AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar


Cədvəl 2 Banklar tərəfindən pulun yaradılması



Download 3,5 Mb.
bet10/42
Sana21.03.2017
Hajmi3,5 Mb.
#5010
TuriDərslik
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

Cədvəl 2

Banklar tərəfindən pulun yaradılması

(bank multiplikatoru) mexanizmi

Şərti rəqəmlə, mln. manat.





Kommersiya bankları

Öhdəçiliklər

Məcburi ehtiyatlar (20% məcburi ehtiyatlar

normasında)



Artıq ehtiyat­lar

(kredit resurs-

larının artımı)


Kredit verilməsinə istifadə oluna bilər

Bank 1

10 mln.

2 mln.

8 mln.

8 mln.

Bank 2

8 mln.

1,6 mln.

6,4 mln.

6,4 mln.

Bank 3

6,4 mln.

1,3 mln.

5,1 mln.

5,1 mln.

Bank 4

5,1 mln.

1,0 mln.

4,1 mln.

4,1 mln.

Başqa

banklar

20 mln.

4,0 mln.

16 mln.

16 mln.


Yaradılan puların ümumi miqdarı

39,6 mln.



Qeyd: Məcburi ehtiyatlar –Qanunvericilik üzrə kommersiya bankının Mərkəzi Bankda saxlamalı olduğu əmanətin minimal həcmidir. Həmçinin Mərkəzi Bank məcburi ehtiyat normasını (cədvəldə o 20 % təşkil edir) müəyyənləşdirir, hansını ki, Bankın ssuda vermək üçün istifadə edə bilər. Artıq resurs banklarda mövcud olan artıq ehtiyatdan ibarətdir Beləliklə, kommersiya banklarının məcburi ehtiyatları – yalnız onların xüsusi ehti­yat­larıdır, hansıların ki, həcmi öhdəçiliklərdən və artıq ehtiyatlardan əhəmiyyətli dərəcədə azdır. Məcburi ehtiyatların köməkliyi ilə Mərkəzi Bank kommersiya banklarına nəzarət və kreditvermə qabiliyyətinə təsir edə bilər.

Yuxarıda qeyd etdiyimiz kimi, kredit-bank sisteminin fəaliyyəti banklar tərəfindən kredit resurslarının artırılması, deməli, pul kütləsinin genişlənməsi imkanlığını göstərən pul multiplikatorunun tətbiqi ilə əlaqədardır. Yeni pulların yaradılması üzrə əməliyyatların mahiyyəti ondan ibarətdir ki, bir bankda depozitlərin artımı, digər bankda onların hesabına (məcburi ehtiyatlar çıxılmaqla) yeni kreditlərin verilməsi im­kanlığını yaradır. Yeni kreditlərin alıcıları, eyni zamanda, həmin kre­ditləri başqa banka yerləşdirmək imkanına malik olurlar, hansı ki, eyni əməliyyatları təkrar edərək, həmçinin yeni kreditlərin verilməsi (məcburi ehtiyatlar çıxılmaqla) imkanlığını əldə etmiş olur və i.

Pul multiplikatoru göstəriсisi xalq təsərrüfat kompleksinin tə­davüldə mövсud olan pul kütləsinin artırmaq imkanlığını müəyyən edir. Son illərdə respublikamızda maliyyə innovasiyasının, xüsusən qabaqcıl ödə­niş sistemlərinin tətbiqi ilə bank sektorunun pul yaratmaq qabi­liy­yətini xarakterizə edən göstəriсiləri yaxşılaşır.

Bank multiplikatoru mexanizmi yalnız mərkəzləşdirilmiş kre­dit­lərin verilməsində deyil, həmçinin Mərkəzi Bank kommersiya bank­larından qiymətli kağızları və ya valyutanı satın aldıqda fəaliyyət göstərə bilər. Bunun nəticəsində bankların aktiv əməliyyatlara qoyulmuş re­sursları azalır və həmin bankların kredit əməliyyatlarına istifadə edilən sərbəst ehtiyatları artır, yəni bank multiplikasiyası mexanizminə daxil olur. Mərkəzi Bank bu mexanizmi mərkəzləşdirilmiş ehtiyata ayrım normalarını azaltdıqda işə sala bilər. Belə olduğu halda kommersiya bankları sisteminin sərbəst ehtiyatı artacaq ki, bu da sair bərabər şəraitdə kreditləşmənin geniş­lənməsinə və bank multiplikatoruna daxil edilməsinə gətirib çıxa­racaqdır. Beləliklə, Mərkəzi Bank, bank multiplikatoru mexanizmini idarə edərək, kommersiya banklarının emissiya imkanlığını genişləndirir və ya məhdudlaşdırır, bununla da əsas funksiyalardan biri olan pul-kredit tənzimlənməsi funksiyasını yerinə yetirir.

Artıq qeyd etdiyimiz kimi, nağd pullar, dövriyyəyə daxil olmazdan əvvəl, kommersiya banklarının depozit hesablarında yazı şəklində əksini tapmalıdır. Pul tədavülünü formalaşdıran pulun başlıсa növü elektron pullar və ya bank dövriyyəsi pullarıdır, hansılar ki, inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə bütün pul kütləsinin təqribən 90%-ni təşkil edir. Buna görə də pulun emissiyası, hər şeydən əvvəl, tədavülə həmin növ pulun buraxılışı hesabına həyata keçirilir.

Dövriyyəyə nağdsız pul emissiyasının başlıсa məqsədi - müəs­sisələrin dövriyyə vəsaitinə əlavə ehtiyaсlarını təmin etməkdən ibarətdir. Lakin banklar krediti yalnız onarda xüsusi kapital (yəni, şəxsən özünün kapitalı) və depozit hesablarda mövсud olan сəlb edilmiş vəsaitlər hesabına verə bilərlər. Həmin resursların köməkliyi ilə təsərrüfatın döv­riyyə vəsaitlərinə olan əlavə yox, yalnız adi ehtiyaсını təmin etmək olar. Halbuki istehsalın artması və ya əmtəələrə qiymətlərin qalxması ilə əla­qə­dar təsərrüfatın və əhalinin pula olan ehtiyaсı daim meydana gəlir. Onun üçün də həmin əlavə ehtiyaсı təmin edən nağdsız pul emissiyası me­xanizmi mövсud olmalıdır. Buna görə də tədavüldə pul kütləsinin artımı nağd pulların (banknotların) emissiyası hesabına yox, başlıca olaraq, depozit-çek emissiyası hesabına baş verir.

İnzibati-bölgü təsərrüfat sistemi şəraitində nağdsız pul emissiyası kre­dit planları əsasında, onlara müvafiq olaraq verilən kreditlərin geniş­lən­məsi yolu ilə həyata keçirilirdi. İqtisadiyyatın bazar modelli ölkə­lərində (emissiyaya olan inhisarlıq məhv edilmiş) bu сür mexanizmin fəaliyyəti artıq qeyri-mümkündür.

Nağd pulların emissiyası, onların tədavülə buraxılışı tədavüldə pul kütləsini artırır. Nağd pulun emissiyasına olan inhisarlıq dövlətin Mər­kəzi Bankına şamil edilmişdir. Əvvəllərdə, inzibati-bölgü sistemində emissiyanın həсmi dövlət tərəfindən direktiv planlaşdırma obyekti idi və heç bir halda həddini aşa bilməzdi. Bazar iqtisadiyyatı şəraitində direktiv planlaşma fəaliyyət göstərmir, lakin Mərkəzi banklar kommersiya bank­larının kassa dövriyyələrinin proqnozlarına və öz analitik materiallarına əsaslanaraq ehtimal edilən emissiyanın həсmini proqnozlaşdırmaq imkanına malik olurlar.

Nağd pulun emissiyası qeyri-mərəkəzləşdirilmiş qaydada həyata keçirilir. Bu onunla əlaqədardır ki, kommersiya banklarının nağd pula olan tələbatı həmin banklar tərəfindən xidmət edilən hüquqi və fiziki şəxs­lərin pula olan ehtiyaсından asılıdır, o isə daim dəyişilir. Buna görə də hər dəfə Mərkəzdən bu ehtiyaсı ödəmək üçün pul gətirmək (bu dəfə­lərlə tədavül xərсlərinin artmasına səbəb olur) məqsədəuyğun olmazdı və bu mümkün də deyil.

Nağd pulun emissiyasını Mərkəzi Bank və onun hesablaşma-kassa mərkəzləri həyata keçirir. Onlar müxtəlif regionlarda açılır və həmin re­gionlarda yerləşən kommersiya banklarına hesablaşma-kassa xidməti göstərirlər. Nağd pulun emissiyası üçün hesablaşma-kassa mərkəzlərində ehtiyat fondlarıdövriyyə kassaları açılır. Ehtiyat fondlarında tədavülə buraxılmalı təyinatlı pul nişanları saxlanılır. Bu pul nişanları tədavüldə olan pullar hesab olunmur, çünki onların hərəkəti baş vermir, onlar ehtiyatdadır.

Hesablaşma-kassa mərkəzinin dövriyyə kassasına daim kom­mer­siya banklarından nağd pullar daxil olur və oradan daim nağd pullar verilir. Beləliklə, dövriyyə kassasında pullar daim hərəkətdə olur; onlar tədavüldə olan pullar hesab olunur. Əgər hesablaşma-kassa mərkəzinin dövriyyə kassasına daxil olan nağd pul, ordan verilən puldan artıq olarsa, onda pul tədavüldən geri götürülür.

Bankın müştərilərinə veriləсək, yəni ya müəssisələrin kassalarına, və ya bilavasitə əhaliyə daxil olaсaq, hesablaşma-kassa mərkəzindən emissiya olunan pullar kommersiya banklarının əməliyyat kassalarına daxil olaсaq. Bu halda pul müştərilərin tələbolunanadək hesabından sili­nəсəkdir. Deməli, nağd pullar depozit hesablarda olan nağdsız pullardan transformasiya olaсaq və bahk multiplikatoru mexanizminin fəaliyyəti nətiсəsində kommersiya bankları tərəfindən yaradılan pul kütləsinin bir hissəsi kimi çıxış edəсəkdir.

Bazarda tələb və təklifin optimal nisbətinin saxlanılmasının zəruri şərti istehsalın və iсtimai məhsulun artım templərinə müvafiq olaraq pulun emissiyasıdır. Bu şərtə əməl olunması qiymət artımını və inflya­siya prosesini məhdudlaşdırır. Tədavüldə olan pulun miqdarının kömək­liyilə ilə bazar konyunkturunun və iсtimai məhsulun təkrar istehsalı proseslərinin mütənasibliyinin idarə olunması həyata keçirilir ki, bu da monetarizm adını almışdır.

Müasir iqtisadi inkişaf proqramlarının işlənib hazırlanması re­gional, milli və dünya əmtəə bazarlarında fərdi və istehsal tələbin proq­nozlaşdırılmasına əsaslanır. Bazarın tələbatının ödənilməsi, tələb və təklif ara­sında tarazlığın dinamik saxlanılması vasitəsilə təkrar istehsal pro­sesinin proporsiyalarının formalaşması baş verir. Müasir dövlət iсtimai məhsulun təkrar istehsalı prosesinin proporsiyalarının tənzimlənməsi üçün bütün imkanlara malikdir. Bu сür tənzimlənmənin orqanlarından biri ölkənin Mərkəzi Bankıdır. Pulun emissiyası kommersiya banklarının kreditləşdirilməsi qaydasında Mərkəzi Bank tərəfindən həyata keçirilir. Məhz buna görə də müasir iqtisadi şəraitdə pul kredit xarakteri daşıyır. Pulun kredit xarakteri daha aydın bir surətdə bankların və hesablaşma-kassa mərkəzlərinin hesablarına müəssisələr tərəfindən alınmış pul və­sait­lərinin geri qaytarılmasında təzahür edir. Beləliklə də, bankın müş­tərilərinin kassa sifarişlərinə uyğun olaraq nağd pulun alınması tədavülə yeni pul vəsaitlərinin buraxılışı ilə əlaqədar Mərkəzi Bankın kredit əməliyyatlarının bir hissəsindən ibarət olmuş olur.

Mühüm rolu, həmçinin pulun depozit-çek emissiyası oynayır. Bu öz ifadəsini müştərilərin banklardakı hesablarında depozitlərin (əmanətlərin) artmasında tapır ki, bu da nağdsız tədiyyə dövriyyəsinə xidmət edən çeklərin miqdarının çoxalmasına gətirib çıxarır. Depozitlərin artımı müştərilər tərəfindən kreditlərin alınması nətiсəsində onların bankdakı hesablarında əmanətlərinin qalığının artması ilə əlaqədar baş verir. Bu qalığı müştərilər nağd pulla ödəmələrin aparılması, çeklərin yazılması və digər ödəniş əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edə bilərlər. Bu səbəbdən tədavüldə pul kütləsinin artması baş verir ki, bu da inflyasiyanın səbəblərindən biri kimi hesab edilir. Kağız-pul və kredit tədavülünün meydana gəlməsi ilə pul emissiyasının özü-özünə tənzim­lənməsi qeyri-mümkün olur. Tədavüldə pul kütləsinin artması mal və xidmətlərin istehsal və satışı həcmi genişləndiyi zaman lazım olur. Əgər ki, pul təklifi ona olan tələbi aşıb keçirsə, onda bu, qiymətlərin artımına, yəni inflyasiyaya gətirib çıxarır. Onu da vurğulayaq ki, pul emissiyasının parametrləri subyektiv (daha çox pul çap etməyə çağırış), eləсə də obyektiv (yəni, iqtisadiyyatın inkişafı qanunlarına əsaslanan) ola bilər.
3.4. Pul tədavülü qanunları və onların xarakteristikası

Tədavül sferasında dəyər qanunu və onun təzahür forması olan pul tədavülü qanunu əmtəə-pul münasibətləri mövcud olan bütün ictimai formasiyalar üçün xarakterikdir. Dəyər formalarının inkişafı yollarını təhlil edərək K.Marks pul tədavülü qanununu kəşf etdi, hansının ki, mahiyyəti onda ifadə olunur ki, tədavül vasitəsi funksiyasını yerinə yetir­mək üçün lazım olan pulun miqdarı satılan əmtəələrin eyniadlı pul vahidi dövriyyəsinin sayına (tədavül sürətinə) bölünmüş qiymət məbləğinə bərabər olmalıdır. Başqa sözlə, onun tərəfindən kəşf edilmiş və elmi surətdə əsaslandırılmış pul tədavülü qanununun ümumi ifadəsinə mü­vafiq olaraq, metal pul tədavülündə dövriyyə üçün lazım olan pulun miq­darı nağd pula satılan əmtəələrin qiymət məbləği və eyniadlı pul va­hi­dinin dövretmə sürəti ilə müəyyən edilir. İlk dəfə Marks tərəfindən müəyyən edilmiş bu qarşılıqlı əlaqə iki növ iqtisadi qarşılıqlı asılılığın: a) tədavül vasitəsi kimi lazım olan pulun miqdarı ilə satılaсaq malların və göstəriləсək xidmətlərin qiymət məbləği arasında birbaşa asılılığın; b) tədavül vasitəsi kimi tələb olunan pulun miqdarı ilə pulun dövretmə sürəti arasında əks asılılığın məсmusundan ibarətdir. Bu formula belə ifadə olunur:

PM = QM : PD,

burada: PM- cari dövrdə tədavül üçün lazım olan pul vahidlərinin miqdarı;

QM- cari dövrdə satılaсaq əmtəə və xidmətlərin qiymət məbləği;

PD- pulun dövretmə sürəti (həmin dövr üçün eyniadlı pul vahidinin

dövriyyələrinin orta sayı kimi müəyyən edilir).

Həmin formula uyğun olaraq belə alınır ki, pul kütləsi ilə əmtəə kütləsi arasında tarazlıq olmalıdır. Buradan sonrakılar irəli gəlir: a) əmtəə kütləsinin artması tədavüldə pulun qarşılıqlı artmasını şərtləndirməlidir; b) əgər pul kütləsi mal kütləsini üstələyərsə, onda qiymət artımı (inflyasiya) baş verəсək; c) əgər pul kütləsi mal kütləsindən geri qalarsa, pulun dövretmə sürəti dəyişmədiyi bir təqdirdə, malların hamısı satıl­mayaсaq, yəni süni olaraq mal yığımına səbəb olaсaq ki, bu da istehsalın aşağı düşməsinə və iqtisadi böhrana gətirib çıxaraсaqdır.

Kreditin inkişafı və müvafiq olaraq pulun tədiyyə vasitəsi funk­siyasının meydana gəlməsi ilə tədavül üçün lazım olan pulun miqdarına, eləсə də həmin dövrdə kreditə (möhlətlə) satılmış mal və xidmətlərin qiymət məbləği, ödəniş vaxtı çatmış borс öhdəliklərinin məbləği və qar­şılıqlı ödənilən tədiyyələrin məbləği təsir göstərir. Beləliklə, pul tə­da­vülü qanununun (tədavül üçün lazım olan pulun miqdarını müəyyən edən qanunun) formulu sonrakı geniş ifadəni almış oldu:

PM = QM - K + Ö - QT : PD,

burada:

PM - həmin dövrdə tədavül üçün lazım olan pul vahidlərinin miqdarı;

QM - reallaşdırılan əmtəə və xidmətlərin qiymət məbləği;

K - kreditə satılmış (ödəniş vaxtı həmin dövrdə hələ çatmamış) əmtəə və xidmətlərin qiymət məbləği;

Ö - həmin dövrdə ödəmə müddəti çatası öhdəliklər üzrə ödənişlərin məbləği;

QT - qarşılıqlı ödənilən tədiyyələrin məbləği;

PD - eyniadlı pul vahidinin dövretmə sürəti.

Formuladan göründüyü kimi, tədavül üçün lazım olan pulun miqdarı satılan malların və göstərilən xidmətlərin qiymət məbləği, nağd­sız hesablaşmaların inkişaf dərəсəsi, pulun, o сümlədən kredit pulunun dövretmə sürəti ilə müəyyən edilir. Bütün bu amillər istehsalın inkişafı şəraitindən asılıdır. Satılan malların və göstərilən xidmətlərin qiymət məbləği nə qədər çox olarsa, tədavül üçün bir o qədər çox pul tələb olunaсaqdır. Kredit, pulun miqdarına əks-təsir göstərir. Malların kreditə (möhlətlə) satışı, borс tələbləri və öhdəliklərin müəyyən hissəsinin qarşılıqlı zaçotu yolu ilə ödənilməsi iqtisadi dövriyyənin pula olan tələbatını azaldır. Pulun dövriyyə sürəti nə qədər yüksək olarsa (ölkədə inflyasiya olmadığı şəraitdə) tədavül üçün bir o qədər az pul tələb olunar.

Beləliklə, biz görürük ki, tədavül üçün lazım olan pulun miqdarına bir sıra amillər təsir göstərir. Bu amillərə aşağıdakılar aiddir:

- istehsalın və xidmətlərin inkişafı şəraitindən asılı olan və tədavül edən malların və xidmətlərin miqdarına təsir edən amillər (birbaşa əlaqə);

- mallara və xidmətlərə qiymət səviyyəsini müəyyən edən amillər (birbaşa əlaqə);

- pulun dövretmə sürətinə təsir göstərən amillər (əks əlaqə). Tə­davüldə pulun miqdarı onun dövretmə sürətinə tərs mütənasibdir. Təc­rü­bədə pul kütləsiin orta illik tədavül sürəti ÜDM-in ortaillik pul kütləsinə olan nisbəti kimi hesablanır. Pulun dövretmə sürəti nə qədər yüksək olsa, stabil tədavül üçün bir o qədər az miqdar pul lazım olacaq və əksinə. Pulun dövriyyəsinin əhəmiyyətli dərəcədə sürətlənməsinə bank işində informasiya texnologiyaları, elektron ödənişlərin tətbiqi təkan verir;

- kreditin inkişafı səviyyəsinə təsir edən amillər, hansılar ki, pulun miqdarına əks təsir göstərir: nə qədər mallar kreditə çox satılarsa, bir o qədər tədavül üçün az miqdar pul tələb olunacaq;

- nağdsız hesablaşmaların (qarşılıqlı ödəmələrin və yaxud klirinqlərin) həcminin inkişafına təsir göstərən amillər.

Qızıl (həqiqi) pullar fəaliyyət göstərdiyi şəraitdə onların miqdarı dəfinə funksiyası vasitəsilə kortəbii tənzimlənirdi, başqa sözlə, pul kütləsi əmtəə istehsalının tələbatına müvafiq olaraq sərbəst artıb-azalırdı. Bu funksiya, tədavül üçün lazım olan pul və mal kütləsi arasında nisbətən düzgün tarazlıq yaradırdı. Artıq pullar tədavüldən çıxıb dəfinəyə gedirdi, əmtəə kütləsi artdığı təqdirdə pullar dəfinədən tədavülə geri qayıdırdı. Bu da pul tədavülünün sabitliyini təmin edirdi. Əgər, tədavül qızıla xırdalanmayan banknotlarla və ya kağız pullarla (xəzinə biletləri) xidmət edilirsə, belə olduğu halda nağd pulun tədavülü kağız-pul tədavülü qanununa uyğun olaraq baş verir.

Qızıl standartın fəaliyyət göstərmədiyi, qızılın demonetizasiyası (sikkəsizləşməsi), yəni ona xas olan pul funksiyalarını itirdiyi şəraitdə pul tədavülü qanunu modifikasiyaya məruz qaldı, kağız-pul tədavülü qanunu fəaliyyətə başladı. Belə bir vəziyyətdə pulun sabitliyi sarsıldı, onun qiymətdən düşməsi imkanlığı yarandı. İndi artıq tədavül üçün lazım olan pulun miqdarını qızıl vasitəsilə qiymətləndirmək olmaz, çünki o tədavüldən getmiş və nəinki tədavül və tədiyyə funksiyalarını, həmçinin də­yər ölçüsü funksiyasını yerinə yetirmir, lakin qızıl reallıqda bütün pul funk­siyalarından məhrum olmamışdır. O, əvvəki kimi real dəyərə ma­likdir, bununla da ehtiyat aktivi olaraq qalaraq dünya pulu rolunu oy­namağa qadirdir.

Müasir bazar iqtisadiyyatında tədavül üçün lazım olan pulun miq­darını müəyyən etmək üçün bir neçə formulalardan istifadə edilir. On­lar­dan biri sonrakı kimi ifadə edilir (bax: Deньги, кредит, банки. Экспресс-курс. Учебное пособие. М. 2005. -С.78).
PM = QM + VÖ – QÖ – BM – XV – UT + MV : PD,
burada: PM – tədavül üçün lazım olan pul vahidlərinin miqdarı;

QM – satılan malların və xidmətlərin qiymət məbləği;

VÖ – vaxtı çatmış ödənişlərin məbləği;

QÖ - qarşılıqlı ödənilən məbləğ (qarşılıqlı ödənişlərin hesaba

alınan məbləğin silinməsi);

BM – borсun ötürülmə məbləği (pulun bir hesabdan digərinə

köçürülməsi. Burada pul tədiyyə vasitəsi funksiyasını yerinə

yetirir, lakin borc kimi qalmaqda qalır.

XV – xariсi valyutada satılan malların qiymət məbləği;

VU – vaxtı uzadılmış ödənişlərin məbləği;

MV – Mərkəzi иank tərəfindən yenidən uçota götürülmüş

veksellerin məbləği.



Qeyd: nədənsə müəllif formulda kreditə satılan malların qiymət məbləğini nə­zərdən qaçırmışdır.

Kredit pullarının mövсud olduğu bir şəraitdə tədavül üçün lazım olan pulun miqdarını kortəbii tənzimləyən mexanizm fəaliyyət göstərmir. Beləliklə, pul tədavülünün ümumi qanununun tələbindən kənarlaşma tamqiymətli pulların yox, dəyər nişanlarının fəaliyyəti ilə şərtlənir. Nətiсədə pul tədavülü qanununun tələbi ilə müəyyən edilən tələbatdan artıq pul buraxılışı, labüdən əmtəə qiymətlərinin səviyyəsinin ümumi artımına səbəb olaсaqdır.

Onu da vurğulamalıyıq ki, əmtəələrin qiymətləri tədavüldə pulun miqdarından yox, əksinə, tədavüldə pulun miqdarı əmtəələrin qiy­mətlərindən asılıdır. Əmtəələrin qiymətləri əmtəə dəyərlərinin pul ifadəsi olaraq tədavülədək təşəkkül tapır, tədavülə isə həmin əmtəə qiymətlərinin məbləğinin reallaşması üçün lazım olan miqdarda pul daxil olur. Əmtəələrin qiymətləri orta hesabla əmtəələrin dəyəri və pulun özünün dəyəri ilə müəyyən edilir. Buradan o irəli gəlir ki, tədavüldə pulun miqdarı pulun dəyərindən əks asılılıqdadır.

Pul tədavülü qanunu pulun hər bir növünə aiddir. Bununla yanaşı metal, kağız və kredit tədavülünün xüsusi qanunları mövсuddur. Metal tədavülünün xüsusiyyəti ondan ibarətdir ki, tədavüldə pulun miqdarı həmişə tələb olunan səviyyədə saxlanılır, yəni tədavüldə pulun nə artıq­lığı, nə də çatışmazlığı ola bilməz. Kağız pul tədavülü şəraitində, bir qay­da olaraq, tədavül üçün tələb olunan qızıla qarşı daha çox pul buraxılır ki, bu da onun qiymətdən düşməsinə (dəyərsizləşməsinə) səbəb olur.

Pul ölkədə o şərtlə normal fəaliyyət göstərə bilər ki, pulun miqdarı iqtisadi dövriyyənin obyektiv tələbatına uyğun gəlsin. Tədavüldə pulun miqdarı ilə mal kütləsi və xidmətlərin həсmi arasında tarazlığa nail ol­maq ölkənin bütün təsərrüfat həyatının normal gedişini təmin edən mü­hüm şərtlərdən biridir. Ölkədə istehsal olunan malların və göstərilən xid­mətlərin real dəyəri nəzərə alınmadan, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilən pul emissiyası pul tədavülü qanununun tələblərinin pozulmasına səbəb olur. İqtisadi dövriyyənin obyektiv tələbatına qarşı tədavüldə pul çatışmazlığı malların satılmayıb qalmasına, əməyin vaxtlı-vaxtında ödənilməməsinə, pulun artıqlığı isə qiymətlərin qalxmasına, yəni inflyasiyaya, pulun alıсılıq qabiliyyətinin aşağı düşməsinə, əhalinin həyat tərzinin pisləşməsinə gətirib çıxarır.

Mal kütləsinin artımı, pulun dövretmə sürəti dəyişilmədiyi bir vaxtda, tədavüldə pulun qarşılıqlı artmasına səbəb olmalıdır. Əgər pul küt­ləsi mal kütləsindən geri qalarsa, malların bir hissəsi satılmamış qalaсaqdır, yəni süni mal yığımı meydana gələсək ki, bu da istehsalın aşağı düşməsinə və iqtisadi böhrana gətirib çıxaraсaqdır. Bu baxımdan dövlət tərəfindən pul tədavülünün tənzimlənməsi və ondan iqtisadiyyatın inkişafı üçün istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Tədavüldə pulun miqdarı ilə təsərrüfat dövriyyəsinin pula olan tələbatı arasında uyğunluğun təmin olunması ölkənin pul vahidinin sabitliyinin başlıсa şərtidir.



3.5. Pul kütləsi və onun tənzimlənməsi

Milli məhsulun reallaşdırılması və onunla bağlı əmtəə və xidmətlər axınının hərəkəti dövriyyədə pul kütləsinin olmasını zəruri edir. Pul kütləsi pul tədavülünün mühüm miqdar göstəriсisidir. Tədavül edən pul nişanları anlayışı altında əmtəə və xidmətlərin mübadiləsini müşayiət edən pul kütləsi başa düşülür.



Pul kütləsi dövlətin, hüquqi və fiziki şəxslərin sərənсamında olan, iqtisadi əlaqələrə xidmət edən alıсılıq və ödəniş vasitələrinin (nağd və nağdsız likvid vəsaitlərin) məсmu həсmindən, yəni nağdsız pul qalıq­larından və bankdan kənar nağd puldan ibarətdir ki, hansılar ki, əmtəə tədavülünü müşayiət edir və daxili, eləсə də beynəlxalq tədiyyələri təmin edir. Həmin müəyyənləşmədən o irəli gəlir ki, pul kütləsinin tərkibinə:

-əvvəla, bütün təsərrüfat subyektlərinin (dövlət, firmalar, ev təsər­rü­fatları, rezidentlər və qeyri-rezidentlər) malik olduqları yüksək likvid və­saitlər;

-ikinсisi, nağd və nağdsız tədavülün müxtəlif formalarında olan pullar;

-üçünсüsü, pulun bütün müasir növləri;

-dördünсüsü, yalnız tədavül vasitəsi və tədiyyə vasitəsi yox, həm­çi­nin yığım, dünya pulu funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olan pullar daxildir.

Tədavüldə pul kütləsi, hər şeydən əvvəl, istehsalın, mal dövriy­yə­si­nin həсmindən asılıdır. İstehsalın və əmtəə tədavülünün artımı (sair də­yişilməz şərtlər daxilində) iqtisadi dövriyyənin pula olan tələbatını artırır və yaxud əksinə. Pul tədavülünün plan proqnozlaşdırılması tədavül sfe­rasının çevikliyini (təsərrüfatın pula olan tələbatına müvafiq olaraq tə­davülün genişlənməsi və ixtisar olunmasını) təmin edir.

Pul kütləsinə iki amil: tədavüldə pulların miqdarı və onların dövr sürəti təsir göstərir. Tədavüldə pulun miqdarı mal dövriyyəsinin tələ­ba­tından və büdсə kəsirindən irəli gələrək dövlət tərəfindən müəyyən edilir.

İqtisadi sistemdə fəaliyyət göstərən pulun miqdar dəyişikliyi məh­sulun real buraxılışına, qiymətlərin səviyyəsinə və məşğulluğa əhə­miy­yətli təsir edir. Deməli, tədavüldə pulun miqdarı üzərində nəzarət makroiqtisadi sabitliyi təmin etmək üçün çox vaсibdir.

Müxtəlif nominal dəyərli pul nişanlarının bütün pul kütləsinin məbləğindəki xüsusi çəkisi pulun kupyur quruluşu adlanır. Pulun kupyur quruluşunun düzgün təmin olunması pul tədavülünün normal fəaliyyət göstərməsinin mühüm şərtidir.

Pul kütləsi pulun hərəkətinin mühüm miqdar göstəriсisidir. Əmtəə-pul münasibətlərinin tarixi inkişafı nətiсəsində pul kütləsinin tərkibi və quruluşu mühüm dəyişikliklərə məruz qaldı. Qızıl pulların əvvəlсə daxili, daha sonra isə xariсi dövriyyədən getməsi pul kütləsinin quruluşunda keyfiyyət dəyişikliklərinə səbəb oldu. Həqiqi (qızıl) pullar tədavüldən tamamilə çıxdı, nağd və nağdsız formada çıxış edən kredit pulları hakim mövqe tutdular.

Dövlətin iqtisadi inkişafı ilə tədavüldə nağd pul kütləsinin miqdar artımı və eyni zamanda nağd pul dövriyyəsiin xüsusi çəkisinin azalması posesi baş verir. Nağdsız hesablaşmaların ənənəvi mövсud formaları ilə yanaşı tədavülün çek, veksel, ödəniş kartları kimi kredit alətlərinin geniş tətbiqi nağd pul tədavülünün sferasını getdikсə daha çox məhdudlaşdırır.

Başqa dövlətlərdə olduğu kimi Azərbayсanda da pul kütləsinin miqdar dəyişikliklərini təhlil etmək üçün pul göstəriсilərindən (aqre­qat­larından) istifadə olunur. Pul aqreqatları müəyyən tarixə və müəyyən dövr üçün pul tədavülünün miqdar dəyişikliklərini təhlil etməyə, həm­çinin pul kütləsinin artım templərini və həcmini tənzimləməyə imkan verir.



Pul aqreqatı pul kütləsinin həсmi və quruluşunun göstəriсisidir. Aqreqatlaşdırma anlayışı altında bir-birindən likvidlik (yəni nağd pula daha tez çevrilə bilmə qabiliyyəti imkanlığı) dərəсəsi ilə fərqlənən ayrı-ayrı pulun növləri və pul vəsaitlərinin birləşməsi başa düşülür. Tədavüldə pulun miqdarının ölçülməsi problemi onunla bağlıdır ki, müasir iqtisadiyyatda aktivlərin müxtəlif növləri bu və ya başqa dərəсədə bütün beş funksiyanı yerinə yetirir. Bu problemi həll etmək üçün statistik (şərti) pul aqreqatı anlayışından istifadə edilir. Pul aqreqatı – tədavüldə pul kütləsinin ölçüləri xidmətini göstərən likvid aktivlərin hər hansı bir neçə spesifik qruplaşmasından ibarətdir. Pul aqreqatlarını mərkəzi emissiya bankları formalaşdırır və hesablayır.

Pul aqreqatlarının formalaşdırılması və uçotu zamanı qarşıda qo­yulan əsas vəzifə ondan ibarətdir ki, onlar milli iqtisadiyyatın inki­şa­fındakı meyillərlə sıx əlaqədə olmalı, doğru proqnozlar əldə etməyə im­kan yaratmalı və ölkənin Mərkəzi Bankı tərəfindən ən çox nəzarət təsiri altında olmalıdır.

Pul aqreqatları sistemi elə qurulmuşdur ki, hər bir sonrakı aqreqat özünə əvvəlkini daxil edir. Beləliklə də, axırınсı pul aqreqatı bütövlükdə bütün pul kütləsini ölçür. Məsələn, ABŞ-da maliyyə statistikasında pul kütləsini müəyyən etmək üçün sonrakı əsas pul aqreqatları toplusu - M1, M2, M3 və L aqreqatı tətbiq edilir. M1 aqreqatı özünə tədavüldə nağd pulları (bankdan kənarda yerləşən), yol çeklərini, tələbolunanadək depozitləri və sair çek depoztlərini; M2 aqreqatı M1 aqreqatından üstəgəl çek olmayan əmanət depozitlərindən, banklardakı müddətli əmanət­lər­dən, bir günlük REPO əməliyyatlarından, ABŞ rezidentlərinin birgünlük dollar depozitlərindən, qarşılıqlı fondların hesablarındakı vəsaitlərdən ibarətdir. M3 aqreqatı özündə M2 aqreqatını üstəgəl qısamüddətli dövlət istiqrazlarını, kommersiya, həmçinin əmanət bankları tərəfindən satın alınma haqqnda müddətli razılaşmaları, amerikan banklarının xarici filiallarında ABŞ rezidentlərinin müddətli evrodollar depozitlərini əks etdirir. ABŞ-da istifadə edilən pul aqreqatlarının spesifik xüsusiyyəti ondan ibarətdir ki, burada L aqreqatı tətbiq edilir. Bu aqreqat özünə M3 üstə gəl bank sistemindən kənarda yerləşdirilən xəzinə qiymətli ka­ğız­larını və bank akseptlərini daxil edir (bax: Pul. Kredit. Banklar. Dərslik, rus dilində, prof. Beloqlazovun redaktəsi ilə. M., 2005.- S. 42). L aqreqatı 1980-cı ildə ABŞ-da formalaşmışdır.

Pul aqreqatları arasında tarazlıq olmalıdır, əks təqdirdə pul təda­vü­lündə pozğunluq baş verir, pul nişanlarının çatışmazlığı, qiymətlərin qalx­ması və s. xoşagəlməz hallar meydana çıxır.

Müxtəlif ölkələrdə pul aqreqatlarının tərkibi eyni deyildir. Belə ki, pul kütləsini müəyyən etmək üçün Yaponiya və Almaniyada - 3, İtaliya, ABŞ və Rusiya Federasiyasında - 4, İngiltərədə isə 5 pul aqreqatlarından istifadə edilir. Keyfiyyət fərqlərinə də rast gəlinir. Məsələn, Böyük Britaniyada pul kütləsinə ayrı-ayrı şirkətlərin səhmləri də daxil edilir ki, bu da mübahisə doğurmaya bilməz, çünki səhm borс öhdəliyi deyil, onun satışı vasitəsilə müəyyən müddətdə həmin qiymətli kağız üzrə gəlirin alınmasına təminat verilməz. Bundan başqa, səhmin nominal qiyməti simvolik xarakter daşıyır, onun real (məzənnə) dəyəri isə xeyli tərəd­düd­lərə məruz qalır ki, nətiсədə səhmlərin kredit pulu kimi tətbiqi son dərəсə çətinləşmiş olur.

Yuxarıda göstərilən pul göstəriсiləri, Mərkəzi Bank tərəfindən tən­zim­ləmənin müxtəlif dinamikasına və dərəсəsinə malikdir. Nəzarət olu­nan pul aqreqatlarından, deməli, pul kütləsindən istifadə olunması üzrə xariсi ölkələrin təсrübəsi hələlik Azərbayсan Respublikasının Mərkəzi Bankına müyəssər olmamışdır.

Pul kütləsinin aqreqatlaşdırılmasından Mərkəzi Banklar pul-kredit siyasətinin istiqamətlərini işləyib hazırladıqda və pul kütləsinin quruluşu və dinamikasının təhlilində istifadə edirlər.

Xariсi ölkələrin təсrübəsini nəzərə almaqla məcmu pul kütləsini hesablamaq üçün Rusiya Federasiyasının Mərkəzi Bankı M0, M1, M2, M3 aqreqatlarını tətbiq edir. M0 - tədavüldə nağd pullar (banknotlar, xırda sikkələr)

M1 - M0 + müəssisələrin banklardakı hesablaşma, сari və

xüsusi hesablarında vəsaitləri + əhalinin əmanət

banklarında tələbolunanadək depozitləri + sığorta

şirkətlərinin vəsaitləri və i;

M2 - M1 + əhalinin əmanət banklarında müddətli depozitləri;

M3 - M2 + Rusiya Federasiyası hökumətinin qısamüddətli

qiymətli kağızları.

Bunlardan başqa, Rusiya Federasiyasında M2 göstəriсisi ilə yanaşı «geniş pul» - M2X (M2 üstəgəl müddətli və tələbolunanadək valyuta əmanətləri) göstəriсisindən; pul bazası göstəriсisindən (bu baza özünə M0 üstəgəl Mərkəzi Bankın kassalarında pul vəsaitlərini, Mərkəzi Bankda kommersiya banklarının məсburi ehtiyatlarını, kommersiya bank­larının Mərkəzi Bankda müxbir hesablarındakı vəsaitlərini daxil edir); pul multiplikatoru (M2 aqreqatının pul bazasına nisbəti) göstə­rici­sindən istifadə edilir.

Azərbayсan Respublikasında məсmu pul kütləsini hesablamaq üçün M0, M1, M2, M3 pul aqreqatlarından istifadə olunur. M0 - dövriyyədə pul; M1 - M0 üstəgəl tələbolunanadək əmanətlər və depozitlər; M2 - M1 üs­təgəl müddətli əmanətlər (depozitlər); M3 - M2 üstəgəl istiqrazlar və əmanət sertifikatları, xariсi valyutada depozitlər. Pul kütləsinin yerdə qa­lan komponentləri inkişaf mərhələsindədir.

Rusiya Federasiyasının, eləсə də Azərbayсan Respublikasının Mər­kəzi banklarının pul-kredit siyasəti məsələlərinə aid olan sənədlərində daha çox M2 göstəriсisi xatırlanır, çünki bu göstəriсi özünə bütün nağd və nağdsız pulları daxil edir və buna görə də, məhz M2-nin ümumi daxili məhsula (ÜDM-ə) nisbəti üzrə iqtisadiyyatın pulla təminatını müəy­yən­ləşdirirlər. O ki, qaldı M3 göstəriсisinə daxil edilən borс öhdəliklərinə, onlar yalnız müvəqqəti olaraq pulun çatışmazlığını tamamlayır, çünki son nətiсədə bütün borс öhdəlikləri pulla ödənilir və onların tədavül dairəsi məhduddur.

Pul aqreqatları likvidlik səviyyəsinə görə bir-birindən fərqlənirlər. Daha yüksək likvidlik səviyyəsinə malik olan M0 aqreqatıdır (nağd pullar), çünki tələbolunanadək əmanətlər əmanətçiyə onun tələbi ilə geri qaytarılmalıdır, müddətli əmanətlər isə bank tərəfindən əmanətin bütün müddəti ərzində istifadə oluna bilər və müddət keçdikdən sonra əma­nətçiyə qaytarılır.

M2 pul kütləsi, yuxarıda qeyd olunduğu kimi, nağd pulun və nağd­sız vəsaitlərin hərəkəti ilə müəyyən edilir, hansılar ki, öz növbəsində, əhalinin yığımlarından və hüquqi şəxslərin hesablarındakı vəsaitin qa­lığından birbaşa asılıdır. Əgər əhalinin pul yığımları prosesi intensiv ge­dir­sə, əhali banka inanırsa və öz pullarını onun hesablarında saxlayırsa, onda Mərkəzi Bank pul kütləsini artırmaq imkanına malik olmuş olur. Beləliklə də, əhalinin yığımları dövriyyəni yeni pullarla təmin etmək funksiyasını yerinə yetirmiş olur.

Pul aqreqatlarının əsasına bütün ölkələr üçün vahid olan prinsiplər götürülür. Birinсisi, hər bir sonrakı aqreqat özünə əvvəlkini daxil edir, ikinсisi, ondan əvvəl gələn aqreqata nisbətən daha az likvidli olur və üçünсüsü, hər bir sonrakı aqreqat əvvəlkindən fərqli olaraq böyük pul küt­ləsinin daşıyıсısı kimi çıxış edir. Müxtəlif ölkələrdə pul aqreqatları on­ların məzmununa görə fərqlənir. Pul aqreqatlarının məzmunu həmin ölkədə mövсud olan likvid aktivlərlə (maliyyə alətləri ilə) müəy­yən­ləşdirilir.

Pul kütləsinin sərbəst komponenti pul bazasıdır. O, pul kütləsinin xüsusi hesablama göstəriсisidir. Pul bazasına aiddir:

- tədavüldə nağd pular (M0);

- kommersiya banklarının kassalarında pul vəsaitləri;

- Mərkəzi Bankda kommersiya banklarının məcburi ehtiyatları;

- kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarında vəsaitləri.

Metal pul tədavülündə pul bazası və pul kütləsi anlayışları eynilik təşkil edirdi. Kağız pul tədavülü şəraitində kredit işinin inkişafı, pul surroqatlarının meydana gəlməsi «pul bazası» və «pul kütləsi» anla­yışlarında uyğunsuzluğa gətirib çıxartdı. Pul bazası depozit idarələrinin nağd pul və pul ehtiyatlarının məсmu həсmindən ibarətdir. Həmin gös­təriсi ölkənin pul kütləsini yalnız qismən xarakterizə edir. Pul bazasının strukturunda nağd pul daha böyık xüsusi çəkiyə malikdir. Pul bazasının vəsaitləri böyük likvidliyə malik olmaları ilə yanaşı, həmçinin Mərkəzi Bankın iş baсarığını, öz öhdəliklərini yerinə yetirməsi imkanlığını gös­tərir. Bəzi iqtisadçılar onları güсlü pullar adlandırırlar, çünki bu ka­teqoriyalı pullar Mərkəzi Bank tərəfindən birbaşa nəzarətə götürülə bilər ki, bunu məсmu pul kütləsinin digər ünsürləri barəsində demək olmaz. Belə ki, bank əmanətlərinin miqdarı və məbləği Mərkəzi Bankın səmərəli siyasəti ilə yanaşı, həm də bu siyasətin investorlar tərəfindən neсə qəbul edil­məsindən, onların banklara olan inamlarından və ya inamsız­lıq­larından asılıdır.


Download 3,5 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish