verir. Uşaqlığını İşkartı kəndində keçirən
Yusup qumuq dilini
ana dili kimi öyrənir. Kənddəki məktəbi bitirdikdən sonra onu
Azərbaycana pedaqoji seminariyaya oxumağa göndərirlər. Ba-
kının qaynar mühiti yeniyetmə Yusupa güclü təsir edir. Mirzə
Ələkbər Sabirin (1862-1911) şeirləri ona güçlü təsir göstərir.
Geri döndükdən sonra ictimai-siyasi işlərdə fəallıq göstərdiyinə,
qəzetlərə məqalələr yazdığına, hekayələrini çap etdirdiyinə görə
partiya-sovet rəhbərlərinin diqqətini özünə çəkə bilir.
1924-cü ildə onu Rostov şəhərindəki diyar hüquqşünaslıq
kursuna oxumağa göndərirlər. Kursu bitirib geri döndükdən
sonra Dağıstanın prokurorluq orqanlarında işləsə də, bədii
yaradıcılıqdan əl götürmür. 1925-27-ci illərdə Sovet ordusunda
əsgəri xidmətini başa vurduqdan sonra yenidən Dağıstana qa-
yıdan Yusup partiya-sovet təşkilatlarında işləyir. Dövrün
ideo-
loji tələblərinə cavab verən satirik hekayələr çap etdirir.
Daqqaze nəşriyyatı 1927-ci ildə yazıçının qumuq dilində „İn-
sanın bədbəxtliyinin dərmanı“, 1928-ci ildə „Yolgöstərən“, „İnq
paydalı dualar“ (Ən faydalı dualar) hekayələr kitablarını oxucu
mühakiməsinə verir. 1935-ci ildə isə Quzey Qafqaz Diyarşü-
naslıq Nəşriyyatı yazıçının rus dilində „Neudaça“ (Uğursuz)
kitabını, Daqqaze nəşriyyatı isə qumuq dilində „Şimaldan qel-
qen yazbaşı“ (Quzeydən gələn bahar) hekayələr kitablarını nəşr
edir. „Molla Nasritdinin sapar yoldaşı“, „Biyler va adatlar“
(Bəylər və adətlər) hekayələrini yazan Yusup dramçılıqda da qə-
ləmini sınayır. 30 il Quzey Qafqaz xalqlarının Rus işğalçılarına
qarşı mübarizəsinə rəhbərlik etmiş Şamildən bəhs edən „Kim
kimni?“(Kim kimi), „Manap“ pyeslərini də yazır. Bu pyeslər ta-
maşaçılar tərəfındən maraqla qarşılanır. Dağıstandakı Qumuq
Dram Teatrı ona bir-birinin ardınca Midvaninin „ Ş ə rə fK ra se -
vanın „Mayakın işıqlqrı“, “Zirvə“, “Biz gedirik“ pyeslərini qu-
muq dilinə çevirməyi sifariş verir. Onun çevirdiyi əsərlər səhnə-
ləşdirilir və tamaşaçılar tərəfındən alqışlarla qarşılanır. Y.Qere-
yev o dövrdə dəbdə olan, maraqla oxunan, fılm çəkilən D.Fur-
manovun irihəcmli „Çapayev“ romanını da qumuqcaya çevirir.
Yaradıcılıq sahəsində uğurlarını və təşkilatçılıq bacarığını
nəzərə alıb 1936-ci ildə onu SSRİ Yazıçılar İttifaqı Dağıstan
MSSR şöbəsinə katib təyin edirlər. Təşkilatın işini canlandır-
maq və yazıçıları ideoloji yönlü əsərlər yazmağa istiqamətlən-
dirmək məqsədilə 1936-cı ilin sentyabrın 30-da “Komsomolets
Daqestana” qəzetində “Gənc yazıçıların vəzifələri haqqında”
məqaləsini çap etdirir. Məqalə böyük əks-səda doğurur. Bu da
rəhbər partiya-sovet işçilərinin istəklərinə cavab verirdi.
İkinci Dünya Savaşına göndərilən
Yusup Qereyev oradan
geri dönmür.
Do'stlaringiz bilan baham: