Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti


BÜDCƏ RESURSLARININ PAYLANMASI MODELİ



Download 2,29 Mb.
bet20/61
Sana10.09.2017
Hajmi2,29 Mb.
#21627
1   ...   16   17   18   19   20   21   22   23   ...   61

5.4. BÜDCƏ RESURSLARININ PAYLANMASI MODELİ


Dövlətin öz funksiyasını yerinə yetirməsi işində dövlət büdcəsinin mühüm rolu vardır. Dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqram və problemlərinin həlli üçün qanunvericiliklə müəyyən edilmiş qay-dada maliyyə vəsaitinin toplanması və idarə olunmasını təmin etməkdir. Ona görə də dövlət büdcəsi hər il proqnozlaşdırılır, planlaşdırılır və qanunverici orqanlar tərəfindən təsdiq edilir. Bu da, öz növbəsində, dövlət büdcəsinin düzgün və real əsaslarla tərtib edilməsini tələb edir. Ona görə də hər il yerinə yetirilmiş büdcənin gəlir və xərcləri təhlil edilir və bu təhlilin nəticəsində gələcək illərin büdcəsi proq-nozlaşdırılır.

Məlumdur ki, büdcənin xərcləri məqsədə çatmaq üçün konkret təşkilatlara və müəssisələrə yönəldilir. Bu pul vasitələri həmin təşkilat və müəssisələr tərəfindən istifadə olunur. Lakin dövlət bu pul vasitələrinin xərclənməsinə tam nəzarət edə bilmir.

Yuxarıda sadaladığımız bu problemləri aradan qaldırmaq üçün dövlət büdcə-sinin xərclərinin paylanmasını həyata keçirən avtomatlaşdırılmış büdcə sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir.

Dövlət büdcəsinin mühüm funksiyasının həyata keçirilməsində istifadə olunan büdcə təsnifatları böyük rol oynayır. Hal-hazırda Azərbaycan Respublikasında üç növə bölünən xərclər üzrə büdcə təsnifatı müəyyənləşib: funksional, iqtisadi və təşkilati xərclər təsnifatı.

Büdcə xərclərinin iqtisadi təsnifatının əsas xərc maddələri aşağıdakılardır34:

- Əməyin ödənişi fondu;

- Faizlər üzrə ödənişlər;

- Subsidiyalar və cari ödənişlər;

- Əsas fondlara əsaslı vəsait qoyuluşu;

- Dövlət ehtiyatlarının yaradılması;

- Torpaq və qeyri-maddi aktivlərin alınması;

- Əsaslı ödənişlər;

- Ölkə daxilində qaytarılan məbləğ çıxıldıqdan sonra kreditlərin verilməsi;

- Xaricə qaytarılan məbləğ çıxıldıqdan sonra kreditlərin verilməsi;


5.5. DÖVLƏT XƏRCLƏRİNİN REAL ARTIM SƏBƏBLƏRİ


Dövlət xərclərinin inkişaf seyri araşdırıldığında, cəmi dövlət xərclərinin ümumi daxili məhsulun içindəki payının son yüz illik dövr içərisində getdikcə artdığı müəyyənləşdirilmişdir. Ancaq, dövlət xərcləmələrindəki bu artımı heç şübhəsiz, tək bir səbəbə bağlamaq mümkün deyil. Dövlət xərcləmələrindəki real artımın iqtisadi, ictimai, siyasi, hərbi və texniki bir çox səbəbləri vardır.35

A) İqtisadi və ictimai səbəblər


1929 –cu il Böyük İqtisadi Böhranın ortaya çıxmasına qədər etibarlı olan klassik iqtisad anlayışına görə, dövlətin vəzifəsi yalnız dövlətin daxili və xarici təhlükəsizliyini təmin etməkdən ibarət sayılmışdır. Bu görüşə görə dövlət iqtisadi fəaliyyətlərə qatılmamalıdır. Dövlətin iqtisadi sahədəki vəzifəsi, sərbəst ticarətin, rəqabət mühitinin inkişafı və mülkiyyət haqqının qorunması üçün lazımlı olan tədbirləri görmək-dir. Yenə bu anlayışa görə, dövlətin iqtisadi həyata aktiv bir şəkildə qatılması, bazarda özbaşına ibarət olan tarazlıqları pozar.

Ancaq, irəliləyən zaman içərisində, klassiklərin irəli sürmüş olduqları iqtisadi fikirlərdə əhəmiyyətli sapmalar meydana gəlmiş və iqtisadiyyatda əhəmiyyətli ba-lanssızlıqlar ortaya çıxmışdır. 1929-cu ilə gəlindiyində istehsal geriləmiş, işsizlik artmış və qiymətlərin ümumi səviyyəsində enişlər meydana gəlmişdir. İqtisadi dur-ğunluq deyə adlandırılan bu böhran qısa zamanda bütün dünyanı təsiri altına almış-dır. Uzun müddət davam edən böhran qarşısında dövlətin iqtisadiyyata müdaxiləsi məcburi hala gəlmişdir. Dövlət xərcləmələrin, açıqdan maliyyə texnikasına da müdaxilə edərək iqtisadiyyatı durğunluq müddətindən qurtarmağı bacarmışdır.

Bu surətlə başlayan dövlət xərcləmələrindəki artım, bu dövrdən etibarən hər keçən gün davam etmişdir. İrəliləyən zaman içərisində rəqabət bazarlarındakı ax-saqlıqlar, təhsil, səhiyyə, enerji, mənzil fondu, infrastruktur, ekoloji mühafizə və b. sahələrdə meydana gələn problemlər üzündən dövlətdən gözlənilən vəzifələr gedə-rək artmışdır. Dövlət bu vəzifələrini yerinə yetirmək üçün dövlət xərcləmələrini ar-tırmaq məcburiyyətində qalmışdır. Xüsusilə İkinci Dünya Müharibəsindən sonra ictimai rifah nəzəriyyəsi sahəsindəki işlər əhəmiyyət qazanmağa başlamışdır. İşsizliyin aradan qaldırılmasında, ac və evsiz qalan insanların problemlərinin həllində, dövlətə olan ümidlər artmışdır. Beləcə , XX əsrin ilk illərində ümumi milli hasılatın hələ 10'% -inə çatmayan cəmi dövlət xərcləmələri son dövrdə ümumi milli hasilatın yarısına yaxın bir səviyyəyə çatmışdır. Bu şəkildə dövlət büdcəsi, yalnız milli müdafiə etmə, asayiş, mühakimə və b. ictimai xidmətləri yerinə yetirən bir vasitə deyil, dövlət rifahının maksimum edilməsini təmin edən bir vasitə olaraq görünməyə başlanmışdır. Buna bağlı olaraq, klassik iqtisad anlayışının mənimsədiyi dar həcmli dövlət büdcəsinin yerini daha geniş həcmli büdcələr almışdır.

B) Müharibə və Milli Müdafiə xərclərindəki artım


Müharibənin və müharibə sonrası abadlıq fəaliyyətlərinin maliyyəsi problemi başda olmaq üzrə, ölkələrin içində olduqları geopolitik mövqeyə bağlı olaraq görüləcək müdafiə etmək tədbirləri dövlət xərcləmələrini artıran əhəmiyyətli səbəblərdən biridir.

Bu gün texnoloji inkişaflara bağlı olaraq silahlanma sahəsində böyük inkişaflar meydana gəlməkdədir. “Sülh içərisində yaşamaq istəyirsənsə, döyüşə hazır ol! “ prinsipi bir çox ölkələr büdcələrinin böyük bir hissəsini müdafiə xərclərinə ayırmaq məcburiyyətində qalmaqdadır. Xüsusilə müharibə təhlükəsinə məruz qalmış ölkələr, müdafiə etmə imkanlarını artırmaq üçün büdcələrinin 50'% -inə yaxın bir qismini bu məqsədlə fəda etməkdən çəkinməzlər. Hal-hazırda döyüş və bənzəri səbəblərdən dolayı xərcləmələr Dövlət Xərclərinin realda artım səbəbləri arasında əhəmiyyətli bir yer işğal etməkdədir.


C) Əhali artımı


Bir ölkədə əhali artımının dövlət xərcləmələrini də artıracağı realdır. Dövlət, əhali artımına paralel olaraq dövlət xidmətini də artırmaq məcburiyyətindədir. Təhsil, səhiyyə, nəqliyyat, alt quruluş və bənzəri ictimai xidmətlərin əhali artımı nisbətində genişləndirilməsi ehtiyacı dövlət xərcləmələrini artıran səbəblərdəndir.Bir çox iqtisadçılar, dövlət xərcləmələrinin əhali artımına bağlı olaraq artırıl-masını, fərd başına düşən dövlət xərcləməsi miqdarını dəyişdirmədiyi səbəbi ilə realda artım səbəbləri arasında saymazlar. Həqiqətən, əhali artımına paralel olaraq dövlət xərclərinin də eyni ölçüdə artmış olması, kişi başına düşən dövlət xərcləməsi miqdarına təsir etməz. Ancaq, nüfuz artımları çox vaxt xərclərin əhalinin artım sürətindən daha böyük ölçüdə artırılmasını lazımlı edə bilər. Bu vəziyyət xüsusilə ictimai xidmətlərin artan xərc şərtlərində çıxarıldığı hallarda gözə çarpar. Məsələn, böyük şəhərlərdə edilən xidmətlərin fərd başına xərci, kiçik şəhərlərə nisbətdə daha yüksəkdir. Çünki, əhali artımı xidmətlərin vahid xərcinə yüksəldici bir təsir edər . Şəhərlərdəki yol, kanalizasiya, su, telefon şəbəkəsi və bənzəri alt quruluş xid-mətlərinin əhali artımı səbəbi ilə genişləndirilməsi, başlanğıc xərci ilə müqayisə et-dikdə daha çox xərclərlə reallaşdırılır. Məsələn, sıx əhali və nəqliyyat vasitələrinin artımı metro ehtiyacını doğurar. Metro və bənzəri yeraltı nəqliyyat şəbəkəsinin xər-cinin yerüstü nəqliyyat şəbəkəsinə nisbətlə daha yüksək olduğu bir reallıqdır. Buna görə, əhali artımı çox vaxt dövlət xərclərinin görünüşdə deyil, reallıqda artım səbəbləri arasında sovular.

D) Texnoloji inkişaflar


Zamanımızda ölkələr texnoloji sahədə davamlı olaraq yeniliklər arxasınca qaç-maqdadırlar. Texnoloji sahədə meydana gələn hər yenilik və irəliləmə dərhal hər ölkə tərəfindən əldə edilmək istənməkdədir. Bu gün xüsusilə çatdırma, xəbərləşmə, kosmos araşdırmaları və enerji sahəsində əhəmiyyətli ölçüdə texniki irəliləmə tə-min edilmişdir. Haqqında danışılan texniki inkişafların istehsal artımına və milli iqtisadiyyata əhəmiyyətli ölçüdə qatqı təmin edəcəyi açıq bir reallıqdır.

Dövlət, texnologiya sahəsindəki inkişafların ölkəyə qazandırılması üçün doğru-dan cəhddə tapıldığı kimi, bu sahədə fəaliyyət göstərən fərd və xüsusi iqtisadiyyat vahidlərini müxtəlif yönlərdən təşviqedici tədbirlər də görməkdədir. Buna görə, texnologiya sahəsində meydana gələn inkişafların izlənilməsi və ölkəyə qazandırıl-ması dövlət xərcləmələrini həqiqətən artıran səbəblər arasında iştirak etməkdədir.




Download 2,29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   16   17   18   19   20   21   22   23   ...   61




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish