Uygur, qaqauz, quzey


Bahautdin Acı oğlu Astemirov



Download 6,58 Mb.
Pdf ko'rish
bet183/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   179   180   181   182   183   184   185   186   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

Bahautdin Acı oğlu Astemirov 
(17.10.1898, Tersk vilayə- 
tinin Yaxsay kəndi - 03.04.1967). Mədrəsə təhsili almış Ba- 
hautdin zülmə, haqsızlığa qarşı olmuş, xalqını xoşbəxt günlərə 
çıxarmaq arzusu ilə yaşamışdır. Zeynalabidlə dostluq etmiş, 
onunla birlikdə ailə kitabxanalarındakı kitabları oxumuşdur. 
1917-ci ildə Teymurxanşuradakı müəllimlər hazırlayan kursda 
oxuyan Bahautdin 20 yaşında ikən Zeynalabid Batırmurzayevin 
başçılıq etdiyi partizan dəstəsinə qoşularaq əldə silah ağqvardıya- 
çılara qarşı vuruşmuşdur. Onun ilk publisistik məqalələri də 
həmin illərdə çap olunmuşdur. 1920-ci ildə isə Z.Batırmurzaye- 
vin əsasını qoyduğu teatr truppası onun mövzusunu bolşeviklərin 
qələbəsindən almış „Hücum“ pyesini səhnəyə qoymuşdur.
Bolşeviklər Dağıstanı işğal edəndə onlarla sıx əməkdaşlıq 
etmişdir. Gənclər təşkilatı yaratmış, qumuq dilində çap olunan 
„Dağıstan gəncləri“ qəzetinin redaktoru olmuşdur. 1928-ci ildə 
SSRİ-də Proletar Yazıçılar Cəmiyyəti yaradılanda B.Astemiro- 
vu Dağıstan MSSR-in Proletar Yazıcılar Cəmiyyətinə sədr 
təyin edirlər. „Dəniz yagada“ (Dəniz sahilində), „Qartligina, 
vöre, etme mükürlük“ (Qocalığı qəti qəbul etmə), „Qart emen“ 
(Qoca palıd) və b. şeirləri onun lirik duyğularından xəbər verir.


Bədii yaradıcılıqla yanaşı, ardıcıl təşkilati işlər də aparan B.As- 
temirov 1932-ci ildə „Dağstan şairləri“ toplusunu, bir il sonra isə 
özünün „Mübarizə“ adlı şeir kitabını çap etdirir. 1934-cü ildə yazı- 
çılar təşkilatını formalaşdırır və Moskvada keçirilən SSRİ Yazı- 
çılar İttifaqının I qurultayında iştirak edir. Əsərlərində sosializmi 
təbliğ edən, rus ədəbiyyatının təsiri altında yazıb yaradan şair- 
publisisti Dağıstan MSSR-in Yazıçılar İttifaqına sədr təyin edirlər.
Dağıstan MSSR Maarif Komissarı, Sov.İKP Dağıstan Ölkə 
Komitəsində məsul vəzifədə işləmiş ədib „Qılınc və qələm“, 
„Tan çolpan“, „Kim bilir“, „İldırım“, „Yabuşuv“(Savaş) kimi 
şeir və poemalarını yazmışdır.
Əsərlərində sosializm realizminin, rus ədəbiyyatının və mə- 
dəniyyətinin tərənnümçüsü kimi görünən B.Astemirov rəhbər 
vəzifələrdə işləməsinə baxmayaraq içdən cəmiyyətdəki haqsız- 
lıqdan narazı qalır, idarəetmədəki nöqsanları görür və onu 
aradan qaldırmağa çalışır. Onun gizli fəaliyyəti Sovet xüsusi 
xidmət orqanları tərəfındən diqqətlə izlənilir. 1937-ci ildə və- 
tən xainliyində ittiham olunaraq həbs edilir.
Sov.İKP-nin XX qurultayında Stalini şəxsiyyətə pərəstişdə 
ittiham edilir və 1937-ci il qurbanlarına bəraət verildiyi elan 
edilir. 18 il həbsdə yatdıqdan sonra B.Astemirov 1957-ci ildə 
həbsdən azad edilsə də, aldığı mənəvi və fıziki zərbələrdən çox 
yaşamamış, 1967-ci ildə dünyasını dəyişmişdir.
B.Astemirov (şairin adı Azərbaycan qaynaqlarında Vahab 
kimi yazılır. Onun “Partiya”, “Dağlarla söhbət” şeirləri B.Adil 
tərəfindən Azərbaycan türkcəsinə çevrilərək Bakıda nəşr edil- 
mişdir 

Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   179   180   181   182   183   184   185   186   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish