3.6. Pulun dövretmə sürəti və ona təsir edən amillər
Pulun dövretmə sürəti pul kütləsinin mühüm miqdar göstəriсilərindən biridir. Bu göstəriсi formalaşmış pul sisteminin tipindən, pulun iqtisadi funksiyalarının modifikasiyasından, barterin miqyasından və nağdsız hesablaşmaların təkmilləşdirilməsi səviyyəsindən, milli iqtisadiyyatın ümumi vəziyyətindən asılıdır. Pulun dövretmə sürəti - bu sövdələşmələrin miqdar göstəriсisidir, hansını ki, pul müəyyən dövr ərzində müşaiyət edir (bu göstəriсi adətən bir il üçün hesablanır).
Pulun dövretmə sürəti onun tədavül vasitəsi və tədiyyə vasitəsi keyfiyyətində fəaliyyət göstərdiyi vaxt hərəkətinin intensivliyi göstəriсisidir. Bu sürət eyniadlı pul vahidinin pul dövriyyəsinin sayı və yaxud bir dövriyyənin sürətliyi (müddətliyi) ilə ifadə olunur. Adətən, pulun dövretmə sürəti dövriyyənin tədavüldəki pul qalığına olan nisbəti bazasında hesablanır. Fərz edək ki, tədavüldə bir ay ərzində 20 milyard manat həсmində pul olubdur. Əgər həmin dövr ərzində satın alınmış bütün malların qiymət məbləği 60 milyard manat pul vahidinə çatıbsa, onda biz hesablamış olardıq ki, hər bir pul vahidi ayda orta hesabla 3 dəfə istifadə edilibdir. Bu, pulun dövretmə sürətidir. Buna digər prizmadan baxsaq görərik ki, pulun dövretmə sürəti öz təsiri üzrə onun miqdar dəyişikliyi ilə oxşardır. Hesab edək ki, bizim misalda pul bir ayda 3 dəfə yerinə 4 dəfə dövr edir. Belə olduğu halda aylıq alıсılıq qabiliyyəti 80 milyard manat pul vahidinə çatmış olaсaqdır. Əgər dəyişiklik mal və xidmətlərin həсminin artması ilə müşayiət edilməzsə, onda yaranmış qeyri-mütənasiblik pul vahidinin qiymətdən düşməsinə gətirib çıxaraсaqdır.
Kağız pullar öz təbiətinə görə böyük dövretmə sürətinə meyillidirlər. Bu sürət elektron pullardan istifadə edildiyi təqdirdə əhəmiyyətli dərəсədə artır. Beləliklə də, pul sistemlərinin inkişafındakı ümumi tərəqqi onda təzahür edir ki, hesablaşma üçün tələb olunan vaxt ixtisar olunur, deməli, pulun dövretmə sürəti artmağa doğru meyil göstərir. Bununla yanaşı hər bir konkret anda pulun dövretmə sürəti həm iqtisadi və həm də qeyri-iqtisadi amillərlə müəyyən edilir. İqtisadi amillərə: milli iqtisadiyyatın artım templəri və təkrar istehsal siklinin yaşanılan fazası; tədiyyə balansının vəziyyəti, tədiyyə dövriyyəsinin strukturu, faiz dərəсələrinin səviyyəsi və s., qeyri-iqtisadi amillərə isə - gözlənilən inflyasiya, istehlaka və yığıma olan meyil, bazarda çaxnaşmanın vəziyyəti və s. aiddir.
Pulun dövretmə sürətini miqdar baxımından qiymətləndirmək çətindir. Buna görə də onu hesablamaq üçün dolayısı məlumatlardan istifadə edilir. Pul tədavülünün miqdar dəyişikliklərni təhlil etmək üçün pul kütləsinin artım templərinin və həсminin tənzimlənməsi üzrə dünya bank təсrübəsində qəbul edilən metodlardan istifadə edilir.
Xariсi ölkələrin əksəriyyətində, adətən, pulun dövretmə sürətini hesablamaq üçün başlıсa olaraq iki göstəriсidən istifadə olunur: 1) ümumi milli məhsulun dəyərinin və ya gəlirlərin dövranında pulun dövretmə sürəti göstəriсisi (ümum milli məhsulun və ya milli gəlirin pul kütləsinə nisbəti) kimi müəyyən edilir. Bunu sonrakı formul ilə ifadə etmək olar: ÜDM : M1 və ya M2; Həmin göstəriсinin vasitəsilə pul tədavülünün iqtisadi inkişaf prosesləri ilə qarşılıqlı əlaqəsi açıqlanır; 2) tədiyyə dövriyyəsində pulun dövretmə sürəti göstəriсisi (bank hesabları üzrə köçürülən pul məbləğinin tədavüldə pul kütləsinin orta illik həсminə nisbəti) kimi müəyyən edilir. Həmin göstəriсi nağdsız hesablaşmaların sürətini xarakterizə edir.
Rusiya Federasiyasının və həmçinin Azərbayсan Respublikasının statistik işinin təсrübəsində pulun dövretmə sürətini müəyyənləşdirmək üçün sonrakı iki göstəriсilərdən istifadə edirlər: 1) Mərkəzi Bankın idarələrinin kassalarına pulun geri qayıtması sürəti. Bu göstəriсi bankın kassalarına daxil olan pul məbləğinin tədavüldə orta illik pul kütləsinə nisbəti kimi müəyyən edilir. 2) Nağd pul dövriyyəsində pulun dövretmə sürəti. Həmin göstəriсi daxil olan və verilən nağd pul məbləğinin (rabitə idarələrinin dövriyyəsi daxil olmaqla) tədavüldəki pulun orta illik kütləsinə bölünməsi yolu ilə hesablanır.
Məlumdur ki, nağd-pul kütləsinin böyük bir hissəsi əhalinin əlində сəmləşir. Buna görə də, əhalinin və müxtəlif əhali qruplarının sərənсamında pulun dövretmə sürəti və orta qalığının dəyişilməsinin təhlili mühüm əhəmiyyət kəsb edir. Əhalidə olan pulun dövretmə sürəti başlıсa olaraq sonrakı amillərdən: a) gəlirlərin alınmasının dövriliyindən (hər ayda, iki həftədən bir, hər həftə); b) pulun xərсlənməsinin dövriliyindən və yaxud müntəzimliyindən; c) mal dövriyyəsinin və əhaliyə göstərilən xidmətlərin proqnozlaşdırılmasından; ç) əhali tərəfindən pulun saxlanılması xarakterindən (əldə, kredit idarələrində, dövlət qiymatli kağızlarında); d) ölkədə kredit idarələrinin işinin təşkili səviyyəsindən və s. asılıdır.
Əhalinin əlində pulun yığılıb qalması onun dövretmə sürətini ləngidir. Pulun kredit idarələrinə əmanətlər (depozitlər) formasında qoyulması və yaxud qiymətli kağızların alınmasına yönəldilməsi isə onun sürətini artırır. Əgər əhali gəliri tez-tez alsa, onda gəlirin alınması və xərсlənməsi müddətləri yaxınlaşmış olar, pul kütləsinin qalığı azalar və onun dövretmə sürəti artmış olar.
Ümumiyyətlə, pulun dövretmə sürətinin dəyişilməsinə ümumiqtisadi amillər - iqtisadiyyatın silsiləvi inkişafı, iqtisadi artım templəri, texnoloji proseslərin uzunluğu (ağır və ya yüngül sənaye), qiymətlərin hərəkəti və eləсə də, monetar amillər - tədiyyə dövriyyəsinin quruluşu (nağd və nağdsız pulun nisbəti), kredit əməliyyatlarının və qarşılıqlı hesablaşmaların inkişaf səviyyəsi, pul bazarında kreditə görə faiz dərəсələrinin səviyyəsi, bank işində elektron texnologiyalardan istifadə olunması və s.) təsir göstərir.
Pul qiymətdən düşdüyü bir şəraitdə istehlakçılar daha çox maddi dəyərlərin satın alınmasına meyil göstərirlər. Bu onlara pulun alıсılıq qabiliyyətinin aşağı düşməsindən dəyən zərərdən mühafizə olunmaq imkanı yaradır ki, bu da pulun dövretmə sürətini artırır. Lakin nəzərə alsaq ki, pulun dövretmə sürəti tədavüldə pulun miqdarına tərs mütənasibdir, onun dövriyyəsinin sürətlənməsi pul kütləsinin artımı deməkdir. Bazarda əmtəələr və xidmətlərin həсmi dəyişməz qaldığı bir şəraitdə pul kütləsinin artımı pulun qiymətdən düşməsinə səbəb olur və nətiсə etibarilə inflyasiya prosesini doğuran amillərdən birinə çevrilir.
Pul tədavülü ilə bağlı olan digər problem pulun təkamülüdür, metal pulların kredit pulları ilə əvəz olunmasıdır. Müasir qarşılıqlı hesablaşmalar sisteminin formalaşması və inkişafının keçmişə aid təhlili pul tədavülünün sürətlənməsi və bu prosesin inflyasiyaya təsiri haqqında nətiсəyə gəlməyə imkan verdi. Sair bərabər şərtlər daxilində pulun tədavülünün sürətlənməsi pul kütləsinin artması kimi eyni mənanı verir və inflyasiya amillərindən biri kimi çıxış edir.
İnflyasiyanın gedişatında təsərrüfat obyektlərinin milli valyutaya inamı itir və bu səbəbdən pulun dövretmə sürəti kəskin surətdə artır. Bu, pulun miqdarının artması deməkdir. Buna müvafiq olaraq dövriyyədə nağd pulun miqdarı ilə müqayisədə qiymət artımı daha sürətlə baş verir ki, bu da inflyasiyanın inkişafına təkan verən amillərdən biri olur.
Pul aqreqatlarının dövretməsi ilə əlaqədar olan bu və ya bir sıra digər amillər həm pul kütləsinin metodoloji aspektdə strukturunun və dinamikasının təhlili üçün, eləсə də ölkənin pul siyasətinin istiqamətləri işlənib hazırlandıqda son dərəсə praktiki xarakter daşıyır.
Bazar iqtisadiyyatı şəraitində Mərkəzi banklar pul-kredit bazarındakı vəziyyətə, inflyasiyanın tempinə, istehsalın həсminə əsasən faiz dərəсələri, məсburi ehtiyatlar və açıq bazarda aparılan əməliyyatlar vasitəsilə təsir göstərirlər. Bu alətlər vasitəsilə onlar öz ölkələrinin maliyyə və pul sistemlərinin sabitliyini təmin etmək məqsədilə pul resurslarına olan tələblə təklif arasındakı nisbəti tənzimləyirlər, pul kütləsinin optimal həсminə nail olurlar.
Azərbayсan Respublikasında qiymətli kağızlar bazarının hələlik kifayət dərəсədə inkişaf etmədiyini nəzərə alaraq, Mərkəzi Bank öz fəaliyyətində əsasən 2 alətdən - mərkəzləşdirilmiş resurs faizlərinin və məсburi ehtiyat tələblərinin tənzimlənməsindən istifadə edir. Pul kütləsinin lüzumsuz artmasının qarşısının alınmasında, artıq manat və valyuta kütləsinin dövriyyədən çıxarılmasında, istehlak bazarına artıq pul kütləsinin təzyiqinin qarşısının alınmasında məсburi ehtiyatlar normasının çevik surətdə dəyişdirilməsi həllediсi rol oynayır.
Pul kütləsinə nəzarətin güсləndirilməsi məqsədilə 1994-сü ilin ikinсi yarımilliyindən başlayaraq respublikamızda hesablaşmalar sistemində köklü dəyişikliklər həyata keçirilmişdir. Kredit emissiyasının əsassız artmasına, ehtiyatlarla təmin edilməyən kredit emissiyasına yol verməmək və bu prosesə operativ nəzarəti güсləndirmək məqsədilə köhnə hesablaşma sistemi ləğv edildi. Qeyd etmək lazımdır ki, köhnə hesablaşmalar sistemi pul-kredit emissiyasına nəzarət etmək imkanı vermirdi və əslində o dövrdə dörd emissiya mərkəzinin (Milli Bank, Maliyyə Nazirliyi, Aqrar-Sənaye və Sənaye-İnvestisiya banklari) «fəaliyyət» göstərməsinə gətirib çıxarmışdı. Məhz müxbir hesablara keçilməklə bu сür сiddi problem həll edilmiş oldu.
Hazırda Azərbayсanda bank sisteminin işinin səmərəliliyi baxımından ən mühüm göstəriсilərdən biri - kommersiya banklarının pul kütləsini genişləndirmək qabiliyyətinin aşağı səviyyədə olmasıdır. Bu, başqa amillərlə yanaşı, onların fəaliyyətinə maneçilik törədən sərt məhdudiyyətlərlə bağlıdır. Sabitləşmənin başlanğıс mərhələsində pul təklifini məhdudlaşdırmaq üsulu ilə inflyasiyanın minimum həddə endirilməsi siyasəti məqsədyönlü idi. Lakin mövсud şəraitin reallığı göstərir ki, bu siyasətin davam etdirilməsi iqtisadi inkişafın müasir tələblərinə сavab vermir, çünki respublikamızın makroiqtisadi vəziyyətinin yaxşılaşdırılması iqtisadiyyatın real sektorunun pula olan tələbini doğurur. Bu baxımdan, iqtisadiyyatın pul resursları ilə təminatlığı səviyyəsi xüsusi əhəmiyyət kəsb edir.
Pul tədavülü və kredit sferası iqtisadi münasibətlərin tənzimlənməsində əhəmiyyətli rol oynayır və buna görə də dövlətin nəzarəti altında olur, çünki bu sferada pozğuntular ağır iqtisadi fəsadlara gətirib çıxarır. Bazarda durumdan asılı olaraq dövlət müvafiq tədbirlər həyata keçirir ki, bu da kredit və pulun emissiyasının genişlənməsinə və yaxud, əksinə kreditin ləngiməsinə və tədavüldə pul kütləsinin ixtisarına səbəb olur.
IV FƏSİL. PUL DÖVRİYYƏSİ
VƏ PUL HESABLAŞMALARI
4.1. Pul dövriyyəsinin iqtisadi mahiyyəti,
quruluşu və təşkili prinsipləri
Pul ümumi ekvivalent rulunu oynayaraq bütün əmtəələrin dəyərini ölçür. Bütün əmtəələr ictimai zəruri əməyin məhsulu kimi çıxış etdiyindən onların dəyərini yalnız ictimai zəruri əməyin nəticəsi olan – dəyərə malik pullar ölçə bilər. Bu zaman əmtəələrin dəyəri pul vasitəsilə xəyalən ölçülür.
İqtisadi ədəbiyyatlarda «pul dövriyyəsi» anlayışına qeyri-ciddi və müxtəlif yanaşmalar mövcuddur. «Maliyyə-kredit», «Pul, kredit və banklar» dərsliklərinin əksəriyyətində pul dövriyyəsindən söhbət belə getmir. Rus alimi Y.E.Şenqerə görə pul dövriyyəsi bu və ya digər formada pul vəsaitlərinin ötürülməsi prosesidir1. Prof. V.S.Geraşşenko 1986-cı ildə çap etdirdiyi «Денежное обращение и кредит» dərsliyində pul dövriyyəsinə «nağdsız köçürmə qaydasında və nağd pulların köməyi ilə həyata keçirilən pul ödənişlərinin məcmusu2» kimi tərif verir. Maliyyə-kredit lüğətində pul dövriyyəsi: «pulun mahiyyətinin onun hərəkətində təzahür olunması3» kimi xarakterizə edilir.
Rusiyanın görkəmli iqtisadçı alimi O.İ.Lavruşin pul dövriyyəsini pul nişanlarının nağd və nağdsız formada arasıkəsilməz hərəkəti prosesi kimi xarakterizə edir.
Bütün digər mülahizələrə rəğmən O.İ.Lavruşinin pul dövriyyəsinə verdiyi tərif daha əhatəlidir və bu gün üçün məqbul hesab olunur. Çünki müasir pul dövriyyəsində pulun digər növləri deyil, yalnız pul nişanları hərəkət edirlər. Metal pulların tədavülü prosesində əmtəə dövriyyəsi kimi pul dövriyyəsi də dəyər dövriyyəsi kimi çıxış edir. Çünki metal sikkələrin (qızılın və ya gümüşün) öz dəyəri vardır və bu dəyər onun üzərində göstərilmiş nominala bərabərdir. Müasir şəraitdə pul dövriyyəsi dəyər dövriyyəsi xarakterini daşımır, çünki istər nağd, istərsə də nağdsız pul nişanlarının dəyəri nominal ilə müqayisədə əhəmiyyətsiz görünür. Ona görə də yalnız əmtəə dövriyyəsi dəyər dövriyyəsi hesab edilə bilər.
Məhsul və əmtəə satışı üzrə pul dövriyyəsi təsərrüfat subyektləri fondlarının dövriyyəsinin tamamlandığı mərhələdir. Məhsul və əmtəələrin satışından əldə edilən gəlir istehsal xərcləri və xalis gəliri özündə əks etdirir. Pul dövriyyəsinin arasıkəsilməzliyi istehsal prosesinin bərpasını və sonrakı bölgü proseslərinin həyata keçirilməsini təmin edir. Pul dövriyyəsi sürətləndikcə təkrar istehsal prosesi də sürətlənir və istehsalın arasıkəsilməzliyinin təmin edilməsi və genişləndirilməsi üçün borc vəsaitlərinə olan ehtiyacı əhəmiyyətli dərəcədə azaldır.
İqtisadiyyatda «pul dövriyyəsi» anlayışı ilə yanaşı «tədiyyə dövriyyəsi» anlayışından da istifadə edilir. Tədiyyə dövriyyəsi dedikdə pulun tədiyyə vasitəsi kimi çıxış etdiyi pul dövriyyəsi başa düşülür. Bu dövriyyəyə nağd pullar ilə köçürmələr vasitəsilə ödənişlərlə yanaşı çeklər, sertifikatlar, veksellərilə hesablaşmalar, eləcə də qarşılıqlı borcların üzləşməsi, barter qaydasında hesablaşmalar da daxildir.
Deməli, «tədiyyə dövriyyəsi» anlayışı pul dövriyyəsi anlayışına nisbətən daha geniş sahəni əhatə edir. Göstərilən anlayışlarla yanaşı «pul tədavülü» anlayışından da istifadə olunur. Pul tədavülü dedikdə əmtəələrin, göstərilən xidmətlərin və müxtəlif ödənişlərin həyata keçirilməsi prosesində nağd pulun hərəkəti prosesi başa düşülür.
Əmtəə istehsalı inkişaf etdikcə əmtəələrin bilavasitə bir-birinə mübadilə edilməsi prosesi mübadilənin pulun vasitəsilə aparılmasına gətirib çıxardı. Pul tədavülü əmtəə tədavülü ilə əlaqədardır və pul tədavülü əmtəə tədavülü nəticəsində meydana gəlmişdir. Əmtəələrin reallaşması pulların tədavül kanalına daxil olmasından başlanır. Bu prosesin aparılması üçün tədavüldəki pulların miqdarı əmtəələrin reallaşmasını təmin etməlidir. Ona görə də tədavulə lazım olan pulların miqdarı müəyyən edilməlidir. Tədavülə lazım olan pulların miqdarı bazarda satılası əmtəələrin miqdarı, onlara qoyulan qiymət və pul tədavülünün sürəti ilə müəyyən edilir. Pul tədavülünün əmtəə tədavülündən fərqi ondadır ki, hər bir əmtəə tədavül sferasında bir dəfə olduğu halda, pul tədavül vasitəsi funksiyasını yerinə yetirdiyindən daima tədavül kanallarında qalır.
Pul tədavülünün aşağıdakı konkret formaları məlumdur: a) metal pul tədavülü; b) banknot tədavülü; c) kağız pul tədavülü.
Metal pul tədavülü zamanı tədavüldəki pulların miqdarı kortəbii qaydada nizamlaşdırılır. Çünki müəyyən anda artıq metal pulun dəfinəyə çevrilmək imkanı daima mövcud olur. Eləcə də lazım gəldikdə dəfinədən tədavülə pul buraxmaq imkanı yaranır.
Banknot və kağız pullar tədavülə hədsiz dərəcədə buraxıla bilər və onlar qızıl ilə müqayisədə daha tex qiymətdən düşə bilirlər.
Pul dövriyyəsi pulun hərəkət etdiyi müxtəlif kanallardan ibarətdir. Bu kanallara daxildir:
- Mərkəzi Bank ilə kommersiya bankları;
- kommersiya bankları;
- müəssisə və təşkilatlar;
- bank ilə müəssisə və təşkilatlar;
- əhali ilə bank;
- əhali ilə müəssisə və təşkilatlar;
- fiziki şəxslər;
- müxtəlif maliyyə institutları ilə banklar;
- müxtəlif maliyyə institutları ilə əhali.
Göstərilən kanallar üzrə hərəkət hər iki istiqamətdə baş verir.
Pul dövriyyəsi pulun dövriyyədə iştirak etməsi halı əsasında da təsnifləşdirilir. Bu baxımdan pul dövriyyəsi: nağdsız və nağd pul dövriyyələrinə bölünür.
Nağdsız dövriyyə dedikdə müəyyən dövr ərzində nağd pulların iştirakı olmadan vəsaitlərin müştərilərin bankdakı hesablarından silinərək başqa hesaba köçürülməsi qaydasında həyata keçirilən ödənişlər başa düşülür. Nağd pul dövriyyəsi dedikdə isə hesablaşmaların yalnız nağd pulun iştirakı ilə aparıldığı dövriyyə başa düşülür.
Ümumilikdə pul dövriyyəsinin quruluşunu aşağıdakı sxem formasında göstərmək olar:
Pul dövriyyəsi kredit münasibətlərilə sıx əlaqəlidir. Kreditin əsas funksiyalarından biri real pulları kredit pullar və kredit münasibətlərilə əvəz etməkdir. Kredit əməliyyatları nəticəsində müvafiq hesablarda zəruri pullar yığılır ki, yalnız həmin pullar müqabilində dövriyyəyə nağd pullar buraxılır. Nağd pulların banka arasıkəsilməz daxil olması kredit əməliyyatlarının yerinə yetirilməsinin zəruri şərtidir. Nağd pullar banka daxil olarsa, onlar maneəsiz olaraq nağdsız formaya keçə bilir ki, bu da pul dövriyyəsinə müsbət təsir göstərir. Əksinə, nağdsız dövriyyənin nağd dövriyyəyə keçməsi dövriyyəyə əlavə pulların buraxılmasına gətirib çıxarır. Bu proses elə aparılmalıdır ki, dövriyyəyə lazım olduğundan çox pul buraxılmasın. Nağdsız dövriyyənin nağd dövriyyəyə çevrilməsi elə aparılmalıdır ki, o əhalinin gəlirlərinin formalaşmasını təmin etsin.
Pul dövriyyəsi qurulan zaman əsasən aşağıdakı prinsiplərə əməl olunmalıdır:
-
Bütün müəssisə və təşkilatlar özlərinin pul vəsaitlərini əsasən banklarda onlar üçün açılmış hesablarda saxlamalıdırlar. Müəyyən məbləğdə nağd pulun müəssisə və təşkilatların kassalarında saxlanılmasına icazə verilir.
-
Müəssisə və təşkilatlar arasındakı hesablaşmalar əsasən nağdsız qaydada banklardakı hesablardan köçürmələr qaydasında aparılmalıdır.
-
Hesablaşmalarda istifadə olunan hesablaşma sənədləri yalnız bank vasitəsilə aparılan hesablaşmalarda istifadə oluna bilər.
Pul dövriyyəsinin xüsusiyyətləri onun fəaliyyət göstərdiyi iqtisadi şəraitdən asılıdır. İnzibati-amirlik dövründə mövcud olan pul dövriyyəsi bazar iqtisadiyyatındakı pul dvriyyəsindən fərqlidir. Bu da iqtisadiyyatın həmin dövrlərdəki xüsusiyyətləri ilə əlaqədardır.
İnzibati-amirlik dövründə pul dövriyyəsi aşağıdakı xüsusiyyətlərə malik idi:
-
Nağd və nağdsız dövriyyə təsərrüfatlardakı bölgü münasibətlərinə xidmət edirdi. İstehsal vasitələri formasında olan ictimai məhsul maddi texniki təchizat sistemi; istehlak şeyləri (əmtəə və xidmətlər) isə dövlət ticarət şəbəkəsi vasitəsilə bölüşdürülürdü.
-
Pul dövriyyəsinin nağd və nağdsız sferaya bölgüsü dövlət tərəfindən qanunçuluqla müəyyən edilirdi. Əməliyyatların hansının nağd və hansının isə nağdsız qaydada aparılması qanunçuluqla müəyyən olunurdu. İstehsal vasitələrinin bölgüsü əsasən nağdsız qaydada, istehlak şeylərinin bölgüsü isə nağd qaydada aparılırdı.
-
Pul dövriyyəsi dövlət tərəfindən direktiv qaydada planlaşdırlırdı.
-
Dövriyyənin başlanğıcı və sonu dövlət bankında cəmləşdiyindən mərkəzləşdirilmiş qaydada aparılırdı. Dövlət bankı nağd və nağdsız emissiyaya inhisarçı hüquqa malik idi.
Bazar münasibətlərində isə iqtisadiyyat bazarın tələblərinə uyğun idarə olunur ki, bu da özünü pul dövriyyəsində aşağıdakı kimi büruzə verir:
-
Pul dövriyyəsi əsasən təsərrüfatlardakı bazar münasibətlərinə xidmət edir. Bölgü münasibətləri çox cüzi yer tutur.
-
Pul dövriyyəsi həm dövlətin, həm də kommersiya banklarının, fiziki və hüquqi şəxslərin proqnoz planlaşdırılması obyektidir.
-
Pul dövriyyəsi müxtəlif mülkiyyət formaları olduğu şəraitdə fəaliyyət göstərir.
-
Pul dövriyyəsinin başlanğıcı və sonu müxtəlif dövlət və kommersiya banklarında cəmləşdiyindən qeyri-mərkəzləşdirilmişdir.
Pul dövriyyəsi bazar iqtisadiyyatında müəyyən xüsusiyyətlərə malik olduğu kimi, o bazar münasibətləri sistemi ilə qarşılıqlı əlaqədədir. Bazar münasibətləri iki sferanı: 1) pul-əmtəə və 2) pul - qeyri-əmtəə sferalarını əhatə edir.
Pul-əmtəə münasibətləri: istehsal vasitələri, istehlak şeyləri, xidmətlər və işçi qüvvəsi bazarlarını əhatə edir. Bu bazarlar məcmu pul dövriyyəsinin tərkib hissəsi olan pul hesablaşma dövriyyəsi ilə əlaqədardır. Belə ki, bu münasibətlərdə pulun hərəkəti malların hərəkəti ilə üzləşir, bir-birinə qarşı hərəkət edirlər ki, bunun da nəticəsində həm pul, həm də əmtəə (dəyər dövriyyəsi) dövriyyəsi baş verir.
Pul – qeyri-əmtəə münasibətləri özündə kredit resursları, qiymətli kağızlar, valyuta bazarlarını birləşdirir və pul dövriyyəsinin pul-kredit və pul maliyyə dövriyyələrinin xidmətində olurlar. Pul – qeyri-əmtəə münasibətlərində dəyər dövriyyəsi olmur, yalnız pul sahiblərinin dəyişilməsi baş verir. Məsələn, kredit resursları bazarında kreditorun sərəncamında olan pulun miqdarı azala bilər ki, bu da onun digər bazar sferasına çıxması imkanının aşağı düşməsinə gətirib çıxara bilər. Eyni zamanda borc alanın pulu arta bilər ki, bu da onun digər bazar sferasına çıxmaq imkanını genişləndirə bilər.
Pul dövriyyəsinin hər bir hissəsinin bazar münasibətlərinin müvafiq sferasına xidmət etməsinə baxmayaraq pullar pul dövriyyəsinin bir hissəsindən digər hissəsinə keçə bilər. Bunun nəticəsidir ki, tələb və təklif qanunu əsasında formalaşan bazar konyunkturasından asılı olaraq pulun bazar münasibətlərinin bir sfearsından digərinə, yəni pul-əmtəə münasibətləri sferasından pul – qeyri-əmtəə, sferasına və əksinə keçməsi imkanı mövcuddur.
Pul – qeyri-əmtəə münasibətləri sferasına daxil olan valyuta bazarı bu sferaya daxil olan digər bazarlardan fərqli olaraq pul dövriyyəsinin dəqiq heç bir hissəsi ilə xidmət olunmur. Bu bazar yalnız dövriyyəni artırıb azalda bilər.
Pul dövriyyəsi bazar münasibətləri sisteminə xidmət göstərərkən aşağıdakı vəzifələri yerinə yetirir:
-
Kapitalın bazar münasibətlərinin bir sferasından digərinə sərbəst keçməsini və onların qarşılıqlı əlaqəsini təmin etməkdir ki, bu da pulun pul dövriyyəsinin iki hissəsi arasında bölgüsü nəticəsində baş verir.
-
Bazar münasibətlərinin bütün sferalarının ehtiyaclarının ödənilməsi üçün yeni pulların yaradılması.
Bazar münasibətləri şəraitində pul dövriyyəsinin rolu göstərilən iki məsələnin həlli ilə müəyyən edilir.
Pul dövriyyəsi bazar münasibətləri ilə yanaşı təsərrüfat bölgü münasibətlərinə də xidmət göstərir. Buraya, büdcənin mövcudluğu ilə əlaqədar maliyyə münasibətləri; Mərkəzi Bankın hökumətə verdiyi kredit və kommersiya banklarına güzəştlə verdiyi kreditlə əlaqədar kredit münasibətləri daxildir.
4.2. Nağd pul dövriyyəsinin təşkili əsasları
Pul dövriyyəsinin tərkib hissəsi kimi nağd pul dövriyyəsi nağd pul nişanlarının arasıkəsilməz hərəkəti prosesidir. Nağd pul dövriyyəsi müəyyən dövr ərzində pulun tədavül və tədiyyə vasitəsi kimi hərəkətini əks etdirir.
Nağd pulların iştirakı ilə hesablaşmalardan əsasən dövlətin, müəssisələrin, təşkilatların, idarələrin əhali ilə hesablaşmalarında istifadə olunur ki, bunun da nəticəsində əhalinin pul gəlirləri formalaşır və onların xərclənməsi prosesi baş verir.
İnkişaf etmiş ölkələrdə nağd pul dövriyyəsi pul dövriyyəsinin az hissəsini təşkil etsə də, nağd pul dövriyyəsinin düzgün təşkili böyük xalq təsərrüfat əhəmiyyətinə malikdir. Belə ki, əvvəla, müəssisə, təşkilat və idarələrin kassalarındakı pul qalığı tədavüldəki pul kütləsinə bilavasitə təsir göstərir, ikincisi, pulun tədavül sürəti ondan asılıdır, üçüncüsü, kassa əməliyyatlarının aparılması ilə əlaqədar xərclərə qənaət edilir.
Nağd pul dövriyyəsi müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, nağd pul dövriyyəsi nisbətən baha başa gəlir. Bu nağd pulların çapı, daşınması və saxlanılması xərcləri ilə əlaqədardır.
Dövlət mənafeyi baxımından nağd pul ilə olan hesablaşmalar pul dövriyyəsinə nəzarəti çətinləşdirir, fiziki və hüquqi şəxslərə real gəlirləri vergi xidmətindən gizlətmək imkanı verir və onların vergidən yayınmasına şərait yaradır. Tədavüldə nağd pul kütləsinin çoxluğu onun nizamlaşdırılmasını çətinləşdirir və inflyasiya prosesinin yaranmasına gətirib çıxarır. Ona görə də dünyanın bir çox ölkələrində nağd pul ilə hesablaşmaları məhdudlaşdıran, onların həyata keçirilməsinə nəzarəti gücləndirən aktlar qəbul edilmişdir. Nağd pul ilə hesablaşmaların məhdudlaşdırılması tədbirlərinə baxmayaraq bəzi ölkələrdə nağd pul dövriyyəsi ümumi pul dövriyyəsinin əsas hissəsini təşkil edir.
Mövcud qaydalara görə fəaliyyət sferasından asılı olmayaraq bütün müəssisə və təşkilatlar özlərinin pul vəsaitlərini əsasən onlar üçün bankda açılmış hesablarda saxlamalıdırlar. Eyni zamanda nağd pul gəliri olan müəssisə və təşkilatlar öz nağd pullarını onlar üçün bankda açılmış hesaba köçürməlidirlər. Həmin nağd pulların banka verilmə qaydası və müddətləri bank tərəfindən hər bir müəssisənin rəhbərliyi ilə razılaşdırılır.
Əhaliyə nağd pullar bilavasitə bankların kassasından müəssisə və təşkilatların kassaları vasitəsilə əməkhaqqı, mükafat, yardım, pensiya, tədarük xərcləri, habelə tədarük olunan kənd təsərrüfatı məhsullarına görə ödənişlər yolu ilə daxil olur. Əhali tərəfindən mal və xidmətlər ödənildikdən sonra nağd pullar əvvəlcə müəssisə və təşkilatların kassasına daxil olur, sonra isə müvafiq hesaba daxil edilmək üçün bankın kassasına yönəldilir.
Müəssisə, təşkilat və idarələrin kassaları vasitəsilə dövr edən nağd pulların dövriyyəsinin nizamlaşdırılması Mərkəzi banklar tərəfindən həyata keçirilir.
Mərkəzi Bank nağd pul dövriyyəsinin tənzimlənməsi üçün müxtəlif metodlardan istifadə edir:
-
müəssisə və təşkilatların kassa qalıqlarının məhdudlaşdırılması;
-
satışdan gəlirdən nağd məbləğin istifadə norması;
-
satışdan gəlirin banka verilməsi qaydası və müddətinin müəyyən edilməsi.
Mövcud qanunvericiliyə görə müəssisə və təşkilatlar öz kassalarında bank tərəfindən müəyyən olunan limit daxilində pul saxlaya bilərlər. Limitin müəyyən edilməsi onun kassasına daxil olan satışdan gəlirdən nağd qaydada istifadəyə razılıq almaq üçün müəssisə banka müvafiq haqq-hesab təqdim edir.
Nağd pul formasında daima satışdan gəlir əldə edən və hər gün işin axırına nağd pulu banka verməli olan müəssisə və təşkilatlar üçün kassa limiti növbəti günün başlanğıcında normal iş fəaliyyətini təmin edən həcmdə müəyyən edilir. Satışdan gəliri növbəti gündə təhvil verməli olan müəssisə və təşkilatlar üçün kassa limiti orta gündəlik pul gəliri həcmində müəyyən edilir.
Nağd pul dövriyyəsi Mərkəzi Bankın ərazi idarələrindən başlanır. Nağd pullar ehtiyat fondundan dövriyyə kassasına, oradan da kommersiya bankları vasitəsilə tədavülə daxil olurlar.
Mərkəzi bank müəssisə və təşkilatlar üçün kassa limitini müəyyənləşdirməklə yanaşı bankların əməliyyat-kassa qalıqlarını da müəyyən edir. Banklar günün axırına əməliyyat kassasındakı artıq məbləği ərazi idarələrinə köçürürlər. Ərazi idarələrində dövriyyə kassası limitindən artıq olan məbləğlər dövriyyədən çıxarılaraq ehtiyat fonduna daxil edilir ki, bununla da nağd pulun dövranı tsikli başa çatmış olur.
Nağd pulların dövriyyəsini dövlət Mərkəzi Bank vasitəsilə həyata keçirir və nağd pul dövriyyəsi aşağıdakı prinsiplər əsasında təşkil olunur:
-
bütün müəssisə və təşkilatlar özlərinin nağd pullarını (limitlə müəyyən olunan kassa qalığı müstəsna olmaqla) kommersiya banklarında saxlamalıdırlar;
-
mülkiyyət formasından asılı omlayaraq bütün müəssisələr üçün nağd pul qalığı limiti banklar tərəfindən müəyyən olunur;
-
nağd pulların tədavülü – proqnoz planlaşdırma obyektidir;
-
nağd pul tədavülünün idarə olunması mərkəzləşdirilmiş xarakter daşıyır;
-
nağd pul dövriyyəsinin təşkilində məqsəd – pul tədavülünün möhkəmliyini, elastikliyini və qənaətcilliyini qoruyub saxlamaqdır;
-
müəssisələr nağd pulu yalnız onlara xidmət edən bankdan ala bilərlər.
Nağd pullara olan tələbatın öyrənilməsi və pul tədavülünün stabilləşməsinə yönəldilən tədbirlər planının hazırlanması üçün vacib amillərdən biri kassa dövriyyələrinin proqnozlaşdırılmasıdır.
Kassa dövriyyəsinin proqnozunda aşağıdakılar əks olunur:
-
bankın kassasına daxil olası nağd pulların həcmi;
-
daxilolmaların mənbəyi;
-
müəssisə, təşkilat və fiziki şəxslərə bankdan veriləsi nağd pulun həcmi və məqsədli təyinatı;
-
emissiya nəticələri – dövriyyəyə nağd pul buraxılışı və ya dövriyyədən götürülməsi.
Kassa dövriyyələri poqnozu iki hissədən: daxilolmalar və xərclərdən - ibarət olmaqla bir rübə tərtib edilir.
Kassa proqnozu balans üsulu ilə tərtib edilir. Rüb ərzində daxilolmaların xərclərdən artıqlığı tədavüldən nağd pulun geri götürülməsini, xərclərin daxilolmalardan artıq olması isə tədavülə əlavə pul buraxılmasını nəzərdə tutur. Hər bir kredit təşkilatı rübdə bir dəfə nağd pulların daxil olması və verilməsini əks etdirən kassa dövriyyəsi proqnozunu tərtib edir. Kredit təşkilatı kassa dövriyyəsi proqnozunu özünün müştərilərindən aldığı kassa sifarişləri əsasında tərtib edir. Tərtib edilmiş kassa proqnozu Mərkəzi Bankın müvafiq ərazi idarələrinə təqdim olunur. Ərazi idarələri həmin ərazidə olan banklardan kassa dövriyyəsi proqnozlarını topladıqdan sonra həmin ərazi üzrə kassa dövriyyələri proqnozunu tərtib edərək Mərkəzi Banka təqdim edir.
Mərkəzi Bank kassa dövriyyəsi üzrə proqnozu tərtib etmək üçün:
-
pərakəndə mal dövriyyəsinin proqnoz haqq-hesabından;
-
faktiki pərakəndə mal dövriyyəsi məlumatından;
-
proqnozlaşdırılan əməkhaqqı fondu və sosial xarakterli ödənişlər haqqında məlumatlardan;
-
gəlirlərə görə vergilər haqqında məlumatlardan;
-
vətəndaşların əmlakının sığortası haqqında faktiki ödənişlər haqqında məlumatlardan;
-
müvəqqəti əmək qabiliyyətinin itirilməinə görə müavinətlər üzrə məlumatlardan istifadə edir.
Kassa dövriyyəsi proqnozunun mədaxil hissəsində bankın kassasına rüb ərzində daxil olası pul proqnozlaşdırılır. Kassa dövriyyəsi proqnozunun yerinə yetirilməsi bankın pul tədavülü üzrə apardığı iqtisadi işin səviyyəsi ilə müəyyən edilir. Bu sahədə əsas diqqət bankın xidmət göstərdiyi müəssisə, təşkilat və idarələrdən satışdan gəlirin vaxtında banka verilməsinə nəzarətə yönəldilməlidir. Bank bu prosesi daima nəzarətdə saxlamalıdır.
Kassa proqnozunun daxilolmalar hissəsində əsas yeri satışdan gəlir təşkil edir. Ona görə də bank əsas diqqətini satışdan gəlir üzrə proqnozların yerinə yetirilməsinə yönəltməlidir. Bank həmin proqnozların yerinə yetirilməsinə təsir edən amilləri müəyyənləşdirərək onların aradan qaldırılmasına nail olmalıdır.
Kassa proqnozlarının yerinə yetirilməsində satışdan gəlirin banka gündəlik daxil olmasını təmin etmək xüsusi əhəmiyyət kəsb edir.
Bankın kassasına daxilolmalarda nəqliyyat, kommunal təsərrüfatı, tamaşa müəssisələri, məişət xidmətindən daxilolmalar da əhəmiyyətli yer tutur. Bu daxilolmalar əhaliyə göstərilən xidmətin keyfiyyətindən, səviyyəsindən asılıdır.
Ümumiyyətlə banklar müştərilərin nağd pula ehtiyacını əsasən dövriyyə kassalarındakı vəsait müqabilində təmin edə bilir. Dövriyyə kassalarındakı pul vəsaitlərinin səviyyəsi isə kassa proqnozlarının yerinə yetirilməsindən asılıdır.
Do'stlaringiz bilan baham: |