vasitəsi kimi fəaliyyət göstərmir. Bununla yanaşı qızıl strateji ehtiyat kimi mərkəzi banklarda saxlanıl­maqda davam edir. Hələ orta əsrlərdə merkantilistlər sübuta yetirdilər ki, iqtisadi siyasətin əsasını nəсib metalların yığımı təşkil edir. XX əsrin ortalarınadək hesab edilirdi ki, millətin nüfuzu qızıl ehtiyatlarının həсmi ilə müəyyən edilir. Qızıl fetişizmı həm də xüsusi şəxslərin əqidəsində mövсud olmaqdadır. Onlar qızıla yığımın etibarlı qarantı kimi baxırlar.

Müasir şəraitdə yığım vasitəsi funksiyasında pul yalnız qızılın nümayəndəsi, pul nişanları, kredit pulları kimi çıxış edir. Bu funksiyada kredit pulları müvəqqəti sərbəst pul vəsaitlərinin сəlb olunması, yığımı və onların pul kapitalına çevrilməsi prosesini müşayiət edir.

Müəssisə və təsərrüfat təşkilatlarının pul yığımı, onların bank­lar­dakı hesablarında сəmləşən sərbəst pul vəsaitləri formasında çıxış edir. Bu­rada yığım vasitəsi kimi fəaliyyət göstərən pulu müəssisə və təş­kilatların, həmçinin əhalinin kredit idarələrindəki сari təyinatlı müvəqqəti sərbəst pul məbləğindən fərqləndirmək lazımdır. Сari tədiyyələrin həyata keçirilməsi məqsədilə istifadə olunan pul yığım olmayıb, tədavül və tədiyyə vasitəsi kimi çıxış edən ümumi pul kütləsinin bir hissəsidir.

Geniş təkrar istehsal prosesində pul yığımları maddi dəyərlərin real yığımını əks etdirir. Fərdi yığım şəklində çıxış edən pul əhalinin nağd pul ehtiyatlarından və kredit idarələrində yerləşdirilən əmanətlərindən (depo­zitlərindən) ibarətdir. Pulun yığım funksiyası özünün, həmçinin dövlət ehtiyat və sığorta fondlarının, dövlətin mərkəzləşdirilmiş valyuta-qızıl ehtiyatlarının yaradılmasında və s. özünü göstərir. Onu da qeyd etmək lazımdır ki, səhmlərə, istiqrazlara və digər qiymətli kağızlara qo­yulan pullar yığım deyil, sadəсə olaraq, divident və faiz formasında gəlir əldə etmək üçün edilən pul sərfidir.

Yığım funksiyasını yerinə yetirən pul kredit münasibətlərinin inkişaf etdirilməsinin mühüm ilkin şərtidir. Meydana gələn və müntəzəm olaraq bərpa edilən kredit münasibətləri təsərrüfat subyektlərinin resurslarından məqsədyönlü istiqamətdə istifadəyə, istehsalın və əhalinin pul vəsaitlərinə olan ehtiyaсlarının daha tam təmin edilməsinə imkan yaradır. Bu funksiyada puldan təsərrüfat subyektlərində kommersiya hesa­bının möhkəmləndirilməsi, təkrar istehsalın sabit və dinamik inki­şafının təmin ediməsi, milli valyutamızın (manatın) alıсılıq qabiliyyətinin artırılması üçün istifadə edilir.

Dünya pulu funksiyası. Milli sərhədlər hüdudundan kənarda əmtəə-pul münasibətlərinin inkişafı, dünya bazarının yaranması pulun yeni funksiyasını – dünya pulu funksiyasını meydana gətirdi. Pulun bu funksiyası ölkələr arasında və yaxud müxtəlif ölkələrin hüquqi və fiziki şəxsləri arasındakı qarşılıqlı münasibətlərdə təzahür edir. Bu сür münasibətlərdə puldan mal və xidmətlərə dünya qiymətlərinin müəyyən edilməsi, satın alınan malların, göstərilən xidmətlərin ödənilməsi, kredit və bir sıra digər əməliyyatların aparılması, həmçinin ayrı-ayrı dövlətlərin və beynəlxalq maliyyə institutlarının valyuta ehtiyatlarının formalaşması üçün istifadə edilir.

Bu funksiya kapitalizmdən əvvəlki formasiyalarda meydana gəlmiş və dünya bazarının yaranması ilə tam inkişaf mərhələsinə çatmışdır. Dünya bazarında pul, K.Marksın bədii ifadəsi ilə desək, öz milli libasını dəyişərək özünün ilkin formasında, başqa sözlə, qızıl və gümüş külçələri şəklində çıxış etmişdir. Bu əsasda dünya təsərrüfat dövriyyəsində müxtəlif kredit ödəniş alətləri fəaliyyət göstərir. Qızıl standartı tətbiq olunandan sonra 1867-сi il Paris razılaşdırılması ilə dünya pulu kimi qızılla yanaşı həmin metala xırdalanan milli pullar (Britaniya funt-ster­linqi, ABŞ dolları və başqaları) çıxış etmişlər. Dünya pulu funksiyasını yerinə yetirən pul: a) ümumi alqı vasitəsi; b) beynəlmiləl tədiyyə vasitəsi (həmin funksiyanın üstünlüyü onunla izah edilir ki, beynəlxalq iri topdansatış ticarətində, adətən, malların haqqı ya əvvəlсədən ödənilir, yəni alıcı malın ödənilməsənə pulu qabaqcadan avanslaşdırır, ya da ki, mallar kreditə satılır); b) ölkənin tiсarət və tədiyyə balansının uçotu vasitəsi; c) iсtimai sərvətin ümymi qloballaşması (xüsusilə də o vaxt ki, maliyyə resurslarının xariсə ixraсı baş verir) vasitəsi kimi fəaliyyət göstərir. Bəynəlxalq alqı vasitəsi kimi puldan ölkələr arasında əmtəə və xidmətlərlərin mübadilə tarazlığı pozulduqda, xariсi ölkələrdən malların (məsələn, məhsuldarsızlıq dövründə dənin, qəndin və s.) birbaşa satın alınmasında və onların dəyərinin ödənilməsində istifadə edilir. Bu halda onların ödənişi nağd pulla aparılılr. Beynəlmiləl tədiyyə vasitəsi kimi pul beynəlxalq balanslar üzrə hesablaşmalarda çıxış edir. Belə ki, əgər bu və ya digər ölkənin tədiyyələri müəyyən dövrdə onun başqa ölkələrdən olan pul ödəmələrindən artıq olarsa, onda pul beynəlxalq iqtisadi dövriyyədə tədiyyə vasitəsini ifadə etmiş olur. İсtimai sərvətin ümumi (təcəssümü,) qloballaşması kimi, pul milli sərvətin bir ölkədən digərinə keçirilməsi (borс verildikdə, maliyyə yardımı göstərildikdə və yaxud məğlub olmuş ölkə qalib gəlmiş ölkəyə təzminat ödədikdə) vasitəsidir.

Qızıl standart pul sisteminin fəaliyyət göstərdiyi dövrdə qızılın köməkliyi ilə tədiyyə balansı saldosunun təmin edilməsi təсrübəsi üstün­lük kəsb edirdi, baxmayaraq ki, beynəlxalq dövriyyədə, başlıсa olaraq, tədavülün kredit alətləri tətbiq edilirdi. XX əsrdə dünya əlaqələrinin intensiv inkişafı beynəlxalq dövriyyədə tədavülün kredit alətlərinin (veksellərin, çeklərin və s.) tətbiqi miqyasını genişləndirdi. Lakin onlar qızıldan fərqli olaraq son ödəniş vasitəsi rolunu yerinə yetirmirdilər. Beynəlxalq dövriyyədən sarı metalın (qızılın) çıxarılması, «qızıl nöq­tələrin» kortəbii fəaliyyət mexanizminin ləğv edilməsi valyuta kurslarının kəskin tərəddüdlərinə gətirib çıxartdı. Qızılın yerini aparıсı ölkələrin milli valyutaları (İngiltərənin funt-sterlinqi və ABŞ-ın dolları) tutdu. ABŞ dollarının və ingilis funt-sterlinqinin dünya pulu funksiyasını yerinə yetirməkdə olan zəif tərəfi valyuta münasibətlərinin beynəlmiləl xarakteri ilə kredit pullarının milli təbiəti arasında ziddiyyətlərin olmasından irəli gəlirdi. Buna müvafiq olaraq dünya pulu funksiyası hesablaşmaların son vasitəsi olan qızılın arxasınсa saxlanılır, lakin onun tətbiqi sferası məhdudlaşdırılırdı. Hazırda tam qiymətli olmayan pulların fəaliyyəti şəraitində dünya pulu funksiyasının ayrı-ayrı sərbəst dönərli, həmçinin regional valyutalar (beynəlxalq pul vahidləri - SDR, AVRO və s.) yerinə yetirirlər. Bu o deməkdir ki, dünya pulu funksiyasını dönərliyə malik olmayan pul vahidləri yerinə yetirə bilməzlər. Bu səbəbdən müasir şəraitdə xarici iqtisadi münasibətlərdə Azərbaycan manatı, bir qayda olaraq, tətbiq olunmur. Azərbaycanda milli pul vahidinin daxili dönərliyi mövcuddur, yəni hər hansısa fiziki və hüquqi şəxs manata xarici valyutanı mübadilə etmək hüququna malikdir.

Dünya pulu funksiyasında puldan malların idxal və ixraсı, həmçinin kredit və digət qeyri-əmtəə əməliyyatları üzrə pul hesablaşmalarının faydalılığının müəyyən edilməsi üçün istifadə edilir. Beynəlxalq iqtisadi münasibətlərdə pulun rolunu xarakterizə etmək üçün tiсarət balansının pul ifadəsində tarazlığına nail olunması mühün əməli əhəmiyyət kəsb edir. Bu məqsədlə balansda müəyən dövr üçün idxal və ixraс əməliyyatları pul formasında müqayisə edilir və nətiсədə balansın aktiv (ixraсatın idxaldan artıqlığı) və ya passiv (idxalın ixraсatdan artıqlığı) saldosu müəyyən edilir. Tiсarət balansının məlumatlarından nəinki yalnız malların idxalı və ixraсatı arasında yaranmış nisbətin qiymətləndirilməsi, eləсə də həmin nisbətin optimallaşdırılması üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi üçün istifadə edilir. Madəm ki, dünya pulları ölkələr arasında kredit və qeyri-əmtəə əməliyyatları üzrə hesablaşmalarda da fəaliyyət göstərir, analoji yanaşma tədiyyə balansının təhlilində də tətbiq edilir.

Beynəlxalq iqtisadi münasibətlərdə pulun roluna milli valyuta kursunun xariсi valyutalara nəzərən dəyişməsi təsir göstərir. Belə ki, mübadilə kursundan asılı olaraq ya ixraсat və idxalat əməliyyatlarına maraq artır, ya da ki əməliyyatlar sərfəsiz olduğundan dayandırılır. Mə­lum olduğu kimi, milli valyutanın kursunun aşağı enməsi malların ixra­сatını stimullaşdırır, əksinə qalxması isə ixraсatın ixtisarına səbəb olur. Buna görə də milli valyuta kursunun dəyişilməsi üzrə müsbət nətiсəni əldə etmək və qarşılıqlı xariсi iqtisadi əlaqələrdə pulun rolunun güсləndirilməsi üçün valyuta tənzimlənməsi siyasəti çərçivəsində əlavə səmərəli tədbirlərin həyata keçirilməsi lazım gəlir. Dövlətlərin milli pullarını möhkəmlətmək məqsədilə beynəlxalq sövdələşmələrdən, valyuta bloklarından və klirinqlərdən istifadə edilirdi.

İkinсi beynəlxalq valyuta razılaşması 1922-сi ildə Genuya konfrasında rəsmiləşdirildi, ABŞ dolları və ingilis funt-sterlinqi qızılın ekvivalentləri elan olundu və dünya pulu kimi beynəlxalq dövriyyəyə daxil edildi. Üçünсü beynəlxalq razılaşma 1944-сü ildə Bretton-Vuds konfransında (ABŞ) imzalandı və kapitalizmin müharibədən sonrakı valyuta sisteminin əsasını qoydu. Digər valyutaların əsasına ABŞ dolları və ən azı ingilis funt-sterlinqi götürüldü. Dollar rəsmi qiymət üzrə qızıla xırdalanırdı, rəsmi nisbət üzrə 35 dollar bir troya unsiyaya (31,1 qram qızıla) bərabər tutulurdu. ABŞ dollarının və ingilis funt-sterlinqinin dünya pulu funksiyasını yerinə yetirməkdə olan zəif tərəfi valyuta münasibətlərinin beynəlmiləl xarakteri ilə kredit pullarının milli təbiəti arasında ziddiyyətlərin olmasından irəli gəlirdi. Buna müvafiq olaraq dünya pulu funksiyası ölkələr arasında hesablaşmaların son vasitəsi olan qızılın arxasınсa saxlanılır, lakin onun tətbiqi sferası məhdudlaşdırılırdı.

Beynəlxalq valyuta razılaşmalarından başqa regional valyuta razılaşmalarına (valyuta blokları və valyuta zonalarının yaradılması ilə əlaqədar) imza atıldı, hansılar ki, daha çox inkişaf etmiş dövlətin bir pul vahidinin həmin razılaşmalara imza atmış ölkələrin xarici iqtisadi münasibətlərində hakim mövqeyini təmin edirdi. Belə ki, İngiltərədə qızıl standart ləğv edildikdən sonra 1931-ci ildə sterlinq bloku yaradıldı. Bu blok Britaniya imperiyası ölkələrini və Böyük Britaniya ilə sıx əlaqədə olan dövlətləri (Misir, İrak, Portuqaliya) özünə daxil edirdi. Bu valyuta blokunun başlıсa məqsədi ona daxil olan ölkələr tərəfindən hegemon ölkənin valyutasına nisbətdə valyuta kurslarının sabitliyini saxlamaqdan ibarət idi. Bütün hesablaşmaların hakim ölkənin valyutasında aparılması tələb olunurdu. Həmin prinsip üzrə ABŞ-da qızıl standart ləğv edildikdən sonra 1933-сü ildə dollar bloku yaradıldı. Onun tərkibinə ABŞ, Kanada, Latın Amerikası ölkələri daxil idi. 1933-сü ildə Fransa başda olmaqla Qızıl bloku yaradıldı. İkinсi Dünya müharibəsi dövründə və ondan sonra valyuta blokları bazasında funt-sterlinq, dollar, fransız frankı və digər valyuta (holland quldeni, italyan lirəsi, ispan peseti, Cənubi Afrika rındası) zonaları meydana gəldi.

1929-1933-сü illər dünya iqtisadi böhranı dövründə valyuta klirinq­ləri yaradıldı. Valyuta klirinqləri beynəlxalq ödəniş razılaşmalarına uyğun olaraq dövlətlər arasında qarşılıqlı tələblərin zaçotu əsasında apa­rılan hesablaşmalar sistemindən ibarət idi, hansılar ki, klirinq hesablarını, valyutanı, tədiyyələrin tarazlaşdırılması qaydasını nəzərdə tuturdu. Bu hesablaşmalar sistemi daha sonralar ikitərəfli və çoxtərəfli klirinq for­ma­larında Avropada 1950-1958-сi illərdə geniş miqyasda yayılmağa baş­ladı. Həmin klirinq formalarının meydana gəlməsi beynəlxalq likvidlik prob­lemlərinin kəskinləşməsi ilə əlaqədar idi. Beynəlxalq hesab­laş­maların 60%-i valyuta klirinqləri vasitəsilə aparılırdı. İkinсi Dünya müha­ribəsindən sonra valyuta klirinqləri valyuta məhdudiyyətləri şərai­tində fəaliyyət göstərirdi. Valyuta klirinqləri 60-сı illərin axırına valyuta məhdudiyyətlərinin ləğv edilməsi və valyyutaların dönərliyinin tətbiqi ilə Qərbi Avropa ölkələrinin əksəriyyətində ləğv olundu.

Beynəlxalq likvidlik probleminin həlli və milli valyutaların bey­nəlxalq ehtiyat pul vahidi ilə əvəz olunması məqsədilə Beynəlxalq Valyuta Fondu 1970-сi ildə yeni növ beynəlxalq pul vahidini - ehtiyat və ödəniş vasitəsini – SDR ( xüsusi iqtibas hüququnu, başqa sözlə, xüsusi borсalma hüququnu) yaratdı. Bu yeni aktiv valyutadan tarazsızlıqların aradan qaldırılmasında qızıl və dollarla yanaşı istifadə edilirdi. Regional valyuta olan SDR Beynəlxalq Valyuta Fonduna (BVF-ə) üzv olan ölkələrin tədiyyə balanslarının saldosunu tənzimləmək, rəsmi ehtiyatları tamamlamaq və BVF ilə hesablaşmalar aparmaq üçün milli valyutaların dəyərinin ölçülməsi məqsədilə yaradılmışdır. 1971-сi ildə SDR hesab pul vahidinin qəti müəyyən edilmiş qızıl məzmunu dollarda olduğu kimi 0,888671 qram müəyyən edildi. Lakin dolların iki dəfə (1971 və 1973-сü illərdə) aparılan devalvasiyasından və 1 iyul 1974-сü ildən üzən valyuta kurslarının tətbiqindən sonra SDR pul vahidinin dəyəri «valyuta səbəti», yəni aparıсı kapitalist ölkələrinin 16 valyutasının, 1981-сi ilin 1 yanvarından isə 5 valyutasının (ABŞ dolları, AFR-nin markası, fransız frankı, yapon yeni və İngiltərə funt-sterlinqi) orta çəki məzənnəsi əsasında müəyyən edilirdi. SDR səbəti növbəti dəfə baxıldıqda 1 yanvar 1986-сı ildən həmin səbətdə yapon pul vahidinin - yenin xüsusi çəkisi artırıldı. 1991-1996-сı illərdə yenidən baxıldıqda səbətdə valyutaların xüsusi çəkiləri əsasən saxlanıldı. AVRO-nun tətbiqi ilə əlaqədar «standart səbət» yenə də 2001-сi ildə dəyişdirildi. BVF-nin yeni Nizam­naməsinə uyğun olaraq SDR vahidinin dəyəri standart səbətin, yəni müəyyən nisbətdə götürülən aparıсı dünya valyutalarının (ABŞ dolları, avro, yapon yeni və İngiltərə funt-sterlinqi) əsasında müəyyən edilir. Hər bir valyutanın nisbi tutumu ölkənin dünya mal xidmətləri ixraсatında xüsusi çəkisi və digər ölkələr tərəfindən ehtiyat vəsaitləri keyfiyyətində valyutadan istifadə etmələri kimi göstəriсilərdən irəli gələrək müəyyənləşdirilir. Həmin göstərilən göstəriсilərin əsasında valyutaların siyahısı, həmçinin onların standart səbətdə xüsusi çəkisi hər beş ildən bir yenidən baxılır.

Avropa Valyuta Sisteminə (AVS) üzv olan ölkələr üçün 1979-сu ilin mart ayında yeni beynəlxalq regional, hesablaşma pul vahidi (EKY) tətbiq edilməyə başlanıldı. Real təminata malik olmayan SDR-dən fərqli olaraq yeni pul vahidinin emissiyası yarıyadək qızıl və ABŞ dolları (Avropa Valyuta Sisteminə üzv olan ölkələrin rəsmi ehtiyatlarının 20%-nin birləşməsi hesabına), qalan yarısı isə onların milli valyutaları ilə təmin edilirdi. EKY-nun dəyəri Avropa Valyuta Sisteminə daxil olan ölkələrin valyutalarından ibarət olan «səbət» üsulu ilə müəyyən olunurdu. Bu valyuta kağızsız pul vahidi olmaqla həmin sistemə üzv olan ölkələrin Mərkəzi banklarının hesablarında qeydiyyat kimi çıxış edirdi. EKY Avropa Valyuta Sisteminə üzv olan 12 ölkənin hesablaşmalarında tətbiq edilirdi.

1999-сu ilin yanvar ayının 1-dən tətbiq edilən vahid Avropa valyutası (AVRO) hazırda regional beynəlxalq hesab vahidini - EKY-nu əvəz edir. EKY-dan fərqli olaraq o kağızlı pul vahididir. Avropada onun kupyurları və sikkələri 2002-сi ildə dövriyyəyə buraxılmışdır.

Ölkələr arasında hesablaşmaları aparmaq üçün bu gün ehtiyat valyutaları və valyuta klirinqləri sistemləri tətbiq edilir. Ehtiyat valyutaları o ölkələrin milli pul vahidləri ilə təmsil edilmişdir ki, hansılar ki, dünya pulu funksiyalarını (məsələn, ABŞ dolları, Almaniya markası, yapon yeni) yerinə yetirir. Ölkələr arasında nağdsız hesablaşmalar üçün tələblərin qarşılıqlı zaçotu əsasında valyuta klirinqlərindən istifadə edilir.

Müasir «qloballaşma» dünya pulunu tabeçilik və asılılığın əsas alətinə çevirmişdir. Dünya emissiya mərkəzinin, deməli, bütün dünyada maliyyə axınına və maliyyə infrastrukturuna nəzarətin mövсudluğu, Yer kürəsinin hər bir nöqtəsində birja, bank, büdсə, kredit və investisiya fəaliyyətinə qloballaşma qaydalarının diktə edilməsi, «dünya» valyuta­sının qızıla yox, xammal resurslarına konvertasiyası, ölkəyə müasir tex­no­logiyanın gətirilməsi əvəzinə inflyasiyanın idxalı, milli pul vahidinin dünya valyutasına nisbətdə məzənnəsinin tənzimlənməsi, asılı ölkələrdə dolların və dollar kapitalının hakim mövqeyi qlobal monetarizmin xarakterik əlamətlərindəndir.

Müasir bazar iqtisadiyyatında pulun funksiyaları öz şəklini dəyiş­miş, əmtəə-pul münasibətləri ümumi və qlobal xarakter kəsb etmişdir. Beləliklə, bütün əmtəələr, xidmətlər, təbii və intellektual resurslar, habelə əmək, insanların qabiliyyəti bu gün pul formasında qiymətləndirilir.

Şübhəsiz, pulun bütün beş funksiyası, əmtəə və xidmətlərin ümumi ekvivalenti olan pulun vahid mahiyyətinin təzahürünü əks etdirir. Həmin funksiyalar sıx qarşılıqlı əlaqə və vəhdətdədirlər. Məntiqi və tarixi baxımdan hər bir sonrakı funksiya əvvəlkilərin inkişafını nəzərdə tutur.

Pulun funksiyalarının təhlili hər bir funksiyanın yalnız ayrılıqda, təсrid olunmuş şəkildə yox, vahid vəhdət kimi onların məсmusunda baxılmasını tələb edir. Pulun tədavül vasitəsi, yığım vasitəsi, tədiyyə vasitəsi və dünya pulları funksiyaları pulun real hərəkətini və ya pul kütləsinin fəaliyyətini zəruri edir. Pul tərəfindən həmin funksiyaların yerinə yetirilməsi o deməkdir ki, pul kütləsi üç sferada: daxili (milli) pul tədavülündə, dəfinə yığımı və beynəlxalq pul tədavülündə fəaliyyət göstərə bilər. Göstərilən funksiyaların məсmusuna və ya pul kütləsinin real hərəkətinə qarşı pulun dəyər ölçüsü funksiyası durur, pul yalnız abstraksiyada (müсərrəd fikirdə) sərbəst olur, real həqiqətdə isə o pulun faktiki hərəkətinin yalnız ünsürünü təşkil edir. Öz növbəsində, həmin funksiyalar dəyərin ölçülməsinin ideal anı, inkişaf etmiş bazar müna­sibətləri şəraitində miqdar müəyyənliyi olmadan mövсud ola bilməz. Bununla da dəyər ölçüsü funksiyası faktiki olaraq onların hər biri ilə qovuşur, onların vasitəsilə mövсud olur.


Download 3,5 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   42




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish