Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti


BÜDCƏ LAYİHƏSİNƏ BAXILMASI VƏ TƏSDİQ EDİLMƏSİ



Download 2,29 Mb.
bet27/61
Sana10.09.2017
Hajmi2,29 Mb.
#21627
1   ...   23   24   25   26   27   28   29   30   ...   61

7.3. BÜDCƏ LAYİHƏSİNƏ BAXILMASI VƏ TƏSDİQ EDİLMƏSİ


Maliyyə orqanlarından müvafiq büdcə layihələrini aldıqdan sonra icra haki-miyyəti orqanları layihəyə baxır və zəruri hallarda düzəlişlər və əlavələr edirlər.68 Bu qanun layihəsinin müzakirəsi və təsdiqi AR-nın Milli Məclisinin Daxili Nizam-naməsinə uyğun olaraq aparılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada AR-nın Milli Məclisinin iclasında dövlət büdcəsinin müzakirəsində icra hakimiyyəti orqanları iştirak edir. Növbəti büdcə ili üzrə dövlət büdcəsi layi-həsi AR-nın Milli Məclisində cari ilin dekabr ayının iyirmisindən gec olmayaraq təsdiq edilir.69

AR hökuməti növbəti maliyyə ilinə dövlət büdcəsi haqqında qanun layihəsini və ona əlavə olunmuş sənədləri və materialları oktyabrın 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. AR Prezidenti növbəti maliyyə ilinə dövlət büdcəsi haqqında qanun layihəsinə və ona əlavə olunmuş materiallara baxdıqdan sonra onları oktyabrın 15-dən gec olmayaraq, AR Milli Məclisinə təqdim edir.

Növbəti büdcə ili üzrə dövlət büdcəsi ilə bağlı aşağıdakı sənədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən AR-nın Milli Məclisinə təqdim edilir:

− Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi və qanun layihəsinə dair izahat;

− AR-nın növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf kon-sepsiyası və proqnoz göstəriciləri;

− büdcə-vergi siyasətinin əsas istiqamətləri;

− dövlət büdcəsinin vəsaiti balansına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar;

− büdcə gəlirləri təsnifatının, funksional, iqtisadi və təşkilati təsnifatların pa-raqrafları səviyyəsində gəlirlərin və xərclərin layihəsi;

− dövlət borcları və dövlət zəmanətləri ilə digər öhdəliklərə dair məlumat;

− AR-nın ərazisi üzrə toplu maliyyə balansı;

− qanunvericiliyə uyğun olaraq AR-nın Milli Məclisi tərəfindən təsdiq olun-ması nəzərdə tutulduğu hallarda növbəti büdcə ili üzrə büdcədənkənar döv-lət fondlarının büdcələri haqqında qanun layihələri;

− növbəti büdcə ili üzrə gəlirləri ötən ilin faktiki və cari gözlənilən nəticələri ilə, habelə xərclərin funksional, iqtisadi və təşkilati təsnifatlar üzrə müqa-yisəsi;

− Funksional, iqtisadi və təşkilati təsnifatlar paraqrafları səviyyəsində cari ilin dövlət büdcəsinin gözlənilən icrasının vəziyyəti;

− cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlumat;

− büdcədənkənar əməliyyatlara dair icmal hesabat;

− keçən büdcə ilində, faktiki və cari büdcə ilində gözlənilən maliyyələşdirmə mənbələri barədə hesabat;

− müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.

AR-nın Prezidenti növbəti maliyyə ilinə dövlət büdcəsi haqqında qanun layi-həsi ilə birlikdə Milli Məclisə aşağıdakı qanun layihələrini göndərir:

− AR-nın vergilər və rüsumlar haqqında qanunvericilik aktlarına müxtəliflik-lər və əlavələr edilməsi;

− AR-nın büdcədənkənar fondlarının büdcələri haqqında qanun layihələri.

Lazım olan hallarda maliyyə ilinə dövlət büdcəsi haqqında qanun layihəsi və növbəti maliyyə ilinə AR Dövlət Sosial Müdafiə fondunun büdcəsi haqqında qanun layihəsi ilə əmək haqlarının və dövlət pensiyalarının indeksləşdirilməsi nəzərdə tutularsa, onda Milli Məclisə eyni zamanda pensiyaların minimum məbləğinin artı-rılması, dövlət pensiyalarının yenidən hesablanması və indeksləşdirilməsi, əməyin ödənilməsinin artırılması haqqında qanun layihələri də göndərilir.

Milli Bank cari ilin oktyabr ayının 1-dək növbəti maliyyə ilinə vahid dövlət pul-kredit siyasətinin əsas istiqamətlərinin layihəsini Milli Məclisə təqdim edir. Bu layihə həmçinin AR Prezidentinə və AR hökumətinə göndərilir.70

Dövlət büdcəsinin vəsaiti balansına maliyyələşdirilməsi nəzərdə tutulan məq-sədli proqramların layihələri Milli Məclisə növbəti maliyyə ilinə dövlət büdcəsi haqqında qanun layihəsi ilə eyni zamanda təqdim edilir. Məqsədli proqramların la-yihələrində proqramların bütün texniki-iqtisadi göstəriciləri əks etdirilir.

Milli Məclisdə dövlət büdcəsi vəsaiti balansına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramların layihələri dövlət büdcəsinin layihəsi ilə eyni zamanda baxılır və qəbul edilir.

AR-nın Prezidenti Dövlət büdcəsi haqqında qanuna müxtəlifliklər və əlavələr edilməsi haqqında qanun layihəsini Milli Məclisə təqdim edir. Dövlət büdcəsi haq-qında qanuna müxtəlifliklər və əlavələr edilməsi dövlət büdcəsinin əsas xarakteris-tikasının dəyişdirilməsi və tənzimləyici gəlirlərin AR büdcə sisteminin müxtəlif səviyyəli büdcələri arasında bölüşdürülməsi, həmçinin dövlət büdcəsi xərclərinin funksional və təşkilatlar üzrə təsnifatının bölmələri üzrə bölüşdürülməsi səbəb ola bilər.

Qeyd edildiyi kimi, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layi-həsinin müzakirəsi və təsdiqi AR Milli Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq həyata keçirilir.

Milli Məclisə təqdim edilmiş növbəti il üçün dövlət büdcəsi haqqında qanun layihəsini Milli Məclisin sədri Milli Məclisin İqtisadi Siyasət daimi Komissiyasına göndərir və layihəyə baxılması müddətini müəyyən edir.

Qanun və qərar layihələrinə baxılması üçün daimi komissiya işçi qrupu ya-radıla bilər.

Müvafiq icra hakimiyyəti orqanının tapşırığı ilə onun səlahiyyətli nümayəndəsi AR-nın Milli Məclisinin iclasında növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında məruzə edir.

Milli Məclisdə qanun layihələrinə, bir qayda olaraq, üç oxunuşda baxılır. Milli Məclisin sədrinin qərarı ilə Milli Məclisin protokol qaydasında qəbul etdiyi qərarla qanun layihəsinə bir oxunuşda baxıla bilər.71

Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsinin birinci oxu-nuşunda Milli Məclis AR-nın sosial-iqtisadi inkişafının konsepsiyası və proqno-zunu, büdcələrarası qarşılıqlı münasibətlərin əsas prinsiplərini, dövlət büdcəsi kəsi-rinin ödənilməsi üçün xarici maliyyələşdirmə mənbələrini araşdırır. Eyni zamanda, dövlət büdcəsinin göstəriciləri, o cümlədən büdcə gəlirlərinin bölmələr, qruplar və yarımqruplar üzrə təsnifatı, dövlət büdcəsinin gəlirlərinin və rüsumlarının büdcə subyektləri arasında bölgüsü, dövlət büdcəsi kəsirinin ölçüsü və növbəti il üçün dövlət büdcəsi xərclərindəki xüsusi çəkisi, büdcə kəsirinin örtülməsi mənbələri və ümumilikdə, dövlət büdcəsinin xərclərinin ümumi həcmi təhlil edilir.

Qanun layihəsinə birinci oxunuşda baxılması nəticəsində Milli Məclis aşağı-dakı qərarlardan birini qəbul edir:

- layihə birinci oxunuşda qəbul edilsin və söylənmiş təkliflər və iradlar nə-zərə alınmaqla, onun üzərində iş davam etdirilsin;

- layihə qəbul edilməsin;

- layihə qəbul edilsin.

Milli Məclis birinci oxunuşda qəbul edilmiş qanun layihəsinin dərc olunması və ümumxalq müzakirəsinə çıxarılması haqqında qərar qəbul edə bilər.

Layihənin ayrı-ayrı maddələri üzrə qruplaşdırılmış müxtəlifliklərə aparıcı daimi komissiyanın iclasında baxılır və daimi müxtəlifliklərlə razı olduqda onları layihə-nin mətninə daxil edir. Yenidən işlənmiş qanun layihəsi ikinci oxunuşda baxılmaq məqsədi ilə Milli Məclisin sədrinə göndərilir.

Milli Məclisdə ikinci oxunuşda baxılmasına azı beş gün qalmış qanun layihəsi onun təşəbbüsçüsünə göndərilir. AR Prezidentinin, AR Ali Məhkəməsinin və NMR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə verdikləri qanun layihələri təqdim olunmuş şəkildə müzakirəyə çıxarılmalı və səsə qoyulmalıdır. Belə qanun layihələrində müxtəlifliklər yalnız həmin orqanların ra-zılığı ilə edilə bilər.

AR Milli Məclisinin daxili Nizamnaməsinin 18-ci maddəsinə əsasən qanun layihəsinin ikinci oxunuşunda müzakirəsi aparıcı daimi komissiyanın nümayən-dəsinin məruzəsi ilə başlanır.

Layihənin ikinci oxunuşunda müzakirəsi bir qayda olaraq, təşəbbüsçünün çıxışı ilə başlanır.

İkinci oxunuşda dövlət büdcəsi xərclərinin ümumi məbləği çərçivəsində dövlət büdcəsinin funksional təsnifatı üzrə xərclərin bölgüsü, AR subyektlərinə maliyyə yardımının həcmi (dotasiya), cari xərclər büdcəsi, dövlət məqsədli proqramların maliyyələşdirilməsi xərcləri, AR-nın dövlət xarici borclanması proqramı, AR-nın xarici dövlətlərə dövlət kreditinin verməsi, gəlirlərin və xərclərin rüblər üzrə böl-güsü, dövlət büdcəsinin kəsiri və bir sıra digər məsələlər müzakirə edilir.

Qanun layihəsi əsas kimi qəbul olunduqdan sonra Milli Məclisin iclasına sədr-lik edən deputatlardan qanun layihəsində edilmiş müxtəlifliklərə etirazların olub-olmamağını öyrənir. Bu cür etirazlar olduqda onları qısaca əsaslandırmaq üçün hər deputata 3 dəqiqəyədək vaxt verilir. Məruzəçi həmin etirazlara cavab verir və qa-nun layihəsi maddə-maddə müzakirə edilir.

Bundan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilir. İkinci oxunuşda qəbul edilmiş qanun layihəsi müzakirə zamanı müəyyənləşdirilmiş daxili ziddiy-yətlərin aradan qaldırılması və redaktə edilməsi üçün daimi komissiyaya çatdırılır.

İş başa çatdıqdan sonra daimi komissiya üçüncü oxunuş üçün hazırlanmış qa-nun layihəsini Milli Məclisin sədrinə göndərir. Milli Məclisin sədri qanun layihə-sinə üçüncü oxunuşda baxılmasını Milli Məclisin iclasının gündəliyinə salır.

AR Milli Məclisinin daxili Nizamnaməsinin 19-cu maddəsinə əsasən qanun la-yihəsinin üçüncü oxunuşu zamanı qanun layihəsi bütövlükdə səsə qoyulur. Qanun layihəsinin üçüncü oxunuşu zamanı onun mətnində müxtəlifliklər edilə bilməz.

Müstəsna hallarda Milli Məclisin iclasında iştirak edən deputatların əksəriy-yətinin tələbi ilə üçüncü oxunuşda olan qanun layihəsi ikinci oxunuşa qaytarıla bilər.

Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi AR-nın Milli Məclisində cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.

Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunda aşağıdakı əsas göstəri-cilər təsdiq olunur:

− gəlirlərin ümumi məbləği;

− vergilərin dərəcələri;

− mədaxil mənbələri üzrə gəlirlərin məbləği;

− mənbələr üzrə qrantlar və transferlər;

− ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normaları;

− funksional və iqtisadi təsnifata uyğun olaraq, paraqraflar səviyyəsində xərclərin məbləği;

− NMR-nın büdcəsinə və yerli büdcələrə verilən dotasiyaların, subsidiyaların, subvensiyaların məbləği;

− digər büdcə ssudalarının ümumi məbləği və istiqamətləri;

− daxili və xarici dövlət borclarının faizləri və əsas məbləğləri üzrə ödənişlər;

− dövlətin üçüncü tərəf qarşısında öhdəliyinin yuxarı həddi;

− sair beynəlxalq öhdəliklərin məbləği;

− ehtiyat fondunun məbləği;

− AR-nın daxili və xarici borclanmasının həddi (il ərzində götürülə biləcək dövlət borcunun və cəlb ediləcək dövlət istiqrazlarının məbləği);

− xərclərin maliyyələşdirilmə ardıcıllığı;

− dövlət büdcəsinin müdafiə olunan xərc maddələri;

− büdcə kəsirinin yuxarı həddinin məbləği;

− təsdiq olunması zəruri hesab edilən digər göstəricilər.

Növbəti büdcə ili üzrə dövlət büdcəsi təsdiq olunduqdan sonra müvafiq icra hakimiyyəti orqanı təşkilatlar üzrə büdcə təsnifatı əsasında xərclərin bölgüsünü aparır və təsdiq edir.

Müvafiq icra hakimiyyəti orqanı növbəti büdcə ili üzrə dövlət büdcəsinin təs-diq olunmuş göstəriciləri əsasında onun gəlirlərinin və xərclərinin rüblük bölgüsü-nü müəyyən edir.

Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi müəyyən olun-muş müddət ərzində təsdiq olunmazsa, Respublika Prezidenti dövlət büdcəsi təsdiq olunanadək büdcədən maliyyələşmənin müvəqqəti qaydalarını müəyyən edir.

Büdcəni icra edən orqan keçən ilin büdcə xərclərinin 1/12 hissəsi həddində AR-nın büdcə xərclərinin funksional və təşkilatlar üzrə təsnifatların müvafiq böl-mələri üzrə qanunvericiliklə müəyyən edilmiş məqsədlərə dövlət kontraktlarının, AR-nın büdcə sisteminin digər səviyyəli büdcələrinə maliyyə yardımı göstərilmə-sinə büdcə vəsaitlərinin maliyyələşməsini həyata keçirir.

Büdcə layihəsi təsdiq edildikdən və nəzərdə tutulmuş qaydada imzalandıqdan sonra mətbuatda dərc olunur.



Download 2,29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   23   24   25   26   27   28   29   30   ...   61




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish