Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti


DÖVLƏT XƏRCLƏRİNDƏ NƏZARƏTİN TƏMİN EDİLMƏSİ



Download 2,29 Mb.
bet17/61
Sana10.09.2017
Hajmi2,29 Mb.
#21627
1   ...   13   14   15   16   17   18   19   20   ...   61

4.9. DÖVLƏT XƏRCLƏRİNDƏ NƏZARƏTİN TƏMİN EDİLMƏSİ


Keynesə görə, dövlət xərclərindəki artım günümüzə qədər davam etmişdir. Artan bu xərclərə İkinci Dünya Müharibəsinə qədər olan dövrdə mal və xidmət xərclərinin təsirli olduğu görünərkən, İkinci Dünya Müharibəsindən sonrakı dövrdə, xüsusilə, 1960-cı ildən sonra subsidiya və transfer xərclərinin təsirli olduğu görünməkdədir. 1870-ci illərdə transfer və subsidiyaların cəmi dövlət xərclərinə nisbəti 10% ətrafında ikən, 1960-1980-ci illər arasında 50'% -ə çatmışdır. Artan borcların faiz yükü 1980-2008 -ci illər dövründə əhəmiyyətli ölçüdə artaraq son 140 ilin ən yüksək həddinə çatmışdır.

Dövlət xərclərinin aşağı keyfiyyətli, səmərəsiz olması və təsirli ola bilməməyi dövlət mənbələrini istifadə edənlərin bu mənbələrin real sahibi olmamaqları ilə izah edilməkdədir. Belə ki, Friedmana görə keyfiyyət və qiymət arasında mənbələ-rin kimin tərəfindən və kimin üçün istifadə edildiyinə bağlı olaraq dörd vəziyyət ortaya çıxmaqdadır:

1) Başqasının pulu başqası üçün xərclənirsə, nə qiymət, nə də keyfiyyət əhə-miyyət verəcək.

2) Başqasının pulu fərd tərəfindən özü üçün xərcləndiyində qiymət əhəmiyyət verməzkən, keyfiyyət əhəmiyyət verəcək .

3) Fərd öz pulunu başqası üçün xərcləyirsə, keyfiyyət əhəmiyyət verməyəcək, ancaq qiymət əhəmiyyət verəcək .

4) Fərd öz pulunu özü üçün xərcləyirsə, həm qiymət, həm də keyfiyyət əhə-miyyət verəcək.

Dövlət Sektorunda mənbələrin təsirli istifadəsini təmin etmək üçün istifadə edilən əhəmiyyətli üsul fayda-xərc analizidir. Bu analizdə müəyyən bir proyektin fayda və xərcləri hesablanmaqda və faydası ağır olan proyektlər uyğun görünmək-dədir. Burada məqsəd, marjinal faydası marjinal xərcindən yüksək olan proyektləri uyğun tapmaq, marjinal xərcin marjinal gəlirə bərabər olduğu nöqtəyə qədər bu proyektləri tətbiq etməkdir. Lakin real həyatda müxtəlif maneələr və məhdudlaş-dırmalar səbəbi ilə bu nöqtəyə çatmaq qeyri-mümkünləşir. Buradakı ən əhəmiy-yətli maneə xüsusilə inkişaf etməkdə olan ölkələr üçün mənbənin qeyri-kafiliyidir. Mənbələrin qeyri-kafi olması səbəbi ilə marjinal faydası marjinal xərcindən yüksək olan proyektlər tətbiqə qoyula bilməməkdədir. Ancaq bəzən də əksi olaraq, marjinal xərci marjinal faydasından yüksək olan proyektlər tətbiq olunmağa davam etməkdədir. Ayrıca, dövlət sektoru əhatəsindəki bir çox cəhd üçün bir qiy-mətləşdirmə edilə bilmədiyindən, faydanın pul kimi dəyərlərlə təyin olunması mümkün deyil. Bu səbəblə dövlət sektorunun yalnız müəyyən sahələri üçün fayda-xərc analizindən istifadə edilməkdədir.

Tətbiqdəki nəticələr fərqli olsa da nəzəri olaraq dövlət rəhbərliyinin məqsədi istifadə etmiş olduğu mənbələrin fəaliyyətini inkişaf etdirməkdir. Müəyyən bir is-tehsal üçün xərclərin aşağı salınması və ya xərclər sabit ikən istehsalın yüksəldil-məsi şəklində tərif edilə bilən iqtisadi fəaliyyətə çatmanın bəzi şərtləri vardır. Fəa-liyyətin birinci şərti: istifadə edilən sabit mənbələrlə mümkün olan maksimum miqdarda istehsalın edilməsidir. Digər bir ifadə ilə məhsul miqdarını salmadan mə-daxil miqdarını aşağı salmanın mümkün olmadığı səviyyənin yaxalanmasıdır. Buna texniki fəaliyyət də deyilir. İkinci şərt; məcmu xərci artırmadan mədaxillərdən biri digərinin yerinə keçə bilməyəcək şəkildə bir araya gətirilərək müəyyən səviyyədəki istehsal xərcinin aşağı salınmasıdır. Buna da təsisedici fəaliyyət deyilir. Üçüncü şərt, istifadə edilən mənbələrlə əldə edilən mal və xidmət qrupu istehlakçılara mak-simum faydanı təmin etməlidir. Yəni istehsalın istehlakçılara təmin etdiyi cəmi faydanı salmadan yeni bir mal çıxarmaq mümkün deyil. Buna görə ictimai mal və xidmətlərin istehsalında olması lazım olan məqsəd, fəaliyyəti mümkün mərtəbəyə yüksəldici rəhbərlik və məlumat sisteminin inkişaf etdirilməsidir.

Dövlət xərclərinə nəzarət edilməsi yalnız edilən xərclərin azaldılması demək deyil, çünki xərclərin idarəli şəkildə artması da söz mövzusu ola bilər. C. T. Sand-forda görə kim tərəfindən və hansı məqsəd üçün ediləcəyi təyin olunmuş olan dövlət xərclərindəki idarənin dörd məqsədi vardır.
Bunlar:

1 - Dövlət xərcləri ilə xüsusi xərclər arasında bir tarazlığın (ictimai tarazlıq) təmin edilməsi;

2 - Sahib olunan mənbələr ilə alternativ istifadə imkanları arasında fəaliyyətin təmin edilməsi;

3 - İsrafın önlənərək ictimai istehsalın ucuzladılması;

4 - Xərclərin səlahiyyətlilər tərəfindən reallaşdırılıb-reallaşdırılmadığının və qanunlara uyğun olub-olmadığının araşdırılmasıdır.

Dövlət xərclərindəki idarə mexanizmlərindən biri də "iqtisadi hədəflərin və bu hədəflərə istiqamətli siyasətlərin nəticələrini izləmək üçün lazımi məlumatların nizamlı, aydın ola bilən, tutarlı və etibarlı bir şəkildə dövlət tərəfindən təqdim edil-diyi" maliyyə şəffaflığıdır. Bu sayədə millət, dövlətə əmanət etdiyi mənbələrin necə istifadə edildiyini izləməkdə, dövlət rəhbərliyinə güvən duyğusu yaratmaqdadır. Hal-hazırda IMF, Dünya Bankı və Beynəlxalq Audit Federasiyası (IFAC) kimi qurumlar Maliyyə Şəffaflığının təmin edilməsində lazımlı olan hesabatlaşdırma ilə əlaqədar ümumi qəbul edilmiş qanun və standart üsullar qəbul etmişlər. Bu hesabatlaşmalar ilə maliyyə siyasətlərinin səbəbləri və hədəfləri açıqca təyin olunur, tətbiqlər yaxından izlənilir, hədəflər ilə nəticələrin nə qədər uyğun olub-olmadığı müəyyən olunur.

Dövlət xərclərinin təşkil edilməsi ilə əlaqədar cəhdlər, ümumiyyətlə, makro-iqtisadi balanssızlıqlar ortaya çıxdığında gündəmə gəlməkdədir. Belə vəziyyətlərdə gəlirləri artıra bilmə imkanı məhdud olduğundan, xərclərdə qənaətə getmək zəruri olmaqdadır. Ümumiyyətlə, səmərəsiz xərclərdə azaldılmaya getməklə birlikdə mövcud xərclər içində hansı xərclərin səmərəsiz olduğunu təyin etmək bir az çətin olmaqdadır.

Bununla birlikdə, J.Von Hagen və Hardenin araşdırmalarına görə bəzi vəziy-yətlərdə dövlət xərcləri azalma meylindədir. Buna görə;

1) Bir ölkədə büdcə qanunları hələ hazırlanma mərhələsində ikən, iqtisadi hədəflərin təyin olunmasında baş nazir və maliyyə nazirlərinin fikirləri eti-barı ilə güclü mövqedə olub lazımlı tədbirlər görsələr;

2) Parlament görüşmələrində xərclərlə əlaqədar istiqamətli məhdudlaşdırma-lar mənimsənilsə, büdcənin həcminin yüksəlməsi ilə əlaqədar müzakirə-lərdə ya hamı, ya heçkəs şəklində lazımlı həmrəylik qəbul edilsə;

3) Büdcənin şəffaflıq dərəcəsi yüksək olsa;

4) Maliyyə nazirinin nazirliklərdə apardığı yoxlamalar ilə büdcə qanununda məhdud bir elastiklik gətirilən nazirlik xərclərinə aşağıdan-yuxarıya deyil, yuxarıdan aşağıya doğru daha yaxşı əməliyyat prosedura qazandırılsa, döv-lət xərcləri azaldıla biləcək.



Download 2,29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   13   14   15   16   17   18   19   20   ...   61




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish