Uygur, qaqauz, quzey


(Dağıstan ədəbiyyatı antologiyası, 1959:17-19)



Download 6,58 Mb.
Pdf ko'rish
bet181/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   177   178   179   180   181   182   183   184   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

(Dağıstan ədəbiyyatı antologiyası, 1959:17-19).
Temirbolat Biybulat oğlu Biybolatov 
(21.12.1879, Teymur- 
xanşura dairəsinin Töben (Aşağı) Qazanış kəndi-20.02.1942, 
Qazaxıstan Respublikasının Qaraqanda şəhəri). Qumuq ədəbiy- 
yatında süjetli poemaların yaranmasında böyük rol oynamış şairin 
yaradıcılığı çoxsahəlidir. Gənc yaşlarından çar Rusiyasının Da- 
ğıstan Atlı Polkunda zabit kimi xidmət etməsinə baxmayaraq 
inqilaba qoşulmuş, mədəni-maarif sahəsində də gücünü sınamış, 
qumuq teatrının formalaşmasına böyük əmək sərf etmişdir. O, 
böyüklər üçün həvəskar teatr truppası təşkil edib tamaşalar


göstərməklə yanaşı, uşaqlar üçün „Çiçəklər“, „Qış“, „Yaz“, 
„Börkçü“ səhnəciklərini yazdığını da müasirləri xatırlayırlar.
1922-ci ildə „Şamil“, „Qazi Molla“, „Qara günlər“, 1928-ci 
ildə „Dağıstanda ulu inqilab“,“Xaspolad”, „İmam Əzəm və onun 
oğlu Əzəmət“ və başqa poema və pyeslər yazan T. Biybolatov 
haqqında tanınmış qumuq bilgini Abdulhakim M. Hacıyev yazır: 
„Qumuqların ilk edebiyat ve kültür dergisi „Tan çolpan“ın, ku- 
muk tiyatrosunun, halk oyunları ve şarkıları toplusunun kuru- 
cularından birisi olan Temirbolat Biybolatov, çalıştığı bütün sa- 
halarda halka faydalı bir çok işe imza attı. Besteci olarak bir çox 
bestenin yanı sıra „Şamil“, „Tan çolpan“ operalarını, şair olarak 
pek çok şiirin yanında „Hacı Murat“, „Stepka Razin“, „Mədəndə 
yarış“ ve başqa manzumeleri, dramaturg olaraq „Şamli“, „Su 
perisi“ ve beşqa piyesleri yaratmış, çevirmen olarak V.Şekspirin, 
F. Şillerin, A.S.Puşkinin M.Y.Lermantovun ve başka ünlü şair- 
lerin eserlerini kumuk türkçesine çevirmiştir“ 
(Türkiye dışın-
dakı..., 2002:237, 20-ci cild). 
Kadr çatışmadığından o çox vaxt 
tamaşalarda aktyorluq və rejissorluq etmişdir.
Dağıstanda teatr texnikumunun, 1930-cu ildə Qumuq Döv- 
lət Dram Teatrının və Dağıstan Mahnı və Rəqs Ansamblınm 
yaradılmasında onun böyük rolu olmuşdur. Tamaşalara musiqi 
yazan, çox vaxt ifaçı kimi də çıxış edən T.Biybolatov hətta „İki 
açar“ adlı film çəkməyə də nail olmuşdur.
T.Biybolatov bolşeviklərə inanıb onların yolunda əldə silah 
döyüşməsinə, sosializm quruculuğunun fəallarından olmasına, 
əsərlərində Sovetlərin ideologiyasını müdafıə etməsinə bax- 
mayaraq mətbuatda və toplantılarda dəfələrlə kəskin tənqid 
edilmişdir. Tarixi mövzuda yazdığı əsərlərdə faktlara obyektiv 
yanaşmağa cəhd göstərdiyinə, dağlıların qəhrəmanlıqla çar Ru- 
siyasına qarşı vuruşduqlarını yazdığına görə İ.Aurbiyev onu 
„Şamil, Sovet ideologiyası və T.Bulatov“ adlı məqaləsində


kəskin tənqid etmişdir. Bütün bunlar onu göstərirdi ki, bol- 
şeviklərlə T.Biybolatovun yolları ayrılırdı. Odur ki, aldandığını 
başa düşür, onun kimi aldanmışlarla birləşərək vətənini azad 
görmək üçün yollar arayırdı.
Çevirmən kimi də o olduqca məhsuldar işləmişdir. V.Şeks- 
pirin „Otello“, „Romeo və Cüllyetta“ faciələrini, Lope de Ve- 
qanın „Qoyun bulağı“, N.Poqodinin „Aristotel“, A.S.Puşkinin 
„Daş cəngavər“, A.Korneycukun „Eskadranın məhvi“ və b. 
əsərləri ana dilinə çevirmişdir.
Vətəni və milləti üçün böyük işlər görən bu insan Sovet ir- 
ticasının qurbanı olmuşdur. 1938-ci ildə xalq düşməni adlan- 
dırılaraq həbs edilən T.Biybolatov 1942-ci ildə Qaraqanda 
həbsxanasının əlillər və çolaqlar düşərgəsində ölmüşdür.

Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   177   178   179   180   181   182   183   184   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish