Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti


V FƏSİL DÖVLƏT XƏRCLƏRİ VƏ ONLARIN TƏSNİFATI



Download 2.29 Mb.
bet19/61
Sana10.09.2017
Hajmi2.29 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   61

V FƏSİL

DÖVLƏT XƏRCLƏRİ VƏ ONLARIN TƏSNİFATI

5.1. DÖVLƏT XƏRCLƏRİNİN TƏRİFİ VƏ ƏHATƏ DAİRƏSİ


İqtisadçı alimlərin 1950-ci illərə qədər, əsasən, dövlətin iqtisadi fəaliyyətinin istiqaməti olaraq dövlət gəlirləri üzərində dayandıqları görülmüşdür. Bu sahədə fəaliyyət göstərən elm adamlarının, dövlət gəlirləri yanında dövlət xərclərinin üzə-rinə həqiqətən meyl etmələri və bu mövzudakı işlərini sıxlaşdırmaları 1950-ci illər-dən sonrakı dövrlərdə də daram etmişdir. 1950-ci illərə qədər laqeyd yanaşılan dövlət xərcləri, dövlətin vəzifələrinin tədricən artması nəticəsində, bu dövrdən sonra diqqətləri üzərinə çəkməyə başlamışdır. İctimai xidmətlərin və dövlət xərclərinin artması, ölkədən ölkəyə və zaman içində fərqliliklər göstərsə də, ümumiyyətlə, bəzi oxşarlıqları təyin oluna bilməkdədir. Gəlirlərin artımı, demoqrafik artım, müharibələr və bənzəri səbəblər, ənənəvi ictimai xidmətlərə olan tələbi artırmışdır. Bununla yanaşı, dövlət maliyyəsinin funksiyaları olaraq qiymət sabitliyini, ədalətli bir gəlir bölüşümünü, tam istifadə (məşğulluq) və iqtisadi inkişafı təmin etmə kimi əhəmiyyətli problemlər həll etməklə, bazar iqtisadiyyatının qeyri-kafi olduğu fikrinin ümumiyyətlə qəbul edilməsi, bir çox fəaliyyət sahəsinin dövlətin vəzifələri arasına girməsinə səbəb olmuşdur.

Dövlət maliyyəsinin funksiyaları mövzusundakı bu müxtəlifliklər nəticəsidir ki, dövlət, bu cür vəzifələri ilə iqtisadi və ictimai həyatı, etdiyi müdaxilələrlə yoxlama altında tutmaqda və milli iqtisadiyyata və ictimai həyata istiqamət verə bilməkdədir. Dövlət, beləcə, vəzifə və məşğuliyyət sahəsinin genişlənməsi və çıxardığı mal və xidmət növlərinin çoxalması səbəbi ilə, ümumi qaynaqların getdikcə artan bir nisbətini istifadə etmə vəziyyətində qalmışdır. Bütün bu inkişaflar dövlət xərclərinin iqtisadi və ictimai həyat üzərində laqeydlik edilə bilməyəcək qədər böyük təsirlərinin olduğunu və əhəmiyyətli bir iqtisadi fəaliyyət olaraq ələ alınması lazım olduğunu göstərmişdir.

Dövlət öz funksiyalarını yerinə yetirə bilməsi üçün bəzi xərcləri reallaşdırmalı-dır. İctimai ehtiyacların aradan qaldırılması üçün dövlətin bəzi mal və xidmətlərdən faydalanması lazımdır. Bunu təmin edə bilmək üçün lazımi vəsaitlər, xərcləməyi məcbur etməkdədir. Necə ki, dövlətin qarşıladığı daimi və müddətli əmək haqqı ödənişləri, xüsusi sektordan aldığı və ya özünün istehsal etdiyi mal, vəsait və s. vasitələrə etdiyi xərclər bu məcburiliyin bir nəticəsidir.

İctimai xidmətlərin yerinə yetirilməsi yanında müasir dövlətin üzərinə götürdü-yü iqtisadi vəzifələr də getdikcə xərclər şəklində qarşımıza çıxmaqdadır. Ədalətli gəlir bölgüsünü tənzimləmə, tam məşğulluğu reallaşdırma, iqtisadi inkişafa şərait yaratma kimi məqsədlərin dövləti davamlı olaraq mal və xidmət alımına istiqamət-ləndirməsi bir reallıqdır. Eyni zamanda, bu məqsədlər dövləti, bəzən xüsusi sektora qarşılıqsız yardımlar etməsinə istiqamətləndirməkdədir. Heç şübhəsiz, dövlətin etmiş olduğu bu xərclər, müəyyən hədəflərə çatmaq üçün istifadə etmiş olduğu va-sitələrdir.31

Beləliklə, dövlət xərclərini, dövlətin ictimai mal və xidmət istehsalı üçün etdiyi xərclər olaraq qeyd edə bilərik. Bir başqa ifadə ilə, dövlət xərcləri dövlətin xalis maddi dəyərində bir azalması ilə ifadə edilməkdədir.

Dövlət xərcləri, dövlətin təşkilatlanma formasına uyğun olaraq, dövlət təşkilat-ları tərəfindən edilir. Digər bir ifadə ilə, unitar dövlət sistemində dövlət xərclərinin böyük bir qismi mərkəzi dövlət təşkilatı tərəfindən, bir qismi yerli rəhbərliklər tə-rəfindən və bir qismi də digər dövlət qurumları tərəfindən reallaşdırılır. Dövlət xərcləri ilə əlaqədar işlərdə dövlət xərclərinin sərhədi və hansı dövlət qurumlarının etdiyi xərclərin dövlət xərcləri əhatəsinə girəcəyi mövzusunda müzakirələr vardır. Mərkəzi dövlət təşkilatının və yerli rəhbərliklərin etmiş olduğu xərclərin dövlət xərcləməsi olduğu mövzusunda ümumi görüş birliyi söz mövzusudur. Əsl müzaki-rə, digər dövlət qurumlarının xərcləri mövzusunda olmaqdadır. Bu mövzudakı müzakirələr dövlət iqtisadi qurumlarının və bəzi ölkələrdə ayrı hüquqi şəxsiyy-ətləri olan təşkilatlar tərəfindən icra edilən ictimai təhlükəsizlik xidmətləri üçün edilən xərclər üzərində sıxlaşmaqdadır. Bu müzakirələr nəticəsində dar mənada dövlət xərcləməsi və geniş mənada dövlət xərcləməsi ifadələri ortaya çıxmaqdadır. Dar mənada dövlət xərcləməsi ifadəsinin əhatəsinə, mərkəzi dövlət təşkilatı və yerli rəhbərliklərin xərcləri girməkdədir. Geniş mənada dövlət xərcləməsi ifadəsi isə mərkəzi dövlət təşkilatı və yerli rəhbərliklər yanında dövlət iqtisadi qurum-larının, ictimai təhlükəsizlik qurumları kimi digər dövlət təşkilat və qurumlarının xərcləri ilə vergi xərclərini əhatə etməkdədir. Vergi xərcləməsi, dövlətin vergi ola-raq alması lazım olan miqdarlardan müxtəlif səbəblərlə və müxtəlif adlar altında imtina etdiyi miqdarı ifadə etməkdədir.32 Məsələn: vergi istisnası, vergidən azad olma, investisiya endirimi, vergi endirimi kimi adlarla dövlət alacağı vergi miqdarı-nın bir qismindən və ya hamısından imtina etməkdədir. Dövlət xərcləri ilə əlaqədar edilən işlərdə, ümumiyyətlə, dar mənada dövlət xərcləməsi ələ alınmaqdadır. Çünki mərkəzi dövlət təşkilatı və yerli rəhbərliklərin xaricindəki quruluşların xərclə-rindəki sistemlilik və tətbiq güclükləri, bu xərclərin hesablanmasını çətinləşdirmək-dədir.


5.2. DÖVLƏT XƏRCLƏRİNİN TƏSNİFATI


Dövlət xərcləri ilə bağlı müxtəlif sinifləndirmələr vardır. Bunlar dövlət xidmət-lərinin quruluşunu, formasını və iqtisadi qaynaqların istifadəsini təyin etmədə istifadə edilən vasitələrdir. Bu vasitələrin istifadəsi hədəflər istiqamətində olub, dövlətin mövcud olan qaynaqlarla nələr etmək istədiyini əks etdirməkdədir. Eyni zamanda, dövlətin etmək istədiyi ilə həqiqətdə nələr etdiyi mövzusunda bir yox-lama quruluşu meydana gətirilməlidir. İctimai xidmətlərində təsis edilən dövlət xərcləri, bu xidmətlərin əhəmiyyətini ifadə etməkdədir. Beləcə, dövlətin, ictimai xidmətlər arasında etmiş olduğu qaynaq bölgüsünün nisbət (faiz) baxımından miq-darı, prioriteti və bu xidmətlərin dövlətə olan pul xərcinin böyüklüyü dövlət xərc-lərinin xidmətə meylli olaraq təsnif edilməsinin əhəmiyyətini ortaya çıxarmaq-dadır. Çünki dövlət xərclərinin nə növ, mal və xidmət istehsalına istiqamətləndiyi, digər bir ifadə ilə, dövlət sektorunda istehsal edilən mal və xidmətlərin növü, iqti-sadiyyatın ümumi inkişaf müddəti ilə əlaqədardır. Dövlət xərcləri iqtisadi və icti-mai nəticələri yaradan təsirli bir maliyyə vasitəsidir. Bu, dövlət sektorunun istehsalı olduğu mal və xidmətlərin quruluşundan irəli gəlməkdədir. Digər bir izahatla, dövlət sektoru tərəfindən çıxarılan mal və xidmətlər üçün edilən xərclərin iqtisadi təsirlərinin xüsusiyyəti də söhbət mövzusu ola bilər. Dövlət xərclərinin iqtisadi və ictimai nəticələrinin təyin oluna bilməsi, ancaq xərclərin iqtisadi təsirlərinə görə təsnifatı ilə mümkün ola bilməkdədir.

5.2.1.Dövlət xərclərinin adminstrativ (təşkilati) baxımndan təsnifatı

Dövlət xərclərinin adminstrativ təsnifatı zamanı xərcləməni edən rəhbərlik üzvləri əsas götürülməkdədir. Bir başqa ifadə ilə dövlətin təşkilati quruluşuna görə təyin olunmaqdadır. Adminstrativ təsnifləşdirmə, siyasi və adminstrativ məsuliy-yətin təyin etməsini və proqrama məsul şəxslərin müəyyənləşdirilməsini hədəfə al-maqdadır. Bu, çox da praktiki faydası olmayan bir təsnifləşdirmə növüdür.



5.2.2.Dövlət xərclərinin funksional təsnifatı

Dövlət sektorunun böyüklüyünün təyin olunması, əvvəlcə, iqtisadiyyatın dövlət və xüsusi sektorları arasındakı qaynaq bölgüsündə tarazlığın qurulması ilə mümkün ola bilməkdədir. Dövlət sektorunun milli iqtisadiyyat içərisində yeri təyin olun-duqdan sonra, qaynaqların dövlət sektoru içərisində bölgüsü söhbət mövzusu olmaqdadır. Dövlət sektoru tərəfindən təqdim edilən müxtəlif xüsusiyyətdəki xidmətlərin, iqtisadi inkişaf səviyyəsi ilə yaxından əlaqəsi olması səbəbi ilə, qaynaq bölgüsü xidmətlərin xüsusiyyətinə görə edilməkdədir. Bundan ötrü, dövlət xərclərinin müxtəlif xidmətlər arasında nisbi bölgüsünün təyin olunması lazımdır. Dövlət sektorundakı qaynaq bölgüsü, eyni zamanda, gəlir bölgüsünə da təsir etməkdədir. Çünki dövlət, tam məşğulluq və iqtisadi inkişaf kimi makro-iqtisadi siyasətlərin yanında, vergi quruluşundakı müxtəliflik və xüsusi xərcləmə proqramları kimi mikro-siyasətlərə də baş vuraraq gəlir bölgüsünə təsir edə bilməkdədir. Dövlət sektorunun təqdim etdiyi ictimai xidmətlərin təmin etdiyi faydanın fərdlər arasında bərabər olduğu yarı ictimai xidmətlərin, ətraf təsirlərin səbəbi ilə, ictimai fayda bölünə bilmələri səbəbi ilə də xüsusi fayda verdiyi qəbul edilməkdədir. Fərdlərə xüsusi fayda verən, təhsil, səhiyyə kimi mal və xidmətlər, gəlir dağılımına müsbət bir şəkildə təsir etməkdədir. Bunun üçün, dövlət sektoru tərəfindən çıxarılan mal və xidmətlərə edilən xərclərin bu xüsusiyyətlərinə görə təyin olunması, qaynaq bölgüsü kimi gəlir bölgüsü baxımından da əhəmiyyətlidir.33

Funksional təsnifləşdirmə, siyasi orqanlar tərəfindən təyin olunan dövlət xərc-lərini əhatə edən və xərclərlə çatdırılması istənilən müəyyən hədəflərin mənalı şə-kildə birləşdirildiyi bir təsnifləndirmə olaraq təyin oluna bilər. Funksional təsnifləş-dirmənin müxtəlif təriflərindən çıxan ortaq xüsusiyyət, müəyyən bir məqsədə isti-qamətli xidmətlərlə, bu xidmətlərin icra edilməsi üçün edilən dövlət xərcləri ara-sında çox konkret bir əlaqənin qurulmasıdır.

Funksional təsnifləşdirmədə iştirak edən xidmətlərin hər biri (məsələn, milli müdafiə etmə, təhsil, səhiyyə kimi) dövləti meydana gətirən təşkilatların proqram-ları olub, xalqa təqdim edilən müxtəlif xidmətləri əhatə etməkdədir. Bu təsnifləş-dirmə o xidmətləri hansı qurumların etdiyini diqqətə almadan, xərclərin hansı məqsədləri reallaşdırmaq üzrə istifadə edildiklərini göstərir. Belə bir təsnifləşdir-mənin edilə bilməsi üçün dövlətin bütün vəzifə və məsuliyyətləri nəzərdə tutularaq, dövlət təşkilatlarının təqdim etdikləri xidmətlərin, proqramlar olaraq qruplaşdırıl-ması lazımdır. Beləcə, dövlət xərclərinin məqsədi, müəyyən xidmətlər arasındakı bölgüsü və prioritetləri daha asan görülə biləcək. Bu təsnifləşdirmə, xidmətlər mövzusunda, ictimaiyyətə kompleksli olmayan sağlam məlumatlar verəcək. Eyni zamanda, dövlət rəhbərliyindən məsul qanunverici orqanlarına da daha geniş siya-sət məqsədləri qeyd edə bilmə və tətbiq imkanı təmin edəcək.

Digər tərəfdən, bir çox ictimai xidmətlərində nümunələri görülə biləcəyi kimi, müəyyən bir xidmət növü, birdən çox dövlət təşkilatı tərəfindən icra edilə bilmək-dədir. Bu isə xidmətləri azaltmaqdadır. Funksional təsnifləşdirmənin bir başqa faydası da belə bir çətinliyi geniş ölçüdə ortadan qaldırmasıdır. Məsələn, təhsil xid-mətlərini, ümumiyyətlə, Milli Təhsil Nazirliyi icra etməklə birlikdə, Milli Müdafiə Nazirliyi kimi bəzi nazirliklər də təhsil xidmətləri icra edə bilməkdədir. Təhsil xidmətlərinə edilən dövlət xərclərinin təyin oluna bilməsi üçün bütün dövlət təşki-latlarının təhsil xidmətlərinə təsis etdikləri xərclərinin tək-tək ayırd edilərək birləş-dirilməsi lazımdır. Burada, xüsusilə, xidmət proqramlarının təşkilati quruluşdan müstəqil olaraq yaradılması əhəmiyyətli bir element olmaqdadır. Beləcə, hər funk-siyanın əhatəsi və detalları daha asanlıqla təyin oluna bilməkdə və dövlət sektorun-dakı xidmət toqquşmaları və təkrarlar ortaya qoyula bilməkdədir. Ayrıca, funksio-nal təsnifləşdirmənin bir xüsusiyyəti də təşkilatların büdcələrindəki ödəmənin, xidməti ifadə edən addan çox, edilən xərcləmənin hansı məqsədə istiqamətli edildi-yidir. Bu təsnifləşdirmə, digər tərəfdən xərcləmənin nə ola biləcəyi yolundakı təx-minlərdən çox dəqiq olan xərcləmə ilə maraqlanır. Beləcə, dövlət sektorunda isteh-sal edilən mal və xidmətlər, dəqiq xərclərlə ortaya qoyularkən dövlətin nə etdiyi (ya da edə bilmədiyi) təyin olunmaqdadır. Söz mövzusu təsnifləşdirmənin istifadə etdiyi dəqiq xərclərlə, dövlətin çıxardığı mal və xidmətlərin xərc dəyərləri nəticə olaraq ortaya qoyula bilməkdədir. Bu cür təsnifləşdirmədə əhəmiyyətli bir vəziy-yət, hər hansı bir xidmət növünün, ana funksiyasını ondan fərqli olan birdən çox funksiya əhatəsinə girə biləcək xidmət formasında olmasıdır. Bu cür çox məqsədli xidmətlərin təsnif edilməsi çətin olmaqda və hesablamaya bir dəfə qatılması üçün bəzi qərarların alınması lazımdır. Funksional təsnifləşdirmə qanunverici orqana və xalqa məlumat təqdim etmək, funksional yoxlamanı asanlaşdırmaq yanında inkişaf planı və dövlət proqramlarının dövlət büdcəsi halına gəlməsini təmin edərək icra edilən xidmətləri köhnəsinə nisbətlə daha diqqətə çarpan hala gətirir. Daha diqqətə çarpan hala gələn xidmətlərlə bunlara edilən xərclər nəticəsində, yaradılan fayda və yük ilə qaynaq təsis siyasətinin müvəffəqiyyəti və ya müvəffəqiyyətsizliyi ortaya çıxa biləcək. Funksional Təsnifləşdirmə 1950-ci illərdə Dünya Bankının təklif et-miş olduğu funksional təsnifləşdirməyi meydana gətirən xidmətlər üç başlıq altında toplanmaqdadır. Bunlar ümumi xidmətlər, iqtisadi xidmətlər və ictimai xidmətlər-dir. Ümumi xidmətlər, dövlət nizamının davam etdirilməsini, qorunmasını və döv-lətin rəhbərliyini təmin edən xidmətlərdir. Bu xidmətlərin əhatəsinə ümumi rəhbər-lik, müdafiə etmə, mühakimə xidmətləri girməkdədir.

İqtisadi xidmətlər, ümumiyyətlə fərdlərə birbaşa faydanı təqdim etmək yerinə, istehsal müddətinin ilk mərhələlərində xammal və ara mallar ilə alt quruluşu mey-dana gətirən xüsusiyyətləri səbəbindən firmalara fayda vermə məqsədinə istiqamət-li xidmətlərdəndir. Bu xidmətlər, firmaların xüsusi xərclərini azaltmağa köməkçi olduğu üçün istehlakçılara da bilavasitə bir şəkildə fayda təmin etməkdədir. İqtisadi xidmətlərin əhatəsinə əkinçilik, enerji və təbii qaynaqlar ilə istehsal, inşaat və nəqliyyat kimi xidmətlər girməkdədir. İctimai xidmətlər isə fərdlərə özlərinə və ya ümumiyyətlə dövlətə fayda təmin edən xidmətlərdir. Bu xidmətlərdən fərdlər, öz ehtiyacları üçün birbaşa faydalana bilməkdədirlər. İctimai xidmətlərin əhatəsinə təhsil, səhiyyə, ictimai təhlükəsizlik və rifah, mədəni xidmətlər, asudə vaxtları qiy-mətləndirici xidmətlər, din və ümumi araşdırma xidmətləri girməkdədir.


5.2.3. Dövlət xərclərinin iqtisadi təsnifləndirməsi


Dövlət xərclərinin iqtisadi təsnifləndirməsi, iqtisadi siyasətin təyin olunmasın-da istifadə edilən vasitələrdən yalnız biridir. Bununla belə, müzakirə olunması la-zım olan bəzi xüsusiyyətləri vardır. Bu təsnifləndirmənin, dövlət xidmətlərinin iqti-sadi fəaliyyət səviyyəsi üzərindəki bütün təsirlərini ölçməsini gözləmək çox opti-mizm olar. Bu yalnız təsirin bir qismini ölçər və ölçünü də təxmini olaraq ifadə edər. Başqa sözlə, bu təsnifləndirmə üsuluyla dövlətin milli gəlirə olan təsirini və bu təsirin azalıb-çoxaldığı mövzusunda lazımlı olan məlumatları təmin edə bilərik. Dövlət sektoru tərəfindən yaradılan sərmayə büdcələnməsinin, milli sərmayə təc-rübəsi içindəki nisbi payı da bu təsnifləndirmə ilə təyin oluna bilər. İqtisadi təsnif-ləndirmə ilə müəyyən dönəmlər arası qarşılaşdırmalar edilərək, dövlətin tələb artı-rıcı fəaliyyətləri nəticəsi inflyasiya təzyiqə səbəb olduğu və ya dövlət fəaliyyətlə-rinin deflyasyonist təsirləri yaratdığı göstərilə bilər. Eyni zamanda, dövlət fəaliy-yətlərinin təsirlərinin, transfer və ya birbaşa qaynaq istifadə formalarından hansı kanalı ilə yaradıldığı mövzusunda bu təsnifləndirmə üsulu lazımlı məlumatı təmin edə bilər. Dövlət xərclərinin iqtisadi istiqamətdən təsnifatının faydalı bir şəkildə istifadəsi, büdcənin iqtisadiyyat üzərindəki təsirin bilinməsinə və bu təsirlinin büdcə siyasətinin təyin olunmasında lazımlı faktorlardan biri olduğunun qəbul edilməsinə bağlıdır. Bu ayrı-seçkiliyin, dövlət fəaliyyətlərinin istehsal və istehlak məqsədləri ilə qaynaqların istifadə, ya da transferləri arasında edilməsi məcburidir.

Real xərcləmə və transfer xərcləməsi təsnifləndirməsi

Analitik təsnifləndirmə əvvəlində dövlət xərclərinin iqtisadi təsnifləndirməsi-nin əsasını, müəyyən bir dövrdəki dövlət xərcləri ilə o dövrün istehsalı arasındakı əlaqə meydana gətirməkdədir. Dövlət maliyyəsində bu əlaqə nəzərə alınaraq, real xərclər-transfer xərcləri, cari xərclər-investisiya xərcləri, məhsuldar xərclər-səmə-rəsiz xərclər kimi müxtəlif təsnifləndirmələr edilmişdir. Real xərcləmə-transfer xərcləməsi ayrı-seçkiliyinin banisi A. C. Pigou olmuşdur. Müxtəlif mü-təfəkkirlərin təsiri ilə təsnifləndirmə olduqca açığa çıxarılmış və bu təsnifləndirmə içindəki real dövlət xərclərinin cari və investisiya xərcləməsi olaraq ikiyə ayrılması çox istifadə edilən bir üsul olmuşdur. Real dövlət xərcləri, cari xərclər və inves-tisiya xərcləri olaraq ikiyə ayrılınca, dövlət xərclərinin iqtisadi təsnifatında cari xərclər, investisiya xərcləri və transfer xərcləri formasında bir ayrı-seçkilik söz mövzusu olmaqdadır.

Real xərclər, ümumi tələbin bir elementini meydana gətirən və bu xüsusiyyəti ilə cari dövr istehsalı, ya da qiymət səviyyəsinə təsir edən xərclərdir. Bu xərclər, əsas olaraq, cari istehsaldan dövlətin bir pay ala bilmək üçün ödədiyi qiymət xüsu-siyyətini daşıyır. Haqqında danışdışığımız xərclər dövlətin ictimai ehtiyaclarını qarşılaya bilmək və öhdəsindəki vəzifələri yerinə yetirə bilmək üçün satın aldığı mal və xidmətlərin son istifadə məqsədi nə olursa-olsun ələ alınan dövr istehsalından götürdüyü bir paydır. Bu səbəblə bunu təmin edən xərclərə Real xərclər deyilir. Real dövlət xərclərinin cari xərclər və investisiya xərcləri olaraq iki qrupda toplanmağının, çox istifadə edilən bir ayrı-seçkilik olduğuna daha əvvəl toxunmuşduq.

Dövlət investisiya xərcləri, iqtisadiyyatın istehsal gücünü doğrudan artırmağa istiqamətli olan xərclərdir. Gələcək dövrlərə qalıcı varlıqlara edilən xərclər, inves-tisiya xərcləri xüsusiyyətində olub, sərmayə mallarına əlavələr, ya da anbar inves-tisiya məqsədi ilə edilən xərclərdir. Cari xərclər anlayışına isə qısa dövrdə doğru-dan, istehsalı artırıcı təsiri söz mövzusu olmaya bilən və faydası bir dövrlə məhdud sayıla biləcək xərclər girər. Bu xərclər mövcud olan istehsal tutumunu istifadə etmək üçün lazımi mal və xidmətlər üçün edilir. Bəzi dövlət xərclərinin təsir və faydaları eyni dövrdə yox olmadığı, gələcək dövrlərə də saxlanılmaqdadır. Başqa sözlə, ölkənin istehsal gücünə təsiri göstərməyəcək qədər açıq olan və bu xüsusiy-yətləri daşıyan təhsil və səhiyyə xərcləmələrinə “inkişaf cariləri” adı verilməkdədir.

Transfer xərcləri, cari dövr istehsalına qazanc dövlət tərəfindən doğrudan bir tələb yaratmamaqla birlikdə, bəzi qaynaqların, dövlət büdcəsi vasitəsilə şəxslər və təşkilatlararası qarşılıqsız əl dəyişdirməsi xüsusiyyəti daşıyan dövlət xərcləridir. H. Brochier və P. Tabatoni, transfer xərclərini, milli gəlirdə bir müxtəliflik yaratma-yan və yalnız satın alma gücünün fərdlər və ictimai qruplar arasında əl dəyişdir-məsinə səbəb olan xərclər olaraq təyin etməkdədirlər. Bu şərh formasından transfer xərclərinin ümumi tələbi, başqa sözlə, cari istehsala heç bir şəkildə təsir etməyəcəyi mənasını çıxarmamaq lazımdır. İfadə olunmaq istənən, bu cür bir istehsal əlaqəsinin ilk mərhələdə birbaşa ortaya çıxmadığı, lakin daha sonra satın alma gücünün əl dəyişdirməsinə bağlı olaraq ortaya çıxmasıdır. Real xərclərdə dövlət, mal və xidmət formasında olmaq üzrə bir qarşılıq əldə etməkdədir. Halbuki transfer xərclərinin belə bir qismində, ödəmənin edildiyi fərd və təşkilatlar tərəfindən dövlətə bir xidmət edilməsi və ya bir mal təslimi söz mövzusu olmamaqdadır. Bu xərclər, dövlətin, ümumiyyətlə fərd və təşkilatlardan bir qarşılıq gözləmədən etdiyi xərclərdir.

Bunun yanında transfer qəbul edilən digər bir qrup xərcləmə isə qarşılıqsız deyil. Bu cür transfer xərcləri qarşılığında dövlət bir qisim sərmayə malları ilə fərd və təşkilatlardan dövlətə qarşı xidmət öhdəçilikləri (məcburi xidmət qarşılığı tə-qaüdlər, başa-başın altında təhvil-ixrac şərtləri kimi) əldə edər. Bunlar hissə sənədi, istiqraz kimi maliyyə sərmayə ola biləcəyi kimi, bina, ərazi kimi real sərmayə də ola bilərlər. Bu vəziyyətdə bu cür transfer xərclərini real xərclərdən ayıran xüsu-siyyət, xərcləmənin qarşılığı olan dəyərlərin cari dövrdə çıxarılmamış olmalarıdır. Daşınmaz əmlak əhatəsinə girən ərazi yenidən çıxarıla bilməyəcəyinə görə, bu cür alımlar üçün edilən dövlət xərclərinin bütünü "sərmayə təşkili üçün transfer xərclə-məsi " xüsusiyyətindədir. Bina və strukturlar üçün istehsal ili, əlaqədar xərclərin bir dövlət investisiyası, yoxsa investisiya təşkili üçün transfer xərcləməsimi olduğu müəyyənləşdirəcəkdir. Məsələn, dövlətin satın aldığı bina, daha əvvəlki illərdə ta-mamlanmış isə edilən xərcləmə sərmayə təşkili xüsusiyyətindəki bir transfer xərcləməsidir.

Real xərcləmələr içərisində doğrudan istehsal tutumunu artırıcı təsiri olmayan və bu cür xidmətlərə yönəlməyən və faydası bir dövrlə məhdud sayıla biləcək xərcləmələr (personal xərcləri, ezamiyyət xərcləri, istehlak malları və vəsait alışları kimi) cari xərcləmə olaraq qəbul edilməkdədir.

Real xərcləmələr içərisindən iqtisadi istehsal gücünü birbaşa artırmağa istiqa-mətli və gələcək dövrlərə qalıcı varlıqlara edilən xərcləmələr də (dərs-proyekt xərc-ləri, quruluş təsis və böyük təmir xərcləri, maşın təchizat və nəqliyyat vasitəsi alış-ları) investisiya xərcləmələri olaraq xarakterizə edilməkdədir.

Transfer xərcləmələri, ictimailəşdirmə və bina satın alışları, təşkilatlara qatılma payları və sərmayə təşkilləri, iqtisadi transferlər, maliyyə transferləri, ictimai trans-ferlər və borc ödəmələri xərcləmə qələmlərindən meydana gəlməkdədir.

5.3. Dövlətin böyüklüyünün ölçülməsi


Dövlətin böyüklüyü və dövlət xərcləmələrinin böyüklüyü mövzusu, bazar me-xanizmi yerinə, siyasi qərarlarla nə ölçüdə ictimai sektora mal və xidmət çıxara biləcəyinin araşdırılması mənasını verməkdədir. Real dövlət xərcləmələri, yalnız siyasi qərarlara bağlı qaynaq bölgüsünü deyil, eyni zamanda, cari dövrün ümumi istehsalından dövlət sektorunun istədiyi payı da təyin etməkdədir. Bir qədər əvvəlki modulda da toxunulduğu üzrə, transfer xərcləmələri eyni qiymətləndirməyə tabe tutula bilməz.

Bunlardan dövlətin sərmayə malları əldə etməsini təmin edənlər, cari dövrdəki istehsala olmasa dı keçmiş dövrlərin istehsalına qarşı dövlətin tələbi mənasını verən və nəticədə dövlət sektorunun sərvətinin artımına gətirib çıxaranlar fərqli qiymətləndirilməlidir. Bu xüsusiyyəti ilə sərmayə təşkili üçün edilən xərcləmələr, dövlət və xüsusi sektor arasındakı qaynaq bölgüsü baxımından, real xərclə-mələrdən fərqli deyil. Halbuki, xatırlanacağı üzrə transfer xərcləmələrində, dövlət tərəfindən edilən xərclər qarşılığı hər hansı bir mal və xidmətin satın alınması söz mövzusu deyil. Bu istiqamət ilə qarşılıqsız transfer xərcləmələri, dövlət sekto-runun birbaşa istehsalla əlaqəli bir tələbini göstərməz. Ancaq, qarşılıqsız transfer xərcləmələrinin də siyasi qərar nəticəsi şəxslərə keçdiyini unutmamaq lazımdır.

Dövlət xərcləmələrinin rəqəm olaraq böyüklüyü, başqa böyüklüklərlə, məsələn iqtisadiyyatın bütünü ilə müqayisə edilmədiyi müddətcə mənasızdır. Cəmi xərc-ləmələr artarkən, fərdi gəlir, qiymətlər, əhali kimi digər böyüklüklər də artıq ola bi-lər. Dövlət xərcləmələrinin rəqəm artımından çox, müqayisə edildiyi böyüklüklərə nisbətlə artıb-artmadığı əhəmiyyətlidir. Dövlət sektorunun nisbi böyüklüyü ümu-miyyətlə ümumi milli hasilə / gəlir ilə müqayisə edilərək ölçülür.

Dövlət xərcləmələrinin iqtisadiyyatdakı yerini göstərəcək olan dövlət xərclə-məsi, ümumi milli hasilə nisbətinin payındakı və məxrəcindəki dəyərlər araşdırıl-maq istənən mövzunun xüsusiyyətinə görə fərqliliklər göstərə bilər. Araşdırmanın xüsusiyyətinə görə, pay dövlət xərcləməsi, geniş əhatəli dövlət xərcləməsi və ya dar əhatəli dövlət xərcləməsi, yaxud da real xərcləmə və ya cəmi xərcləmələr formasında təyin olunaraq müəyyən edilə bilər. Dövlət sektorunun böyüklüyünün ölçülməsində ilk edilməsi lazım olan, dövlət sektorunun statistik olaraq təyin olunmasıdır. Xüsusilə ölkələrarası müqayisədə, bəzi ölkələrin dövlət sektoru içərisində dövlət iqtisadi qurumlarını, ictimai təhlükəsizlik qurumlarını daxil etdiyi, bəzilərinin isə bu qurumları dövlət sektoru xaricində tutduğu bilinməkdədir.

Xülasə olaraq, dövlətin iqtisadiyyatda cəmi xərcləməyə olan təsirinin dərəcəsi öyrənilmək istənirsə, cəmi dövlət xərcləmələrinin ümumi milli hasilata olan nis-bətinin tapılması lazım olduğu deyilə bilər. Eyni şəkildə dövlətin iqtisadiyyatda qaynaq bölgüsünə müdaxiləsi mövzusu araşdırılmaq istənirsə, transfer xərcləmələri xaricindəki dövlət xərcləmələrinin qeyri-safi milli hasilata olan nisbətinin hesab-lanması söz mövzusu olmaqdadır. Yuxarıdakı şərhlərdən də aydın olacağı üzrə, dövlət xərcləmələrinin artımının üst sərhədi milli gəlirin özüdür. Həqiqətən, ölkə-dəki bütün istehsalın istifadə formasına siyasi orqanın büdcə ilə qərar verməsi, bütün bu ehtiyacların dövlət sektoru tərəfindən qarşılanacağı mənasını daşımaqda-dır. Ancaq, bu nəzəri vəziyyətə çatmadan əvvəl vergi gəlirləri ilə bəslənən bir büdcənin bir üst sərhədinin olduğu müdafiə olunmuşdur. 1945 -ci ildə Amerikalı iqtisadçı Kolin Klark vergilərlə qarşılanan dövlət xərcləmələrinin milli gəlirin 25 %' -ini aşa bilməyəcəyini irəli sürmüşdür. Bu sərhədin aşılması halında, büdcə ver-gilərlə maliyyəyə edilirsə, işçilərin iş istəkləri azalacaq və bu səbəbdən milli gəlir düşəcək. Ancaq irəli sürülən bu fərziyyənin müxtəlif ölkələrdəki tətbiqi bəzi səhvləri ortaya çıxarmışdır. Bu səbəblə dövlət xərcləmələri sərhədinin, ölkələrin ənənələrinə, xüsusiyyətlərinə və iqtisadi strukturlarına bağlı olaraq dəyişə biləcə-yini söyləmək ən doğru ümumiləşdirmə olacaq.



Download 2.29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   15   16   17   18   19   20   21   22   ...   61




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2020
ma'muriyatiga murojaat qiling

    Bosh sahifa
davlat universiteti
ta’lim vazirligi
O’zbekiston respublikasi
maxsus ta’lim
zbekiston respublikasi
davlat pedagogika
o’rta maxsus
axborot texnologiyalari
nomidagi toshkent
pedagogika instituti
texnologiyalari universiteti
navoiy nomidagi
samarqand davlat
guruh talabasi
ta’limi vazirligi
nomidagi samarqand
toshkent davlat
toshkent axborot
haqida tushuncha
Darsning maqsadi
xorazmiy nomidagi
Toshkent davlat
vazirligi toshkent
tashkil etish
Alisher navoiy
Ўзбекистон республикаси
rivojlantirish vazirligi
matematika fakulteti
pedagogika universiteti
таълим вазирлиги
sinflar uchun
Nizomiy nomidagi
tibbiyot akademiyasi
maxsus ta'lim
ta'lim vazirligi
махсус таълим
bilan ishlash
o’rta ta’lim
fanlar fakulteti
Referat mavzu
Navoiy davlat
haqida umumiy
umumiy o’rta
Buxoro davlat
fanining predmeti
fizika matematika
malakasini oshirish
universiteti fizika
kommunikatsiyalarini rivojlantirish
jizzax davlat
davlat sharqshunoslik